görünməmiĢ presedent yaranır: müstəqil dövlət kimi davranan Naxçıvan baĢqa bir
dövlətlə protokol imzalayırsa onda müstəqillik uğrunda mübarizə aparan Dağlıq
Qarabağ niyə bu hüquqları əldə edə bilməsin? Beləliklə, H.Əliyevin öz Ģəxsi
maraqlarını dövlət maraqlarından üstün tutma siyasəti ermənilərin mənəvi
imkanlarını xeyli artırmıĢdır”
.
Milli Məclisin 18 may iclasında spiker Ġsa Qəmbər bu məsələyə münasibət bildirərək dedi ki,
həmin sənəd imzalanmamıĢdan əvvəl respublika rəhbərliyiylə razılaĢdırılmalıydı. (O,
H.Əliyevin Ġran və Türkiyəylə gördüyü iĢlərinsə məsləhətləĢmələrdən sonra həyata
keçirildiyini təsdiqlədi).
Prezident Aparatında 17 mayda keçirilən mətbuat konfransında mətbuat xidmətinin rəhbəri
Arif Əliyev prezidentin bu günlərdə ABġ və Fransa prezidentlərindən aldığı məktublara
toxundu. Sonra o, Moskvada 3+1 düsturu üzrə gedən danıĢıqlarda ABġ-dan Cek Mareska,
Türkiyədən Volkan Vural, Rusiyadan Vladimir Kazimirovla yanaĢı, Mario Raffaellinin xüsusi
nümayəndəsinin də iĢtirak etdiyini dedi.
6 rus hərbçisiylə bağlısa bunlar bildirildi ki, hərbi kollegiya onların bağıĢlanmasını düzgün
saymayıb, çünki bir dəfə Lukin barəsində belə xeyirxahlıq edilərək o, Rusiyaya qaytarıldı,
ancaq o, Rusiyada nəinki mühakimə edilmədi, əksinə, az qala milli qəhrəmana çevrildi.
Arif Əliyev bunu da xəbər verdi ki, Rusiyanın 4-üncü ordusunun son diviziyasının Gəncədən
çıxarılması razılaĢdırılmıĢ müddətdən də tez həyata keçirilir (son rus desantçısı Gəncəni 25
mayda tərk etdi).
Sonralar prezident Elçibəy deyəcəkdi:
«Rus ordusunu öz ərazisindən yalnız Azərbaycan
çıxardı. Nəyə görə? Çünki Azərbaycan xalqı artıq azadlığa yiyələnmiĢdi, yoxsa heç cür
mümkün deyildi. Niyə obirilər bunu bacarmadı? Çünki onlar bu yolu getmədi, Azərbaycan
xalqısa getdi. Buna görə də deyək ki, Almaniyadan, Baltikyanı ölkələrdən rus qoĢunları
müqavilələrlə danıĢaraq, Avropanın böyük təzyiqi altında çıxarılırdısa bizsə bunu öz xalqımızın
gücüylə etdik və imperiya bir daha qayıdıb üstümüzə gəlməyə cəsarət götərmədi -
Azərbaycan xalqından qorxdu, çünki onun gücünü 20 Yanvarda görmüĢdü. Məsələnin kökü,
bax, bundadır!»
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı,
1999, s.29).
Bu vaxt Əbülfəz Elçibəy qarĢıdakı parlament seçkilərinə ciddi hazırlıq görürdü. 15 maydan
mətbuat prezidentin parlamentə təqdim etdiyi seçki qanunu layihəsini müzakirə etməyə
baĢladı. Bu layihədə qarıĢıq sistem təklif edilirdi, yəni deputatların təqribən yarısının - 61
nəfərin mojaritar, qalanlarınınsa (60 nəfər) proporsional (mütənasib) qayda üzrə seçilməsi
nəzərdə tutulurdu. Bu, o deməkdi ki, 61 deputat konkret seçki dairələrindən, 60 deputatsa
bütün ölkə seçiciləri tərəfindən partiya siyahılarıyla seçiləcəkdi.
TÜRKĠYƏ ƏHƏMĠYYƏTLĠ QÜTBƏ ÇEVRĠLƏ BĠLMƏDĠ
Klintonun xahiĢiylə XĠN, Pentaqon, Mərkəzi KəĢfiyyat Ġdarəsi, maliyyə və ticarət nazirlikləri
Türkiyəyə aid birgə arayıĢ hazırlayaraq ona təqdim etdilər. Burada həm də deyilirdi: “Orta
ġərqdə meydana gələ biləcək dəyiĢikliklər də nəzərə alınarsa yaxın on ildə Türkiyə yeni
yaranmıĢ türkdilli dövlətlərlə birlikdə son dərəcə əhəmiyyətli qütbə çevriləcəkdir”.
Bu fikrin nə qədər doğru olduğunu Turqut Özal - Əbülfəz Elçibəy cütlüyü bütün dünyaya 10
ildən də tez sübut edəcəkdi. Görəsən, arayıĢın hazırlanmasına TƏLƏBAT ELƏ BU GERÇƏKLĠYĠ
BAġA DÜġMƏKDƏN ĠRƏLĠ GƏLMƏMĠġDĠ KĠ?!. Əlbəttə, bu sorğuya müsbət, yaxud mənfi
cavab verməkçün əlimizdə heç bir danılmaz tutarqa yoxdur, ancaq sübuta qətiyyən ehtiyacı
olmayan bircə gerçəkliksə budur ki, aprelin 18-ində Turqut Özal dünyasını dəyiĢdi (Əbülfəz
bəy onun ölümündə kənar amillərə inanmırdı) düz iki ay sonrasa Əbülfəz Elçibəy
hakimiyyətini birdəfəlik itirdi və 4 il yarımlıq dözülməz sürgün həyatı yaĢamalı oldu. Özü də,
türk dünyasını çiçəkləndirəcək, onu dünyanın olduqca önəmli güc mərkəzinə çevirəcək bu
qurucu, yaradıcı iki azman lideri, iki yepyeni beyini, nədənsə, gənclər yox, tam bambaĢqa
cütlük: 70 yaĢlı qosqoca “dəmir əl”lər əvəzlədi!..
