ürəyimə şəfa verəndən və mükəmməl mühərrik kimi
işləməyə vadar edəndən sonra dərindən dərk etdim.
Təzada fikir verin: insan əsrlər boyu “sağlamlıq açarı”
axtarır, Kosmosu “fəth edən qüdrətli” elmə və texnikaya malik
olan bəşəriyyət çox çeşidli xəstəliklərdən əzab-əziyyət çəkməkdə
davam edir, açar isə çoxdan bəllidir, amma, nə fayda, ondan
istifadə etməyə tələsənlər çox azdır.
Bir vaxtlar xərçəng kimi, ürək-damar xəstəlikləri də XX
əsrin ən dəhşətli bəlası sayılırdı. Niyə “bir vaxtlar”? Elə bu
günün özündə də belədir. Yeganə təsəllini onda tapmaq olar ki,
dahi Nişi bu geniş yayılmış xəstəlikdən tam sağalmağın çarəsini
tapıb və bizə çox mükəmməl və çox qüdrətli bir təlim bəxş edib.
Ondan istifadə edib-etməmək hər kəsin öz işidir.
QLOMUS
Nişi Sistemi qlomusa da tamam yeni nəzərlə baxmağı
təklif
edir.Qlomus-ehtiyat
yoldur,arteriyadan
çıxan qan,
kapilyardan vaz keçərək, həmin yolla venaya daxil olur. Qlomus
müxtəlif orqanlarda, ələlxüsus da, əllərin və ayaqların dərisinin
ucunda mövcuddur.Dırnaqların altında,barmaqların ucunda,
birinci, ikinci və üçüncü əl barmaqları buğumlarının iç tərəfində
çox kütləvi şəkildə yerləşmişdir.Ana bətnində olan uşaqda
qlomus yoxdur, doğuşdan dərhal sonra yaranır və qırx yaşa
çatanadək müntəzəm olaraq çoxalır, sonra azalmağa başlayır.
Qlomusa dair çoxlu əsərlər yazılmasına baxmayaraq
(1924-cü ildə Fransada Pyer Massonun gözəl əsəri çıxdı, 1948-ci
ildə Amerika alimləri bir neçə əsər buraxdılar, nəhayət, Nişi ona
öz münasibətini bildirdi), “qlomus nə üçün və necə fəaliyyət
göstərir” sualına hələ də mükəmməl cavab verilməyib. Nişinin
downloaded from KitabYurdu.az
127
fikirincə, qlomus kapilyarlar , arteriya, vena, ürək və limfa kanalı
ilə birlikdə vahid, tam qan dövranı mexanizmini təşkil edir:
kapilyarlar-baş hərəkətverici qüvvə kimi, qlomus - ehtiyat
nəzarətçi kimi, vena ilə ürəyin sağ kameraları - əlavə qanqovucu
qüvvə kimi, arteriya-qansoran boru kimi. Bunlardan hər hansı
birisi pis işləyərsə, qan dövranı pozular.
Ən sıx əlaqə qlomusla kapilyarlar arasında mövcuddur.
Biz qəflətən qorxanda- “rəngimiz qaçır”, bənizimiz solur.Ona
görə ki, həmin yerdə kapilyarlar gözlənilmədən sıxılır və yüksək
sürətlə dövran edən qan birdən kəsilir.Əgər belə fövqaladə
hallarda əlavə nəzarətçi kimi çıxış edən qlomus olmasaydı,
qarşısı kəsilmiş güclü qan seli vurub vena kapilyarlarının zərif
divarlarını dağıdardı və dərialtı qansızma baş verərdi. Belə kritik
hadisələr, çox güman ki, qlomusların dağılması və iflic olması
vaxtı baş verir. Beləliklə də qəti deyə bilərik: qlomus-kapilyarlar
üçün etibarlı müdafiəçidir.
Bəs qlomus harada yerləşir və onun sayı nə qədərdir?
Cavablar müxtəlif və mübahisəlidir.Yəqin ona görə ki,
qlomusu tapmaq çox çətindir.Bəzən digər mikroskopik arteriya
və vena damarlarını da qlomus kimi qəbul edirlər. Bildiyimiz
dəqiq şey odur ki, qlomus doğuşdan dərhal sonra yaranır, yaş
artıqca onun sayı çoxalır, insan qocaldıqda isə atrofiyaya uğrayır.
