tələb edir, zülal isə-turşu mühiti ”.
- Qovunu həmişə ayrıca yemək lazımdır.
- Südü qatığa,süzməyə, ayrana, şora, pendirə çevirdikdən
sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir.Çünki süddəki
yağ müəyyən müddət ərzində mədə şirəsi ifrazına mane olur.
Odur ki,süd mədədə deyil,12 barmaq bağırsağında həzm olu-
nur.Mədə südə qarşı heç bir reaksiya vermir və şirə buraxmır,
Onununla bir vaxtda qəbul olunan qidalar da həzm olunmur.
Düzgün qidalanma qaydasının ən ümdə vəzifəsi-on iki
barmaq bağırsağında qidaların çürüyərək zəhərli maddələrə
parçalanmasının qarşısını almaqdır.Buna nail olan hər kəs-
ən ulu məqsədə çatır:sağlam və gümrah yaşayır,mənən və
ruhən güclü,təmkinli, gülərüz,nikbin, xoşrəftar, xeyirxah olur.
Təkrar edirəm:gündəlik qidanın canını çiy meyvə və
tərəvəz təşkil etməlidir.Əgər köhnə vərdişlərdən əl çəkə bilmir-
sinizsə,onda yediyiniz qidanın dörddə üçünü çiy meyvə və
tərəvəz təşkil etməlidir.Əks halda,xəstəlik yaxanızdan əl
götürən deyil,gününüz ahu-zarla keçəcək,qazandığınızı dərma-
na xərcləməli olacaqsınız,həkimlərin daimi “kliyentinə” çevrilə
-cəksiniz,dələduz adamlar sizi inək kimi sağacaqlar.
Tərəvəzə duz vurmaq,meyvə və tərəvəzi bişirmək -
vitaminləri və mikroelementləri məhv etmək deməkdir.Salata
bitki yağı,smetan,mayanez qatmaq-zərərli vərdişdir.Salatın
üstünə bir qədər tərəvəz şirəsi tökmək çox faydalıdır.
Yadda saxlayın:qidadan həzz almaq bir şeydir,
fayda almaq-tamam başqa şey. Dadlı qida-faydasız,hətta,
zərərli də ola bilər. Çox vaxt məhz belə də olur. Qidanı həzz
downloaded from KitabYurdu.az
105
almaq, “kef çəkmək” naminə,özü də bol-bol yeyən adam
sağlam ola bilməz.Nişinin elmi əsaslarla əsaslandırdığı bu
fikiri vaxtilə Məhəmməd Peyqəmbər də deyib,İbn Sina da,
Nizami də,Sədi də,digər işıqlı dühalar da. “Qida və sağlamlıq”
konteksti baxımından Peyğəmbərimizlə həkimin dialoqu
ibrətamizdir.Əcəm hökmüdarı tərəfindən Peyqəmbərin hüzu-
runa göndərilmiş həkim ona şikayət edir:xeyli vaxtdır bura
gəlmişəm,amma,nədənsə,mənə müraciət etmirlər.Yəqin,mənə
inanmırlar.Cavabında Həzrəti Məhəmməd buyurub:“Bizim
camaatın bir yaxşı adəti var:acmamış yeməzlər,süfrədən də
doymamış çəkilərlər.Ona görə də təbibə ehtiyac duymurlar”.
Nizaminin müdrikliyinə və ensiklopedik biliyinə dəlalət
edən “ bir inci saflığı varsa da suda,artıq içiləndə dərd verir
o da” misraları çoxdan zərbül-məsələ çevrilib.Dahi Nizami
təkcə “nə qədər yemək” sualına deyil, həm də “nə yemək ”
sualına cavab verib:
Yeməkdə əsasdır cana nuş olmaq,
Onun dadına yox, faydasına bax.
Loğman müdrikliyi ilə qidanın dadını yox,faydasını
əsas götürməyi məsləhət görən şair daha bir vacib məsələyə
toxunub:
Yağlıdan, yavandan elə ye ki, sən,
Onu asanlıqla həzmə verəsən.
