SÖZ - LOĞMANDIR, SÖZ - CƏLLADDIR
Bu əhvalatı çox adama danışmışam.Hər dəfə sözdən söz
düşəndə danışıram. Çox ibrətamiz hadisədir.Uzun illər bir
yazıçı-jurnalist kimi sözdən silah kimi istifadə etsəm də, sözün
nəyə qadir olduğunu məhz o gün,Bakıdakı Semaşko adına
klinikada xəstə yatarkən əyani şəkildə dərindən dərk etdim.Mən
yatan palataya tez-tez bir dayaz düşüncəli dosent gəlirdi.Bütün
dayaz adamlar kimi,o da özündən çox razı idi.Xəstələrə “dəyərli”
məsləhətlər verirdi.Mənə təkidlə deyirdi:”Nəbadə qışda çiməsən!
Çimdin-işin bitdi.Heç yazda da çimmə...Neçənci mərtəbədə
olursan?..Bəxtin kəsib ki, ikinci mərtəbədə olursan,yoxsa belə
ürəklə işin çoxdan bitmişdi”...Onda xəstəlik “stajim” hələ böyük
deyildi, “xam” idim, bilmirdim ki, bütün xəstəlikləri hava, su,
qida və hərəkətlə sağaltmaq mümkündür.Təbiidir ki,dayaz dos-
downloaded from KitabYurdu.az
116
entin dediklərini qanun kimi qəbul edirdim.Lakin tezliklə bir
faciə baş verdi və mən dosentin səviyyəsinə bələd oldum.
Palatamızda bir bamazə kişi müalicə alırdı.Vaxtilə “kran-
lardan su yerinə süd axır” deyən Sovet Hökumətinin yalançı
təbliğatına uyub,Cənubi Azərbaycandan köçüb bura gələn çox-
saylı zavallılardan biri idi.Qara ciyəri pis günə qalmışdı.Bir dəfə
dosent dərs dediyi tələbələrə, çarpayının üstündə oturub şən
ovqatla təsbeh çevirən həmin kişini göstərdi və qətiyyətlə dedi:
-Bunun yaşamağı özündən asılıdır:yönlü yesə,yaxşı istra-
hət etsə,müalicəsi ilə vaxtlı-vaxtında məşğul olsa,on beş-iyirmi il
də yaşaya bilər.Yox,özünə baxmasa, qara ciyərini soyuğa versə,
heç bir il də yaşamaz.
Xəstənin gözləri bir anın içində quyunun dibinə düşdü,
üzü sıyrılmış qılınc tək uzandı,təbəssümü donub buz parçası
kimi dodağına yapışdı,təsbeh əlində dondu,xəstə quruyub
yerində qaldı.Həkim,heç nə olmayıbmış kimi, dəstəsini çəkib
getdi.Kişinin sarsıldığını görüb ona ürək-dirək verdim,zarafatı
çox xoşladığından zarafata saldım,gülməli şeylər danışdım.
Fəqət məni eşitmirdi.Atmacaları cavabsız qoyurdu.Halbuki ağır
dərdə mübtəla olmasına baxmayaraq,bircə dəqiqə də zarafatın-
dan qalmırdı.Dərdi təkcə xəstəlik deyildi.Vətəni uzaqlarda qal-
mışdı,külfət basmışdı,güzəranı pis keçirdi.Kürdəmir dəmir yol
vağzalındakı restoranda “podavatçı” işləyirdi. Deyirdi, kişi işi
deyil,müştərilər onu tez-tez arağa qonaq edirlər.
-Onun-bunun sağlığına vura-vura öz sağlığımı itirdim.
Xəstələnib yatağa düşəndə,gözümü açıb gördüm düz 12 uşaq
yığılıb başıma.Arvaddan soruşdum:“Az,bunların hamısı bizim-
di?”.Arvad dedi:“Tanımazsan da,uşaqlar yuxuda olanda gedirsən,
yatanda da qayıdırsan.Həmişə də piyan”.Düz deyirdi arvad.
