Onların BAġLICA BƏLASI VƏ GÜNAHI ondadır ki, bu adamlar ÖZ DÖVLƏTLƏRĠNĠN
MÜSTƏQĠLLĠYĠNƏ GERÇƏKDƏN ĠNANIRLAR və deyəsən, doğrudan da, belə hesab
edirlər ki, AZƏRBAYCAN NEFTĠ AZƏRBAYCANA MƏXSUS OLMALIDIR”. Məncə,
Qarabağ münaqiĢəsinin mahiyyətini bu qədər çılpaqlığıyla hələ heç kəs söyləməmiĢdi!
Aprelin 10-undan 11-inə keçən gecə ermənilər Zəngilan rayonuna da hucum etdilər, ancaq
geri oturduldular. Prezidentin mətbuat xidməti və XĠN bununla bağlı bəyanat verdilər.“BritiĢ
Petroleum” Ģirkətinin prezidenti Con Braun Əbülfəz Elçibəyə məktub göndərərək onu əmin
etdi ki, “biz beynəlxalq ictimai fikrə təsir göstərmək üçün əlimizdən gələn hər Ģeyi edəcəyik”.
Dövlət katibi Pənah Hüseynov 11-12 apreldə Tehrana iĢgüzar səfərə getdi. O, Mehabad hava
limanında Ġranı “Azərbaycanın yaxın və böyük dostu” adlandırdı. Əbülfəz Elçibəyin ĠĠC
prezidenti Əliəkbər HaĢimi-Rəfsəncaniyə məktubunu da aparan P.Hüseynov öncə prezidentin
I müavini Həsən Həbibiylə görüĢdükdən sonra prezident Ə.HaĢimi-Rəfsəncaninin də
qəbulunda olaraq Bəyin məktubunu ona verdi. Ġran prezidenti Azərbaycanda yaranmıĢ
durumu “böhranlı vəziyyət” adlandırdı.
Prezident Aparatında Ali BaĢ Komandan Əbülfəz Elçibəyin sədrliyi altında hökumətin geniĢ
iclası oldu (12 aprel). Yığıncaqda FV Ģəraitində iĢ rejimi məsələləri və nazirliklərin, baĢ
idarələrin fəaliyyətinin yenidən qurulması sahəsində ən mühüm vəzifələr müzakirə edildi.
Ġclasa yekun vuran Əbülfəz bəy dedi ki, hər bir kəsin iĢi “Hər Ģey respublikanın ərazi
bütövlüyünün qorunması üçün, AZƏRBAYCANDA DEMOKRATĠYANIN XĠLASI ÜÇÜN!” Ģüarına
tabe edilməlidir.
Tehrandan qayıdan (12 aprel) Pənah Hüseynov elə həmin gün Moskvaya gedərək Rusiyanın
xarici iĢlər naziri Andrey Kozırevlə görüĢdü. Onlar münaqiĢənin sülh yoluyla çözülməsi və
Rusiyanın vasitəçiliyi məsələlərini müzakirə etdilər. Həmin gün N.Nazarbayev B.Yeltsinlə
Dağlıq Qarabağ mövzusunda telefonla danıĢdı. Bundan sonra o, Əbülfəz bəyə də zəng edərək
Kəlbəcər mövzusuna toxundu.
13 apreldə Ermənistan və Azərbaycanın baĢ nazirlərinin Moskvada görüĢməsi haqqında razılıq
əldə edildi. Bu vaxt Rusiya KĠV Soçidə atəĢin dayandırılması haqqında saziĢ bağlandığını
bildirdi və Prezident Aparatımız bu xəbəri yalanladı.
TURQUT ÖZAL YENƏ ELÇĠBƏYĠN YANINDADIR
Orta Asiyaya səfərini baĢa vuran Türkiyə prezidenti Turqut Özal 13 apreldə böyük
nümayəndə heyətiylə (onların arasında Türkiyənin 110 ən böyük Ģirkətinin nümayəndəsi də
vardı) oradan birbaĢa Bakıya gəldi. Bu, Elçibəyin Türkiyə səfərinə cavab olaraq hazırlanmıĢ
adi rəsmi səfərdi.
Turqut Özalın bu gəliĢi əslində qardaĢın qardaĢa ürək-dirək verməsi, ona hayan olduğunu
bildirməsi məqsədi daĢıyırdı - o, Azərbaycanın Ermənistanla vuruĢda tək olmadığını dünyaya
göstərmək istəyirdi və bu diləyində tam səmimiydi.
Bakıya ayaq basdığı andaca - hava limanında Turqut Özal jurnalistlərə Ermənistanın
Azərbaycana təcavüzünün qarĢısını almağın Bakı müzakirələrinin baĢlıca mövzusu olacağını
vurğuladı.
Həmin gün Əbülfəz Elçibəy Turqut Özalla təkbətək görüĢdü.
14 apreldə ġəhidlər xiyabanını ziyarət edəndən sonra Turqut bəy parlamentin sədri Ġsa
Qəmbərlə görüĢdü və Milli Məclisdə çıxıĢ etdi. Azərbaycanı özünün dövləti sayan Turqut Özal
dedi: “Müstəqil dövlətimizin parçalanması yolverilməzdir”. O, xəbərdarlıq etdi: “Türk millətinin
səbri zorlanmamalıdır”.
