Qanın toplanması üzrə mütəxəssis – ixtisası idmançıdan qan nümunəsini götürməyə imkan verən ADT tərəfindən təyin olunan rəsmi şəxs.
İdman hadisəsi – bir təşkilat tərəfindən (məsələn, Olimpiya oyunları, FİFA-nın dünya çempionatları, paralimpiya oyunları) keçirilən müxtəlif yarışlar seriyası.
İdmançı – dopinq-nəzarət məqsədilə beynəlxalq (hər bir beynəlxalq federasiya tərəfindən təyin olunduğu kimi) və ya milli (hər bir milli federasiya tərəfindən təyin olunduğu kimi) səviyyədə, yaxud əgər milli antidopinq təşkilatı belə müəyyənləşdiribsə daha aşağı səviyyədə idmanla məşğul olan istənilən şəxs. Antidopinq üzrə informasiya və təhsil proqramları məqsədilə ümumdünya antidopinq kodeksini imzalayan istənilən tərəf və hökumətin, və ya kodeksi qəbul edən istənilən digər təşkilatın yurisdiksiyası altında idmanla məşğul olan istənilən şəxs.