downloaded from KitabYurdu.az
1
Ərşad Əzimzadə
MÖCÜZƏSİZ MÖCÜZƏ
TƏKMİLLƏŞMİŞ YENİ NƏŞRİ
HEÇ VAXT XƏSTƏLƏNMƏMƏK, XƏSTƏLƏNDİKDƏ İSƏ
DAVA-DƏRMANSIZ SAĞALMAQ MÜMKÜNDÜRMÜ?
DÜNYANIN BÜTÜN NATUROPAT ALİMLƏRİNİN
CAVABI BİRMƏNALIDIR: “BƏLI, MÜMKÜNDÜR!”
“İnci”,
Bakı - 2009
downloaded from KitabYurdu.az
2
Redaktor : Firuzə Əzimova
Korrektorlar:
Fərid Cəbrailov
Elçin Məmmədzadə
Ərşad Mütəllim oğlu Əzimzadə. “Möcüzəsiz möcüzə” (elmi-
publisistik əsər).
Bakı, “İnci”, 2009, səh.322
Həmişə sağlam olmaq, gümrah və bəxtiyar yaşamaq, öz
gəncliyini uzun illər qoruyub saxlamaq istəyən hər kəs,eləcə də
ağır xəstəliklərdən təbii üsullarla yaxa qurtarmaq, özünü dava-
dərmansız sağaltmaq, özü özünün həkimi olmaq istəyən hər bir
xəstə,yaşından asılı olmayaraq,bu kitabda “bunu necə etmək
olar” sualına konkret və ətraflı cavab ala biləcək.
Kitabda dünya şöhrətli naturopat alimlərin cansağlığı ilə
bağlı təlimlərinə arxalanaraq, özünü 8 ağır xəstəlikdən dava-
dərmansız sağaldan müəllifin baxışları və təcrübəsi öz geniş
əksini tapmışdır.Bu təcrübə deyir:sağalmayan xəstəlik yox-
dur,sağalmayan xəstə var.Sağalmaq istəyən-yollar axtarır,
istəmiyən-bəhanə...
4108020000-1 elansız
Ə-----------------------------------
029-96
İSBN 5-8606-138-6
downloaded from KitabYurdu.az
3
Sağlamlıq hər şey deyil, lakin hər şey-
sağlamlıqsız heç nədir.
Sokrat
Həkim müalicə edir, şəfanı isə təbiət verir.
Hippokrat
Bütün fəsadların yuvası mədədir, bütün
dərdlərin çarəsi pəhrizdir.
Məhəmməd Əleyhissəlam
Orqanizm bütövlükdə və hər bir hüceyrə ayrı-
ayrılıqda dünyanın bütün akademiyaların-
dan müdrik və ağıllıdır.
A. Zalmanov
downloaded from KitabYurdu.az
4
KİTABIN İKİNCİ NƏŞRİNƏ
ÖN SÖZ
“Möcüzəsiz möcüzə” kitabı işıq üzü görən gündən
(dekabr, 1996) keçən bu on iki ildə nələr baş verib? Öncə
kitabın taleyi haqqında.Bircə dəfə də reklam olunmayan bu
əsər oxucu diqqətini ilk gündən özünə elə çəkdi ki, acgöz kitab
“piratları”, mənim müəlliflik hüququmu kobud formada
pozaraq, başladılar kütləvi şəkildə onun üzünü çıxardıb baha
qiymətə satmağa. Vərəqləri əl vuran kimi tökülən keyfiyyətsiz
“ksero-kopiyalar” ölkəni basdı.Müəlliflik hüququmun pozul-
ması mənə böyük maddi və mənəvi ziyan vurdu. İlk vaxtlar,
zəyif formada olsa da, hüquqlarımı qorumaq təşəbbüsündə
bulundum. Öncə hüquq-mühafizə orqanlarına yazılı mürciət
etdim.Səmərə vermədi.Rəsmi dövlət qəzetinin (“Azərbaycan”)
səhifəsində üzümü müvafiq orqanlara tutub soruşdum:
“Mənim müəlliflik hüququmu kim qoruyacaq?”. İnsafən,
sualın cavabı çox yubanmadı.Vətəndaşların müəlliflik hüqu-
qunu qorumağa borclu olan rəsmi dövlət təşkilatı mənə
bildirdi ki, ərizə ilə ona müraciət etsəm, işlər yoluna düşər.
