Birinci səbəb: orqanizmdə karbon oksidinin yığılması.
İkinci səbəb:orqanizmdə askorbin turşusunun (yəni S
vitamini) qıtlığı.
Üçüncü səbəb: orqanizmə şlak (zir-zibil) dolması.
Gəlin birlikdə araşdıraq:bədəndə karbon oksidi necə cəm-
ləşir?Bunun ən başlıca səbəbi-oksigen qıtlığıdır. Oksigen qıtlığı-
şlakların yanmamasına,o da-karbon oksidinin yığılma-sına səbəb
olur. Əfsuslar olsun ki, müasir insanın dərisi öz təbii funksiyasını
yerinə yetirə bilmir. Sadəcə desək, nəfəs ala və təmizləmə işləri
ilə məşqul ola bilmir. Çünki insan vaxtının əksər hissəsini
paltarda keçirir. Özü də necə paltarda! Çox hallarda əynimizə
sintetik materialdan hazırlanmış paltar geyirik. Bu azmış kimi,
xeyli bir hissəmiz beton evlərdə yaşayır, zəyif havalanan, zəyif
işıqlandırılan kabinetlərdə işləyirik,küçəyə çıxanda da maşınların
və zavodların zəhərlədiyi havanı uduruq. Üstəlik, səhər, axşam,
günorta bişmiş xörəklər yeyirik, çiy su içməyi heç ağlımıza da
gətirmirik.Nişinin “ölü qida” adlandırdığı xörəklər,oksigen
qıtlığı üzündən,mədə-bağırsaq traktında yana bilmir, quzuqulağı
turşusunun duzunu,zəhərli qaz,su və karbon oksidi yaradır.
Xərçəngin təməli belə qoyulur.
Bilin və agah olun: orqanizmə oksigen nə qədər az
daxil olursa,bədəndə suyun və karbon oksidinin miqdarı bir
o qədər artır.Lakin xəstəliyə bais təkcə oksigen qıtlığı deyil.
Qəbzlik ondan da dəhşətli bəladır. Nişinin apardığı müşahidələr
göstərdi ki, beyninə qan sızan xəstələrin 96 faizi qəbz olan
adamlardır.Bizə çox adi görünən qəbzlik adamın başına hər cürə
müsibətlər gətirməyə qadirdir.
Qəbzlik mədədən çıxıb bağırsağa bitişən borunun
(prevratnik) genişlənməsi deməkdir. Bu da 5-ci döş fəqərəsinin
zəyifləməsi nəticəsində baş verir.Bilirik ki,mədədə turşu mövcud
-dur,yoğun bağırsaqda isə-qələvi.Borunun genişlənməsi vaxtı
mədə turşusu bağırsağa axır və oradakı qələvini neytrallaşdırır.
downloaded from KitabYurdu.az
185
Bu da yoğun bağırsağın funksiyasını zəyiflədir.Bu hal müntəzəm
təkrar olunanda-qəbzlik baş verir.Proses karbon oksidinin toplaş-
ması ilə nəticələnir.Nə acqalma,nə də yumuşaldıcı dərmanlar
belə halda qəbzliyin qabağını ala bilir, çünkü səbəbi bağırsaqda
deyil, tamam başqa yerdə- 5-ci fəqərədə axtarmaq lazım gəlir.
Qəddinizi düzəldin! Nişinin Sisteminə əməl etmədən buna nail
olmaq mümkün deyil! 6 Qaydaya gündə 2 dəfə əməl edən şəxs -
fəqərələrin boşalmasından, laxlamasından, burxulmasından,
beləliklə də bütün xəstəliklərdən, o cümlədən, xərçəng xəstəli-
yindən mühafizə olunur.
Bəla mənbəyi olan kütlənin necə əmələ gəldiyini bildik.
İndi isə gəlin bəla yuvasının dağıdıcı təsir dairəsinə və mexaniz-
minə nəzər salaq.Bu kütlə nəyin yanında yığılırsa,xərçəng orda
baş verir-zibil hara tökülübsə, qurd-quş da ora yığışır.
