1
, B
3
və B
6.
Yada salaq ki, B
3
(PP) vitamini təkcə dəri
downloaded from KitabYurdu.az
48
xəstəliyi deyil,həm də beyin xəstəliyi sayılan pellaqara
xəstəliyinin müalicəsində geniş tətbiq olunur və yaxşı səmərə
verir.E vitamini isə orqanizmdə israfçılığın qarşısını alır,
oksigenin qənaətlə işlənməsini təmin edir.Biz beyinin əsas
qidası sayılan oksigendən danışarkən,nəzərə almalıyıq ki,onun
daşıyıcısı təkcə hava deyil,həm də qidalardır.Söhbət təbii
qidalardan-çiy sudan, çiy meyvə-tərəvəzdən gedir.
Psixikanın vəziyyəti və beyinin işləmək qabliyyəti,
birinci növbədə,daxili sekresiya vəzilərinin iş qabliyyətindən
asılıdır.Nəzərə alın ki, bütün vəzilər bir-biri ilə sıx bağlıdır,biri
digərindən asılıdır.Onların hamısı sağlam olmalıdır.
Diqqət!..Bir vəzinin dərmanla stimullaşdırılması-
digərinin fəaliyyətini pozur.Vəzilərin hasil etdiyi məhsullar
çox fəaldır.Onlar qana,limfaya,mayeyə,toxumaya sekresiya və
harmonlar buraxırlar.Harmonlar orqanizmin həyat fəaliyyəti
üçün gərəkdir,bütün orqanizmin funksiyasını,eləcə də zülal,
yağ,karbohidrat və su-duz mübadiləsini tənzimləyir.Hüceyrələ-
rin yaxşı vəziyyətdə olması üçün- düzgün qidalanmaq,bir də
faydalı hərəkət lazımdır. Sağlam qida-sağlam hüceyrə yaradır
və onları uzun müddət yaşadır, çürük qida-onları qırır.
Bəs vəzilərimizin hüceyrələrinə hansı qidalar lazımdır?
Qalxanabənzər vəzi. Boyunda yerləşib.O,normal işlə-
yəndə,insan özünü çox gümrah hiss edir,güclü,nikbin,gülərüz
və yaradıcı olur,pis işləyəndə-tez yorulur,dəri kobudlaşır və tez
qocalır,mübadilə prosesi pozulur,tük inkişafdan qalır,dırnaqlar
tez-tez qırılır,tuluqvari şiş əmələ gəlir,zehni qabliyyət və cinsi
fəallıq zəyifləyir,adamda ruh düşgünlüyü əmələ gəlir.Bu hal
tərkibində yod olan harmonun-tiroksinin çatışmaması nəticəsin
-də baş verir.Bunun qarşısı vaxtında alınmasa-ur (zob) xəstəliyi
əmələ gələr və orqanizmin tez qocalması baş verər.
Qalxanabənzər vəzinin təlabatı: yod, B, S vitaminləri,
tirozin (zülal quruculuğunda iştirak edən amin turşusudur).
Cinsi vəzilər.Onlar orqanizmin normal fəaliyyət gös-
tərməsi,həm də normal cinsi fəaliyyət üçün vacibdir.Cinsi
downloaded from KitabYurdu.az
49
vəzilərə aiddir:qadınlarda yumurtacıqlar,kişilərdə yumurtalar
(prostat).
Cinsi vəzilərin təlabatı: A, B, S, E vitaminləri, arqinin,
dəmir, mis.
Böyrəküstü vəzilər.Baş barmaq boyda olan iki cüt
vəzidir, böyrəklərin yuxarı hissəsinə bitişib(adını buna görə
alıb).Qabıqdan və daxili təbəqədən ibarətdir.Qabığın harmonu -
karbohidrat mübadiləsinə,cinsi funksiyaya təsir edir,orqaniz-
min müdafiə qabliyyətini və əzələlərin iş qabliyyətini təmin
edir.Daxili təbəqənin harmonu-adrenalin hazırlayır və maddə-
lər mübadiləsini stimullaşdırır.Böyrəküstü vəzilər-qarşıdurma
və qalib çıxmaq vəziləridir,onların harmonu orqanizmə enerji
və həyat gücü axınını təmin edir.
