həyat tərzi sağlamdırmı? Bir vaxtlar bütün əzəməti və zəhmi
ilə qarşımı kəsən,yaxamdan tutub məni bərk-bərk silkələyən
həmin sualla,əziz oxucum,indi mən sənə müraciət etmək
istəyirəm:seçdiyin həyat tərzi sağlamdırmı?
İndi isə gəlin daha bir vacib sualın üstünə qayıdaq:
xəstəlikdən dava-dərmansız yaxa qurtarmaq mümkündürmü?
Bu taleyüklü sualın cavabını hələ XX əsrin birinci yarsında
dahi Yapon alimi Katsudzo Nişi böyük qətiyyətlə və birmənalı
vermişdir:bəli, bütün xəstəlikləri,o cümlədən,xərçəngi də
dərmansız müalicə etmək mümkündür!Bu,hələ harasıdır,
insan öz həyatının son gününədək bircə dəfə xəstələnməyə də
bilər, indikindən 2-3-5 qat artıq ömür sürər.Bunun üçün, sadəcə,
professor K.Nişinin yaratdığı Sağlamlıq Sisteminin tələblərini
dəqiq yerinə yetirmək bəs edər.
ÖLÜ KƏFƏNİ YIRTDI
Qonşu otaqda xəlvəti yas mərasimi qurulmuşdu:
yaxınlarım xısın-xısın mənə ağı deyirdilər.Nə qədər cəhd
etsələr də,içlərində qaynayan hıçqırtını boğa bilmirdilər.Ağır
dərdin-məni erkən itirmək təhlükəsinin dərin kədəri sinələrini
deşib, hıçqırtı şəkilində çölə çıxır, divardan keçib, bu biri otağa
dolur, qulaqlarıma,oradan da beynimə soxulurdu.Mübtəla oldu-
ğum ağır xəstəliyin rəzil xislətini də,meyid halına düşmüş
cismimin müqavimət göstərmək qabliyyətini itirməsini də,
məni müalicə edən yüksək titullu təbiblərin və bütövlükdə tibb
elminin acizliyini də yaxşı dərk edirdim.Amma həyatdan belə
tez-gəncliyi başa vurmadan getməyi heç cür ağlıma sığışdıra
bilmirdim.Nə görmüşdüm bu dünyada? Nə yaşadım ki,nə də
görəm!Yaxşı deyiblər:“Yetimin ağzı aşa çatanda başı daşa
çatar”...Qonşu otaqdan gələn boğuq hıçqırtılar qulağıma
pıçıldayırdı:hazırlaş, tezliklə öz dünyanı dəyişəcəksən.
downloaded from KitabYurdu.az
14
Həftədə iki dəfə konsiliuma toplaşan,məni sağaltmaq
üçün baş sındırıb çarə yolları arayan, tez-tez müalicə sxemini
(mənə verilən dərman kompleksini) dəyişən,lakin istənilən
nəticəni ala bilməyən dazbaş professorların,yarım-daz dosent-
lərin,yaşlılardan nəsə götürmək istəyən gur saçlı cavan həkim-
lərin məzlum baxışlarını gözümün qabağına gətirdikcə,onların
inamsız təkliflərini yada saldıqca,qonşu otaqdan gələn boğuq
hıçqırtıların təsiri güclənirdi,dərk edirdim ki,bu qızmar yay
günü məni Bakıdakı Semaşko adına klinikadan xərəklə
çıxardıb,atam uyuyan Məmər kəndinə,bacımın evinə məhz ona
görə gətiriblər ki,son günlərimi doğma el-obamda keçirim,
əbədiyyətə öz doğma torpağımda qovuşum.Belə insafsız, belə
ədalətsiz hökmü qəbul edə bilmirdim. Mən ölmək istəmirdim,
yaşamaq istəyirdim. Özü də çox güclü istəyirdim.