Bəli, həzmə getməyən qida - sağlamlığa xidmət etmir,
sağlamlığın düşməninə çevrilir.Artıq yeməyin zərərini müdrik
şair Sədi Şirazi də görüb:
Gülşəkər ziyandır- çox yesən əgər,
Az yesən- küt çörək olar gülşəkər.
downloaded from KitabYurdu.az
106
Maraqlıdır ki,müxtəlif əsrlərdə ayrı-ayrı müdriklər
tərəfindən söylənmiş qədim fikirlər müasir naturopat dieto-
loqlar tərəfindən tərtib olunmuş qidalanma qaydaları ilə tam
üst-üstə düşür.Yeri gəlmişkən,müdrik peyqəmbərimizin hələ
Y11 əsrdə dediyi dahiyanə fikiri bir daha yadınıza salmaq
istəyirəm:”Bütün fəsadların yuvası-mədədir,bütün dərdlə-
rin çarəsi pəhrizdir”.Bu dəyərli fikri d-r Pol Breqq başqa
formada təkrarlayıb:”Biz-nə yeyiriksə,oyuq”.Yəni,təbii qida
yeyiriksə-sağlamıq,çürük qida yeyiriksə-xəstəyik.
MENYU FƏRDI OLMALIDIR
Hər birimiz öz təcrübəsindən bilir:məsləhət vermək
asandır,onu yerinə yetirmək isə çox çətindir.Mən də başa düşü-
rəm:yaşlı adam xörəklərin şahı saydığı plovdan,ağzını dada-
tama gətirən kababdan,bayram süfrəsini bəzəyən şirin paxla-
vadan,tortdan,şəkərboradan öz xoşuna əl götürən deyil.Buna
hər kişinin hünəri çatmaz!..Bu,acı da olsa,şirin də olsa, real-
lıqdır və biz onu nəzərə almaq zorundayıq.Fəqət nəzərə alınası
başqa bir reallıq da var:biz məhz həmin dadlı,ləziz qidaları,yəni
tərkibində faydalı elementlər qalmayan “ölü” qidaları uzun illər
yediyimiz üçün “çarəsiz” dərdlərə mübtəla olmuşuq və bu gün
də,nəfsimizə qalib gəlib,o zərərli(amma çox dalı!) qidalardan əl
çəkə bilmədiyimiz üçün sağalmırıq.Sağalmırıq və günahı da
yazıq həkimin qıldan nazik boynuna yıxırıq.Halbuki vicdanlı
həkim sənə hər dəfə deyir:”Yeməyinə fikir ver-yağlı xörəklər
yemə,çoxlu meyvə-tərəvəz ye”.Sən isə həkimə “baş üstə”
desən də,içində bilirsən ki,nəfsin qabağında duruş gətirə
bilmiyəcəksən,yenə də səni zəka yox,sağlam məntiq yox,gödən
idarə edəcək.Gödən isə həmişə qidada fayda yox,ləzzət
axtarıb.Çünki bizi sevən,sevdiyi üçün də zəhərləyən (acı
təzaddır!) əziz anlarımız gödəni o cür tərbiyə edib.Bu da real-
lıqdır,əziz oxucum.Ən böyük reallıq isə bundan ibarətdir:
Düzgün qidalanmayan adam-mütləq xəstə olmalı və
downloaded from KitabYurdu.az
107
dünyasını tez dəyişməlidir.Yalnız düzgün qidalanan xəstə
hər cür dərdə qalib gələ bilər.
Bizim ən böyük bəlamız bundadır ki,hər bir işimizi
şüurlu formada,elmi əsaslar üzərində qurduğumuz halda,həyat
mənbəyi olan qida seçiminin və qidalanma məsələsinin ixtiya-
rını şüurun əlindən alıb vermişik kefqom gödənin əlinə.O da
kəmsiyi salıb başımıza,bizi belədən elə sürüyür,elədən də
belə.Ayıl,əziz qardaşım,əziz bacım!Ağlını başına yığ,gödənə
öz yerini göstər,deynən,sən başdan çox aşağısan,ged otur
yerində.Gödəni yerində oturdandan sonra,indiyəcən yediyin
qidalara,bu kitabın köməyi ilə topladığın bilik müstəvisində
bax.Nəzərə al ki,düzgün menyu-sağlamlığın əsasıdır.