Məsələn,kütlə yoğun bağırsaqda,qara ciyərə yaxın hissədə yığılıb
-sa,demək,xirtdəyin başının üstünü qara buludlar alıb.Appendek-
sə yaxın yerdə cəmləşəndə-mədənin borusu xəstələnir. Xroniki
ishal xəstəliyinə tutulan adam birdən-birə öz- özünə “sağalırsa”,
demək, bu adamın xərçəngə tutulmaq təhlükəsi var.
Buradan aydın olur: orqanizmin vəziyyəti-fəqərə sütu-
nunun və yoğun bağırsağın vəziyyətindən(dolu, ya boş olmasın-
dan) asılıdır. Fəqərə sütununun və yoğun bağırsağın vəziyəti isə
bizim həyat tərzimizdən, düşüncəmizdən, tərbiyəmizdən bir başa
asılıdır:nə yeyirik,nə içirik,necə və nə vaxt yatırıq, necə otururuq,
necə yeriyirik, Təbiətlə təmasda nə qədər oluruq, ayaq yoluna
necə gedirik (Nişi hesab edir ki, gündə bir dəfə ayaq yoluna
getmək normaldır, 95 il gənc qalan Pol Breqq isə belə hesab
edirdi ki, insan neçə dəfə yeyirsə, o qədər də boşalma olmalıdır),
vaxtı-vaxtında musiqiyə qulaq asırıqmı,deyib-gülürükmü,zarafat
edirikmi,xeyirxah işlər görürükmü və s. Göründüyü kimi,
xəstələnmək üçün səbəb nə qədər çoxdursa, xəstələnməmək üçün
ondan qat-qat çox səbəb mövcuddur.
İnsanın xərçəngdən qorunması üçün onun hüceyrələri
sağlam pərdə ilə örtülmüşdür. Yaş çoxaldıqca–həmin pərdə
downloaded from KitabYurdu.az
186
yeyilir. Bu da bir sıra xəstəliklərin, o cümlədən, xərçəngin
törəməsinə səbəb olur. Bəzi orta yaşlı və ahıl adamların dərisində
şabalıd rəngli ləkələr əmələ gəlir. Bu, o deməkdir ki, orqanizmdə
sağlam örtüklü hüceyrələr çatışmır və bağırsağa karbon oksidi
yığılır.
Karbon oksidinin bağırsaqda yığışmasının başqa bir
səbəbi də orqanizmdə əmələ gələn maqnezium qıtlığıdır. Torpağı
maqneziumla zəngin olan, əhalisi çoxlu çiy su içən, çiy meyvə-
tərəvəz, şülul, göy-göyərti yeyən bölgələrdə xərçəng xəstəliyi
törəmir. Maqnezium həm xərçəngin qarşısını alır, həm onu
müalicə edir, həm də əsəb sisteminə çox gözəl təsir göstərir.
Maqnezium orqanizmdə normal miqdarda olduqda, adam hər
hansı bir vəzifəni çox asanlıqla yerinə yetirir.Maqnezium
qocalıqdan törəyən əzələ əsməsinin qarşısını alır.Maqneziumun
suda və torpaqda kifayət qədər olması-dırnaqdakı ləkələri aradan
götürür, ayaqları möhkəmləndirir, ağ saçı qaraldır. Maqnezium
həzmolma prosesinə yaxşı təsir göstərir: ödün ayrılmasını
stimullaşdırır,mədəni və yoğun bağırsağın fəallığını artırır,
mədəni
təmizləyir,ishalın
qarşısını alır,cinsi orqanların
fəaliyyətini gücləndirir.
Uzun illər xərçəngin törəmə səbəbini və onun
maqneziumla əlaqəsini öyrənən Nişi bu qənaətə gəlmişdir ki,
xərçəng xəstəliyinə tutulmuş adam hər gün zəyif maqnezium
məhlulu (1,21 faizə yaxın) qəbul etsə və dozanı orqanizmin
vəziyyətinə uyğun şəkildə tənzimləsə, bu bəladan yaxa qurtara
bilər. Qeyd edək ki, belə məhlulu yaraya vuranda-dərhal sağalır.