Yubanmadan müraciət etdim. İdarədə mənə təskinləşdirici “şad
xəbər” verdilər: ”Müəlliflik hüququ pozulan təkcə sən
deyilsən, hətta, Təhsil Nazirliyinin buraxdığı dərsliklərin də
üzünü kütləvi şəkildə çıxardıb satırlar. Qeyri-leqal işləyən
arxalı “piratlarla” mübarizə aparmaq asan məsələ deyil”.
Rəsmi idarənin halına bərk acısam da,ümüdsizliyə qapılmadım,
ərizə yazıb verdim müdür bəyə.Görülən tədbirin nəticəsi özünü
çox gözlətmədi.“Arxalı piratlar” tərəfindən buraxılan kitabımın
sayı və çeşidi birdən-birə yüksək sürətlə çoxaldı: elə bil, mənə
demək istəyirdilər: “Sən kimə qarşı vuruşursan?”. İndi kitabım
təkcə sarı rəngdə çıxmırdı,həm də göy,qırmızı,yaşıl rənglərdə
buraxılırdı.Bu sətirləri yazarkən daha bir “şad xəbər” aldım:
downloaded from KitabYurdu.az
5
qorxu-hürkü bilməyən,heç kəsdən çəkinməyən kitab “pirat-
ları”(hüquqi dildə desək, mütəşəkkil cinayətkarlar) 2007-ci
ildən kitabımı qırmızı rəngdə və qalın üzlə buraxmağa
başlayıblar.
1996-cı ildə cəmisi 4 min nüsxə tirajla buraxdığım
kitabın qeyri-rəsmi “ksero”-tirajı,kim bilir, bəlkə də bir neçə
milyonu çoxdan keçib.Təbiidir ki, mənə maddi cəhətdən böyük
ziyan dəyib. Amma, istəyirsiniz inanın, istəmirsiniz-inanmayın,
məyus deyiləm. Bilirsiz niyə?
Ruslarda bir məsəl var, deyirlər “net xudo bez dobra”.
Yəni, elə bir pis hadisə yoxdur ki, onun bir müsbət cəhəti
olmasın. Bu,həqiqətən də belədir. Kitab “piratlarının” uğurları
mənə bir çox həqiqətləri anlatdı. Əvvala, dərk etdim ki, millət
saf sözü çürük sözdən yaxşı seçir. İkincisi, insanların ağıllı
məsləhətlərə ehtiyacı böyükdür. On minlərlə həmvətənim leqal
və qeyri-leqal şəkildə çıxan kitabımı oxuyub, özləri üçün nəsə
faydalı bir şey tapıb, özünü bu və ya digər bəladan həkimsiz,
dərmansız qurtarıb, itirdiyi ən şirin neməti-sağlamlığını qayta-
rıb. Belə savab işin sevincini dadmaq hər adama nəsib olmur!
Mənə zəng vurub, sevincini mənimlə bölüşən çoxsaylı oxucu-
larımın ürəkdən gələn alxışları mənə dəymiş maddi və mənəvi
ziyanın əvəzini min qat artıqlaması ilə çıxdı, məni sağlamlıqla
bağlı yeni əsərlər yazmağa ruhlandırdı. Qarşıma çıxan çətinlik-
lərdən və süni maniələrdən qorxub geri çəkilmədim, yazdım,
yazıram və bundan sonra da yazacam!..
Bəs bu illərdə şəxsi həyatımda nələr baş verdi?
Səkkiz “sağalmayan” (tibb elminin təbirincə) xəstəliklə
vidalaşıb, ən azı 20 il cavanlaşdım. Gənclik çağlarında, Sibir
“mujiki” kimi, “tulupda”, dəri papaqda, boynu həmişə yun
şərfli gəzən, yayın tiyamarında da özünü soyuqdan qoruyan bir
ahıl kişi,1995-ci ildən başlayaraq, Quba kimi soyuq və yüksək
rütubətli bir rayonda, düz 10 il qışın şaxtasında da nazik plaşda,
başı açıq gəzdi,onu bircə dəfə qrip də tutmadı. Ona baxanda
downloaded from KitabYurdu.az
6
heç kəs inana bilmirdi ki,bu adam düz 30 il “çarəsiz” xəstəlik-
lərdən əzab çəkib, 40 yaşında birinci qrup əlil olub...
