Bizi yaradan Ulu varlıq bizə 4 cür qida verib:Günəş
işığı,Hava,Su,Meyvə-Tərəvəz.Biri çatmıyanda cismimiz və
ruhumuz xəstələnir.Bütün pislikləri təmizləyən Su-mikrobla-
rın qənimidir.Açıq havada çox gəzin,tez-tez çimin,gündə 2-3
litr çiy su için.Faydalı hərəkətləri unutmayın...
isti su
(hərarəti)
soyuq su
(hərarəti)
günlərin sayı
39
35
3
40
30
3
41
25
2
42
20
2
43
14-15
Həmişə
downloaded from KitabYurdu.az
195
ODÜNYALIQ ADAMLAR
Bir də yada salaq ki,D-r Nişinin adını daşıyan Tibb
İnstitutunun Tokioda və Havay adalarında fəaliyyət göstərən
hospitalları xərçəngi təbii üsullarla müalicə edir. “Vatanabe”
hospitalının (Nişinin ardıcılı olan Vatanabenin adını daşıyır)
uğurları sevindiricidir. Nişi institutunun və “Vatanabe”
hospitalının ölümün caynağından xilas edib, həyata qaytardığı
“odünyalıq” adamların sayı ilbəil çoxalır. Xərçəng kimi dəhşətli
xəstəliyin caynağından xilas olan adamların müalicə kursu bir-
birindən az fərqləndiyi üçün hamısı haqqında söz açmaq
niyyətində deyilik. Lakin bir-iki nümunəyə müraciət etmək,
zənnimcə, yerinə düşər .
76 yaşlı cənab Mayra aşağıdakı müalicə kursundan
sonra ağ ciyər xərçəngindən yaxa qurtara bilmişdir.
1. Kontrast hava vannası-gündə 8-10 dəfə.
2. Kontrast su vannası.
3. Xurmadan dəmlənmiş çay -2 litrdən çox.
4. Nişinin 6 Qaydası.
Mədə xərçəngindən əzab çəkən 69 yaşlı cənab Yumigi
yuxarıdakı sxemə bir neçə tərəvəz növündən çəkilmiş şirə və
bolluca çiy kələm də əlavə etmişdir.
Mədə xərçənginə tutulmuş 65 yaşlı cənab Takao İşin
bu rasiona bəzi əlavələr etmişdir.
1. Kontrast hava vannası.
2. Kontrast su vannası.
3. Nişinin 6 Qaydası.
4. Xurmadan dəmlənmış çay (onu qara qarağat, yaxud
moruq, yaxud itburnu yarpaqları ilə əvəz etmək olar).
5. Kələm şirəsi.
6. Duru düyü sıyığı (əsas qida) və yulaf sıyığı.
7. Turşuluq törədən qidalar.
8. Beş növ tərəvəzin şirəsi.
9. Maqnezium hidroksidi.
downloaded from KitabYurdu.az
196
Adlar,yaşlar,müalicə sxemləri,menyular müxtəlif olsa da,
nəticə bir olub: “odünyalıq” adamlar kəfəni yırtıb yenidən həyata
qayıdıblar.Çox qəribədir ki,onların əksəriyyəti Nişi Sistemi ilə
başqalarını müalicə etməyə başlayıblar və bu sistemin qızğın
təbliğatçılarına çevriliblər.Burada heç bir qəribəlik yoxdur:başqa
cür hərəkət etmək qeyri-mümkündür. Sadəcə, ürəyin istəyir ki,
kiminsə sənə bəxş etdiyi xoşbəxtliyi sən də başqalarına bəxş
edəsən və sənə nicat yolunu göstərən Ulu Tanrı qarşısında öz
borcunu yerinə yetirəsən.Gözəl istəkdir!Deyilmi?..Mən bu kitabı
məhz belə bir istəyin hökmü ilə yazmışam.
Yenidən vurğulamaq istəyirəm:Nişi öz Sistemini təkcə
dəhşətli xəstəliklərdən yaxa qurtarmaq üçün yaradılmayıb, heç
vaxt xəstələnməmək, həmişə sağlam olmaq, gümrah yaşamaq,
həm daxilən, həm də zahirən saf və gözəl olmaq üçün yaradılıb.