Vannaya 1-2 çimdik maqnezium atsanız və çimsəniz-zədələnmiş
dəriniz sağalar, əsəbləriniz və əzələləriniz möh-kəmlənər. Hər
gün qəbul edilən maqnezium ayaq yoluna normal getməyə
kömək edir və xroniki ishalı sağaldır. Bəzi həkimlər xərçəngə
tutulmuş xəstələrə maqnezium xlorid iynəsi təyin edirlər.
Başqaları isə qurquşuna üstünlük verirlər. Nişinin fikirincə,
bunların heç biri səmərə vermir.Çünki qəbzliklə maqnezium
downloaded from KitabYurdu.az
187
qıtlığı sırf bağlıdır. Köhnə yığıntılardan təmizlən-məyin yeganə
yolu- aclıq və maqnezium dietası saxlamaqdır.
Daha bir səbəb haqqında. Biz bilirik ki, şəkərin və spirtli
içkilərin mütəmadi olaraq qəbul edilməsi-qan damarlarının pisləş
-məsinə və atrafiyaya gətirib çıxardır.Bu da karbon oksidinin
yığışmasına səbəb olur.Nəticəsi- xərçəngdir!.. Yadda möhkəm
saxlayın: rafinləşdirilmiş şəkər və ondan düzəldilmiş məmulatlar,
duzlu xörəklər,konservlər,nişastalar,əla növ buğda unu,konserv-
ləşdirilmiş şorbalar,qurudulmuş ətlər və kolbasalar, spirtli içkilər,
tütün,çay,kofe və digər süni stimulyatorlar hüceyrələri məhv edir.
Onlar bizim bədənimizdəki kalsiumu “oğurlayıb” yeyir, həm
cibimizə, həm də cismimizə böyük zərbə vururlar.
Əziz analar, uşaqları şirniyyata, şokolada, pirojnalara,
tortlara və s. öyrətməyin! Xurma, kişmiş, alma, armud, üzüm,
albalı, gavalı, tut, əncir, qoz, fındıq, püstə, badam, innab, iydə və
onlara digər natural nemətlər-bax budur onların yeməyi!
Uşaqlarınızı sağlam, ağıllı və xeyirxah görmək istəyirsinizsə,
pulunuzu belə ərzaq növlərinə verin.
Beləliklə də, xərçəngi törədən amillərdən birini – bədənə
karbon oksidinin yığışmasını öyrəndik. İndi isə gəlin başqa bir
suala cavab axtaraq:bu bəlanı bədənimizdən necə qovub
çıxardaq? Burada sizin köməyinizə yalnız və yalnız Nişi Sistemi
və “çılpaqlıq müalicəsi” (kontrast hava və su vannaları) gələ
bilər. Başqa müalicə üsulu yoxdur. Bu sistem xərçəngdən yaxa
qurtarmağın 3 vacib şərtini təklif edir:
-Orqanizmdə karbon oksidinin təmizlənməsi.
-Orqanizmin S vitamini ilə təmin edilməsi.
-Qan damarlarının regenerasiyası və hüceyrələrin
təmizlənməsi.
Buna nail olmaq üçün öncə, korlanmış dərinin
funksiyasını bərpa etmək, bütün şlakları bağırsaq pərdələrindən
qoparıb bayıra atmaq, qəbzliyi aradan qaldırmaq, qanın və
limfanın normal dövranına nail olmaq, orqanizmdəki bütün duru
downloaded from KitabYurdu.az
188
məhlulları təmizləmək, hər zaman, bütün şəraitlərdə qaməti düz
saxlamaq lazımdır.
Nişi Sistemi karbon oksidini hava vannasının (xəstələrin
vəziyyətindən asılı olaraq 6-12 dəfə) köməyi ilə təmizləyir. Bu
əməliyyatın sayəsində bütün şlaklar, o cümlədən, sidik turşusu
dəridən kənar edilir, orqanizmə dəri vasitəsilə oksigen və azot
daxil olur. Kontrast su vannları bu vacib vəzifəni yerinə yetirir.
