“Qəzvin əhli hər gün qala divarlarından adam Ģaqqalarını
asılı görmədilər və ġah meydanında cəlladların adam Ģaqqalamaqlarını və dardan
asmaqlarını və göz çıxarmaqlarını müĢahidə etmədilər. Bu keyfiyyət onlara xeyli
qəribə göründü. Əvvəl dedilər ki, görünür, bu təzə padĢah çox rəhmli və həlim
adamdır! Sonra onun rəhminə və həlimliyinə mübahisə varid etdilər. Bunu
QƏTĠYYƏTSĠZLĠYƏ və ZƏĠFXASĠYYƏTLĠLĠYƏ yozdular. Bundan əlavə də Yusif
Ģahda min cür özgə eyiblər tapdılar. Sözün qısası, BĠR BELƏ ARTIQ RƏHMLĠ
PADġAHIN ƏMRĠ ALTINDA YAġAMAQ NƏHAYƏT DƏRƏCƏDƏ ƏZABLI GÖRÜNDÜ.
...Hər birisinin baĢına Ģuluqluq və tüğyan xəyalı düĢdü və tezliklə Qəzvində böyük
Ģuluqluq yarandı”.
Xatırladıram ki, Mirzə Fətəli bu əhvalatı Ġsgəndər bəy MünĢi Türkmanın Səfəvilər dövrünün
sonuna aid “Tarixi-aləmarayi-Abbasi” adlı gerçək hadisələr əsasında yazılmıĢ tarixnaməsindən
götürüb. Tarix, doğrudan da, təkrar olunurmuĢ! Qəzvin qiyamı və onun nəticələri bir neçə
yüz il sonra Gəncədə təkrarlandı.
KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev: «Gəncədə hərbi və siyasi müxalifətin güclü qovuĢması
prosesi gedirdi. Bu prosesdə bilavasitə Heydər Əliyev, Etibar Məmmədov, ZərdüĢt Əlizadə…
iĢtirak edirdilər. Rusiya və Ġranın xüsusi xidmət orqanları da bu prosesə qatılmıĢdılar. Yəni
hakimiyyətin opponenti olan bütün qüvvələrin - hərbi və siyasi müxalifətin mərkəzi Gəncə
Ģəhəriydi. Əvvəlki dövrlərdə 4-üncü ordunun Gəncədə yerləĢməsi, sonra da oradakı silahlı
qüvvələrin Surət Hüseynovun nəzarəti altına keçməsi ciddi problemlər yaradırdı. Məncə,
Elçibəy hökumətinin devrilməsinin ən əsas səbəblərindən biri hərbi qüvvələrin nəzarətə
götürülməsindəki lənglik oldu. (Bu proses əslində gedirdi, ancaq baĢa çatdırılmadı). Məsələn,
Rəhim Qazıyevi fevralda yox, ən geci 1992-nin sentyabr-oktyabrında vəzifədən götürmək
lazımdı. Bu elə R.Qazıyevin də xeyrinə olardı - bəlkə də indi həbsdə olmazdı. Ancaq məsələ
ləngidildi, gecikdirildi. 1993-üncü ilin fevral ayındakı dövlət çevriliĢi cəhdindən sonra, Kəlbəcər
hadisələrindən dərhal sonra Surət Hüseynovun yenidən briqada yaratmasına imkan verilməsi
çox böyük səhvdi. Bu, hakimiyyətin devrilməsində ciddi rol oynadı».
...4 iyun günü sıravi Azərbaycan vətəndaĢının heç nədən xəbəri yoxdu. Üzdən hər Ģey öz
qaydasında gedirdi. HəmiĢəki iĢ ahəngi davam edirdi - qurucular quruculuqla, yıxıcılar
yıxıcılıqla məĢğuldu. Cari ilin büdcə layihəsi tərtib edilmiĢ və o, ilk dəfə Azərbaycanın öz milli
valyutasıyla hesablanmıĢdı. Prezident Əbülfəz Elçibəy 4 iyunda keçirilən Azərbaycan Ticarət-
Sənaye Palatasının qurultayını təbrik etmiĢdi.
Bu vaxtsa Gəncədə hakimiyyətin taleyini həll edən ciddi hadisələr baĢ verirdi. Rusiya hərbi
dairələrinin oyuna saldığı Surət Hüseynovun arxasında gizlənmiĢ bütün düĢmənlərimiz
Azərbaycan iqtidarını devirməkçün ayağa qalxaraq üsyan etmiĢdilər. Gəlin öncə 4 iyunun
necə baĢ verdiyinə göz yetirək.