Bir fransız aliminin “Zdorovye mira” adlı beynəlxalq
jurnalda dərc olunmuş məqaləsi ümüd şamını zəyif formada
olsa da qidalandırır,sönməyə qoymurdu:“Artrit xəstəlikləri
insanları çox nadir hallarda öldürür.Amma çoxlu insanı şikəst
qoyur və dünya iqtisadiyyatina olduqca böyük zərbə vurur”. Bu
kəlmələrin “ətəyindən” bərk-bərk yapışdım.Razıydım:qoy
şikəst olum, amma belə tez ölməylm...
Ümid şamı sönmədi!Yüksək titullu təbiblərin, predniza-
lon, natrium solisilat turşusu və aspirin kimi güclü preparatların
başara bilmədiyini Ana Təbiət,doğma elimin adamları,bir də
hamının böyük hörmətlə “Əbil həkim ” deyə müraciət etdiyi
adi kənd feldşeri başardı.İşkəncələrlə dolu olan ağır müharibə
illərinin formalaşdırdığı möhkəm iradə də,heç şübhəsiz,öz
böyük rolunu oynadı.Bunlar hamısı birləşib möcüzə yaratdılar:
kəfəni yırtdım!..
Kiməsə faydası dəyə biləcəyini nəzərə alaraq, həyatımın
ağrı və işgəncələrlə dolu olan həmin kəsiyini bir qədər
çözələmək istərdim.
Gözünüzün qabağına Qubadlının qızmar günəşli aran
kəndini-Məməri gətirin.Qızmar yay günəşi adamın beynini ox
downloaded from KitabYurdu.az
15
kimi deşir.Toyuq-cücə qocaman tut ağacının kölgəsində
bürküdən ləhləyir.Belə havada qapı-pəncərəsi(hətta nəfəsliyi
də) bərk-bərk qapanmış otaqda,qalın yun yorğanın altında,alt
və üst paltarlarının içində uzanıb soyuqdan tir-tir əsirdim.Məni
üşüdən qızdırma xəstəliyi (malareiya) deyildi,sinəmə çökmüş
ucuz ölümün buz nəfəsi idi.Yaşamış olduğum qeyri-sağlam
həyat tərzinin qacılmaz mükafatı!Mənə-nəbzi güclə vuran,
nəfəsini ciyinlərindən alan canlı meyidə baxan Əbil həkimin
(ali təhsili olmasa da, əsl həkimdir!) gözlərindəki dərin təəssüf
və mərhəmət hissinin qarşığını görüb, var gücümü topladım və
onunla açıq danışdım. Dedim:qoy,məni Bakıda müalicə edən
ailimlərin yüksək titulu səni qorxutmasın,“onlar sağalda
bilməyən xəstəyə mən necə əncam çəkim” sualını ağlına da
gətirmə.Gəl oturaq,fikirləşək,görək məni bu ağır vəziyyətdən
necə çıxartmaq olar?
Ürəkdən gələn səmimi söhbət,inamlı danışmağım
(üstəlik,olub-qalan gücümü toplayıb gülümsədim də) Əbil
həkimə müsbət təsir etdi.Üzünün ifadəsi dəyişdi.Bir az da
cürətlənib dedim, sən iki məsələdə mənə yardımçı ol: məni
əldən salan yüksək hərarətin qabağını al, bir də tamam taqətdən
düşmüş cismimi (hətta qaşığı ağzıma apara bilmirdim) bir təhər
dirçəlt. Dalısıynan işin yoxdu.