Ən önəmli sual isə budur: qlomusu sağlam saxlamaq üçün nə
etmək lazımdır?
Bu həyat əhəmiyyətli suala düzgün cavab tapmaq üçün
insan oranizmində olan alkoqolla şəkərin müştərək,əlaqəli
fəaliyyətini qiymətləndirmək çox vacibdir.Professor Nişinin
fikirincə, sağlamlığın ən vacib şərtlərindən biri də orqanizmdə
mövcud olan alkoqolla şəkər arasındakı kövrək tarazlığı qoruyub
saxlamaqdır.Bu tarazlıq su və duz(söhbət xörək duzundan,
natrium-xlordan getmir) arasında fermentlərin, harmonların,
vitaminlərin köməyi ilə yaradılır.Məhz suyun və duzun
biokimyəvi təsiri altında bədənimizdəki alkaqol və ya şəkər
yığıntısı yaranır. Alkaqolun miqdarı şəkərin miqdarını üstələyən-
downloaded from KitabYurdu.az
128
də fəsad-arterioskleroz şəklində baş verir, qlomus bərkiyir,
degenerativ olur. Şəkərin miqdarı alkoqolun miqdarından çox
olduqda isə pozquntu diabet şəkilində baş verir, qlomus yumu-
şalır, atrofiyaya uğrayır və yoxa çıxır. Buradan aydın olur ki,
alkoqolla şəkərin tarazlığını qorumaq-qlomusu qorumaq demək-
dir. Bu da bütövlükdə can sağlığını qorumaq deməkdir.
Ortalığa daha vacib sual çıxır: bəs bu kövrək tarazlığı
necə saxlamalı və pozulanda necə bərpa etməli? Bu arxivacib
suala cavab almaq üçün Nişiyə müraciət edək: “Heç şübhəsiz,
qlomus daxili orqanların divarında normal vəziyyətdə olduqda,
heç bir parazit bağırsaqda yaşaya bilməz.Üstəlik,divarlarında
qlomus yaxşı vəziyyətdə olan mədəni nə xora, nə də xərçəng
zədələyə bilər”. Məhz buna görə də Nişi düzgün qidalanmağı,
faydalı hərəkəti və gün ərzində 2-3 litr çiy su içməyi məslhət
görürdü.
Yeyib-içməyi həyatın mənasi sayan “ceyillər” məndən
tez-tez soruşurlar:“Sənin o Nişin “vurmaq” məsələsinə necə
baxır?” Deməliyəm ki, Nişi Sistemi alkoqolun nə dostudur, nə də
düşməni, onu nə təqdir edir, nə də inkar. Lakin Nişi bütün “ölü”
qidaları orqanizmin tamlığını pozan, onu sarsıdan bir yad,
düşmən qüvvə kimi qiymətləndirir. Alkoqol da, şəkər də “ölü”
qidadır. Amma bu “ölü” qidalardan tam imuina edən şəxsin
orqnizmində də artıq alkoqol və ya artıq şəkər konsentratı əmələ
gələ bilər.Bunun üçün kifayət qədər mənbə vardır.Çiy şəkildə
qəbul olunmuş meyvə və tərəvəzdən orqanizmin “zavodunda”
istehsal olunan alkoqol və şəkər orqanizm üçün çox vacib
qidadır. Təbii ki,norma daxilində.Orta hədd- qızıl hədd! Bir daha
yada salıram: orqanizmin özü qəbul etdiyimiz çiy qidalardan
həm kifayət qədər alkaqol, həm də kifayət qədər şəkər istehsal
edir. Bizim vəzifəmiz qida balansını qorumaqdır. Yəni, çiy
qidaları elə düzməliyik ki, rasionda həm kifayət qədər alkoqol
olsun, həm də kifayət qədər şəkər.Süni alkaqolun və süni şəkərin
zərərli nəticələrini aradan qaldırmaq üçün professor Nişi
məsləhət görür ki, onların qəbulundan sonra, 4-7 sat ərzində
downloaded from KitabYurdu.az
129
alkaqolun 3 misli qədər, şəkərin 2,5 misli qədər çiy suyu ilıq
şəkildə içmək lazımdır.Təzə su-gözəl durulaşdırıcı və təmizləyici
qabiliyyətə malikdir, onu içdikdə alkoqolun və şəkərin yığıntısı
(konsentratı) öz-özünə azalır
QAN TƏZYİQİ
Aydınlaşdırdıq: ürək tərəfindən itələnən və kapilyarlar
tərəfindən sorulan qan müəyyən təzyiq altında hərəkət edir.