Kəlbəcər iĢğalının nəticələrini diplomatik vasitələrlə yoluna qoya bilmiĢ və iĢğalçı erməni
qüvvələrinin iyunun baĢlanğıcında oradan çıxarılacağına BMT və ATƏM vasitəsiylə nail ola
bilmiĢ iqtidar Kəlbəcəri düĢmən pəncəsindən qurtarmaqçün öz hərbi qüvvələrini də
sahmanlamağa baĢlamıĢdı. 1-inci korpusun komandanlığına Ġsa Sadıqov, yeni formalaĢdırılan
3-üncü korpusa Salahov komandan təyin edilmiĢdilər. Onlar korpusların iĢini əsasən yenidən
qurmalıydılar. Bu zaman Gəncədə yerləĢən 709-uncu briqadanın ləğvi məsələsi ciddi Ģəkildə
oraya çıxmıĢdı, çünki o, aprel-may aylarında Gəncəyə toplaĢmıĢ və döyüĢlərdə iĢtirakdan
imtina etmiĢdi və 21 maydan Müdafiə Nazirliyini tanımadığını rəsmən bildirmiĢdi.
Surət Hüseynovun rəhbərliyi altında olan 709-u ləğv etməkçün prezident fərman və müdafiə
naziri əmr imzalamıĢdılar, ancaq briqada komandiri Eldar Əliyev əmri qəbul etməkdən boyun
qaçırırdı.
Müdafiə nazirinin rəhbərliyi altında əməliyyat planı iĢlənib hazırlanmıĢ, 709-un ləğvindən ötrü
baĢqa güc qurumlarının qüvvələri də Gəncəyə göndərilmiĢdi. Ancaq məsələni əlüstü və qansız
həll etməkçün nəzərdə tutulmuĢdu ki, iyunun 3-ündən 4-ünə keçən gecə Surət Hüseynov və
yanındakı qiyamçılar həbs ediləcək, polkovnik Ġsa Sadıqovsa ayın 3-ündə 709-uncu
briqadanın Seyfəlidəki, ayın 4-ündəsə Gəncədəki hissəsinin praktik ləğvinə baĢlayacaq.
Prezidentin göstəriĢiylə bütün əməliyyatlara baĢ nazir Pənah Hüseynov rəhbərlik etməli (bu
iĢə spiker Ġsa Qəmbər də yaxından qatılmalıydı və qatıldı da), baĢda müdafiə naziri olmaqla,
Gəncəyə göndərilmiĢ bütün Ģəxslər və qüvvələr onun göstəriĢlərini yerinə yetirməliydi.
Bu haqda Pənah Hüseynovun özü “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyir:
“...Ölkədə vəziyyət gərgin idi. Biz bunu bilirdik. VƏ KOMPLEKS TƏDBĠRLƏR HAZIRLANMIġDI.
Bu da gizli deyil. Bir sıra siyasi hüquqların məhdudlaĢdırılmasını və fövqəladə tədbirlərin
həyata keçirilməsini nəzərdə tutan məsələlər müzakirə mərhələsində idi. Prinsipcə prezidentlə
razılaĢdırılmıĢdı. Amma hərbi müxalifət qala-qala ölkədə bu cür tədbirlərin reallaĢdırılması çox
çətin idi. [...] Konkret desəm, 3-dən 4-nə keçən gecə saat 4-də S.Hüseynovun həbs
edilməsini gözləyirdik və təbii ki, yatmamıĢdıq”. “...Bu, faktiki olaraq, 93-cü il may ayının 21-
dən baĢlanan qiyamın açıq çıxıĢa keçməsinin qarĢısını almaq məqsədilə həyata keçirilməsi
nəzərdə tutulan tədbir idi. [...] Həmin tarixdə 709 saylı hərbi hissədən Müdafiə Nazirliyinin
komissiyası qovulub və bildiriblər ki, biz müdafiə nazirinə tabe olmuruq. Bu barədə D.Rzayev
mayın 25-də Dövlət Müdafiə Komitəsinin iclasında məlumat verib və DMK bu sahədə qayda
yaradılmasını müdafiə nazirinə həvalə edib” (15.04.1999). “...ÇevriliĢi hazırlamıĢ bir çox
Ģəxslər həmin gecə Gəncədə həbs olunmalı idi. Çox təəssüf ki, həbslərin heç biri həyata
keçirilməyib. Mülki Ģəxslər də daxil təxminən 100-dən çox (123 - Ə.T.) adam haqqında
sanksiya baĢ prokuror [Ġxtiyar ġirinov]un cibində olub. O cümlədən Nüsrət Budaqov,
daĢkəndli Vaqif və digərləri haqqında” (16.04.1999).
Əməliyyat ayın 3-ündə baĢlanmıĢdı. Hər Ģeyin uğurla keçəcəyinə arxayın olan prezident
Elçibəy, Ali Sovetin sədri Ġsa Qəmbər və baĢ nazir Pənah Hüseynov həmin gün Filarmoniyada
Xuraman Qasımovanın konsertində iĢtirak edirdilər. Bu vaxt artıq polkovnik Ġsa Sadıqov
Seyfəlidəydi.
Həmin günü Ġ.Sadıqov belə xatırlayır: “Ġyunun 3-də əmri götürüb qayıtdım Seyfəliyə. Əmri
Seyfəlidən Gəncəyə Məhəmmədov (Gəncə paraĢüt-desant hissəsinin komandiri olan
Ramadan Maqomedov indi Bakıdakı hərbi məktəblərdən birində rəis müavinidir - Ə.T.)
aparmalıydı. Seyfəlidə 709-un təhvil-təslim prosesi çox rahat, heç bir müqavimətsiz baĢa
çatdı. Gəncədənsə səs-soraq eĢidilmirdi. Sən demə, Seyfəlidəki yığıncağımızdan çıxan kimi
Məhəmmədov qaçıb Gəncəyə, bütün məsələləri Surətə danıĢıb və sonra da ümumiyyətlə,
respublikanı tərk edib” (“Yeni Müsavat”, 22.04.1999).