…Mayın 18-ində mətbuatda Əbülfəz bəyin Türkiyənin yeni prezidenti seçilmiĢ Süleyman
Dəmirələ göndərdiyi təbrik dərc edildi.
Prezident Əbülfəz Elçibəyin ən yaxın silahdaĢı Ġsa Qəmbərin baĢçılıq etdiyi Milli Məclisin 18
mayda 1 yaĢı tamam oldu. Bu az müddətdə Milli Məclis Azərbaycanın müstəqilliyini
geridönməz etməyə hava və su kimi zəruri olan 103 qanun və qərar qəbul etmiĢdi. Ən azı
yarısının köhnə partnomenklatura nümayəndələrindən ibarət olduğu bu qanunvericilik
mexanizmini belə fəal iĢlədə bilməkdə, əlbəttə, Ġsa bəyin rəhbərlik bacarığı müstəsna rol
oynamıĢdı. Prezident Elçibəy məktub göndərərək parlamenti əlamətdar gün münasibətilə
ürəkdən təbrik etdi.
Bu bayram yığıncağında Arif Rəhimzadə yenə də sessiya çağırmağı təklif edəndə Tamerlan
Qarayev bildirdi ki, bu məqsədlə imzalar 8 ay öncədən (24 oktyabrdan sonra - Ə.T.)
toplanmağa baĢlayıb.
Görünür, A.Rəhimzadənin fəallaĢmasının səbəbini onun Naxçıvanla əlaqəsində axtarmaq
gərəkdir. Bunu P.Hüseynovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibə də təsdiqləyir: “...O
dövrdə Ali Sovetin çağırılması və onun sessiyasında H.Əliyevin çıxıĢ etməsi ilə bağlı planlar
haqda məndə məlumatlar var idi. Ali Sovetin sessiyasını Bakıda mümkün olmasa Arif
Rəhimzadə vasitəsilə Gəncədə keçirmək planlanırdı. Səhv etmirəmsə mayın 22-də (1993 -
red.) Arif Rəhimzadənin danıĢıqları barədə informasiya gəldi” (“Yeni Müsavat”, 15.04.1999).
Söhbətimizdə Pənah bəy bildirdi ki, H.Əliyev Ali Sovetin çağırılmasını ona görə istəyirdi ki,
Bakıya bizim təklifimizlə yox, məhz Ali Sovet sədrinin müavini kimi öz təĢəbbüsüylə gəlsin və
Ali Sovetin yardımıyla da hakimiyyəti ələ keçirsin. Mən Ali Sovetdə onun heç nə edə
bilməyəcəyini tərəfdarı olan deputatların sayını konkret göstərməklə sübut etdim və bundan
sonra o, Ali Sovet ideyasından iyunun baĢlanğıcında əl çəkdi.
Muxtar respublikada bu vaxt ciddi iĢlər baĢ verirdi. Bu haqda keçmiĢ spiker Rəsul Quluyev
yazır: “Rəsmi Bakının təzyiqləri altında, nəhayət, Heydər Əliyev 1993-cü ilin
mayında Naxçıvan Müdafiə Komitəsinin Azərbaycan Müdafiə Nazirliyinə tabe
etdirilməsi haqqında qərar çıxarmağa məcbur oldu. Naxçıvan Ali Məclisinin
qərarına görə, təhvil və təslim əməliyyatı mayın 18-25-i arasında həyata
keçirilməli idi. Lakin bir çoxları üçün gözlənilmədən Naxçıvan Müdafiə
Komitəsinin mərkəzi silah anbarında hər Ģeyin yanması ilə nəticələnmiĢ partlayıĢ
törədildi. Bu, təsadüf deyildi. Məqsəd Heydər Əliyevin gələcəkdə Surət
Hüseynovun vasitəsilə Milli Hakimiyyətə qarĢı çevirəcəyi silahların izini itirməkdi.
Hadisə ilə bağlı daha maraqlı məqam. Elə mayın 21-də Naxçıvan Ali Məclisinin
qərarı ilə hadisəyə hüquqi qiymət verilir, iĢdə XALQ CƏBHƏSĠ üzvlərinin əli olduğu
EHTĠMAL KĠMĠ irəli sürülür və cinayət iĢi baĢlamaq üçün Naxçıvan prokuroruna
göstəriĢ verilir, elə hər Ģey də bu göstəriĢ ilə bitir. H.Əliyevin bu günə qədər
həmin hadisəni sükuta qərq etməsi onun bu iĢdə fəal iĢtirakı olduğunu göstərir.
Bütün bunlar 4 iyun dövlət çevriliĢi ərəfəsində baĢ verirdi və onların arxasındakı
ən azı məntiqi əlaqəni görməmək mümkün deyil”.
Fikrimcə, qarĢıdakı yaxın illərdə bu deyilənlərin gerçəkliyə nə qədər uyğun olub-olmaması
bütünlüklə üzə çıxacaq.
“Əski Müsavat nəsli” təĢkilatı 17 mayda bəyanat yaydı: “GƏNCƏDƏ GĠZLĠ TOPLANTI
haqqında son zamanlar yayılan Ģayiələr cəmiyyətdə narahatlıq və səbatsızlıq yaradır”.
Gəncədən gələn xəbərlərdə bildirilir ki, Surət Hüseynov rayonlara adam göndərərək seçmə
adamları Gəncəyə bir ümumrespublika məclisinə dəvət edir və bu yığıncaqda çox ciddi
məsələ müzakirə olunacaq.
Pənah Hüseynov «Hərbi birliy»in yaradıldığı 30 aprel tarixli həmin yığıncaqla bağlı
“Cinayətimiz məğlubiyyətimizdir” əsərində yazır: “ToplanıĢın iclasında Hacı Vaqif (DaĢkənd
Vaqif) sədrlik etmiĢdir. Ġclasın əvvəlində iĢtirak edən Rəhim Qazıyev təxminən 40 dəqiqə çıxıĢ
edib iqtidarı möhkəm tənqid etdikdən sonra çıxıb getmiĢdir. Sonra “Murovdağ” cəmiyyətindən
Saday [Nəzərov] və Əvəz [ġükürov] adlı adamlar da hökuməti kəskin tənqid etmiĢlər. [...]