Menyu sadə qidalardan tərtib olunmalıdır.Hər kəsin
yaşı,çəkisi,peşəsi nəzərə alınmalıdır.Ağır iş görən fəhlə ilə
alimin qidaya təlabatı eyni deyil.Az hərəkət edən ziyalının
menyusunda meyvə-tərəvəz əsas yer tutmalıdır.Menyu yeknə-
sək olmasın.Onu tərtib edərkən Qidalanma Qaydalarını və
mövsümü nəzərə almaq lazımdır.
Biz aşağıda,45 il qidalanma problemlərini araşdıran,
30.000 ağır xəstəyə qidanın köməyi ilə şəfa vermiş məşhur
naturopat alim H.Şeltonun tərtib etdiyi menyunu verməklə, hər
kəs üçün fərdi qaydada menyu tərtib etmək imkanı yaradırıq.
downloaded from KitabYurdu.az
108
YAZ-YAY MENYUSU
Bazar günü
Səhər
yeməyi
Günorta yeməyi
Şam yeməyi
Qarpız,
ərik
Tərəvəz salatı,
kartof, yaxud
boranı,çuğundur
Tərəvəz salatı, qoz,
fındıq, yaxud
paxlalı bitkilər
I gün
Yemiş, yaxud
şaftalı, yaxud
albalı
Tərəvəz
salatı,
kök, yaxud
göy noxud
Tərəvəz salatı,
kəsmiklə
kələm
II gün
Yemiş
Tərəvəz salatı,
boranı
Tərəvəz salatı,
qarğıdalı
III gün
Hər hansı
şülul, gavalı
(şəkərsiz)
Tərəvəz salatı,
gül kələm
Tərəvəz
salatı, təzə
qarğıdalı, yaxud
düyü
IV gün
Şaftalı, yaxud
ərik, yaxud
gavalı
Tərəvəz salatı,
kələm, yaxud
kök, yaxud
kartof
Tərəvəz salatı,
çuğundur yarpağı
və gövdəsi, qoz
V gün
Alma, yaxud
başqa meyvə
Tərəvəz salatı,
badımcan (azca
bişmiş), kobud
un çörəyi
Tərəvəz salatı,
yumurta,
yaxud boranı
VI gün
Banan,
albalı,bir
stəkan qatıq
Tərəvəz salatı,
göy noxud,
kələm
Tərəvəz salatı,
kələm,cücərmiş
buğda, soya zoğu
downloaded from KitabYurdu.az
109
PAYIZ-QIŞ MENYUSU
Bazar günü
Səhər
yeməyi
Günorta
yeməyi
Şam
yeməyi
Üzüm,
banan
Tərəvəz salatı,
kələm, yaxud
kökümeyvə
Tərəvəz salatı,
boranı,az
bişirilmiş paxlalı
bitki
I gün
Armud,
xurma,
yaxud üzüm
Tərəvəz salatı,
rəngli kələm,
yaxud kartof
Tərəvəz salatı,
kələm, yaxud
paxlalı bitkilər,
qoz-fındıq
II gün
Alma, üzüm,
quru əncir
Tərəvəz salatı,
turp gövdəsi və
yarpağı, yaxud
düyü
Tərəvəz salatı,
kələm, yaxud
boranı, yaxud
kartof
III gün
Armud,
kişmiş,bir
stəkan qatıq
Tərəvəz salatı,
kələm, yaxud
kartof, yaxud
paxlalılar
Tərəvəz salatı,
qoz-fındıq,
yaxud tumlar
IV gün
Portağal,
yaxud başqa
meyvə
Tərəvəz salatı,
boranı, kobud un
çörəyi
Tərəvəz salatı,
boranı, yaxud
pendir
V gün
Xurma, üzüm
Tərəvəz salatı,
kök,bişmiş
kökümeyvə
Tərəvəz salatı,
boranı, yaxud
pendir
VI gün
Kişmiş,
yaxud tut
qurusu
Tərəvəz salatı,
göy noxud,
kələm
Tərəvəz salatı,
qoyun ətindən
bifşteks (kotlet)
downloaded from KitabYurdu.az
110
Düzgün qidalanmanın daha bir forması ilə tanış olun:
gündüz bal şərbəti,yaxud 400-500q təzə meyvə(qışda isə
qurumuş meyvə),axşam 300-400 q tərəvəz salatı,qoz-fındıq
(püstə,badam,fıstıq),yaxud tumlar qəbul edin.Çiy yeyənlərin
tipik rasionu belədir:gün ərzində 400 q alma, 50 q kişmiş, 400 q
tərəvəz,20 q zeytun(yaxud günəbaxan) yağı,50 q qoz(fındıq,
püstə,badam) ləpəsi.Ən sadə menyu isə belədir:səhər-hər hansı
meyvə,günorta-tərəvəz salatı və nişastalı qida(kartof,yaxud
çörək),axşam-tərəvəzlər və zülallı qida bir gün-kəsmik,yaxud
pendir,o biri gün-qoz(fındıq,püstə,badam,tumlar),yaxud yumurta
(yaxud yağsiz dana əti, qara ciyər, ürək, böyrək).