709-un ləğvi hərbi məsələ olduğuna görə bu əməliyyata bütün rəhbərliyi müdafiə naziri
etməliydi, ancaq hadisələrin gediĢi göstərir ki, DadaĢ Rzayev ən azı ayın 3-ündən baĢlayaraq,
ən yumĢaq tərzdə desək, ona tapĢırılmıĢ iĢin öhdəsindən gəlməyib.
Prezident Ə.Elçibəyin köməkçisi olmuĢ O.Qasımov və baĢ nazir P.Hüseynovun
köməkçisi olmuĢ E.PaĢayev mənə heyrətdoğurucu bir əhvalat danıĢıblar.
Qiyamdan bir gün öncə - iyunun 3-ündə Bakı Ģəhər bələdiyyə polisinin rəisi,
tərtərli Mehdi Mehdiyev Surətin yanındakı goranboylu Tacir adlı ən nüfuzlu
batalyon komandirlərindən biriylə danıĢaraq onu hökumət tərəfə keçməyə razı
salıb. Ancaq Tacir hökumətdən kiminsə qiyamda iĢtiraka görə ona
toxunulmayacağına zəmanət verməsini istəyib. M.Mehdiyev ona heç kəsin
dəyməyəcəyinə söz verərək onu müdafiə naziri D.Rzayevin yanına gətirib və
məsələni danıĢıb. Bu hərəkətinə görə batalyon komandirini ruhlandırmaq və
beləliklə də, Surətin yanındakı baĢqa hərbçiləri də dövlət tərəfinə keçməyə
həvəsləndirmək əvəzinə, D.Rzayev Taciri elə oradaca həbs etdirib! Bunu görən
M.Mehdiyev qəzəbindən poqonlarını qopararaq yerə çırpıb.
Bu əhvalatı daha geniĢliklə daxili iĢlər nazirinin sabiq müavini Qabil Məmmədovdan da
eĢitmiĢəm. Qabil bəy deyib: “Goranboyun Xanqərvənd kəndindən olan Tacirin komandir
olduğu batalyonu Surət Seyfəliyə təlim-məĢq toplanıĢına göndərmiĢdi (əslində bu, hərbi
çevriliĢə hazırlıqdı). Mehdi Mehdiyevin müavini Zaməddin Tacirlə bir kənddəndi. Onun
vasitəsiylə Tacirin yerini müəyyənləĢdirib əlaqə yaratdıq. 3 iyunda Seyfəli poliqonundan
gizlincə gələn Tacir bildirdi ki, bir dövlət adamı ona zəmanət versə Seyfəlidə onun tabeliyində
olan batalyonu üç-üç, beĢ-beĢ qaçıraraq müdafiə naziri DadaĢ Rzayevin əmr etdiyi istənilən
yerə gətirəcək və onun bütün əmrlərini yerinə yetirəcək. RazılaĢdıq.
Zaməddin Goranboyda Tacirin qardaĢının evində girov qaldı. Taciri də götürüb DadaĢ
Rzayevin Tovuzda yerləĢən köhnə korpusuna getdik. GörüĢdə bizdən baĢqa BaĢ Qərargahın
rəisi Nurəddin Sadıqov, daxili qoĢunların komandanı Fəhmin Hacıyev, Tovuzun icra baĢçısı
Vahid Hümbətov və D.Rzayevin köməkçisi Mirvaleh də iĢtirak edirdilər. Biz Taciri DadaĢ
Rzayevə təqdim edib onun öz hərbi qüvvəsiylə birgə dövlət tərəfə keçməyə və müdafiə
nazirinin bütün əmrlərini yerinə yetirməyə hazır olduğunu bildirdik. Tacir özü də hökumətə
qarĢı çıxmayacağını bildirəndə DadaĢ Rzayev qəzəblə dedi ki, sən bu sözlərinlə bunta
hazırlaĢdığınızı təsdiqləyirsən. Və... Taciri həbs etməyə əmr verdi. Hamımız heyrətə gəldik.
Mən buna etiraz edəndə və bir əməkdaĢımızın Tacirin qardaĢının evində girov olduğunu
bildirəndə müdafiə naziri rusca dedi ki, yoldaĢ polkovnik, hərbi iĢə qarıĢmayın! Sonra ana
dilimizdə əlavə etdi ki, özüm məsələni aydınlaĢdıracağam. Mehdi Mehdiyev də hirsindən
poqonlarını qoparıb yerə çırpdı.
Oradan çıxdıq. Mən Qazax rayon polis Ģöbəsinə gəlib Ġsaxan AĢurovun yanından nazirimiz
Abdulla Allahverdiyevə, baĢ nazir Pənah Hüseynova və prezidentin köməkçisi Oqtay
Qasımova vəziyyət haqqında məruzə edərək DadaĢ Rzayevin hərəkətlərindən Ģübhələndiyimi
bildirdim.