Böyrəküstü vəzilərin təlabatı. Zəngin zülallı qidalar,
A,S,E vitaminləri və tirozin.
Böyrəkyanı vəzilər.Boyunda,qalxanabənzər vəzinin
yanında yerləşib, ona bitişib.Elə buna görə də yaxın vaxtadək
onun bir hissəsi hesab olunurdu.Əsas vəzifələri-orqanizmdə
fosfor-kalsium mübadiləsini təmin etməkdir.Bu da beyin üçün
çox önəmlidir.Bu vəzinin zəifləməsi-sinir sisteminin fəaliyyə-
tinə mənfi təsir göstərir:yüksək oyanma, qeyri-normal həssaslıq
və nəzarət olunmayan əsəbilik baş verir.Allergiya və spazma-
dan əzab çəkirsinizsə,vaxtından qabaq qocalırsınızsa,dəqiq
bilin:qanda kalsium çatışmır.
Böyrəkyanı vəzinin təlabatı: orqanizmə kalsiumun
mənimsənilməsində
kömək
edən
və
fosfor-kalsium
mübadiləsini tənzimləyən D vitamini.
Çəngəlvari vəzi.Ona ur(zob) vəzi də deyirlər.Döş qəfə-
sində yerləşib.Cinsi vəzilərlə və böyrəküstü vəzinin qabığı ilə
funksional əlaqəyə malikdir.
Çəngəlvari vəzinin təlabatı: B qrupu vitaminləri.
Mədəaltı vəzi.Qarın nahiyəsində yerləşib.İnsulin harmo
-nu hazırlayır.Bu harmon qara ciyərdə yağ mübadiləsinin
downloaded from KitabYurdu.az
50
tənzimlənməsində iştirak edir.İnsulin kifayət qədər ayrılma-
dıqda şəkərli diabet baş verə bilər.
Mədəaltı vəzinin təlabatı: B qrupu vitaminləri, kükürd,
nikel, sistin, qlutamin turşusu.
Vəzilər haqqında söhbətimizə yekun vuraraq,onu qeyd
etmək istəyirəm ki,onları hər vaxt “cari” və “əsaslı” təmir
etmək mümkündür.Düzgün qidalanmaqla bərabər,Custin
Qlassın bir məsləhətinə də qulaq asın:“Diqqətinizi vəzilərdən
biri üzərində cəmləyib, onu təsəvvürünüzdə canlandırsanız
və dönə-dönə təkrar etsəniz ki, o, əla işləyir, onun fəaliyyəti
həqiqətən də yaxşılaşacaq”.
Yenidən beynin üzərinə qayıdaq.Bəzi mütəxəssislər
belə hesab edirlər ki,45 yaşa çatanda artıq beynin intensiv
fəaliyyəti azalır,75 yaşda isə insan yaradıcı düşünmək qabiliy-
yətini itirir.Belə düşünənlər tədqiqat obyekti kimi, heç şübhəsiz,
qeyri-sağlam həyat tərzi keçirən müasir(sivil) insanları götürür-
lər.Lakin bu mülahizəni sağlam həyat tərzi keçirən insanlara
tətbiq etsək,aydın olacaq ki,onun heç bir elmi əsası yoxdur.
Natruropat alimlər sübut ediblər ki,yaş-vaxt ölçüsüdür,
sağlamlıq ölçüsü deyil.Biz 40 yaşlı qoca da tanıyırıq,80-90
yaşlı gənc də (Məsələn,P.Breqq,M.Kotlyarov və s.).Məşhur rus
yazıçısı Aksakov bədii əsər yazmağa 64 yaşda başlayıb.