Axırda bəyanat qəbul edilmiĢdi. Ġclasın sədri məlumat vermiĢdi ki, guya toplanıĢda 40
rayonun nümayəndəsi iĢtirak edir. [...] Bəyanatdan belə çıxırdı ki, Azərbaycan rəhbərliyi
xaindir. Qarabağ ətrafında gedən danıĢıqlar millətə xəyanətdir”.
Bütün narahatlıqlara baxmayaraq, Bəy öz iĢindəydi. 19 mayda o, Avstraliyanın keçmiĢ SSRĠ
respublikaları üzrə səfiri Kavan Oliver Fenton Houku qəbul etdi. Həmin gün çox əlamətdar bir
hadisə də baĢ verdi - ADNġ ilə “AMOKO”, “BP / Statoyl”, “Pennzoyl”, “Yunokal”, Türkiyə Neft
Korporasiyası və “MakDermott” Ģirkətləri arasında qarĢılıqlı əməkdaĢlığa dair memorandum
imzalandı. “Azəri”, “Çıraq” və “GünəĢli” neft yataqlarından istifadə olunması məqsədiylə vahid
proqram iĢləyib hazırlamaqçün müĢtərək iĢ qrupu yaradıldı.
SEÇKĠ QANUNU MÜZAKĠRƏ EDĠLĠR
Müxalifət mətbuatı prezidenti əxlaqsızcasına təhqir edir (burada N.Pənahovun “Meydan”
qəzeti ayrıca seçilirdi), onunla bağlı ən ləyaqətsiz Ģayiələr uydurur, böhtan və iftiralar
yayırdılar. Bəyin bəxti gətirməmiĢdi - müxalifət mətbuatı bir yana, hətta rəsmi dövlət qəzeti
də ona zərbə vururdu. “Azərbaycan” qəzeti 21 mayda keçmiĢ müdafiə naziri, siyasi mövqeyi
hamıya gün kimi bəlli olan R.Qazıyevlə gurultulu baĢlıqlı müsahibə dərc edərək əslində onu
təmizə çıxardı, prezidenti və bütövlükdə iqtidarı onun əsassız ittihamlarının hədəfinə çevirdi.
Qəribə təzaddır - Rəhim Qazıyevin iqtidarı qəzetdə ittiham etdiyi həmin gün Milli Məclisdə
parlament seçkiləri haqqında qanun layihəsinə həsr olunmuĢ geniĢ mətbuat konfransı
keçirilirdi. Konfransda hüquqĢünaslar ġahin Əliyev, Fazil Mustafayev, Səfa Mirzəyev və
Simran Həsənov iĢtirak edirdilər. Yığıncaqda bildirildi ki, layihənin dərc edildiyi 27 yanvardan
bugünədək 500-ə yaxın təklif alınıb və prinsipcə hamı qanun layihəsiylə razıdır. Bu layihədə
daha çox Almaniya, Litva və Latın Amerikasının bəzi ölkələrinin təcrübəsi nəzərə alınıb. Bu
layihə qəbul olunarsa onun 5-10 il dəyiĢdirilməyəcəyinə əmin ola bilərik.
Konfransda layihəylə bağlı son təkliflərin 15 ĠYUNADƏK verilə biləcəyi söylənildi. (Təəssüf ki,
son illər seçkilər ərəfəsində dövlət içində ciddi çalxantılar yaranmasının nəhs ənənəyə
çevrildiyi Azərbaycan bu seçkidən də qabaq bir hökumətini itirdi və qanun layihəsi üzə
çıxarılmadı...).
Hökumət bu seçkinin keçirilməsində maraqlıydı - vəziyyətin yalnız yeni parlamentlə xilas edilə
biləcəyi gündən-günə hamıya aydınlaĢırdı. Bu vaxt artıq iqtisadiyyatdan da sevincli xəbərlər
alınırdı. Ölkənin 120 milyon dollardan çox valyuta ehtiyatı vardı. Dollara nisbətdə manatın
məzənnəsi rubldan daha sabitdi - 1 dollar 60 manata yaxın (960 rubl) idi. Ötən ay ölkənin
milli gəliri daha 6 faiz artmıĢdı. Mayda ÜDM-un artımı 12 faiz oldu.
ABġ prezidenti Bill Klinton 21 mayda Əbülfəz Elçibəyi istiqlal günü münasibətiylə təbrik
edərək ona məktub göndərdi. Məktubda deyilirdi ki, Sizin Azərbaycan prezidenti “seçildiyiniz
bir il ərzində demokratik və iqtisadi islahatlar prosesi baĢlanmıĢdır. Mən möhkəm inanıram ki,
vətəndaĢlarınızın hüquqlarını müdafiə edən etibarlı demokratik təsisatlar Azərbaycanın siyasi
və iqtisadi gələcəyi üçün ən yaxĢı təminatdır. Arzu edirəm ki, öz islahat proseslərinizlə irəli
getməkdə davam edəsiniz”.
ERMƏNĠLƏR KƏLBƏCƏRĠ TƏRK EDƏCƏK
BMT Təhlükəsizlik ġurasının 30 aprel tarixli qətnaməsini gerçəkləĢdirməkdən ötrü maksimum
əlveriĢli Ģərait yaratmaq, Rusiya, Türkiyə və ABġ-ın təklif etdikləri “Təxirəsalınmaz tədbirlər
planı”nı tezliklə imzalamaq və yerinə yetirmək məqsədiylə Azərbaycan Müdafiə Nazirliyi Milli
Ordu bölmələrinə əmr verdi ki, 24 may saat 24.00-dan 29 may saat 00.01-ədək birtərəfli
qaydada atəĢi dayandırsın.
Prezident Aparatında keçirilən (24 may) ənənəvi bazar ertəsi mətbuat konfransında Arif
Əliyev bəyan etdi ki, erməni silahlı qüvvələrinin Kəlbəcərdən çıxarılmasına 27 mayda
baĢlanılmalıdır. 1 iyundasa 60 günlük atəĢkəs barədə razılıq əldə olunacaq. iĢğalçı qüvvələrin
bölgədən çıxarılması 3 iyunda baĢa çatdırılmalı, 6 iyunda Cenevrədə sülh danıĢıqları
baĢlanmalıdır və onların nəticəsi 15 iyunda Minsk Qrupu çərçivəsindəki danıĢıqlarda sənəd
Ģəklində təsdiqlənməlidir.
