deyil,bizi öldürən pis vərdişlərdir” deyəndə, birinci
növbədə,qidalanma qaydala-rının pozulmasını nəzərdə
tutmuşdur.
Daima üst-üstə yığışan zir-zibil bağırsağı ağır və hərə-
kətsiz bir çuvala döndərir. Qana şəfalı elementlər əvəzinə zəhər
ötürən bu “çuval”, üstəlik şişərək, digər daxili orqanları öz
ərazilərində sıxışdırıb kənara itələyir, normal işləməyə qoymur.
Normal
tənəffüsü
və ürəyin fəaliyyətini tə'min edən
diafraqmanın hərəkətini məhdudlaşdırır, tənəffüs prosesindən
uzaqlaşdırır,qara ciyər qanı təmizləyə bilmir. Ağ ciyərin də
hərəkəti məhdudlaşır, qara ciyər, böyrəklər öz yerlərini
dəyişirlər, nazik bağırsağın çevik hərəkət etmək imkanı azalır,
sidik-cinsi sistemində pozquntular baş verir(kişilərdə-adeno-
malar,qadınlarda-fibromalar əmələ gəlir).Düz bağırsağın aşağı
hissəsi bərk xəstələnir: sıxılmış venalar qan şəbəkələri şəkilində
qabarır. Bu cür hallardan yaxa qurtarmaq,üçün ilk növbədə,
«zibil anbarını» təmizləmək lazımdır. Bunun ən yaxşı yolu-imalə
downloaded from KitabYurdu.az
174
və aclıqdır. Bu faydalı proseduranı aşağıdakı qaydada yerinə
yetirmək məsləhətdir.
Əvvəlcədən 2-3 litr qaynamış su hazırlayın. 2 litr suya 1-2
xörək qaşığı alma sirkəsi, yaxud limon şirəsi əlavə edin. Bir
çimdik limon turşusunu suda əritmək də olar. Bir baş sarımsağı
əzib, üstünə soyuq su tökün və qarışdırın, dördqat tənzifdən
süzün,indi ümumi suya tökə bilərsiniz.Xatırladırıq:turşu çürü-
mə törədən mikrobları məhv edir, sarımsaq - xəstəlik törədən
mikrobları.Hazır mayeni Esmarx parçına tökün. Rezin borunun
müştüyünü günəbaxan yağına salın. Təmizlənmənin ən yaxşı
vaxtı səhər 5-7-dir. İmaləni «qruşa» deyilən rezin torba ilə
etmək düzgün deyil.
Esmarx parçını elə asmaq lazımdır ki, müştüyü daxilə
yeridəndə rezin boru dartılmasın. Dizlərinizi yerə qoyub,
dirsəklərinizdən birini ona yaxınlaşdırın. Digər əlinizlə müştüyü
anus dəliyinə yeridin və saxlayın. Babasılı olan adam müştüyü
ehtiyatla yeritməlidir (müştüyü çıxartmaq da olar, onda su tez
axacaq). Müştük daxil olandan sonra çanağınızı qaldırın,
başınızı aşağı əyin və dərindən nəfəs alın, havanı içinizə bol-bol
çəkin, buraxanda az-az buraxın, özü də ağızdan. Qarnınızı 7 dəfə
içəri çəkin və dincəlin. Havanı nə qədər güclü çəksəniz, su bir o
qədər tez daxil olacaq. Su tam daxil olmadığı halda qarnınızda
güclü təzyiq hiss edirsinizsə və daha dözə bilmirsinizsə, borunun
krantını bağlayın (yaxud,onu “şpilka” ilə sıxın),müştüyü
çıxartmadan ayağa qalxın, qarnınızı altdan yuxarı sığayın,
bundan sonra əməliyyatı davam etdirin. Çalışm ki,su tam daxil
olsun.