Qaliley öz əsas kəşfini 70 yaşda edib.Darvin məşhur “İnsanın
əmələ gəlməsi” əsərini 60 yaşında yazıb. Bu sətirləri yazarkən,
73 yaşın içindəyəm və öz iş qabiliyyətimi, düşüncə tərzimi,
yaradıcılıq həvəsimi 20-30 il bundan qabaqkı ilə müqayisə
edərkən, dodağıma xoş təbəssüm qonur. O vaxtın ölü ruhundan
əsər-əlamət qalmayıb,özümdə on adamın işini görməyə bəs
edən enerji,həvəs və təfəkkür tapa bilirəm.Məhz 72 yaşın
içində olarkən,ağır xəstəliklə vuruşa-vuruşa,ömrümdə ilk dəfə
qələmimi poeziya meydanında sınadım və “Seçim” adlı geniş
həcmli (əl yazması-1000 səhifə) poema yazdım.Ümümbəşəri
bir ideyaya həsr etdiyim bu əsəri əqli cəhətdən heç bir əzab
çəkmədən yazdım.Qeyri-sağlam həyat tərzini sağlam həyat
downloaded from KitabYurdu.az
51
tərzi ilə əvəz edən hər kəs,sinnindən asılı olmayaraq,çox şeyə
nail ola bilər.Beynin fəaliyyətini hər yaş dərəcəsində dəyişmək,
onu cavanlaşdırmaq mümkündür.Çünki beyin də hüceyrələrdən
“toxunub”,hüceyrələri isə cavanlaşdırmaq,yeni hüceyrələr yarat
-maq mümkündür!..Beynin yaxşı işləməsi üçün,onu qida ilə
yanaşı,informasiya ilə təchiz etmək də vacib şərtlərdən biridir.
Beyin haqqında təsəvvürünüzü bir qədər də genişlən-
dirmək məqsədilə qeyd edək ki,insan beyni üç “mərtəbəlidir”:
birinci “mərtəbə”-şüuraltı,ikinci ”mərtəbə”-şüur və üçüncü
“mərtəbə”-şüurüstü. Şüuraltı mərtəbədə-instinkt,refleks və
yaxşı mənimsənilmiş,avtomatik dərəcəyə çatdırılmış qabliyyət-
lər və vərdişlər yerləşib. Onlar “tələb olunanadək” orada yatıb
qalırlar.Şüur mərtəbəsində-hardansa,kimdənsə aldığımız,hətta,
kiməsə ötürdüyümüz biliklər cəmlənib.Şüurüstü mərtəbədə-
cəmlənən məlumat isə qabaqlar beyində olmayan,sonradan
əldə edilmiş bilik sayəsində yaranan bilikdir.Belə bilik-şüurun,
şüuraltının və ötən illərin verdiyi bütün təcrübənin birgə
intensiv fəaliyyəti nəticəsində əmələ gəlir.Şüurüstünün işləməsi
üçün şüuru mütəmadi olaraq informasiya ilə yükləmək lazımdır.
Şüur-mühavizəkardır,yalnız yoxlanılmış,normalarla “bərkidil-
miş”,sabitləşdirilmiş şeyləri özünə buraxır,yeniliyə dərhal
inanmağa razı olmur-orqanizmi qorumaq təyinatı belədir.
Axşamlar,yuxudan qabaq və səhər tezdən şüuraltının gücündən
istifadə edə bilərik-bu vaxtlar orqanizm,bir halda hələ tam
oyanmayıb,o biri halda yorulub,düşüncə tərzi fəal deyil,ona
görə də hələlik ona ötürülən təzəni inkar etməyə,yaxud onu
şübhə altına almağa qadir deyil.Şüuraltının informasiyanı
qavramaq və qəbul etmək qabliyyəti yuxudan qabaq daha güclü
olur.Ona görə də C.Qlass bizə belə bir özünətəqlid metodu
təklif edir: “Yatağa uzanın. Yuxarıdan aşağı özünüzü xəyalən
seyr edin və içinizdə deyin:”Beynim dincəlir,başımın əzələləri
yumuşalır,boynumun və çiyinlərimin əzələləri yumuşalır”...
Beləliklə də ayaq barmaqlarınızın ucunadək çatın.Sonra
özünüzə deyin:“Mən bütövlükdə rahatlanıram,dərin yuxudan
downloaded from KitabYurdu.az
52
başqa heç nə istəmirəm.Mən get-gedə daha bərk yatmaq
istəyirəm”.Bundan sonra əlavə edin:“Mən istirahət edirəm,
beynim dincəlir, mən bütövlükdə dincəlirəm”.
Yuxudan öncə mənfi emosiyaları atmaq çox vacibdir.