Bəli, alternativi olmayan, böyük möcüzələr yaratmağa
qadir olan sağlam həyat tərzi öz ecazkar işini görmüşdü.
Sağlam və xoşbəxt yaşadığım 10 ildə tam əmin oldum ki,
əhalinin qidalanma və səhiyyə mədəniyyətini qaldırmaq, millə-
tin qızıl genefondunu yaratmaq cəhdim əbəs deyil. Qəti qərara
aldım: bu istiqamətdə səylərimi daha da artırmalıyam!
Lakin həyatın öz əbədi və dəyişməz qanunları var. Belə
qanunlardan biri də budur ki, xeyirlə şər dünyaya qoşa gəlib,
həmişə qoşa gəzirlər və daima mübarizə aparırlar. Sən demə,
məmləkətimizdə mənim fəaliyyətimi böyük qısqanclıqla qarşı-
layan şər qüvvələr az deyilmiş.Dəhşətli qazanc mənbəyi olan
zəhərli dərmanları və çürük qidaları ifşa etməyim,müasir tibb
elminin gücsüzlüyünü təkzibolunmaz faktlarla sübuta yetirmə-
yim,öz xoşbəxtliyini millətin bədbəxtliyi üzərində quran acgöz
mal-dövlət hərislərinin mənafeyinə toxundu və onları qəzəblən-
dirdi.Mən kiminsə quyruğunu bastalamışdım.Və...Cəzam çox
ağır oldu-orqanizmimə hansı formadasa edilən təcavüz
nəticəsində mədə-bağırsaq traktı və sinir sistemi qəflətən
sıradan çıxdı, mədəm həzmetmə qabliyyətini birdən-birə itirdi,
dilimə bir qurtum çiy su,bir qram çiy qida vura bilmədim,
iradəm sürətlə zəyifləməyə başladı.Tezliklə oynaqlarım şişdi,
əllərim və ayaqlarım öz funksiyasını yerinə yetirə bilmədi.
Yataqda meyid kimi hərəkətsiz qaldım, məni əllə yedirirdilər.
Gənclik illərində düşdüyüm ağır vəziyyət bu dəfə daha ağır
formada və daha pis şəraitdə yenidən təkrar olundu.70 illik
yubileyimi ölüm yatağında, çox bədbin halda qarşıladım.
Ağır yataq həyatının ikinci ilində iradəm məni, demək
olar,tamam tərk etmişdi.Bəzən elə hala düşürdüm ki,Allahdan
özümə ölüm diləyirdim, tez-tez intihar haqqında düşünürdüm.
Belə anlarda ömür yoldaşım mənə ürək-dirək verir, keçmiş
həyatımdan iztirablarla dolu olan günləri-ayları yadıma salırdı.
Deyirdi, onda da yüz kərə belə ağır vəziyyətə düşmüşdün,
downloaded from KitabYurdu.az
7
həmişə də bacarıb burulğandan çıxmışdın, indi də bacaracaqsan,
çıxacaqsan bu vəziyyətdən!..Mənimsə əks-arqumentlərim vardı,
deyirdim,o vaxt cavan idim, orqanizmim hələ güclüyüdü,
xəstəliyə yaxşı müqavimət göstərə bilirdi, indi yaşım 70-ə çatıb.
O vaxt mədəm də yaxşı işləyirdi, indi onu sıradan çıxardıblar...
Mübahisə vaxtı ömür yoldaşım yadıma bir güclü reallığı
salırdı: “Amma o vaxt sənin Katsudzo Nişi, Pol Breqq, Herbert
Şelton, Norman Uoker, Abram Zalmanov kimi qüdrətli
müttəfiqlərin yoxudu”. Bu arqumentin ətəyindən iki əllə bərk-
bərk yapışdım, sinəmə çökmüş Əzrayillə əlbəyaxa vuruşdum...