Nəzərə almaq lazımdır ki, insan həzm edə bildiyindən 3-4
qat artıq qida yeyir və qəbul olunan qidanın yalnız 18-20 faizi
həzmə gedir.Bir daha vurğulayıram:bu-həm orqanizmə ziyandır,
həm də israfçılıqdır.Gümrahlığı və xoşbəxtliyi gödən doldur-
maqda görən adamlar,sadəcə,“yemək alkaşları”dır. Belə adamın
özünə vurduğu zərbəni ona heç bir düşmən vura bilməz.
Belələrinin nəsibi mütəmadi halsızlıq, ağrılar,cürbəcür xəstəlik-
lər,şişman qarın,bütün bunların məntiqi nəticəsi olan tez qocal-
maq və tez ölməkdir.Həyatın mənasını çox yeməkdə və çox
içməkdə görən “kefcil” adamlar “harda qırılar-qırılar” prinsipi
ilə yaşayır,öz ömürlərini müntəzəm olaraq qısaldır və bu dünya-
dan tez köçürlər.Həm də həyatdan sürünə-sürünə,daima əzab
çəkə-çəkə köçürlər.Əlbəttə,necə yaşamaq və həyatdan necə
köçmək hər kəsin öz işidir.Bizim tövsüyələrimiz sağlam həyat
tərzi seçərək,yüz illərlə azar-bezarsız,şən və gümrah yaşamaq,
məhsuldar işləmək,sevinmək və ətrafdakıları da sevindirmək
istəyənlər üçündür.Atalar buyurub:sözünü qanana de.Qanan-
ların yadına salıram:çox yeyən-az yaşayır,az yeyən-çox.
downloaded from KitabYurdu.az
111
ZƏNGİN SÜFRƏ NƏ DEMƏKDİR?
Yuxarıda “menyu sadə qidalardan tərtib olunmalıdır”
sözlərini yazanda toy-bayram süfrələrimiz gəlib gözümün
önündə durdu və mən böyük xəcalət hissi ilə düşündüm ki,
dünyanın heç bir ölkəsində süfrəni,xörəklərinin zənginliyi ilə
qürrələnən bizim millət kimi bəzəmirlər-nə var-dövləti başından
aşan super-dövlətlərdə,nə də geri qalmış cəngəllik dövlətlə-
rində.Ən varlı ölkələr də belə toyu bir-iki fujer şərabla başa
vururlar.Çünki toya “vurmaq”,qarınlarını doldurmaq üçün gəl-
mirlər,iki gəncin və qohum olan iki ailənin sevincini bölüş-
mək,bağlanan “ittifaqa” şahidlik etmək,çoxdan görmədikləri
dost-tanışla söhbət etmək üçün təmtaraqdan uzaq bu sadə
məclisə təşrif gətiriblər.Bizdə hər şey bambaşqadır.Bir vaxtlar,
bolşevik rejiminin yaratdığı “qadağanlar məkanında” yaşayar-
kən,billur və farfor qab-qacağı,xarici mebeli,az tapılan kitabı
bəzək predmetinə çevirən şənbazlar indi də,vəzifəsi şəfa vermək
və insanların sağlamlığını qorumaq olan qidaların təyinatını
dəyişiblər-geniş imkanlarını nümayiş etdirmək məqsədilə süfrə-
yə mümkün qədər çox ərzaq düzür,süfrəni “yolka” kimi
bəzəyirlər.Bu gün,əşya bolluğu mühitində,əşya yarışının yerini
“zəngin süfrə” yarışı tutub:”Sən öl,filənkəs bir süfrə açmışdı,quş
südündən başqa hər nə desən varıdı”.Bir quru tərifin naminə
nələr etmirlər!.. Süfrələrimiz günbəgün zənginləşir.Paralel olaraq,
evlərimizə hücum çəkən,bizi girdabına alıb uçuruma sürükləyən
azar-bezar seli də güclənir,ağrı-acımız artır,ömrümüz isə adekvat
sürətlə gödəlir.Çünki zəngin süfrə sağlamlığa xidmət etmir,
Əzrayilin dəyirmanına su tökür.Bu acı həqiqəti dərindən dərk
etmək üçün, gəlin birlikdə araşdıraq:zəngin süfrə nədir?