Lakin sağlam və gözəl olmaq üçün bu sistemə kor-koranə əməl
etmək kifayət deyil.Gərək biz qanımızı saflaşdırmağın,hüceyrə-
ləri Günəş enerjisi ilə qidalandırmağın,vitaminləri,mineral
maddələri hansı qidalarda axtarmağın yolunu dəqiq bilək,öz
menyumuza yalnız faydalı qidaları daxil edək.
downloaded from KitabYurdu.az
197
ONUNCU FƏSİL
KAPİLYARO-TERAPİYA:
Zalmanov metodu ilə müalicə
Sən demə,həyatda heç kəsin fikir vermədiyi bir qəribə
qanunauyğunluq var imiş: müasir tibb elminin acizliyini,
dərmanların insan orqanizminə və ailə büdcəsinə, bütövlükdə
bəşəriyyətə vurduğu zərbənin miqyasını dərindən dərk edən
dərrakəli və vicdanlı həkimlərin hamısı, başı daşdan daşa
dəyəndən sonra çönüb natruopat alim olur, dava-dərmana qənim
kəsilir,insanları Ana Təbiətin əbədi və dəyişməz Qanunlarına
düzgün əməl etməyə çağırır. Bu da qanunauyqun bir haldır ki,
belə təbiblər tibb elminin gücsüzlüyünü özlərini, yaxud əzizlərini
müalicə edərkən anlayırlar -başları daşa dəyəndə. Nəticədə, bir el
məsəlində deyildiyi kimi, başına gələn dönüb olur başmaqçı.
Xəstə cismini sağaltmaq üçün üsullar axtaran və tapan
belə istedadlı təbiblərdən biri də üçqat tibb elmləri doktoru (ayrı-
ayrı vaxtlarda Rusiyada,Almaniyada,İtaliyada doktorluq disserta-
siyası müdafiə etmişdir) Abram Solomonoviç Zalmanov olmuş-
dur. Öz əsrinin parlaq dühalarından biri sayılan A. Zalmanov 20
iyun 1875-ci ildə Belarusiyanın Qomel şəhərində anadan
olmuşdur. 1883-cü ildə gimnaziyanı qızıl medalla bitirərək,
Moskva universitetinin tibb fakültəsinə daxil olmuşdur. Lakin
buradakı təhsil səviyyəsi, elmə-biliyə böyük acgözlülüklə can
atan tələbənin günbəgün artan tələblərini tam ödəyə bilmirdi.
A.Zalmanov III kursu bitirdikdən sonra bu fakultəni tərk etdi.
“Yalniz professor Zaxarin öz mühazirələrində təfəkkür və
təsəvvür oyada bilirdi” dəyən A.Zalmanov,itirəcəyi 3 ilə heyifsi-
lənmədən,hüquq fakültəsinin I kursuna dəyişilir.Burada təhsil
almaqla yanaşı,əlavə olaraq,görkəmli professorların filalogiya və
rus tarixi,müqayisəli dilçilik,filasofiya və ümumi tarix fənnlərinə
dair mühazirələrinə sərbəst şəkildə qulaq asırdı. Eyni zamanda
seminariyada işləyirdi. “Professor Boqolepovun Roma hüquqları
downloaded from KitabYurdu.az
198
haqqında mülahizələri mənim dəqiq məntiq təfəkkürümü inkişaf
etdirirdi”.
A.Zalmanov 1899-cu ildə ümumrusiya tələbə tətilini
təşkil etdiyi üçün universitetdən qovulur və həbs olunur.
Azadlığa çıxandan sonra Almaniyanın Qeydelberq şəhərinə
gedərək tibb fakültəsi kursunu bitirmiş və ilk dəfə tibb elmləri
doktoru diplomunu almışdır. Ikinci doktorluq diplomunu
Rusiyaya qayıtdıqdan sonra 1903-cü ildə Xarkovda almışdır.
