ÇOX YEMƏK-AZ YEMƏKDƏN DƏ QOYUR
“Ən böyük təbib-Təbiətdir” ideyasını elmi əsaslarla
sübuta yetirən Nişi 4 şeyi sağlamlığın əsası sayırdı:
1.Düzgün qidalanmaq.
2.Düzgün yataq.
3.Təbiətlə müntəzəm təmasda olmaq.
4.Faydalı hərəkət.
Bu bölmədə qidalanma qaydalarından söz açacağıq.
Yoğun bağırsağı həm həyat mənbəyi,həm də fitnə-fəsad yuvası
adlandıran Nişinin möcüzəsi ondadır ki,xəstənin mədəsini
dərmanlarla doldurub,orqanizmi təkrarən zəhərləyən psixiko-
terapevtlərdən fərqli olaraq,ruhi xəstəliyin mənbəyini “fitnə-
fəsad yuvası”nda axtarırdı.“Dəlilər”in qarnını öz sistemi ilə
yuyub təmizləyir,onları öz sistemi ilə qidalandırır və normal
qaydada yatırdırdı .Soruşa bilərsiniz:ruhla gödənin nə əlaqəsi
var? Bu suala qismən cavab vermişik.Məşhur “təkrar biliyin
anasıdır” kəlamını əsas tutub,bu mövzuya bir daha,özü də
yaxından nəzər salaq.
Təbiblər bilirlər: damarlara mayenin əsas hissəsi yoğun
bağırsağın divarları vasitəsilə sorulur.Damarlara sorulan qanın
miqdarı da,keyfiyyəti də mədədən gəlib bağırsağa tökülən
qidanın miqdarından və keyfiyyətindən,eləcə də yoğun bağırsa-
ğın divarlarının vəziyyətindən,işləmək qabliyyətindən asılıdır.
Minik maşınına Aİ-95 əvəzinə Aİ-72 növ benzin tökən sürücü
fərqi o saat hiss edir:mühərrik səs salır,maşın yaxşı çəkmir,
aşağı sürətdə sönür. Təssüf ki, insan qida keyfiyyətinin fərqini
və yoğun bağırsağın pis işləməsini bu tezlikdə hiss etmir. Həm
də təbiətcə tənbəl və özünə qarşı laqeyd olan (maşının və digər
əşyaların üstündə əsim-əsim əsən!) insan bədənin ağırlaşmasını,
süstlüyü,halsızlığı,köpməyi,gəyirməyi,kökəlməyi və digər simp
downloaded from KitabYurdu.az
72
-tomları adi hal kimi qəbul edir,onlara məhəl qoymur,özünü
aldadır:“keçib gedər”.Əslində isə orqanizmdə baş verən dəyişik
-lik,qeyri-normal hal heç vaxt izsiz keçib getmir,ağır xəstəlik-
lər üçün zəmin yaradır.
Gəlin, ilk baxışda asan görünən bir neçə sualı araşdıraq.
Çox yemək yaxşıdır,ya az yemək? Nəyi çox yemək lazımdır,
nəyi az? Haçan çox yemək lazımdır,haçan az? Nəyi nədən
sonra yemək faydalıdır? Nəyi nə ilə qarışdırmaq ziyandır?...
Nişi Sistemində yaz-yay fəslinin də,qış-payız fəslinin də həftə-
lik qidalanma menyusu verilib.Mənim vəzifəm həmin menyu-
nu bu kitaba daxil etməkdən ibarətdir.
Professor Nişi sübut edib ki,canına 38-40
0
istilik dəyən
(bəzi mütəxəssislər 70-75
0
–ni son hədd sayır) ət,süd,yağ,
tərəvəz,meyvə,göyərti,bir sözlə,hər ərzaq növü öz qiymətli
komponentlərini itirir və dönüb olur “ölü qida”.O da bağırsaq-
da həzm olub qana sorulmaq əvəzinə,zərərli maddələrə çevrilib
orqanizmi zəhərləyir.Həm də şlak şəklində bədənə yığılıb (hər
adam öz bədənində 8-25 kq.şlak gəzdirir) qalır,bakteriyaları
qidalandırır,onların çoxalması və toksinlər buraxıb qanımızı
zəhərləməsi üçün zəmin yaradır.Məhz bu səbəbdən insan
müxtəlif dərdlərə mübtəla olur və məhz bu səbəbdən onlardan
yaxa qurtara bilmir.