Adətən, qan təəzyiqini çiyin nahiyəsi arteriyasındakı nöqtədə
civə dirəyi hündürlüyündə müəyyən edirlər.Lakin real qan
təzyiqini, 4 şeyi nəzərə almadan dəqiq müəyyən etmək qeyri-
mümkündür: yuxarı və aşağı təzyiq, nəbz və yaş. İxtisasca
mühəndis olan Nişi differensial-inteqral hesablamaların köməyi
ilə müəyyən etmişdir ki, yuxarı və aşağı təzyiqlə nəbz təzyiqi
arasında ideal mütənasiblik (sootnoşeniye) mövcuddur. O, bunu
“qızıl mütənasiblik” adlandırmışdır. Sağlamlığın açarı da “qızıl
mütənasibliyin” mövcud olmasıdır. Nişi yuxarı təzyiqi 1, aşağı
təzyiqi 7/11, nəbz təzyiqini isə 4/11 qiymətləndirərək, belə bir
tənasüb qurmuşdur: 1: 7/11: 4/11. Gəlin birlikdə həll edək:
aşağı təzyiq vurulsun 11/ yuxarı təzyiq =X
X-in 7-yə yaxın olması- sağlamlıq vahididir. Yaponlar
üçün X- 6,5 - dir, amerkanlar üçün – 7,5- dir. Bu, o deməkdir ki,
yaponlar
mədə
xəstəliklərinə
və
vərəmə
meyillidirlər,
amerkanlar isə ürək-damar xəstəliklərinə. “Qızıl mütənasiblik”
dəyişməz qaldıqda-insan özünü çox yaxşı hiss edir və qan təzyiqi
onu maraqlandırmır.
Nişini yaxşı dərk etmək üçün bir misal həll edək.
Əvvəlcə, 66 yaşlı kişinin normal yuxarı təzyiqini hesablayaq:
115+yaş-20/2:2=yuxarı təzyiq. Cavab 138 olacaq.138 x 7/11=87
(aşağı təzyiq).
Əgər yuxarı təzyiqin aşağı təzyiqə nisbəti 7/11-dirsə,
yaxud buna yaxındırsa (6/11, 8/11 və s), insan yuxarı qan
təzyiqinin hər cür şıltağlığına tab gətirə bilər. Lap yuxarı təzyiq
downloaded from KitabYurdu.az
130
276,aşağı isə 174 olduqda belə.“Qızıl mütənasibliyin” pozulması
isə həyacan siqnalı kimi qəbul olunmalıdır.
Nişi dünyada mövcud olan belə bir ümumi fikirə şərikdir
ki, qan təzyiqi -sağlamlığın barometridir. Lakin Nişi tam əmindir
ki, yuxarı təzyiqin qalxıb enməsi deyil, “qızıl mütənasibliyin”
pozulması fəsad verir. Məhz bu hal narahatlıq doğurmalıdır.
Öz təcrübəmə arxalanaraq,sizi əmin edirəm:kifayət qədər
çiy meyvə-tərəbəz yeyən,gündə 2-3 litr çiy su,yaxud təzə meyvə
və tərəvəz şirəsi,itburnu dəmləməsi içən,kifayət qədər faydalı
hərəkət edən şəxs-qan təzyiqi haqqında əsla düşünmədən sakit
yaşıya bilər.
ÜRƏYİN ROLU VƏ FUNKSİYASI
Bir daha yada salıram: Nişi təkidlə bizi inandırır ki,
orqanizmdə nasos rolunu ürək deyil, kapilyarlar oynayır. Bəs
onda ürəyin rolu nədən ibarətdir? Qələm əhlinin,ələlxüsus da
şairlərin ağzından və qələmindən düşməyən ürək, qeyri-poetik
formada desək, hər kəsin öz yumuruğu boyda olan bir əzələ
orqanıdır, sağ və sol hissələrdən ibarətdir. Bu hissələr də çəpərlə
yuxarı kameraya (qulaqcığa) və aşağı kameraya (mədəciyə)
bölünüblər. Onların arasında klapanlar yerləşib. Daha nazik
divarı olan sağ hissə sıxıla bilir, ona görə də sağ qulaqcıq və
mədəcik vena ilə müqayisə oluna bilər.
