sağalmayan xəstə var.Sağalmaq istəyən-yollar axtarır,
istəmiyən-bəhanə.Xilas olmaq yolunu sizə bu kitab
göstərəcək,o,həyat adlı uzun və çox mürəkkəb bir yolda sadiq
bələdçiniz,ağıllı məsləhətçiniz olacaq.Onunla dostluq etməyinə,
vallah, dəyər...
Mətin jurnalist Mayya Qoqulan barədə söhbətə yekun
vuraraq, buradaca bir moskvalı həmkarımdan iqtibas gətirmək
istəyirəm:“Başqalarına sağlam olmağı öyrədən adamı ət
basıbsa,təngənəfəslikdən əzab çəkirsə,hərəkət edə bilmirsə -
mənim beləsinə inamım yoxdur.Mayya Qoqulana mən
dərhal inandım.Ona görə ki, bu qadının zahiri görkəmi tam
qaydasındadır”.
Alla Zinovyeva,
“Sportivnaya jizn Rossii”,1992.
Şəkildə:64 yaşlı Mayya Qoqulan.
İKİNCİ FƏSİL
NATURAL GİGİYENA NECƏ YARANDI?
Bir həqiqəti yadda möhkəm saxlayın:həkimlər,tibb elmi
bizim özümüzlə deyil,canımızdakı azar-bezarla məşğul olur.
Biz xəstələnməsək,azar-bezarsız yaşasaq,nəhəng əczaçılıq
sənayesi gözündən batar.Dövlətə də,şəxsi mülkiyyətçiyə də,
əlbəttə,sağlam adam-işçi qüvvəsi lazımdır.İstehsalatı dayandır-
mamaq və daha da genişləndirmək üçün.İşçi neçə il yaşayacaq?
Bunun nə dövlətə dəxli var,nə də mülkiyyət sahibinə.Yoxsa
necə olur ki,spirtli içkilərin,tütünün ziyanını hamı bildiyi və bu
barədə bar-bar bağırdığı halda,heç bir dövlət onları istehsal
edən fabrik və zavodları bağlamır?
Özün nəticə çıxar: öz sağlamlığının qeydinə sən özün
qalmalısan,sağlamlığınla məşğul olmaq sənin öz şəxsi işindir.
downloaded from KitabYurdu.az
38
Qoy,gözəl şüarlar, təmtəraqlı məruzələr səni çaşdırmasın.
Sənin can sağlığını səndən başqa heç kəs qorumayacaq, qorusa
da sənin kimi heç kəs qoruya bilməz.Vicdanlı və dərin bilikli
həkimlərin hamısı bir ağızdan deyir:hər kəs özünün həkimi
olmalıdır!
Soruşa bilərsiniz: sağlamlığımı necə qoruyum, onu itir-
mişəmsə, necə qaaytarım? Cavab verirəm :natural gigiyenanın
köməyi ilə. O nəmənə şeydi?150 ildən çox yaşı olan bir faydalı
hərəkatla tanış deyilsiniz?..Gec deyil,gəlin tanış olaq.
Dərman müalicəsinin uğursuzluğu,bu zəmində baş
verən saysız-hesabsız qurbanlar insanları zaman-zaman yeni
yollar axtarmağa vadar edib.Nəticədə X1X əsrdə yeni bir
müalicə növü meydana çıxdı.Onu qədim Yunan Şəfa Allahı
Asklepeyin (Eskulapın) ikinci qızı Gigiyanın (onun barəsində
axırda) şərəfinə “Natural Gigiyena” adlandırdılar.Dərmanı tam
rədd edən yeni müalicə metodunun əsasını belə bir tezis təşkil
edir: Təbiət Qanunlarını mükəmməl öyrənərək, onlara dəqiq
əməl edərək,bədənin ayrı-ayrı orqan və sistemlərini deyil,
bütövlükdə orqanizmi(cismi və ruhu) elə formalaşdırmaq
lazımdır ki,Təbiətin özü tərəfindən vücudda yerləşdirilmiş
şəfaverici qüvvələr cismi və ruhu xəstəliklərdən qoruya bilsin.
