ARTIRMA
"Mən Gəncədə olarkən Surətə onu iĢdən çıxaracağımı demiĢəm və o da buna razılıq verib.
Eyni zamanda o, Bakıya gələrək burada yaĢamağa, Yun ġirkətinə prezidentlik etməyə söz
vermiĢdi və biz də televiziyada AXC-nin bəyanatını xeyli yumĢaltmıĢdıq və məhkəməsi
olmayan adamın "vətən xaini" adlandırılmasını pisləmiĢdik. Ancaq verdiyi sözü məhz o, yerinə
yetirmədi, çünki bu, onun özündən asılı deyildi - onu baĢqaları idarə edirdi. Mənə
inanmayanlar 4 iyundan azca sonra Gəncə Ģəhərinin icra baĢçısı olmuĢ rəhmətlik Hacı Vaqifin
televiziyadakı çıxıĢını xatırlasın - o deyirdi ki, Surət dəfələrlə hərbi iĢdən uzaqlaĢmaq istəsə də
biz ona imkan verməmiĢik; bu zaman artıq Surət ġerbakın qarmağında idi"
. ("Mən istiqlalımızı
hakimiyyətdən üstün tutdum!". Əbülfəz Elçibəylə onun mətbuat katibi Ədalət Tahirzadənin
söhbəti. -"Azadlıq" qəzeti, 20 iyun 1998).
Oxucuya bu da maraqlı olar ki, Surət Hüseynovun prezident təyin edildiyi AR
"Azəryunsənaye" Dövlət ġirkətinin yaradılması haqqında fərmanı Bəy Gəncəyə gəlməmiĢdən -
4 martda imzalamıĢdı.
Bəy hələ Gəncədəykən - 9 fevralda AXC Ġcraiyyə Komitəsinin yeni rəhbərliyi ilk "yaylım
atəĢ"ini açdı - "Respublikadakı hərbi-siyasi durumla bağlı AXC ĠK-nin bəyanatı"nı yaydı. Fərəc
Quluyevin qolladığı sənəddə deyilirdi: "Son zamanlar baĢ vermiĢ Zəngilan və ən nəhayət,
Ağdərə hadisələri bir daha sübut edir ki, orduda artıq kök salmıĢ bəzi təxribatçı qüvvələr,
imperiya və erməni diasporunun casusları, səriĢtəsiz komandirlər tərəfindən aparılan uğursuz
əməliyyatlarla nəyin bahasına olursa-olsun xalqın yeni hakimiyyətinin Qarabağ böhranını həll
etməyə qadir olduğuna Ģübhə yaratmaq, inamsızlığı gücləndirmək məqsədləri güdürlər.
Təəssüf ki, orduda nizam-intizamın dözülməz dərəcədə zəif olması, vahid komandanlığın
təmin olunmaması, fərariliyin kütləvi xarakter alması Müdafiə və Milli Təhlükəsizlik
Nazirliklərinin ciddi narahatlığına səbəb olmur.
Xüsusilə Ağdərə hadisələri bizi ciddi narahat etmiĢdir. Azərbaycan prezidentinin Ali BaĢ
Komandan kimi Ağdərədə müdafiə xəttini möhkəmləndirmək əmrinə baxmayaraq korpus
komandiri Surət Hüseynov baĢçılıq etdiyi korpusu və hərbi texnikanı döyüĢ mövqelərindən
çıxararaq Gəncəyə aparmıĢ və indi iĢğal olunmuĢ Ağdərə kəndlərini müdafiəsiz qoymuĢdur.
BaĢ vermiĢ hadisələr bir daha sübut edir ki, planlı Ģəkildə aparılan bu təxribatın arxasında
GENĠġ MĠQYASDA DÖVLƏT ÇEVRĠLĠġĠ hazırlamaq niyyətində olan qüvvələr durmuĢdur.
Əslində S.Hüseynovun Ali BaĢ Komandanın əmrini yerinə yetirməməsi HƏRBĠ CĠNAYƏT hesab
edilməli və Ağdərə hadisələrində təqsiri olan bütün cinayətkarlar CĠNAYƏT MƏSULĠYYƏTĠNƏ
CƏLB OLUNMALIDIR.
AXC Ġcraiyyə Komitəsi belə hesab edir ki, ən qısa müddətdə Müdafiə Nazirliyinin strukturunda
CĠDDĠ DƏYĠġĠKLĠKLƏR edilməli, hərbi intizamı pozanlara, döyüĢ mövqelərini özbaĢına tərk
etmiĢ fərarilərə qarĢı ölüm cəzasına qədər ən sərt tədbirlər tətbiq edilməlidir".
AXC ĠK-nin sözügedən bəyanatı çox prinsipial sənəddi. Əslində bu sənəd dövlət çevriliĢi
planının puça çıxarılmasında çox mühüm rol oynadı. Təsadüfi deyil ki, həmin bəyanat
televiziyayla oxunduqdan sonra müdafiə naziri Rəhim Qazıyev AXC qərargahına - Fərəc
Quluyevə zəng vuraraq Cəbhə üzvlərini hədələmiĢ və AXC binasını dağıdacağını demiĢdi.
