bütövlükdə və hər bir hüceyrə ayrı-ayrılıqda dünyanın
bütün akademiyalarından müdrik və ağıllıdır”.Onları pis
günə özümüz qoyuruq,sonra da gözümüzü tikirik akademiyaların
əlinə-nə vaxt xərcəng dərmanı tapacaq?..Gözləyin...
ON İKİNCİ FƏSİL
VİTAMİNLƏRİ HARDA AXTARAQ?
A vitamini(retinol və karotin).Retinol maddələr müba-
diləsini yaxşılaşdırır, boy artımı prosesində fəal iştirak edir,
dərini və selikli qişanı zədələməyə qoymur,cavanlığı uzadır.Bir
çox həkimlər A vitaminini haqlı olaraq “xəstəliklər əleyhinə
birinci müdafiə xətti” adlandırırlar.Bu vitamin çatmayanda-dəri
quruyur, narın səpir, tüklər tökülür, görmə qabliyyəti zəyifləyir,
“toyuq korluğu” (axşam çağı görə bilmir) baş verir. Retinoldan
allergiya əleyhinə istifadə yaxşı səmərə verir.
downloaded from KitabYurdu.az
242
Əsas mənbə: kök, kələm, bitkilərin yaşıl hissəsi, qara
ciyər, böyrəklər, dəniz balığı, balığın qara ciyəri, yumurta sarısı,
kərə yağlar, qaymaq, qatıq məhsulları.
Bu vitaminə olan təlabatın üçdə bir hissəsi retinol olan
ərzaqlar (kərə yağı, qaymaq, yumurta sarısı, qara ciyər, böyrək,
qatıq məhsulları) hesabına, üçdə iki hissəsi isə karotin olan
qidalar (ərik,kələm,kök,gavalı,balığın qara ciyəri,bitkilərin yaşıl
hissələri, kartof, bütün sarı meyvələr) hesabına ödənilməlidir. Bu
vaxt nəzərə almaq lazımdır ki, qidada olan karotinin fəallığı
retinoldan üç dəfə zəyifdir. Ona görə də çiy meyvə və tərəvəzi
bişmiş xörəkdən üç dəfə artıq yemək gərəkdir.
Aptekdən alınmış A vitaminini və balıq yağını ehtiyatla
qəbul edin. Onların artıq qəbul edilməsi onkoloji xəstəliklər
törədə bilər. Elə bu faktın özü də göstərir ki, qidanı natural
şəkildə qəbul etmək daha çox faydalıdır.
B qrupu vitaminləri-sağlamlığı qorumağa və həyatı
uzatmağa xidmət edir.
B
1
(tiamin). Bütün B vitaminləri bir-birinə bağlıdır, siz
onların birini qəbul edərkən, başqalarına olan ehtiyacı artırırsınız.
Tiamin əsəb sisteminin normal işləməsi üçün lazımdır,çatmayan-
da əsəb pozğuntusu əmələ gəlir.Qəbz olursunuzsa, yəqin bilin:
qidada tiamin çatmır. Bu halda kobud üyüdülmüş unun çörəyini
yeyin,dən yarmalarının çiy sıyığını (isti suda azca dəmləyərək)
salatla, yaxud tərəvəz şirəsi ilə qəbul edin.
Əsas mənbə: arpa,lobya,kartof,qara ciyər,araxis,fındıq,
qoz,badam, böyrək, kobud üyüdülmüş undan çörək, buğda (yaxşı
olar ki, cücərdilsin), qarğıdalı dəni, qarabaşaq (bütöv).
B
2
vitamini. Orqanizmdə bu vitaminin qıtlığı gec yaranır.
Lakin insanın ömrünü gödəldən məhz bu qıtlıq olur. Ona “dəri
vitamini” də deyirlər:dərinin təmiz və hamar olması üçün çox
lazımdır. Dəri haqqında bildiklərimizə onu da əlavə edək ki, dəri
orqanizmin 25 faizini təşkil edir,səhhətimiz dəridən çox asılıdır.