Əbil həkim ürəklə işə girişdi.Öncə qızdırma törədən
səbəbi aşkar etdi:boğazım,dilçəklərim pis gündə idi.Qəribə də
olsa,buna xəstəxanada əhəmiyyət verən olmamışdı.Kənd
feldşeri isə müalicəni məhz buradan başladı:üç illik aloye
otunun şirəsini bala qatıb,bir neçə gün saxladıqdan sonra,
gündə 3 dəfə bir xörək qaşığı mənə içirtdi.Damarlarıma
qlükoza vurdu,olitetrin həbi verdi,gündə bir neçə dəfə aspirin
(asetil salisilat turşusu) atdım.Ağbirçək nənələr də bekar
durmamışdılar.Hər gün qartımış “qancıq” gicitkandan yolub
gətirir, qom bağlayıb budlarımı, baldırlarımı o ki var budayırdı-
lar.Ətim köpərirdi,abbası-abbası xal tökürdü,amma heç nə hiss
etmirdim,o cür qartımış gicitkan bədənimi əsla dalamırdı.Şişib
downloaded from KitabYurdu.az
16
tuluğa dönmüş qıçlarım hissiyatını tamam itirmişdi.“Gicitkano-
terapiya” düz 10 gün beləcə davam etdi.On birinci gün hiss
elədim ki, artıq gicitkan budlarımı dalayır.Ölmüş kapiliyarlar
və əsəb telləri yavaş-yavaş bərpa olunurdu.Bundan əlavə gündə
bir neçə dəfə gicitkan çayını dəmləyib mənə içirdirdilər.
Gicitkanı düyü şorbasına da tökürdülər.Daxilimdə xoş bir
yüngüllük hiss edirdim.
Qida ilə bağlı bir məqamı da vurğulamaq istəyirəm.
Çünki onun Nişi Sistemi ilə birbaşa əlaqəsi var.Bakıda, oftol-
mologiya institutunda həkim işləyən dostum Kərəm Kərimov
(indi respublikanın adlı-sanlı alimlərindən biridir) məni kəndə
yola salarkən belə bir tövsiyə verdi:“Bir resept də mən
deyəcəm, amma, gərək əməl edəsən:hər səhər bir stəkan təzə
südün içinə 10-15 qram kərə yağı,1 qaşıq bal,1 çiy yumurta
qatıb içərsən”.Söz verdim,kişi kimi əməl də etdim.Çünki
cismən o dərəcədə zəyifləmişdim ki,qaşığı ağzıma apara bil-
mirdim.Bu gün xüsusi vurqulamaq istəyirəm ki,məni Bakıda
müalicə edən ən güclü alimlər konsilium keçirərkən necə qida-
lanmağımla əsla maraqlanmırdılar.
O vaxt biliyinə hörmət bəslədiyim gənc həkimin
tapşırığını kor-təbii yerinə yetirirdim,qəbul etdiyim qidanın
insan orqanizminə təsir mexanizmini anlamırdım,Məhəmməd
peyqəmbərin “bütün fəsadların yuvası mədədir, bütün dərdlərin
çarəsi pəhrizdir” kəlamı ilə taniş deyildim.Nəinki Nişi Siste-
mindən bixəbər idim,elementar tibbi biliyim sıfıra bərabər
idi.Mənə nə orta məktəbdə,nə ali məktəbdə,nə də ailədə
sağlamlığı necə qorumağı öyrədən olmamışdı.Bunun əvəzi-
nə çoxlu şeir öyrətmişdilər,Marksizmin-Leninizmin əsasla-
rını əzbərlətmişdilər.Lakin indi,dahi yapon aliminin möcüzəli
Sistemini əzbər bildiyim bir vaxtda,Kərəm həkimin “resepti”-
nin mahiyyətini çox gözəl dərk edirəm.Bu məsləhətin taleyim-
də oynadığı müstəsna rolu yüksək qiymətləndirirəm. Bir daha
vurğulamaq istəyirəm:xəstə yatdığım klinikalarda müalicəni
yalnız və yalnız preparatların köməyi ilə aparmışdılar, alimlər
downloaded from KitabYurdu.az
17
bütün ümüdlərini dərmanların “zərbə dozalarına” bəsləmişdilər.
Qida məsələsi heç kəsi düşündürməmişdi.“Zərbə dozaların”
(məsələn,o vaxtın ən güclü terapevt-alimi sayılan professor
Saleh Salehov mənə sutkada 24 qram natrium solisilat turşusu
və 4 qram prednizalon təyin etmişdi) mübtəla olduğum dərdə
necə təsir etdiyini deyə bilmirəm,amma bu dozaların cismimi
ölü halına saldığını dəqiq xatırlayıram.Kərəm həkimin “təyina”
–tı birtərəfli müalicə aparan təbiblərin səhvini düzəltmişdi.