Zəngin süfrə-insanların dincliyini,qəlb rahatlığını
əlindən alan faydasız və səmərəsiz zəhmətdir.Bəllidir
ki,zəngin süfrə açmaq üçün çoxlu pul qazanmaq lazımdır.Hər
kəs-divar hörən bənnadan tutmuş,rüşvət alan geniş səlahiyyətli
məmuradək hamı öz sahəsində,gecəsini gündüzünə qatıb,çalışma
downloaded from KitabYurdu.az
112
lıdır ki,pul qazansın.Məmura rüşvəti durduğu yerdə vermirlər,o
da çobalamalıdır,az yatıb çox işləməlidir,daha çox vaxt və enerji
sərf etməlidir ki,daha çox pul qoparda və daha zəngin süfrə
açmaq imkanı qazana bilsin.Çox pul qazanmaq mərəzi elə
bəladır ki,adama öz səhhəti haqqında düşünməyə macal vermir.
Gur,yüyənsiz tamah axını pul hərisini girdabına alıb sürüyür,onu
puldan başqa bir şey haqqında düşünməyə qoymur.Siz adları
dillərdə gəzən zənginlərin gözünə diqqətlə baxın:orda sevinc,
məhəbbət,mərhəmət görə bilməzsiniz,bu sönük gözlərdə yalnız
canavar hərisliyi,gərginlik və əsəbilik ifadələri var,bir də qorxu
var- illərlə yığdığını bir günün içində itirmək qorxusu(azmı olub
belə şey?).Yorqun gözlərin altındakı qara “tuluqlara” da fikir
verin.“Tuluqlar”,erkən ağarmış saçlar,daz başlar,örkən dolanma-
yan şişman qarın,fır bağlamış peysər-bütün bunlar şahidlik edir
ki,zəngin məmurun canı çoxdan düşüb azara,xəstədi, bahalı həb-
lərin,iynələrin hesabına yaşayır.
Əziz qardaşım,əziz bacım!Dünyanın ən dəyərli nemətini-
öz can sağlığını böyük israfçılıqla xərcləyib,əvəzində kalan pul
qazanan mal-pul düşkünlərinə həsəd aparmayın.Qoy,onların
zahiri parıltısı,təmtarağı gözünüzü qamaşdırmasın,onlara heç
vaxt “bəxtəvər” deməyin.Yunan filosofu Sokratın “sağlamlıq
hər şey deyil,hər şey-sağlamlıqsız heç nədir” kəlamını hər gün
yada salaraq,tam əmin olun ki,ən bədbəxt insan malın-pulun,
əşyanın və şan-şöhrətin qulu olan adamdır.Ən bəxtiyar adam isə
öz nəfsinə “yox” deməyi,tamahına qalib gəlməyi bacaran
adamdır.Özünə qalib gələ bilən-bütün dünyaya qalib gələ bilər.