Nəhayət,sü
tükəndi.Müştüyü anusdan çıxardın,
əvvəlcədən hazırlanmış tıxacı anus dəliyinə taxın, onu
dəliyin əzələləri ilə bərk-bərk sıxın, suyu 7 dəqiqə içinizdə
saxlamağa çalışın,qarnınızdakı narahatlığı aradan qaldırmaq
üçün onu sığayın, qarnı üstə uzanın. Ya da unitazın
yaxınlığında gəzişin. Çox güman ki, birinci dəfə suyu çox
saxlamaq sizin üçün çətin olacaq. Bu çətinliyi aradan
qaldırmaq üçiün müəyyən hazırhq işləri aparmaq olar:
imalədən öncə sün'i yollarla ayaq yoluna getmək həvəsi
oyatmaq lazımdır. Bunun üçün anus dəliyinə «beskodil»
downloaded from KitabYurdu.az
175
şamı qoymaq (bala batırdıqdan sonra) olar. Babasıl
şamından da istifadə etmək mümkündür.
Vaxt darlıq edəndə imaləni təxirə salın. Tələsik
həyata keçirilən prosedura pis nəticə verə bilər: bağırsaqda
qalan su nəcisə hoparaq qana sorular və orqanizmə zərər
verər.
Proseduradan sonra mə'dənizdə boşluq, bədəninizdə
isə yüngüllük hiss etsəniz, demək, tədbir səmərəlidir. Hiss
etsəniz ki, «zibil anbarı» tam təmizlənməyib, onda
proseduranı bir neçə gün təkrar edin.
Xroniki qəbzlik vaxtı «böyük klizma»dan öncə qarına
yarım litr su yeritmək və dərhal tualetə getmək tələb olunur.
Bunu 2-3 dəfə etmək daha faydalıdır-yoğun bağırsaq ağır
yükdən azad olmahdır. Sonra yuxarıda deyilənlərə əməl edin.
Suyun hərarəti 37 dərəcə olmalıdır. Ürək patalogiyası və mədə
yarası olmayan adamlar imalə ilə yanaşı, 1-2 həftə ərzində bir diş
sarımsağı ac qarnına mümkün qədər çox çeynəyib udmalı, yaxud
sümürməlidir.Çeynəməyi, yaxud sormağı bacarmayanlar əzib
ağızlarında saxlasınlar.Sarımsaq mümkün qədər çox vaxt
kəsiyində tüpürcəyə qarışmalıdır.Onu qəbul etdikdən sonra
nahara başlamaq olar. Şam yeməyindən 2 saat sonra eyni qayda
ilə sarımsaq qəbul etmək faydalıdır. Bundan sonra dilinizə heç
nə vurmayın.
Diqqət! Bu müalicə vaxtı mədənizdə ağrı baş qaldıra
bilər. Xoşagəlməz haldır,amma təhlükəli deyil.Müalicə başlayıb-
dözün.Bakteriyalar məhv olandan sonra ağrı kəsəcək. Mədənizdə
qıcqırma baş versə-narahat olmayın,selikli qişa düzəlir. Qıcqır-
manın qarşısını almaq çətin deyil: yeməkdən qabaq gündə 1-2
dəfə 2 xörək qaşığı təzə hazırlanmış şirə için. Bunun üçün iki çiy
kartofun şirəsi bəs edər.Hər hansı turşu neytrallaşar. Təmizlənmə
vaxtı qida menyusuna daha çox diqqət yetirmək lazımdır. Zülalı
karbohidratla qarışdırmayın.
Birinci həftə: İmaləni hər gün edin. Sarımsaq yeyin.
İkinci həftə: İmaləni günaşırı edin. Sarımsaq yemək də
olar, yeməmək də. Yesəniz yaxşıdır.
downloaded from KitabYurdu.az
176
Üçüncü həftə: İmaləni 2 gündən bir edin. Sarımsaq
yeməyin.
Dördüncü həftə: İmaləni 3 gündən bir edin.
Beşinci həftə (və bütün həyatınız boyu): İmalə həftədə
bir dəfə. Səhər və axşam sarımsaq yemək məsləhətdir.
Yadda saxlayın: mədə-bağırsaq traktını təmizləmədən
digər orqanları təmizləmək qeyri-mümkündür.Bu əməliyyatı
azı 2 dəfə (yaz-yay dövrünün və payız- qış dövrünün başlanğı-
cında) həyata keçirmək lazımdır.Düzgün qidalanan və Nişinin 6
Qaydasına əməl edən adam bu tədbirdən vaz keçə bilər.