Qida məsələsində çox həssas olan əcdadlarımız “çox
yemək adamı az yeməkdən də qoyar” deyiblər.D-r Nişi və
qidalanma problemləri ilə dərindən məşğul olan bütün mütəxəs
-sislər bu qənaətə gəliblər ki,hətta,ən dəyərli qida da normadan
artıq qəbul edildikdə-fəsad verir,adam xəstələnir, iştahı pozulur
və heç nə yeyə bilmir,yəni,az yeməkdən də qalır.Böyük Nizami
də ən dəyərli qida sayılan su haqqında məhz bu fikri söyləyib:
Bir inci saflığı varsa da suda,
Artıq içıləndə dərd verir o da.
Lakin məsələ qidanın tək həcmində,çəkisində deyil,
həm də növündədir. Sualı belə qoymaq lazımdır: nə yeyirsən?
Qidaya bir qədər dərindən nüfuz edək.
downloaded from KitabYurdu.az
73
Bir daha yada salaq ki, Təbiət Qanunları əbədi və
dəyişməzdir.Onlar öyrədir: bütün energetika sistemində olduğu
kimi, canlı orqanizmdə də müntəzəm olaraq enerji mübadiləsi
baş verir-bir enerji bədəndən çıxır, digəri daxil olur.Qida,hava,
su və işıq daxil olan enerjidir.İsti,nəfəs,hərəkət,düşüncə, danış-
maq,sidik,nəcis,tər və s. isə çıxan enerjidir.Sağlam olmaq üçün
bu iki enerji arasında daima tarazlıq-balans olmalıdır.Elə
buradaca qeyd edək ki,kaloriliyin sağlamlığa heç bir dəxli
yoxdur.Ömrü boyu yüksək kalorili qida qəbul edən adam hamı-
dan bərk xəstələnə bilər və çox vaxt belə də olur,az kalorili
qida qəbul edən isə tam sağlam ola bilər.Qida məsələsində
həlledici faktor Günəş enerjisidir.Qida məhsullarını bizə lazım
olan enerji ilə təchiz edən qüvvə Günəşdir! Günəş enerjisi
olmasa,nə həyat olar,nə də sağlamlıq.Günəş enerjisinin çalış-
qan poçtalyonu,həyat adlı “maşını” işlədən qüdrətli qüvvə-
möhtəşəm bitki səltənətidir.Bu səltənət insan üçün lazım olan
bütün vitaminlərlə,mikroelementlərlə çox zəngindir.Lakin bizi
yaşadan vitaminlər,duzlar və digər mikroelementlər yalnız çiy
bitkinin tərkibində qala bilir.Bitki Səltənəti sağlamlıq üçün
zərərli olan rəngləri,turşuları,metal duzlarını özündə saxlamır.
Alimlərin hesablamalarına görə,adam ac qalanda orqa-
nizm özünü yaşatmaq üçün 100 şərti enerji vahidi xərcləyirsə,
karbohidratlarla qidalanarkən 106,4, yağ yeyəndə -114,5, zülal
yeyəndə-140 vahid xərcləyir.Ən sərfəli qida karbohidratlar
(meyvə-tərəvəz),az səmərəlisi isə zülallardır(ət,dənlər, yumurta,
mürəbbələr,konservlər,bişirilmiş digər ərzaqlar). Özünüz seçin.
Mənə tez-tez deyirlər: insan ətsiz-yağsız necə ötüşsün?