Əzab və işgəncələrlə dolu yay günləri bir-birini əvəz
edirdi.Özü də əzab və işgəncəni çəkən tək mən deyildim. Bacı-
larım Dilnəvaz və Tamara gecələr növbə ilə keşik çəkir, çarpa-
yımın başında oturaraq,yuxusuzluqdan,yorğunluqdan və dərdin
ağırlığından,elə oturduqları yerdəcə,mürgüləyirdilər.Hər 10-15
dəqiqədən bir buz kimi tərdən islanıb suya dönmüş paltarımı
dəyişmək lazım gələndə belə gözlərini aça bilmirdilər.Əlləri
fəhminən işləyirdi.Soyuq tər məni əldən salmışdı.Tər sel kimi
axırdı.Bununla belə,Günəş beyinləri bişirdiyi bir vaxtda,gecə
bürküdən nəfəs almaq mümkün olmadığı halda,qapı-pəncərəsi
kip bağlanmış təndir kimi otaqda,yun yorğanın altında,isti
tuman-köynəkdə üşüyürdüm.Qapı açılanda,elə bil,bədənimə
Xustub dağının buzunu yapışdırırdılar. Amma bədənimdən sel
kimi axan tər bircə saniyə də ara vermirdi.Yaş paltar bədənimi
buzladır və oynaqlarımdakı ağrını şiddətləndi-rirdi.Ucadan
inildəməyə taqətim çatmadığı üçün,həm də yuxu gözlərimdən
töküldüyünə görə, astadan zarıldayırdım. “Növbə çəkən” bacım
gözü yumulu əlini mənə tərəf uzadır,paltarımı soyundurmağa
başlayırdı.Bunu elə etməli idi ki,sümüyü şişmiş və deformasiya
olmuş qollarımın,qıçlarımın vəziyyəti dəyişməsin.Mümkün
olmurdu.Ağrı ürəyimə vururdu.Əvəzində 5-10 dəqiqəliyə
rahatlıq tapır və gözümün acısını alırdım.Bir azdan hər şey
yenidən təkrar olunurdu.Nəhayət,taqətdən düşüb,sübhə yaxın
yatırdım.Bu vaxt yaş paltar bədənimə yapışıb öz qara işlərini
görürdü: səhərin gözü açılanda,xoruzlar ağız-ağıza verib kəndi
oyadanda ağrılarım bərkiyir və məni yuxudan oyadırdı.
downloaded from KitabYurdu.az
18
İşgəncəli günlərin sonu görünmürdü.Amma hər halda,yolumu
səbirsizliklə gözləyən soyuq məzardan zərrə-zərrə uzaqlaşırdım.
Bir ay sonra yataqdan özüm qalxdım, kimsə qolumdan
tutmadı.Heysiz,gücsüz dizlərimi yun parça ilə sarıdılar (sarğı
öz funksiyasını yerinə yetirə bilməyən toxumaların,əzələlərin
və vətərlərin işini görürdü),əlimdə çəlik,yavaş-yavaş həyətə
çıxdım.Bir an içində bütün kənd,möcüzə olubmuş kimi,axışıb
həyətə doldu.Baxışlarda sevinc,yoxsa heyrət hissinin çox
olduğunu seçmək mümkün deyildi.Amma bir şey şəksiz idi:
hamı kəfəni yırtmağıma inanırdı. Uzun illərdən bəri gözünün
nurunu itirib, müstər olmuş zavvallı anam sevincindən ağladı.
Fəqət gözlərindən yaş çıxmadı-gözlərində yaş qalmamışdı.
Sağalmağımda müstər anamın öz əməyi vardı. Gücü heç nəyə
çatmasa da, taxtaya dönmüş quru barmaqları ilə biləyimdən
tutur, əlini alnıma qoyur, nursuz gözlərini səmaya zilləyib Ulu
Tanrıdan mənə şəfa diləyirdi. O vaxt bilmirdim ki, bunlar da
şəfaverici qüvvə imiş. Kim bilir, bəlkə də dərmanların ən
təsirlisi, ən güclüsü elə ana əllərinin təması, ana nəfəsi və ana
alqışıdır!!!