Öd kisəsində daş olan adam müalicəyə yoğun bağır-
saqdan başlasa yaxşıdır.Belə adam gündə 4 limon yeməlidir
(qabıqla bərabər şirəsıxan maşından keçirmək, bala yaxud meyvə
şirəsinə qatıb,bir ay yarım ərzində qəbul etmək) və Birher-
Bennerin təmizləyici dietasına əməl etməli, yaxud da çiy
qidalanma üsulunu tətbiq etməlidir.
“Böyük təmizlənmə” mümkün olmadıqda, həftədə 2-3
dəfə kiçik təmizlənmə prosedurası aparmaq olar. Qaydası
belədir.
Birinci gün. Ac qarnına təmizlənmə imaləsi, 50 q limon-
sarımsaq dəmləməsi (nastoyu) içmək (yeməyə bir saat qalmış).
Gün ərzində ancaq kefir yemək (digər qatıq məhsulları yaramır):
1,5-2 litr bəs edər. Bolluca çiy su içmək lazımdır. Kefirlə bərabər
təzə pamidor şirəsi (200 qramdan artıq olmaz) içmək məsləhət
dir. Təbii ki, kefir köhnə deyil-bir sutkadan artıq qalmayıb.
İkinci gün.Ac qarnına təmizləmə imaləsi.Limon və sarım
-saq dəmləməsi-50 q. Gün ərzində təzə hazırlanmış alma (yaxud
kələm, kök, kartof, xiyar, pamidor şirələrinin qatışığını) şirəsi
içmək. Çuğundur şirəsini içməzdən qabaq 1 saat soyuducuda
saxlamaq lazımdır- efir maddələrindən təmizləmək üçün.
Üçüncü gün.Limon və sarımsaq dəmləməsi-50 q. Bir
saatdan sonra yüngülvari nahar:ya meyvə,ya da tərəvəz.Qatışdır-
maq olmaz. Gün ərzində 2-3 litrə qədər çiy su içmək vacibdir.
Belə təmizlənməni ayda iki dəfə etmək məsləhətdir.
downloaded from KitabYurdu.az
177
TƏCİLİ TƏMİZLƏNMƏ
Boş vaxtı az olan, yaxud hövsələsi çatmayan xəstələrə
“təcili təmizlənmə” üsulunu məsləhət görürəm. Bunun üçün 3
gün evdə qalmaq lazım gələcək.
Bir stəkan (200 ml) suda 20 qram maqnezium sulfat
(ingilis duzu) həll edin, saat 9.30-dan 10.00-dək bu məhlulu
aramla için, 15 dəqiqədən sonra, yəni 10.15–də 1 stəkan çiy suyu
ilıq şəkildə qurtum-qurtum için və çiy su qəbulunu hər 15
dəqiqədən bir təkrarlayın. Axırıncı stəkanı 11.00-da içmək
lazımdır.
Saat 13.00-da yenidən 1 stəkan çiy suya 20 qram
maqnezium duzu qatıb için, 15 dəqiqədən sonra yenidən çiy su
içməyə başlayın. Saat 15.00 1 stəkan meyvə şirəsi qatışığını (1:1
nisbətdə su qatmaq) ilıq şəkildə qurtum-qurtum için. Bütün gün
ərzində 2 litr meyvə şirəsinə o qədər də çiy su qatıb maye
qəbulunu davam etdirin.
Diqqət! Hipetoniklər duz məhlulunu içməzdən öncə
təzyiqi qaldıran vasitə qəbul etməlidir!Diabet xəstələri isə arada
meyvə-tərəvəz yeyə bilərlər.
Şirə hazırlayarkən limon, portağal, qreypfutdan istifadə
etmək lazımdır. Sonrakı gün yenə də 2 litr meyvə şirəsi içmək
lazımdır. Lakin bu dəfə meyvə şirəsinə su qatmağa ehtiyac
yoxdur. Meyvələri dəyişmək də olar.
Belə təmizləmənin üstün cəhəti ondan ibarətdir ki,
limfalarda, toxumalarda, kapilyarlarda yığılıb qalan toksik
materialları öz “yuvalarından” çıxardıb, kənarlaşdıra bilir.