Belə fikir formalaşıb ki,insan sutka ərzində 120 q zülal, 50 q
yağ, 500 q karbohidrat qəbul etməlidir.Nişi bu fikiri yanlış
sayır.Mən də onu ikiəlli dəstəkləyirəm. İsveçrəli naturopat alim
Birher-Benner hesablayıb (Nişi də onunla razılaşıb):118 q.
zülal almaq üçün 600 q ət,yaxud 20 ədəd yumurta,yaxud 3 kq
kələm,yaxud 6 kq kartof,yaxud 30 kq alma yemək, ya da 4 litr
süd içmək lazım gələrdi.Mümkündürmü?..Elə adam var ki,bu
downloaded from KitabYurdu.az
74
qədər zülülı oynuya-oynuya həzmi-rabedən keçirir.Keçirməyə
keçirir,amma altını çəkir.Yadıma Moskvada,Revmatizm institu
-tunda müalicə alarkən mənimlə bir palatada yatan Nikolay
Kutuzovun qida rejimi düşdü.Qırmızı yanaqlarından qan
daman boylu-buxunlu gənc bənna işləyirdi.Tez-tez xəstəxanaya
düşürdü.İndi də vurub paytaxta gəlmişdi.Paytaxt təbibləri də
bir şey edə bilmirdi.Vur hey müalicə sxemini dəyişirdilər.O
vaxt bu acizliyin səbəbini bilmirdim.İndi bilirəm:Kolya yaman
zülal düşkünüydü.Bir dəfə evdən bir torba yumurta gətirmişdi-
lər.Kolya şam yeməyini yeyəndən hamısın tökdü qazana,
soyutma bişirdi.Belə güman etdim ki,çiy saxlamaqdan
çəkinir,bişirib saxlayacaq,yavaş-yavaş yeyəcək.Ya da payını
palata yoldaşları ilə bölüşəcək.Gözünə döndüyüm Kolya,böyük
rus qonaqpərvərliy ilə dalını bizə tərəf çevirib,bir torba
yumurtanı dinməz-söyləməz vurdu bədənə.Maraqlandım:neçə
dənə idi?..Gözüm kəlləmə çıxdı:”On beş ədəd?!!Özü də yatar
qarnına”.Kolya mənə,başdan xarab adama baxan kimi,
baxdı:”A çto tut takoqo?..Ya doma i toqo bolşe yem”.Gecə
ağrıları artdı,analgin də kömək eləmədi.Səhər yerdən ölü kimi
durdu.O gün qız-gəlinə söz atmağa,”davay xaraxolim” deməyə
halı olmadı,indi də qadınlar ona sataşırdı, “davay xaraxolim”
deyirdilər.Kolya da məzlum-məzlum qımışırdı.Nə baş vermiş-
di?..Onda bu sualın cavabını bilmirdim,heç ağlıma da gəlmirdi
ki,baş vermiş pisləşməni evdən gəlmiş dadlı yumurtalarla
bağlayım.İndi dəqiq bilirəm.Kolya evdə yediyi yumurtaları ağır
iş prosesində yandırırdı,enerjiyə çevirirdi və xərcləyirdi.Burda
isə artıq zülal yanmadı,enerjiyə çevrilmədi, bədəndən itirilən
enerji formasında vicuddan kənara çıxmadı.Və fəsad verdi.
Məslə bundadır ki,orqanizminə daxil olan zülal mütləq
yanmalıdır!Dəxli yoxdur,bədənə istilik lazımdır,ya yox,yanma-
lıdır,vəssalam.Yanmayan zülal zəhərli maddələrə (ptominlərə)
çevrilir.Zülalın zərurət qarşısında məhv edilməsinə çoxlu enerji
xərcləmək lazım gəlir.Bu da gətirib ona çıxarır ki,başqa maddə
-lər(məsələn,yağlar,karbohidratlar) yanma prosesindən kənarda
downloaded from KitabYurdu.az
75
qalırlar və bol karbohidratlar da üstəlik yağlara çevrilir. Bütün
bunlar həzm olmamış şəkildə yığılıb orqanizmdə qalır.Adam
kökəlir və bunu “ağ gün”ün nəticəsi kimi qiymətləndirir.
Əslində isə “şlakların” yığışıb qaldığı orqanizm ürək-damar və
digər xəstəliklər üçün əlverişli məkana çevrilir.Adam yağları,
karbohidratları çox qəbul edərkən,onlar həzm olunmur,kütlə
şəkilində yoğun bağırsağa daxil olur və yığışıb orada qalır.Qan
damarları ilə zəngin olan yoğun bağırsaq çürük kütlədəki fəsad
verən maddələri sorub,qana ötürür və bütün orqanizmə paylayır.