Ürəyin sol hissəsi-qulaqcıq və mədəcik daha qalın divara
malikdir, arteriya kimi uzana bilirlər.Üstəlik,onlar ağ ciyər
venası (bu vena arteriya qanını ağ ciyərdən ürəyin sol hissəsinə
daşıyır) ilə arteriya arasında yerləşib. Ona görə sol qulaqcığı və
mədəciyi arteriya ilə müqayisə etmək və arteriya sisteminin
tərkib hissəsi kimi qiymətləndirmək düzgün olar.
Ürək nasos rolunu oynasaydı, o zaman bu prosesdə bütöv
ürək deyil, yalnız sağ kameralar iştirak edərdilər, çünki sol
kameralar sıxılma (gəriləmə) qabiliyyətinə malik deyillər. Bunlar
downloaded from KitabYurdu.az
131
daha çox arteriya sisteminə yaxındırlar - dartıla və uzana bilirlər.
Beləliklə də,ürək iki funksiyanı yerinə yetirir: sıxılmaq (gəril-
mək) və uzanmaq funksiyalarını.Nişi göstərir ki, əl nə qədər
yuxarı qalxarsa, sağ qulaqcıqda təzyiq bir o qədər yüksələr, vena
axınının həcmi bir o qədər artar. Bu o deməkdir ki, sağ qulaqcığ
vena axınına reaksiya verir, buna görə də ürək təzyiqi güclənir.
Təzyiqin qollarda ölçülməsi buna əsaslanır: qol venasının
dolğunluq dərəcəsi(yuxarı qaldırıldıqda)-sağ qulaqcıqdakı təzyiq
dərəcəsini göstərir.Bütün təbiblər bilir: ürək ritmik şəkildə sıxılıb
açılır, lakin heç kəs izah edə bilmir: nə üçün? 1930-cu ildə elmi
ədəbiyyatda “əyalət ürək” (“periferiçeskoe serdse”) termini
işlədildi. Bu anlayış özündə arteriyanı, venanı və kapilyarları
birləşdirir.
Ürəyin sağ kameraları vena sistemi ilə bağlıdır, qanı
orqanlardan ürəyə daşıyır, sözün tam mənasında, onu ikinci ürək
adlandırmaq olar. Bəs onda sol kameralar, yəni sol qulaqcıq və
sol mədəcik nəyi təmsil edir? Nişi təklif edir ki, onlara
təmizlənmiş qan üçün “çən”, yaxud “sumka”, ya da “əzələ
kisəsi” kimi baxaq.
Kapilyarlar işə düşüb arteriyadan qan soranda - arteriya
vakuum sahəsində əmələ gələn qüvvəyə tab gətirmir və yığılmaq
məcburiyyətində qalır.Sonrakı anda arteriya uzanır və sol
mədəcikdən qanı sorur.Mədəcik boşalır və yığılır.Lakin dərhal
da, öz vərdişi hesabına,uzanır və sol qulaqcıqdan qan sorur. Nişi
sübut etmişdir ki, güclü qan axınını hərəkətə gətirən əsas qüvvə
kapilyarlarda, ikinci dərəcəli qüvvə isə vena sistemində, bir də
sağ ürək kamerasında (qulaqcıq və mədəcikdə) yerləşib.