1914-cü ildə yenidən vətənə qayıdan A.Zalmanov birinci dünya
müharibəsində, həkim kimi, fəal iştirak edir və tezliklə
məhşurlaşır. “1918-ci ilin oktyabrında Nadejda Konstantinovna
Krupskaya və Mariyya İliniçna Ulyanovanı müalicə etmək üçün
Kremlə çağırılmaq şərəfinə nail olmuşam. B.İ.Lenin həkim
məsləhəti almaq üçün bir neçe dəfə mənə müraciət etmişdir”.
Zəngin tibb biliyinə malik olmasına baxmayaraq,
A.Zalmanov XX əsrin əvvəllərində tüğyan edən viruslardan və
epidemiyalardan dərmanın köməyi ilə qoruna bilmirdi. O, 1914-
ci ildə tif xəstəliyinə tutuldu, 1940-cı ildə infark keçirtdi, sonrakı
illərdə beyində qansızma və ikitərəfli pnevmaniya, mədə-
bağırsaq traktının ağır xəstəliyi baş verdi.
24 yanvar 1964-cü ildə 95 yaşlı alimin böyük ürəyi
vətəndən uzaaqlarda əbədi susdu.
Allahın və Ana təbiətin əbədi qanunlarına qarşı, Don
Kixot kimi, vuruşan komminist rejiminin sadiq qulları dahi
alimin çox dəyərli əsərlərinin SSRİ məkanında yayılmasına
nəinki sağlığında, uzun müddət ölümündən sonra da imkan
vermədilər. Bolşevik rejimi dağıldıqdan sonra vəziyyət dəyişdi.
Qərb tibb elminin gücsüzlüyünü dərindən dərk edən hərbi həkim,
tibb elmləri namizədi Yuri Kamenyev 2003-cü ildə Sankt-
Peterburqda öz həmkarları ilə birlikdə A.Zalmanov adına fond
yaratdı. Dahi alimin böyük elmi irsini dərindən öyrənən və geniş
yayan naturopat həkim Y.Kamenyev indiyəcən 60-dan çox elmi
əsər və bir neçə manoqrafiya dərc etmişdir. Bunların hamısının
kökündə- “Heç vaxt unutmayın ki, ümumilikdə orqanizim və
downloaded from KitabYurdu.az
199
ayrı-ayrılıqda hüceyrə dünyanın bütün akademiyalarından
müdrik və ağıllıdır” deyən A.Zalmanovun həmişəyaşar və işıqlı
ideyaları durur.
Maraqlana bilərsiniz: A.Zalmanovun hansı ideyaları
bolşevik rejiminə qul kimi xidmət edən yüksək rütbəli sovet
alimlərinin və tibb üzrə “Baş qərargah” sayılan “Minzdrav”ın
xoşuna gəlmirdi?
A.Zalmanov öz müalicə metodunun təməlinə-tibb
elminin banisi Hippokratın “Həkim müalicə edir, şəfanı isə təbiət
verir” fəlsəfəsini qoyaraq, təkid edirdi:” Mən böyük, sadə və
adamı utandıran bir həqiqəti açıram: ibtidai, orta və ali
məktəblərdə təhsili kökündən dəyişmək, bütün bəhrəsiz və
səmərəsiz bilikləri atmaq lazımdır, yaddaşı həddən artıq
yükləmək lazım deyil, təfəkkürü inkişaf etdirmək lazımdır.
Əzələ idmanını geniş yaymaq əvəzinə, ağıl idmanı təşkil etmək
lazımdır. Ona görə də yaddaşı yüngülləşdirən və təfəkkürü
inkişaf etdirən üsullar axtarın.Fikiri inkişaf etdirən,fikiri müka-
fatlandıran,beynimizin tənzimləyici funksiyasını oyadın.Bununla
da,siz çox güc sərf etmədən, özünümüalicəyə nail olacaqsınız,
onda siz yeni nəsl böyüdə biləcəksiniz-güclü və dinamik nəsl.
Lakin siz tələsməlisiniz”.