Bəli, ölüm üzərində qələbəm- Ananın qələbəsi idi.
Fəqət təkcə məni doqquz ay öz bətnində gəzdirən,mənə döşün-
dən halal süd verən,beşiyimin başında layla deyən bir qadının
yox,təmiz havasını udduğum,təmiz suyunu içdiyim,təmiz
pencərini,mer-meyvəsini,şülulunu (meşədə bitən cır meyvələr)
yediyim Ana Torpağın,Ana Təbiətin zəfəri idi.Mən bu adi
həqiqəti indi,dahi Nişinin Sağlamlıq təlimini əxz edəndən sonra
dərk etmişəm.
Başıma gələnləri belə ətraflı, təfərrüatı ilə danışmaqda
yeganə məqsədim oxucuya,ilk baxışda adi görünən,bir dərin
hikməti çatdırmaqdır.Mən istəyirəm biləsiniz:xəstəni preparat-
ların köməyi ilə sağaltmaq məramı,nə qədər xoş olsa da,
əvvəlcədən uğursuzluğa məhkum olmuş bir qeyri-real istəkdir.
Vurğulayım:doğma kəndim,yüksək titullu alimlərin qüsurunu
düzəldərək,imkan yaratdı ki,orqanizmin özü xəstə-liklə ölüm-
downloaded from KitabYurdu.az
19
dirim savaşına girişsin,çarpışsın və qalib gəlsin.Burda,istər-
istəməz,böyük alim Zalmanovun “orqanizm bütövlükdə və
hər bir hüceyrə ayrılıqda dünyanın bütün akademuyala-
rından müdrik və ağıllıdır” sözləri yada düşür.Biz müdrik və
ağıllı varlığa mane olmasaq,ona yardımçı olsaq,hər şeyi öz
yerinə qoymağa,bütün xəstəliklərə qalib gəlməyə qadirdi.
Kənd camaatı adi gicitkanın,aloye otunun,şah tutun,
göy-göyərtinin,balın,bulaq suyunun,təmiz havanın,xoş rəftarın,
bir də Xaliqin köməyi ilə üç aydan sonra məni ayaq üstə qoydu.
O vaxt mənim-başqalarının başına ağıl qoymağa çalışan ali
təhsilli jurnalistin heç ağlına da gəlmirdi ki,insan-Ana Təbiətin
ayrılmaz bir parçasıdır,insan ona xəyanət edəndə,əbədi qanun-
ları pozanda-Təbiət onu cəzalandırır.
Əfsus ki,bu həqiqəti də,dəhşətli ağrılardan qurd kimi
uladığım gecələri də tez unutdum.Yer üzündə analoqu və
alternativi olmayan Naftalan sanatoriyasında bir neçə il
dalbadal müalicə alandan, bu qeyri-adi neftin (bütün neftlərdən
fərqli olaraq,naftalan nefti yanmır) şəfa vermək möcüzəsinə
şahid olandan sonra,özümü yenidən qaynar şəhər həyatının
girdabına atdım,Təbiətin qanunlarını yenidən pozdum.Təbiət
də məni yenidən cəzalandırdı:xəsttəliyim şiddətləndi.Onu dəf
etməyə acizlik çəkən tibb işçiləri sağlamlığımı qaytarmaq
əvəzinə,sağlamlığımı itirməyim barədə “daşdan keçən” arayş
verdilər və məni “VTEK”-ə(iş qabliyyətini müəyən edən
həkimlər komissiyası) göndərdilər.Cavan ikən-33 yaşımda
əlillik dərəcəsi aldım.Həkmlər məsləhət gördülər ki, Moskvaya
gedim,revmatizm institutuna müraciət edim.Ruhumu sıxan
əlillik kitabçasını və revmatizm institutuna getmək təklifini
qəbul etməkdən başqa çarəm qalmamışdı.Moskvanın şöhrətli
təbibləri Bakı təbiblərindən bircə çərək də irəli gedə bilmədilər.