Qəribədir ki, D.Rzayev həmin gecə təxminən saat 3-4 radələrində Taciri həbsdən buraxdı və
elə həmin gecə qüvvələrini Seyfəlidən 709-a köçürən batalyon komandiri artıq qiyamçıların
baĢında dayandı - Navahıyadək gələn surətçi qüvvələrin baĢında məhz o dururdu. Buradan
aydın oldu ki, DadaĢ Rzayevin hərəkətləri ən azından qiyama rəvac verməkdi”.
Beləliklə, Tacirin həbs edilməsi Surətin yanında bulunan, ancaq hökumətə təslim olmaq
istəyən (belələri az deyildi) baĢqa hərbçilərə də əslində “yerinizdən tərpənməyin ha!”
xəbərdarlığına bərabər oldu, halbuki Tacirin vasitəsiylə qiyamı bəlkə elə qalxmamıĢdan
yatırmaq mümkündü!..
Təəccüblüdür ki, gündüzündən polkovnik Ġsa Sadıqovun Seyfəlidə problemsiz təhvil aldığı
surətçi qüvvələr 3-ündən 4-ünə keçən gecə kiminsə əmrinə əsasən (bu əmri Surətin
vermədiyi bəllidir, çünki o, həmin vaxt yuxudaymıĢ) oradan çıxarılaraq Gəncəyə gətirilib.
(Məqsəd qırğını Ģəhərin adam yaĢayan hissələrinə köçürmək olub). Bunu nəzərdə tutan
keçmiĢ baĢ nazir P.Hüseynov D.Rzayevi ittiham edir: “...DadaĢ Rzayev iyunun 3-ü gecəsi baĢ
nazirə doğru olmayan informasiyalar verib. [...] Məsələn, Seyfəlidən çıxan hərbi hissənin
guya bizimkilərə (hökumət qüvvələrinə - Ə.T.) məxsus olması xəbəri. Bu hərbi hissə ordan
çıxmalı deyildi. Sonra D.Rzayev təsdiq etdi ki, bəli, bu qüvvə hökumətin deyil. Digər
məsələlər də var. Bir sözlə, D.Rzayev bizim ümid etdiyimiz və gözlədiyimiz nazir olmadı”
(“Yeni Müsavat”, 16.04.1999).
Evinin ətrafında cəmi 17 mühafizəçisi olan S.Hüseynovu MTN-in xüsusi təyinatlı dəstəsi (XTD
- “spesnaz”) gecə yarısı həbs etməliydi (MTN XTD-nin rəisi Eldar Əhmədovdu). MTN əks-
kəĢfiyyat idarəsi rəisinin müavini rəhmətlik Malik Abbasov və MTN Gəncə Ģəhər Ģöbəsinin rəisi
Rəfail Mirzəyev də həm bu iĢlə, həm də ümumən qiyamın yatırılmasıyla bağlı göstəriĢləri
yerinə yetirməliydilər. Lakin möcüzə baĢ verdi - S.Hüseynova heç kəs “gözün üstə qaĢın var”
demədi və o, müqavimət görmədən öz qiyamına baĢladı. Ancaq sonralar belə söz-söhbət
geniĢ yayıldı ki, Surət əslində iki dəfə həbs edilib, lakin hər dəfə də buraxılıb. Bu fakta
P.Hüseynov belə Ģərh verir: “ġahid ifadələrinə, məlum məhkəmələrdəki materiallara görə,
S.Hüseynov həbs edilməyib. Sadəcə, Nüsrət Budaqov və əlavə 5-6 nəfərin müĢayiəti ilə [4
iyunda] səhər saat 9-dan 10-a iĢləmiĢ öz evindən çıxıb. Saxlanılıb. Özü maĢından düĢüb. Belə
bir ifadə iĢlədib ki, “atıĢacağıqmı?”. Ona deyiblər ki, “bizim səninlə iĢimiz yoxdur” (“Yeni
Müsavat”, 15.04.1999). (Əlavə məlumatçün bildirim ki, adlarını sadaladığım Ģəxslər 1993-dən
sonra - artıq H.Əliyevin dövründə bu vəzifələrdə iĢlədilər: Malik Abbasov - MTN Sumqayıt
Ģəhər Ģöbəsinin rəisi, Rəfail Mirzəyev - respublika Gömrük Komitəsi sədrinin müavini, Eldar
Əhmədov - “LUKoyl”un mühafizəsinin rəisi).
Beləliklə, ayın 3-ü əməliyyatı pozuldu. KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev: «Bütün
problemlər ondan baĢladı ki, S.Hüseynovu həbs etməli adamlar onu həbs etmədilər. Niyə? Bu
suala cavab verə bilmərəm. Mənə elə gəlir ki, məsələ çox səthi hazırlanıb və keçirilməsində
də ciddi qüsurlara yol verilib. Ġndi aydınlaĢır ki, oraya göndərilmiĢ adamların heç dəqiq planı,
iĢ, vəzifə və səlahiyyət bölgüsü yoxmuĢ, həbsləri kimin (ordunun, polisin, yoxsa Milli
Təhlükəsizlik Nazirliyinin) həyata keçirəcəyi dəqiq bilinmirmiĢ. Orada, bax, belə bir
anlaĢılmazlıq olub. Mənim fikrimcə, əməliyyatın uğursuzluğuna əsas səbəb cəsarətsizlik olub.
