317.Maye yağların yod ədədi neçədir?
A)120- 200
B)28- 40
C)50- 70
D)75- 100
E)220- 300
318.Yeyinti yağları mənşəyinə görə neçə qrupa bölünür?
A)2
B)1
C)3
D)4
E)5
319. Hansı yağlar hidrogenləşdirilmiş adlandırılır?
A)tərkibindəki doymamış yağ turşularına hidrogen birləşdirilərək bərk hala keçirilən bitki və heyvanat yağları
B)tərkibində doymamış yağ turşuları üstünlük təşkil edən bitki yağları
C)tərkibində doymuş yağ turşuları üstünlük təşkil edən heyvanat yağları
D)aşağı mənfi temperaturda saxlanılan bitki yağları
E)tərkibində doymamış yağ turşuları üstünlük təşkil edən sümük yağları
320.Aşağıdakı hansı sırada heyvanat yağları düzgün göstərilmişdir? A))mal, qoyun, donuz, sümük, yığma yağ
B)donuz, qoyun, mal, kərə yağları
C)donuz, qoyun, balıq
D)qoyun yağı, yığma yağ, kərə yağı
E)donuz yağı, mətbəx yağları, marqarin
321.Bitki yağlarında fiziki- kimyəvi üsulla hansı göstəricilər müəyyən edilir?
A)sıxlığı, şüasındırma əmsalı, ərimə, donma temperaturu, uçucu yağ turşusunun miqdarı, sabunlaşma ədədi, turşuluq ədədi, yod ədədi
B)həcm kütləsi, şüasındırma əmsalı, konsistensiyası
C)ərimə - donma temperaturu, asetil və efir ədədi, konsistensiyası, şəffaflığı
D)turşuluq ədədi, peroksid ədədi, konsistensiyası
E)rəngi, çöküntünün miqdarı, sıxlıq, dadı, iyi
322. Fizioloji normaya əsasən orta yaşlı insan gün ərzində neçə qram yağ istehlak etməlidir?
A))80- 100
B)70- 100
C)60- 80
D)100- 150
E)50- 100
323.Aşağıdakı hansı sırada bitki yağlarının alınması göstərilmişdir?
A)presləmə, ekstraksiya
B)hidrotasiya, dezodorasiya
C)sintetik sterilizasiya
D)bioloji, kimyəvi
E)presləmə, hidrotasiya
324.Aşağıdakı proseslərin hansında sərbəst yağ turşularının miqdarı artır?
A)yağların hidrolizi
B)yağın oksidləşməsi
C)yağın acılaşması
D)yağların birləşməsi
E)yağların parçalanması
Dostları ilə paylaş: |