klinikası və müalicəsi” əsərində Nişinin diqqətini belə bir
məqam özünə çəkdi:beyinin iltihabı baş verəndə,irinin içində
10 növ bakteriya (stafilakokk,streptokokk,Frenkel bakteriyası,
pnevmaniya,plevrit,vərəm,tif,paratif və s.) tapılmışdır. Bəzən
beynin genişlənmiş qan damarlarında ən azı 23 belə bakteriya
qrupu yuva salır. Özü də sapsağlam adamın beynində də!
Bunu bilən Nişi belə bir qənaətə gəldi:orqanizmin özündə
müdafiəedici və şəfaverici qüvvələr var ki,onlar kənardan
edilən hücumların qarşısını alır və orqanizmin bütövlüyünü
qoruyub saxlayır.Daima axtarışda olan Nişi dərhal bu cür
müdafiəedici, şəfaverici qüvvələr haqqında məlumat toplamağa
başladı.Birinci növbədə,doktor Şibatın dovşanlar üzərində
apardığı təcrübənin nəticələri ilə tanış oldu.D-r Şibat dovşanları
süni qəbzliyə məruz qoyurdu Aşkar olurdu ki,qəbzlik,bir qayda
olaraq, beyin damarlarının genişlənməsi və beyinə qan sızması
ilə nəticələnir. Bu,yalnız uzun müddət qəbz olan dovşanlarda
baş verirdi,kəsilən və zəhərlənmədən ölən dovşanlarda müşa-
hidə olunmurdu.Nişi nəticə çıxardı:d-r Şibatın təcrübələrindən
kəmağıl insanların və ruhi xəstələrin müalicəsində istifadə
downloaded from KitabYurdu.az
59
etmək olar.Nişi bu barədə yazırdı:“Qərbi Yaponiyada böyük
bir şirkətin direktorunu Tokiodakı ruhi xəstələrə məxsus
klinikada yatırırdılar.Həkim onu “çarəsiz” elan etmişdi.
Arvadının xahişi ilə xəstəni klinikadan götürdüm.Bağırsağını
əməlli-başlı təmizlədim.Nəticəsi ümidverici oldu.Mənim tapşı-
rıqlarımı dəqiq yerinə yetirən xəstə 5 gündən sonra sağaldı. Az
vaxtdan sonra onu tam sağlam şəxs elan etdilər. Hazırda öz
doğma şəhərində bizneslə məşğul olur”.Nişi başqa bir xəstəni -
dəlixanada 6 il yatan 20 yaşlı qızı da eyni qayda ilə bir ay
ərzində müalicə etmişdi.Hər ikisi qəbzlikdən əzab çəkirdi.
Mən isə Biləcəri qəsəbəsində yaşayan 26 yaşlı həkim
qızı 10 gün ərzində sağaltdım.Halbuki uzun müalicələr bir
səmərə vermədiyi üçün “böyük” mütəxəsislər onu “dəlixanaya”
qoymağı məsləhət görmüşdülər.Mən çox şadam ki,həkim qız
möcüzəli Nişi Sisteminin tələblərinə bu gün də əməl edir və
onun köməyi ilə başqalarını da sağaldır.
Alimlərin çoxu bu fikirdədir ki, hər 10 nəfər seyrək
ağıllının biri hökmən qəbzlik xəstəliyinə tutulmuş adamdır.
Nişinin fikirincə, bu nəzəriyyə hələ Hippokrat dövründə bəlli
idi.Odur ki,bir qədim məsəldə deyilir:“Möhkəm cansağlığı -
mükəmməl boşalmanı nəzərdə tutur”.Bu haqda Nişi deyirdi:
“Əgər kömürü külü təmizlənməmiş sobaya atsanız-alov
əvəzinə,çoxlu tüstü alacaqsınız”.Yəni,el məsəlində deyilən bir
vəziyyət yaranacaq: “İsinmədik istisinə, kor olduq tüstüsünə”...
İnsan orqanizmində də eyni proses gedir: üstüstə qalanan qida
sağlam enerji vermək əvəzinə əzab-əziyyət və xəstəlik yaradır.
Tüstüdən kor olmaq istəmiriksə,sağlam orqanizm istəyiriksə,
mükəmməl boşalmanın(normal stulun) qeydinə qalmalıyıq.
Təəssüflər olsun ki,müasir tibb elmi əsas fikirini
qidanın yüksək kalorili olmasına verir,mədənin və bağırsağın
zəhərli şlaklardan təmizlənməsi kimi əsas məsələni unudur. Bu
vacib məsələyə bir qədər yaxından nəzər salaq.