Prezidentin köməkçisi Oqtay Qasımovdan eĢitdiyimə görəsə, R.Qazıyev Gəncəyə zəng edərək
prezidentə Ağdərəni ermənilərə təslim edəcəyini söyləmiĢdi.
Ümumiyyətlə, bu bəyanatdan sonra Gəncədə son dərəcə gərgin vəziyyət yaranmıĢdı.
Prezidentin köməkçisi Oqtay Qasımov sonralar mənə bunları bəyan etdi:
"Gəncədə
PREZĠDENTĠ GĠROV GÖTÜRÜB ÇEVRĠLĠġ ETMƏYƏ CƏHD GÖSTƏRĠLDĠ. Onun avtomobilinin
və təyyarəsinin vurulacağı haqqında məlumatlar daxil oldu. Surətin yaxın adamlarından olan
Fəxrəddin adlı birisi prezident təyyarəsinin Gəncə hava limanından buraxılmayacağı haqda
məlumat verdi. Hətta hava limanını tərk etmək mümkün olacağı təqdirdə də təyyarənin
Mingəçevirdə vurulacağı bildirildi. (Təyyarə Mingəçevirdən keçərkən ona atəĢ açılsa da,
xoĢbəxtlikdən, hədəfə dəyməyib).
Gəncədə bir neçə saat ərzində (saat 18 - 21) baĢ vermiĢ bu narahatlıq Bakıda ildırım sürətiylə
yayılmıĢ və prezidentin devrilməsi haqqında Ģayiələr həqiqət kimi qəbul edilmiĢdi. Bakıda
bütün dövlət və strateji obyektlərin dərhal polis və qismən hərbçilər tərəfindən nəzarətə
götürülməsi təsadüfi deyildi".
Gəncədəki durumun nə qədər ağır olduğunu Bəyin sürücüsü Xəlil Qəniyev'in söylədiklərindən
də təsəvvür etmək mümkündür:
"Prezidentin həyatına qəsd olacağı haqqında məlumatlar
vardı. Biz Bakıya qayıtmaq istəyərkən bildirildi ki, rusların Mingəçevirdəki hava hücumundan
müdafiə hissəsi gecə vaxtı təyyarələrin uçuĢunu qadağan edib. Bunu bildirən Surətin bir yaxın
qohumuydu. ĠĢ o yerə çatdı ki, Bəy özü Ģəxsən onunla danıĢdı və həmin adam prezident
təyyarəsinin uçuĢuna Ģərait yaratmalı oldu. Ancaq həmin təyyarəni rus mütəxəssislərinin
göydə vuracağı da artıq bəlliydi. Buna görə Bəy yanındakı dövlət adamlarına Bakıya maĢınla
dönməyi tövsiyə etdi və özü təyyarəyə tək oturmaq istəyəndə prezidentin müĢaviri Nəcəf
Nəcəfov cəsarətlə irəli çıxıb dedi ki, Allah taleyimizə nə yazıbsa o da olacaq və baĢqalarına da
nümunə olacaq tərzdə təyyarəyə mindi. Artıq ekipaj da təhlükədən xəbərdardı. Təyyarə çox
yüksək sürətlə və alçaqdan uçaraq 22 dəqiqəyə Bakıya çatdı. Bu haqda Gəncədə telefonla
xəbər aldığımızda hədsiz sevindik. Bəyə sui-qəsd təhlükəsi real olduğuna görə Bakıda da
təhlükəsizlik tədbirləri görülmüĢdü, belə ki, Bəyin prezident olduğu bir il ərzində yalnız
Gəncədən döndüyü gün Binə aeroportundan Ģəhərədək yol qırağında polislər
düzdürülmüĢdü"
.
Pənah Hüseynov "Cinayətimiz məğlubiyyətimizdir" əsərində yazır:
"Dekabrın (1992)
ortalarında keçirilməsi nəzərdə tutulmuĢ əməliyyatı R.Qazıyev bir ay da uzatdı. Çünki ordu
hazır deyildi və hazır ola da bilməzdi. [...] Yanvar əməliyyatı Laçın əməliyyatından daha
dəhĢətli məğlubiyyətlə qurtardı. Artıq bu əməliyyatda RUSLARIN TEXNĠKA, SĠLAH,
AVĠASĠYASININ QALIQLARI DA MƏHV EDĠLDĠ. BÜTÜN HƏRBĠ HĠSSƏLƏR ƏZĠLDĠ. R.Qazıyev
axırıncı dəfə özü məcbur olub Ağdərədə olarkən Ali hərbi məktəbin I kursunu döyüĢə cəlb
etmək haqqında əmr vermiĢdi. Ġndi isə deyir ki, həmin əməliyyat xəyanət nəticəsində (AXC-
nin 9 fevral bəyanatını nəzərdə tutaraq) pozulub. 9 FEVRALDA HƏR ġEY ARTIQ
QURTARMIġDI. R.QAZIYEV ORDUSUZ, SĠLAHSIZ VƏ TEXNĠKASIZ QOYMUġDU
RESPUBLĠKANI!"