Düz üç il yataqdan qalxa bilmədim, hər gün Əzrayillə
göz-gözə durdum. Ölümün uzaqda olmadığını hər gün, hər saat
hiss edirdim. Yastığımın dibindən əl çəkməyən ömür yoldaşım
ən ağır dəqiqələrdə-yaşamaq ümidim tamam itəndə yenidən
yadıma salırdı:
-Sən bundan da ağır vəziyyətdən çıxmısan, yenə də
çıxacaqsan, sağlamlığını yenə qaytaracaqsan!..
Bir söz deməsəm də, içimdə başqa şeylər düşünürdüm:
O vaxt hələ gənc idim, mədəm yaxşı işləyirdi. Rəhmətlik anam,
bacılarım Dilnəvaz və Tamara,qayğıkeş yeznəm Hacı və
övladları qulluğumda durmuşdular,gecə yatmırdılar,gündüz
oturmurdular,həyatım uğrunda çarpışırdılar.Hər iki gözünün
nurunu itirmiş müstər anamın əlindən bir iş gəlməsə də, gündə
iki dəfə-bir səhər,bir də axşam-çöpə dönmüş ətsiz barmaqları
ilə biləyimi ölçür,özünü və məni aldatmağa çalışırdı: “yaxşısan,
Allaha şükür,kökəlmisən”.Məmər kəndinin(indi yağı düşməni-
miz ermənilərin taptağı altında inildəyir!) gözəl ab-havası,
Bərgüşad çayının sərin mehi,dərmansız meyvələr, “Astanlarda”
bitən şəfalı pencərlər,Laçından gələn təmiz dağ balı,kənddə
hamının böyük hörmətlə “Əbil həkim” deyə müraciət etdiyi
pak əqidəli feldşerin şəfalı baxışları,hər gün mənə baş çəkməyə
gələrkən bacımdan “ağız, indi bəri bax görüm, bu uşağa səhər-
səhər yeməyə nə vermisən” deyə qida rejimimlə maraqlanan
Qumru nənənin boxçadan çıxan tövsiyələri, çox “vurduğu”
downloaded from KitabYurdu.az
8
üçün “Kefli İsgəndər” ləqəbi qazanmış rəhmətlik Cavanşirin
verdiyi məzəli məsləhətlər, daşları yuyub paklaşdırandan sonra
divara qoyan halal əxlaqlı naxırçı Kamilin dünyada baş verən
qlobal hadisələr barədə söylədiyi baməzə fikirlər və bir çox
digər müsbət amillər mənim “səngərimdə vuruşurdu”. İndi
“döyüş arsenalımda” bunlardan hansı qalıb? Zəhərli şəhər
havası,zəhərli
su,zəhərli meyvə-tərəvəz,saxta dərmanlar,
xəstələrə yalnız “kliyent” kimi baxan insafsız tibb işçiləri,
əndişəsi ağır yük olub çiyinlərindən asılan,hər gün,hər saat
aşağı basan qaçqın qohum-əqrabanın,dost-tanışın soyumuş
münasibəti və bugünkü ağır maddi durumum.Mədəm bir
qurtum çiy suyu da həzm edə bilmir,dilimə meyvə-tərəvəz vura
bilmirəm,qalmışam “mannı kaşa”nın və kartof horrasının
ümidinə,orqanizmim lazım olan vitaminləri,duzları və ferment-
ləri ala bilmir,bu səbəbdən-immun sistemi və orqanizmin
müqaviməti tamam zəyifləyib, köhnə xəstəliklərim yerbəyer-
dən baş qaldırıb...
Göründüyü kimi, mənim arqumentlərim daha güclü idi.
Ömür yoldaşım onları tam inkar edə bilməsə də, qəbul etmək
də istəmirdi:istəmirdi ki,mən olub-qalan ümidimi tamam itirim.
Süni nikbinliklə öz arqumentlərini təkrarlayırdı,qızğın müdafiə
edirdi.Fəqət qara fikirləri qovub beynimdən çıxarda bilmirdim.
Buna nə qədər çox cəhd göstərirdimsə,sırtıq fikirlər bir o qədər
çox beynimə soxulurdu.Görünür,bədxahlarım psixikama güclü
təsir göstərmişdilər-iradəm günbəgün zəyifləyirdi.Ölmədim,
bu dəfə də kəfəni yırtdım!..