Kimin cəsarətsizliyi - bunu orada iĢtirak edən adamlar daha yaxĢı bilir».
BƏS AYIN 4-ÜNDƏ NƏ BAġ VERDĠ?
Polkovnik Ġsa Sadıqov 4-ü günü Gəncədə gördüklərini “Yeni Müsavat” qəzetinə verdiyi
müsahibədə belə təsvir edir: “Təxminən səhər saat 6-7 arası operativ növbətçi mənə zəng
vurub dedi ki, D.Rzayev Gəncədən məlumat gətirməyimi istəyir. MaĢına oturub [Seyfəlidən?]
yollandım Gəncəyə. ġəhər çaxnaĢırdı. Hərbi hissənin yaxınlığındakı evlərin damında
[hökumətə məxsus] silahlı əsgərlər, mülki geyimli adamlar dayanmıĢdı” (“Yeni Müsavat”,
22.04.1999). “Camaat, arvad-uĢaq zirehli texnikanın baĢına toplaĢıb, səs-küy, itaətsizliyə
çağırıĢlar aləmi bürüyüb... Bütün bu detallar Gəncə hadisələrinin Rusiya ssenarisi əsasında
hazırlanması ehtimallarının doğruluğuna Ģübhə yeri qoymur. Yalnız rus peĢəkarları yerli
əhalidən bu qədər məharətlə istifadə eləyə bilərdi. SilahlanmıĢ mülki Ģəxslərin (P.Hüseynovun
dediyinə görə, S.Hüseynov əhaliyə 800 silah paylayıbmıĢ - Ə.T.) arasında içkili vəziyyətdə
olanlar çox idi. Narkotik qəbul elədikləri dərhal hiss olunurdu. 709-cu briqadaya məxsus hərbi
hissəyə girəndə də yalnız bu cür adamlarla qarĢılaĢdım” (23.04.1999). [Vaxtı uzatmaqçün
Ġ.Sadıqov əmri gətirmək bəhanəsiylə hərbi hissədən çıxıb]. “Surət Hüseynovun həbsi barədə
xəbəri gözləyirdim. [...] Arxayın idim ki, lazımi adamlar göndəriləcək və Surətin məsələsi həll
olunacaq. Nədənsə, bir ara hətta məndə belə bir inam yaranmıĢdı ki, o artıq həbs olunub.
Bunun üçün hər cür Ģərait vardı: zabitlər yox, əsgərlər baĢlı-baĢına qalıb. Təxminən 40
dəqiqə sonra, səhər saat 9-da əmri götürüb 709-a qayıtdım. Zabitlər məni gözləyirdilər. 709-
cu briqadanın komandiri Eldar Əliyev də ordaydı. Oturduq. Xeyli söhbətləĢdik. BaĢa saldım ki,
briqadanın ləğv olunması məhv olunması demək deyil. Kim istəyər qalıb qulluğunu davam
elətdirər, kim istəməz çıxıb gedər... Deyərdim ki, çox mehribanlıqla ümumi razılığa gəldik”
(23.04.1999). Ancaq bundan sonra gözlənilməz hadisələr baĢ verir.
Ġsa Sadıqov: “... ġəxsi heyəti, yəni əsgərləri məsələdən agah eləməkdən ötrü bura
yığmalarını tapĢırdım. [...] Təkidlərimdən sonra 40 dəqiqə vaxt istədilər. 709-dan çıxdım.
Müdafiə naziri DadaĢ Rzayevə bir də zəng vurdum. O isə YALNIZ MƏLUMATLARIMI
DĠNLƏMƏKLƏ kifayətləndi. Hiss elədim ki, deyəsən, Bakıdan Surətə qarĢı heç bir ciddi tədbir
görülmür. 40 dəqiqədən sonra yenidən 709-a qayıtdım. Saat haradasa 10-11 olardı. [...] Az
keçmiĢ bir nəfər içəri girib E.Əliyevi çağırdı. O çıxdı və iki-üç dəqiqədən sonra rəngi ağarmıĢ
halda qayıtdı. Bildirdi ki, Ġsa müəllim, bəs Surət gəlib, sizinlə görüĢmək istəyir. Mən onun
üzünə baxdım və bir fikir güllə kimi beynimdən keçdi: SURƏT GƏLMƏMƏLĠYDĠ AXI!..
ÇaĢqınlığım əbəs deyildi. S.Hüseynovu həmin anlarda həbs eləmək olduqca asan bir
məsələydi. [...]
Ġçəri keçdim. Əmri S.Hüseynova göstərdim və izahat verdim. Aldı, baxdı. Heç nə demədən,
heç nə soruĢmadan ayağa qalxdı... Bir də onu gördüm ki, baĢıma-gözümə yumruqlar yağır.