“Natural Gigiyena” termini ilk dəfə 1856-cı ildə
Amerikada təsbit olundu.Bundan bir qədər əvvəl,yəni 1832-ci
ildə,o vaxt kimsəyə bəlli olmayan Silvestr Qrehem Nyu-York
şəhərinin sakinləri qarşısında böyük bir mühazirə ilə çıxış
edərək, bildirdi ki,XIX əsrin əvvəllərində Filodelfiyada çoxlu
insan həyatına son qoyan dəhşətli vəba epidemiyası “Bibliya
xristianları” sektası üzvlərinin birinin də burnunu qanatmadı.
Nə üçün? Yeganə fərq bunda idi ki, həmin sektanın üzvləri
heyvandarlıq məhsullarından istifadə etmirdilər, çay, spirtli içki
içmir, papiros çəkmirdilər.Bu hal Qrehemin iti ağlını çox ciddi
şəkildə məşğul etdi.Onun çıxartdığı nəticə hamı üçün
gözlənilməz oldu: Natural Qidalar müalicəvi əhəmiyyətə
malikdir! Onu da əlavə edək ki, Qrehemin ardıcıllarından heç
downloaded from KitabYurdu.az
39
kəs o dövrün çox qorxunc bəlası sayılan vəbaya tutulmadı.
Beləliklə də, Qrehem belə bir acı nəticə çıxartdı: “İnsanın özü
öz xəstəliyinin, öz əzab və işgəncəsinin səbəbkarı, baisidir ”.
Bəli,insan özünü xoşbəxt də edə bilər,bədbəxt də.
Bunun üçün Xaliq ona hər şeyi verib.
“Natural Gigiyena” hərəkatının banilərindən biri Troll
bu hərəkatın məramını belə izah edir:“Dərman təbabətinin
sistemi-yalançıdır,fəlsəfi nöqteyi-nəzərdən düzgün deyil,elmi
baxımdan-cəfəngiyatdır,Təbiətə düşməndir,sağlam düşüncəyə
ziddir,nəticələrinə görə-fəlakətlidir,insan nəslinə-lənətdir və
qarğışdır.Bizim təbliğ və təsbit etdiyimiz gigiyena təbabəti isə -
Təbiətlə harmoniyadır,canlı orqanizmin qanunlarına tam
uyğundur,elmi nöqteyi-nəzərdən düzgündür, nəticələrinə görə -
müsbətdir, insan xoşbəxtliyi üçün möhkəm zəmindir”.
“Natural Gigiyena” hərakatı inkişaf etdi,ABŞ-a, sonra
da Avstraliyaya,Yeni Zelandiyaya yayıldı,digər sivil ölkələrə, o
cümlədən,Yaponiyaya keçdi.Əhalisinin böyük bir hissəsi bu
sistemlə yaşayan, adi fəhləsi də, prezidenti də sübh tezdən
əyninə “şortik” geyib açıq havada qaçmağı özünə ar bilməyən
ABŞ dünyanın ən qüdrətli dövlətinə,bəlkə də,Natural Gigiye-
nanın köməyi ilə çevrildi-sağlam bədən və sağlam ruh, inam,
optimizm ölkənin böyük uğurları üçün gözəl zəmin yaratdı.
XX əsrin əvvəllərində əhalisinin orta yaş həddi 44 il olan
Yaponiyanın,indi həmin göstəriciyə görə dünyada birinci yerə
çıxması səbəbini də,zənnimcə, “Natural Gigiyena” hərakatında
axtarmaq lazımdır.