Sağ qalmağım üçün göydə-bizi yaradan və xoşbəxt
olmaq üçün bizə hər şey verən Ulu Tanrıya,yerdə-qüdrətli
naturopat alimlərə,əzmkarlığı və fədəkarlığı ilə hamını heyran
qoyan ömür yoldaşım Firuzə xanıma borcluyam!Ən ağır
məqamlarda mənə dayaq olan,ruhdan düşməyə qoymayan
comərd həmvətənlərimin dəstəyi olmasaydı,düşdüyüm qirx
ərşinlik quyunun dibindən çıxa bilməzdim.O nəcib insanlara öz
dərin minnətdarlığımı bildirirəm!..
downloaded from KitabYurdu.az
9
Bu gün son 40 ildə həyatımda baş verən hadisələri
dərindən təhlil edərək, aşağıdakı məntiqi nəticələri çıxartdım:
1.Sağlam həyat tərzinin alternativi yoxdur! Sağlam
həyat tərzi keçirmədən sağlam olmaq və uzun ömür sürmək
mümkün deyil,sağlam həyat tərzi keçirməyən insan hec vaxt
xoşbəxt ola bilməz!..
2.“Bütün fəsadların yuvası-mədədir, bütün dərdlərin
çarəsi-pəhrizdir” deyən müdrik peyğəmbərimiz Məhəmməd
Əleyhissəlam və “düzgün qidalanmadan sağlam olmaq
mümkün deyil” deyən qüdrətli alim Pol Breqq milyon dəfə
haqlıdır.Düzgün qidalanmayan xəstəni sağaltmaq mümkün
deyil,düzgün qidalanmayan sağlam adam hökmən xəstələnməli
və ömrünü vaxtından əvvəl başa vurmalıdır.
3.Dava-dərman xəstəni sağaltmağa qadir deyil, ondan
yalnız dərin böhrandan çıxmaq üçün istifadə etmək lazımdır.
4.İnsan orqanizmi-yeni hüceyrələr yaratmağa qadir olan
mükəmməl “maşındır”,ona görə də bütün toxumaları
cavanlaşdırmaq,damarlarda,vətərlərdə,sümüklərdə, qığırdaqlar-
da baş vermiş qüsurları aradan qaldırmaq , ayrı-ayrı orqanların
funksiyasını bərpa etmək və yaxşılaşdırmaq mümkündür.
5.Dünyanın ən mükəmməl laboratoriyasında keçirilən
sınağın nəticəsi,adamın öz üzərində apardığı sınağın nəticəsi
qədər dəqiq və səmərəli ola bilməz.
6.Ağır xəstənin sağalması üçün xəstənin iradəsi ən əsas
şərtdir, lakin təkcə iradə bəs deyil, xəstənin sağalmasını onun
özündən də artıq istəyən fədəkar adamlar da lazımdır.
7. Ailəliklə sağlam həyat tərzinə keçmək,tək-tək adam-
lara nisbətən-çox asan,çox rahat və maddi cəhətdən çox
sərfəlidir.Belə həmrəyliyin səmərəsi ağılasığmaz dərəcədə
böyükdür. Belə ailə-hər cür qibtəyə və həsədə layiqdir!!!
8.Ulu Tanrının qoruduğu bəndəni heç bir şər qüvvə
məhv edə bilməz!..
9.Sağalmaq istəyən-yollar axtarır,istəmiyən-bəhanə
downloaded from KitabYurdu.az
10
Müəllif.
BİRİNCİ FƏSL
BU KİTABI NİYƏ YAZDIM?