M.Rəsulzadə adına Bakı Dövlət Universitetinə gələn Turqut Özal və Əbülfəz Elçibəy burada
çıxıĢ etdilər. Sonra hər iki prezident qaçqınlara baĢ çəkməkçün Zuğulba qəsəbəsinə getdi.
Turqut bəy “Zuğulba” pansionatındakı qaçqınlara 10 min dollar təmənnasız yardım göstərdi.
Nazirlər Kabinetində Əbülfəz Elçibəylə Turqut Özalın hər iki ölkənin iĢ adamlarıyla görüĢündə
Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkiĢafı perspektivləri müzakirə
edildi. GörüĢü yekunlaĢdıran Əbülfəz bəy bildirdi ki, 70 illik qapalılıq Ģəraitindən sonra
müstəqil iqtisadi münasibətlər qurmaq imkanı qazanan, eyni vaxtda bir neçə tarixi vəzifə
yerinə yetirən Azərbaycan bütün problemlərini tədricən həll edəcəkdir.
Turqut Özal aprelin 15-ində Bakıdan getdi. Hava limanından onu Əbülfəz Elçibəy və baĢqa
rəsmi Ģəxslər (xarici iĢlər naziri Tofiq Qasımov bu vaxt ölkədə olmadığından, onu müavini
Mircəlal Yusifli əvəz edirdi) yola saldılar.
11 günlük səfərinin 3 gününü Bakıda keçirən Turqut bəy Ankaranın “Esenboğa” hava
limanına enincə dedi: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən iĢğal edilməsinin əsla
qəbuledilməz olduğunu bəyan etdik. Bu problemin BMT və ATƏM çəçivəsində həll
olunmayacağı təqdirdə məsələnin böyüyəcəyini də elan etdik. Azərbaycanın iqtisadi cəhətdən
inkiĢaf etməsi, demokratiyanın bərqərar olması və Ermənistana sinə gərə bilməsi üçün birlik
və həmrəylik olması zərurətini də vurğuladım. Bunu həm iqtidarın nümayəndələrinə, həm də
müxalifətin liderlərinə bildirdim”.
Yeri gəlmiĢkən, Turqut Özal Orta Asiyadaykən bütün yeni türk dövlətlərinin baĢçılarına
Azərbaycanın bu ağır günündə onunla həmrəy olmağı tövsiyə etmiĢdi.
Turqut Özalın səfəri zamanı Türkiyədən ölkəmizə 500 min ton buğda gətirilməyə baĢlandı. Bu
vaxt respublikada çörək təchizatı pisləĢmiĢdi. Bakıda Ģayiə yayılmıĢdı ki, guya 3-4 gündən
sonra mağazalarda çörək tapılmayacaq. Busa tələbatdan artıq çörək alınmasına və nəticədə
süni gərginlik yaranmasına səbəb oldu.
Naxçıvan MR-da da əhalinin çörəklə təminatında ağır durum yaranmıĢdı, çünki 40 gündən
artıqdı ki, hansı səbəblərdənsə Ġran Ġslam Cümhuriyyəti Bakıdan Naxçıvana gedən unla dolu
avtomobil karvanını öz ərazisindən buraxmırdı.
Bu günlərdə Ġran prezidenti Əliəkbər HaĢimi-Rəfsəncaninin Əbülfəz bəyə cavab məktubu
alındı. O yazırdı: “Ġndinin özündə də Ġran Ġslam Respublikası əvvəlki mövqeyində durur, ...iki
rəsmi bəyanatla təcavüzkarı açıq-aĢkar pisləmiĢdir”. Ġran baĢçısı əslində Elçibəyi də suçlayırdı:
“...Ġnanırıq ki, Ġran Ġslam Respublikasının əvvəlki vasitəçilik səylərinə hər iki ölkə tərəfindən
ciddi surətdə əməl olunsaydı bugünkü vəziyyət heç bir vəchlə ortaya çıxmazdı” (“Azərbaycan”
qəzeti, 16 aprel 1993).
Prezidentin bu məktubu və Naxçıvana gedən yolun kəsilməsi göstərirdi ki, hətta
P.Hüseynovun tərifli sözləri də Ġranı yumĢalda bilməyib və o, Azərbaycandan bərk inciyib.
Təəssüf ki, bu “inciklik” Rusiyanın “küsməy”iylə eyni vaxta düĢmüĢdü. Çox çəkməyəcək ki, bu
“küsməy”in mahiyyəti tam açılacaq - Tehran rejimi iyun qiyamı zamanı Azərbaycan
hakimiyyətini devirməkdə Rusiyaya yardımçı olacaq.
ARTIRMA
«-Sizin Ġranı və onun baĢçılarını açıq-aĢkar tənqid etməyinizi indi də bir çoxları siyasətdə
səriĢtəsizliyin nəticəsi kimi qələmə verməyə çalıĢır.