Orqanizm zəhərlənir-biz xəstələnirik!Nəticə: fəsad verən -təkcə
gec həzm olan qidalar deyil, qida çoxluğu da çox zərərlidir.
Enerji haqqında onu da bilmək lazımdır ki,həyat enerjisi
eyni vaxtda baş verən iki əks-prosesin təzahürüdü: qurucu
prosesin və dağıdıcı prosesin.Onların vəhdəti maddələr müba
-diləsini təşkil edir.Hər birimzim sağlam,yaxud xəstə olmağı
məhz maddələr mübadiləsindən asılıdır.Gəlin araşdıraq:maddə-
lər nəyi qurur və nəyi dağıdır?
Artıq bilirik ki,insan orqanizmi gözlə sezilməyən 70
triliyon hüceyrədən ibarətdir.Hüceyrələr canlıdır:bizim kimi
nəfəs alırlar,yeyib-içirlər,parçalanmış məhsulları özlərindən
kənar edirlər,ailə qururlar,nəsil artırırlar,nəhayət,dünyalarını
dəyişirlər.Bizə oxşayan bu balaca varlıqlar enerjinin daxil oldu-
ğu və cəmləşdiyi canlı akkumulyatordur.Uşaqlıq və gənclik
çağlarında hüceyrələrin yaranması prosesi dağılması prosesin-
dən qat-qat güclü olur.Qocalanda,yaxud xəstələnəndə-tərsinə
olur. Gün ərzində bədənimizdəki canlıların 1 faizi ölür (bu təbii
itkidir),onun yerinə yenisi yaranır.Bunu nəzərə alaraq deməli-
yik:qida bizim üçün təkcə “dadlı”, “şirin”, “turş” tamlı ləzzət
mənbəyi deyil. Qida-hüceyrələrimizi elə yedirtməlidir, enerji
ilə elə təmin etməlidir ki, onlar yaşasın, tez qocalıb ölməsin,
yaxşı işləsin. Bunun üçün: qida faydalı olmalıdır! Bəs faydalı
qida nəyə deyirik?
Heç bir sürücü öz maşınına təmiz benzin əvəzinə çamur,
su, mazut tökməz.Amma özünü yaranışın tacı sayan ali şüurlu
downloaded from KitabYurdu.az
76
insan öz “bakına” “benzin” əvəzinə çamur da tökür, çınqıl da.
Fərqinə varmır:mədəsinə tökdüyü qida ona enerji verəcəkmi,
həyat gücü verəcəkmi,yoxsa “şlaka” çevrilib illərlə bədənimiz-
də qalacaq, “xəstəlik anbarı” funksiyasını daşıyacaq.Halbuki
məşhur alim Pol Breqq vaxtında deyib: ”Biz-nə yeyiriksə,
oyuq”: faydalı qida yeyiriksə-sağlamıq, ağıllıyıq, mehribanıq,
gülərüzük və xoşbəxtik, faydasız,yəni zərərli qıda yeyiriksə-
xəstəyik,acgözük,bədxahıq və bədbəxtik.
SAĞLAM QAN! ONU NECƏ YARADAQ?
Hava,işıq,su,qida bədəndə duru hala düşərək,istilik və
enerji yaradır.Qidanın yanmasına(turşulaşmasına) və onun
bütün kimyəvi çevrilmələrinə hava və işıq kömək edir.Bu,
hüceyrələrin qidalandırılması üçün birinci şərtdir.Dərimiz,hər
şeydən öncə,hava və işığa möhtacdır.Günəşdən korluq çəkən
bitkinin rəngini və halını göz qabağına gətirin.Su isə orqaniz-
min yaxşı işləməsinə,qalıqların təmizlənməsinə,bədənin qida
ilə təmin olunmasına kömək edir,həm də qidanın bir vacib
növü kimi funksiya daşıyır.
Müasir tibb elmində belə bir yanlış fikir dolaşır ki,insan
qidalanır,orqanizm isə özünə nə lazımdır onu seçir,qalanını atır.
Nişi bu məsələyə başqa cür yanaşıb.O, özündən soruşmuşdur:
“Orqanizmə oksigensiz daxil olan qidanın başına nə iş gəlir?”.