Sağlamlıq-təkcə qanın təmizliyindən və faydalı element-
lərlə zəngin olmasından deyil,həm də qanın maneəsiz və rahat
dövr etməsindən asılıdır.Ağacları yaşadan su nə qədər təmiz və
mierallarla zəngin olursa olsun,arx zir-zibillə dolubsa,su gedib
ağaclara çatmırsa,onun ağaca bir faydası dəyməz.Qan da
belədir,o,hardasa yubanırsa,o zaman qan korlanır və toxumaları
zədələyir.Biz sağlam olmaq üçün-kapilyarları daima sıxılıb
downloaded from KitabYurdu.az
132
açılmağa sövq etməliyik ki qan yaxşı dövr eləsin.Nişi öyrədirdi:
əliniz zədələnibsə, qanı axırsa, qolunuzu iplə boğun ki, qanaxma
kəssin. Sonra zədələnmiş əli ürək səviyəsindən yuxarı qaldırın,
10-15 dəqiqə yırğalayın. Yara dərhal sağalacaq. Dərman
vurmağa, tikiş qoymağa lüzum qalmayacaq. Mən bu əməliyyatı
bir neçə dəfə həyata keçirmişəm və onun dürüstlüyünə
inanmışam.Sağalma mexanizmi çox sadədir:əlin ürək səviyyə-
sindən yuxarı qalxması və silkələnməsi kapilyarların yığılıb -
açılmasına(gərilməsinə) səbəb olur,zədələnmiş hissədən keçməli
olan qan geri çəkilir.Professor K.Nişi bu hadisəni bilavasitə
qlomusun funksiyası ilə bağlayır.
SOL MƏDƏCİYİN ƏHƏMİYYƏTİ
Uzun illər ürəklə məşğul olan həkim Lyüdviq Aşoff
birinci dünya müharibəsi zamanı bu qənaətə gəlmişdir ki, adam
öləndən 30 dəqiqə sonra ürək daşlaşır.O, belə hesab edir ki,
həmin vaxt ərzində ürəyin sol mə'dəciyinin sıxılması davam edir.
L.Aşoffun bu fikiri Nişini ciddi məşğul etdi. Nişi bilirdi ki,
ürəyin sol mə'dəciyi infeksiyalı xəstəliklərdən sonra zəyifləyir.
Nişi L.Aşoffun müşahidəsini şərh edərkən yazırdı: orqanizmə
infeksiya keçəndə hüceyrələr zəhərlənmiş qan püskürür, bütün
bu vaxt ərzində qlomus (nəzarətçi) əzgin və lırt qalır, arteriyadan
qanı fəal sormur, nəticədə sol mə'dəciyin və arteriyanın qanla
dolması müxtəlif şəkildə baş verir.Ona görə də belə xəstələrin
sol mə'dəciyi genişlənir. Nişi kapilyarların rolunu sübut etmək
üçün «Andral simptomu» deyilən misala müraciət edir: plevrit
xəstəliyinə tutulmuş adam ilk vaxtlar sağlam tərəf üstə yatmağa
və bununla da ağrıdan qaçmağa çalışır, özü də bilmədən zədəli
tərəfdəki kapilyarları və venanı gərilməyə məcbur edir, bu
münvalla qan axınını qlomusdan keçirir.
downloaded from KitabYurdu.az
133
ÜRƏK XƏSTƏLİKLƏRİNƏ
TUTULMAMQ MÜMKÜNDÜR!
Nişi öyrədirdi ki, qan dövranının mexanizmi haqqında
yeni mülahizəni tətbiq etməklə-ürəyi xəstəliklərdən qorumaq,
xəstələndikdə isə dava-dərmansız sağaltmaq mümkündür.
Halbuki ürək xəstəlikləri bütün Yer üzündə hər gün milyonlarla
adamı erkən məzara aparır.Başlıca səbəb budur ki, müasir
müalicə metodu «ürək nasosdur» kimi yanlış nəzəriy- yəni əsas
götürür. Bunun həqiqət olmasına səkk gətirməyən həkim, hər bir
xəstəyə, ürək “pristupu” tutanda, güclü stimulyator tə'yin edir.