-Çox gözəl deyirsiniz. Mən Əliəkbər HaĢimi-Rəfsəncanini hakimiyyətdə olanda tənqid edirdim,
indisə onu hələ xarici ölkələr bir yana, bütün Ġran xalqı tənqid edir. Deməli, mən qabaqcadan
onun qiymətini düz vermiĢəm. Amerika Ġranı irticaçı yox, cinayətkar rejim elan edib. Bir var
sivilizasiyalı, mütərəqqi rejim, bir də var cinayətkar rejim; dünyanın bir çox dövlətləri də bu
fikrə qoĢulublar ki, Ġranda cinayətkar rejim hökm sürür.
-Bu cinayətin mahiyyəti nədədir?
-Xalqlara azadlıq verilmir, ölkədə hərbi-polis diktaturası hökm sürür, vicdan azadlığı, söz
azadlığı yoxdur - kim müxalif söz desə onu asır, qətlə yetirirlər. Dinimizin hökmünə görə, qız
uĢağı dar ağacından asılmaz. Ancaq Ġran nə edir - hökumətin əleyhinə danıĢdığına görə gecə
onu zorla ərə verərək qızlığını alıb ertəsi gün asırlar! Bundan böyük cinayət ola bilərmi?!
Yaxud cinayət etmiĢ hər hansı adamın boğazına məftil keçirib krandan asır və onu Ģəhərin
küçələrində beləcə gəzdirirlər! Bu cür vəhĢilik nə Qur'anda var, nə dində, nə də imanda. Belə
allahsız rejim yaĢaya bilməz! Cinayətkara, əlbəttə, cəza verilməlidir, amma görəndə ki onu
boğazdan asıb bir heyvan ölüsü kimi küçələrdə gəzdirirlər, insan istər-istəməz bunu edən
hökumətə, buna fitva verən din xadimlərinə nifrət edəcək. Görün o asılmıĢın anası, bacısı nə
dəhĢətli hallara düĢəcək! Buna heç kim dözə bilməz. Belə rejim cinayətkar deyil, bəs nədir?!
Özünün varlığını saxlamaqçün ən adi insan hüquqlarını pozur, öz vətəndaĢlarını daim qorxu
içərisində saxlayır. Bəli, günahkara ən ağır cəza ver, ancaq onu küçələrdə gəzdirib adamların
gözünün odunu almağa çalıĢırsansa artıq insan haqqını pozursan. Ġnsana təkcə öz günahına
görə yox, baĢqalarını qorxutmaqçün cəzalar verilməsi nə üçündür? Ədalətsiz dövləti, rejimi
qoruyub saxlamaqçün!
Yaxud baĢqa faktı götürək. Parlament qərar çıxarır ki, onun komissiyası gedib maliyyəni
yoxlasın. Buna, məsələn, 1 il vaxt verilir. Gedir, 1 ildən sonra gəlir ki, biz tapĢırılan iĢin cəmi
40 faizini yoxladıq, 60 faizi qaldı. SoruĢanda "niyə?", deyir ki, bizi yoxlamağa buraxmadılar,
icazə vermədilər. Baxın, dövlətin ali məqamı, qanunverici orqanı qərar çıxarır, onu yerlərdə
saymırlar. Deməli, bu dövlət çürüyüb.
Ya da bir ali ruhani minbərə çıxaraq deyir ki, cənnətdə fars dilində danıĢacaqlar, siz də gərək
fars dilini öyrənəsiniz. Xalqın ağsaqqalı, ruhanisi sayılan bu adam xəstədir. Belə adamlarla
dövlət, ölkə hara gedəcək? Onlar bizə qoca, çənəsi əsən, ağlı iĢləməyən Brejnevi,
Çernenkonu xatırladırlar; həmin xəstə Ģəxslər guya Sovet hökumətini idarə edirdilər. Belə
rəhbərləri olan dövlət həmiĢə çökür
».
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.79-80).
"BĠZĠMKĠLƏR" VƏ "ONLAR"...
14 apreldə Azərbaycanın ABġ-dakı səfiri Hafiz PaĢayev öz etimadnaməsini prezident Bill
Klintona təqdim etdi. Klintonun Elçibəyə göndərdiyi cavab məktubunda deyilirdi:
«VaĢinqtonda Azərbaycan Respublikasının səfirliyinin açılması ikitərəfli əlaqələrimizin
inkiĢafına sübutdur və dövlətlərimiz arasında daha geniĢ fikir mübadiləsinə imkan
yaradacaqdır.
Azərbaycan Respublikasının demokratiyaya doğru irəliləyiĢini təqdir edir və Azərbaycan
hökumətinə bu yolu davam etdirməyi tövsiyə edirəm. Azərbaycanın öz iqtisadiyyatını xarici
sərmayəyə açmaq sayəsində gördüyü tədbirlər firavan gələcək üçün lazım olan iqtisadi
islahatlar yolunda mühüm addımdır. Eyni zamanda, Azərbaycanın öz siyasi və iqtisadi
sistemini dəyiĢmək öhdəliyinə sadiq qalması məni ruhlandırır və ölkələrimiz arasında
geniĢlənən əlaqələri tam müdafiə edirəm.