.
Pənah bəyin fikrincə, AXC ĠK-nin bəyanatı artıq yetiĢmiĢ hadisələri sürətləndirdi. Orada
S.Hüseynova qarĢı olan hücumlar əslində R.Qazıyevə yönəldilmiĢdi, çünki, P.Hüseynovun
sözləriylə desək,
"dövlət quruculuğunun, xarici siyasət quruculuğunun, biz baĢa düĢdüyümüz
mənalarında, yolunda əsas əngəl R.Qazıyev idi. R.Qazıyev bu 1 ildə bizim baĢımıza nə oyun
açıb, bir Allah bilir".
AXC Ġcraiyyə Komitəsinin sədri olmuĢ və əslində həmin sənədi Fərəc Quluyevə "miras" qoyub
getmiĢ Tofiq Seyidov'sa mənə bunları açıqlayıb:
"Mən Rəhim Qazıyevlə 1989-dan - AXC Ġzmir
rayon Ģöbəsində birgə çalıĢdığımız vaxtdan normal münasibət qurduğuma görə onunla
istənilən mövzuda söhbət apara bilirdim. Bu münasibət biz iqtidarda olanda da davam etdi.
1992-nin avqustundan sonra o, tez-tez mənə eĢitdirirdi ki, Əbülfəz Elçibəy məni özünə vitse-
prezident təyin etsə Qarabağ məsələsini tezliklə yoluna qoyaram, çünki mənə kömək edənlər
çox olacaq. (Nədənsə, vitse-prezidentliklə bağlı Ġsgəndər Həmidov da mənə söz eĢitdirirdi).
Surət Hüseynov haqqında Rəhim Qazıyevlə tez-tez söhbətlərimiz olardı. Buna
təəccüblənərdim ki, o, müdafiə naziri olmasına baxmayaraq öz tabeliyindəki S.Hüseynovdan
bərk çəkinirdi. Dəfələrlə Ģahidi olmuĢam ki, R.Qazıyev S.Hüseynovun telefon çağırıĢlarıyla
Gəncəyə gedib və onun bir sözünü iki etməyib.
Cəbhənin 9 fevral bəyanatından sonra mən Müdafiə Nazirliyində Rəhim Qazıyevlə görüĢdüm.
Ġnandırmağa çalıĢdım ki, bəyanat ona yox, Surətə qarĢıdır və Surətin törətdiyi qeyri-qanuni
hərəkətləri sadalayaraq bunların əslində Vətənə xəyanət olduğunu söylədim. R.Qazıyevə təklif
etdim ki, bu baĢ verənlərdə özünün də əli olmadığını sübut etməkçün əmrlə Surəti korpus
komandiri vəzifəsindən azad etsin. Açığı, onun cavabından heyrətləndim: "Bu gün ərizə
yazıb nazir vəzifəsindən istefa verərəm, ancaq Surəti iĢdən çıxara bilmərəm, çünki
özümün və ailəmin taleyini düĢünürəm""
.
Rəhim Qazıyev baĢda olmaqla hakimiyyətin düĢmənləri prezidentin Gəncə səfərindən sonra
cilov gəmirir, onun haqqında ən iyrənc Ģayiələr yaymaqdan çəkinmirdilər. Onlardan biri
Gəncədə yaĢayan Tamara adlı qadınla bağlıdır. Ədalət Məmmədov bu hadisəyə aydınlıq
gətirir:
"Tamara xanım hamımızın yaxĢı tanıdığımız Xanım Xəlilovanın bacısıdır və Gəncədə yaĢayır.
Onların qoca anası da Tamara xanımın yanında olurdu (bu yaxınlarda vəfat etdi). Bəy bu
qadına hədsiz hörmət bəslərdi, çünki onun əlindən çörək yemiĢdi. O, hələ gəncliyindən
Gəncəyə hər gedəndə "ana" adlandırdığı bu qadını hökmən görərdi. Bəy indi də Gəncədən
onu görməmiĢ getmək istəmirdi. Ancaq Ģəhərə yeni gəlmiĢ qonĢuları onların evini
tanımırdılar, buna görə də ünvanını bir neçə qonĢudan soruĢmaq lazım gəldi. (Əslində bu iĢi
Ģəhər icra hakimiyyətinin rəhbərləri etməliydilər). Məhz bu soruĢmaları sonra Rəhim Qazıyev
namərdcəsinə Bəyin əleyhinə yönəltdi - guya prezident sərxoĢ olaraq Gəncənin küçələrində
"Tamara" qıĢqırırmıĢ!..".