Sovet alimləri tələsirdilər, amma başqa istiqamətdə-
“çürüməkdə olan imperializmə çatmaq və ötüb keçmək” üçün
tələsirdilər və tələsə-tələsə də bolluca əzələ gücü yetişdirirdilər.
Çünki bolşevik rejiminə vicdanlı mütəfəkkirlər deyil, vicdanlı
ziyalılar deyil, qeyri-insani ağır əl əməyinin öhdəsindən yaxşı
gələ bilən “Staxanovçular” -qoluzorlu fəhlələr, gün çıxandan gün
batanacan tər tökən kolxozçular, Allahın yaratdığı insanı bir an
tərəddüd etmədən öldürməyə hazır olan “cəsur” və döyüşkən
əsgərlər lazım idi.
A.Zalmanov daha nə deyirdi?
Kapilyarların-bu balaca möhnətkeşlərin-cansağlığı məsə-
ləsində və müalicədə rolunu çox yüksək qiymətləndirən böyük
alim “Vahid xəstəlik və vahid müalicə” konsepsiyasını həyata
downloaded from KitabYurdu.az
200
keçirərək, əsası İtaliya təbibi Pyer-Nikolye Qreqoroçi tərəfindən
qoyulmuş “eretik” təbabətin tərəfini saxlayırdı: “Xəstəliyi yox,
xəstəni müalicə etmək”. Zalmanov tam əmin idi: elə bir xəstəlik
yoxdur ki, kapilyarların əzab çəkməsi üzündən törəməsin.
İstedadlı alim “Minzdrav”ın qəbul etmədiyi daha bir
güclü ideyanı qızğın təbliğ edirdi.Deyirdi:mikrob-heç nədir,
zəmin hər şeydir.Onun fikrincə,infeksiyaların öhdəsindən
antibiotikləri tətbiq etmədən də gəlmək olar.Bunun üçün,sadəcə,
mikrobların əlindən “komfort” mühiti almaq kifayətdir.Başqa
sözlə desək,sən həyətdəki zibili təmizlə,ora nə milçək gələcək,nə
siçan,nə siçovul,nə də it-pişik.
A.Zalmanovu “Minzdrav”ın gözündən salan bir ideya da
belə səslənirdi:“Lokal xəstəliklər,ayrı-ayrı orqanların xəstə-
liyi mövcud deyil.Bütün hallarda bütövlükdə insan xəstədir”.
Deməli,ayrı-ayrı orqanları müalicə etmək cəhdi əbəs- dir.
Çünki,orqanizm-tamdır,bölünməzdir,vahiddir.Zalmanov da, dün-
yanın bir çox dahi naturopat alimləri kimi,xəstəliyə “orqanizmin
tamlığının pozulması” kimi baxırdı və təbii üsullarla tamlığı
bərpa etməyə çalışırdı.
Natuopat alimin müalicə metodunda, insanın əsas qidası
sayılan çiy su mərkəzdə dururdu: hüceyrələri qidalandırmaq,
metobolitləri(zəhərli materialları) vücuddan çıxartmaq üçün
insan gün ərzində 2,5-3 litr çiy suyu ilıq şəkildə və qurtum-
qurtum
içməlidir.Müalicə
prosesində,sağlamlıq
uğrunda
mübarizədə suya geniş meydan verilməlidir.
SU İLƏ MÜALİCƏ
Çox vaxt əhəmiyyət vermədiyimiz, mahiyyətinə dərindən
varmadığımız bir məqamı gəlin bu gün yada salaq: biz üzümüzə
su vuranda xeyli yüngülləşirik, çiməndən sonra böyük ləzzətlə
“oxay,necə yüngül oldum!” deyirik.Amma heç vaxt fikirləşmi-
rik: vücudumuzda nə baş verdi?