B
2
çatmayanda-görmə qabliyyəti zəyifləyir,əsəblər pozulur,
həzmolma pisləşir,xroniki kalit və qastrit yaranır, halsızlıq,
downloaded from KitabYurdu.az
243
ümumi zəyifləmə baş verir, orqanizmin xəstəliklərə qarşı
müqaviməti zəyifləyir.Dəriniz sağlam və hamar deyilsə,tez-tez
civzə çıxırsa,onu yara-xora basırsa bilin:qidada ya B
2
vitamini,
ya da riboflavin çatışmır.
Əsas mənbə: kələm, çiy noxud, alma, badam, göy lobya,
pomidor,turp,yulaf,pivə mayası(droj),yumurta, kartof, çiy buğda,
pendir, mal əti, qara ciyər, qatıq məhsulları.
B
3
vitamini (nikotin turşusu). Bu vitamin allergiya
əleyhinə işlədilir. Maddələr mübadiləsini yaxşılaşdırmaq üçün
əvəzsiz vasitədir, bir çox reaksiyalarda iştirak edir. Onun qıtlığı
yeknəsək qidalanma ilə bağlıdır (məsələn, əsasən, dənli bitkilər
və kartofla) və gətirib pellaqra adlı qorxunc xəstəliyin törəməsi-
nə çıxardır.Bu xəstəlik dərini,selikli qişanı,hətta,beyin hüceyrə -
lərini bərk zədələyir, əsəb xəstəliyi və ishal törədir.
Əsas mənbə: mayalar (pivə mayası),ət,böyrək,qara ciyər,
qatıq məhsulları,göbələklər,soya,cücərmiş buğda, yulaf (vələmir)
dəni, qarğıdalı, arpa və ya buğdadan hazırlanan sıyıqlar.
B
5
vitamini (pantoten turşusu). Ömrün uzadılmasına
xidmət edir.Bu vitamin çatmayanda-maddələr mübadiləsi pozu -
lur, boyun inkişafı dayanır və müxtəlif xəstəliklər baş verir.
Əsas mənbə:mayalar (pivə mayası), yumurta sarısı, qara
ciyər,böyrək,qatıq məhsulları,bitkinin yaşıl hissələri(turpun,
kökün yaşıl hissəsi,göy soğan),araxis,bütöv dənlərdən hazırlan -
mış sıyıq.
B
6
vitamini (piridoksin). Əzələ üçün (o cümlədən, ürək
əzələsi üçün) çox gərəkdir.
Əsas mənbə: bütöv dənlərdən sıyıq,cod undan çörək, ət,
balıq, bitki qidalarının əksəriyyəti, mayalar, qatıq məhsulları,
paxlalı bitkilər, qara ciyər, yumurta sarısı.
B
9
vitamini (folium turşusu) və B
12
(siono-kobalmin).
Bunlar qan yaratmaqda iştirak edir, karbohidratın və yağın
mübadiləsinə yardımçı olurlar,çatmayanda qan azlığı yaranır.
Əsas mənbə: qatıq məhsulları, yumurta, soya, mayalar (o
sümlədən, pivə mayası), turpun və kökün gövdəsi və yarpaqları,
downloaded from KitabYurdu.az
244
göy soğan,mal ciyəri, yaxud paştet (onu həftədə bir dəfədən artıq
yemək olmaz, paştetdən üç dəfə çox tərəvəz yemək lazımdır).
İnozit. Əsəb sisteminə müsbət təsir göstərir, mədənin və
bağırsağın funksiyasını tənzimləyir.
Əsas mənbə: portağal, göy noxud, yemiş, kartof, ət, balıq,
yumurta.
Xolin. Bu vitamin çatışmaynda qara ciyəri piy basır,
böyrəklər zədələnir.
Əsas mənbə:ət, kəsmik, pendir, kələm, çuğundur, paxlalı
bitkilər.