Məlumdur ki, qida tam yananda (yaxud turşulaşanda)
zərərsiz karbon turşusu (CO
2
) əmələ gəlir, tam yanmayanda
downloaded from KitabYurdu.az
60
dəm qazı, yəni, karbon oksidi (CO). Bu da orqanizimdə oksi-
gen azlığı (hipoksiya: hipo-az, oksiya- oksigen) törədir.
Nişinin topladığı məlumata görə, müxtəlif xəstəlik-
lərdən ölənlərin 96 faizində beyinə qan sızması müşahidə
edilmişdir. Özü də beynin məhz hərəkət orqanlarına rəhbərlik
edən sinir sisteminə qan sızmışdı.Bu fakt Nişini ciddi düşün-
dürmüşdü.Nişi əlin və ayağın buzlaması halına çox diqqətlə
yanaşmışdı və bu qənaətə gəlmişdi ki,belə xəstəlik,bir qayda
olaraq, ağ ciyərdə qan dövranı pozularkən baş verir.Bu hipotez
Amerika alimi Ebbat və başqa təbiblər tərəfindən dəstəkləndi.
Əlin və ayağın üşüməsi-ürəyin, böyrəklərin yükünü ağırlaşdırır,
dəriyə və qara ciyərə zərər vurur.Belə buzlamanın yeganə
səbəbi-beyinə qan sızması ilə nəticələnən qəbzlikdir. Beləliklə
də Nişi bu qənaətə gəldi ki, bağırsaq və beyin – insan
orqanizmində bir nömrəli əhəmiyətə malik olan orqanlardır.
Bağırsaq kanalı-Start Stansiyası olub,bədənin daxilində yerləşir.
Beyin isə Finiş Stansiyası kimi fəaliyət göstərir. Nişi sübut etdi
ki, bütün xəstəliklər bu iki Stansiya arasında baş verir.
Böyük diqqətə layiq olan Nişi təlimi, hər şeydən öncə,
beynin və bağırsağın fizioloji funksiyasının iki mühüm
elementini əsas tutur:bu iki orqan-bütün orqanların əsas faktor-
larını formalaşdırmaqla yanaşı,həm də insanın ictimai həyatın-
da çox mühüm rol oynayır.Beləki möhkəm can sağlığı olmasa,
insan yaşamaq uğrunda mübarizədə qalib gələ bilməz.Digər
tərəfdən də,aydın təfəkkürə malik olmayan hər bir kəs cəmiy-
yətdə heç bir nailiyyət qazana bilməz.Yalnız sağlam bədəni və
aydın təfəkkürü olan adamlar həyatda yüksək nailiyyətlər
qazana bilər. Belə adamların, adətən, bağırsağı sağlam olur.
Bəs bu vacib orqanın funksiyasını pozan nədir?Qeyri-
normal,qeyri-sağlam qidalanma və onun acı nəticəsi olan –
bağırsaqda zərərli maddələrin (şlak) illərlə yığılıb qalması. Bu
hal bəzilərində ishala səbəb olur,digərlərində-qəbzliyə. Həkim-
lər əksər hallarda səhv dioqnoz qoyurlar.Qəribədir: həkimlərin
çoxu və xəstələrin,demək olar,hamısı ishala və qəbzliyə əsla
downloaded from KitabYurdu.az
61
məhəl qoymur,onları yüngül xəstəlik sayır.Əslində isə, bu iki
hal həm həkimin, həm də xəstənin diqqətini maqnit kimi
çəkməli və onları bərk narahat etməlidir.Bağırsaqda gərəksiz
maddələrin toplaşması-bütün xəstəliklərin ilkin səbəbidir.
Xüsusən də bu yığıntı xroniki hal alanda.Heç kəsin ağlına
gəlmir ki,ishalı,yaxud qəbzliyi xərçəng, “SPİD”, iflic, vərəm,
infarkt və digər ağır xəstəliklərlə müqayisə etsin.Halbuki
ölümə aparan bütün xəstəliklər bağırsaq stazının nəticəsidir.
Bəzi mütəxəsislər belə hesab edirlər ki,qəbzliyi yumu-
şaldıcı dərmanların,imalənin köməyi ilə müalicə etmək olar.
Yalnış fikirdi.Pis işləyən,yaxud işləməyən bağırsaq-müxtəlif
dərmanları yığıb saxlayan və bədəni təkrarən zəhərləyən
anbardı!Nişi xatırladır:xroniki bağırsaq stazı və qəbzlik 3
mərhələdə özünü biruzə verir.
Birinci mərhələ:qəbzlik nəticəsində bədənin zəyiflə-
məsi baş verir,orqanizm xəstəliklərə qarşı müqavimətini itirir,
belə anda ciddi xəstəliklər hər an hücuma keçməyə və zəfər
çalmağa hazırdır.
İkinci mərhələ:qəbzlikdən əzab çəkən şəxsdə diskam-
fort baş verir, baş dumanlanır və ağrıyır, qan təzyiqi pozulur,
ürək, böyrəklər və digər orqanlar xəstələnir.