Təəssüflər olsun ki, Azərbaycanın demokratik, azad bazar iqtisadiyyatı yolunda inkiĢafını
Dağlıq Qarabağ münaqiĢəsi mürəkkəbləĢdirir» (“Azərbaycan”, 16 aprel 1993).
Ġsrailin baĢ naziri Ġshaq Rabin'in Əbülfəz bəyə məktubu da quruca diplomatik nəzakətdən
ibarətdir: «Sizə məlumdur ki, biz ölkəmizdəki hadisələri diqqətlə izləyirik. Mən Sizə dərin
rəğbətimizi və dünyanın həmin hissəsindəki son hadisələrlə əlaqədar bərk narahat
olduğumuzu ifadə etmək istərdim» (“Azərbaycan”, 16 aprel).
14 apreldə Britaniya hökumətinin Azərbaycanda rəsmi nümayəndəsi Harold Formston da öz
hökumətinin rəsmi bəyanatını Azərbaycan rəhbərliyinə çatdırdı. Sənəddə göstərilir ki, Böyük
Britaniya “buraya soxulmuĢ qüvvələri çıxarmağa, hərbi əməliyyatları dayandırmağa və ATƏM
çərçivəsində sülh prosesini bərpa etməyə çağırır”.
BMT 15 apreldə Dağlıq Qarabağa dair rəsmi məlumat yaydı. Bu məlumatla 6 aprel məlumatı
arasında Azərbaycanın xeyrinə olan keyfiyyət fərqi vardı. Burada Ermənistanın münaqiĢəyə
cəlb olunması fikri ĠLK DƏFƏ təsdiqlənir, hərbi əməliyyatların bilavasitə Azərbaycan
ərazisində getdiyi ĠLK DƏFƏ bildirilir, ağır silahlardan, həmlə təyyarələrindən istifadə
olunması (Dağlıq Qarabağda bunların uçuĢuyçün aeroport yoxdur) istifadə edilməsi birmənalı
göstərilirdi.
Kəlbəcər hadisələriylə bağlı Ġranın paytaxtında və Güney Azərbaycan Ģəhərlərində ermənilərə
etiraz mitinqləri keçirildi. Ġran parlametinin 150 deputatı bu təcavüzə etiraz məktubunu
imzaladı.
Ümumiyyətlə, bu günlərdə Azərbaycan prezidenti çoxlu rəsmi məktublar alırdı. Ancaq onların
içərisində konkret yardımlar vəd edən ən əməlisi Ġslam Konfransı TəĢkilatının baĢ katibi
Həmid əl-Cabidin göndərdiyidir. Bəlkə də kimsə məni taktsızlıqda suçlandıracaq, ancaq
ürəyimdəkini birbaĢa deyirəm: bu ağır anlarda yalnız bir Ģəxs, yalnız bir dövlət və
yalnız bir təĢkilat Azərbaycana ürəkdən can yandırırdı və onun yanında oldu -
Turqut Özal, Pakistan və Ġslam Konfransı TəĢkilatı! Azərbaycan tarixiyçün müəyyən
əhəmiyyət kəsb etdiyinə görə Həmid əl-Cabidin Əbülfəz Elçibəyə göndərdiyi həmin səmimi
məktubu burada bütövlüklə verirəm:
“Azərbaycan Respublikasına qarĢı ERMƏNĠ TƏCAVÜZÜNDƏN bəhs edən 1993-cü il 8 aprel
tarixli məktubunuzla tanıĢ oldum.
Ġslam Konfransı TəĢkilatı ERMƏNĠSTANIN son hücumu nəticəsində münaqiĢənin
geniĢlənməsindən ciddi narahat olmuĢdur. 1993-cü il aprelin 4-də mən bu narahatlığı rəsmi
bəyanatda ifadə etdim. Bu bəyanatda biz ERMƏNĠ TƏCAVÜZÜNÜ kəskin Ģəkildə pislədik və
Ermənistanı Azərbaycan ərazisindən öz qoĢunlarını dərhal çıxarmağa çağırdıq.
Həmçinin ĠKT-nin Nyu-Yorkda, BMT yanında daimi nümayəndəliyinə tapĢırdım ki, BMT-də,
xüsusən də Təhlükəsizlik ġurasında hökumətimizin səylərini tam müdafiə etsin.
ERMƏNĠSTANIN AZƏRBAYCANA HÜCUMU ilə əlaqədar yaranmıĢ vəziyyətin ciddiliyini altıncı
islam görüĢünün sədri, Seneqal prezidenti Əbdü Diufun da nəzərinə çatdırdım və ERMƏNĠ
TƏCAVÜZÜNÜ dayandırmaq səylərimizi prezident Diufun tam bəyənəcəyini gözləyirəm.
Ġslam ĠnkiĢaf Bankının prezidentinə müraciət edərək Azərbaycanda ERMƏNĠ TƏCAVÜZÜNÜN
bütün qurbanlarına təcili humanitar yardım göstərməyi xahiĢ etmiĢəm. Azərbaycan
hökumətinin və xalqının öz vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə
yönəldilmiĢ səyləri ilə Ġslam Konfransı TəĢkilatının tam həmrəyliyini zati-alilərinizə Ģəxsən
çatdırmaq üçün Bakıya gələcək baĢ katibin müavini, səfir Məhəmməd Möhsünə ĠKT
nümayəndə heyətinə baĢçılıq etmək səlahiyyəti vermiĢəm.