SURƏT HÜSEYNOV SƏLAHĠYYƏTLĠ NÜMAYƏNDƏ DEYĠL
Uğursuz yanvar-fevral əməliyyatlarından sonra respublika prezidenti Surət Hüseynovun
istefası məsələsini qoydu, çünki Surət Laçın əməliyyatından sonra ikinci dəfə məğlub
olmuĢdu. Pənah Hüseynov onun təklifiylə prezidentin səlahiyyətli nümayəndəsi qoyulmuĢ bu
adam barəsində yazır:
"...Bir çox peĢəkar hərbçilər məğlubiyyətləri xeyli dərəcədə
S.Hüseynovun hərbi iĢi bilməməsi (onun təyyarələrə verdiyi komandalar barədə lətifələr
danıĢırdılar), səriĢtəsizliyi, volyuntarizmi, ancaq rus hərbi məsləhətçilərindən istifadə etməsi,
özbaĢınalığı (o, zabitləri məhkəməsiz kletkaya saldırır, hərbi əks-kəĢfiyyatın zabitlərini
döydürür və s.) ilə izah edirdilər. Bundan baĢqa, bütün cəbhəətrafı yerli hakimiyyət orqanları
(MürĢüd Məmmədov istisna olmaqla!) S.Hüseynovun ətrafının özbaĢınalığından Ģikayət
edirdilər".
10 fevralda "Azərbaycan Respublikası prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsinin və
onun aparatının fəaliyyətinə xitam verilməsi haqqında" fərmanıyla Surət Hüseynovu bu
vəzifədən kənarlaĢdıran Əbülfəz Elçibəy əslində Rusiyayla ikinci cəbhədə örtülü müharibəyə
giriĢməli oldu. ĠĢ burasındadır ki, Bəy özünün TARĠXĠ MĠSSĠYASINI həm də rus hərbi
qüvvələrinin Azərbaycandan təmizlənməsində görürdü. O, bu məqsədinə, demək olar ki,
çatmaq ərəfəsindəydi - Gəncədə olan diviziya da çıxarılanda bu arzu tam gerçəkləĢəcəkdi.
Ancaq ruslar S.Hüseynovun əliylə inadla öz mövqelərini qoruyurdular.
ARTIRMA
"-Özünün vəzifədən uzaqlaĢdırılmasının səbəbini S.Hüseynov bunda görür ki, Seyfəlidə 5
minlik qoĢun hazırlanaraq 2 aylıq təlimdən sonra döyüĢ vəziyyətinə gətirilib. Oradakı hərbi
hissələrin təlim baxıĢından çəkilən lentə Sizin iĢ otağınızda baxılarkən guya deyilib ki, bu
cavan oğlanın əlində qoĢun, təyyarə, vertolyot var, o nə vaxt istəsə respublikada çevriliĢ edə
bilər. Məhz elə orada da onun vəzifədən uzaqlaĢdırılması qərara alınıb.
-…Mən yalnız Seyfəlidəki hava qüvvələrimizin yaranması və təlimi haqqında lentə baxmıĢam
və xeyli sevinmiĢəm. FərəhlənmiĢəm ki, bizim bu cür hava desantımız var. Ağ paltarlı,
möhkəm can-cüssəli, mübariz ruhlu desantçılarımızı görəndə adamın ürəyi açılırdı. Mən bu
qüvvələrin daha da möhkəmləndirilməsi üçün hər cür Ģərait yaradılmasına göstəriĢ vermiĢəm.
Onu da deyim ki, bu baxıĢdan sonra mən hətta R.Qazıyevə öz təĢəkkürümü də bildirmiĢəm,
çünki bu məsələ ona aid bir iĢ idi və Surət Hüseynova dəxli yoxdu. S.Hüseynov deyən 5
minlik qoĢun haqqında lenti isə mən görməmiĢəm.
Surətdən biz o vaxt aralanmağa baĢladıq ki, onun Rusiya generalı ġerbakla yaxın əlaqədə
olduğunu öyrəndik. ġerbak bizim hərbi məsələlərdə çox mənfur rol oynayıb. S.Hüseynov
ġerbakla əlaqəyə girərək onun yanında iĢləyən bir generala döyüĢ əməliyyatlarımızın
xəritələrini göstərir, onunla məsləhətləĢirdi. Biz bunu bildik və ona həmin adamlardan
uzaqlaĢmağı əmr etdik. Sonralar gördük ki, həmin əməliyyat xəritələri Ermənistana satılıb.
Artıq heç bir Ģübhə qalmamıĢdı ki, Surət Rusiyanın BaĢ KəĢfiyyat Ġdarəsinin əlinə keçib, buna
görə də onun vəzifədən uzaqlaĢdırılması labüd idi…
…Bu qərara biz Ağdam əməliyyatı zamanı gəldik. Ağdamda Fərrux təpəsini və Vəngin
üstündəki təpələri götürəcəkdik. Bu əməliyyat ən yüksək səviyyədə hazırlanmıĢdı. Əməliyyat
planını Surət Hüseynov əvvəlcə 15 gün yubatdı, sonra yenə 15 gün gecikdirdi, halbuki
əvvəlcə bizə hər Ģeyin hazır olduğunu demiĢdi. Mən öyrəndim ki, o, kimlərləsə məsləhətləĢir.