Üçüncü mərhələ:öz-özünə zəhərlənmə, bədənin sürətlə
toksinləşməsi baş verir.Ən çox zərər çəkən beyin və onun qan
damarları olur:ya qeyri-normal şəkildə genişlənir,ya da
müxtəlif xəstəliklər üçün yolu təmizləmiş olur.Beyin zədələ-
nərkən,ağızdan anusadək,bütün həzm sistemi,təzədən doğulur.
Qəbzlik adi hala çevrilibsə və ağır vəziyyətdədirsə,ruhi xəstəlik
-lər,12 barmaq bağırsağın xorası, yoğun bağırsaq xəstəlikləri,
appendisit, revmatizm, mədə xərçəngi və sairə baş verir.
Həzmolma sisteminin yenidən “doğulması” bütün orqan
-ların zədələnməsinə səbəb olur,hüceyrələrin funksiyasını son
dərəcə zəyiflədir. Onu da bilirik ki, hüceyrələr qan ilə qidalanır.
Elə buna görə də müqəddəs kitablardan birində deyilir: “Qan
həyatdır!”. Bəli, qansız həyat ola bilməz. Lakin yalnız həyat
downloaded from KitabYurdu.az
62
enerjisi,vitamin və mikroelementlərlə zəngin olan sağlam və
təmiz qan-əzələlərin,sümüklərin,dərinin,tükün,dişlərin,sinirin,
bağırsağın,beyinin,ürəyin sağlam hüceyrələrini yaratmağa və
yaşatmağa qadirdir.Yalnız təmiz qan insan orqanizmini yaxşı
vəziyyətdə saxlaya bilər.
Bütün bunları dərindən dərk edən Nişi fikrini-zikrini
yoğun bağırsağın təmizlənməsi metodunun və düzgün qidalan-
ma prinsplərini yaratmaq məsələləri üzərində cəmlədi, bu
istiqamətdə intensiv və səmərəli iş apardı.Təbabət,fəlsəfə və
texnika sahəsində zəngin biliyə malik olan alim anladı ki,
aclıqla müalicə lap qədimdən,demək olar ki,bütün xalqlar
tərəfindən uğurla tətbiq edilmişdir.Yəhudilərin öz aclıq metodu
mövcud idi,xristianlar,müsəlmanlar,buddistlər,Çində konfutsi-
çilər,Yaponiyada kahinlər aclıq qaydalarını gözləyirdilər.
Lakin qədimdə aclığı müalicə metodu kimi deyil,sırf dini
mərasim kimi yerinə yetirirdilər. Ona görə də bu metodika, dini
baxışlardan asılı olaraq, bir-birindən köklü şəkildə fərqlənir.
Tarixi dərindən araşdıran Nişi bu qənaətə gəldi ki, aclıq iki min
ilə yaxın bir vaxt ərzində xəstəliklərin müalicəsi metodu kimi
təbliğ olunur.Roma həkimi Asklipiades xəstələrə məsləhət
görürdü ki,müalicə vaxtı sudan başqa bütün qida növlərindən
imtina etsinlər,Təbiətin seyrinə dalmaqla və Təbiətdən həzz
almaqla kifayətlənsinlər.Bu, ən gözəl müalicə metodudur.
Nişini maraq götürmüşdü: aclıq vaxtı orqanizmdə hansı
proseslər baş verir? Öyrəndi ki, aclığın təxirəsalınmaz nəticəsi
olaraq, qanda karbon turşusu,kistamin,xolin və bunlara bənzər
digər maddələr artır,bunlar venanın daralmasına səbəb olur,
venulanın kapilyarlarla görüşdüyü yerdə vakuum yaranır.
Orqanizmin bu halı vakuumda kapilyar fenomeni yaradır.
Kapilyar vakuumu isə qan dövranının hərəkətverici qüvvəsidir.
Bir halda ki,vakuum qüvvədir,aclıq isə vakuum yaratmaq
qüdrətinə malikdir,onda biz ac qalmaqla bütün insan fəallığı-
nın nəhəng hərəkətverici qüvvəsini yaratmış oluruq.Bu nəticə -
downloaded from KitabYurdu.az
63
Nişinin çox böyük ixtirası idi. Belə bir ixtira bütövlükdə qan
dövranına tamam yeni gözlə baxmağa imkan verdi.