Bəli, prezident Elçibəy Qarabağ münaqiĢəsinin həllində “üçlüy”ü hakim seçməklə ciddi siyasi
nailiyyət qazandı! Mətbuat konfransında verilən bu məlumat əslində həmin siyasi qələbənin
təsdiqiydi. BMT Bosniya barəsində indiyədək 33 qətnamə qəbul etsə də orada qan tökülməsi
davam edirdi, ancaq Elçibəy iqtidarı onun bircə qətnaməsini qəbul etdirməklə real nəticəyə
nail olmağın bircə addımlığındaydı. Durum elə bir nöqtəyə gəlmiĢdi ki, münaqiĢənin baĢlıca
səbəbkarı - Rusiya da əllərini yuxarı qaldırmalı olmuĢdu. Bu vaxt Rusiya prezidentinin
Qarabağ problemi üzrə səfiri Vladimir Kazimirov boynuna aldı ki, Azərbaycan Kəlbəcər
döyüĢündən qalib çıxdı. Ancaq o, bunu da əlavə etdi: bəs ölkədə yeni gözlənilməz hadisələr
baĢ versə neyləyəcəksiniz?
ARTIRMA
«-Bizim hakimiyyətin yıxılmasının çox ciddi səbəbləri var. Onların içərisində xarici dövlətlərin
dağıdıcı qüvvələriylə əlbir olmuĢ ölkəiçi siyasi müxalifətin 4 iyun qiyamını törətməsi, sözsüz ki,
həlledici amillərdəndir. Ancaq boynumuza almalıyıq ki, düĢmənlərin bizi yıxmasında özümüz
də suçluyuq - hər Ģeydən öncə, hakimiyyətdaxili qruplaĢmaları, ziddiyyətləri, çəkiĢmələri
nəzərdə tuturam.
-Hər halda, hakimiyyətimizin devrilməsində bu amili birinci sıraya çəkmək olmaz. Mən o
dövrdə də demiĢəm, yenə də bu fikirdə qalıram ki, hakimiyyətimizin devrilməsi bizim
səhvlərimizin, uğursuzluqlarımızın deyil, qazandığımız və qazanılması gözlənilən uğurlarımızın
nəticəsidir. Çünki hadisələr çox müsbət axara doğru gedirdi - 1993-ün yayında və payızında
bir neçə istiqamətdə çox ciddi hadisələr, irəliləyiĢlər gözlənilirdi. Bunların bəziləri haqqında
artıq Sizinlə söhbət elədik: birincisi, yeni parlament seçkilərinin keçirilməsi; ikincisi, neft
saziĢlərinin imzalanması; üçüncüsü, özəlləĢdirmə proqramı qəbul edilmiĢdi və özəlləĢdirmə
baĢlanacaqdı; dördüncüsü, Ermənistan-Azərbaycan münaqiĢəsinin həlliylə bağlı Rusiya-
Türkiyə-ABġ üçlü təĢəbbüsü vardı. «Üçlər» yeni plan təklif eləmiĢdilər və Azərbaycan da,
Ermənistan da, Dağlıq Qarabağdakı ermənilər də onunla razılaĢmıĢdı. Həmin palana əsasən
iyun ayında ermənilər Kəlbəcəri bütünlüklə boĢaldacaq, Kəlbəcər iĢğaldan azad olunacaqdı.
ĠĢğala son qoyulub sülh müqaviləsi imzalanacaqdı. Üç dövlət birlikdə iĢə çox ciddi giriĢmiĢdi
və onların ən azı ikisi məsələnin həllində çox qərarlıydı. Görünür, birində tam əminlik yoxdu,
ona görə də 4 iyun hadisələri məsələnin həllini qabaqladı. Bu üzdən də məğlubiyyətimizin,
qiyamın qarĢısını ala bilməməyimizin həlledici səbəbi olaraq hakimyyətdaxili münasibətlər
götürülə bilməz. Vardı, o da vardı, yəqin ki, iyun günlərində də öz mənfi təsirini göstərmiĢdi,
ancaq o, həlledici səbəb ola bilməzdi».
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
Bütün oyunu Azərbaycanın müstəqilliyinə yol verməmək, onun yeraltı və yerüstü
sərvətlərindən (hər Ģeydən öncə, neftindən) “özbaĢına” istifadə etməsinin qarĢısını almaq
məqsədi güdən Rusiya “üçlüy”ün çıxardığı qərarın gerçəkləĢməməsindən ötrü Gəncədə və
baĢqa yerlərdəki hadisələri daha da qızıĢdırmağa baĢladı. Bu iĢdə Ġran da ona yardımçı oldu.
Yeri gəlmiĢkən, xatırladım ki, may ayında Ġranın təhlükəsizlik orqanlarının
təĢkilatçılığıyla Elçibəy, iĢtirak etdiyi bir məclisdə məhv edilməliydi, ancaq
“törəndə çox ciddi tədbirlərin alınması münasibətiylə xainlər bu mənfur
əməllərinə yetiĢə bilmədilər” (F.Qəzənfəroğlu, göstərilən kitabı, s.209).
Haqqında ölüm hökmü çıxarılmıĢ 5 nəfər rus hərbçisi ətrafında Rusiyada böyük təbliğat hay-
küyü qaldırılmıĢ, güclü antiazərbaycan kampaniyası baĢlanmıĢdı. Rusiya rəhbərləri, ictimai
təĢkilatlar, ayrı-ayrı vətəndaĢlar məktub göndərərək həmin qatillərin Rusiyaya qaytarılmasını
tələb edirdilər. Azərbaycandasa müxalifət prezidentin manevr imkanlarını, demək olar ki,
heçə endirirdi. Müxalifət həmin hərbçiləri Rusiyaya göndərəcək prezidenti vətən xaini elan
etməyə hazırdı və bu niyyətini heç gizlətmirdi də. Məsələn, AMĠP sədrinin müavini Babək
Hüseynoğlu həmin 6 hərbçinin bağıĢlana biləcəyini nəzərdə tutaraq deyirdi:
“Mən istəməzdim
ki, Əbülfəz Elçibəy bu yolla Rusiya prezidenti qarĢısında ÖZ NÜFUZUNU artırsın”. (Halbuki o,
4 iyundan sonra Azteleradio ġirkətinin baĢçısı olarkən H.Əliyevin həmin döyüĢçüləri Moskvaya
aparmasını ağzı köpüklənə-köpüklənə təbliğ edirdi)
.