Səfir Məhəmməd Möhsün mənim ən xoĢ arzularımı zati-alilərinizə çatdıracaq və bölgənizdə
sülhü bərpa etmək sahəsində ĠKT-nin gələcək fəaliyyətinin gücləndirilməsi yolları və vasitələri
barədə Sizə məlumat verəcəkdir.
Zati-aliləri, Sizə böyük ehtiramlarımıza əmin olun.
Həmid əl-Cabid,
Ġslam Konfransı TəĢkilatının baĢ katibi”.
Ermənistanın kefinə dəyməmək siyasəti yürüdən xristian Qərbin dövlət baĢçılarının mücərrəd
məzmunlu bumbuz məktublarıyla yanaĢı qoyduqda Həmid əl-Cabid cənablarının səmimiliyi və
canıyananlığı, təbii ki, bütövlükdə Ġslam Konfransı TəĢkilatının təəssübkeĢliyi insanda onlara
ən dərin hörmət duyğuları yaradır və istər-istəməz adamı “bizimkilər” və “onlar” ifadələri
haqqında düĢünməyə sövq edir. Bu məktubda təcavüzkara açıqdan-açığa barmaq tuĢlanması,
2 dəfə “Ermənistanın Azərbaycana hücumu”, 4 dəfə “erməni təcavüzü” ifadələrinin iĢlədilməsi
qarĢılığında Qərb dövlətlərinin Ermənistanın təcavüzkar olduğunu yerli-dibli danması, yaxud
Azərbaycanı da Ermənistanla tərəzinin eyni gözünə qoyması, əslində heç bir siyasi çəkisi
olmayan “narahatlıq”ları dediyimizin gerçəkliyini bir daha təsdiqləyir.
Həmid əl-Cabidin məktubunda adı çəkilən ĠKT baĢ katibinin müavini Məhəmməd Möhsünün
baĢçılıq etdiyi nümayəndə heyəti Bakıya 16 apreldə gəldi. O, baĢ katibin məktubunu 17
apreldə Bəyə təqdim etdi.
ABġ prezidenti Klintonun Əbülfəz Elçibəyə ünvanladığı məktub da eyni vaxtda Bakıya yetiĢdi.
Klinton Əbülfəz bəyə yazırdı: “Sizə məlum olduğu kimi, ABġ hökuməti həmin basqını pisləmiĢ
və qoĢunları Kəlbəcər rayonundan çıxarmağa çağırmıĢdır. Bu son hərbi əməliyyat sülh
danıĢıqları prosesini pozur və münaqiĢənin geniĢlənməsi qorxusunu yaradır. (Elə bil ki, “bu
son hərbi əməliyyat”ı aparan Azərbaycandı! - Ə.T.).
Mən ATƏM-in himayəsi altında danıĢıqlar prosesinə Sizin sədaqətinizi yüksək
qiymətləndirirəm və Sizi [bunu] etməyə çağırıram ki, bu son basqın (?!-Ə.T.) Azərbaycanın
Minsk qrupu prosesi yolundan sapmasına imkan verməsin”.
ÖLKƏ ÖZ YOLUYLA GEDĠR
Kəlbəcərin iĢğalı iqtidara dəhĢətli zərbə olsa da ölkə yeni cəmiyyət quruculuğu yolundan
sapmadı. Doğrudur, prezidentin iqtisadiyyatımızın inkiĢafıyla bağlı hər gün mətbuatda yer
alan fərmanları gözədəyməz olmuĢdu, ancaq bu, quruculuq iĢlərinin dayanması demək
deyildi.
Geriyə qayıdaraq bildirim ki, 1 apreldən ölkədə 50, 100 və 1000 manatlıq kağız əskinaslar
tədavülə buraxıldı.
14 aprel tarixli dövlət qəzeti məlumat verdi ki, Azərbaycan hökuməti kənd təsərrüfatının
ehtiyaclarını ödəməkçün 5 milyon ABġ dolları, təzə yaradılan dərslikləri nəĢr edəcək yeni
“Öyrətmən” nəĢriyyatının fəaliyyət göstərməsiyçünsə 50 milyon rubl (bu vaxt 766 rubl bir
dollara bərabərdi) ayırıb (mənim prezidentə məktubum əsasında).
Prezident 16 apreldə “Kəlbəcər rayonunu məcburi tərk etmiĢ vətəndaĢların sosial müdafiəsi
haqqında” fərman imzaladı.
Həmin gün Bəy “təkidli xahiĢ”i nəzərə alınmıĢ Ġsgəndər Həmidovun yerinə Abdulla
Allahverdiyevi Azərbaycanın daxili iĢlər naziri təyin etdi.
Müdafiə Nazirliyi BaĢ Qərargahının keçmiĢ rəisi ġahin Musayevin və Azərbaycan Ordusu
bölmələrindən birinin komandiri olmuĢ mayor Mudrakın həbsi də bu vaxta düĢdü (onlar
təxribat törətməkdə ittiham edilirdilər). Eyni zamanda Sumqayıt Ģəhər, Qusar, Ucar, Nizami
(Gəncə) rayon prokurorları da dəyiĢdirildilər.