Nüsrət Budaqov və qapıda gözləyənlər tökülüĢdülər üstümə. [...] Əsgərlərin qabağıyla
sürüyə-sürüyə gətirib bir-neçə metrlik dar dəhlizlə yerin altına düĢürdülər. [...] Bəxtimiz onda
gətirdi ki, Yaqub(ov)un bir tanıĢı bizim bura gətirilməyimizi görübmüĢ. O qapını açıb bizi
çıxardı. Birtəhər özümüzü ələ alıb sürünə-sürünə, gizlənə-gizlənə uzaqlaĢa bildik. Bir maĢın
saxlayıb MTN-in Ģöbəsinə gəldik. Ġxtiyar ġirinov və baĢqaları burdaydı. Üst-baĢımı bir az
qaydaya salıb yenidən hadisə yerinə tərəf qayıtdım. AtıĢma düĢmüĢdü. Qiyam artıq
baĢlamıĢdı...” (23.04.1999).
Müdafiə naziri DadaĢ Rzayev adamları inandırmağa çalıĢır: “Ġyunun 4-də Gəncədə baĢ
verənlər barədə Ġsa Sadıqovun məruzəsindən sonra xəbər tutdum. Onu 709-da möhkəm
döymüĢdülər. Gətirdilər bizim yanımıza. Kür qəsəbəsində qərargahda idim. Ġ.Sadıqov dedi ki,
Surət hərbi hissəyə gəldi və qərarı oxuyandan sonra qiyam qaldırdı” (“Yeni Müsavat”,
03.04.1999). Qəzet müxbirinin “Gəncə hadisələrindən xəbər tutandan sonra hansı addımları
atdınız?” sorğusuna D.Rzayev belə cavb verir: “ilk növbədə prezident Elçibəyə məruzə etdim,
sonra əlaqəmiz kəsildi. Prezidentlə bir də ayın 5-də görüĢdüm” (“Yeni Müsavat”, 4-
5.04.1999). Bu deyilənlərin doğruluğuna sonralar ciddi Ģübhələr yarandı. Niyə?
Artıq deyildiyi kimi, qiyamın yatırılmasına birbaĢa cavabdeh Müdafiə Nazirliyinin rəhbərliyi,
daha konkret desək, müdafiə naziri DadaĢ Rzayevlə BaĢ Qərargahın rəisi Nurəddin
Sadıqovdu. Onlarsa bu vaxt qiyamı yatırmaq əvəzinə, sonucda onun qələbəsinə Ģərait
yaratmaqla məĢğuldular. Bu “sərkərdə”lərin hərbi qiyam zamanı nə iĢ gördüyünü
öyrənməkçün Milli Qvardiya komandirinin ovaxtkı müavini Məzahir Bağırov'un “Cümhuriyyət”
qəzetindəki (16-19.04.1999) “DadaĢ Rzayev 4 iyun hadisələri zamanı gizlənirdi” baĢlıqlı
müsahibəsinə göz yetirmək bəsdir.
4-5 iyunda bu hərbçilərlə birgə olmuĢ Məzahir bəy faktlarla bəyan edir: “...Ġyunun 4-də
Gəncədə vəziyyətin gərgin olduğunu Milli Qvardiyanın komandiri rəhmətlik Tahir
Məmmədovdan telefonla eĢitdim. T.Məmmədov mənə dərhal Gəncəyə getməyi və orada olan
dövlət adamları ilə əlaqə saxlamağı tapĢırdı. Gəncəyə gələndə Gəncə aeroportunda Bakıdan
gətirilmiĢ hərbi qüvvələrin cəmləĢdiyini gördüm. Hərbçilər Ģəhərdə vəziyyətin gərgin
olduğunu, S.Hüseynovun hərbi hissəsinin qiyam qaldırdığını, lakin onlar əks tədbirlər görmək
üçün heç bir əmr olmadığını bildirdilər. Mülki geyimdə olmağımdan istifadə edərək öz Ģəxsi
avtomobilimlə Ģəhərə daxil oldum və MTN-in Gəncə Ģəhər Ģöbəsinə gəldim. Həmin vaxt
Ġxtiyar ġirinov, Tahir Məmmədov, Sülhəddin Əkbər də orada idi. Məlum oldu ki, müdafiə
naziri DadaĢ Rzayevlə əlaqə saxlamaq mümkün olmur və onun, ümumiyyətlə, harada olduğu
məlum deyil. Mən D.Rzayevi axtarmaq üçün Tovuza (I ordu korpusunun qərargahına)
getmək tapĢırığını aldım və Xanlar istiqamətində Gəncədən çıxdım. (M.Bağırovla söhbətimdən
öyrəndiyimə görə, bu təxminən saat 15-də olub - Ə.T.).