Yeganə fərq ondan ibarət idi ki,mənə qoyulan diaqnozu
dəyişdilər:Bakı klinikalarında mənə “qeyri-spesifik infeksion
poliartrit” diaqnozu qoymuşdular,Moskva həkimləri isə, haçan-
sa sağala biləcəyim ümüdini öldürərək,mənə çarəsi olmayan
downloaded from KitabYurdu.az
20
Bexteryev xəstəliyi və revmatizm artriti diaqnozu qoydular.
Adamı yeddi qat əyib,eybəcər hala salan çarəsiz bir dərd!!!
Ruslar bu xəstəliyə tutulmuş adamın aldığı vəziyyətə “poza
çelobitçika ”, yaxud “poza prositelya” adı veriblər.Yəni ki,
başını sinəsinə əyərək,acizanə yalvarışla nəsə xahiş edən
adamın pozası.Bu dəhşətli xəstəlik adamı tez bir zamanda əyib
doğanağa döndərir.Moskvada öyrəndiyim ən dəhşətli həqiqət
bundan ibarət oldu.Vəssalam...Üç aylıq (15 oktyabr 1975-15
yanvar 1976) səmərəsiz müalicədən sonra Moskvadan,ora
getdiyimdən qat-qat ağır vəziyyətdə,Bakıya qayıtdım.Çox
keçmədi iş qabliyyətimi tamam itirdim və həkimlər mənə,ən
yüksək əlillik dərəcəsi almaq hüququ qazandığımı bildirməklə,
təskinlik verdilər.41 yaşın içində olanda 1-ci qrup əlil oldum.
Yatağa düşdüm.Lakin yorğan-döşəyə mehir salmadım.
Bu vəsiqə şahidlik edir:Sağalmayan xəstəlik yoxdur,
sağalmayan xəstə var.Sağalmaq istəyən-yollar axtarır,
istəmiyən-bəhanə.
downloaded from KitabYurdu.az
21
downloaded from KitabYurdu.az
22
Bir balaca dirçələn kimi, şişib tuluğa dönmüş dizlərimi
yenə də yun parça ilə möhkəm sarıdım, əlimə çəlik alıb həyətə
çıxdım,Günəşlə,Küləklə,Ağaclarla,həyətin qaynayan uşaqları
ilə təmasa girdim.Yenidən Naftalana üz tutdum və yenidən
çəliyi atdım.Əlillik “zirvəsindən” yavaş-yavaş aşağı endim,
bütün iradəmi toplayıb,əlillik kitabçası ilə vidalaşdım.Qət
etdim ki,daha heç vaxt ayağım “VTEK”-ə dəyməyəcək. Ağır,
çarəsiz dərdə mübtəla olduğumu məhz bu münvalla unutmaq,
beynimdən çıxartmaq istəyirdim.Fəqət,dəhşətli xəstəlik özü
tez-tez qapımı döyür və özünü yada salırdı.Xəstəlik yenidən
qayıdanda və məni aylarla yorğan-döşəyə buxovlayanda,
Moskvada məni müalicə edən ağsaçlı professorun vida vaxtı
dediyi bir zəqqutun tək acı həqiqət yadıma düşürdü: “Baxıram,
sən dərrakəli və iradəli oğlansan.Səninlə açıq danışmaq olar.
Birdəfəlik yadında saxla:tibb heç bir xəstəliyi sağaltmır,sadəcə,
downloaded from KitabYurdu.az
23
xəstəliyin sürətli inkişafının, aqressivləşməsinin qarşısını alır.
Vəssəlam.Qayıt vətəninə,nə qədər bacarırsan,yaşa”...
Tibb elminin acizliyini o gün bildim və çox məyus
oldum,amma,nədənsə,ümüdsizliyə qapılmadım.Yaşadım.Həyat
tərzimi bir qədər dəyişdim.Diz sarığı,əl ağacı,həblər,iynələr
həyatıma möhkəm daxil oldu və orqanizmin tərkib hissəsinə
çevrildi.Yeganə ümidgahım Naftalan nefti idi.12 il bu möcüzə
ocağını ziyarət etdim.Cismimi Naftalanın köməyi ilə bir təhər
qoruyurdum,özümü “üfürə-üfürə” işlədirdim.