Bədbəxt qara ciyər necə tab gətirsin o boyda zırıltıya.
Kişi bir il öncə burada yatmışdı,yaxşı müalicə almışdı,
indi yenidən müalicə kursunu davam etdirməyə gəlmişdi.İşlər pis
getmirdi.Mərdimazar dosent dilini farağat qoysaydı,zavallı bəlkə
də bir xeyli yaşayacaqdı.Xəstəni şok vəziyyətdən çıxartmaq
downloaded from KitabYurdu.az
117
cəhdimiz bir səmərə vermədi. Kürdəmirə zəng vurdular: “Gəlin
xəstəni aparın”. Öyrəndim ki,yoldaca keçinib.
Bəli,söz belə qüdrətli silahdır:şəfaverici loğman da ola
bilər,ürəyi susduran cəlladd rolunu da oynaya bilər.Adamı
zirvəyə qaldıra da bilər,uçuruma da sürükləyər.İndi çox dəqiq
bilirəm:hər şey sözdən necə istifadə etməkdən asılıdır. Müalicə
vaxtı vacib budur ki, “bacarmıram” kəlməsini heç vaxt dilinə
gətirməyəsən.Çünki Allahın yaratdığı və ən güclü silahla-ali
şüurla təmin etdiyi,yaratmaq qabliyyəti verdiyi İNSAN
həqiqətən də çox şeyə qadir olan bir varlıqdır.
Bu gün söz haqqında ona görə söz açdım ki, cism ilə ruhu
tam,bütöv və ayrılmaz bir varlıq kimi qəbul edən Nişinin Sağ-
lamlıq Sistemində inam önəmli yer tutur,bu sistem sözlə
müalicəyə böyük əhəmiyyət verir.Söz-qüdrətli müalicə vasitə-
sidir.Heç təsadüfü deyil ki, zəngin Şərq mifalogiyasına görə
dünyanı söz yaratmışdır: Allah “ol!” demiş və Yer, Göy, İnsan,
heyvan və s.yaranmışdır.Söz,hətta,adi Allah bəndəsinin əlində də
böyük yaradıcı qüvvədir.Tədqiqatçı alimlər belə bir qəti fikir
söyləyirlər ki,mağların peyqəmbəri Zərdüşt sözün gücü ilə
əşyalara təsir göstərirmiş,sözlə yağış yağdıra bilirmiş.Bu gün
elmə 3-4 kilometr məsafədən sözün gücü ilə divardakı saatı
əyləyən,metal qaşığı əyən adamlar bəllidir.Bəs sözün,fikirin
gücü ilə öz qarınlarını bıçaqsız-filansız,əl ilə yarıb,daxili orqan-
larını bayıra tökən yoqlar?..