Beləliklə də,biz sizinlə araşdırdıq ki,pul heç kəsin cibinə
durduğu yerdə axmır,ən zəngin rüşvətxor da onu öz canı,
sağlamlığı hesabına qazanır.Heç olmasa,qazandığını özünün və
ailəsinin sağlamlığını qorumağa xərcləsiydi,dərd yarıyıdı.Bu pul
zəngin imarətlərə,zəngin maşınlara, zəngin süfrələrə və yalnız
zənginlərin əli çatan bahalı dərmanlara xərclənir.Bunların hamısı
birlikdə və hər biri ayrılıqda sağlamlığa deyil,xəstəliklərə xidmət
edir.Beləliklə də,çəkilən böyük zəhmət hədər gedir.Çünki pul
downloaded from KitabYurdu.az
113
təyinatı üzrə xərclənmir. Şənbazlıq,qarınqululuq,xüdpəsəndlik və
cahillik buna imkan vermir.
Şənbazlıq və qarınrululuq azarından xali olmayan ortabab
və kasıbl təbəqə də, “qonşu qonşuya baxar,özünü oda yaxar”
məsəlində deyildiyi kimi,dəstədən geriyə qalmamaq üçün,canını
oda yaxır,zənginlərin yerişini yeriməyə çalışırlar,bunula da öz
əzab və əndişəsini qat-qat artırmış olur,hey cabalayır,bəzən də
çox gülünc vəziyyətə düşür.Yaşamağa vaxt qalmır.
Zəngin süfrə-pul tələsidir.Fikir verin:özünü reklam
etdirən “şadlıq sarayları” süfrəyə düzülən qidaların çeşidini lap
adamın gözünə soxurlar.Bu göstərici aybaay artır süfrəyə
düzülən qida növlərinin sayı 50-ni haqlayıb(bəlkə indi bu həddi
də ötüb).Təsəvvürünüzə gətirin: 40-50 növ qidanı zavallı insan
bir-iki saatın ərzində doldurmalıdı qarnına.Doldurmasa ona
“başdan xarab” adam kimi baxacaqlar.Şahidi olduğum bir olayı
danışım sizə.Ağzı,eskalator kimi, durmadan işləyən bir gömbul
arvad düşmüşdü özünü çiy su və tərəvəzlə ovunduran cavan
gəlinin üstünə,bərk danlayırdı onu:”Yemiyəcəkdinsə, toya nəyə
gəlirdən?”...Fəlsəfiyə fikir verin.Toy-ancaq yemək yeridir,başqa
təyinatı yoxdur toyun.Belə düşünən təkcə bir gombul qadın
olsaydı,nə vardıki!.Adamlar süfrə arxasına oturcaq,xirik qurdu
kimi,darışırlar yeməklərin canına.İfadəmə görə üzr istəyirəm:
tıxırlar,tıxırlar,tıxırlar...Əslində “bədbəxtlik sarayı” adını daşıma
ğa layiq olan “şadlıq sarayının” sahibi də bir qıraqda durub
ləzzətlə baxır:nə qədər çox tıxsalar,bir o qədər yaxşıdır-qidanın
çeşidini ,onunla paralel də stolun qiymətini qaldıracaq,daha çox
mal satıb,daha çox pul qazanacaq.Müdir bəy psixologiya
elmindən bixəbər olsa da,millətimizi çox gözəl tanıyır,onun zəyif
damarını çox gözəl bilir,bilir ki,sabah qidanın çeşidini artıranda,
şənbazların hamısı cumacaq bura,toydan sonra da qürrələnəcək
ki,bəs,süfrədə filan ləvin qida vardı.Onu da bilir ki,”malım xarab
oluncan canım xarab olsun” məsəlini rəhbər tutan “xirik
qurdları” süfrədə hər nə var,ağına-bozuna baxmadan,basıb
hamısını yeyəcək.Müdir əlinə nə keçdi doldurur süfrəyə.Kalan
downloaded from KitabYurdu.az
114
pul qazanır.Amma insanları zəhərləmək hesabına pul qazanan
müdir bəy də xoşbəxt ola bilmir.Çünki o da qarınqulu və
şənbazdır,malın-pulun quludur.