NATURAL GİGİYENANIN PRİNSİPLƏRİ
Birinci prinsip:Xəstəliyi müalicə etməmək,həyat
qanunlarına dair bilikdən istifadə edərək, insanlara
xəstəliklərdən vaz keçməyi öyrətmək.Nəzərə almaq lazımdır
ki,Təbiət insanı sağlam yaradır və onu şəfaverici qüvvələrlə
təmin edir.Təsadüfi deyil ki, böyük rus alimi Pavlov
downloaded from KitabYurdu.az
40
yazırdı:“İnsan orqanizmi-yüksək dərəcədə özünü idarə
edən,özünü istiqamətləndirən,özünə qulluq göstərən, özünü
mühafizə edən,bərpa edən,hətta,mükəmməlləşdirən sistem-
dir”.İnsan üçün elə şərait yaratmaq lazımdır ki,onun orqanizmi
sonralar həm daxili mühitlə,həm də xarici mühitlə hərtərəfli
əlaqə saxlaya bilsin.Bu şərait və yalnız bu şərait Təbiət
tərəfindən qoyulmuş möhtəşəm köməkçi qüvvələrin-immunitet
gücünün,özünü bərpa və özünü təkmilləşdirmə qüvvələrinin
maneəsiz hərəkət etməsinə qarantiya verir.
İkinci prinsip: Tam və vahid olan insan orqanizminə
kompleks(sistemli) yanaşmaq. Natural Gigiyenanın tərəfdarla
-rı,çox haqlı olaraq,müalicədə dar ixtisaslaşmanı tam rədd
edirlər.Amerika gigiyenisti Şelton yazırdı:“Hər hansı xəstəlik-
bütün orqanizmin xəstəliyidir.Ona görə də orqanizmə təbii
metodlarla kompleks(sistemli) təsir göstərmək lazımdır.
Yalnız təbii üsulla göstərilən kompleks təsir-orqanizmin
bütün həyat fəaliyyətinin əsasına(bizim iradəmizdən asılı
olmayaraq)qoyulmuş olan özünütəmizləmə və özünümüa-
licə qanunlarının realizə olunmasını təmin edir”.
Üçüncü prinsip:“Sağlamlıq” və “Xəstəlik” fenomen-
lərini dəqiq müəyyən etmək.“Sağlamlıq”-tam,bütöv olmaq
deməkdir.“Müalicə etmək”-bütövlüyün bərpası deməkdir.
Şeltonun traktovkasınca “sağlamlıq-tamamlanmaq, təşkilet-
mənin mükəmməlliyi, yə-ni, həyati etibarlılıq, funksiyaların
harmoniyası, enerjili və hər cür gərginlikdən tam azad və
sərbəst olmaq,heç bir məhdudiyyət hiss etməmək” demək-
dir.Şelton tam yəqin etmişdi ki,bədəndəki hər bir orqan-hər bir
hüceyrə,toxuma,orqanlar sistemi tamın,bütövün (orqanizmin)
mənafeyini öz mənafeyindən üstün tutaraq, tamın (orqanizmin)
sağlamlığı və bütövlüyü naminə çalışır. “Alturizm” (ümumi
mənafeyin naminə öz mənafeyini qurban vermək)-insan
orqanizmini qoruyan ən böyük və ən ecazkar qüvvədir,ən
mükəmməl qanunlardan biridir.Əgər bu qanunu,sözdə deyil,
işdə cəmiyyətə tətbiq etmək,insanlara ümumi mənafeyin
downloaded from KitabYurdu.az
41
naminə öz eqoist tələblərindən vaz keçməyi öyrətmək mümkün
olsaydı,Yer üzündə nə müharibə baş verərdi,nə cinayətlər
olardı,nə harınlamış zənginlər,nə də acından köpük qusan ac-
yalavaclar.Bu qədər orduya,polisə,silaha,bir belə məhsul isteh-
salına əsla ehtiyac qalmazdı.İnsan cüzi zəhmət sərf etməklə-
firavan,tam sağlam və xoşbəxt yaşaya bilərdi.Təəssüflənirik ki,
hələlik(hələlikmi?) bu qoca dünyada “Alturizm” qanunları
deyil, “eqoizm” qanunları hökm sürür və biz belə bir reallığı
nəzərə almaya bilmərik.Ona görə təəssüflənirik ki,belə bir
şəraitdə tibb elmi bütün gücünü “xəstələnməmək üçün nə
etmək lazımdır” sualına dəqiq cavab axtarmağa deyil,xəstəliyi
dava-dərmanla sağaltmaq prob -leminə sərf edir.Bu da qumlu
səhranı suvarmaq kimi bir hədər zəhmətdir.Xəstəliklərə qarşı
Don Kixot kimi çarpışan tibb elmi cari işlərin,qaçhaqaçların,
qovhaqovların əlindən vaxt tapıb, belə bir vacib sualın üzərində
düşünə bilmir:“xəstəlik nədir?”.Bu arxivacib sualın cavabını
yalnız Natural Gigiyena hərakatı axtarmış və tapmışdır.