Aclıq-terapiya haqqında xüsusi bölmədə söhbət
açacağıq.İndi bir məsələni vurğulamaq istərdim:aclığın köməyi
ilə 30.000 xəstəyə şəfa verən Amerika alimi(Texas) Herbert
Şeltondan fərqli olaraq,Nişi heç vaxt aclıqla müalicəni bütün
dərdlərin dərmanı kimi təbliğ etməyib.Amma tam qətiyyətlə
deyirdi ki, aclıq metodu bir çox xəstəlik-lərə qalib gəlir. Onlar
aşağıdakılardır:mədə xəstəlikləri,dispepsiya,qəbzlik,qara ciyər-
in şişməsi,appendisit,gepatit,qastroenterit,revmatizm,piylənmə,
artrit, diabet,astma,hepertoniya,“vodyanka”(bədən boşluqlarına
su yığılması),epilepsiya,yuxusuzluq, halsızlıq, ümumi iflic, baş
ağrısı,pnevmaniya, qarınqululuq, bronxit, plevrit, zob, qızdırma,
tonzilit, tif, damarların varikoz genişlənməsi, qulaq xəstəlikləri,
xərçəng,miqren,meningit,yırtıq,öd daşı xəstəliyi,xroniki ishal,
düz bağırsağın xəstəlikləri, hərəkverici sinirlərin iflici və s.
Bir şey şəksizdir:aclıqla müalicə-həm fiziki,həm də ruhi
yaxşılaşmaya(regenerasiya-bərpa,yenidən yaratma) səbəb olan,
insanın zehni qabliyyətini xeyli gücləndirən müalicə metodu-
dur.Nişi belə hesab edirdi ki,bu metodun yeganə zəyif yeri-
bağırsaq keçməməzliyi yarada bilməsi ehtimalıdir. Ona görə də
belə müalicə hər kəs üçün məqbul sayıla bilməz. Nişi bu halın
qarşısını alan dieta yaratmaq məqsədi ilə öz üzərində təcrübələr
aparırdı və “aqar-aqar” adlı dəniz otundan xüsusi qida hazırla-
mışdı,tam aclıq əvəzinə,onu qəbul edirdi.Qeyd edək ki,belə
metod Yaponiyada çox qədimdən torpaq sıyığı şəkilində tətbiq
olunurdu. Bu sıyıq aclıq çəkənləri xilas etməklə bərabər, aclıq
vaxtı baş verən qəbzliyin qarşısını da alırdı.Yeri gəlmişkən,
yada salmaq istəyirəm ki, bizi yaşadan torpaq ən gözəl müalicə
vasitəsidir.Ən ucuz müalicə metodu olan torpaqla müalicə barə
-sində başqa bir kitabda söz açacağıq.
Qüdrətli naturopat alimlər Herbert Şelton və Pol Breqq
sübut etdilər ki, düzgün yerinə yetirilən aclığın heç bir qorxusu
yoxdur, aclıq heç bir fəsad vermir. Onu qeyd etmək kifayətdir
downloaded from KitabYurdu.az
64
ki,Şeltonun bir xəstəsi 94 sutka, bir neçə xəstəsi 70 sutka, əksər
xəstələri isə 30-60 sutka aclıq keçiriblər.Breqq isə, əvvəldə
qeyd etdiyimiz kimi,həftədə-1 sutka,bundan əlavə,ayda-3 sutka,
bundan əlavə,rübdə-7 (qışda) -10 (yayda) sutka ac qalırdı və 95
il gənc qaldı,qışın günü okeanda serfinq sürərkən qəza nəticə-
sində həlak oldu.
Mükəmməl insan orqanizminin sirlərini dərindən
öyrənən dahi Nişi indi təkcə öz sağlamlığının qeydinə qalmırdı,
bütün bəşəriyyəti bəladan qurtarmaq üçün yollar axtarırdı:uzun
illər ciddi axtarışlar apardı,sınaqlar keçirdi, yaratdığı Sağlamlıq
Sistemini,öz baxışlarını yorumladan qızğın təbliğ etdi.Bu və ya
başqa xəstəlikdən yaxa qurtarmaq istəyən adamlar alimin
yanına gəlir,ondan məsləhət alırdılar.Nişi öz məsləhətini heç
kəsdən əsirgəmirdi.Lakin konkret xəstəliklərlə məşğul olarkən
alim bu qənaətə gəldi ki,ayrıca götürülmüş,təcrid edilmiş tək
xəstəlik yoxdur,odur ki,ayrıca götürülmüş bir xəstəliyi müalicə
etmək əbəsdir.Çünki orqanizm-tamdır,vahiddir,bölünməzdir.
Tibb elminin orqanizmi ayrı-ayrı hissələrə bölmək, xəstəlikləri
ayrı-ayrı şəkildə götürmək cəhdi-cəfəngiyatdır.Orqanizmin
son dərəcə nadir və “ağılasığmaz dərəcədə təkmilləşmiş,eyni
zamanda bu qədər kövrək” bir mexanizm olduğunu nəzərə
almadan, xəstəliyin kökünü araşdırmaq mümkün deyil.Dar
təmayüllü təbabəti əsla qəbul etməyən Nişi, yeni-gələcəyin
təbabətinin təməlini qoymağa başladı.Bu təbabət-Təbiətin hər
bir canlı orqanizmdə yaratdığı nadir mexanizmi əsas götürərək,
profilaktika ilə məşğul olmaqdır.Nişinin sonsuz dərəcədə
böyük gücə malik olan Təbiət haqqında devizi belədir:”Təbiəti
yalnız ona tabe olmaqla ram etmək olar”.