Nəticədə bizim hücumumuz pozuldu. Doğrudur, müəyyən təpələri aldıq, acaq onları əldə
saxlaya bilmədik. Daha sonra Surət "təmir" adı altında texnikanı oradan geri çəkdi. Bunun
üçün razılıq sənədinə o, bizdən xəbərsiz BaĢ Qərargahın rəisi Nurəddin Sadıqova qol
çəkdirmiĢdi. Mən texnikanın niyə geri çəkildiyini soruĢduqda N.Sadıqovu zərbə altında
qoydular. Surətin xəyanət etdiyi artıq bəlli oldu. Bundan sonra onu vəzifədə saxlamaq
mümkün deyildi.
…-S.Hüseynov Qubadlı, Ağdam, Əsgəran, Vəng, Xankəndi istiqamətində Sizin əmrinizlə
aparılan hücum əməliyyatının alınmamasını qoĢun bölmələrinə hökumət, iqtidar tərəfindən
heç bir əməli kömək göstərilməməsi ilə əsaslandırmağa çalıĢır.
-Həmin əməliyyat vaxtı iki mühüm hadisə baĢ verdi. Birincisi, hücuma keçəcək qüvvələrimizin
yerləĢdiyi Ağdam orta məktəbi gecə partladıldı və 30-a qədər əsgərimiz Ģəhid oldu. Ġkincisi
də, biz nə qədər kömək göndərsək də S.Hüseynov əməliyyatı yubadırdı. O bilə-bilə belə edirdi
ki, düĢmən hərbi mövqelərimizi yaxĢı öyrənsin və bizim hücumumuz baĢ tutmasın.
Gizli deyil ki, Fərrux istiqamətindəki əməliyyatımızın planını satmıĢdılar və nəticədə bir gündə
90 əsgərimiz Ģəhid oldu. Ağdam rayon icra hakimiyyətinin baĢçısı Nadir Ġsmayılov və Tərtər
rayon icra hakimiyyətinin baĢçısı Sərdar Həmidov bu xəyanəti çox gözəl bilir və mənə
məlumat verirdilər. Bu adamlar hücum üçün hər cür Ģərait yaratmıĢdılar, ancaq Surətin və
ġerbakın əli ilə həmin əməliyyat pozuldu
".
("Mən istiqlalımızı hakimiyyətdən üstün tutdum!". Əbülfəz Elçibəylə onun mətbuat katibi
Ədalət Tahirzadənin söhbəti. -"Azadlıq" qəzeti, 20 iyun 1998).
Bu günlərdə çörək mağazalarının qarĢısında yenə növbələr yaranmıĢdı. Əhali arasında Ģayiə
dolaĢırdı ki, guya taxıl ehtiyatı tükənib, aclıq təhlükəsi gözlənilir.
Fevralın 11-ində dövlət katibi P.Hüseynov mətbuat konfransı keçirdi. O bildirdi ki, Naxçıvan
rəhbəri H.Əliyev bütün siyasi qüvvələrin Azərbaycan prezidentinin ətrafında birləĢməsinin
zəruriliyini bəyan edib. Ancaq H.Əliyev AXC ĠK-nin 9 fevral bəyanatını "tələsik edilən uğursuz
bəyanat" adlandırıb.
Jurnalist MirĢahinin "Siz bilirsiniz ki, Surət Hüseynov bölgədə fövqəladə nüfuza malikdir və
onun iĢdən uzaqlaĢdırılması VƏTƏNDAġ MÜHARĠBƏSĠNƏ gətirib çıxara bilər" sözlərinə
P.Hüseynov belə cavab verdi: "Azərbaycan dövlətinə qarĢı kimsə çıxa bilməz və çıxarsa da elə
yerindəcə MƏHV EDĠLƏR". Bu sözlər iqtidarın S.Hüseynovun nazıyla oynamaq fikrində
olmadığını göstərir. Ancaq iqtidar sonralar onunla davranıĢına yumĢaqlıq çalarları artırdı və
aradan bir neçə il ötəndən sonra bu yumĢalma üstündə özünü qınadı.
Bəli, artıq 4 iyun təndirinin ilk kösövləri alıĢmaqdaydı!
12 fevral tarixli "Azərbaycan" qəzeti Surət Hüseynovun hazırda Gəncədə yerləĢdiyini və
müdafiə naziri Rəhim Qazıyevə tabe olduğunu Elçibəyin fərmanıyla hesablaĢmadığını,
Ağdərənin verilməsinə 22 yanvardan baĢlandığını söylədiyini bildirsə də 16 fevralda düzəliĢ
verərək S.Hüseynov "prezident fərmanıyla hesablaĢmadığını deməyib" yazdı.