Dördüncü prinsip: “Xəstəlik” fenomeninin düzgün
anlaşılması.Xəstəlik-tamlığın pozulması,canlı orqanizmin
daxili və xarici düşmənlərə qarşı müqavimət göstərə bilmək
qabliyyətini itirməsidir. Hər hansı bir xəstəlik-adi dəri
qızartısından tutmuş xərçəngə qədər hamısı-orqanizmin
tamlığının, bütövlüyünün pozulması deməkdir.
Beşinci prinsip: Sağlamlığın yeni strategiyası.Natural
Gigiyena enerji toplamaq və orqanizmin gücünə qənaət etmək
üçün 4 cür istirahətə və dincəlməyə üstünlük verir:fiziki istira-
hət,fizioloji istirahət(qidadan imtina,aclıqla müalicə), zehni
istirahət və ruhi istirahət.Orqanizm,istər öz daxilindəki orqanla-
rın (hüceyrələrin, toxumaların və s.) öz aralarında biri digəri ilə,
istərsə də insanı əhatə edən xarici mühitlə təmasda olmağa və
əlaqə saxlamağa böyük ehtiyac duyur. Buradan 5 əlaqə növü
haqqında Konsepsiya meydana gəlmişdir:
1. Orqanizmin psixiko-emosional əlaqəsi. Hər bir insan
öz orqanizminin psixiko-emosional tarazlığını və onu əhatə
downloaded from KitabYurdu.az
42
edən Təbiətlə, o cümlədən Kosmosla, bundan əlavə, ictimai
mühitlə (Cəmiyyətlə, onun idealı və normaları ilə, dost–tanışla,
ailə və s.) psixiko-emosional əlaqə təmin etməlidir. Buna
özündə nikbin əhval–ruhiyyə tərbiyə etmək yolu ilə nail olmaq
mümkündür.
2. Orqanizmin biokimyəvi əlaqəsi. Orqanizm mövcud-
luğunun baş fizioloji qanunu sayılan turşu-qələvi tarazlığının
bərpasına, birinci növbədə, təbii qidalanma yolu ilə nail olmaq
mümkündür. Nişi sistemi bu işdə əvəzsiz vasitədir.
3. Orqanizmin biofizioloji əlaqəsi. Dəri örtüyünün və
daxili orqanların nöqtələr vasitəsilə Kosmos,Yer,Su,Hava, İşıq
və Energetika ilə təbii əlaqəsinin bərpasına “çılpaq
terapiya”,kontrast hava və su,İşıq və Günəş vannaları, ayaqya-
lın gəzmək və digər üsullarla nail olmaq mümkündür.
4. Orqanizmin biomexaniki əlaqəsi xüsusi məşqlərin,
kəskin hərəkətlərin,qəddi şux tutmağın köməyi ilə kapilyar-
larda və damarlarda düzgün qan dövranını bərpa etmək.
5. Orqanizmin bioenerji əlaqəsi.Mövcud təcrübələrə
əsaslanaraq, düzgün tənəffüsü bərpa edib saxlamaq.