Əgər “ölü” qidalardan imtina etməyə iradəniz çatmırsa,
heç olmasa, mümkün qədər çox təzə qatıq məhsulları (bir sutka
ərzində hazırlanmışını) yeyin.Sıyığa 3-4 xörək qaşığı quru pivə
mayası əlavə etsəniz-B qrupundan olan bütün vitaminləri qəbul
etmiş olacaqsınız. Quru südün xidmətindən geniş istifadə edin. O,
kalorini və qanda xolosterini artırmadığı üçün çox qiymətlidir. 1
litr südə, kefirə, prostokvaşaya, ayrana və s. yarım fincan quru
süd əlavə etsəniz-dadlı və faydalı qida alarsınız. Amma hər halda,
qatıq məhsullarını təmiz şəkildə qəbul etmək daha faydalıdır.
S vitamini(askorbin turşusu). Bu vitaminin faydasından
danışarkən, təkcə onu göstərmək kifayətdir ki, Nişinin gəldiyi
qənaətə görə, xərçəngi törədən 3 vacib səbəbdən biri-orqanizmdə
S vitaminin çatışmamasıdır. Onu da deyək ki, bu vitaminsiz
sağlamlaşdırıcı-bağlayıcı toxumalar əmələ gəlmir,heç bir turşu -
laşdırıcı(bərpaedici) proses baş vermir.Qandakı toksin maddələri
blokadaya alan S vitamini orqnizmi müxtəlif infeksiyalardan
qoruyur. S vitamini olmasa, biz soyuqdəymələrdən heç vaxt yaxa
qurtara bilmərik.Adam nə qədər çox zülal qəbul edirsə, S
vitamini bir o qədər artıq gərəkdir. Bu vitamini hər gün qəbul
etmək zorundayıq: askorbin turşusu bədəndə yaranmır və yığılıb
ehtiyyat yaratmır.İnsan yalnız ana bətnində S vitamini istehsal
edə bilir, sonra bu qabliyyətdən məhrum olur. Lazım olan S
vitamini qida ilə, özü də gündəlik daxil olmalıdır: yaşlılar üçün
50-100 mq, uşaqlar üçün 30-70 mq. Təbii şəkildə qəbul
downloaded from KitabYurdu.az
245
edildikdə-çox olması qorxulu deyil. Qeyd edək ki, görkəmli
Amerika biokimyaçı alim,2 dəfə Nobel mükafatı laureatı Laynus
Polinq (1901-1994) askorbin turşusunu toz və həb şəkilində, özü
də külli miqdarda qəbul etməyin ən qızğın tərəfdarı idi. 93 il
ömür sürmüş bu istedadlı alim elə gün olmazdı ki, 12-18 qram S
vitamini (toz və həb şəkilində) qəbul etməsin (bu məlumat alman
istehlakçılar üçün informasiya instutunun “Ştiftuks Varantest”
jurnalının xüsusi buraxılışında çap etdirdiyi materialdan götürül -
müşdür). Müqayisə üçün deyək ki, beynəlxalq səhiyyə təşkilatı
gündəlik S vitamininin normasını 30 mq, Nişi isə 50-100 mq
müəyyən etmişdir.
Əsas mənbə: tərəvəz, meyvə, şülul, göy-göyərti, şirin
göy bibər, qırmızı bibər, qara qarağat, çiyələk, quzuqulağı, limon,
portağal və s.Vurğulayaq ki, S vitamini konsentrat şəkilində
itburnu giləsində və yarpağında cəmləşib -100q quru gilədə 1500
mq S vitamini var. İtburnu yarpağında olan S vitamini gilədən də
çoxdur. Qış-yaz aylarında onun əvəzi yoxdur. Bir xörək qaşığı
giləni, yaxud qurudulmuş yarpağı termosa atıb, üstünə 200 ml
qaynar su tökün,10-15 saat dəmləyin.Sutkalıq S vitamini
norması hazırdır.Nuş edin!Bəşəriyyəti əldən salmış qripdən
yalnız S vitaminin köməyi ilə yaxa qurtara bilərsiniz. Məni və
həyat yoldaşımı heç vaxt qrip tutmur.