Daima axtarışda olan və axtarmaqdan usanmayan,
əksinə,elmi axtarışlardan böyük həzz alan Nişi öz qarşısında
biri digərindən çətin suallar qoyurdu: İnsan nədir?Onun
orqanizmi necə qurulub? Sağlamlıq nə deməkdir? Xəstələnmək
nə deməkdir? və s. Nişinin mühəndis zəkası,insanları azar-
bezardan xilas etmək istəyi o vaxt Amerikada cəryan edən
downloaded from KitabYurdu.az
65
Natural Gigiyena hərakatının çiçəklənməsi ilə eyni vaxta düşdü.
Nişi tez bir zamanda bu ictimai hərəkatın korifeylərindən birinə
çevrildi.Dahi alim tibb elmini,anatomiyanı,fiziologiyanı, bakte-
riologiyanı, psixologiyanı, fəlsəfəni, müxtəlif dinləri, elimlərin
tarixini dərindən mənimsədi. Sağlam məntiqi düşüncəyə malik
olan istedadlı tədqiqatçı bu elimləri sintez edərək, düzgün
nəticə çıxardı:İnsan orqanizminin tam sağlam olması üçün,
birinci növbədə,orqanizmi fiziki,sonra kimyəvi,sonra bakteri-
oloji baxımdan,nəhayət,ruhi qabiliyət baxımından səhmana
salmaq lazımdır.Canını saflaşdırmaq istəyən hər kəs həddən
artıq çox işləyib yorulmağı və normadan artıq yeməyi özünə
qadağan etməlidir,orqanizmin toksinli qidalarla zəhərlənmə-
sinin və qıcıqlanmasının qarşısını almalıdır.
Nişi bütün xəstəliklərin yaranma səbəbini aşağıdakı 4
enerjinin dəyişməsi ilə izah edirdi:
1.Skeletin dəyişməsi.
2.Daxili orqanların dəyişməsi.
3.Orqanizmdə (qanda , limfada, hüceyrələrdə və s.) olan
mayenin dəyişməsi.
4.Mənəvi gücün zəyifləməsi.
Bəs bunlar necə baş verir?
Fəqərə sütunu dəyişir, dəri öz funksiyasını pis yerinə
yetirir, böyrəklərin və qara ciyərin fəallığı dərhal zəyifləyir, bu
da qəbzlik yaradır,qəbzlik isə,öz növbəsində,beyinin qan damar
-larının zəyifləməsinə, yaxud partlamasına gətirib çıxarır. Hətta,
damar partlamasa belə, iş damarların genişlənməsi ilə bitsə də,
o zaman beyindəki hərəkət sinir sisteminin korlanması və
bunun nəticəsində də hərəkət orqanlarının iflici, yaxud daima
buzlaması baş verir. Əl və ayaqların buzlaması isə, yuxarıda
deyilən kimi, ağ ciyərin, ürəyin, böyrəklərin, qan damarlarının
zəyifləməsinə səbəb olacaq.
“Adətən, insan təsəvvür edə bilmir ki, dəri və
xərçəng xəstəlikləri ayrı-ayrılıqda götürülməsi mümkün
olmayan xəstəliklərdir” deyən Nişi qan damarlarının
downloaded from KitabYurdu.az
66
təzələnməsi və bərpası metodunu işləyib hazırladı. Bu metodun
əsasını mürəkkəb olmayan təmrinlər,kontrast hava və su
vannaları təşkil edir.Bu barədə xüsusi bölmədə ətraflı söz
açacağıq.Hələlik onu deyək ki,həmin tədbirlər qanın yaxşı işlə-
məsi üçün yolu təmizləyir,dərinin və damarların sağlam olma-
sına şərait yaradır.Bu da,öz növbəsində,qanın ürəyə qayıtması
prosesini yaxşılaşdırır.
Sintez etməyi gözəl bacaran dərin zəkalı yapon xalqının
oğlu dahi Nişi beləcə addım-addım öz Sağlamlıq Sistemini
yaratdı və 1927-ci ildə onu ilk dəfə bəyan etdi.O vaxt artıq
alimin 44 yaşı tamam olmuşdu.Həmin dövrdə yapon vətəndaş-
larının orta yaş həddi məhz bu qədər idi.Alim özü isə 75 il
yaşadı. Halbuki dövrünün ən güclü həkimləri Katsudzoya heç
20 yaşa çatmayacağını vəd etmişdilər.