UOKER METODU İLƏ TƏMİZLƏNMƏ
Dəyərli ömrünün 50 ildən çoxunu bitkilərin müalicəvi
xassələrini araşdırmağa həsr edən dünya şöhrətli naturopat alim
Norman Uoker (ABŞ) orqanizmi toksinlərdən təmizləməyin
downloaded from KitabYurdu.az
178
(detoksikasiya) daha bir təsirli üsulunu sınaqdan keçirmiş və
yaxşı nəticələr əldə etmişdir. Buyurun həmin üsulla tanış olun.
Səhər tezdən,1 stəkan çiy suya 1 xörək qaşığı natrium
sulfat qatıb ac qarınına içmək lazımdır.Məqsəd bağırsağı təmizlə
-mək deyil,yığılıb limfalarda qalan bütün toksik materi-alları öz
“yuvalarından” çıxardıb, bağırsağa toplamaqdır.Belə zərərli zibil
3-4 litr və daha çox ola bilir. Onların vücuddan kənarlaşdırılması
bədənin susuzlaşmasına gətirib çıxardır. Bunun qarşısını almaq
üçün 2 litr sitrus meyvələri şirəsini 2 litr suya qatıb, fasilələrlə
qurtum-qurtum içmək lazımdır. Şirəni düzəltmək qaydası
belədir: 4 ədəd böyük həcmli (6 ədəd orta həcmili) qreypfrutun
şirəsinə 2 ədəd böyük (3 ədəd orta həcmili) limonun şirəsini
qatmaq, bunlara o qədər portağal şirəsi əlavə etmək lazımdır ki,
2 litr şirə düzəlsin. Həmin şirəni 2 litr suya qatışdırmaq lazımdır.
Duz məhlulunu içəndən 30 dəqiqə sonra şirəni qəbul
etməyə başlayın (hər 20-30 dəqiqədən bir), 4 litr mayeni
qurtarın. Həmin gün heç nə yeməyin (diabet xəstələri axşam üstü
portağal və qreypfrut meyvəsi, yaxud kərəviz şirəsi qəbul etsin) .
Yatmazdan öncə 2 litr qaynamış suya 1-2 limonun şirəsi-
ni qatıb imalə edin,bağırsaqlarda qalan zir-zibili təmizləyin.Bu
tədbiri 3 gün təkrarlayın. Bu vaxt bədəndən 12 litrə qədər toksik
material çıxacaq. Dördüncü gün və daha bir neçə gün yalnız
tərəvəz şirəsi içmək, tərəvəz salatı və meyvə yemək lazımdır.
Zəyifləyənlər əsla narahat olmasın: müvəqqəti halsızlıq
tez keçəcək, yaranmış narahatlığın mükafatı –gümrahlıq və uzun
ömür olacaq!
QARA CİYƏRİN TƏMİZLƏNMƏSİ
İtburnu yarpağından, yaxud 3 xörək qaşığı itburnu
giləsindən hazırlanmış 0,5 litr dəmləməni axşamdan termosda
saxlamaq.Səhər stəkana 3 xörək qaşığı ksilit(yaxud sorbit) töküb
dəmləmə ilə qarışdırmaq və bir nəfəsə içmək. 20 dəqiqədən
sonra termosda qalan itburnu dəmləməsini ayrıca içmək. 45
downloaded from KitabYurdu.az
179
dəqiqədən sonra nahar etmək:şirəli meyvələr və ya tərəvəz salatı,
qoz-fındıq,moruq, qara qarağat, itburnu yarpaqlarından dəmləmə
qəbul edə blərsiniz. Maye qəbul etdikdən sonra unitaza yaxın
yerdə vargəl etmək məsləhətdir. Proseduranı hər 2 gündən bir,
ümumiyyətlə, 6 dəfə təkrar edin (məsələn, 5-ci, 1-ci, 4-cü, 7-ci,
3-cü və 6-cı günlər), sonra qara ciyər təmizlənməsini həftədə bir
dəfə təkrar etmək olar.
Təmizlənmə vaxtı müxtəlif ağrılar və xoşagəlməz hallar
baş verə bilər.Qorxmaq lazım deyil.Yada salın:evi təmizləyəndə-
aləm bir-birinə dəyir, lakin siz bunu əvvəlcədən bildiyiniz halda,
süpürgəni,döşəməsiləni tərəddüd etmədən işə salırsınız. Sonra ev
üzünüzə gülür və siz çəkdiyiniz əziyyətdən həzz alırsınız.