Sözün hikməti ilə qanı təmizləmək,qan dövranını
yaxşılaşdırmaq,hətta,inamsızlığın arxasını yerə vurub,güclü
iradə yaratmaq mümkündür.Mən bunu öz təcrübəmdən çox
dəqiq bilirəm.Hər səhər-yuxudan ayılan kimi,bir də hər axşam-
yatağa gircək,üzümü böyük Yaradana tutb,”Fatiha” və “Ayətül-
kürsi” surələrini oxuduqdan və mənə şəfa verən,ruzu göndərən
Tanrıya şükr etdikdən sonra,dilək diləyirəm:”Ya Rəbbim! Məni
pis vərdişlərdən,pis niyətlərdən,pis əməllərdən uzaq elə,mənə
düz yol göstər,məni düzgün istiqamətləndir,məni saflaşdır,
kamilləşdir.İlahi,sən mənə möhkəm iradə, böyük səbr,təmkin və
downloaded from KitabYurdu.az
118
dərin zəka bəxş elə.Allahım,sən mənim bütün düşmənlərimi
dosta çevir”...Son diləyim kiməsə qəribə görünə bilər:necə
yəni,düşmənlərimi dosta çevir?..Biz görmüşük ki,hamı öz düşmə
-ninin məhv olmasını istəyir,ümumi axının tərsinə üzən Ərşad
Əzimzadə isə Allaha yalvarır ki,düşmənlərinin canını almasın,
sadəcə,onu dosta çevirsin.Düşməndən dost olar?Kiçicik bir şərh
verim.Məsələ bundadır ki,mənim bircə nəfər də olsun şəxsi
düşmənim yoxdur.Potensial düşmənim isə... Oy,oy,oooyy!..Mən
deyim,siz sayın:xəstələrə “kliyent” kimi baxan bütün tibb
işçiləri+zəhərli dərmanları icad və istehsal edənlər,satanlar+tibbı
avadanlıqları,cihazları icad və istehsal edənlər,satanlar+təhsil
ocaqlarında dərs deyən təbib alimlər+orqanizmi zəhərliyən çürük
qidaları insanlara sırıyıb varlanan işbazlar+bütün bunları reklam
edərək kalan pul qazanan böyük jurnalistlər ordusu...Yadıma
düşənlər bunlardı.Təkrar edirəm:onlar şəxsən mənim düşmənim
deyil,təbliğ etdiyim sağlam həyat tərzinin düşmənləridi.Əlinin
üstündə əl olmayan qadir Allah bir gecənin içində onları haqq
yoluna qaytarsa,hamısı,avtomatik olaraq,dönüb olacaq mənim
dostum.Bizə çox çətin görünən bu iş böyük Allahın əlində heç
nədir:ya yolunu azmış bəndələri islah edib düz yola qaytarar,ya
da,planetimizi,bütün Kainatı mütəmadi olaraq korlayan, zəhərlə-
yən mutant-insanları bircə anın içində silib Yer üzündən atar
və dünyanı mikrobdan təmizlər.
Sən də mənə qoşul,əziz oxucum,Rəbbimizə yalvar,sənə
və əzizlərinə möhkəm iradə versin ki,özünüzü pis vərdişlərin
caynağından qurtara biləsiniz.
Sonuncu dəfə ölüm yatağına düşəndə(2005-2008-ci illər)
sözün şəfa vermək qüdrətinə bir daha inandım.Həyat yoldaşımın
təsirli sözləri,mənə tez-tez baş çəkən dost-tanışin ürəkdən gələn
“sən xalqımıza lazımsan,səni fayda verdiyin minlərlə insanın
duası yaşadacaq” kəlmələri məni Əzrayilin caynağından qopart-
dı.Dar günümdə mənə dayaq duran,ümid şəmini sönməyə
qoymayan imanlı insanların hamısına minnətdaram!..
downloaded from KitabYurdu.az
119
QAN DÖVRANI HAQQINDA
YENİ FİKİR
Professor K.Nişi bir sıra tibbi məsələlərə tamam başqa
gözlə baxıb.Onun fikirincə,qanı bədənə vuran “baş mühərrik”
ürəkdə deyil, balaca kapilyarlarda qurulub.Bu baxış qan dövranı
haqqında mövcud olan klassik baxışdan köklü şəkildə fərqlənir.
Yeri gəlmişkən, qeyd edək ki,ürəyin funksiyası və fəaliyyəti
haqqında fikirlər zaman-zaman dəyişib.Hələ 1628-ci ildə Vilyam
Harvinin əsəri işıq üzü görəndən sonra hamı ürəyin qanı bədənə
vuran “nasos” olması fikirini,bir növ,mütləq həqiqət kimi qəbul
etmişdi.Tədqiqatçıların çox cuzi bir hissəsi bu nəzəriyənin səhih-
liyinə şək gətirdi.Lakin fakt budur ki,həmin nəzəriyyə qan döv-
ranı mexanizmini və digər oxşar fizioloji hadisələri şərh və izah
etmirdi.Üstəlik,bu nəzəriyyə ürəyin əsl həqiqətdə nə olması
barədə tam aydın təsəvvür yaratmırdı.Bu nəzəriyyə çoxdan,lap
çoxdan köhnəlmişdi!Məhz bu yanlış nəzəriyyənin təqsiri üzün-
dən ürək sirri indiyəcən açılmamış qalıb və indinin özündə də
ürək-tibb aləmində “öz sirrini verməyən” bir orqan kimi tanınır.