Bu,daxili qüvvəni, qoruyub çətin situasiyalar üçün saxlamağa
imkan verəcək. Mütamadi olaraq özünüzü inandırmağa çalışın :
“Şüuraltı bütün çətinlikləri dəf etməkdə, bütün problemləri həll
etməkdə,bütün suallara cavab tapmaqda mənə köməklik
edəcək”.Şüuraltı şüur daha böyük imkanlara malikdir.O, gecə
hər şeyi öz “yerinə qoya bilər”.Çünki həmin vaxt “Böyük
Skeptik”-şüurumuz yatır.Qeyd edək ki, skeptizm məhsuldar
deyil.Əgər siz qarşıda duran problemə sakitcə və ağıllı nəzər
salsanız,sonra öz şüuraltınıza tapşırıq versəniz,o,bu tapşırığı
yerinə yetirəcək.Bunu təsdiq edən nümunələr çoxdur.Götürək
elə Mendeleyevin başına gələn əhvalatı.Bir dəfə alim hədsiz
dərəcədə gərgin işlədi-kimyəvi elementlərin təsnifləşdirilməsi
üsulunu axtarırdı,amma heç nə alınmırdı.Bundan məyus olan
alim,işi dayandırdı və palpaltarlı divana sərilib,bərk yatdı.
Yuxuda öz məşhur cədvəlini apaşkar gördü.Şüuraltı uzun
müddət şüurdan yaranan bir qanunauyğunluğu tapdı,beləliklə
də əsrin böyük tapıntısı baş verdi.
Psixika və sağlamlıq haqqında söhbətimizə yekun
vuraraq,bəzi ümumiləşdirmələr aparmaq istəyirəm. Şübhəsiz,
hamı sağlam və xoşbəxt olmaq istəyir,lakin,tək-tək fərdləri
nəzərə almasaq,heç kəs bu istəyinə çatmaq üçün çarpışmaq,
konkret iş görmək istəmir.Maddi çətinliklər ucbatından işıq üzü
görməmiş çoxsaylı kitablarımdan birinə belə ad vermişəm:
“Loğman sən özünsən!”.Bu, sadəcə gəlişi gözəl deyilmiş söz
deyil.Nişinin,Breqqin,Şeltonun,Uokerin,Zalmanovun,yüzlərlə
digər naturopat alimin keçdiyi həyat yolu,eləcə də mənim
yaşadığım keşməkeşli ağır həyat sübut edir ki, səni sənin kimi
heç kəs müalicə edə bilməz. Elə buna görə də qüdrətli alim
Pol Breqq deyirdi ki,bütün elmlərin şahı,zirvəsi-orqanizmə
qulluq etmək elmidir, onu bilməyən bədbəxtdir.
downloaded from KitabYurdu.az
53
Bu fikiri konkretləşdirib belə deməliyik:
-öz cisminizə hörmətlə yanaşın,onu həyatın nadir
təzahürü kimi qiymətləndirin;
-tərkibində Günəş enerjisi,vitaminlər və mikroele-
mentlər olmayan qidalardan və stimullaşdırıcı içkilərdən imtina
edin;
- rasiona yalnız təbii, canlı qidaları daxil edin;
-cismən,yaxud ruhən xəstə olanda,qidadan imtina edin
(çiy sudan başqa),aclıq-bədənə yığılmış zəhəri tez təmizləməyə
qadirdir,aclıq-ən gözəl qidadır;
-hüceyrələri,toxumaları,qanı müntəzəm olaraq təmiz
hava, su və faydalı hərəkətlə təmizləyin;
-fəaliyyətlə istirahətin balansını qoruyan:əməklə yuxu-
nun tənasübü çox vacibdir;
-öz sağlamlığınızı dünyaya hədsiz məhəbbət,özünü-
təkmilləşdirmək və rəhmidillik naminə mütəmadi olaraq
möhkəmlədin;
-öz düşüncənizi,sözünüzü,hisslərinizi pak və sakit
saxlayın;
-Ana
Təbiəti
müntəzəm olaraq öyrənin,onunla
konfiliktə girməyin,Təbiətin sabit və əbədi qanunlarına dəqiq
riayət edin,hər yerdə və hər işdə ekoloji təmizliyin ən fəal
müdafiəçisi kimi çıxış edin;
-boş oturmayın,yaradıcı həyat tərzi seçin,faydalı
əməyinizin nəticəsi ilə fəxr edin;
-acmamış yeməyin,doymamış süfrədən çəkilin,qidaları
qarışdırmayın.