Əlinizdəki bu kitabı nə ad-san naminə, nə də şan-şöhrət
naminə,nə də kalan pul qazanmaq üçün yazdım. Sadəcə, gənc
yaşlarında sağlamlığını itirərək,düz 30 il dava-dərmanın
ümidinə qalmağın,qış-yay isti paltara bürünməyin,özünü “üfürə
-üfürə işlətməyin”,sonu görünməyən dəhşətli ağrıların əlindən
zarıldayaraq ailəni,qohum-əqrabanı zinhara gətirməyin, xeyrə-
şərə yaramayan bir vecsiz məxluqa çevrilməyin, buna görə də
içində qıvrıla-qıvrıla qalmağın nə demək oldu-ğunu gözəl
bilirəm.Onu da bilirəm ki,mənim kimi,öz iradəsi ziddinə
“ölücanlı” epitetini daşıyan zavallılar çoxdur.Mən isə,Xaliqə
min şükür,artıq bu alçaldıcı “titul”umdan xilas olmuşam,30 il
əzab və işgəncə çəkdikdən,hər cürə məhru-miyyətlərə dözdük-
dən sonra, tibb elminin pessimisüt proqnoz-larını yerə vuraraq,
qadir Allahın mərhəməti sayəsində və dahi Yapon alimi
Katsudzo Nişinin yaratdığı ecazkar Sağlamlıq Sisteminin
köməyi ilə şəfa tapdım,boran vurmuş gəncliyimi geri qaytar-
dım.Deyin, bundan da böyük səadət ola bilərmi?
Kitab yazdığımı bilən həkim tanışlarım mənə məsləhət
gördülər ki,möcüzəli Nişi sistemini geniş yaymayım,onu sirr
saxlayım,özüm müalicə ilə məşğul olum,bu yolla kasıblığın
daşını atım.Məsləhətə baxmadım.Zənn edirəm ki,mənə şəfa
gətirən Sağlamlıq Sistemini qeyri-sağlam həyat tərzi keçirən,
bir çox mətləblərdən hali olmayan xalqımdan gizlətməyə,
sadəcə, haqqım yoxdur.Belə etsəydim-Allah qarşısında və
Nişinin ruhu qaqrşısında böyük günah işlətmiş olardım.
Bu kitab heç vaxt xəstələnməmək,həmişə gümrah
yaşamaq,gəncliyin ömrünü uzatmaq,xəstələndikdə isə dava-
dərmansız sağalmaq yolunda sizə ən ehtibarlı bələdçi olacaq.
Buyurun, “Bismillah” deyib, vərəqləri aşırın.
downloaded from KitabYurdu.az
11
BİZ KİMİK?
“Yaranmışın əşrəfi”, “dünyanın tacı” sayılan ali şüurlu
Insan bütün həyatı boyu,kimisi bilmədən,kimisi də bil-bilə,
şüurlu surətdə öz əlilə öz ömrünə balta çalır.Özü də bunu adi
hal, həyat norması kimi qəbul edir, “yarananın hamısı ölüb
gedəcək,beş gün tez,beş gün gec” sözləri ilə özünün iradə
zəyifliyinə,pis vərdişlərinə haqq qazandırmağa çalışır.Lakin
hər kəsin həyatında gec-tez elə bir məqam gəlib çatır ki,adam
dayanıb,hər şeyə tamam başqa gözlə baxmaq,öz vərdişlərinə,
öz həyat tərzinə tənqidi yanaşmaq,hər şeyi saf-çürük etmək
zorunda qalır,nəticə çıxarır və son qərarını verir.Qəti qərarını!
Çünki belə adam, təkcə ingiltərəli Hamleti deyil, zaman-zaman
bütün nəsilləri düşündürən klassik sual qarşısında qalmış-
dır:”olum ya ölüm?”...Başının üstünü qəflətən alan Əzrayil
səndən cavab gözləyir:seç,olum, ya ölüm? Sosial vəziyyətindən,
varlı-kasıblığından,sinnindən,cinsindən,tutduğu vəzifədən asılı
olmayaraq,hamı,təbii,“olum”u seçir.Hətta,canı sağlam olanda
lovğalanaraq “harda qırılar-qırılar” deyən “cəsur” da Əzrayılın
buz baxışları altında sarsılır,üşüyür,“yaşamaq istəyirəm” sözlə-
rini dilinə gətirməsə də,saman cöpündən dördəlli yapışır,
ömrünü,heç olmasa,bir qədər uzatmağa çalışır.Xaliqdən aman
diləyir.Mən belələrini çox görmüşəm.