Ürək-damar xəstəlikləri isə bir nömrəli qatil kimi, bəşəriyyətə
bu günün özündə də divan tutmaqda davam edir.K.Nişi bu
barədə yazırdı:“Nə qədərki müasir tibb elmi öz ənənəvi baxı-
şından əl götürməyib,o,heç vaxt “sirr” deyilən mətləbi aça
bilmə-yəcək,ürək-damar xəstəliklərinin bəşəriyyətə vurduğu
ağır itkinin qarşısını ala bilməyəcək”.Professor Nişi təklif edir
ki, ürəyə yalnız nəzarətçi çən, yaxud qan axınını tənzimlə- yən
aparat kimi baxmaq lazımdır.Qəbul etməliyik ki, qanı hərəkətə
gətirən mexanizm kapilyarların özündədir.
Nişinin bir çox baxışları və mövqeləri o dövrdə yaşamış
mütərəqqi rus təbiblərinin ideyaları və baxışları ilə üst-üstə düşür.
A.Speranski ilə A.Zalmanov da, Nişi kimi,belə hesab edirdilər ki,
müalicə vaxtı orqanizmi müdafiə edən resursların fəaliyətini
yaxşılaşdırmağa xüsusi fikir vermək çox vacibdir. A.Zalmanov
“İnsan orqanizminin sirli müdrikliyi” adlı dahiyanə əsərində
“kapilyaro-terapiya”,yəni kapilyarlara dərin təsir göstərmək
downloaded from KitabYurdu.az
120
ideyasını irəli sürmüş,bu metodla müalicə apararaq, gözəl
nəticələr əldə etmişdir.
Rusiyada, Almaniyada və İtaliyada 3 dəfə tibb elmləri
doktoru elmi adını müdafiə edən,bolşevik rejiminin dar düşün-
cəli məmurlarının və siyasiləşdirilmiş tibb elminin,onun “baş
qərərgahı” olan “Minzdrav”ı əlində möhkəm saxlayan dayaz
alimlərin təqibinə tab gətirə bilməyib,xaricə köçən və ömrünü
qürbətdə başa vuran bu dəyərli təbibin müalicə metodu haqqında
ayrıca bir fəsil verəcəyik. İndi isə qan dövranı haqqında fikir
tarixinə nəzər salaq.
Qeyd edək ki, qanın hərəkəti problemi ta 1930-cu ilədək,
yəni, tanınmış təbib Laubri Fransa Akademiyasında qan dövranı
mexanizminə dair öz parlaq əsəri barədə məlumat verənə qədər
toxunulmaz,“bağlı” qalmışdı.Laubri təsdiq etdi ki,ürək qanı
hərəkətə gətirən yeganə qüvvə deyil,ürək -qanı yalnız arteriya və
kapilyar sistemində irəli itələyən hərəkətverici qüvvədir.Vena isə
ikinci ürək kimi fəaliyyət göstərir,qanın venoz hərəkətini, yəni
qanın ürəyə qayıtmasını təmin edir.Nişi bu məsələyə öz müna-
sibətini belə bildirmişdir:“Əlbəttə,Laubrinin nəzəriyyəsi-qan
haqqında elmdə irəli atılmış mütərəqqi addımdır.Lakin onun bu
yeni nəzəriyyəsi, nə qədər parlaq olur-olsun, qan dövranı barədə
həqiqətin yalnız yarsını açıqlamışdır. Çox təəssüf ki, o, yalnız
bununla kifayətlənmişdir”.Belə bir qənaətə gələn Nişi tam
müstəqil şəkildə öz qan dövranı nəzəriyəsini hazırlamağa başladı.