Nişinin çap etdirdiyi yazılar cəmiyyətdə elə böyük
maraq və əks-səda yaratdı ki, müxtəlif dərdlərə mübtəla olmuş
insanlar dünyanın hər yerindən axışıb onun yanına gəldilər.
Ona pənah gətirənlərin sayı elə sürətlə artırdı ki, Nişi Tokio
munisipal metrosunun baş mühəndisi vəzifəsindən əl götürməli
və özünü bütövlükdə insanların sağlamlığını qorumaq kimi
nəcib bir işə həsr etməli oldu. Dahi alim Natural Gigiyena
hərəkatının vətəni olan ABŞ vətəndaşlarının saysız-hesabsız
xahişini və təkidini nəzərə alaraq, Amerikaya getdi və 1935-ci
ildə ingilis dilində ilk dəfə öz dahiyanə kitabını nəşr etdirdi.
Maraqlıdır ki,bir təsadüf olsa da,məhz həmin il,yəni,taleimdə
müstəsna rol oynamış qüdrətli kitab işıq üzü görəndə mən də
səfalı Qapıcıq yaylağında dünyaya gəldim.
Ayaqabının altına baxmaqla ayaqqabı sahibinin düçar
olduğu xəstəliyi müəyən edən,“insan elə bir varlıqdır ki, burada
cism və ruh vahid və bölünməzdir” ideyasını müalicənin və
xəstələnməməyin başlıca şərti kimi götürən,nəticəyə qarşı deyil,
səbəbə qarşı mübarizə aparan K.Nişinin yaratdığı Sağlamlıq
Sistemini hər Allah bəndəsi öz həyatına tətbiq edə və möcüzə
yarada bilər. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazım
downloaded from KitabYurdu.az
67
gəlir ki, sağlam məntiq, dərin elmi əsaslar, böyük tədqiqatlar və
çoxsaylı sınaqlar üzərində qurulmuş bu dəyərli təlim indinin
özündə də lazımi səviyyədə təbliğ və tətbiq olunmayıb, bütün
faydalı ixtiralar kimi,bu elmi tapıntı da tarixin uçuq kalafala-
rında zir-zibil altında qalıb.Başı “cari təmirə” və pul qazan-
mağa qarışan müasir tibb elmi,özünü aldada-aldada yaşayan
zavallı bəşəriyyət bu xilaskar Sistemə vaxt ayıra bilməyib.
Hamı bu laqeydliyin cəzasını çəkir: bəşəriyyət dərd əlindən
bilmir hara qaçsın,insanlar gecə-gündüz ahu-zar edir, inildəyir.
Halbuki Nişi Sistemi bəşəriyyəti həmişəlik azar-bezardan xilas
etməyə qadirdi.
Uzun axtarışlardan sonra Nişinin gəldiyi ən başlıca
nəticə budur: ən istedadlı təbib-Təbiətin özüdür!Alimin
çıxardığı digər nəticə, “cari təmir” hesabına pul qazanıb bala
dolandıran çoxsaylı tibb işçilərini heç cürə razı sala bilməzdi:
tibb elmi elm deyil,bir neçə elmin (kimya, biologiya, anato-
miya,fiziologiya və s.) qarışığıdır-“həftəbecərdi”. Təbiblər
xəstəni ona görə sağalda bilmirlər ki,onlar səbəbə qarşı
deyil, nəticəyə qarşı mübarzə aparırlar.Halbuki səbəbi aradan
götürmədən nəticəni ləğv etmək qeyri-mümkündür.Obrazlı
desək,təbabət,hardansa axıb gələn və evimzə dolan çirkabı
qabla(yaxud nasosla) götürüb bayıra atan adama oxşayır,bu
adam,çirkabın mənbəini( xəstəliyin səbəbini) tapıb,ləğv etmək
əvəzinə,evi qurutmağa çalışır.Hətta,buna nail olur da.Lakin əl
saxlayan kimi( dava-dərmanın arasını kəscək) çirkab( xəstə-
lik)yenidən axıb evimizə (canımıza) dolur.Çünki onun mənbəyi
( xəstəliyi törədən səsbəb) durur.
Hər şeyi öz üzərində sınaqdan keçirən Nişi hamıdan
qabaq dərk etdi ki,yalnız nəticəni aradan qaldırmağa çalı-şan
təbiblər (dişin ağrıyır-çəkirlər,böyrəyin çürüyür-kəsirlər və s.)
xəstələrə sağlamlıq vermirlər və verə də bilməzlər,onlar,
sadəcə, insanların əzablı günlərinin sayını artırırlar. Əslində isə
bütün Yer üzündə təbabətə ayrılan vəsait,təbiblərin bütün biliyi
downloaded from KitabYurdu.az
68
və bacarığı,vaxtı və enerjisi səbəbi aradan qaldırmağa,yəni,
profilaktikaya yönəldilməlidir.