Yolda mən hərbi qüvvələrlə qarĢılaĢdım, onların hansı tərəfə mənsub olması mənə hələ aydın
deyildi. Lakin hərbçilərlə qısa söhbətdən sonra məlum oldu ki, onlar hökumət qüvvələridir və
general D.Rzayev də buradadır. D.Rzayev “Yeni Müsavat”a bildirir ki, 4 iyun hadisələri zamanı
o, Kür qəsəbəsində qərargahda olub. D.Rzayevi mən ġəmkirlə Xanların arasında, magistral
yolda toplanan hərbi hissə ilə bir yerdə tapa bildim. Onunla görüĢdükdən sonra Gəncədəki
vəziyyət barədə məlumat verdim və hökumət nümayəndələrinin onu axtardığını dedim. O
bildirdi ki, heç bir əmr almadığına görə surətçilərə qarĢı çıxa bilməz. Halbuki D.Rzayev
Gəncəyə məhz 709-cu hərbi hissənin ləğv edilməsinə müdafiə naziri kimi rəhbərlik etməli idi.
Az sonra bizim dayandığımız yerə polkovnik Ġsa Sadıqov döyülmüĢ, yaralı vəziyyətdə gəldi və
D.Rzayevə surətçilərin qiyamı haqda məlumat verdi. D.Rzayev isə yalnız prezident Əbülfəz
Elçibəydən, Ġsa Qəmbər və ya Pənah Hüseynovdan əmr alacağı təqdirdə əməliyyata baĢlaya
biləcəyini bildirdi. Mən D.Rzayevin köməkçisini özümlə götürüb ġəmkirə gəldim və orada MTN
ġəmkir rayon Ģöbəsinin rəisi Ġlham Ġsmayılovun otağından Bakı ilə, daha dəqiq desək, Elçin
PaĢayevlə (o, Nazirlər Kabineti aparatının katibi və əslində baĢ nazirin köməkçisiydi - Ə.T.)
əlaqə saxlaya bildim. O, məni baĢ nazir Pənah Hüseynovla calaĢdırdı. P.Hüseynov telefonda
mənə bildirdi ki, əməliyyata rəhbərliyi D.Rzayev edir və o, tapĢırığı yerinə yetirməlidir. Məlum
oldu ki, Bakıdan da D.Rzayevi axtarırlar, lakin onun harada olduğu məlum deyil. Geri
qayıdaraq, aldığım məlumatı hərbi hissənin Gəncəyə yox, ġəmkir istiqamətində hərəkətinə
əmr verən D.Rzayevə çatdırdım. (D.Rzayev deyibmiĢ ki, ġəmkirdə qüvvələri toplayıb sonra
hücuma keçəcək - Ə.T.).
AxĢamtərəfi D.Rzayev ġəmkirdən Zəyəm aeroportuna gələrək hərbi hissəyə əməliyyata hazır
olmaq tapĢırığı verdi. Sonra biz D.Rzayevlə və BaĢ Qərargah rəisi N[urəddin] Sadıqovla
Tovuza, korpusun qərargahına getdik. Qərargahda D.Rzayevə bildirdilər ki, bir necə saatdır
Prezident Aparatından onu axtarırlar. D.Rzayev mənim yanımda öz köməkçisinə bildirdi ki,
kim axtarsa burada olmadığımı deyin. Əvvəlcə mən təəccübləndim, sonra aydın oldu ki,
D.Rzayev qəsdən hakimiyyət orqanları ilə əlaqə saxlamaq istəmir. Onun hərəkətlərindən
Ģübhələnərək mən Bakı ilə, Pənah Hüseynovun köməkçisi ilə (Elçin PaĢayevlə - Ə.T.) əlaqə
saxladım və ona iĢarə etdim ki, D.Rzayev hazırda Tovuzdadır.
Bir neçə dəqiqədən sonra hökumət rabitəsi ilə Bakıdan əlaqə saxladılar və D.Rzayev istəməsə
də prezidentlə danıĢmağa məcbur oldu. (M.Bağırov D.Rzayev istirahət otağında olarkən
hökumət telefonuyla prezidentin köməkçisi O.Qasımovla danıĢaraq məsələni aydınlaĢdırandan
sonra Oqtay bəy “təsadüfən” zəng edərkən dəstəyi “təsadüfən” götürən M.Bağırov D.Rzayevə
prezidentin onunla danıĢmaq istədiyini deyib və D.Rzayev artıq imtina edə bilməyib - Ə.T.)
mənim yanımda prezidentə yalan məlumat verərək bildirdi ki, Seyfəlidəki hərbi hissən artıq
ləğv edib və əmrə tabe olmayan bir neçə nəfəri həbs edib, Hazırda isə Gəncədəki hərbi
hissənin ləğv edilməsi əməliyyatına hazırlaĢır. Sabah (iyunun 5-də - red.) əməliyyat baĢa
çatdırılacaq.
D.Rzayevin yalan məlumat verməsini prezidentin köməkçisi Oqtay Qasımova (D.Rzayevdən
xəbərsiz - Ə.T.) çatdırdım və Gəncədəki vəziyyətin nəzarət altından çıxdığını ona bildirdim.