Qaldı S vitamini problemi.Onu da çox asan yolla həll
etmək mümkündür:5 cür təzə tərəvəzin və 3-8 növ meyvənin
şirəsini qarışdırıb için.Qara qarağat, moruq, itburnu, yaxud
xurma yarpağından dəmlənmiş çay için. Şirə çəkmək mümkün
deyilsə, çox meyvə və tərəvəz yeyin, sutka ərzində 2-3 litr çiy su
için. Turşu əmələ gətirən xörəklər (düyü, balıq, toyuq- beş cür
tərəvəzlə bərabər) yemək faydalıdır. Təbii ki, bişmiş xörəklər çiy
qidadan 3 dəfə az olmalıdır. Yuxarıda deyilən yarpaqlardan,
yaxud itburnu meyvəsindən dəmlənmiş çayı çox içdikdə, çiy
suyun miqdarını azaltmaq olar.
Çanaq orqanlarının vəziyyətinə nəzər salmağı da
unutmayın.Burada Nişinin 6 Qaydası sizə yardımçı olacaq.
Gündə 2 dəfə(səhər saat 7-də və axşam saat 18-də
)
təmrinləri
yerinə yetirsəniz çanaq orqanlarınız qaydaya düşəcək.
Fitnə-fəsad yuvası olan qəbzlik aşağıdakı səbəblərdən də
baş verə bilər:
1. Çoxlu quru,nişastalı,büzüşdürücü,bağlayıcı qida qəbul
etdikdə və tərkibində əhəng çox olan su içdikdə, həddən çox
tərlədikdə. Bu halda işlədici dərman qəbul etmək olar. Lakin ən
yaxşı yol-dieta saxlamaq,adi çay əvəzinə otlardan çay dəmləmək,
hava və su proseduralarını yerinə yetirməkdir.
2.Əsəb sistemi xəstələndikdə, sarsıdıcı hallar çox olduqda.
Bu halda dietanı dəyişmək,bütün qıcıqlandırıcı qidalardan imtina
etmək,zülallı qidaları menyudan çıxartmaq,spazma götürən
dərmanlar atmaq lazımdır,isti oturaq vannaları yaxşı sakitləşdir-
ici təsir göstərir.Qarına kompres qoymaq,yedikdən sonra 30-40
dəqiqə ərzində qara ciyərin üstünə “qrelka” qoymaq kömək edər.
downloaded from KitabYurdu.az
189
Təbii ki,kontrast hava və su vannalarının,eləcə də Nişinin 6
Qaydasının müşayəti ilə.
3.Mexaniki yolla baş verən qəbzliyi(bağırsağın daral-
ması,onun soyuqlaması vaxtı qida ilə,hamiləliklə,qarında yır-
tıqla, nəcis daşları ilə və s. sıxılması) imalənin,isti kompreslərin
(qarın nahiyəsinə),vannaların (istilik 38 dərəcə,10-15 dəqiqə
müddətə) köməyi ilə aradan qaldırmaq olar. Yulaf yarmasının
isti həlimi, badam südü içmək, maqneziumla zəngin olan qidalar
yemək məsləhətdir.
4. Bağırsaq əzələlərinin üzgünləşməsi (atoniya) sayəsində
yaranan qəbzlik (adətən, qan azlığından, orqanizmin ümumi
zəyifliyindən, tənbəllikdən, özünə qarşı biganəlikdən, laqeyd-
likdən və məsuliyyətsizlikdən əmələ gəlir). Yumşaldıcı dərman-
ların köməyi ilə sağaltmaq və orqanizmi dirçəldən tədbirlər
görmək, qarını masaj etmək (36 dəfə saat əqrəbi istiqamətində,
26 dəfə əksinə), ac qarına çiy su içmək, səhərlər limonla
sarımsaq qarışığı və alma yemək, günü alma ilə başlamaq, alma
ilə qurtarmaq. Hər dəfə yeməkdən sonra bir çay qaşığı bal yemək.
Qəbzlik davamlı olduqda həftədə 2 dəfə (məsələn, 2- ci
və 5- ci günlər) dieta saxlamaq: kələmi və almanı sürtkəcdən
keçirib, üstünə kələm şirəsi tökmək. Ürəyiniz istəyən qədər yeyə
bilərsiniz. Əlavə heç nə yeməyin, qəbul etdiyiniz qidaların
hamısını yaxşı-yaxşı çeynəyin. Bunu həyat normasına çevirin.