../../images/Arxiv/1993_0525_Iclas02.JPG
Rusiyanın ciddi niyyətlərinə artıq bütün incəliyiylə
bələd olmuĢ prezident Əbülfəz Elçibəy 25 mayda respublika hüquq-mühafizə orqanları
rəhbərlərinin iĢtirakıyla müĢavirə keçirdi. Prezident baĢlıca olaraq demokratik hüquqi dövlət
quruculuğundan, hüquq-mühafizə orqanlarının qarĢısında duran vəzifələrdən danıĢdı.
O.Qasımovun mənə dediyinə görə, 25 may müĢavirəsində orduda yaranmıĢ vəziyyətlə bağlı
R.Qazıyevin rolu qeyd edilmiĢdi. Yığıncaqdan sonra axĢam R.Qazıyev Elçibəyin qəbulunda
olmuĢ və oradan çox əsəbi halda çıxmıĢdı. Prezidentlə görüĢdə o, Azərbaycanda vətəndaĢ
müharibəsi olacağını və heç bir qüvvənin onu bu yoldan döndərə bilməyəcəyini söyləmiĢdi.
Həmin gün Elçibəy Məhəmməd əl-Həqqin baĢçılığıyla Misir parlamenti nümayəndə heyətini
qəbul etdi. O, Misir prezidenti Hüsnü Mübarəkin götürdüyü demokratik dəyiĢikliklər xəttini
yüksək qiymətləndirdi.
RENE VANROY HEYRƏTLƏNĠR
Prezident Aparatında 25 mayda keçirilən qaçqın və köçkünlərə həsr olunmuĢ mətbuat
konfransında bildirildi ki, bu gün Azərbaycanda 233 min 413 nəfər (51 min 109 ailə) qaçqın
və 226 min 688 nəfər (43 min 476 ailə) köçkün var.
BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Rene
Vanroy 27 mayda mətbuatda bildirirdi: “Məni Azərbaycanda ən çox heyrətləndirən odur ki, bu
qədər böyük qaçqın kütləsinin və öz daimi yaĢayıĢ yerlərini tərk etmək məcburiyyətində
qalmıĢ adamların olduğu halda GƏNCƏ, FÜZULĠ, AĞDAM, AĞCABƏDĠDƏ BĠR DƏNƏ DƏ
QAÇQIN DÜġƏRGƏSĠNƏ RAST GƏLMƏDĠM. Yerli əhali onları öz doğma bacı-qardaĢları kimi
evlərində saxlayır”. Qaçqın düĢərgələrinin yoxluğu, əlbəttə, xalqımızın mənəvi ucalığından irəli
gəlsə də burada Azərbaycan hakimiyyətinin həmin düĢərgələri beynəlxalq humanitar
yardımlar qoparmaq vasitəsinə çevirmək istəməməsiylə də izah olunmalıdır. Ancaq bunu
həmin qaçqın və köçkünlərin dövlət himayəsindən məhrum edilərək yalnız xalqın umuduna
buraxılması kimi düĢünmək kökündən yanlıĢ olardı, belə ki, dövlət bu kateqoriyadan olan
vətəndaĢlarına hədsiz diqqətcilliklə yanaĢır, bu zaman həm dövlətin daxili ehtiyatlarından,
həm də yerli icra hakimiyyətlərinin imkanlarından istifadə edirdi.
Bunu da bilmək maraqlı olardı ki, hakimiyyətin devrilməsi ərəfəsində Azərbaycanın dövlət
ehtiyatları onun ehtiyaclarını əsasən ödəməyə imkan verirdi. Dövlət Material Ehtiyatları
Komitəsinin ozamankı sədri ġəmsəddin Rəhimovun verdiyi məlumata görə, o, Komitəni
hakimiyyət ilinin baĢlanğıcında təhvil alanda dövlət ehtiyatları 0,4-0,8% idisə sonunda təhvil
verəndə 27-31% idi. Ölkənin müharibə Ģəraitində olmasına baxmayaraq bu dövrdə ərzaq
məhsulları 36-43%, taxıl və un əhalini 1,5-2 ay təmin edə biləcək həcmdə, yanacaq və sürtkü
məhsulları tam həcmdə, əlvan metallar tam həcmdə, qara metal və prokatları tam həcmə
yaxın, səfərbərlik ehtiyatları 60-70%, dərman preparatları 1 illik həcmdən yuxarı, kimya
məhsulları zavodların iĢ ahəngini 3-6 ay müddətə, xammal ehtiyatları yüngül və yerli
sənayeni 3-6 ay müddətə təmin edəcək həcmdə olub.
Rəsul Quluyevsə yazır:
“H.Əliyevin istehza ilə tənqid etdiyi Xalq Cəbhəsi hakimiyyəti
dövründə ölkənin bir qəpik də olsun xarici borcu yox idi. Xəzinədə 100 milyon
dollardan artıq valyuta toplanmıĢdı, müəssisələrin 60-70 faizi iĢləyirdi, əhalinin
orta aylıq əmək haqqı 100 dollardan artıq idi, iĢsizlik, demək olar ki, yox idi. Ġndi
isə özəlləĢdirmədən gələn gəlirlər və neft bonuslarına baxmayaraq ölkənin xarici
borcları 1 milyard dolları keçib, orta aylıq əmək haqqı 20 DOLLARA enib, iĢsizlik 1
milyon nəfəri keçib, həyat səviyyəsi 10 dəfədən çox aĢağı düĢüb, müəssisələrin
vur-tut 10-12 faizi iĢləyir. Ölkə sosial fəlakət girdabında çabalayır. Ġqtisadi
potensialın 2/3 hissəsi itirilmiĢdir”.
Bu naliyyətləri gözü götürməyənlər onun baĢlıca müəllifini - prezident Elçibəyin özünü
hakimiyyətdən uzaqlaĢdırmaq istəyirdilər. Milli Məclisin 26 maydakı iclasında - rus
desantçılarının Gəncəni tərk etməsinin ertəsi günü R.Qazıyev prezidentin istefa verməsini ilk
dəfə olaraq tələb etdi.