Altıncı prinsip: Təbii qidalanma.Heç bir şəfaverici
kompleks təbii qidalanma olmadan tam deyil və istənilən
səmərəni verməz.Natural qida tərafdarlarının fikirincə,qida
təkcə qanın tərkibini,“tikinti materialının” keyfiyyətini müəyən
etmir, həm də xarakteri,hətta,insanın dünyagörüşünü,əxlaqını
formalaşdırır.Təbii qida-gözəl səmərə verən və nəticəsi
qabaqcadan bəlli olan güclü müalicə alətidir.Burda dünya-
nın sonuncu peyğəmbəri Məhəmməd Əleyhissalamın söylədiyi
dahiyanə kəlamı bir daha yada salmaq yerinə düşər:“Bütün
fəsadların yuvası–mədədir, bütün dərd-lərin çarəsi–
pəhrizdir”.Yəni:insanın başına nə müsibətlər gəlirsə,hamısı
nəfsin,qarınqululuğun,tamahın ucubatından gəlir.Düzgün qida-
lanmayan adam mütləq xəstə və bədbəxt olmalıdır,düzgün
qidalanan adam isə mütləq sağlam və xoşbəxt olmalı və uzun
ömr sürməlidir.
downloaded from KitabYurdu.az
43
Yeddinci prinsip: Hər cür dərman- terapiyanı rədd
etmək.Natural Gigiyena dərmanla müalicə sisteminin ləğv
olunmasını,bəşəriyyətə Təbiət Qanunlarına arxalanan Sağlam-
lıq Sistemi təklif edib.Nəzərə almaq lazımdır ki,bütün maddə-
lər canlı orqanizm üçün ya qidadır,ya da zəhər.Canlı orqanizm
tərəfindən həzm olunmayan və mənimsənilməyən hər şey,o
cümlədən dərman-zəhərdir!
Səkkizinci prinsip: Tibb elmi ilə Natural Gigiyena-
nın sərhədlərini dəqiq müəyyənləşdirmək.Tibb-heç vaxt elm
olmayıb və indi də elm deyil.Tibb-müalicə metodu və üsuludur.
Fiziologiya,biologiya,anatomiya,kimya ayrı-ayrılıqda elmə
aiddir,lakin onlar birlikdə “tibb elmi” deyil.Tibbin vahid
prinsipi yoxdur,onun müalicə metodları gözlənilməz nəticə
verir. Bu səbəbdən həkimlər, həm müalicə metodlarını, həm də
dərmanları,onların dozalarını tez-tez dəyişməli,canlı insanın
üzərində,nəticəsi qabaqcadan bəlli olmayan,qorxulu eksperi-
mentlər aparmalı olur.Əgər tibb elm olsaydı,belə şeylər baş
verməzdi.Dünyanın hər yerində 2+2=4 alınacaq,H
2
+O=su
alınacaq. Tibb “elmində” belə dəqiq nəticələr yoxdur. Birisi yel
xəstəliyini sağaltmaq üçün maksimum 12 qram solisilat turşusu
tətbiq edirsə,o birisi xəstəyə 24 q verir.Kim haqlıdır? Heç biri.
Gigiyena isə heç vaxt dəyişməyən vahid və əbədi Həyat
Qanunlarına arxalanır,bu qanunların tətbiqinin nəticələrini
qabaqcadan görmək mümkündür:“ölü” qida yeyən adam -xəstə
olacaq, canlı qida yeyən -sağlam.
Doqquzuncu prinsip:Xalqı maarifləndirmək, biliklə-
ri
geniş yaymaq, sağlam həyat tərzini bərqərar
etmək.Natural Gigiyenanın xəmiri Alturizm, Optimizm və
Humanizm kimi 3 qiymətli mənəvi dəyərdən yoğrulmuşdur.