O vaxt qida quzuqulağı(turşəng) turşusu deyilən kimyəvi mad-
dəyə çevrilir.Əgər bu turşu bişmiş xörəklərin çevrilməsindən
əmələ gəlirsə,o zaman qana düşən kimi sərbəst kalsiumla
birləşir və əriməyən,heç nə ilə orqanizmdən kənar edilməyən
quzuqulağı turşusunun duzuna çevrilir,tədricən və müntəzəm
şəkildə yığışıb bədəndə qalır.Özü də bütün hüceyrələrdə
yığışır-əzələ,əsəb,sümük və damar hüceyrələrində kristallar,
daşlar əmələ gətirir,oynaq revmatizmi,artrit,artroz törədir,cinsi
fəaliyyəti zəyiflədir.Bu duz,demək olar,bütün xəstəliklərin
törədicisidir.Təbii çiy qidalardan yaranan quzuqulağı turşusu
downloaded from KitabYurdu.az
77
isə qanda sərbəst kalsiumla birləşmir və zərərli duz yaratmır.
Əksinə,bişmiş xörək yeyərkən yaranan zərərli quzuqulağı
turşusu duzunu əridib təmizləyir.
Xüsusi vurğu ilə qeyd etmək istəyirəm:təbii çiy
qidadan yaranan quzuqulağı turşusu yeganə şəfalı qüvvə-
dir ki,onu bədəndə duz və daş yaranmasına qarşı,artrozlara,
artritlərə və digər xəstəliklərə qarşı tətbiq etmək mümkündür.
Buradan doğan əsas nəticə belədir:sağlam olmaq istəyən hər
kəs-çiy və təbii qidalarla qidalanmalıdır!Yəni,gündəlik
rasiona çoxlu tərəvəz,şülul,qoz-fındıq,püstə,badam,günbaxan
tumu, boranı tumu,müxtəlif köklər və zoğlar daxil etmək çox
vacibdir!Xüsusi bölmədə “nəyi nədən sonra”, “nəyi nə ilə”,
“nəyi nə qədər” yemək suallarına ətraflı cavab verəcəyik.
ƏZƏMƏTLİ ÜÇLÜK :işıq,hava,su
İşıq və hava bədənin ən başlıca enerji daşıyıcılarıdır.
İnsanı soyuqdan,yad gözlərdən qoruyan paltar,eyni vaxtda,bizi
enerji daşıyıcılarından da təcrid və məhrum edir.Nəticədə:
bədəndə karbon oksidi yaranır.Bunun qarşısını almaq müm-
kündür.Nişi təklif edir:hər gün azı 2 dəfə kontrast hava və su
vannası qəbul etmək lazımdır.Bu prosedura dərinin nəfəs
almasını gücləndirir,orqanizm bol-bol okisgen qəbul edir,bu da
karbon oksidini öldürür,orqanizmin immunitetini gücləndirir.
İnsan soyuğa və xəstəliklərə qarşı,o cümlədən,xərçəngə qarşı
davamlı olur.Nəticə:dərinizə mümkün qədər çox işıq və hava
dəyməlidir(konrast hava və su vannalarını qəbul etmək qayda-
larını ayrıca verəcəyik).