Nişinin müdrik təlimini oxuyan hər kəs bu qənaətə
gəlir:insan ya öz həyat tərzini dəyişməli və uzun illər
sağlam,bəxtiyar yaşamalıdır,ya da gödənin qulu olduğunu
boynuna alıb,gödək həyatını sürünə-sürünə,bir təhər başa
vurmalıdır.Üçüncü yol yoxdur!Mən çox gözəl başa düşürəm
ki,əziz oxucu,40-50-60 il vərdiş etdiyin həyat tərzini dəyişmək,
sənin üçün asan məsələ deyil.Demirəm ki,bir günün içində
bütün həyatını 180 dərəcə dəyiş.Buna hər adamın hünəri çat-
maz.Amma istəyirəm,dəqiq biləsən:bunu etmək mümkün-dür!
Sadəcə,bunu bütün varlığınla,əqlinlə,zəkanla istəməlisən.Mən
60 illik pis vərdişlərimi ona görə dəyişə bildim ki,daha sürünə-
sürünə,zarıldaya-zarıldaya yaşamaq istəmirdim.Burada məşhur
cəngəllik fəlsəfəsi yada düşür:güclülər qalib gəlir və yaşayır!
Lakin Nişi təliminin cəngəllik qanunundan fərqi ondadır ki,sən
ətrafındakı canlılara və cansızlara zərrə qədər də zərər
vurmadan,əksinə,Ana Təbiətin ayrılmaz tərkib hissəsi
olduğunu dərk edərək,Ana Təbiətə doğma övlad kimi qayğı
göstərərək qalib gəlirsən.Həm də bu sistemə əməl etmək üçün
əzələ gücünə ehtiyac duyulmur. Pis vərdişlərin hesabına özünə
müxtəlif xəstəliklərdən “çələng hörmüş” Breqqin, Kotlyarovun,
Qoqulanın timsalında gördük ki,dağdan ağır yükü aşırıb
çiyindən atmaq üçün fiziki gücə ehtiyac qalmır, İRADƏ adlı
mənəvi güc olanda, insan öz daxilində kifayət qədər fiziki güc
tapa bilir.Əksinə,mənəvi gücü zəyif olan adamlar-sahib olduğu
fiziki gücü də çox asanlıqla itirir və gücsüzləşir.
Deyilənləri nəzərə alaraq, məsləhət görürəm:qarınqulu,
aciz adamların dilində əzbər olmuş ”qoy keçinin ölümü
palıddan olsun”,“harda qırılar-qırılar” məsəllərini öz lüğətiniz-
dən çıxardın,papağınızı qabağınıza qoyub,həyatınızı dəyişmək
barədə fikirləşin.Düzgün qərar qəbul etməkdə,düz yol seçmək-
də bu kitab sizə yardımçı olacaq.Lakin onu roman kimi oxuma-
yın,bir dəfə oxumaqla kifayətlənməyin,beş dəfə,lazım gəlsə,on
downloaded from KitabYurdu.az
69
dəfə oxuyun, yəni,sağlamlıqla bağlı həyat həqiqətlərini dərk
edənə qədər,öz daxilində yeniləşmək,sağlam olmaq,ruhunu və
cismini bəladan xilas etmək ehtiyacı duyana qədər,içində kifa-
yət qədər iradə “istehsal” edənə qədər dönə-dönə oxusun,hər
faydalı fikiri beyninin dərin qatlarına yeridə-yeridə oxuyun.
Nişi Sistemi insana mənən güclü olmağı öyrədir.Yadda
saxlayın ki,mehrini həblərə və iynələrə salan adamlar-öz əzablı
günlərinin sayını artırmaqdan başqa bir iş görmür.
Elə buradaca çox önəmli bir mətləbi xüsusi vurğula-
maq istərdim:Nişi Sistemi-həm də sağlamların sistemidir! Bu
Sistemi həyat qanunu kimi qəbul edən şəxs heç bir xəstəliyə, o
cümlədən,xərçəng xəstəliyinə tutulmur,viruslara, epidemiyalara
qarşı biganə qalır və uzun ömür sürür. Ən başlıcası isə, həyatını
azar-bezarsız,gözəl ovqatla,xoş əhval-ruhiyə ilə başa vurur.