downloaded from KitabYurdu.az
201
Elmə məlumdur ki, insan ana bətnində olarkən mayedən
ibarət olan “mənzildə” yaşayır və həmin mayenin tərkibi okean
suyunun tərkibi ilə eynidir. O da məlumdur ki, bu dünyanı xəlq
edən Ulu Tanrı yaratdığı ali şüurlu insana 4 mükəmməl qida
bəxş edib:Günəş işığı,Hava,Su və Bitki Səltənəti.Əfsuslar olsun
ki,özünü “dünyanın əşrəfi” sayan müasir insan-qondarma sviliza
-siyanın qurbanları-bu qidaların heç birindən səmərəli istifadə
etmir. Çoxları axırıncı dəfə çiy su içdiyini yadına sala bilmir. Bu
gərgin və narahat həyatımızda şəfalı suyun yerini çay, kofe,
kakao, kokakola, pepsikola, fanta və digər zəhərlər tutub. Bəzi
adamların canına su həftədə bir dəfə dəyir. Yalnız bizim millətin
ağlına gələ bilən bir lətifəni xəcalət çəkə-çəkə yada salıram.
Birisi soruşur:“İldə neçə dəfə çimirsən?”.Cavab:“Ayda bir dəfə”.
Sual verən heyrətə gəlir: “Pah atooonan! Ə, sən lap su quşusan
ki!”.Bəlkə də zarafatdır.Amma çox şit, əttökən zarafatdır...Nə isə
keçək əsas mətləbə.
Kontrast su vannalarından bəhs edərkən suyun əhəmiy-
yətini və təsir mexanizmini açıqlamışam. Həmin bölmədə dedik
ki,su ilə müalicə çox qədimdən məlumdur.Insan özünü tanıyan
gündən sudan bir şəfaverici qüvvə kimi istifadə etmişdir. Tibb
elminin atası sayılan Hippokrat,eləcə də onun istedadlı ardıcılları
Qalen, İbn-Sina və bir çox başqaları öz müalicə metodlarında
suya mühüm yer ayırmışdılar. Lakin su ilə müalicəni sistem
şəkilinə salan və məhşurlaşdıran-almaniyalı keşiş Sebostian
Kneypp olmuşdur.
1821-ci ildə Bavariyada anadan olmuş Sebostian çox
erkən, səhhəti ilə bağlı, bir sıra çətin problemlərlə üz-üzə gəlmiş
və onu əldən salan azar-bezardan yaxa qurtarmaq üçün yollar
axtarmışdır. Su ilə müalicə metodu haqqında oxuduğu bir kiçik
braşura onun işgənclərinə bir dəfəlik son qoydu.Suyun şəfaverici
qüdrətinə möhkəm inanan gənc Kneypp onun köməyi ilə özünü
sağaltmış,köhnə sistemi təkmilləşdirib ,öz metodunu yaratmışdır.
S.Kneyppin müalicə metodunu dərindən öyrənən iti ağıllı
A.Zalmanov ona bir çox əlavələr etmişdir. İstedadlı alimin bizə
downloaded from KitabYurdu.az
202
təklif etdiyi hidroterapiya (su ilə müalicə) orqanizmə oyadıcı
(vozbujdayuşşiy) və sakitləşdirici, bədəni isidən və soyudan təsir
göstərir.Yerli(əl, ayaq, əl-ayaq) vannalar isə fikiryayındırıcı
(otvelekayuşşi) təsirə malikdir.Bütün vannalar qan dövranını
yaxşılaşdırmağa,qanı təmizləməyə və daxili “masaja” xidmət
edir. Qabaqlar vannaları şirin suda (presnaya vada) edərdilər.
Zalmanov isə suya dəniz buzu, skipidar və bəzi bitkiləri qatmağı
tövsiyyə edir. 6
0
-dən 42
0
-yə qədər istiliyi olan su vannaları
soyuq, ilıq, isti, çox isti və qaynar vannalara bölünür. Bunların
hərəsi bir məqsədə qulluq edir. Çox soyuq vannalar sağlam
adamı gümrahlaşdırdığı halda, xəstələrə pis təsir göstərə bilər.
Orqanizmi çox zəyif olan,xroniki xəstəliklərdən əzab çəkən
adamlar çox soyuq vannalardan istifadə edə bilməzlər. Belələri
yüksələn istiliklə ilıq və kontrast vannalar qəbul edə bilər. Belə
vannalar sakitləşdirici, ağrıkəsici,spazma götürən təsirə malikdir.