Xarici ölkə nəĢrlərini əldə etməkdən ötrü Əbülfəz bəy Prezident fondundan M.F.Axundzadə
adına Dövlət Kitabxanasına 5 min ABġ dolları ayırdı (17 aprel).
ARTIRMA
«Mən Prezident fondunu yaratdım. Bu fondda neçə milyon manat və 10 milyon dollar vardı.
Bunların da hamısını prezident xərcləməliydi. Nəyə? Elan eləmiĢdik: Azərbaycanda
mədəniyyətin, elmin, təhsilin, səhiyyənin və b. inkiĢafına. Birdən gəlib Ģikayət edirlər ki, filan
yerdə xəstəxana dağılır, oraya pul buraxmaqda problem var, ya da büdcədə nəzərdə
tutulmayıb. O zaman Prezident fondundan yardım edirik. Yaxud Azərbaycanda orkestrlər
dağılırdı. Fonddakı vəsaitin müəyyən hissəsini orkestrləri qorumaq məqsədiylə buraxdıq,
nəticədə Azərbaycandan cəmi 4 nəfərdən baĢqa heç bir musiqiçi getmədi. Onlar da qeyri
millətlərdəndi və getmələri maddi amillə bağlı deyildi. Biz Azərbaycan orkestrlərində olmayan
yeni alətlər üçün də pul buraxdıq. Polad Bülbüloğluna demiĢdim ki, mədəniyyətə nə qədər
lazımdırsa pul qoyacağıq»
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-
üzə», Bakı, 1999, s.35).
Müharibə zonasına gedəcək 600 nəfərlik müĢahidəçilər qrupunun yerləĢdirilməsiylə əlaqədar
hazırlıq iĢləri görməkçün respublikamıza gəlmiĢ ATƏM-in ön qrupunun üzvlərini Bəy 18
apreldə qəbul etdi. Onlarla görüĢdə prezident bildirdi ki, Kəlbəcərə hücum edən VARDENĠS
KORPUSUNUN tərkibində 12 millətin nümayəndələri, keçmiĢ SSRĠ-nin 7-ci ordusu hissələrinin
əsgər və zabitləri, 24 döyüĢ təyyarəsi, 48 hərbi vertolyot, 87 tank və müasir döyüĢ
texnikasının baĢqa növləri olub. Bəy bu korpusun cinayətləri barədə qonaqlara məlumat
verdi.
TÜRKĠYƏ TURQUT ÖZALI, TÜRK DÜNYASI QOġA QANADININ BĠRĠNĠ, AZƏRBAYCANSA
DAYAĞINI ĠTĠRDĠ
Aprelin 18-ində Türkiyə prezidenti Turqut Özalın ölüm xəbəri Azərbaycan xalqını sarsıtdı.
Xəbər yetiĢincə prezident Əbülfəz Elçibəy milli televiziyada çıxıĢ edərək qardaĢ Türkiyəyə,
bütün türk xalqlarına, dünya ictimaiyyətinə ağır itki üz verdiyini ürək göynərtisiylə bəyan etdi.
Turqut Özal Əbülfəz Elçibəyçün, sadəcə, bir qardaĢ ölkənin baĢçısı yox, doğma qardaĢ qədər
yaxın olan, bütün düĢüncələrini heç bir diplomatik etiket gözləməyə ehtiyac duymadan
sərbəst bölüĢə biləcəyi, türk dünyasının gözəl gələcəyiylə bağlı bütün arzu və diləkləri
hökmən birlikdə gerçəkləĢdirəcəklərinə ürəkdən inandığı ən sevimli, ən güvənimli və ən
səmimi bir dostdu. «XXI yüzil türk əsri olacaq!» Ģüarını irəli sürən və bu deyimi sözdən
gerçəkliyə çevirməyi siyasi fəaliyyətlərinin ana yolu sayan Turqut Özal və Əbülfəz Elçibəy
xoĢbəxt gələcəyə doğru uçmaqda olan türk dünyasının qoĢa qanadıydılar. Dünyanın gözü
onları götürmədi! Budur, həmin qanadlardan biri artıq qopub düĢdü (düz ikicə ay sonra da
ikinci qanadı doğrayacaqlar!)...
Türkiyənin məĢhur jurnalistlərindən Cengiz Candar yazır:
«Turqut bəy ölümündən 2 gün öncə
Bakıdan dönürkən uçaqda mənə dedi: “Bu Elçibəy o qədər yaxĢı bir insandır ki, əgər o
gedirsə qorxuram təkcə Azərbaycan deyil, Türkiyənin Orta Asiya ilə bağlantıları da gedər”
.
Əcəba “Yeni Ankara”nın niyyətlərinimi sezmiĢdi?»… (“Azerbaycan”, №№7-8, 2000).