Belə hesab edir ki, dərman ürəyi stimullaşdıracaq və qan
dövranını tənzimləyəcək.Dərman həqiqətən də ürəyi stimul-
laşdırır, lakin çox vaxt xəstə ölür. Kimsə ağlına gətirmək istəmir
ki, buna səbəb dərman oldu. Nişi sayır ki, ürəyi tonuslaşdıran
dərmanın azad tətbiqi qadağan olun-malıdır-həyat üçün
təhlükəlidir! Çünki güclü tə'sirə malik olan dərman zəyifləmiş
ürək üçün çox ağır yükdür: o, ürəyi zorla, amansızcasına işlədir
(qamçı atı işlədən kimi). Elə bil, ürək həqiqətən də dəmirdən
hazırlanmış nasosdur. Qəfil ölümün səbəbi də budur. Bəs onda
necə olur ki, güclü dərman çox vaxt ağır xəstələri kritik
vəziyyətdən çıxarır? Nişi yazırdı: «Belə hallarda xəstənin
böhrandan çıxmasına yardımçı olan, tam əminəm, tonuslaşdırıcı
dərman deyil, qlomusdur, ya da, haqqın- da bir çox həkimlərin
heç nə bilmədiyi, arteriya-vena anastomo- zudur. Məhz belə
anda kəskin şəkildə böyüdülmüş olan qlomus tonuslaşdırıcı
dərmanın təsiri altında sürətlənən qan selini arteri- yadan birbaşa
venaya keçirir, beləliklə də kapilyarların partlama- sının
qarşısını alır”.Yəni,”ötürücü şlyüz” rolunu oynayır. Müəy- yən
səbəbdən, tutalım,venanın dartılması, trombla tutulması nəti-
cəsində, kapilyarlar öz funksiyasını yerinə yetirə bilmir.Beləliklə
də qanın hərəkəti müəyyən müddət dayanır. Bu vaxt vena ilə ürə
yə axan qan seli kəskin şəkildə azalır-ürəyin fəaliyyəti zəyifləyir.
Lakin buna ürək xəstəliyi kimi baxmaq lazım deyil. Bu, sadəcə,
downloaded from KitabYurdu.az
134
ürək fəaliyətinin zəyifləməsidir, qan axını həcminin azalmasına
verilən cavabdır.Bu-fizioloji prosesdir.Zədələnən və yaxud infek
siyaya məruz qalan ürək də zəyifləyir. Ürək xəstəliyinin bu cür
orqanik tipi qan dövranının pozulması xəstəliyidir. Nə qədərki
qan bədəndə sərbəst axır-xəstəlik törəyə bilməz! Heç vaxt xəstə-
liyə tutulmamaq üçün, sağlam qan yaratmaqla bərabər, qan arxı-
nın yolunu müntəzəm olaraq təmizləmək və qan dövranını daimi
etmək vacibdir.
Ürəyin atasını yandıran, onu pis günə qoyan dərmandan
qaçın! Kapilyarları fəallaşdırmağa çalışın! Ürəyin müalicəsi-
kapilyarları mümkün qədər tez-tez və dolğun şəkildə gərilməyə,
sıxılıb-açılmağa vadar etməkdir. Ürəyin bir nömrəli dərmanı-çiy
meyvə-tərəvəz və faydalı hərəkətdir.Hərəkətlərin ən faydalısını
isə Nişi öz təliminə daxil edib. Gəlin,dünyada analoqu və
alternativi olmayan bu ecazkar sistcmlə yaxından tanış olaq.
ALTINCI FƏSİL
KATSUDZO NİŞİNİN 6 QAYDASI
Bir daha yadınıza salıram: cansağlığı ilə bağlı 70.000
ədəbiyyat (qədim Misir, qədim Yunan,qədim Çin,Filippin,
Tibet,Hindistan,Yaponya,Almaniya,Amerika,Rusiya)
oxuyan
görkəmli yapon alimi Katsudzo Nişi bunlardan yalnız 362-sini
məqbul sayaraq, 6 Qaydadan ibarət olan öz dahiyanə Sağlamlıq
Sistemi- ni yaratmışdır.Özündə qaçışı(qaçmadan),masajı(masaj
etmədən), həm də Yoq sistemini birləşdirən bu qaydalara gündə
iki dəfə (səhər-axşam) əməl edən və düzgün qidalanan hər kəs
bütün xəstəliklərdən,həmçinin, “ əsrin bəlası” kimi çox
bədheybət ad qazanmış xərçəngdən ömürünün sonunadək ehtiyat
etmiyə bilər.
downloaded from KitabYurdu.az
135
BİRİNCİ QAYDA:düz və bərk yataq
Sağlam olmaq və uzun ömr sürmək istəyən hər kəsin
çarpayısı o dərəcədə düz və bərk olmalıdır ki, onu incitməsin.
Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmahdır ki,
üşüməyəsiniz. Yataqda arxası üstə və düz uzanmağa nail olun.