Kəfəni birinci dəfə yırtdığım gündən artıq 30 ilə yaxın
bir vaxt keçib.Bu illər ərzində xəstəlik “çələnginə” təzə
“çiçəklər” əlavə olundu.Yüksək dozalı dərmanlar mədəmi,
ciyərimi,ürəyimi,sekresiya vəzilərini,böyrəklərimi,sinir siste-
mini korlamışdı.Gecələr valerian,validol,kordiamin içməyim
adi normaya çevrilmişdi.“Öz xəstəliyim”in hücumlarından
yalnız prednizalon və indometasin kimi ağır dərmanların
hesabına müdafiə olunurdum.Bakı küləkləri mənim üçün
böyük bəlaya çevrilmişdi.Bakını tərk etmək,bölgə mübiri işlə-
mək məcburiyyətində qaldım.Xəstəliklər isə Bakıda qalmadı,
məni qarabaqara izlədi.Rayonlarda da özümü “üfürə-üfirə”
işlədirdim.Mümkün qədər az gəzir,isti otağı yalnız məcburiyyət
qarşısında tərk edirdim.Hətta,yayın ortasında da evdə belimə
yun şal bağlayıb,boynuma şarf dolayıb otururdum.
Qəddar ermənilər və onların arxasında duran Rusiya
xalqımızın başına müsibətlər açanda,doğma Qarabağımızı
əlimizdən alıb Azərbaycanı parçalamağa çalışanda,təhlükə
doğma kəndim Seyidlərin(Qafanın iki addımlığındadı) başının
üstünü alanda,xəstə canımla,azadlıq hərakatına qoşuldum.
Ciddi təqiblərə məruz qaldım.Özünü “xilaskar” adlandıran
Sovet ordusunun zopasını,milis təpiyini yedim,öz həmvətən-
lərim-bolşevik rejimini can-başla qoruyan bişərəf KQB-nin
sadiq nökərləri üstümə silah çəkib,qollarıma böyük həvəslə,
nəşə ala-ala qandal vurdular.Pasportunda “azərbaycanlı” yazıl-
mış biqeyrətlərin xüsusi səyi sayəsində 1990-cı ilin yanvarında,
downloaded from KitabYurdu.az
24
qanlı yanvar hadisələrindən dərhal sonra zindana atıldım,
İşdən qovuldum.Əzablar,işgəncələr,agır sarsıntılar,başımızın
üstünü almış ölüm qorxusu,həyəcan nəticəsiz qalmadı,yeni bir
xəstəlik apdım-şəkərli diabet.Təzə dərdim mənə köhnə dərdlə-
rimi unutdurdu.Eşitmişdim ki,şəkərli diabet yaxasından tutdu-
ğu adamı heç vaxt buraxmır və başqa xəstəliklərin sagalmasına
da imkan vermir.Ümidsizliyə qapılmaq təhlükəsi başımın üstü-
nü alanda(o vaxt Nişi sistemi ilə tanış deyildim),içimdə bir
ümid şamı yandı:Mixail Kotlyarovun çox maraqlı həyatı mənə
ağır xəstəliklərdən dava-dərmansız xilas olmaq və uzun illər
sağlam yaşamaq yolunu göstərdi.Qaçmağı qət etdim.Cismimdə
və əhvalımda baş verən müsbət dəyişiklik özünü çox gözlətmə-
di.Lakin həyatımda əsl möcüzə 1995-ci ilin avqust ayında,60
yaşa çatanda baş verdi-dahi yapon alimi,professor Katsudzo
Nişinin təlimini oxuyandan sonra.Nişinin Saglamlıq Sistemini
öz həyatıma dərhal tətbiq etdim.Çox qısa bir vaxtda xəstəliklər-
imin,demək olar, hamısını canımdan çıxartdım.