Nəhayət,professor P.Breqqin bir dəyərli tövsiyəsinə
əməl etməyi unutmayın.Alim deyirdi ki, insan xoşbəxtlik üçün
özünə 3 vacib vərdiş aşılamalıdır:daimi sağlamlıq vərdişi,
daimi əmək vərdişi və daimi öyrənmək vərdişi.
downloaded from KitabYurdu.az
54
PSİXİKANIN MÖHKƏMLƏNDİRİLMƏSİ
Günü təbəssümlə başlayın. Səhərlər ayna qabağında
dayanın, xoş bir əhvalatı yada salın, üzünüzə xoş ifadə verin,
əhvalınızı yaxın adamlarla və iş yoldaşlarınızla yaxşı
münasibət üstündə “kökləyin”.
Sizi qıcıqlandıran hər bir hala “qapalı gimnastika” ilə
cavab verin: çiyinlərinizi bir neçə dəfə arxaya tərəf dartın,
başınızı xəyalən sol çiyin üzərindən geri çevirin, sağ dabana
“baxın”, nəzərinizi dabandan yuxarı (qıç üzərində) sürüşdürün,
sonra da büzdümdən boyunadək “baxın”. Eyni şeyi sağ çiyin
üzərində də edin. Pəncənin ucunda azca qalxın və dabanın
üstünə enin – bu hərəkəti bir neçə dəfə təkrar edin. Fəqərə
sütununu dartıb “uzadın”, dincəlin.
Özünüidarəni öyrənmək mümkündür. Bunun üçün,
birinci növbədə, zəhləniz gedən “qəliz”,”murdar” adamlardan
uzaq olmaq çox vacibdir.
Hər hansı “döyüş meydanına” atılmazdan öncə yaxşı-
yaxşı fikirləşin: “Döyüşməyə dəyərmi?”
Sizi hər hansı xoşagəlməz iş gözləyirsə, onu tez həll
etməyə çalışın, mətləbi uzatmayın, özünüzü üzməyin. Hətta,
dəhşətli məğlubiyyətə uğrasanız belə, keçmiş uğurlarınızı
xatırlayaraq, sizi əzən fikirlərlə mübarizə aparın. Bu, sizə gələn
qələbələr üçün güc verəcək.
Diqqətinizi həyatın işıqlı tərəfi üzərində cəmləyin,
narahatlıq doğuran söhbətlərdən uzaq olun.
Stresi azaltmağın ən gözəl üsulu fikiri yayındırmaqdır.
Nişi sistemi, kontrast su vannası (duş) və yaxşı həmsöhbət -
sizə köməkçi ola bilər. “Döyüş arsenalına” maraqlı kitabları,
filmləri, tamaşaları və musiqini də əlavə edə bilərsiniz.
Doyunca yatın (uşaqlar 10, qadınlar 9, kişilər 8 saat) və
hər yeni günü yeni enerji ilə başlayın.
Baxın görün, harda doyunca gülə bilərsiniz. Yumor –
bütün dərdlərin çarəsidir, mənfi emosiyalardan ən güclü və ən
downloaded from KitabYurdu.az
55
etibarlı müdafiə vasitəsidir.Bir müdrik məsləhtə də əməl edin:
“Gündə bir dəfə özündən yuxarıya (imkanlıya) baxanda, beş
dəfə də özündən aşağıya (kasıba) bax”.Yunan filosofu Sokratın
dərin kəlamını da hər gün yada salın:”Sağlamlıq hər şey deyil,
lakin hər şey sağlamlıqsız heç nədir”.
ÜCÜNCÜ FƏSİL
NİŞİ SİSTEMİ MÖCÜZƏDİR,
YOXSA METODOLOGİYA?
Dahi yapon alimi Katsudzo Nişinin yaratdığı Sağlamlıq
Sistemi mahiyyətinə və nəticəsinə görə möcüzədir.Əslində isə-
dərin Şərq zəkasının,həyatın alt qatlarında zərrə-zərrə tapıb üzə
çıxartdığı və ən dəyərli inci kimi sapa düzdüyü və bəşəriyyətə
küll şəkilində təqdim etdiyi çox gərəkli və çox zəngin bir elm
sahəsidir.Diqqət yetirin:Nişi öz təlimini yaratmaq üçün Qədim
Misir,Çin,Yunanstan,Yaponiya,Tibet,Filippin,Amerika,Rusiya
Almaniya,Hindistan kimi ölkələrdə işıq üzü görmüş 70.000(!!!)
tibbi ədəbiyyat oxumuş və bundan yalnız 362-sini seçib öz
metodologiyasının təməlinə qoymuşdur. Gəlin, sizinlə birlikdə
bu möcüzəsiz möcüzənin yaranma tarixini izləyək.