Təbiidir ki, uzun illərin pis vərdişindən yaxa qurtarmaq asan
olmayacaq. Bir müddət əzab çəkəcəksiniz: yuxunuz qaçacaq,
dərhal yan üstə çönməyə cəhd göstərəcəksiniz.Amma,mənə
inanın,əzab çəkməyinə dəyər.Buııun mükafatı şirin yuxu, sağlam
bədən və sağlam ruh olacaq. İlk vaxtlar arada hərdən bir yan
üstə çevrilə bilərsiniz.Amma bunu edəndə qəddinizi bükməyin,
büzüşməyin,ən başlıcası isə özünüzü yenidən arxası üstə
uzanmağa məcbur edin. Gec-tez vəziyyətə alışacaqsınız.Soruşa
bilərsiniz: bunun sağlamlığa nə dəxli var? Əvvəla, düz
uzanarkən bədənin bütün hissələri yükü bərabər şəkildə
bölüşdürür,bir əzaya çox, digərinə az ağırlıq düşmür, qan bədənə
rahat yayılır. İkincisi, əzələlər yumşalır. Üçüncüsü, ayaq üstə
qalarkən, yaxud iş masası arxasında əyləşərkən əyilən, yerindən
oynayan fəqərələr imkan tapıb düzələcək.Bundan əlavə, bərk
yataq dərinin öz funksiyasını düzgün yerinə yetirməsinə şərait
yaradır, qara ciyəri süzülüb lırt vəziyyətə düşməyə qoymur.
Bədənin üst qatlarında yerləşən venalar qanı geri, ürəyə tərəf
rahat qovur.Bu da, öz növbəsində, qara ciyərin fəal işləməsini
tə'min edir.Nəticədə,gün ərzində bədənə yığılan gərəksiz
maddələr buradan kənar edilir.Lakin iş bununla bitmir:
hərəkətverici sinirlər müxtəlif təzyiqlərə və gərilmələrə mə'ruz
qalmır, bütün gecəni dincəlir.Yoğun bağırsaq isə qəbizlik kimi
böyük bir bəladan azad olur. Yada salaq ki, insan qədim
zamanlarda dörd ayaq üstə gəzib. O vaxt insanın fəqərə sütünü
üfüqi şəkildə formalaş-mışdı. Belə fəqərə sütunu hər hansı bir
təzyiqə, stresə, gərgin-liyə asanlıqla tab gətirirdi. İnsan dik
gəzəndən sonra bir sıra dinamik çətinliklər baş vcrdi və fəqərə
sütunu orqanizmin ən kövrək, ən tez sıradan çıxan hissəsinə
downloaded from KitabYurdu.az
136
çevrild.İnsanın fəqərə sütunu (can evinin dirəyi) 33 fəqərədən
ibarətdir. Bir-birinin üstündə yerləşən bu fəqərələr vahid sütun
əmələ gətirsələr də, öz funksiyalarına görə 5 qrupa bölünürlər:
yuxarıdakı 7 fəqərə-boyun fəqərəsi, sonrakı
12 fəqərə-döş (yaxud torakal) fəqərəsi,
aşağıdakı 5 fəqərə-qurşaq fəqərəsi, bitişib
üçbucaq əmələ gətirən daha 5 fəqərə-çanaq
fəqərəsi və sonuncu 4 fəqərə-büzdüm fəqə-
rəsi adlanır. Ayrı-ayrı fəqərələrin birləşərək
əmələ gətirdiyi borunun içində onurğa beyini
(spinnoy mozq) yerləşir.
Şəkil 5. Fəqərə
sütunu:
1 - boyun
fəqərələri, 2 - döş
şöbəsi, 3 - qurşaq
şöbəsi,
4 - sağrı şöbəsi.
Şəkil 6. Fəqərələrin burxulması.
Hər fəqərənin ortasında 2 yan çıxıntısı olur ki, bunlar
fəqərəni zərbədən qorumaq funksiyasını daşıyır. Fəqərənin hər
tərəfində kiçik yarıqlar, yaxud fəqərəarası kanal yerləşir.
Buradan sinirlər və qan damarları çıxır. Onlar hər hansı bir
dəyişikliyə qarşı çox həssasdır. Bu cür həssas əsəb və qan
damarları bədənin hər tərəfınə yayılır.