Orqanizm də belədir:təmizləmədən sonra qazandığınız can
rahatlığı sizə hər şeyi unutduracaq.
Qara ciyəri xəstə olan adamlara məsləhətim budur ki,
gündə 2 dəfə, yeməkdən sonra qara ciyərin və mədə-bağırsağın
üstünə “qrelka” qoyub,40 dəqiqə saxlasınlar.Bunu qara ciyərin-
dən şikayəti olmayan adamlar etsələr (gündə 1 dəfə), onların bu
möhnətkeş orqanla bağlı heç bir problemi olmayacaq.
Qara ciyərin hüceyrələri hər 6 aydan bir təzələndiyi üçün
onu sağaltmaq,nisbətən,asandır.Qara ciyərin “ərazisi” tez böyüyə
və kiçilə bilir.
Qara ciyərin sağlam qalması üçün gündə 2-3 litr çiy su
içmək və səhərlər turş meyvə yemək məsləhətdir.
DUZ YIĞINTILARINDAN TƏMİZLƏNMƏ
Qara
turpu
yaxşı-yaxşı
yuyun.
Qabıqlı-qabıqlı
dezinfeksiyaedici məhlula(marqans,yodinol) qoyun,15-30 dəqiqə
saxlayın, soyuq suda yaxalayın, şirəsıxan maşından keçirib,
şirəni ağzı möhkəm qapanan qaba tökün, soyuducuda saxlayın,
gündə 3 dəfə (hər hansı vaxtda) qəbul edin-hər dəfə 30q. Çox
olmaz-fəsad verər. Fasilə vermədən 10 kq turpun şirəsini için.
downloaded from KitabYurdu.az
180
Bu müddət ərzində yağlı xörəklər, ət, nişasta, yumurta yemək
olmaz. Unutmayın ki, məhz bişmiş xörəklər duzların oynaqlarda
və digər orqanlarda yığışmasına səbəb olur. Qida hər vaxt təbii
olmalıdır, xüsusilə də müalicə vaxtı.
Bərk ağrılar baş verə bilər.Təhlükəli deyil.Bu, o deməkdir
ki, xəstəlik izsiz-tozsuz yoxa çıxır. Dərman içməyin.
Bişmiş xörəkləri menyudan çıxarsanız-orqanizmə daha
heç vaxt duz yığılmayacaq. Nişinin apardığı tədqiqatlar göstərir
ki, quzuqulağı turşusunun duzunu yalnız və yalnız quzuqulağı
turşusu əridə bilir.Quzuqulağı turşusu isə çiy şəkildə yeyilən
tərəvəzdən,meyvədən,şüluldan,göy-göyərtidən,zoğlardan,yarpaq
-lardan əmələ gəlir.Təkcə çiy xörəklə ötüşməyə hər adamın
hünəri çatmaz. Belələrinə xüsusi resept təklif edirik.
Beş dəfnə yarpağının (lavrovı list) üstünə 300 ml qaynar
su tökün, zəyif odda 5 dəqiqə qaynadın. Dərhal su ilə bərabər
termosa tökün, 4 saat dəmləyin. Mayeni süzüb xırda qurtumlarla
için.Bütün mayeni 12 saata bölmək lazımdır.Birdən-birə çox
içmək qanaxmaya səbəb olar. Proseduranı üç gün təkrar edin,
mümkün olsa, vələmir samanı vannası, ya da iynəyarpaq (xvoy)
budaqlarının, yaxud maqnezium duzunun vannasını qəbul edin: 3
gün bağırsağı imalə ilə təmizləmək, kontrast su vannaları və
hava vannaları qəbul etmək, Nişinin 6 qaydasına əməl etmək
vacibdir. Bir həftədən sonra proseduranı yenidən 3 gün təkrar
etmək. Qəbzliyi olan adamlar imaləyə ara verməlidirlər.
Birinci il oynaqları hər 3 aydan bir, sonralar ildə 1 dəfə
təmizləmək lazımdır.