Aşağıdakı gimnastika kompleksini yerinə yetirsəniz, sağalmaq
şansınız daha çox olar.
Döşəmədə arxası üstə uzanıb, bədəninizi 4-6 dəfə yavaş –
yavaş qaldırıb endirin.
Ayaq üstə dayanıb əllərinizi belinizə vurun, bədəninizi 6-
8 dəfə sağa, o qədər də sola fırladın.
Ya ayaq üstə, ya da uzanan yerdə, gah sağ dizinizlə, gah
da sol dizinizlə çiyninizə toxunmağa çalışın, dizinizi əllərinizlə
bədəninizə sıxın: 8-10 dəfə.
downloaded from KitabYurdu.az
190
Yarı- uzanmış halda (üzü aşağı) dizinizi bükün, qarın
divarını qısa müddətdə içəri çəkin, saxlayın və kəskin halda çölə
itələyib, qarnınızı dombaldın: 10-20 dəfə.
Qarnınızı müxtəlif şəkildə əsdirərək (elə bil xamırı
ovuşdurub hasilə gətirirsiniz) masaj edin.
5. Bütün duru məhlulların bədəndən təmizlənməsinə çiy
su içmək və təbii enerjidaşıyıcı qidalar yemək, bədəni düz
saxlamaq çox yaxşı kömək edir. Paltara çox bürünməyin, imkan
verin dəriniz öz funksiyasını yaxşı yerinə yetirsin. Yeməyinizə
fikir verin. Yadda saxlayın ki, professor Nişi xərçəngi -laqeydlik,
mədəniyyətsizlik, cahillik və nadanlıq xəstəliyi adlandırmışdır.
KONTRAST HAVA VANNASI
Dərimiz Kainatla bədən arasında həm sərhəddir, həm də
körpü. Dəri maddələr mübadiləsi prosesinə güclü təsir göstərir,
bədənin hərarətini tənzimləyir. Lakin dünyaya lüt gələn insan
Yer üzünü buz örtəndən sonra, öldürdüyü heyvanların dərisinə
bürünmək, bu yolla soyuqdan qorunmaq məcburiyyətində qalıb.
Hazırda paltar təkcə soyuqdan qorunmaq vasitəsi deyil, ondan
daha çox bər-bəzək rolu oynayır, zənginlik və kübarlıq atributu
kimi çıxış edir. İndi biz bədənimizi sintetik mallarla bərk-bərk
“bələyib”, Ana Təbiətin saflaşdırıcı qüvvəsindən –oksigendən və
şəfalı Günəş şüalarından təcrid edirik. Geyim–keçim bir yana,
modabazlıq qadınlarımızın açıq qalan bir parça dərisini-əllərini
və üzlərini də Kainatdan təcrid edib:ənnik-kirşan, zəhərli boyalar,
yağlar,pudra,pamada, karandaş və s. dərini nəfəs almağa qoymur,
onu boğur.Orqanizm zəyifləyir,xəstəlik törədən amillərin
hücumuna tab gətirə bilmir.
Dəri ilə tənəffüsü təmin etmək, yaxud gücləndirmək üçün
“kontrast hava vannası” əvəzsiz vasitədir.İcazə verin, möcüzəsini
öz üzərimdə sınadığım bu proseduranın yerinə yetirilməsi
qaydasını diqqətinizə təqdim edim.Onun mahiyyəti lüt soyunub,
downloaded from KitabYurdu.az
191
aşağıda göstərilən qaydada bədəni gah soyuq havaya vermək,
gah da isti paltarla (yaxud isti yataqda) qızdırmaqdan ibarətdi.