Ertəsi gün - iyunun 5-də səhər saat 10-da D.Rzayev Zəyəm aeroportundakı hərbi hissəyə
gəldi və əməliyyat barədə hərbçilərə tapĢırıq verdi. Lakin hərbçilər D.Rzayevin əmrini yerinə
yetirməkdən imtina etdilər. Mən təəccübləndim, çünki ötən gün onlar əmrə tabe olacaqlarını
deyirdilər, indi isə əməliyyatı icra etmək istəmirlər. Mən bir hərbçi kimi onlara izah etdim ki,
S.Hüseynov qiyam qaldırıb və dövləti qorumaq lazımdır. Hiss olunurdu ki, gecə hərbçilər
arasında “iĢ” aparılıb. D.Rzayev mənə dedi ki, “görürsən, əmri icra etmirlər, ona görə də heç
bir Ģey edə bilmərəm”.
Elə bu vaxt vertolyotla Valeri Bağırov adlı bir mayor gəldi və D.Rzayevə bildirdi ki, Surətin
adamları ġəmkir istiqamətində hücuma keçib və onun (D.Rzayevin - Ə.T.) həyatı üçün
təhlükə var. D.Rzayev təĢviĢə düĢdü, lakin tabeliyində olan qüvvələrə heç bir sərəncam
vermədi. Mən Ģəxsi avtomobilimlə Gəncə istiqamətinə gəldim və gördüm ki, həmin hərbçinin
söylədikləri yalandır. Sonra D.Rzayev həmin hərbçinin təklifi ilə vertolyota mindi və Qazax
istiqamətində getdiyini bildirdi. Mən Tovuza gəlib icra baĢçısı Vahid Hümbətovla birlikdə
Qazax və Tovuzda onu axtarsaq da D.Rzayevi “gördüm” deyən olmadı.
Həmin hadisələr vaxtı D.Rzayevlə bir yerdə olan Ģəxs kimi mən deyə bilərəm ki, o bilərəkdən
qiyamçıların fəallaĢmasına imkan yaratdı. Gəncədəki 709-cu hərbi hissənin ləğv edilməsi
əməliyyatına bilavasitə rəhbərlik etməli olduğu halda bilərəkdən əks fəaliyyət göstərdi. Və
hakimiyyət orqanlarına və prezident Əbülfəz Elçibəyə Gəncədə vəziyyətin normal olması
barədə yalan məlumat verdi. Sonra isə vertolyotla “qaçıb” gizləndi. Ġndi isə özünü milli
qəhrəman kimi təqdim edir və guya S.Hüseynovu zərərsizləĢdirə biləcəyini deyir”.
Azərbaycan Cümhuriyyətini yıxıb məhv edən Rusiya XI qırmızı ordusuna müqavimət
göstərməyən (özlərini Rusiya generalı saydıqlarına görə!) müdafiə naziri Səməd ağa
Mehmandarovun və onun müavini Əli ağa ġıxlinskinin hərəkətlərini təkrar edən - Rusiyanın
qaldırdığı hərbi qiyam qarĢısında qaçıb gizlənən Azərbaycan Respublikasının müdafiə naziri
DadaĢ Rzayev bu hərəkətinə sonralar belə haqq qazandırmağa çalıĢacaqdı: “Dövlət
rəhbərlərindən bir nəfər zəng edib demiĢdi ki, Gəncəni bombardman etmək lazımdır. Ancaq
Surət Hüseynov o zaman artıq hərbi hissənin içərisini və kənarını qadınlar, qocalar və
uĢaqlarla doldurmuĢdu. Mən öz xalqıma silah qaldıra bilməzdim. Məni baĢa düĢün (?! - Ə.T.).
Həm də o vaxt Surət Gəncədə və ətraf rayonlarda ağalıq edirdi. O vaxt onun 12 vəzifəsi
vardı. Ona qarĢı güc iĢlətməli olsaydıq (deməli, D.Rzayevin belə fikri heç olmayıbmıĢ! - Ə.T.)
xeyli qüvvə lazım olacaqdı. Orada olan qüvvələr isə yalnız üçüncü ordu korpusunun
yaradılması üçün gətirilmiĢdi. Ancaq bununla belə, yenə deyirəm, Surətin qiyamını yatırmaq
barədə mənə nə prezident, Ali BaĢ Komandan tapĢırıq verib, nə də Milli Məclisin sədri” (“Yeni
Müsavat”, 4-5.04.1999).
D.Rzayevin əmr verəsilər içərisində adını “unutduğu” keçmiĢ baĢ nazir P.Hüseynov məsələyə
aydınlıq gətirir: «Ġyunun 4-ü, günün ikinci yarısında Bakıdan orada (Gəncədə - Ə.T.) qayda
yaratmaq üçün göndərilmiĢ polis iĢçilərinin, o cümlədən Polis Akademiyası kursantlarının
Gəncə aeroportunda olarkən “Qrad”dan atəĢə tutulması barədə xəbər aldıq. Mən o vaxt hərbi
vertolyotlar vasitəsilə həmin QURĞULARIN məhv edilməsi barədə göstəriĢ vermiĢəm. GöstəriĢ
yerinə yetirilməyib» (“Yeni Müsavat”, 16.04.1999).
PeĢəkar hərbçi, polkovnik Ġsa Sadıqovsa bunları bildirir: “Ġstəmirəm indi D.Rzayevin
Dostları ilə paylaş: |