HEYDƏR ƏLĠYEV BAKIDA
Naxçıvan rəhbəri Heydər Əliyev 4 fevralda rəhmətə getmiĢ qardaĢı, akademik Həsən Əliyevin
təziyəsində iĢtirak etməkçün Bakıya gəldi və həm prezident Əbülfəz Elçibəylə (12 fevral), həm
də spiker Ġsa Qəmbərlə (13 fevral) görüĢdü.
Bəyin H.Əliyevlə görüĢü üst-üstə 8 saat çəkdi və hansı məsələlərin müzakirə edildiyini onların
ikisi də sirr kimi qoruyub saxladı. Sirr olmayansa budur ki, H.Əliyev Azərbaycanın və Ģəxsən
prezidentin durumunun ağırlaĢdığı çağda gəlmiĢdi. DüĢünürəm ki, bu gəliĢ kəĢfiyyat məqsədi
daĢıyırdı - Bakıya hücumları gücləndirməlimi, zəiflətməlimi?
Elçibəylə söhbəti və sonrakı nailiyyətləri Əliyevi aramsız hücum taktikasını seçməyə
həvəsləndirdi.
Bəy H.Əliyevlə görüĢdüyü gün Bakıda iĢgüzar səfərdə olan Qreq Laflinin baĢçılığı altında ABġ
nümayəndə heyətini də qəbul etdi.
Prezident Elçibəy Misrə qarĢıdakı səfərini təxirə salmağa məcbur oldu. Ədalət Məmmədovun
bildirdiyinə görə, Misir səfərinin baĢ tutmaması orucluqla bağlı oldu. Ancaq səfərçün hər Ģey
hazırlanmıĢdı. Hətta Misirdə Bəyin tanıĢı olan qoca bir kiĢini də tapmıĢdılar və Qahirədə onlar
görüĢəcəkdilər.
Hələ Bakıda olan (15 fevral) H.Əliyev YAP-ın paytaxtdakı ĠQAMƏTGAHINDA partiyadaĢlarıyla
görüĢ keçirərək onları ruhlandırdı və Elçibəylə 8 saat söhbətləĢdiyini də vurğuladı (o, sonralar
Elçibəy dönəmində YAP-a Ģərait yaradılmamasından Ģikayətlənməyi xoĢlardı).
"Azadlıq" qəzetinin 16 fevral sayında Bahəddin Həziyevin "Prezidenti Ali BaĢ Komandanlıqdan
uzaqlaĢdırmaq istəyirdilər" məqaləsində iqtidarın öz içindəki qütbləĢmənin bir məqamı öz
əksini tapıb. Ali Sovetin təĢəbbüsü saydığı məsələyə toxunan müxbir öz fikrini bildirir:
"...Prezident dövlət baĢçısı olduğu üçün bu hüququ ondan heç kəs ala bilməz". (19 fevral
tarixli "Azərbaycan" qəzeti Bahəddin bəyə "Arxadan zərbə, yoxsa qeyri-obyektivlik?" yazısıyla
cavab verdi).
ARTIRMA
"-Ġsa bəy, o dövrdə mətbuatda da getməyə baĢlamıĢdı ki, parlament prezidentin, daha
doğrusu, Ali BaĢ Komandanın səlahiyyətlərini məhdudlaĢdırmağa çalıĢır və bu sahədə qanun
layihələri təklif olunur. Əslində nə baĢ vermiĢdi?
-Ümumiyyətlə, bu, cəfəngiyatdır. O vaxt qanun layihələrinin böyük əksəriyyəti Prezident
Aparatından - Hüquqi Ġslahatlar Komissiyasından gəlirdi. Onları Prezident Aparatında və
parlamentdə çalıĢan hüquqĢünaslar birgə hazırlayırdılar. Mən parlament sədri olaraq qanun
yaradıcılığıyla birbaĢa məĢğul olmurdum. Yalnız layihələr hazır olandan sonra özüm baxır,
eyni zamanda parlamentin iĢində də iĢtirak edir, mövqeyimi bildirirdim.
Məsələnin mahiyyətisə, mənim yadımda qalan, ondan ibarətdi ki, Silahlı Qüvvələr haqqında
Azərbaycanın qanununun təkmilləĢdirilməsi tələbi gəlirdi. Hərbi qulluqçulardan baĢqa,
hüquqĢünaslar da hesab edirdilər ki, bu qanun təkmilləĢdirilməlidir. Onların baĢlıca arqumenti
bundan ibarətdi ki, Silahlı Qüvvələr haqqında bir yox, bir neçə qanun olmalıdır və onların
layihələri də hazırlanmıĢdı. Deməli, bir qanun bir neçə qanunla əvəz ediləcəkdi. Özü də, bu
qanunların hamısı qəbul edildikdən sonra paket halında prezidentə təqdim olunacaqdı;
prezident imzalasaydı onlar qüvvəyə minəcək, imzalamasaydı yenidən müzakirəyə
qaytarılacaqdı. Ali BaĢ Komandanın səlahiyyətləri də o qanun layihələrindən birində öz əksini
tapmıĢdı. Görünür, müzakirəyə çıxarılan layihə Ali BaĢ Komandanın səlahiyyətləri göstərilən
layihədən əvvələ düĢüb və Ģəxsən mən burada hansısa qərəzli münasibət axtarmağı doğru
saymıram.