…Bəy Turqut Özalın vəfatıyla bağlı Türkiyə Böyük Millət Məclisinə, baĢ nazir Süleyman
Dəmirələ, xanım Səmra Özala baĢsağlığı göndərdi. Sonra o, Türkiyənin Bakıdakı səfirliyinə
gedərək matəm kitabında bu sözləri yazdı:
“ƏZĠZĠMĠZ TURQUT ÖZAL ÇOX AĞIR GÜNDƏ
BĠZDƏN AYRILDI. Tanrını çox sevirdi, Tanrı da onu çox istədi, onu çox sevdiyi türk dünyasına
vida səfərinə göndərdi. Bu cür səfərlər müqəddəslərə nəsib olur. Rahat uyu, qardaĢımız
Turqut bəy. Tanrı tutduğun yola iĢıq saçsın”
.
Ermənistan və Azərbaycan tərəfləri atəĢin 3 günlüyə dayandırılması barədə 18 apreldə ATƏM
nümayəndələriylə saziĢ imzaladılar. Həmin gün ATƏM-in hərbi ekspertlər qrupu Dağlıq
Qarabağa yola düĢdü.
ELÇĠBƏY ÖZALI SON MƏNZĠLƏCƏN YOLA SALDI
Əziz insanın - Turqut Özalın dəfnində iĢtirak etməkçün Əbülfəz bəy 20 apreldə xüsusi
təyyarəylə Ankaraya yola düĢdü. Paytaxtın “Esenboğa” hava limanında onu Süleyman
Dəmirəl, Hikmət Çətin və baĢqa rəsmi Ģəxslər qarĢıladılar. Elçibəyi qarĢılayanlar arasında
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də vardı.
Elçibəy limandan vertolyotla (H.Əliyev də onunlaydı) «Çankaya» köĢkünə düĢdü, oradan da
birbaĢa mərhum Turqut Özalın evinə gedərək onun ailəsinə baĢsağlığı verdi. Bundan sonra
Bəy "Böyük Ankara" otelinə gedərək orada yerləĢdi. (Əslində Bəyçün Ankarada xüsusi yer
nəzərdə tutulmuĢdu, ancaq Dəmirəl bu iĢə qarıĢaraq Bəyin də Əliyevin qaldığı bu oteldə
yerləĢməsinə çalıĢdı və istədiyini etdi).
Həmin gün Bəy Səmra Özala, baĢqa ailə üzvlərinə baĢsağlığı verdi.
Prezident Elçibəy Türkiyəyə matəm mərasiminə gəlmiĢ Gürcüstanın baĢçısı E.ġevardnadze və
Moldovanın prezidenti Mirça Snequrla da görüĢdü. Onlarla görüĢlərdə qeyd olundu ki, bu
respublikalarda Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Qaqauz
münasibətlərinin müəllifi Rusiyadır. Rusiyanın təzyiqlərini azaltmaqçün fəaliyyətlər
əlaqələndirilməli, münaqiĢələrin həlliylə bağlı informasiya mübadiləsi edilməli, bütün
sahələrdə əməkdaĢlıq gücləndirilməlidir.
Aprelin 21-ində səhər Türkiyə Böyük Millət Məclisinin foyesində Turqut Özalla vida mərasimi
baĢlandı. Birinci olaraq Azərbaycan prezidenti Əbülfəz Elçibəy tabutun qarĢısından keçərək
mərhumun xatirəsini yad etdi. Sonra o, xatirə kitabında Turqut Özal haqqında ürək sözlərini
yazdı.
Turqut Özalın tabutu Türkiyə Böyük Millət Məclisindən götürülərək top aracında Qocatəpə
camesinə aparıldı. Burada cənazə namazı qılınacaqdı. Ankarada Cümhuriyyət dönəmində
tikilmiĢ bu ilk camedə eyni zamanda 20 min adam namaza otura bilir. Ən məĢhur insanların
cənazə namazı adətən bu camedə qılınır.
Turqut bəylə vidalaĢmaqçün cameyə gedən yüz minlərcə insan yol boyunca hər iki tərəfdən
düzülmüĢdü. Top aracının üstündəki cənazənin arxasınca piyada Dəmirəl, Bəy, DenktaĢ,
Beyker, ġevardnadze, BeriĢa (Albaniyanın prezidenti), Nazarbayev, Ter-Petrosyan, Snequr,
Kravçuk, ġuĢkeviç, general Dustum, bir çox ölkələrdən gəlmiĢ baĢqa prezidentlər və görkəmli
dövlət adamları addımlayırdılar. Elçibəyi görüb tanıyan türk qardaĢlarımız «Elçibəy, baĢın sağ
olsun!» qıĢqırır, Bəysə «millətimizin baĢı sağ olsun!» cavabı verirdi.
Namazdan sonra cənazəni torpağa tapĢırmaqçün Ġstanbula göndərdilər. Protokola görə, onu
artıq yalnız Türkiyə dövləti və ailəsi dəfn etməliydi.
BaĢ nazir S.Dəmirəl T.Özalın dəfnində iĢtirak etməyə gəlmiĢ xarici ölkələrin nümayəndələrinə
TBMM-də yemək verdi. Yemək zamanı xarici nümayəndələr ayaq üstə görüĢüb
söhbətləĢirdilər.