KATSUDZO NİŞİ
(1884-1959)
Tokioda
əczaçı ailəsində
dünyaya gələn və çox erkən ağır
xəstəliyə mübtəla olan,odurki fiziki
inkişafdan qalan Katsudzonun döş
qəfəsinin ölçüsü o dərəcədə kiçik idi
ki, uşağı orta məktəbə götürmədilər.
Ağıllı uşaq bunu taleyin ilk zərbəsi
kimi qəbul etdi və məyus oldu. Cılız
downloaded from KitabYurdu.az
56
oğlan aramsız ishalın əlindən zinhara gəlmişdi.Həkimlər uşağa
bağırsaq vərəmi və ağ ciyərin yuxarı hissəsinin iltihabı diaqno-
zunu qoydu.Onlar oğlanı sağaltmaq üçün əllərindən gələni
edirdilər.O vaxtın məşhur həkimlərdən biri isə oğlana ölüm
hökmü vermişdi,uşağın valideyinlərinə demişdi: “Təəssüflə
deməliyəm ki,oğlunuz heç 20 yaşa da çatmayacaq”.
İşıqlı zəkaya malik olan Katsudzo xəstəlik üzündən öz
dərin əqli potensialından istifadə edə bilmirdi.Sağlam olmaq
istəyi onun bütün varlığına hakim kəsilmişdi.Bu istəyin diqtəsi
altında 3 il qılıncoynatma məktəbinə və dini məbədə getdi.
Səhhəti bir qədər yaxşılaşsa da, təhsil vaxtı yenidən arıqlamağa
və tez-tez xəstələnməyə başladı.Dəqiqə başı zökəm olurdu,
boğazı ağrıyırdı,soyuq dəyirdi və s. Xəstə Katsudzo Ümumi
Texniki məktəbə daxil olsa da, açıq-aşkar görürdü ki, xəstəlik
onun həyat yolunda ən başlıca əngəl olaraq qalır. Orqanizmini
möhkəmlətmək məsələsi gənc tələbə üçün bir nömrəli həyati
məsələ oldu: necə sağlam olmaq? Bu suala müntəzəm olaraq
cavab axtardı. Sağlamlıqla bağlı hər hansı bir kitabı, məqaləni,
məlumatı böyük acgözlüklə oxuyurdu.Bir dəfə o vaxtın tanın-
mış təbibi Fletçerin əsəri əlinə keçdi.Həkim yazırdı ki,qidanı
yaxşı-yaxşı çeynəməlisən ki,onun hər bir elementindən
maksimum miqdarda faydalı maddələr ala biləsən.Bu sadə
nəzəriyyə Nişinin şüurunda inqilab yaratdı. İndiyəcən müraciət
etdiyi həkimlər yalnız xəstəliyin və onun simptomlarının müa-
licəsi ilə məşğul olurdular.Fletçerin nəzəriyyəsi isə bütövlükdə
orqanizmi necə sağlamlaşdırmağı öyrədirdi.Məhz bu əsəri
oxuyandan sonra Nişi ən vacib və ən düzgün nəticələrə gəldi:
insan üçün ən gözəl təbib-Təbiətin özüdür!Həyatın əsas-
ları,sağlamlığın əsasları-Təbiətin özündədir! Nişi qət etdi:
ona gərək olan hər şeyi-qidanı yaxşı çeynəməklə əldə edə bilər.
İnsan qidanı yaxşı çeynəsə,qidanı seçmək məsələsində öz
zövqünə və təbii hisslərinə tam bel bağlaya bilər.Yediyi şey
dadlıdırsa,qidanı iştahla yeyirsə,deməli,orqanizm həmin qida-
dan lazım olan hər şeyi alır. Hansı qida növünü təbin çəkmir –
downloaded from KitabYurdu.az
57
onu yemə.Nişi yanıldığını tezliklə anladı. O, düzgün çeynəmək
qaydalarına tam əməl etsə də, sağlam ola bilmədi. Bu dəfə də
qarınqululuq azarı onu əldən saldı: çox yeyirdi, odur ki, özünü
həmişə yorğun,halsız hiss edirdi.İştahını boğanda da arıqlayırdı.