Evdar qadınların və aşbazların nəzərinə çatdırmaq
istəyirəm ki, qidanın tərkibində S vitamininin qalıb-qalmaması
sizdən asılıdır.Göy-göyərtidəki S vitamininin miqdarı bir sutka
qalandan sonra 40-60 faiz azalır.Təmizlənən tərəvəzdə S vitami -
ni tez məhv olur(hətta,suda saxlasanız da). Alma üç ay qaldıqdan
sonra 16 faiz, yarım ildən sonra 25 faiz, bir ildən sonra 50 faiz S
vitaminini itirir.Duzlama,marinadlaşdırma S vitaminini tamam
məhv edir. Kartof təmizlənərkən tərkibindəki S vitaminini 16-20
faiz itirir. Lakin soyulmuş kartofu və tərəvəzi dərhal qaynayan
suya töksəniz, S vitaminini tamam saxlayır. Soyuq suya saldıqda,
yaxud tədricən qaynatdıqda vitaminin 25-30 faizi itir.
downloaded from KitabYurdu.az
246
Quzuqulağı kimi zəngin göyərti suda qalarkən S vitamininin 70
faizini, buxarda isə 8-12 faizini itirir.
S vitamini turş mühitdə yaxşı qalır. Qidaya duz, yaxud
soda vurduqda S vitamini dərhal azalır.Boyat xörəklər qızdırılar
-kən S vitamini daha böyük sürətlə məhv olur, əgər kartof
şorbası bişirərkən askorbin turşusunun yarısı itirsə, təzədən
qızdırıldıqda daha 20-30 faizini itirir.
S vitamini sink, mis və qurğuşunla təmasda olarsa, daha
tez məhv olar. Alüminium və paslanmayan poladdan hazırlanmış
qablar, eləcə də saxsı qablar bu vitamini yaxşı saxlayır.
Papiros çəkənlərin nəzərinə! Yadda saxlayın: siz bir
siqaret çəkərkən, həyat üçün çox qiymətli olan S vitamininin
25 mq-nı (sutkalıq normanın dörddə biri!) itirmiş olursunuz.
Papiros çəkərkən siz təkcə öz canınıza qəsd etmirsiniz, ətraf
mühiti korlamaqla öz yaxınlarınızın ömrünə balta
vurursunuz. Siz ətrafdakı oksigeni də məhv edirsiniz.
D vitamini (kalsiferol).Həyat və sağlamlıq üçün S
vitamini qədər önəmli olan kalsiumun orqanizm tərəfindən
mənimsənilməsinə kömək edir,fosfor-kalsium balansını tənzimlə
-yir.D vitamini qanın laxtalanması üçün,sümüklərin düzgün
inkişaf etməsi, ürəyin normal işləməsi, həmçinin, əsəb sisteminin
oyanmasını tənzimləmək üçün gərəkdir. Onun köməyi ilə göz
xəstəliklərini və artritlərin bəzi növlərini müalicə edirlər. O,
orqanizmdə çatışmayanda uşaq raxit olur. Lazım olan dozanı
(böyüklər üçün-0,0025 mq, uşaqlar üçün-0,0125 mq) təkcə
qidalardan almaq mümkün deyil. D vitamini qidalarda az trapılır.
Onun əsas mənbəi Günəşdir.
Əsas mənbə: yumurta, süd, kərə yağı, qara ciyər, balıq.
D vitaminini “Günəş vitamini” adlandıranlar haqlıdır. O,
ultra-bənövşeyi şüanın təsiri altında əmələ gəlir. Onu kvars
lampası ilə əvəz etmək olar. Lakin günəşin səxavətindən sui
istifadə etmək lazım deyil. Dərisini Günəşin altında çox qaraldan
(“zaqar”) adamın bədənində D vitamininin “istehsalı” dayanır,
dəri öz normal rəngini alandan sonra bu proses davam edir.
downloaded from KitabYurdu.az
247
Yaddaş:D vitaminini orqanizmdə çox saxlamaq istəyir-
sinizsə, əlinizi və bədəninizi sabunla mümkün qədər az yuyun.
Nişinin təklif etdiyi kontrast su vannası həm dərini masaj
edir,həm də orqanizmdə D vitamininin yaranmasını gücləndirir,
dərini sağlam, hamar, gənc və gözəl saxlayır. Bu işə Nişinin 4
təmrini də böyük köməklik göstərir (daxili orqanları masaj
edərək).