Məlumdur ki,arteriya həm quruluşuna görə,həm də funk-
siyasına görə venadan seçilir.Arteriya qalın və elastik daxili
örtüyə(divara) malikdir,dartıla və genişlənə bilir.Venanın isə
nazik divarı və klapanı vardır.Bu klapan ona xidmət edir ki,vena
boyunca üzü yuxarı, bu və ya digər orqandan ürəyə qalxan qan
geri qayıdıb, aşağı tökülə bilməsin (şəkilə bax).
Vena maksimum darala və vakuum (tam boşluq) yarada
bilir.Əgər biz qan dövranı mexanizmini nasosla müqayisə etsək,
deməliyik ki,arteriya sorucu borucuğu xatırladır,çünki sorucu
borucuq,itələyən borucuğa nisbətən,daha yoğun və elastik divara
downloaded from KitabYurdu.az
121
malikdir(“pipetka” kimi).Nişi yazırdı:Heç şübhəsiz,nasos bu iki
borucuğun birləşdiyi yerdə yerləşir.Lakin nasosdan fərqli olaraq
arteriya və vena hər iki ucdan birləşir:bir ucu ürəyə,o biri kapil-
yarlara.Sual oluna bilər:bunlardan hansı nasosu təmsil edir-ürək,
yoxsa kapilyarlar?Nişinin cavabı qətidir:Əlbəttə,kapilyarlar!
Bunun alternativi yoxdur.Çünki arteriya-soran borcuğa uyğun
gəlir,vena isə itələyən borucuğa.Ürəyin nasos ola biləcəyi
ehtimalı bizi yanlış nəticə çıxarmağa sövq edir: guya, ürək soran
borucuqdan (arteriyadan ) istifadə edir ki, qanı itələsin, itələyici
borucuqdan (venadan) isə qanı daxilə qovmaq üçün istifadə edir.
Şəkil 4. Qan dövranı sxemi.
1- beyin,
2- ağ ciyər,
3- böyrəklər,
4- qara ciyər,
5- həzmetmə orqanları,
6- limfatik axınlar,
7- ağ ciyər arteriyası,
8- aorta.
Şəksiz,insan bədənindəki
fizioloji “nasos” süni nasosdan
fərqlidir.Bununla belə, qalın və
elastik divara malik olan arteri-
yanın əks-təsirə malik olan hər
cür qüvvənin qarşısını almağa
göstərdiyi cəhd çox önəmlidir.
Lakin bu cür müqavimət gücünə
və böyük ciddi-cəhdə baxma-
yaraq, arteriya-kapilyarların təsiri altında yaranan və qanı
damarlardan geri soran boşluqla müqayisədə çox zəyifdir. Yalnız
downloaded from KitabYurdu.az
122
kapilyarların qanı arteriyadan sorması ehtimalını qəbul
etdikdə, anlaya bilərik: nə üçün arteriya öz qurluşuna və
funksiyasına görə sorucu borucuğa bənzəyir? Bu,bir daha onu
göstərir ki,insan bədənindəki nasosu ürək deyil, məhz kapilyarlar
təmsil edir.