Zəngin süfrə-zəhərdir.Son dəfə gördüyün toy süfrəsini
gözünün qabağına gətir,süfrəyə düzülən zülaalı qidaları yadına
sal:çörək,soyutma toyuq əti,bir neçə növ balıq əti,kolbasa, maya-
nezli salat,qozlu çuğundur,əlavə qoz,fındıq,badam,püstə,ləbləbi-
bunlar,necə deyərlər,soyuq “zakuska”dır.İsti qidalar da zülaldı:
qoyun,toyuq və balıq ətlərindən lülə və tikə kabablar,plov və s...
Çənələr yorulub,mədə-bağırsaq traktı bezib,daha işliyə bilmir.
Nəfs isə doymaq bilmir.Ac gözlər süfrəni gəzir:nə qalıb süfrədə?
Bərbəzəkli meyvə qabı hələ doludu.O da boşalır.Təkcə təzə
xiyar,göy soğan,beş-altı tel şühüd olan nimçiyə toxunan olmayıb
və olmayacaq da.Şənlik iştirakçıları özlərini zəhərləmək
vəzifəsinin öhdəsindən layiqincə gəlirlər.
Qidanın zəhərə necə çevrildiyini artıq bilirsiniz.Bircə
şeyi yada salmaq istəyirəm:orqanizmə daxil olan hər artıq qram
zülal,hətta çürüməsə də,dərhal zəhərə çevrilir,qanı qaraldır,
qatılaşdırır və orqanizmi çox güclü formada zəhərləyir.Sonrasını
bilirik:xəstəliklər,qısa ömr.Bəs daxil olan artıq zülal bir qram
deyil,min qramdırsa və daha çoxdursa,onda qanın başına nə
gəlir?..Bunu təsəvvür etmək,zənnimcə, çətin deyil.
Yeri gəlmişkən qeyd edim ki,toyda qanı zəhərləyən təkcə
zülal bolluğu deyil,həm də səs-küy bolluğudur.Elmə bəllidir
ki,normanı aşan davamlı səs-küy qanı zəhərləyir.Bir neçə saat
davamlı olaraq səsgücləndirən aparatın təcavüzünə məruz qalan
hər kəs,hətta,toyda heç nə yeməsə də, tam əmin ola bilər ki,öz
qanını zəhərləyib və bunun qaçılmaz nəticəsi mütləq baş verəcək.
Zəngin süfrə-mənəviyyatı korlayır.Aqillər buyurub:
sağlam bədəndə-sağlam ruh olur.Düz buyurub aqillər. Cismi
zəhərli olan adamın beyni normal işləmir və saf, nəcib təfəkkür
“istehsal” edə bilmir.Bunu əsas tutub,aqillərin demədiyi bir fikiri
biz dilə gətirək:çürük bədəndə-çürük ruh olur. Yuxarıdakı
fəsillərdən bilirik ki,qidaları qarışdıran və çoxlu “ölü” qida
downloaded from KitabYurdu.az
115
yeyən adamın cismi sağlam ola bilmir.Belə adamın ruhu da
sağlam olmur.Bu baxımdan,milyonların qanını zəhərləyən
zəngin süfrələr,biz bunu istəsək də,istəməsək də,qarınqulular,
şənbazlar,mal-pul düşkünü ordusu və potensial cinayətkarlar
yetişdirməyə xidmət edir.
Zəngin süfrə-böyük günahdır.Ən mütərəqqi din olan
İslam dini israfçılığı da,insanın öz cisminə zyan vurmasını da
böyük günah sayır.Zəngin süfrə hər iki halın baş verməsin üçün
münbit şərait yaradır və onların baş verməsini qaçılmaz edir.
Allah israfçıları da,öz canına sitəm edənləri də sevmir.Digər
tərəfdən də,dünyada milyonlarla ac-yalavac bir loxma çörəyə
möhtac olduğu,körpələr acından qırıldığı bir zamanda on-iyirmi
adamı doyura biləcək qidanı bir saadın içində gödənə doldurub
çürütməyin özü də insanların hamısını bərabər yaradan Ulu
Tanrıya xoş getməz.
Unutmayın: çox yeyən-az yaşayır,az yeyən-çox.
BEŞİNCİ FƏSİL
Dostları ilə paylaş: |