E vitamini(tokoferol).Ona “cinsi məhsuldarlıq vitamini”
də deyirlər.O,ürək əzələsinin düzgün funksiyasını təmin edir.
Astma və diabet xəstəliklərinin müalicəsi üçün səmərəlidir.
Damarlarda tromb (düyün) əmələ gəlməsinin qarşısını alır.
Əsas mənbə: dənlər, bitki yağları, yumurta, qara ciyər.
Xatırladırıq: onu çox qəbul edəndə-qan təzyiqi qalxır.
Yaşlılar sutkada 10-20 mq,uşaqlar isə öz çəkilərinin hər kilosuna
0,5 mq qəbul etməlidir.Onu A vitamini (kartof, kələm, kök,
tərəvəzlər, göy-göyərti, yaşıl hissələr) ilə birlikdə qəbul etmək
çox faydalıdır.
Vitaminlərin bir qismi ilə qısa tanışlıq burda başa çatır,
onlar haqqında geniş və dolğun məlumatı çapa hazırladığım
“Vitaminlər haqqında hər şey” kitabında verəcəyəm. İndi isə
taleyimizdə vitaminlər qədər önəmli rol oynayan üzvi duzlar
haqqında yığcam məlumat vermək istəyirəm.
DUZ VAR – DAĞIDIR, DUZ VAR – QURUR
Xörək duzunu və şəkəri narkotik maddələrlə bir cərgəyə
qoyub,onlara “ağ ölüm” adı verən təbiblər haqlıdır. Natrium-
xlor birləşməsi dağıdıcı duzdur!Ondan istifadə etməyən adam
xəstəlikdən başqa heç nə itirmir.Amma şəfa mənbəi olan elə
duzlar da var ki, onlarsız yaşamaq mümkün deyil. Belə duzları
tanımağımız və uşaqlara tanıtmağınız çox önəmlidir.
Kalsium duzu. Qan yaratmaq, maddələr mübadiləsini
yaxşılaşdırmaq,mikrobların damarlara daxil olaraq,qanı çirklən -
dirməsinin qarşısını almaq,sümüklərin(skletin və dişlərin)
downloaded from KitabYurdu.az
248
normal inkişafını təmin edir.Əsəb sisteminə yaxşı təsir göstərir,
soyuqdəyməyə mane olur,hava dəyişəndə orqanizmi tənzimləyir:
bədənində kifayyət qədər kalsium olan şəxs nə istidən qorxur,nə
soyuqdan,nə də infeksiyadan və epidemiyadan.
Əsas mənbə:meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər,
noxud,göy noxud,mərci,soya,paxlalı bitkilər,lobya,kök,turp, ərik,
alma,albalı,çiyələk,kələm,kartof,qara qarağat,yumurta,xiyar,göy-
göyərti,cücərmiş buğda,portağal,ananas,şaftalı,turpun,kökün və
çuğundurun yaşıl hissələri,üzüm, yulaf yarması, soğan, badam,
çuğundur, böyürtkən, qatıq məhsulları.
Kalium duzu.Bədəndəki bütün əzələlərin normal funk-
siyasını təmin edir (xüsusilə də ürək əzələlərinin), orqanizmdən
suyun ifraz olunmasına yardımçı olur, sklerozun qarşısını alır.
Kalium duzunun insana göstərdiyi böyük xidmətlərdən biri də
budur ki, natrium duzunun yaranmasna səbəb olur, bunula da
tuluqvari şişlərin çəkilməsini təmin edir.
Əsas mənbə: xiyar, kartof, kök, soğan, cəfəri, ispanax,
kərəviz, sarımsaq, qara qarağat, mərci, noxud, kələm, turp,
pomidor, ərik qurusu, kişmiş, qara gavalı, paxlalı bitkilər, çovdar
çörəyi, yulaf yarması.
Maqnezium duzu. Antiseptik və damar genişləndirici
təsir göstərir, qan təzyiqini aşağı salır, qanda xolesterini azal-dır.