DAMARLARIN TƏMİZLƏNMƏSİ
Damarların sarımsaqla təmizlənməsi bəşəriyyətə çoxdan
bəllidir. Belə təmizləmə damarları elastik və çevik edir.Damar
xəstəlikləri sağalır,infarkt və ya iflic olmaq ehtimalı heçə enir,
baş ağrısı yox olur,görmə və eşitmə qabliyyəti güclənir, ayaqda
vena xəstəlikləri sağalır,cism və ruh təzələnir,cavanlaşır. Dəmlə-
downloaded from KitabYurdu.az
181
məni payızda,sarımsaq təzə yetişən kimi hazırlamaq və fevrala-
dək qəbul etmək məsləhətdir.Tədbiri hər 3-6 ildən bir təkrar
etmək olar.Başlayın:350 qr.seçmə sarımsağı horraya döndərin,
şüşə bankaya tökün,qapaqla və qara parça ilə bağlayın. Bir qədər
saxlayın.Əmələ gələn mayeni yarım litrlik şüşə bankaya tökün,
ona 200 ml təmiz tibb spirti əlavə edin(başqası ilə əvəz
etməyin),qarışdırın.Ağzını möhkəm qapayıb sərin yerdə saxlayın
(soyuducuya qoymaq olmaz!), üstünü başqa qabla örtün (papaq
kimi),10 gün saxlayın.Hazır mayeni qalın parçadan süzün, 2-3
gün eyni vəziyyətdə saxlayın. Hazır məhlulu aşağıdakı sxem
üzrə qəbul edin. Rəqəmlər damcıların sayını göstərir.
Onuncu gündən sonra maye qutarana kimi hər öynə 25
damcı qəbul etmək lazımdır. Proseduranı birdən kəsmək olmaz.
Dozanı tədricən aşağı salmaq və 1 damcıya çatdırmaq lazımdır.
Başqa cür etmək də olar: 15 damcıya qədər qalxıb, sonra aşağı
düşmək. Sikli təkrar edin. Yadda saxlayın: dəmləməni onun 3
misli qədər su ilə qarışdırmaq lazımdır., hər dozanı 50 ml qatıq
məhsuluna(kefir,prostokvaşa, qatıq, ayran) qatıqdan sonra içmək
olar.Bir yana gedəndə dərmanı və 50 ml qatığı özünüzlə
günlər
səhər
günorta
Axşam
1
1
2
3
2
4
5
6
3
7
8
9
4
10
11
12
5
13
14
15
6
15
16
17
7
18
19
20
8
21
22
23
9
24
25
25
10
25
25
25
downloaded from KitabYurdu.az
182
götürməyi unutma.Bu dəmləmədən 5 ildə 1 dəfə istifadə etmək
məsləhətdir.
DOQQUZUNCU FƏSİL
XƏRÇƏNG – CƏHALƏT XƏSTƏLİYİDİR!
XƏRÇƏNG – SAĞALAN XƏSTƏLİKDİR!
Müasir tibb elminin “etimologiyası bəlli olmayan çarəsiz
dərdlər” siyahısına lap başdan yazdığı xərçəng-adi xəstəlikdir və
cəhalətin acı nəticəsidir.Elmi dildə desək,xərçəng-yeni hüceyrə
düzəldən mexanizmin “sınması”, sıradan çıxması deməkdir.
Onda belə bir sual doğur:nə edək ki, “mexanizm” düzəlsin və
normal işləsin? Bu suala düzgün cavab tapmaq üçün şişlərin
xassəsi ilə yaxından tanış olmaq lazımdır.
Öz tamahının ucubatından başına min bir müsibət gələn
zavallı bəşəriyyətə 2 cür şiş bəllidir:“xoşxasiyyət” şişlər və
“bədxasiyyət” şişlər.Birinci şişlərin(ziyillər və s.) hüceyrələri
başqa hüceyrələrdən ayrılıb, özü üçün bir xudmani “xeymə”
qurub ayrıca yaşayır,heç kəslə işi yoxdur.İkinci şişlərin hüceyrə-
ləri isə qəsbikardı,yeni ərazilər zəbt etməyə can atır, az vaxtda
bədənə yayılır, yeni hüceyrə birləşmələri (metastazlar) əmələ
gətirir. Xərçəng bu ərazilərdə dəhşətli dağıdıcılıq işləri görür.