Prezidentin köməkçisi O.Qasımov bildirir ki, rus qoĢunları Gəncədən çıxarıldıqdan sonra Bəy
ən yaxın ətrafına demiĢdi: «Biz artıq tam müstəqil dövlətin vətəndaĢlarıyıq! Ancaq
Rusiya bunun əvəzini bizdən çıxacaq. Onun bizim hakimiyyəti devirmək fikri
qətidir. Buna hazır olmalıyıq».
R.Qazıyevin istefa tələbini 4 iyuna baĢlamaq siqnalı kimi də saymaq olar. Gəncə artıq
hakimiyyətlə döyüĢə hazır vəziyyətə gətirilmiĢdi. ĠĢ o yerə çatmıĢdı ki, Pənah Hüseynovdan
eĢitdiyimə görə, 28 mayda Gəncədə hətta müdafiə naziri DadaĢ Rzayev (!) 3 saat həbs
edilmiĢdi...
28 may günü Ġstiqlal bayramımızı qeyd etməzdən öncə Bəy ġəhidlər xiyabanına gedərək
azadlığımız uğrunda canlarını qurban verənlərin xatirəsini yad etdi. Prezident Azərbaycan
Cümhuriyyətinin 75 illiyinə həsr olunmuĢ təntənəli yığıncaqda çıxıĢ etdi. O göstərdi ki,
“Azərbaycan Xalq Cəbhəsi özünü Azərbaycan Cümhuriyyətinin varisi elan etməklə zəngin
tarixi təcrübəyə malik ilk respublikamızın müsbət ənənələrinin dirçəldilməsinə böyük təkan
vermiĢ oldu”.
Daha sonra Bəy “Aprel hadisələri təkrar oluna bilərmi?” sorğusuna cavab verdi. Prezident
bildirdi ki, son vaxtlar Rusiyada sovet imperiyasını bərpa etməyə cəhd göstərən əski
kommunist qüvvələr fəallaĢdıqda həmin hadisələr burada da öz əks-sədasını göstərdi. Ġstər
ölkə daxilində və istərsə də xaricində kommunistpərəst qüvvələrə aydın olmalıdır ki, xalqımız
müstəqil inkiĢaf yolunu qəti və birdəfəlik tutmuĢdur, onu bu yoldan döndərmək qeyri-
mümkündür.
Əbülfəz bəy sözünə davam etdi: “Azərbaycan dövlətçiliyi üçüncü respublika dövrünə qədəm
qoymuĢdur. Üçüncü respublika birinci respublikanın qanuni varisi olub onun baĢladığı iĢi
davam etdirir, onun ideallarını gerçəkləĢdirir”.
Bayram günü Azərbaycan xalqına televiziyadan müraciət edən Azərbaycan prezidenti dedi:
“Aprel hadisələri təkrar oluna bilərmi? Adamları indi bu sual narahat edir. Müasir dünyanın
reallıqları, xalqımızın dönməz iradəsi, istiqlal ideyasına olan inamı bu və buna bənzər
hadisələrin təkrar olunmasını istisna edir”.
Prezident öz dediklərini bununla əsaslandırdı: “Müasir dövrdə Rusiyada gedən proseslərdə
demokratik meyllərin imperiyapərəst təfəkkürdən üstün olduğu özünü göstərir. biz
demokratik Rusiyaya inanırıq, onunla hər cür ikitərəfli əməkdaĢlığa hazırıq”.
Müraciətin sonunda Əbülfəz bəy dedi: “Əziz həmvətənlər! Böyük çətinliklər bahasına
babalarımız, özləri dediyi kimi, yoxdan bir dövlət yaratdılar, bir istiqlal bayrağı ucaltdılar; bu
gün həmin dövlətin olanını qorumaq, olmayanını yaratmaq bizim üzərimizə düĢür.
BaĢladığımız yeni dövlət quruculuğu prosesi heç də asan yol deyil. Bu çətin yolda sizə - bütün
Azərbaycan xalqına uğurlar diləyirəm”.
Xatırladım ki, 28 may günü Bakıda bir sıra yaddaqalan mədəni tədbirlər də həyata keçirildi.
Məsələn,
Əli ağa ġıxlınskinin büstünün, ġah Ġsmayıl Xətayinin və Hüseyn Cavidin abidələrinin
açılması
bütövlükdə ölkənin mədəniyyət tarixində mühüm hadisəyə çevrildi.
Əbülfəz bəy, öncədən planlaĢdırıldığına görə, 30 mayda Böyük Britaniyaya rəsmi səfərə
getməliydi. Ancaq ölkədəki ictimai-siyasi durum buna imkan vermədi. Prezident həmin gün
Harold Elliston baĢda olmaqla Böyük Britaniya parlamentinin nümayəndə heyətini qəbul etdi
və Ġngiltərənin Azərbaycana mənəvi-psixoloji yardımını vurğulayaraq onu yüksək
dəyərləndirdi.
21-28 mayda Böyük Britaniyada rəsmi səfərdə olmuĢ (mənimlə söhbətində Pənah bəy həmin
vaxt ölkədə uzun müddət olmamasını yanlıĢ addım saydığını bildirdi) və ölkədəki gərgin
vəziyyətlə bağlı olaraq yarımçıq qayıtmıĢ baĢ nazir P.Hüseynov 30 mayda bəyan etdi: “Bu
yaxınlarda Con Meycorun dəvətiylə prezident Əbülfəz Elçibəy Böyük Britaniyaya səfərə
çıxacaqdır”. Səfər zamanı, Əbülfəz Elçibəyin özünün dediyinə görə, Azərbaycanla Böyük
Britaniya arasında neft müqaviləsi haqqında niyyət protokolu imzalanacaqdı. (Bunu ona görə
ayrıca gözə çarpdırıram ki, bəziləri orada neft müqaviləsinin imzalanacağını bildirirdi, halbuki
beynəlxalq konsorsiumun neft müqaviləsini imzalaması sentyabr-oktyabr aylarında
gözlənilirdi).