Beyin qabığında tormozlaşma prosesini gücləndirdiyi üçün əsəb
sisteminə sakitləşdirici təsir göstərir. Xərçəng xəstəliyinə qarşı
mübarizədə güclü rol oynayır.
Əsas mənbə:badam,çiy yumurta sarısı, qara ciyər, nanə,
zeytun,cəfəri,araxis,kartof, boranı, gavalı, qoz, buğda, yulaf dəni,
qarabaşaq, çovdar çörəyi, kəpəklər, lobya.
Dəmir duzu. Qan yaratmaq üçün lazımdır, oksigeni ağ
ciyərdən alıb, bütün orqanların toxumalarına (o cümlədən,
beyinin) paylayır. Gemoqlabinin tərkibinə daxildir. Məlumat
üçün deyək ki, qırmızı qan kürəcikləri altı həftə ərzində damarda
qanla bərabər hərəkət etdikdən sonra, bir neçə tərkib hissəyə
bölünür. Onda olan dəmir isə qara ciyərə və dalağa daxil olub
downloaded from KitabYurdu.az
249
orada qalır, tələb olunacağı anı gözləyir. Dəmiri dəyərli edən
odur ki, hüceyrə nüvəsini yaratmaq üçün lazım olan əsas
materiallardan biridır.
Əsas mənbə:göy-göyərti,kök,cavan turpun və kökün
gövdəsi və yarpağı,yumurta sarısı,qara ciyər,böyrək, quzuqulağı,
göy noxud,kələm,pomidor,sarımsaq,mərci, xiyar, armud, çiyələk,
gavalı, quru meyvələrin bütün növləri.
Fosfor duzu.Kalsium kimi,o da sümük toxumasının
tərkib hissəsidir.Kalsiumla fosfor ayrılmaz dostlardır və bədəndə
kalsiumdan 2 dəfə artıq tələb olunur.Bu iki duzun balansını
pozmaq olmaz. Pozulsa, orqanizm “yaşamaq üçün” sümük (diş,
dırnaq,böyük oynaqlar) “ambarından” (əslində isə belə bir ambar
yoxdur) kalsium “qoparmağa” məcbur olacaq. Xoşbəxtlikdən D
vitamini fosfor-kalsium balansını tənzimləyir və bizi sümük
xəstəliklərindən, sümük ağrılarından qoruyur. Qida ilə kifayyət
qədər fosfor-kalsium qəbul edənlər-sümüyün sınacağından,
oynaq, dəri və əsəb xəstəliklərinə tutulmaqdan ehtiyat etməsin.
Əsas mənbə:göy noxud,buğda,mərci,soya,yulaf,paxlalı
bitkilər,çovdar,arpa,alma,armud,xiyar,rəngli kələm,pendir,balıq,
ət,yumurta,araxis,soya,qoz,fındıq,turp,treska balığının ciyəri,
göbələk, cücərmiş buğda.
Kobalt.B
12
vitamininin tərkib hissəsidir, çatışmayanda -
qan xərçəngi baş verir.
Əsas mənbə:qatıq,yumurta,qara ciyər,böyrək,ərimiş yağ,
kərə yağı (qızdırılmadan, sutkada 17-20 qram).
Sink.Vacib mikroelementdir,qanın və əzələ toxumasının
tərkibinə daxildir,kimyəvi reaksiyaları gücləndirən katalizator
rolunu oynayır,turşunun səviyyəsini saxlayır. İnsulinin tərkibinə
daxildir, qanda şəkəri tənzimləyir.
Diqqət! Əgər çox ağ çörək yeyirsinizsə, tam əmin ola
bilərsiniz: orqanizminizdə mütləq sink qıtlığı yaranacaq. Bu
halda diabet və dəri xəstəliklərinin baş qaldırması təhlükəsi
mövcuddur.
Əsas mənbə: buğda kəpəyi, cücərmiş buğda.
downloaded from KitabYurdu.az
250
Mis.Qan tərkibinin normal qalmasında mühüm rol oyna -
yır.Mis çatmırsa-qara ciyərdə yerləşən vəzi hemoqlabin hazırla -
maq prosesində iştirak edə bilməyəcək.