ABġ-ın dövlət katibi Ceyms Beykerlə söhbət əsnasında Elçibəy Heydər Əliyevi
və «Azərbaycanın ana müxalifətinin lideri» adlandırdığı Etibar Məmmədovu da ona təqdim
etdi. Beyker buna təəccüblənərək dedi ki, Sizə qarĢı kəskin müxalifətdə duran bu insanları
mənə təqdim etməyiniz çox maraqlıdır.
Elə bu yemək zamanı razılaĢdırıldı ki, Bəy Ter-Petrosyanla görüĢsün. Ter-Petrosyan Elçibəyi
bu görüĢə razı salmaqdan ötrü Dəmirəl, ġevardnadze, Kravçuk, H.Çətin və baĢqalarından
dəfələrlə xahiĢ etmiĢdi və Bəy xüsusən xatirini çox istədiyi Ukrayna prezidenti Leonid
Kravçukun sözünü yerə salmaq istəməmiĢdi.
Yemək bitəndən sonra xarici nümayəndələr elə buradan öz ölkələrinə döndülər. Əslində
Azərbaycan prezidenti Əbülfəz Elçibəy də artıq vətənə qayıtmalıydı. Ancaq T.Özalın həyat
yoldaĢı Səmra Özal bildirdi ki, Elçibəyi Turqut bəyin ailə üzvü saydığımıza görə onun da
hökmən sabah Ġstanbulda dəfndə iĢtirakını arzulayırıq. Bundan sonra, sözsüz ki, Bəy qalmağa
və sabah Ġstanbuldakı dəfnə getməyə qərar verdi.
Elə o gün Böyük Ankara otelində Bəy ġevardnadze, Snequr, Ter-Petrosyan, general Dustum
və baĢqalarını qəbul edərək onlarla təkbətək görüĢdü. Elçibəyin Türkiyədəki sonsuz nüfuzunu
görən Eduard ġevardnadze Gürcüstan-Türkiyə münasibətlərinin yaxĢılaĢmasına Elçibəydən
yardım umur, qarĢılığında Azərbaycan-Qərb iliĢkilərinin möhkəmlənməsinə öz köməyini təklif
edirdi. Moldova prezidenti Mirça Snequr da Elçibəyin nüfuzu sayəsində öz ölkəsinin Türkiyəylə
yaxınlaĢmasını istəyir, qarĢılıq olaraq Azərbaycan-Rumıniya dostluğunun yaranmasında öz
vasitəçiliyini irəli sürürdü. Levon Ter-Petrosyansa Rusiyanın araçılığı olmadan Ermənistan və
Azərbaycanın Qarabağ məsələsini çözməyə çalıĢmasını söyləyirdi. Sözsüz ki, prezident Elçibəy
bütün bu söhbətlərdə Azərbaycan dövlətinin mənafeyini hər Ģeydən uca tutaraq cavablarında
məhz bu mövqedən çıxıĢ edirdi.
Əbülfəz Elçibəyin Ter-Petrosyanla görüĢünün incəliklərini Elçibəyin cangüdəni Ġlqar
Qədirquluyev danıĢır:
«Türkiyə Böyük Millət Məclisində Əbülfəz Elçibəy general Dustumla
söhbət edirdi. Heydər Əliyev də onların yanındaydı. ġevardnadze Bəyə yaxınlaĢıb dedi ki,
Levon Ter-Petrosyan Sizinlə görüĢmək istəyir (onunla görüĢməyə Bəy artıq razılıq vermiĢdi).
Protokol nəzakətinə görə, Ter-Petrosyan gələndə Bəy də onun qarĢısına eyni məsafədə
irəliləməliydi. Ancaq Bəy azacıq da varsa Ter-Petrosyanın «ayağına getmək» fikrində deyildi,
ona görə də Dustumla söhbəti bilərəkdən xeyli uzatdı və yerindən tərpənmədi. Ter-Petrosyan
heç özünü o yerə qoymadı, birbaĢa Bəyin yanına gələrək tərtəmiz Azərbaycan türkcəsində:
-Salam, cənab Elçibəy, necəsiniz? - dedi.
Bəy qayıtdı:
-Çox sağ olun, yaxĢıyam.
Bu zaman H.Əliyev soruĢdu ki, cənab Ter-Petrosyan, deyəsən, Siz Azərbaycan dilini yaxĢı
bilirsiniz?
Ter-Petrosyan ona rusca cavab verdi: «Belə də, az-maz bilirəm». Sonra rusca davam etdi ki,
Elçibəy də, mən də ĢərqĢünasıq.
ġevardnadze onların təkbətək görüĢməsini təklif etdi. «Harada?» və «necə?» sualları ortaya
çıxanda Ter-Petrosyan bildirdi ki, Elçibəy harada və necə desə mən hazıram. Bəy onu Böyük
Ankara otelindəki öz dairəsinə dəvət etdi və saat 17 radələrində onların təkbətək görüĢü
oldu».
Təkbətək görüĢdə prezidentlər problemlərin ATƏM xəttiylə həllinə üstünlük verdiklərini
bildirdilər. GörüĢ yarım saat çəkdi.
|