sıra
soyuqda
(saniyə)
Istidə
(dəqiqə)
1
20
1
2
30
1
3
40
1
4
50
1,5
5
60
1,5
6
70
2
7
80
2
8
90
2
9
100
2
10
110
2
11
120
2
12
130
2
Sonra düz yataqda (bərk yastıqda) bir qədər sakitcə
uzanmaq lazımdır.Bu metodu ilk dəfə tətbiq edənlər,ahıl adamlar
və orqanizmi zəyif olan xəstələr aşağıdakı sxemə əməl etməlidir:
birinci gün-soyuqda 20-70 saniyə,ikinci gün 20-80 saniyə,
üçüncü gün 20-90 saniyə, dördüncü gün 20-100 saniyə, beşinci
gün 20-110 saniyə və altıncı gün 20-120 saniyə vanna qəbul edə
bilərlər. Bu proseduranı 12 dəfə və daha çox yerinə yetirmək
istəyənlər saniyələri artıra bilərlər. Bu proseduranı uşaq, yaxud
ağır xəstə yerinə yetirirsə,onda hər dəfə çılpaq vəziyyətdə
qalmaq maksimum 80-90 saniyə çəkməlidir. Soyuq yerdə
dayanarkən ayaqlara ev başmağı geymək məsləhətdir.
Lüt vəziyyətdə olarkən pəncərəsi açıq qalan soyuq otaqda,
paltar geyinərkən pəncərəsi bağlı olan isti otaqda qalmaq
lazımdır. Bərk və düz yataqda uzanmaq da olar. Bürünəcəyiniz
downloaded from KitabYurdu.az
192
paltar kifayət qədər isti olmalıdır. Lakin bədəni tərlətmək lazım
deyil.Əlləri şişin,digər xəstə yerin üstündə saxlamaq lazımdır.
“Konrast hava vannası” qəbul etməyin ideal vaxtı-dan
yeri sökülən çağdır. Hər halda, səhər saat 10-dək proseduranı
bitirmək məsləhətdir.Mümkün olmasa,onu axşam saat 21-ə
keçirin. Proseduranı yemək ərəfəsində və yeməkdən 40 dəqiqə
keçməmiş qəbul etmək fayda verməz.Su vannası,duş qəbul
edəndən 1 saat sonra onu yerinə yetirmək olar.
Bədəni zəyif olanlar bir müddətdən sonra proseduranı
dayandırıb dincəlməli və təzədən başlamalıdır.Ən azı 3 ay
davam edin,nə qədər çox məşğul olsanız,bir o qədər yaxşıdır.
Qara ciyəriniz,yaxud digər daxili orqanlarınız xəstədirsə,
proseduranı günorta,hava qızanda qəbul etmək məsləhətdir.
Bədən alışandan sonra vaxtı tədricən dəyişin, səhərə tərəf
sürüşdürün və səhərlər, mədəniz boş, hava soyuq olanda başlayın.
Bir aylıq müalicədən sonra 3-4 gün ara verin. Xəstələr müalicə
ilə müntəzəm 1 il məşğul ola bilər.
Diqqət: “çılpaq-terapiya” müxtəlif formada reaksiya verə
bilər. Çəkinməyin. Bəzən xəstələrin dərisi gicişir, qaşınır, səpir.
Müvəqqəti simptomlardır və yaxşı əlamətdir:qana dolmuş
müxtəlif zərərli maddələr bədəni tərk edir,dəri məsamələri
vasitəsilə kənar olunur.Dərini qaşımayın, qaşınan yerə heç nə
qoymayın,alma sirkəsi ilə silə bilərsiniz. Xəstə gigenik alt paltarı
geyməli, onu tez-tez dəyişməli və çoxlu su içməlidir. Yaxşı olar
ki, imalə müalicəsindən istifadə edəsiniz. Bir neçə gündən sonra
qaşınma keçəcək.
Baş verə biləcək mədə ağrısı da sizi narahat etməsin-hətta
kəskin şəkil asla da! Müvəqqəti xarakter daşıyan bu hal sübut
edir ki, müalicə uğurla gedir. Davam edin!
HAVA İLƏ MÜALİCƏ
Hava ilə müalicə “Konrast hava vannası”na çox yaxındır.
Fərq bundadır ki, onu açıq havada yerinə yetirmək lazım gəlir.
Metodika da eynidir, təsir mexanizmi də. İsti və soyuq bir-birini
downloaded from KitabYurdu.az
193
əvəz etməlidir.Bədəni qızdırmaq üçün geyəcəyiniz paltar o
dərəcə isti olmalıdır ki, tərləməyəsiniz. Çılpaq qalma müddətinə
dəqiq əməl etmək vacibdir. İstidə qalmaq vaxtını isə uzatmaq da
olar, ziyanı yoxdur.Ağır xəstələr proseduranı yaxın adamların
köməyi ilə yerinə yetirsələr yaxşıdır.
