ÜDM-un hesablanması metodları
ÜDM ölkə daxilində müəyyən müddət ərzində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir və bu düzturla hesablanır. Y(gəlir) = C + J + G + NX 8 Burada: Y – ÜDM həcmini;C – istehlak xərcini;J – investisiyalar;G – dövlət xərclərini;NX – xalis ixrac xərclərinigöstərir. ÜMM və ÜDM üç metodla hesablanır. 1-ci sahə metoduna görə - bütün sahələrdə istehsal olunmuş əlavə dəyərlərin həcmi. 2-ci xərc metoduna görə - əmtəələrin alınmasına sərf olunmuş bütün xərclərin cəminə görə. 3-cü gəlir metoduna görə - məhsul satışından əldə olunmuş gəlirə görə. ÜDM nominal və real formada hesablanır. Əgər əmtəə və хidmətlər mövcud bаzаr qiymətləri ilə qiymətləndirilirsə bu nоminаl ÜDM оlur. Əgər hеsаblаmа zаmаnı infilyаsiyаnın hеsаbınа qiymətin аrtmаsı nəzərə аlınаrsа (çıхılаrsа) bu rеаl ÜDM оlur.Real ÜDM həcmi nominal ÜDM-nin qiymət indeksinə olan nisbəti kimi hesablanır. Bundan başqa ÜDM-nin defilyatoru göstəricisindən də istifadə olunur ki, bu da nominal ÜDM-nin real ÜDM-yə olan nisbətidir. Nominal ÜDM/real ÜDM Ümumiyyətlə ÜDM-nin artım sürəti ölkənin iqtisadi inkişafını əks etdirirsə onun adambaşına düşən kəmiyyəti isə əhalinin həyat səviyyəsini əks etdirir. Keçən əsrin 90-cı illərinə qədər ölkələrin iqtisadi inkişaflarının müqayisəsi üçün ÜDMun səviyyəsindən istifadə edilirdi. Sonrakı illərdə ÜDM-nin həcmi və onun adambaşına düşən kəmiyyəti deyil, insanın inkişafına nə dərəcədə təsir göstərməsi əsas hesab olunmuşdur. ÜDMnin adambaşına düşən kəmiyyəti, insanların ləyaqətli həyat tərzinin formalaşmasının maddi əsası, onların iqtisadi rifahının meyarı kimi çıxış edir.
ÜMM = W +R+ Int+M, Burada W- əməkhaqqı; R - renta; Int- faiz ödənişləri; M - mənfəətdir.
Dostları ilə paylaş: |