O biri tərəfdən də Fletçer məsləhət görürdü ki,qidanın pis həzm
olunan hissələrini kəsib atmaq,qabığını soymaq lazımdır.
Katsudzo bu qaydaya da düzgün əməl edirdi. Müqabilində yeni
xəstəlik “qazandı”-qəbzlik! Fletçer deyirdi ki,qəbzlik adamları
narahat etməməlidir.Lakin dərin zəkalı Nişi hiss etdi ki, qəbzlik
onda baş ağrısına,yoğun bağırsaqda müxtəlif fəsadların törəmə-
sinə səbəb olur.Oxuduğu başqa ədəbiyyatlar Nişinin gözünü
açdı:həzm olunmayan,yığılıb bağırsaqda qalan çürük qida -
bakteriyalar üçün gözəl bayram süfrəsidir.Bu süfrənin
nemətlərindən bol-bol bəhrələnən bakteriyalar artıb-törəyir,
zəhərli maddələr ifraz edirlər.Toksinlər yoğun bağırsağın
divarları tərəfindən qana sorulur və bütün bədənə yayılır. Nəti-
cədə hüceyrələr qırılır və insan xəstələnir.Beləliklə də şəfa
mənbəi olan qidanı öz əlimizlə zəhərə çevirib,öz qanımızı
zəhərləmiş oluruq.
Ağıllı Nişi,heç kəsin ağlına gəlməyən bir həqiqəti çox
tez dərk etdi:qida təkcə yaradıcı qüvvə deyil,həm də dağıdıcı
qüvvədir. Hər şey qidanı necə qəbul etməkdən asılıdır.
Texniki instituta girərkən Sinklerin aclıqla müalicə
metodu ilə yaxından tanış olan Nişi gördü ki, bu nəzəriyyə
budda məbədində öyrəndiyi nəzəriyyədən köklü şəkildə
fərqlənir.Sinkler təlimində irəli sürülən prinsiplər o dərəcədə
ağıllı idi ki,Nişi tam əmin oldu:xəstə bağırsağın müalicə
yolunu,nəhayət,tapdım!..Nişinin çıxardığı başlıca nəticə belə
oldu:qeyri-normal insanlar,bir qayda olaraq,qəbzlikdən əzab
çəkirlər,işıqlı başa malik olanlar isə-ishaldan.Çıxartdığı bu
nəticə onu çox mühüm bir istiqamətdə axtarışlar aparmağa
sövq etdi: bağırsaqla beyin arasında nə kimi əlaqə var? Bu
sualın cavabı Nişinin sağlamlıq metodunun və onun dünyaya
bəxş etdiyi Sağlamlıq metodologiyasının ən uca zirvəsini
downloaded from KitabYurdu.az
58
təşkil etdi. Bundan sonra Nişi alimlərin qan dövranı haqqında
əsərlərini dərindən öyrənməyə başladı. Onun iti ağlını Moskva
Universitetinin professoru Zeppin “Beyində qan dövranının
dinamikası” adlı əsəri bərk məşğul etdi.Nişi öyrəndi ki, beyinə
qan,bir qayda olaraq,qulaqların iltibahı nəticəsində sızır.Qulaq-
ların iltihabı isə boğazın xəstələnməsinin nəticəsidir.Boğazın
xəstələnməsi-böyrəklərin pis işləməsi ilə bağlıdır.Böyrəklər isə
adam isti və yumuşaq yataqda yatanda,havanı buraxmayan
qalın paltar geyəndə sıradan çıxır(axırıncı halda həm böyrək-
lərin,həm də dərinin funksiyası pozulur).Bütün bunların hamısı
bağırsağın pis işləməsi ilə bağlıdır.Çünki bağırsağın işi
pozulanda,onun içində olan kütlə yoğun bağırsağın divarlarına
suvanır,bu da qəbzlik yaradır.Qəbzlik də,öz növbəsində, beyi-
nin qan damarlarını genişləndirir və partladır.
Passep adlı bir həkimin “İltihab olunmuş beyinin
Dostları ilə paylaş: |