Ümumiyyətlə, bu məsələnin ortalığa atılmasının özü qərəzli və məntiqsizdir. Ona görə ki,
birincisi, ölkənin prezidenti ölkənin Ali BaĢ Komandanıdır və komandan olaraq prezidentin
səlahiyyətlərini onun əlindən heç kəs və heç cür ala bilməz - bu, mümkün olan Ģey deyil.
Ġkincisi də, axı parlamentdə qəbul edilən istənilən qanun yalnız prezident qol çəkəndən sonra
qüvvəyə minə və tətbiq oluna bilər. Buna görə də parlamentin guya prezidentin Ali BaĢ
Komandan səlahiyyətlərini əlindən almaq, yaxud onları məhdudlaĢdırmaq istəməsi haqqında
fikirlər çox gülməlidir. Ancaq bunu da bildirim ki, o vaxt həm belə uydurmaları yaymağa
çalıĢan, həm də onları yaĢatmağa həvəsi olan qüvvələr çox fəaldı".
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
Fevralın 17-sinə keçən gecə Qarabağın quzeyində durum yenə gərginləĢdi. Tərtər və Ağdərə
bölgəsində son dərəcə ağır vəziyyət yarandı.
Mətbuatın 18 fevralda verdiyi bilgiyə görə, Ədliyyə Nazirliyi indiyədək 293 ictimai təĢkilat, 22
siyasi partiya, 1 siyasi hərəkat və 2 siyasi qrupu qeydə almıĢdı. Onların içərisində, sözsüz ki,
ən böyüyü Azərbaycan Xalq Cəbhəsiydi. Ancaq seçkilər gerçəkləĢməyə doğru üz tutduqca
nəinki müxalifətdə, hətta iqtidarın özündə də Azərbaycan Xalq Cəbhəsi ciddi tənqidə
uğramağa baĢlamıĢdı. "Azərbaycan" qəzetində ġahvələd Çobanoğlunun yazısı artıq siyasi
qüvvə kimi meydana atılmıĢ Müsavat Partiyasının mənafeyini daha çox əks etdirirdi.
Ġqtidarı tənqid etməyə giriĢən müəllif baĢlıca hədəf kimi AXC-ni seçir və yeri gəldikcə
prezident tərəfə də daĢlar atmağa baĢlayır. "May sıçrayıĢı"ndan sonra hakimiyyətə gələn
siyasi qüvvənin dövləti "QANUNLARLA yox, MÜNASĠBƏTLƏRLƏ" idarə etmək xəttini üstün
tutduğundan, intizamsızlığın, siyasi və hüquqi uyğunsuzluqların hələ də qaldığını bildirən
müxbir yeni siyasi rejimi bu durumda "birbaĢa səbəbkar" saymasa da onu vəziyyətin qarĢısını
əsaslı Ģəkildə ala bilməməkdə suçlandırır. Daha sonra o, siyasi qüvvələrin hamını prezidentin
ətrafında birləĢməyə çağırmasını siyasi sabitliyin pozulacağı qorxusunun "ilk iĢartısı" sayır.
Ölkədəki gərginliyin məhz AXC ĠK-nin bəyanatıyla mövcud həddə çatdığını bəyan edən və
həmin bəyanatın televiziyayla yayılmasını "SĠYASĠ və HÜQUQĠ ÖZBAġINALIĞIN ifrat həddi"
adlandıran ġ.Çobanoğlu bəyanat oxunan vaxt prezident Gəncədə olduğuna görə bunun onun
Ģəxsi təhlükəsizliyinə də böyük təhlükə törədə biləcəyi ehtimalını dilə gətirdikdən sonra əsas
mətləbə keçir: "AXC BU GÜN HÜQUQĠ STATUSU OLMAYAN BĠR SĠYASĠ QÜVVƏDĠR. Prezident
bu təĢkilatın sədri qalmaqla, bununla SĠYASĠ MƏNSUBĠYYƏT daĢımaqla qanunlar dövləti
yaratmaq istəyinə ĠLK ZƏRBƏNĠ ÖZÜ VURMUġDUR. Sonrakı zərbələr də onun sədrlik etdiyi
AXC TƏRƏFĠNDƏN VURULMUġDUR". Bir daha xatırladıram ki, bu sözləri "Meydan", "Səs",
yaxud "Ġki sahil" yox, məhz rəsmi dövlət qəzeti "Azərbaycan" yazırdı!
Daha sonra müəllif AXC-ni az qala H.Əliyevin nüfuzunu qaldırmaqda ittiham edir: "Heç bir
hüquqi və siyasi məntiqə sığmayan Naxçıvan hadisələri zamanı da eyni mövqe tutuldu: hər
Ģey sanki Heydər Əliyevin reytinqinin yüksəldilməsinə xidmət edirdi". Əlbəttə, bu cümlənin
ikinci yarısında böyük həqiqət var, ancaq Əliyevin reytinqini yüksəltməyə çalıĢanları AXC-də
yox, güc qurumlarında axtarmaq gərəkdi.