Çoxumuz bilmirik ki,uşaq “üzməyi” ana bətnində
öyrənir.Əlbəttə,bu,bir zarafatdır.Əslində isə həqiqətən də
uşağın yerləşdiyi “torba” su ilə dolu olur.Alimlər çox maraqlı
bir fakt aşkar ediblər:okean sularından götürülən analizlər
göstərir ki,okean suyunun kimyəvi tərkibi uşağın “evindəki” -
ana bətnindəki suyun tərkibi ilə, təxminən,eynidir.Uşaq həmin
downloaded from KitabYurdu.az
78
su ilə bərabər dünyaya gəlir və su bütün həyatı boyu ona lazım
olur.Təkcə onu qeyd etmək kifayətdir ki,insanın ümumi
çəkisinin 70 faizini su təşkil edir.Su orqanizmdə aşağıdakı
şəkildə yerləşir:əzələlərdə-50 faiz,sümüklərdə 13,qanda 5, qara
ciyərdə 16, dalaqda 0,4 faiz.Bəs suyun orqanizmdə fizioloji
funksiyası nədən ibarətdir?Su sadə kimyəvi formula ilə işarə
olunsa da (H
2
O),onun tərkibi çox mürəkkəbdir.Su-universal
həlledicidir (rastvoritel).Təbii suda oksigendən başqa müxtəlif
üzvi maddələr,həmçinin,müəyyən miqdarda radio-aktiv şüa da
mövcuddur.Öz nadir kimyəvi tərkibinə görə təbii su orqaniz-
mdə xüsusi reaksiyaya girir.Tərkibində daha çox əhəng daşı
olan suya“ağır”,yaxud “cod” su deyirik,az olana isə “yüngül”,
“yumuşaq”.Qaynamış su “ölü” sudur.Onun tərkibindəki
mikroelementlər su qaynayandan sonra dəyişilir və faydasını
itirir.Odur ki,təmiz bulaqlar olmayan yerdə su filtirindən
istifadə etmək, suyu təmizləyib çiy içmək məsləhətdir. Filtir
olmasa,bir stəkan çiy suya bir damcı yod,yaxud alma sirkəsi və
yaxud limon ilə bal əlavə edib için.Bilin ki,heç bir mikroor-
qanizm turş mühitdə yaşaya bilmir.Torpağında maqnezium bol
olan rayonlarda çoxlu su içən və tərəvəz yeyən adamlar
xərçəng xəstəliyinə nadir hallarda tutulur.Maqnezium xərçəng
xəstəliyinin qarşısını alır, onu sağaldır. Maqnezium həm də
əsəb,əzələ,endokrin,damar və digər sistemlərə yaxşı təsir göstə-
rir.Ona görə də Nişi suyun maqnezium duzları ilə zənginləş-
dirilməsinə böyük əhəmiyyət verirdi.Mən qəbul elədiyim
qidalara hər gün maqnezium duzu (bir çimdik) qatıram və bunu
hamıya məsləhət görürəm.Diqqətinizə çatdırım ki,suyu dondu-
rub buza döndərdikdən sonra tərkibindəki mikroblar ölür.Belə
su yağış suyunu əvəz edir.
Qidanın tərkib hissəsi olan su maddələr mübadiləsinin
gedişinə güclü təsir göstərir.Nəfəs verərkən ağ ciyərdən buxar
şəkilində(sutkada 600q),tər şəkilində dəridən(3 milyon deşik-
dən 600 q),sidik şəkilində(1300-1500 q),nəhayət,düz bağırsaq-
dan (1100q) su çıxır.Xaric edilən suyun sutkalıq həcmi 3500
downloaded from KitabYurdu.az
79
qrama bərabərdir.Əlbəttə,bu miqdar bədənin parametrlərindən
və işin xarakterindən,şəxsin davranışından çox asılıdır.Amma
bir şey hamı üçün eynidir:xaric edilən su qədər su içmək vacib-
dir!Su içməyən adam bədənindəki şlakın hüceyrələrdə,damar-
larda yığılıb qalmasına və müxtəlif xəstəliklər törətməsinə
gözəl şərait yaradır.Su təkcə orqanizmi təmizləmək funksiy-
asını daşımır,həm də bədənin temperaturunu insanı əhatə edən
mühitin tempera-turuna uyğun olaraq tənzimləyir.Eyni zaman-
da,su yağın mübadiləsinə kömək edir,piyi tər vasitəsilə
bədəndən qovur.Normaya uyğun həcimdə içilən su yoğun
bağırsaqdakı bakteriyaların azalmasına səbəb olur.Su olma-
yanda, maddələr mübadiləsi zamanı yaranan bir çox zərərli
maddələr qana sorulur,beləliklə də damarların daralması, qan
təzyiqinin yüksəlməsi baş verir.