Lakin bu gözəl ideyalar(bütün yaxşı ideyalar kimi) o zaman
güclü ola bilər ki,kütlələrin şüurunda dərin kök salsın.Belə olsa,
Natural Gigiyena saysız-hesabsız klinikaların,böyük əczaçılar
ordusunun,nəhəng sənaye komplekslərinin,milyonlarla kənd
təsərrüfatı maşınlarının,cəmiyyətin qanını soran Silahlı
downloaded from KitabYurdu.az
44
Qüvvələrin,Polisin görə bilmədiyi işi görər,onların hamısının
birlikdə həyata keçirə bilmədiyi vəzifəni-insanları xoşbəxt
etmək vəzifəsini çox asanlıqla və böyük uğurla yerinə yetirər.
Bunun üçün böyük xərc tələb olunmaz.
PSİXİKA VƏ SAĞLAMLIQ
Tanınmış təbib Pol Breqq deyirdi:“Həyat bizim sinirlə
-rimizdən axır.Nə qədərki sizin sinir qüvvəniz var-siz təşəb-
büskarsınız,xoşbəxtsiniz,sağlamsınız,hər cür çətinliyi dəf
etməyə,taleyin hər bir çağırışına cavab verməyə qadirsiniz.
Siz hər hansı problemi alqışlayırsınız,çünki inanırsız ki,
sizin sinir qüvvəniz onun öhdəsindən gələcək”.Bəli, əsəb
sistemi möhkəm olan adam hər şeyə qadirdi.Yüksək mənəvi
gücə malik olan şəxs müdrikcəsinə,düşünülmüş şəkildə yaşayır
və davranır,həyatdan həzz alır.Nə tez-tez baş verən Təbiət
kataklizmaları,nə də ətrafda cəryan edən hadisələr onun daxili
komfortunu,rahatlığını poza bilir.Əlbəttə,söhbət laqeyd,biganə,
xudpəsənd adamdan getmir,söhbət ən çətin məsələləri sakitcə,
müdrikcəsinə həll etməyə qadir olan kamil və güclü şəxslərdən
gedir. Belə şəxsiyyət olmağın ən yaxşı yolu-Nişi Sisteminin
tələblərinə əməl etməkdir.İnsanı vahid,tam və küll şəkilində
götürən Nişi sübut edib:psixiki sağlamlıq fiziki sağlamlıqdan
ayrılmazdır,biri digərini qoruyub hifz edir.Biz fiziki sağlamlı-
ğımızı bərpa edərkən və qoruyarkən,möhtəşəm əsəb sistemini
və psixiki sağlamlığımızı da səhmana salır və qoruyuruq.Nişi
Sistemi bütövlükdə bu ulu məqsədə xidmət edir.
Əsəb sistemi haqqında bəzi şeyləri bilmək hər kəs üçün
vacibdir.Əvvəla,yadda saxlayın ki,əsəb sistemi 2 hissədən
ibarətdir:xarici (parasimpatik) və daxili (simpatik) əsəb sistemi.
Xarici sistem dərinin üst səthinə,əllərin,qolların,ayaqların və s.
əzələlərinə nəzarət edir,dərini istiyə,soyuğa və zədələnməyə
qarşı həssas edir,daxili sistem isə daxili orqanların fəaliyyətinə
downloaded from KitabYurdu.az
45
rəhbərlik edir.Beyin bütün orqanların mərkəzidir.Baş Qərargah
-dır.“Hesablama mərkəzinin” proqramları buradan ötürülür.
Əsəb sistemi 3 cür sinir qüvvəsi ilə idarə olunur:
1. Əzələ sinir qüvvəsi-əzələ hərəkətlərini törədir.
2. Orqanların sinir sistemi-sağlamlığa xidmət edir və
xəstəliklərə müqavimət göstərir.
3. Mənəvi (ruhi) sinir qüvvəsi-güclü intellekt,yaxşı yad-
daş,mənəvi dözüm yaradır,öz emosiyalarını tənzimləməkdə
insana yardımçı olur.İnsan öz taleyinin sahibinə məhz onun
köməyi ilə çevrilə bilir.Mənəvi sinir qüvvəsi güclü olanda
qeyri-adi hadisələr,streslər,əsəb gərginliyi insana pis təsir
göstərə bilmir,onu sarsıtmır.