Əsas mənbə:qoz,fındıq,püstə,badam, yumurta sarısı, qara
ciyər, qatıq məhsulları.
Yod.İmmuniteti qaldırmağa xidmət edir,”patrul” hüceyrə
-lərin yaradılmasında iştirak edir.Onların vəzifəsi-zərərli virusla
-rın qana daxil olmasının qarşısını almaqdır.Uşaqlara və yeniyet
-mələrə yaşlılardan daha çox gərəkdir.Yod qıtlığı maddələr
mübadiləsini pozur və ur (zob) xəstəliyini törədir.
Əsas mənbə:dəniz balıqları,dəniz bitkiləri,bitkilərin yaşıl
hissələri,turp, dəniz kələmi, yemiş,sarımsaq,kələm,quzuqulağı,
kök,kartof, soğan, pomidor, lobya, yulaf, çiyələk, üzüm.
Kremnezem.Bitişdirici,birləşdirici toxumaların tərkib his
-səsidir.Qanda az miqdarda olur.Bu miqdar azaldıqda-adam hava
dəyişikliyini tez hiss edir, onun psixoloji durumu pisləşir, başının
tükü nazikləşir və tez qırılır, tezliklə dazlıq prosesi başlayır, dəri
öz elastikliyini itirir.
Göz büllurunda gözün əzələlərinə nisbətən 25 dəfə artıq
kremnezem vardır. Əvvəllər kremnezemlə astma xəstəliyini və
soyuqdəyməni müalicə edirdilər. İndi distrofiya, epilepsiya,
revmatizm, piylənmə, ateroskleroz xəstəliklərini də onun köməyi
ilə müalicə etmək olur. Kremnezem, dəmirə və kalsiuma
nisbətən rahat həzm olunur. Hətta, ahıl adamlar da onu çox yaxşı
həzm edə bilir.
Əsas mənbə:xiyar,selder balığı,pamidor,qatıq məhsulları,
turp, günəbaxan tumu, bir sıra çöl otlarından dəmlənmiş çaylar.
Mışyak(arsen).Bu mikroelement,şəkərdən başqa,bütün
bitki və heyvanat məhsullarında var.Bitkilərdə olan miqdar
insanlar üçün kifayətdir.Mışyak fosfor itkisinin qarşısını alır və
fosfor mübadiləsini tənzimləyir.
Diqqət!Bişmiş xörəyi çox yeyən, tərəvəzdən və göy-
göyərtidən az istifadə edən adamlarda allergiyanın güclü
olmasını alimlər mışyak qıtlığı ilə izah edirlər.
downloaded from KitabYurdu.az
251
Vanadium.Orqanizmin müdafiə funksiyasını gücləndir-
məkdə müstəsna rola malikdir.O,xəstəlik törədən mikrobları
udmağa qadir olan hüceyrələri (fiqositləri) düzgün istiqamət-
ləndirir, bununla da orqanizmi infeksiyalara qarşı qeyri-həssas
edir,digər mikroelementlərlə birlikdə,qocalma prosesini yubadır.
Əsas mənbə: çəltik, yulaf, arpa, buğda, qarabaşaq, çiy
kartof, çovdar, kök, çuğundur, üzüm, armud, çiyələk.
Kükürd. Orqanizmi təmizləmək funksiyasını daşıyır.
Əsas mənbə: kələm, sarımsaq, soğan, turp, boranı, kök,
kartof, gavalı, əncir.
Xörək duzu. İstifadə etməsəniz yaxşıdır! Bu mümkün
deyilsə,heç olmasa,ifrata varmayın.Gündəlik norma 4-8 q olduğu
halda, adamlar bundan 20 dəfə çox xörək duzu qəbul edir. Bu da
böyrəklərin fəaliyyətini pisləşdirir, ürək-damar xəstəliklərini
törədir, maddələr mübadiləsinə pis təsir göstərir.Sevdiyiniz
xörək duzu “ağ ölüm” adını buna görə almışdır.
Dostları ilə paylaş: |