ĠSGƏNDƏR HƏMĠDOV: 5 ĠYUNDA MĠTĠNQ EDƏCƏYƏM
Mayın sonunda Qusar, Quba, Xaçmaz, Ġsmayıllı, Qəbələ, Oğuz, Göyçay rayonlarında, Bakı və
Sumqayıtda yaĢayan ləzgilərin səlahiyyətli nümayəndələri birgə bəyanat imzaladılar ki,
Azərbaycan ləzgiləri təhrikçi hərəkətlərə uymayacaqlar.
Onların narahatlığı heç də boĢ yerə deyildi. Xaçmaz rayon icra hakimiyyətinin sabiq baĢçısı
Müqəddəs Mehdiyev mənimlə söhbətində bildirmiĢdi:
“1993-ün baĢlanğıcından Rusiyanın
Azərbaycandakı səfiri Valter ġoniyanın tez-tez Dağıstanın Axtı rayonuna getməsi və orada
separatçılarla görüĢməsi barədə məlumatlar alırdıq. Həmin il mayın son günlərində
Dağıstandan qayıdan səfir Xaçmazda oldu. Ziyafət zamanı məni qırağa çəkərək dedi ki, sən
də prezidentin kimi qatı millətçisən, ləzgilərin hüquqlarını tapdalayırsan. O həmçinin bildirdi
ki, siz ġerbakı Gəncədən çıxarmaqla özünüzü məhv etdiniz. ġoniya gileyləndi ki, Elçibəy
Rusiya və Ġran səfirlərini saymır, təkcə Amerika və Türkiyə səfirləriylə səmimi
münasibətdədir. Aramızda təxminən bir saat mübahisə getdi. Səfir hədələyici tonda
danıĢırdı”.
Yeri gəlmiĢkən, Müqəddəs bəy mənə belə bir əhvalat da danıĢıb ki, 1993-ün baĢlanğıcında
Gürcüstandakı Rusiya qoĢunlarının bir generalının maĢınını Yalamada saxlatdım. DanıĢıq
zamanı general tezliklə Azərbaycanı Rusiyanın tərkibinə qatacaqlarını söylədi. Generalın
Azərbaycan sərhədini keçməsinin səbəbi elə həmin gün aydınlaĢdı - generalın yanındakılar
rayondakı ləzgilərin yığcam Ģəkildə yaĢadıqları ərazilərlə maraqlanmıĢdılar.
...Azərbaycanda Qurban bayramı ilk dəfə dövlət səviyyəsində qeyd edildi. Prezident bayram
günü - 1 iyunda xalqımızı təbrik etdi. Bəyin möminliyi və səmimiliyi bu təbrikdə də üzə çıxır:
“Bu gün siz göyü və yeri yoxdan yaradan Allaha üz tutaraq onun adı ilə qurban kəsirsiniz.
Allah qurbanınızı qəbul etsin!”.
Bu təbriki yazarkən prezident bayram əhval-ruhiyyəsində deyildi. ABġ, Türkiyə və Rusiya
tərəflərinin hazırladığı sülh planını pozmaqçün ilk ciddi addım atılmıĢdı - Qarabağ erməniləri
onu qəbul etmədikləri barədə bəyanat vermiĢdilər. Azərbaycan hökuməti Ermənistanın Dağlıq
Qarabağın təhlükəsizliyinin bu sənəddə guya nəzərə alınmadığını bəhanə gətirərək
danıĢıqlardan boyun qaçırdığını bildirmiĢdi. Türkiyənin Xarici ĠĢlər Nazirliyi də bununla bağlı
bəyanat vermiĢdi (30 may).
Bəy iyunun 2-sində ABġ Dövlət Departamentinin yeni müstəqil dövlətlərə yardım üzrə
əlaqələr mərkəzinin rəhbəri səfir Tomas Saymonsu qəbul etdi. Həmin gün o, ABġ senatorları
Pol Saymons, Harri Rid və Hank Braunla da görüĢdü. Onlarla söhbətdən sonra prezident
bildirdi: “BirləĢmiĢ ġtatların Azərbaycanda demokratiyanı müdafiə etməsi baĢqa dövlətləri də
respublikamıza münasibətdə öz mövqelərini yenidən nəzərdən keçirməyə və ona dünya
birliyində bərabərhüquqlu tərəfdaĢ kimi baxmağa məcbur etmiĢdir”.
Mətbuat 3 iyunda bir sıra gözəçarpan xəbərlər yaydı. Hər Ģeydən öncə, Trabzon Qara Dəniz
Texniki Universitetinin Əbülfəz Elçibəyə fəxri elmlər doktoru adı verdiyi bəlli oldu.
KeçmiĢ daxili iĢlər naziri Ġ.Həmidov “Ədalət” qəzetində bəyanat verdi ki, 5 iyunda mitinq
keçirəcək və Elçibəy iqtidarındakı bəzi rəsmi Ģəxslərin istefasını tələb edəcək. Xalq Cəbhəsi
nümayəndələri Ġsgəndər bəylə bir neçə gün söhbət aparandan sonra onu 3 iyunda
televiziyayla çıxıĢ edərək mitinqi ertələməsi haqqında bəyanat verməyə razı sala bildilər.
(Həmin axĢam Ġ.Həmidov televiziyada F.Quluyevlə birgə çıxıĢ etdi).
Dövlət müĢaviri A.Hacıyev Azərbaycaniçi durumla bağlı siyasi açıqlama verdi. O bildirdi ki,
ölkəmizdəki bəzi müxalifətçi qüvvələr, o sıradan Etibar Məmmədovun baĢçılıq etdiyi AMĠP
“aĢkar siyasi məğlubiyyətlər yoluna qədəm qoymuĢdur”. A.Hacıyevin fikrincə, mart ayında
həmin qüvvələr fəal xalq hərəkatının baĢlanmasına və indiki iqtidarı konstitusiyaya zidd
yollarla devirmək imkanlarına bel bağlayırdılar, ancaq onların umudları doğrulmadı.
Keçirilməsi bu ilin sentyabr-oktyabr aylarına təyin edilmiĢ parlament seçkiləri göstərəcək ki,
ölkəmizdə hakimiyyət məsələsi yalnız xalqın öz xeyirxah iradəsiylə həll olunur. “Respublikada
sabitlik pozulmazsa iqtidarın da, müxalifətin də arzuladıqları seçkilər baĢ tutacaqdır”.