Sual olunur:Suyu nə vaxt və necə içməli? Əvvəla, səhər
yerdən duran kimi.Mütləq!Lakin stəkanı ilıq çiy su ilə
doldurub,başınıza çəkməzdən qabaq tualetə gedin,sonra ağzı-
nızı və boğazınızı təmiz-təmiz yaxalayın (yaxşı olar ki, suya bir
qədər alma sirkəsi damızdırasınız).Əgər dilinizin üstündə ağ
təbəqə(ərp) əmələ gəlibsə,onu qaşığın qırağı ilə qaşıyıb təmiz-
ləyin.İndi nuş edə bilərsiniz.Amma xəbərdarlıq edirəm: ürəyi,
yaxud qara ciyəri xəstəliyə meyilli olan adam suyu qurtum-
qurtum içməlidir.Fəal fəaliyyət göstərən sağlam adamların
gündəlik su norması 2-3 litrdir. Səhərlər ürəyiniz istəyən qədər
su içə bilərsiniz.Sidiyə tez-tez gedən adam yatar qarına su
içərsə,qara ciyərini və böyrəklərini xəstələndirə bilər.Suyu
hamamda çimdikdən və vanna qəbul etdikdən sonra içmək çox
faydalıdır.Bu,orqanizmə müxtəlif zibillərdən xilas olmaqda
köməklik edir.Nişi belə hesab edirdi ki,isti vanna qəbul
etməzdən öncə suyu o şəxs içə bilər ki, həmin adam düz və
bərk yataqda yatır.Bunu etməyən şəxs suyu isti vannadan ən
azı bir saat əvvəl içə bilər.
Bəzi adamlar soruşur:çörək yeyərkən su içmək məslə-
hətdirmi?Əsla yox!Zərərli vərdişdir.Fikir verin:yemək zamanı
downloaded from KitabYurdu.az
80
və ondan dərhal sonra su içən adam öz əlilə həzmolma
prosesini pozur və qəbul etdiyi qidanı öldürür.Çünki su 10-15
dəqiqədən sonra mədəni tərk edir,özü ilə bərabər mədə şirəsini
də yuyub aparır.Mədə qalır şirəsiz-”dəyirman” “dəni” üyüdə
bilmir.Bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur.
Gəzinti vaxtı,yaxud qaçarkən su içmək zərərlidir.Bu vaxt içilən
su mədə divarlarını korlaya və zədələyə bilər. Suyun normadan
çox içilməsi orqanizimdə insulinin çatışmamasına və mədəaltı
vəzinin pis işləməsinə dəlalət edir.Bu xəstəliyi dahi yapon
alimi K.Nişinin möcüzəli Sağlamlıq Sistemi ilə sağaltmaq
mümkündür.Bu sistemlə yaşayandan 3 ay sonra məndə şəkər
xəstəliyindən əsər-əlamət qalmadı.
Naturopat alimlərin hamısı qocalığı-orqanizmin, xüsusi-
lə də sümüklərin susuzlaşması kimi qiymətləndirirlər.Tez
qocalmaq istəməyən hər kəs, çəkisindən asılı olaraq, gündə 2-3
litr çiy suyu qurtum-qurtum içməlidir.Suyu yeməkdən 15-30
dəqiqə qabaq və ilıq şəkildə içmək lazımdır.
DAXİLDƏKİ LABORATORİYA
NECƏ İŞLƏYİR?
İndi biz çox şey bilirik.Məsələn,onu bilirik ki, qidaların
hansı faydalıdır,hansı faydasız, “ölü” qida nədir, “canlı” qida
nə, suyu nə qədər və nə vaxt içmək məsləhətdir...Topladığımız
biliyə onu da əlavə edək ki,daxilimizdə çox zəngin,mürəkkəb
və mükəmməl bir laboratoriya işləyir və bizim sağlamlığımız
onun necə işləməsindən çox asılıdır.Zərərli və faydasız qidanı
faydalı etməyə laboratoriyamızın gücü çatmasa da,o,xeyirli
qidanı faydasız,yaxud zərərli qidaya çevirə bilər.Ona görə də,
gəlin qidanın hərəkət marşrutuna diqqətlə nəzər salaq.Qida ağız
boşluğuna düşcək “dəyirman” işləyir-dişlərimiz qidanı xırdala-
yır,dilimiz dərhal “analiz götürüb” beyinə “teleqram vurur”:
qida istidir,yaxud soyuqdur,turşdur,yaxud şirindir,bərkdir və
yaxud yumuşaqdır,filan xassələrə malikdir.Beyin “teleqramı”
downloaded from KitabYurdu.az
81
alcaq,şirəburaxan vəzilərə,mədəyə,yoğun bağırsağa,böyrəklərə,
qara ciyərə,mədəaltı vəziyə,damarlara və ağ ciyərə müvafiq
göstərişlər verir,onları prosesə qoşur.İlk mərhələdə ağırlıq
dişlərin və ağızda olan 6 tüpürcək vəzinin (4-ü dilin altında,2-si
ovurdda) üstünə düşür.Dişlər və tüpürcək vəziləri qidanı yaxşı
üyütsələr,onda qidanın həzmolma qabliyyəti çox yüksək olur,
mədəyə, yoğun bağırsağa, ciyərlərə, böyrəklərə ağırlıq düşmür,
onlar insana uzun illər yaxşı xidmət göstərir. Əksinə, çeynəmə
prosesi pis gedəndə, sağlamlığımıza böyük zərbə dəyir, daxili
orqanlar sıradan tez çıxır, bizim də ömrümüz gödəlir.