Birinci seans: arxası üstə- 40 saniyəyədək, sağ yan üstə-
40-70 saniyə, sol yan üstə- 70-100 saniyə, yenidən arxası üstə
100-120 saniyə uzanın. Lüt olarkən keyləşən yerləri masaj edin,
yaxud Nişi təlimindəki 3-cü, 4-cü və 5-ci Qaydalardan birini
yerinə yetirmək olar. Prosedura bitəndən sonra 10 dəqiqə “lotos”
vəziyyətində sakit və rahat uzanmaq lazımdır.
Müalicəni gün doğandan sonra, yaxud gün batmamış
başlayın.Xəstəsinizsə,üşüyürsünüzsə onu günorta başlayın, sonra
hər gün vaxtı 30-60 dəqiqə səhərə tərəf “sürüşdürün”.Tədbiri
günün altında yerinə yetirmək zərərdir.Onu yeməkdən 1 saat
qabaq,yaxud 30-40 dəqiqə sonra,su vannası qəbul etməzdən
qabaq istənilən vaxtda, ya da vannadan 1 saat sonra yerinə
yetirmək olar.
KONTRAST SU VANNASI
İsti vannada tərləyərkən adam külli miqdarda S vitamini
itirir, turşu-qələvi tarazlığı pozulur,onu bərpa etmək asan iş deyil.
Konrast su vannası isə orqanizmi normal vəziyyətdə saxlayır, S
vitamininə və turşu-qələvi balansına xələl gətirmir.
Bəs nə verir? Konrast su vannası-nevralgiya, revmatizm,
baş ağrısı,diabet,hipertoniya,ürək-damar və qara ciyər xəstəliklə-
ri, soyuqdəymə, Addison xəstəliyi, Bexteryev xəstəliyi, anemiya,
qan dövranı xəstəlikləri üçün gözəl şəfa mənbəyidir.Lakin hər
kəs elə vanna forması seçməlidir ki, ona maksimum fayda versin.
Məsələn,zöhrəvi xəstəliyə tutulanlar əvvəlcə “çılpaq- terapiya”-
dan başlamalı,2-3 ay davam etdikdən sonra su vannasına keçməli
-dir. Orqanizmi zəyif olanlar və yaşı 30-u keçənlər yaxşı olar ki,
əvvəlcə əl-ayaq vannasından başlasın: ilk vaxtlar dizə və dirsəyə
downloaded from KitabYurdu.az
194
qədər suya girin, sonra suyu tədricən qasığa və çiyinə çatdırın.
Bunu bir neçə dəfə edəndən sonra bütöv vanna (yaxud duş)
qəbul etmək olar.Hər bir halda soyuq və isti suları növbə ilə
dəyişmək lazımdır.Bədəni isti və soyuq suya tədricən alışdırmaq
vacibdir. İlk günlər hərarət bədən temperaturuna yaxın olmalıdır.
Sonda isti suyun hərarəti 40-43 dərəcə,soyuğunku isə 14-15
dərəcə olmalıdır. Bütün hallarda başı islatmayın.
Ağır xəstələr və zəyif adamlar “qasıq-çiyin” vannasını
qəbul etməzdən öncə,adi vanna qəbul edir: bütün bədəni suya
salır.Bədəni yaxşı-yaxşı silib qurulayır, sonra kontrast vannanı
başlayır.Vannaların ümumi sayı 5-7-9-11 və daha çox ola bilər:1
dəqiqə soyuq vannada uzanırsınız, ardınca 1 dəqiqə isti vannada.
Soyuq vannadan başlayıb,soyuq vanna ilə bitirmək lazımdır.
Bədəni yaxşı-yaxşı qurulayıb,lüt dayanmaq lazımdır:arıq adam-
lar 6-15 dəqiqə,orta köklər 15-20 dəqiqə,köklər isə 30 dəqiqə.
Aterioskleroz xəstəliyindən əzab çəkənlər aşağıdakı sxem
üzrə vanna qəbul edə bilər.
Dostları ilə paylaş: |