Bəli,cavan da,ahıl da mümkün qədər çox yaşamaq
istəyir.Fəqət,heç də hamımız tez ölməməyin,uzun ömür sürmə-
yin,ən başlıcası isə azar-bezarsız,gümrah,şad-şalayın yaşam-
ğın təhrini bilmirik.Halbuki uzun illər (200-300-500 il!), özü də
xəstəliyin acısını dadmadan,hətta,“əsrin bəlası” kimi qorxunc
və heybətli bir ad qazanmış xərçəng xəstəliyini vecinə almadan
yaşamaq mümkündür.
Nə sayaq?Yada salın:insan gündə neçə dəfə ayna qaba-
ğında dayanıb qaş-gözünə,boy-buxununa heyran-heyran baxır!
downloaded from KitabYurdu.az
12
Fəqət, insan heç vaxt özünü görə bilmir. Olsa-olsa öz hüsnünü-
camalını, dərisini, boyunu, qaş-gözünü görə bilir. Çünkü ayna
qabağında dayanan insan heç vaxt öz daxilinə nəzər salmağa
təşəbbüs göstərmir. Daxili onu az maraqlandırır, bəlkə də heç
maraqlandırmır. Daxili yalnız mədəsi, ürəyi, qara ciyəri, yaxud
başqa bir orqanı şıltaqlıq edəndə,gecələr yatmağa,gündüzlər
oturmağa qoymayanda,öd kisəsində,böyrəklərində al-əlvan
daşlar əmələ gələndə yada düşür.Dünya şöhrətli (bizə isə bu
çağacan bəlli olmayan!!!) dahi yapon alimi Katsudzo Nişi isə
öz daxilimizə gündə bir neçə dəfə nüfuz etməyi məsləhət görür.
“Nişi kimdir” sualına cavab verməzdən əvvəl,gəlin,
Şeytanın qıçını sındırıb, ömrümüzdə heç olmasa bircə dəfə
özümüzə kənardan,təhlil və tənqid prizması altında baxaq.
Əgər bunu etmiş olsaq,yəni,özümüzə kənardan baxsaq, diqqət-
mizi çəkən ən qabarıq məsələ bu olacaq:hər birimiz, ağlımız
kəsən gündən,heç nəyin fərqinə varmadan,ümumi axına
qoşulub,bozbulanıq kütlə gedən səmtə getmişik. Buna bir
əzəmətli ad da vermişik:”yaşayırıq”. Yaşayırıqmı?.. Bəlkə
düzünü deyək:sürünürük.“Ah-uf” içində,it zülmüynən qazan-
dığımız pulları dava-dərmana xərcləyə-xərcləyə,Ana Təbiətin
müqəddəs Qanunlarını tapdalaya-tapdalaya, onları dəyişməyə
cəhd göstərə-göstərə sürünürük.Hərdən, zavallı Don Kixot kimi,
“Təbiəti özümüzə tabe etdirmək” kimi xam xəyala da düşürük.
Buna görə də “Təbiət” adlı qadir hakim əlindəki əmudla başı-
mıza elə bir ağır zərbə vurur ki,siqaretin,içkinin,yağlı kababın,
şirniyyatın,kolbasanın,saqqızın,daha nə bilim nələrin təsirindən
kütləşmiş olan ağlımız diksinib, oyanır.Ayilan kimi həyacan
təbili çalır: “Vəziyyətim ağırdı! Məni xilas edin!”. Fikir verin: -
məhz insan özü-özünü qeyri-sağlam həyat tərzinin köməyi ilə
qırx ərşin quyunun dibinə salır,amma istəyir ki,onu quyunun
dibindən özü deyil,kim isə bir başqası çıxartsın.Bundan da
böyük qəribəlik budur ki,düşdüyü ağır vəziyyət üçün əsl
səbəbkardan-yəni özündən başqa kimi desəniz təqsirləndirir:
“ağır taleyi”,ictimai qurluşu,iqtidarı,təbibləri,deyingən qayna-
downloaded from KitabYurdu.az
13
nanı, kasıbçılığı, televiziya şirkətinin rəhbərliyini...Di gəl,bir
sualı özümüzə vermək heç vaxt ağlımıza gəlmir:seçdiyim
Dostları ilə paylaş: |