Adətən,biz yemək yeyərkən,ömrümüz boyu harasa
tələsirik və qidanı bir təhər gəvələyib,mədəyə ötürürük.Elmi
dildə desək,“passiv çeynəmə və aktiv udma” prosesinə əməl
edirik.Çeynəmə aləti olan dişlər işlə yaxşı yüklənmədiyi üçün,
tənbəlləşir və tez sıradan çıxır. Halbuki bir sıra Asiya və Afrika
ölkələrində qidalanarkən “aktiv çeynəmə və passiv udma”
prinsipini tətbiq edirlər.Burada yaşayanlar bir xışma düyünü,
yaxud buğdanı 10-12 dəqiqə ərzində çeynəyirlər.Qida ağız
şirəsi ilə mükəmməl qaydada reaksiyaya girir.Əbəs yerə
deməyiblər ki,hindular bir xışma düyüdən daha çox faydalı
maddələr alırlar, nəinki ingilislər bifşteksdən.
Bəzi adamlara elə gəlir ki,tüpürcək yalnız kiminsə
üzünə(yaxud ünvanına) tüpürmək və hirsini soyutmaq üçündür.
Belə düşünənlər çox zəngin kimyəvi tərkibə malik olan bir şəfa
mənbəyini təhqir etmiş olurlar.Tüpürcəyin ən başlıca funksi-
yası qidaya kimyəvi təsir göstərməkdir.Bu təsir nişastalı mad-
dələri şəkərə çevirir.Udulan qida kifayət qədər çeynənilmirsə
və tüpürcəklə isladılmırsa,onda qidanın bir şəkildən başqa
şəkilə çevrilməsi prosesi pozulur, qida pis həzm olunur.
Baş kimyəvi laboratoriya sayılan mədə 5 stəkan
həcmində(bəzən daha çox) qida tutan kisədir.Mədə şirəsində
pepsin adlı kimyəvi maddə vardır.Pepsin qidanın çevrilməsində
mühüm rol oynayır.Sağlam adamın mədəsində 4,5 litr mədə
şirəsi hasil olunur.Tüpürcəklə yaxşı isladılmış qida mədəyə
downloaded from KitabYurdu.az
82
daxil olanda,mədə şirəsi çox rahat işləyir.Qida ağızda yaxşı
çeynənməyəndə,yaxud qarınqulu adam mədəni qida ilə ağzına-
can dolduranda, qida həzm olmaq əvəzinə,başlyır qıcqırmağa
və çürüyür.Mədədə yaranan zərərli ferment uzun müddət orada
qalır,yeni qidaya qarışır və acıma, qıcqırma prosesi davam edir.
Mədə pinti zibilxanaya çevrilir.Mədənin üst hissəsi elastikliyini
itirir,süzülüb nazikləşir,lırt olur,mədə vəzilərinin deşikləri
tutulur və xəstəliklər baş alıb gedir.
Bu yerdə peyğəmbərimizin müdrik kəlamını bir daha
yada salmaq yerinə düşər:“Bütün fəsadların yuvası -mədədir,
bütün dərdlərin çarəsi-pəhrizdir”.
Dostları ilə paylaş: |