Bu mətləbi tibbi təhsili olmayan sıravi oxuculara loru
dildə izah etmək istəyirəm. Bina ayrı-ayrı daşlardan, taxtalardan
ibarət olduğu kimi,insan bədəni də kiçicik hüceyrələrdən
ibarətdir.Hər bir hüceyrə əyninə tüklü borucuqların torundan
tikilmiş“libas” geyib.Bu “libas”-kapilyarlardır.Arteriya və vena
damarları məhz kapilyarlara bitişib. Hüceyrələrə qida daşıyan da
elə bu tüklü borucuqlardır. Sağlamlıq üçün gərək olan hər şeyi –
oksigeni, enerjini, vitaminləri, zülalı, yağı, mineral maddələri,
karbohidratları daşıyıb,hüceyrələri yedizdirən möhnətkeş kapil-
yarlardır.Məhz onlar hüceyrələri,maddələr müba diləsi vaxtı
əmələ gələn, gərəksiz və zərərli parçalanma məhsul-larından
təmizləyir.A.Zalmanov kapilyarların fəaliyyətindən bəhs edərkən
yazırdı: “Hüceyrələrin daima ölməsi, yarpaqların və ləçəklərin
tökülməsi zəruri olduğu kimi, vacibdir”.
Uzunluğu 100.000 kilometr, ümumi sahəsi 600 kvadrat
metr olan kapilyarların diametri günün, ayın və ilin müxtəlif
vaxtlarında müxtəlif cür olur.Bu mənada onu çay məcrasına
bənzətmək olar:çay məcrası baharda genişlənir,yayda,qışda,
sular azalanda daralır.Kapilyarlar səhər çağı, axşama nisbətən,
çox yığılmış olur,ümumi tutumu azalır.Bunu səhərlər bədənin
ümumi hərarətinin azalması, axşam isə çoxalması ilə izah etmək
lazım gəlir. Qadınlarda aybaşı ərəfəsində açıq kapilyarların sayı
çoxalır, odur ki, maddələr mübadiləsi fəallaşır, bədənin hərarəti
artır. Sentyabr-yanvar dövründə kapilyarların sıxılması (spazma)
və durqunlaşma baş verir. Mövsümi xəstəliklər (mədə xorası ən
çox sentiyabr və mart aylarında baş verir) başlayır.
Kapilyarların xəstələnməsi-bütün patoloji proseslərin
əsasıdır.A.Zalmanov“İnsan orqanizminin sirli müdrikliyi”
kitabında yazırdı:“Kapilyarların fiziologiyası olmadığı halda-
downloaded from KitabYurdu.az
123
təbabət hadisələrin səthində durur,həm ümumilikdə,həm də
xüsusi patalogiyada bir şeyi dərk etməyə qadir deyildir”.Nişi
kimi,A.Zalmanov da belə qənaətə gəlmişdir:“Bütün xəstəliklərin
müalicəsini kapilyarların müalicəsindən başlamaq lazımdır”. Bu
məsələ ilə bağlı daha bir məsləhətə qulaq asaq.A.Zalmanov
öyrədirdi:”Əgər siz tənəffüs həcmini genişləndirsəniz,beyinə və
bütün orqanlara oksigen axınını gücləndirsəniz, əgər siz xüsusi
rejimin köməyi ilə (dərmanın yox, məhz xüsusi rejimin! -Ə.Ə),
yüz minlərlə kapilyara işıq aça bilsəniz, belə müalicənin köməyi
ilə dəf edilməyən bir xəstəliyə də rast gəlməyəcəksiniz”. Başqa
sözlə desək: Yer üzündə müalicəsi mümkün olmayan xəstəlik
qalmayacaq.
Çox ağıllı məsləhətdir!Məhz ona qulaq asdığım üçün,
məhz dava-dərmana həmişəlik “yox” dediyim üçün,xüsusi
rejimin köməyi ilə kapilyarları işə saldım,hüceyrələrimi yaxşı-
yaxşı qidalandırdım və ağır xəstəliklərin, o cümlədən, ürək-
damar xəstəliyinin,şəkərli diabetin cəngindən qurtardım.
Bütövlükdə tibb elminin, eləcə də ayrı-ayrı həkimlərin və bizim
hər birimizin fikir vermədiyimiz, necə deyərlər, adam yerinə
qoymadığımız kapilyarlar belə böyük qüdrətə malikdir.