MüĢavir bəyan edirdi: «Məncə, seçkilərdə iki blok rəqabət aparacaq: AXC+“Yeni Müsavat”
Partiyası (sədri parlamentin indiki sədri Ġsa Qəmbər) və AMĠP+YAP (sədri Heydər Əliyev)».
Xüsusən son cümlə bir çox baxımdan maraq doğurur. Bu da maraqlıdır ki, artıq 2 iyunda
H.Əliyev öz tərəfdarlarına hazırlıq komandası vermiĢdi (P.Hüseynov).
Hiss olunur ki, həm “AMĠP+YAP” iĢbirliyi, həm də Gəncədən gələn həyəcanlı xəbərlər artıq
gerçək Ģəkildə cəmiyyəti silkələməkdədir və bu silkələnti hakimiyyətdəkilərin bir çoxunun
əqidəsində sarsıntı yaradıb, bəziləri də sabahıyçün “gün ağlamaq” fikrinə düĢüb... Bircə misal.
Mətbuatda hərbi materiallara senzura tətbiq edildiyi və Gəncədəki gərginliyin ən yüksək
zirvəyə yetiĢdiyi bir anda - 3 iyunda ölkənin ən məlumatlı qəzeti sayılan “Azərbaycan” özünün
sevimli müəlliflərindən olan Leyla Yunusovanın gurultulu baĢlıqlı
“Bir il keçdi. Azərbaycanda
milli ordu varmı?” adlı nataraz məqaləsini dərc etdi. Rəhim Qazıyevin bir neçə gün öncə - 21
mayda orada verilmiĢ müsahibəsi ruhundakı bu yazıda əslində iqtidarın ordu quruculuğu
sahəsində gördüyü bütün iĢlər qərəzlə təftiĢ edilərək heçə endirilir, ordunu sarsıtmıĢ
cinayətkar ünsürlərin təmizlənməsi uğrunda görülən tədbirlərə amansız hücum edilir və onlar
hökumətin özünə qarĢı çevrilir, istər xalqda, istər orduda ruh düĢkünlüyü və təslimçilik əhval-
ruhiyyəsi yaratmağa cəhd edilir: “Bu gün bizdə Azərbaycanın iki kontr-admiralından biri öz
evindəcə öldürülmüĢdür. ...12 generaldan 3-ü həbsdədir...”. “Zabit kadrlarının 30 faizi
ehtiyata buraxılmıĢ və ya dağılmıĢlar. Özü də bu məhz 35-40 yaĢlı döyüĢ zabitləridir. [...]
Zabitlərin 10-12 faizi istintaq altındadır. Daha 30-35 faiz zabit isə azad olunmaq üçün raport
vermiĢdir”. “...Azərbaycanı müdafiə etmək üçün tələsən hərbçilərin arasında təĢviĢ və
məyusluq hökm sürməkdədir. Onlara inanmadılar, onları alçaltdılar və qovdular”.
R.Qazıyev dövründə Müdafiə Nazirliyi mətbuat xidmətinə rəhbərlik etmiĢ (bu dövrdə onun
fəaliyyəti hər gün onlarca erməni vertolyotunun, eyni zamanda bizim artıq mövcud olmayan
SU təyyarələrimizin vurulması haqqındakı fantastik məlumatlarla yadda qalıb; bu
məlumatların hərbçilərə hansı maddi qazanc gətirməsi baĢqa söhbətin mövzusudur)
L.Yunusova Milli Ordunun ağlamalı günə düĢməsində dünənki Ģefinin bütün məsuliyyətini
açıqdan-açığa (ən qəribəsisə budur - olduqca asanlıqla, heç bir müqavimət görmədən!)
iqtidarın üzərinə atır, sanki məhz R.Qazıyevin qisasını almağa çalıĢır, həbslərin və b. cəzaların
hansı cinayətlər üstündə olması haqqında, sözsüz ki, susur, onların heç birinə Ģərh vermir.
Ancaq həmin Ģərhi biz rus jurnalisti Dmitri Furmanın Rusiya mətbuatında təxminən eyni
dövrdə yazdığı məqaləsində tapırıq: “...Ə.Elçibəyə və AXC-yə zərbə Azərbaycanın qarĢısında
məhz artıq hansısa perspektivlərin açıldığı vaxtda endirildi. Elçibəy bizim nazir P.Qraçovun
telemüsahibədə özünün dostu adlandırdığı R.Qazıyevi və S.Hüseynovu vəzifədən
uzaqlaĢdıraraq orduda sanki qayda yaratmağa baĢladı, ancaq S.Hüseynov uzaqlaĢmaq
istəmədi və öz batalyonunu Gəncəyə, ona “əl uzatmağın” çətin olduğu Azərbaycan
ərazisindəki sonuncu Rusiya hissəsinin yerləĢdiyi yerə apardı. Bir sıra zabitlər həbs edildi.
Bunların necə zabitlər olduğu və Qarabağ müharibəsində hansı sərvətlər topladığı təkcə
bundan aydın olur ki, onların birindən - Müdafiə Nazirliyi maliyyə idarəsinin R.Qazıyev
zamanındakı rəisindən 1,5 milyon ABġ dolları və iyirmi milyon Rusiya rublu aĢkar edilmiĢdi”
(“Svobodnaya mısl” jurnalı, 1993, N11).
Leyla Yunusova «Azərbaycan» qəzetində hərbçilərə üz tutur: “Bu gün HÖKUMƏTĠN... DEYĠL,
...Vətənin sizə ehtiyacı var” (??!). Bu ittihamların rəsmi dövlət qəzetində, özü də, bütövlükdə
hakimiyyətin ən böhranlı çağında dərc edilməsinin səbəbini mən heç cür anlaya bilmir, ona
heç nəylə bəraət qazandırmağı bacarmıram…
4 ĠYUN
Mirzə Fətəli Axundzadə “AldanmıĢ kəvakib” əsərində Yusif Sərracın - qaniçən və cəllad ġah
Abbasın məhv etməkçün öz yerinə müvəqqəti oturtduğu ədalətli, ağıllı, xalqa ürəyi yanan və
qısa vaxtda çoxlu islahatlar həyata keçirən demokratik dünyagörüĢlü yenilikçi qəhrəmanının
aqibətini belə təsvir edir:
Dostları ilə paylaş: |