Orqanizmin ehtiyat qüvvələrini işə salan və maddələr mübadilə-
sini yaxşılaşdıran bu cür vannalar orqanizmi soyuq vannalara
hazırlaşdırır.Bir məsələyə xüsusi fikir vermək lazımdır:xəstə nə
qədər zəyifdirsə,su bir o qədər isti olmalıdır. Soyuq su çox halsız
xəstənin bədən hərarətini qaldıra bilər.Bu,orqanizmin soyuğa
qarşı müdafiə olunmaq reaksiyasıdır.
Isti vannaların başlanğıc hərarəti 37
0
olmalıdır. Lakin
bəzi xəstələr bu istilikdən titrəyir,dərisi “qaz dərisi” halına düşür.
Belələri 36
0
və ya 35
0
-dən başlasalar yaxşıdır. Istiliyi tədricən
qaldırmağı unutmayın.Vannanı yeməkdən dərhal sonra və
yeməkdən dərhal qabaq qəbul etmək olmaz, yeməklə vanna
arasında, ən azı, bir saat fasilə olmalıdır.
İSTİLİYİ ARTIRAN VANNA
Çox da halsız olmayan xəstə yarıya qədər doldurulmuş
vannada uzanır. Suyun hərarəti 37
0
-dir. Halsız xəstə üçün 36
0
və
ya 35
0
nəzərdə tutulub. Vannaya hər üç dəqiqədən bir isti su
əlavə edərək, hərarəti bir dərəcə qaldırın və 39
0
-yə çatdırın.
downloaded from KitabYurdu.az
203
Maddələr mübadiləsinin xroniki xəstəliyi zamanı 39
0
yaxşı
səmərə verir, “revmatiklər” isə 38,5
0
ilə kifayətlənə bilər. Şişləri
müalicə edən xastələr istiliyi 38
0
-39
0
-dən aşağı olan vannaya
girməsinlər.
Bütün hallrda vannadan sonra bədəni silmədən, mələfəyə
bürünüb, yatağa girmək, bir-iki saat istirahat etdikdən sonra
geyinmək lazımdır.
HİPERTERMİK VANNALAR
Hipertermik vannaların iki variantı var:
1. Xəstəni qızdırılmış boş vannaya uzatmaq, vannaya 36-
37
0
istiliyi olan su buraxmaq. Suyun hündürlüyü 7,5 santimetrə
çatanda 43
0
istiliyi olan suyu yavaş-yavaş əlavə etmək (15-30-40
dəqiqə ərzində), xəstənin üzündə tər əmələ gələndə su tökməyi
dayandırmaq. Bundan sonra suyu 0,5-1,5
0
soyutmaq, xoşagələn
komfort yaranacaq. Vannadan sonra duşun altında dayanmaq və
suyun hərarətini xoş ovqat yaranana qədər aşağı salmaq,
qurulanmadan isti yatağa girmək.
2. Xəstəni yarıyacan doldurulmuş vannaya uzatmaq –
yalnız onun üzü çöldə qalıb. Bundan sonra birinci variantda
olduğu kimi hərəkət etmək və hərarəti 39
0
-yə çatdırmaq. Suyun
hərarəti 42
0
-yə çatana qədər hər 3 dəqiqədən bir isti su əlavə
etmək. Bu zaman əsas göstərici xəstənin üzündə tər əmələ
gəlməsidir. Xəstənin üzü nisbətən aşağı hərarətdə də tərlə örtülə
bilər. Bu zaman isti su əlavə etməyə ehtiyac yoxdur, bu pis
nəticə verə bilər.
Burada da sonluq birinci variyantdakı kimidir, quru
mələfəyə və yaxud xalata bürünmək də olar.
Diqqət! Vərəmin aktiv fazası, hipertireozun ağır dərəcəsi,
qara ciyərin (orqanın spesifik toxuma elementləri) parenxinlə-
rinin zədələnməsi, ürəyi zədələyən fəal revmatik proseslər və ya
psixoz vaxtı bu vannaları qəbul etmək olmaz.
downloaded from KitabYurdu.az
204
Hər iki variantda suya müalicəvi bitkilər, xörək duzu,
dəniz duzu, skipidar və sairə qatmaq müalicəninn təsir gücünü
artırır. Hər əlavənin öz xüsusi təyinatı var.