Məsələnin iqtisadi tərəfinə baxaq.Təcrübədən bilərəm:
Nişi Sistemi ilə yaşamaq maddi cəhətdən çox sərfəlidir. Mən
təkcə dərmana,həkimlərə,pirlərə,mollalara,fırıldaqçılara çəkilən
xərcləri nəzərdə tutmuram, həm də çox bahalı,lakin çox zərərli
ərzaq növlərini (bir kilo ətin puluna 10 kq quru lobya alamaq
və bir ay işlətmək olar,halbuki lobya ətdən qat-qat faydalı
zülaldır),eləcə də xeyir işlərdə,yasda,şənbazlıq azarının diqtəsi
altında açılan dəbdəbəli süfrələri və digər israfçılıq tədbirlərini
nəzərdə tuturam.Fikir verin:özünü ali şüurlu məxluq sayan
insan,bir-birinin yaxasını cıra-cıra, bir-birinə badalaq vura-
vura,kələk gələ-gələ it zülmüynən ruzu qazanır,onu da böyük
israfçılıqla çürüdüb zəhərə döndərir,həm özünü,həm də öz
yaxınlarını zəhərləyir.Ali şüurlu insan gecə-gündüz fikirləşib
yeni xörək növləri icad edir ki,mümkün qədər çox yeyə bilsin.
Fiziki təlabat olmadan,gödənin diqtəsi altında o qədər qida
yeyir ki, bunun yalnız 18-20 faizini güc-bəla ilə mənimsəyə
bilir, qalan 80 faiz ruzu yoğun bağırsaqda qalıb çürüyür, qanı
müntəzəm olaraq zəhərləyən mikroblar üçün lazım olan “zibil
anbarı”nı doldurur,mikroblar bir çox fəsadlar törədir, bizi
müxtəlif xəstəliklərə düçar edir. Özümüz öz əlimizlə infeksiya
downloaded from KitabYurdu.az
70
daşıyıcıları üçün möhkəm yem bazası yaradırıq(ali şüurlu
insandan başqa heç bir canlı belə hərəkət etmir),düşmənlərimiz
yeyib-içib kef çəkir,artıb-törəyir,qanımızı zəhərləyir,biz çarəsiz
dərdlərə mübtəla oluruq və balaca mikrobların əlində əsir-yesir
qalırıq,dindirəndə də döşümüzə döyüb,iftixarla deyirik:”Biz ali
şüurlu İnsanıq”.Nişi belə hesab etmirdi,qazandığı ruzunun 80
faizini çürüdüb mikroblara yedizdirən insanı “israfçı cahil”
adlandırırdı,deyirdi,xərçəng-nadanlığın qaçılmaz nəticəsidir.
Cansağlığı ilə bağlı 70 min ədəbiyyatı araşdıran K.Nişi
belə bir inkaredilməz həqiqəti açıb ki,insanın öz canına vurdu-
ğu zərbəni kənardan ona heç bir qüvvə vura bilməz. Ağılasığ-
maz bir təzad: insan sürdüyü həyat tərzinin öz canı üçün, ailəsi
üçün, bütövlükdə cəmiyyət üçün zərərli olduğunu bilə-bilə, onu
dəyişməyə əsla təşəbbüs göstərmir, eyni qaydada yaşamağa
davam edir, özünü korluğa vuraraq, Nişinin möcüzələrlə dolu
kəşfini “görmür”.Əlbəttə,xalqların hamısı eyni səviyyədə öz
canlarını öz pis vərdişlərinə qurban vermirlər. Ayılmış millətlər
az deyil.Elə götürək Yaponiyanı.Burada Natural Gigiyena və
Nişi Sistemi özünə çoxlu tərəfdarlar tapıb.Tokioda və Havay
adalarında Nişi Sustemi ilə işləyən Tibb İnstitutunun hospital-
ları fəaliyyət göstərir,bu sağlamlıq ocaqlarında xərçəng xəstə-
liklərini dava-dərmansız müalicə edirlər.Bu işə Nişinin davam-
çısı və onun təbliğatçısı S.Vatanabe rəhbərlik edir.Hospital da
məhz onun adını daşıyır –“Vatanabe”.
Bəli,insan qəribə məxluqdur:milyonlarla günahsiz ada-
mın qanını töküb,minlərlə kəndi və şəhəri viranə qoyaraq,özgə
torpağını zəbt edən qəsbkara da heykəl qoyur,kütləvi qırğın
silahını icad edənə də.Amma bəşəriyyətə şəfa yolu göstərən
xilaskarın adını əbədiləşdirmək ağlına belə gəlmir.
Allahdan diləyim budur ki, yaratdığı məxluqun başına
ağıl qoysun, insan ayılsın və əsrlər boyu ucaltdığı heykəllərin
hamısını yerlə yeksan etsin,onların yerində iki simanın-Yunan
Şəfa Allahının kiçik qızı Gigiyanın və bəşəriyyətə Sağlamlıq
downloaded from KitabYurdu.az
71
Sistemi kimi bir möcüzə bəxş etmiş Katsudzo Nişinin qoşa
heykəlini ucaltsın. Amin!..
Dostları ilə paylaş: |