Bildiyimiz kimi,həyatda ağıllı,dərrakəli,savadlı,qabliy-
yətli,istedadlı adamlar çox olur.Lakin insanı hərəkətə gətirən
və inamla irəli aparan sinir qüvvəsi çatmadıqda,belə adamlar
öz potensiallarını aça bilmir və heç nəyə nail olmurlar.Bu
qüsurdan yaxa qurtarmaq mümkündürmü?Möhtəşəm sinir qüv-
vəsi yaratmaq üçün nə etmək lazımdır?
Sinir qüvvəsi yaratmağa və onu qorumağa qadir olan
dərman yoxdur.Süni stimulyatorlar(çay,kofe,tütün,alkaqol, nar-
kotik maddələr,tiryək) isə əsəb sistemini möhkəmlətmir,əksinə,
onu dağıdıb,bərbad hala salır.Yadda möhkəm saxlayın:dərman-
dan yalnız xəstəni böhran vəziyyətdən çıxartmaq üçün istifadə
etmək olar.Çünki dərman-bədənə daxil olan və yığılıb orada
qalan əlavə zəhərdir.Massaj,müxtəlif vannalar,gipnoz,dualar,
dilətutmalar,təqlidlər və bu kimi tədbirlər yalnız müvəqqəti
təsir göstərir.Möhtəşəm,əzəmətli və qüdrətli əsəb sistemini
yaratmaq və yaşatmaq üçün bu işlə hər gün sistemli şəkildə
məşğul olmaq lazımdır.Bunun başqa yolu yoxdur.
Əsəb sistemini möhkəm,daxili streslərə dözümlü tərbiyə
etmək üçün,Təbiət tərəfindən hər birimizin daxilində qoyulmuş
2 qüvvəni köməyə çağırmalıyıq: iradəni və hər şeyə qadir
olmaq cəhdini.Əgər bu 2 qüvvə zəyifdirsə, onları dərhal
downloaded from KitabYurdu.az
46
“istehsal etməyə” başlayın. Əks halda, siz həyatda adi tələbatı-
nızı belə ödəyə bilməyəcəksiniz.
Elmə çoxdan bəllidir ki,emosiya kimyəvi tərkibə
malikdir:pis fikirlər orqanizmi zəhərləyir,sağlamlığa zərbə
vurur.Əksinə yaxşı fikirlər insanın əhvalını yaxşılaşdırır.Heç
təsadüfi deyildir ki,əcdadımız sayılan Mağların peyğəmbəri,
dahiyanə “Avesta”nın müəllifi sayılan Zərdüşt insan üçün 3
şeyi vacib sayırdı:yaxşı söz,yaxşı əməl,yaxşı niyət. Bu 3 şeyə
malik olan insan bəd əməl törədə bilməz. Belə insan rahat və
xoşbəxt yaşayar. Çünki belə insanın gözü tox,aza qane olur,aza
qane olanın qəlbi rahat və əxlaqı pakdır.
Bioloqlar deyirlər:“İnsan-düşündüyü üçün ölür”.
Məşhur herientoloq Custin Qlass bu fikiri belə dəqiqləşdirib:
“İnsan-pis düşündüyü üçün ölür”. Buradan belə nəticə çıxır:
uzun illər rahat yaşamaq üçün yaxşı şeylər haqqında, yaxşı
insanlar haqqında düşünmək azımdır. Özünüzü və övladlarınızı
bu ruhda tərbiyə edin.