Kəpək horrası. Dərisi quru olan və öz funksiyasını yaxşı
yerinə yetirə bilməyən adamlar kəpək horrasından istifadə edə
bilər: 900 qram buğda və ya başqa dənin kəpəyini parça torbaya
tökmək, qaba salmaq, 2-3 litr soyuq su əlavə etmək, qaynatmaq,
qaynayan kimi dərhal ocağın istiliyini azaltmaq,15-20 dəqiqə
zəyif odda dəmləmək.Vanna qəbul etməzdən öncə məhlulu 39
0
isti su olan vannaya tökmək.Xəstə 15 dəqiqə vannada qalır,
vannada istiliyin azalmasına imkan verməyin. Sonra suyu
buraxın, ayağa durun. Içində kəpək olan torba ilə bədəninizi 5
dəqiqə masaj edin-masajı ayaqların və əllərin ucundan başlamaq
lazımdır. Vannadan çıxıb hər iki əlinizlə bədəni yaxşı-yaxşı
şapalaqlayın. Bunu dəri quruyana qədər davam edin. Mələfəyə
bürünüb,yatağa girin. Bədəni yalnız sabah səhər yumaq olar.
Palıd qabığı əlavəsi. Padaqra,poliartrit,revmatizm,dəri
xəstəlikləri,sidik-cinsi orqanların xəstəliyi vaxtı tətbiq olunur.
Suyun hərarəti 40-44
0
olmalıdır.Vanna bir saat çəkir.Vannadan
sonra 19-24
0
istiliyi olan su ilə bədəni soyutmaq lazımdır.
Yulaf samanı əlavəsi. Padaqra xəstəliyi, sidiklikdə daş
olanda, sidiyə getmək çətinləşəndə tətbiq olunur. Suyun hərarəti
32-37
0
olmalıdır. Bu vanna əllər və ayaqlar üçündür. Əl-ayağı 15
dəqiqə ərzində məhlul vannasında saxlamaq, 30 saniyə ərzində
10-12
0
-li soyuq suya salmaq lazımdır. Bunu bir neçə dəfə
təkrarlayın.Tədbiri soyuq vanna ilə tamamlamaq və dərhal
yatağa girmək lazımdır.
Ağac külü əlavəsi. Bir çox xəstəliklərin müalicəsində
tətbiq edilir.
Duzlu vanna. Həm əl-ayaq üçün, həm də bütün bədən
üçün yarayır. Suya natrium xlorid, dəniz duzu, maqnezium sulfat
və odun külünü qatmaq olar. Bu əlavələri həm ayrı-ayrılıqda,
həm də birlikdə etmək olar.
downloaded from KitabYurdu.az
205
Vannaya 3 sm hündürlüyündə 39
0
-li istilikdə su tökmək,
450 qr maqnezium sulfat (ingilis duzu) qatmaq. Xəstə vannaya
oturduqdan sonra həmin istilikdə suyu əlavə etmək və səviyyəni
daha 3 sm qaldırmaq, məhrabanı duzlu suda isladıb bədəni
silmək. Yenidən 39
0
su əlavə etmək. Suyun səviyyəsi 10 sm
qalxan kimi yenə də 450 qr maqnezium sulfat qatmaq, məhraba
“əməliyyatını” davam etdirmək. Üzdə tər əmələ gələn kimi
vanna qəbulunu dayandırmaq, bədəni 18-24 dərəcə istiliyi olan
“duş”la yumaq, kobud quru məhraba ilə bədəni surətlə silib
qızdırmaq, yatağa girmək. Bu müalicəni həftədə iki dəfədən çox
qəbul etmək olmaz. Belə vanna revmatizm, artrit, lyumbaqa,
nevrit xəstəlikləri və soyuqdəymə üçün nəzərdə tutulub.
Dostları ilə paylaş: |