Tibb elmi “bədlər”in özünü də 2 qismə bölüb:üst təbəqəni
zədələyən epitelial şişlər,əzələləri,sümüyü,qanı və digər toxuma-
ları zədələyən qeyri-epitelial şişlər. Epitelial şişlərə “xərçəng”
adı veriblər, qeyri-epitelial şişlərə isə-“sarkoma”. Epitelial
xərçəng -epiteli olan (dəri, dil, tüpürcək, bağırsaq, düz bağırsaq,
anus, uşaqlıq, yumurtalıq, böyrəklər, sidik kisəsi və s.) hər bir
orqanda inkişaf edə bilər. Daxili epitelial xərçəng isə limfatik
vəzilər və qan damarları vasitəsilə bir orqandan başqalarına da
keçə bilir. Bu, bir evdə baş verib, digər evlərə keçən yanğına
bənzəyir. Tibb elmi bu yanğını söndürməyə qadir deyil. Zavallı
təbiblər boyunlarını büküb aciz halda çiyinlərini çəkir və
downloaded from KitabYurdu.az
183
deyirlər: “Xəstəlik təzə başlayanda bizə müraciət etsəydiniz”.
Zavallı həkimləri qınamırıq. Ali məktəblərdə onları inandırıblar:
xəstəlikləri ancaq dərmanla sağaltmaq mümkündür, xərçənginsə
dərmanı hələ tapılmayıb,alimlər bərk əlləşir,tezliklə tapacaqlar,
hələlik xərçəng - çarəsiz dərddir.
Artıq bilirik:tibb elminin acizliyi də,elə bədbəxtliyi də
ondadır ki, xəstəliyi törədən səbəbə qarşı deyil,xəstəliyə qarşı
mübarizə aparır, bütövlükdə adamın ruhunu və cismini deyil,
tək-tək orqanları müalicə etməyə çalışır.Bu,baş tutan sövda deyil.
Xəstəliyi aradan götürmək üçün səbəbi aradan qaldırmaq
lazımdır. Səbəbsiz heç bir nəticə olmadığı kimi, xərçəngi
(nəticəni) törədən səbəblər də mövcuddur və bəllidir. Dahi yapon
alimi professor Nişinin böyüklüyü ondadır ki, uzun illər axtarıb o
səbəbi tapmış və bütün dünyaya bəyan etmişdir.Bununla belə,
müasir tibb elmi xərçəngin müalicəsi üçün köhnə qayda ilə 3
vasitə tətbiq etməkdə davam edir: kimya – terapiya, rentgen-
terapiya və cərrahiyyə. Bunlardan təklikdə heç biri və üçü də
birlikdə səbəbi aradan qaldırmağa qadir deyildir. Bunu biz
Mayya Qoqulanın timsalında gördük və yüzlərlə başqa misallar
da çəkə bilərik.Dava-dərmanla,cərrah bıçağı ilə xərçəngi sağaltm
-aq cəhdi əbəsdir: səbəb qaldığı və yaşadığı üçün, nəticə yenidən
peydə olur. Hardansa axıb gələn və evimizə dolan çirkab kimi –
çirkabı vedrə ilə də ata bilərsiniz, nasosla da təmizləyə bilərsiniz,
fərqi yoxdur, bir azdan ev yenə də çirkabla dolacaq. Çünki
mənbə durur.
Böyük Nişi bütün dünyaya sübut etdi ki,yalnız üzüdönük
insanı cəzalandıran Ana Təbiətin özü onu hər hansı bəladan
qurtara bilər. Yalnız Təbiət Qanunlarını dəqiq yerinə yetirən şəxs
hər hansı bir xəstəlikdən, o cümlədən, xərçəngdən yaxa qurtarıb
sağlam (demək, xoşbəxt!) yaşaya bilər.
Professor Nişi onu da sübut etdi ki, bütün xəstəliklər kimi,
xərçəng də,sağalan xəstəlikdir.Alim bu fikiri elmi əsaslara sübut
etməklə kifayətlənmədi,həm də “əsrin bəlası”ndan yaxa qurtar-
downloaded from KitabYurdu.az
184
mağın tam və yetkin metodologiyasını hazırladı.Nişinin fikirincə,
xərçəng 3 əsas səbəbin labüd və qacılmaz nəticəsidir.
Dostları ilə paylaş: |