Bu yerdə mən bir ibratamiz müqayisədən vaz keçə
bilməyəcəm.Mən kapilyarları cəfakeş əskərlərə,ziyalılara,kəndli
lərə, fəhlələrə oxşadıram. Dövləti (yəni orqanizmi) yedirən də,
geydirən də,yaşadan da, qoruyan da müsəlləh əskər, əli qabarlı
fəhlə və kəndli, gecə-gündüz beynini çalışdıran ziyalıdır. Onların
vəziyyəti ağır olanda-dövlətin(orqanizmin) vəziyyəti də ağırlaşır,
dövlət(orqanizm) “xəstələnir”.Deməli,ölkənin,dövlətin “səhhəti”
onu yedizdirən qara camaatın vəziyyətindən asılıdır.Ona görə də
ağıllı millətlər və ağıllı dövlət başçıları çalışırlar ki,məmləkətin
sağlamlığının və rifahının əsas dayağı olan qara camaat
(kapilyarlar) sağlam olsun, yaxşı işləsin, öz dövlətini (orqanizmi)
gümrah saxlamağa, qorumağa qadir olsun.Bu hikməti unudan
dövlətlər isə,öz kapilyarlarının qeydinə qalmağı unudan
tamahkır, acgöz və qarınqulu adamlar kimi, gününü ah-zar içində
downloaded from KitabYurdu.az
124
keçirir, vəsaiti müxtəlif bəlalardan yaxa qurtarmaq üçün həyata
keçirilən lüzumsuz tədbirlərə xərcləyir.
Indi isə yenidən keçmişə qayıdaq.Bayaq qeyd etdik ki,
Nişi Sistemi yaranana qədər dünyanın bir çox istedadlı alimləri
və qabaqcıl həkimlər kapilyarlar barəsində dəyərli fikirlər
söyləmiş, kapilyaro-terapiya ilə məşğul olmağın zəruriliyini
əsaslandırmışlar.Hətta, kapilyarların fiziologiyasının tədqiqatı ilə
məşğul olan alman alimi A.Kroq Nobel mükafatına layiq
görülmüşdür.Lakin yalnız Nişi Sistemi yaranandan sonra bəşər-
iyyətin əlində tam və dolğun metodika oldu,insanlar kapilyar-
ların bərpası yolunu tanıdılar. Nişi bu məqsədlə xüsusi vibrasiya
(titrəmə) təmrinləri yaratdı, onların köməyi ilə kapilyarları bərpa
etmək,möhkəmlətmək,təmizləmək,enerjisini artırmaq,bunun sa-
yəsində immuniteti yüksəltmək,müdafiə qüvvələrini,bütün orqa-
nizmin həyat qabiliyyətini gücləndirmək mümkün oldu.Bu
sistem,bir növ,bütün “arxları” təmizləyir ki,hüceyrələrə qida
daşıyan qan maneəsiz, tam sərbəst şəkildə hərəkət etsin, lazımsız
maddələri bədəndən rahat çıxartsın.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm:Nişinin Sağ-
lamlıq Sistemi xəstələr üçün nə qədər vacibdirsə, sağlam
adamlarlar üçün,xüsusilə də uşaqlar,yeniyetmələr və gənclər
üçün də bir o qədər vacibdir: xəstələrə-ağır dərddən qutar-
maq üçün,sağlamlara-heç vaxt xəstələnməmək, uzun müddət
gənc qalmaq və çox yaşamaq üçün.