Nəhayət, müəllif baĢlıca narahatlığını (özününmü?!) ortaya çıxarır: "Qəflətən AXC Ġcraiyyə
Komitəsinə yeni sədrin (Fərəc Quluyevin - Ə.T.) gətirilməsi, PREZĠDENTĠN KOMANDASINDA
BĠR-BĠRĠNĠ ƏSLĠNDƏ TARAZLAġDIRMAQ ĠSTƏYƏN ĠKĠ QÜVVƏNĠN MEYDANA ÇIXMASI hər
hansı "ssenari"dən söhbət açmağa da imkan verir".
Fikrimcə, "Azərbaycan" qəzetinin bu mövqeyi artıq fevralın sonlarında iqtidarda, doğrudan da,
"iki qüvvə"nin yarandığını göstərir və istər parlament seçkisinin gecikdirilməsində, istərsə də
ümumi düĢmənə qarĢı vahid mübarizə cəbhəsinin yaradıla bilməməsində bu "qüvvələĢmə"
önəmli amilə çevrildi.
Yeri gəlmiĢkən, bu yazının məhz H.Əliyevin Bakıya gəlməsindən və dövlət baĢçılarıyla
görüĢündən sonra meydana çıxmasını da təsadüf saymıram.
Z.ƏLĠZADƏ: ĠQTĠDAR SEÇKĠLƏRĠN SAXTALAġDIRILMASINDA MARAQLI OLMAYACAQ
"Xocalı faciəsi zamanı həlak olanların ailələrinə maddi yardım verilməsi haqqında" 18 fevralda
sərəncam verən prezident həmin gün Ġran Ġslam Cümhuriyyəti ġərqi Azərbaycan ostanının
valisi Əli Əbdüləlizadənin baĢçılığı altındakı nümayəndə heyətini qəbul etdi.
Türkiyənin Konya Səlcuq Universitetinin fəxri professoru adı verilməsi haqqında universitet
elmi Ģurasının qərarı da Bəyə ayın 18-ində təqdim edildi. Rektor Xəlil Cin Azərbaycan
prezidentini Konyaya dəvət edirdi. Elə eyni vaxtda Trabzon Qara Dəniz Texniki Universiteti də
Elçibəyi özünün fəxri doktoru seçdi. Bu haqda qərarı rektor Aydın Dumanoğlu gətirmiĢdi.
Fevralın 18-ində Milli Məclisin prezidentin də qatıldığı qapalı iclası keçirildi. Burada Azərbaycan
Milli Ordusundakı, döyüĢ bölgələrindəki vəziyyət müzakirə edildi. Müdafiə naziri Rəhim
Qazıyevin Rusiyanın hərbi dairələriylə əlaqələri nəticəsində milli mənafeyimizə vurulan
zərbələr haqqında danıĢıldı. Qazıyev - Qraçov telefon danıĢıqlarının məzmunu açıqlandı.
Ġnkaredilməz sübutlar qarĢısında qalan müdafiə naziri istefa verməyə məcbur oldu. Sonralar
o, istefasının səbəbini hökumətin təxribatlarından cana gəlməsi və əsəblərinin dözməməsiylə
izah etdi (bax: "Yeni Müsavat", 27 aprel 1999).
AMĠP-in qərargahında 18 fevralda 21 siyasi partiyanın iĢtirakıyla keçirilən "Parlament seçkiləri
və partiyalar" mövzulu forum həmin günlərdə iqtidarın müxalifətlə birgə gərgin durumdan
demokratik yollarla çıxmağa çalıĢmasının görsəntisiydi. QarĢıdakı parlament seçkilərinə çeĢidli
baxıĢ bucaqlarından göz yetirən siyasilərimiz seçkilərə baĢlıca sabitləĢdirici amil kimi
yanaĢdılar.
ASDP-nin sədrdaĢı ZərdüĢt Əlizadə bildirdi ki, iqtidar seçkilərin keçirilməsinin köklü
saxtalaĢdırılmasında maraqlı olmayacaq. Mövcud durumu təhlil edən Z.Əlizadənin fikrincə,
iqtidar MÜXALĠFƏT QÜVVƏLƏRĠNĠN ÖLKƏNĠN ĠDARƏ EDĠLMƏSĠNDƏ ĠġTĠRAKINA tərəfdar
duracaq.
ġəxsən Ə.Elçibəyə qarĢı həmiĢə kəskin mövqe tutmuĢ Z.Əlizadənin iqtidarın səmimiyyətinə
inam bəsləməsi bu arada iqtidar-müxalifət münasibətlərinin hələ sağlam məcrada getdiyini
göstərir və hakimiyyətə hörmət qazandırırdı.
Dostları ilə paylaş: |