Bu xoş sonluqlu faciəni ona görə yada salıram ki, qoy,
ümidini həblərə,iynələrə,müxtəlif otlara bağlayan minlərlə,
milyonlarla xəstə birdəfəlik dərk etsin:tibb elmi Ana Təbiətin
insana verdiyi cəzanın qarşısını almağa qadir deyil.Ana Təbiət-
dən üz döndərən və buna görə də cəzalanan insanı yalnız Ana
Təbiətin özü sağalda bilər.Bu şərtlə ki,insan öz səhvini,bir
qədər də dəqiq deyəcəm,öz nadanlığını dərindən dərk etsin və
üzünü təbiblər təbibi Anamız Təbiətə çevirsin.O vaxt nəinki
infarktı,mədə-bağırsaq xorasını,revmatizmi,şəkərli diabeti, hət-
ta,xərçəng və “SPİD” kimi dəhşətli xəstəlikləri də müalicə
etmək,xəstəni tam sağaltmaq və cavanlaşdırmaq mümkündür.
Bunu təstiq edən yüzlərlə fakt göstərə bilərəm.
downloaded from KitabYurdu.az
25
QİBTƏYƏ LAYİQ ŞƏRƏFLİ HƏYAT
Dünyada bir neçə nadir şəxsiyyət olub ki, mən onların
dühası qarşısında böyük ehtiramla baş əyirəm.Belə gur işıqlı
şəxsiyyətlərdən biri də Amerikanın məşhur naturopat alimi,
professor Pol Breqqdir.Onun hamıya örnək ola biləcək dərin
məzmunlu həyatını dərindən öyrənməyə, vallah, dəyər!..
Virçiniya ştatında imkanlı ailədə dünyaya göz açan
balaca Pol yüksək qayğı ilə əhatə olundu.Oğlunu canından
artıq istəyən ana dünyanın ən ləziz və ən yüksək kalorili
qidalarını ona yedizdirirdi ki,balası sağlam və güclü olsun,tez
boy atsın.Qaymaq,kərə yağı,qızardılmış ətlər,tort,pirojna, şoka-
lad,piroqlar və s. kimi güclü qidalar balaca Polun süfrəsindən
əskik olmurdu.Belə yüksək “qayğının” nəticəsi çox acınacaqlı
oldu:uşaq 8 yaşa çatanda ağır xəstələndi və ölüm yatağına
düşdü.O dövrün adlı-sanlı həkimləri oğlanı ölümdən bir təhər
xilas edə bildilər,amma onun sağlamlığını qaytarmağa gücləri
çatmadı.Əksinə,həkimlərin böyük canfəşanlıqla tətbiq etdiyi
güclü preparatlar balaca orqanizmin müqavimətini və immun
sistemini zəyiflətdi.Oğlan 16 yaşa çatanda artıq 9 ağır xəstə-
liyin dağ boyda yükünü cılız çiyinlərində daşıyırdı. İmkanlı
Breqq ailəsi uşağı dişinə alıb,dünyanı gəzdirir,nicat yolu
axtarırdı.Tale onların yolunu İsveçrə dağlarına saldı. Lazanna
şəhərində yaşayan helio-terapevt ümidsiz xəstəni Ana Təbiətin
insana təmənnasız bəxş etdiyi qüdrətli “dərmanların” - Günəşin,
havanın, suyun, bitkilərin və hərəkətin köməyi ilə sağaltdı. 18
yaşlı Pol Breqq dünyanın ən sağlam və ən ağıllı bir gəncinə
çevrildi. Cəhənnəmi öz gözləri ilə görüb qayıdan, Ana Təbiətin
möcüzə yaratmaq qüdrətini dərindən dərk edən gənc Breqq
bütün həyatını insan orqanizmini öyrənməyə,Təbiət qanunlarını
dərk etməyə həsr etdi və tezliklə planetimizdə qüdrətli təbib
kimi böyük şöhrət qazandı.
Naturopat alim qibtəyə layiq bir mənalı həyat yaşadı.
Dostları ilə paylaş: |