Nişi öz sistemini yaradarkən tam əmin oldu ki,sonsuz
Kainatın ayrılmaz tərkib hissəsi olan insan bədəni,böyük
Kainatın özü kimi,müxtəlif mikrobların və bakteriyaların
məskunlaşdığı məkandır.Orqanizm yorulmayıbsa,qıcıqlandır-
ılmayıbsa,zədələnməyibsə,çirklənmiyibsə-heç bir mikrob təhlü-
kəsi yoxdur,onun çalışqan hüceyrələri çoxsaylı mikroorqa-
nizmlər dünyasında rahat yaşaya bilər.Çünki mikroblar və
bakteriyalar, əlverişli mühit yaranmadığı halda, məskunlaşdığı
məkanla(ayrı-ayrı orqanlarla) deyil,paxıl millətlər kimi, öz
aralarında didişməklə məşğul olacaqlar.
downloaded from KitabYurdu.az
125
Nişinin yaratdığı təmrinlər yorğunluğu çıxarır, bütün
fizioloji prosesləri səhmana salır,orqanizmdə enerji balansını,
turşu-qələvi balansını tənzimləyir,bədəni,hər bir hüceyrə
səviyyəsində, təmizləyir və masaj edir.
Qəribədir,nə üçün Nişi bu qədər hərəkət növü içində
məhz vibrasiyanı seçmişdir?Bu sualın cavabını N.Arinçinin “Hər
gün kemokibernetika” adlı məqaləsində tapmaq olar:“Çoxdan
bəlli idi ki, orqanlar-istər zehni iş vaxtı beyin,istərsə də mədə-
bağırsaq traktı qidanı həzm edərkən-sakit vaxta nisbətən daha
çox qan alır.Özü də qana olan belə böyük təlabat ürəyə düşən
yük və ağırlıq kimi qiymətləndirilir.İnfarkt xəstəliyinə tutulan
adamı yatağa uzadır və ona, hətta, bircə barmağını tərpətməyə də
icazə vermirlər.Belə rejimdə xəstələr özlərini pis hiss edirlər və
çox vaxt ölürlər.Təyin olunmuş rejimin ziddinə hərəkət edənlər
isə özlərinə xidmət göstərmiş olurlar və tez sağalıb əmək
fəaliyyətinə qayıdırlar. Beləliklə də kliniki təcrübə əzələ sakitliyi
rejimini inkar etdi,onun yerini erkən hərəkət fəallığı, idman
tutdu”.Müəmma olaraq qalırdı:nə üçün həkimlərin belə bərk
qorxduğu hərəkət orqanizmə şəfaverici təsir göstərir? Mətləbi bir
qədər xırdalayaq.
Təbiblər yaxşı bilir:skelet əzələləri əzələ liflərindən
ibarətdir.Bu liflər səs tezliyinə uyğun sürətlə yığılır.Bunu hiss
etmək üçün qulaqlarınızı əllərinizlə möhkəm qapayın və
dişlərinizi qıcayın.Bu vaxt çeynəmə əzələləri yığılacaq və
onların uçan arının çıxardığı səsə bənzər,uğultusunu eşidəcək-
siniz.Çənə nə qədər bərk sıxılarsa, əzələlərin səsi bir o qədər
güclü olacaq.Deməli, skelet əzələləri, bir növ, “fizoloji vibirator”
rolunu da oynayır.
Əlavə edək ki, skelet əzələlərinin mikronasos fəaliyyəti
uşaq dünyaya gələndə başlayır, yetkinlik dövründə inkişaf edir
və daha yüksək səmərəli olur.Qocaldıqda-sönür.Bu fəaliyyəti
fiziki təmrinlər vasitəsilə gücləndirmək mümkündür. Əksinə, o,
fiziki passivlik vaxtı zəiyfləyir, bu da orqanizmin məhvinə səbəb
olur. Çünki hərəkət passivliyi dövründə skelet əzələləri ürəyə pis
downloaded from KitabYurdu.az
126
kömək edir, ürək vaxtından qabaq “köhnəlir”. Ürək–damar
xəstəliklərinin ən mühüm səbəblərindən biri məhz budur. Bunu
yaxşı dərk edən professor Nişi hələ 1927- ci ildə bəyan etmişdir:
hər hansı ürək-damar xəstəliyini dava–dərmansız sağaltmaq
mümkündür. Mən bu danılmaz həqiqəti 1995-ci ildə, xəstə
Dostları ilə paylaş: |