Hər bir fəqərə çox asanlıqla ümumi sütundan aralana,
yaxud sıradan çıxa, sürüşüb yana əyilə bilər. Bütün bunların
downloaded from KitabYurdu.az
137
hamısına burxulma deyilir. Fəqərə burxularkən əsəbləri və qan
damarlarını sıxır.Bu vaxt əsəblərin ucları öz funksiyasını düzgün
yerinə yetirə bilmir.Nəticədə müxtəlif xəstəliklər baş
qaldırır.Məni 30 il ərzində zəlil edən “Bexteryev xəstəliyi” də
məhz zədələnmiş boyun fəqərəsinin siniri və qan damarını
mütəmadi sıxması ilə bağlıdır.Müxtəlif fəqərələrin zədələn-
məsi(burxulması)-müxtəlif xəstəliklər törədir. Nişi yazırdı:
«Burxulma 4-cü fəqərədə baş veribsə, çox ehtimal ki, gözünüz,
üzünüz, boynunuz, ağ ciyəriniz, diafraqma, qara ciyəriniz,
ürəyiniz, dalağınız, dişləriniz, boğazınız, burnunuz, qulaqlarıınz
zədələnəcək». Fikir verin: bir fəqərənin zədələnməsi neçə növ
xəstəlik törədir! Buna görə də fəqərələrinizə hər gün qulluq
edin.Ağ ciyəriniz və plevranız sizi incidirsə, yəqin bilin, 2-ci döş
fəqərəsi burxulub. Nişinin çoxşaxəli tədqiqatları belə bir faktı da
üzə çıxartdı: burxulmaya ən çox meylli olan 1-ci və 4-cü boyun,
2, 5 və 10-cu döş fəqərələri, 2-ci və 5-ci qurşaq fəqərələridir.
Lakin fəqərələrin hər biri burxula və zədələnə bilər.
Bunları yazmaqda məqsədim odur ki, hər kəs bilsin: bizim
sağlamlığımız həm qidadan, həm də fəqərə sütununun
vəziyyətindən asılıdır. Məhz buna görə də düz və bərk çarpayı
lazımdır ki, fəqərə sütunu üfüqi vəziyyətdə qalsın və əziyyət
çəkməsin. Gündüzlər isə başı dik tutub gəzmək, oturmaq və iş
görmək lazımdır. İnsan yatanda da, yol gedəndə də, masa
arxasında iş görondə də, çörək yeyəndə də, televizora baxanda
da, bir sözlə, hər vaxt fəqərə sütununun qeydinə qalmalıdır.
Nişi xəbərdarhq edirdi: «Əgər yumuşaq yataqda xumar-
lanmağı xoşlayan adam öz əsəblərinin atrofiya olmasına və iflic
vəziyyətə düşməsinə imkan verirsə, xəstəliklər də'vət gözləmə-
dən, onun qapısını döyəcəklər». Çünki əsəb telləri sıxılarkən qara
ciyərin sekresiyası pozulur, bu da qantəmizləmə işinin pis
aparılmasına səbəb olur, qan zibillənir və çirklənmiş qan bütün
bədəndə dövran edir.Bunun nəticəsində-hüceyrələr kütləvi
şəkildə qırılır, ayrı-ayrı orqanlar sıradan çıxır.
Bərk və düz yataq həm də dərinin öz funksiyasını düzgün
yerinə yetirməsi üçün şərait yaradır. Dəri isə orqanizmə oksigen
və azot buraxan, şlakları və sidik materialını orqanizmdən
kənarlaşdıran milyonlarla borulardan ibarətdir. Orqanizmin 25
downloaded from KitabYurdu.az
138
faizini təşkil edən dəri pis işləyəndə, hər şeydən öncə, qara ciyər
sıradan çıxır.
Düz yataq-yoğun bağırsağın yaxşı işləməsi deməkdir. Nişi
Sistcminin birinci Qaydası bizə azar-bezardan yaxa qurtarmaqla
bərabər, heç vaxt xəstələnməmək şansı da verir. Ona əməl edən
həm də qamətli və yaraşıqlı olur,qocalmır.
Aqillər çox gözəl buyurub: Qanı qoruyan-canı qoruyur.
A
B
Dostları ilə paylaş: |