Böyük Azərbaycan mütəfəkkiri Abasqulu Ağa
Bakıxanov deyirdi:”Xoşbəxtlik-könül rahatlığıdır.O adamın
könlü rahat ola bilər ki, aza qane olmağı bacarsın”. Dünya
malına
həris
adamın,vəzifəpərəstin,şənbazın,qarınqulunun
könlü heç vaxt rahat ola bilməz.Deməli,belə adam heç vaxt
xoşbəxt olmaz.Belə adamın tələbatı dibsiz çəlləyə bənzər: nə
qədər su tökürsən tök,dolan deyil.Böyük Mark Avreliy tələbat
haqqında çox gözəl fikir deyib:“Hər adamın dəyəri-əldə etmək
istədiyi şeyin dəyəri qədərdir”.Yəni:araq və kabab
düşkününün dəyəri-araqla kabaın qiymətinddən artıq ola
bilməz.Əlbəttə,bu dediklərimiz məsələnin mənəvi və psixoloji
tərəfidir.Məsələnin fizioloji tərəfinə gəlincə,onu qeyd etməliyik
ki, bizim fiziki və ruhi sağlamlığımız-bizi yaşadan 70 triliyon
hüceyrənin səhhətindən asılıdır.Hüceyrələri sağlam saxlayan və
ölən hüceyrələrin yerinə təzəsini yaradan iki qadir qüvvə
mövcuddur:qida və hərəkət.Bunların hər ikisini Nişi Sistemi
bol-bol təmin edir.Düzgün qidalandıqda(qidalanma qaydaları
downloaded from KitabYurdu.az
47
barədə gələn fəsillərdə ətraflı söhbət açacağıq) və Nişi Sistemi-
nin 6 qaydasına əməl etdikdə,beynimizin hüceyrələri özlərini
çox gözəl hiss edirlər,biz xəstəliyin nə olduğunu bilmirik,uzun
illər gümrah yaşayırıq və cavan qalırıq.
Möhkəm sinir sistemi yaratmaq üçün nədən başlamaq
lazımdır?Əlbəttə,səmərəli,məhsuldar düşünməyi öyrənməkdən!
Hər vaxt yadda möhkəm saxlamalıyıq ki,Təbiət bizə ağıl,zəka
və təfəkkür kimi çox qüdrətli bir silah bəxş edib.Bu silahın
gücü ilə biz Kosmosu fəth edirik,insanların özündən qat-qat
güclü olan robot düzəldirik.Bir sözlə,insan ağlının,insan kama-
lının hüdudu yoxdur! Belə olduğu halda, nə üçün öz cismimizi
və ruhumuzu səhmana sala bilmirik? Ona görə ki, bu məqsədə
nail olmaq üçün hamımız başqalarını,bir də dərmanı köməyə
çağırırıq.Öz ağlımızı deyil,məhz başqalarını və dərmanı!
İnsanın ən böyük səhvi və bədbəxtliyi budur.Heç bir dərman
beyinin fəaliyyətini gücləndirə bilmir,əksinə,onu keyidir, qeyri-
həssas,qeyri-sağlam edir.Beyin yaxşı işləmirsə,müsbət emosiya
-lar “istehsal” edə bilməz.Beyinin yaxşı işləməsi bütövlükdə
həyat tərzindən asılıdır.Pis vərdişlərin caynağından yaxa qurtar
-madan “Baş qərargahı” (eləcə də digər orqanları) normal
çalışdırmaq mümkün deyil.Yalnız sağlam həyat tərzi beyni
oksigenlə,vitaminlərlə,duzlarla və digər elementlərlə istənilən
səviyyədə təchiz etməyə imkan verir.Beynin yaxşı işləməsi
üçün onun hüceyrələrini,oksigendən başqa, həm də doymamış
yağ turşuları ilə təmin etmək vacibdir.Onların əsas mənbəyi-
ziriş və günəbaxan tumla rından,zeytundan və cücərmiş
buğdanın zoğlarından alınan yağlardır.Mineral maddələrdən
beyinə fosfor, kükürd, mis, sink, kalsium,dəmir və maqnezium
gərəkdir.Fosfor və fosfor birləşmələri-beyin hüceyrələrinin
yaranmasını təmin edir,kükürd onları oksigenlə təchiz etmək
üçün lazımdır.Qalan minerallar isə normal həyat fəaliyyətini
təmin etmək funksiyasını daşıyır.
Beyin vitaminləri bunlardır- B qrupu vitaminləri,xüsusi-
lə də B
Dostları ilə paylaş: |