12.50 dəqiqədə Naxçıvan hava limanında Naxçıvan MR DĠN əməkdaĢları
tərəfindən Gəncə Ģəhəri Ordubadi küçəsi 64 №-li evdə yaĢayan Əliyev ġubay Yusif
oğlu (1939-cu ildə anadan olub, evlidir, 6 uĢağı var, əvvəllər məhkum olunmayıb)
Naxçıvan - Gəncə marĢrutu ilə uçası təyyarəyə heç bir yerdə qeydiyyatı olmayan,
1943-cü ildə istehsal edilmiĢ 06309 №-li minomyotla minmək istəyərkən
yaxalanmıĢdır.
Naxçıvana gəliĢinin məqsədini açıqlayan ġ.Y.Əliyev izahatında yazmıĢdır: "Mən 30
aprel 1993-cü ildən Naxçıvan Ģəhərinə gəldim ki, həmin minomyotu Gəncə
Ģəhərinə aparam. Ondan əvvəl mən Ali Məclisin sədri H.Əliyevin yanında oldum…
Mənim Naxçıvana gəlməkdə məqsədim mənə Ali Məclis tərəfindən verilmiĢ QAZ-
2410 markalı avtomaĢının sənədlərini almaq idi"
AxĢam saat 17-18 radələrində Ali Məclisdən DĠN-ə zəng edərək ġ.Y.Əliyevin təcili
buraxılmasını tələb ediblər». («Güney», 11-18 may 1993).
Bu hadisələr o vaxt baĢ verirdi ki, artıq bütün dünya Azərbaycanın tərəfini saxlamağa, daha
doğrusu, ədaləti müdafiə etməyə baĢlamıĢdı. 5 mayda BMT-nin baĢ katibi Butros Qali CNN
televiziyasına verdiyi müsahibədə demiĢdi: “Həm Ermənistan, həm də Azərbaycan BMT-nin
üzvüdür. Beləliklə, biz həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Buna görə də BMT Dağlıq Qarabağın
müstəqilliyini tanıya bilməz. Əgər Ermənistan və Azərbaycan birlikdə bu problemin həlli
barədə qərara gələrsə BMT həmin qərarı müdafiə edəcəkdir. Biz faktları araĢdırmaq üçün
həm Ermənistana, həm də Azərbaycana nümayəndəliklər göndərmiĢik və bölgədəki vəziyyəti
diqqətlə izləyirik. Bir neçə gün əvvəl BMT Təhlükəsizlik ġurası qətnamə qəbul etmiĢdir”.
“Azərbaycan” qəzetinin 5 may tarixli sayında Vəfa Quluzadə bildirirdi ki, Əbülfəz Elçibəy 30
mayda LONDONA rəsmi səfərə gedəcək. Prezident baĢ nazir Con Meycorla görüĢəcək,
Britaniya parlamentində olacaq, Oksford Universitetinin əlyazmalar fonduyla tanıĢ olacaq.
Əbülfəz bəyin kraliça Yelizaveta və Marqaret Tetçerlə də görüĢü gözlənilir. Bu səfərdə çoxlu
ikitərəfli saziĢlərin imzalanması nəzərdə tutulub.
Böyük Britaniya səfəri, sözsüz ki, Azərbaycan hökumətinin beynəlxalq nüfuzunun artmasına
və onun yeni etibarlı dəstək qazanmasına gətirib çıxaracaqdı. Elçibəy iqtidarının dünya
siyasətində həlledici söz yiyələrindən olan Britaniyayla səmimi anlaĢma yaradacağını görən
bütün düĢmənlər dərin təĢviĢə düĢdülər...
YELMAR MƏMMƏDOV: ELÇĠBƏY "XALQINI DÜġÜNƏN, DEMOKRATĠYAYA SADĠQ, HUMANĠST
ADAMDIR"
Mayın ilk günlərində Pakistanın Kəraçi Ģəhərində Ġslam Konfransı TəĢkilatı xarici iĢlər
nazirlərinin XXI konfransı keçirildi. Bu mötəbər məclisdə 9 bənddən ibarət “Ermənistan -
Azərbaycan münaqiĢəsi üzrə qətnamə” qəbul edildi. Azərbaycana xüsusi rəğbətiylə seçilən bu
olduqca nüfuzlu təĢkilatın qətnaməsində bildirilirdi ki, Ġslam Konfransı TəĢkilatı:
“1. Ermənistanın Azərbaycan Respublikasına qarĢı təcavüzünü KƏSKĠN ġƏKĠLDƏ PĠSLƏYĠR.
2. Erməni qüvvələrinin iĢğal edilmiĢ Azərbaycan ərazilərindən təcili çıxarılmasını və
Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət bəsləməyi
Ermənistandan CĠDDĠ SURƏTDƏ TƏLƏB EDĠR.
3. Qarabağ məsələsini dövlətlərin ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən
tanınmıĢ sərhədlərin dəyiĢdirilməsi prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həll
etməyə çağırır”.
BMT Təhlükəsizlik ġurasının qətnaməsindən sonra bu ĠKĠNCĠ ƏN ÖNƏMLĠ SƏNƏD
Azərbaycan rəhbərliyinə mənəvi-psixoloji dayaq oldu. Yenidən ölkənin cari həyatıyla,
iqtisadiyyatıyla, dövlət quruculuğuyla bağlı iĢlər canlandırıldı.
Artıq mayın baĢlanğıcında prezidentin fərmanlarıyla Metallurgiya Dövlət ġirkəti yaradıldı, kənd
təsərrüfatı və ərzaq naziri Rəhim ƏĢrəfov vəzifəsindən çıxarıldı və onu Tofiq Hüseynov əvəz
etməyə baĢladı.
Görkəmli Azərbaycan sahibkarı Yelmar Məmmədov ölkəmizdəki mövcud ictimai-psixoloji
durumu göz önünə qoyan çox maraqlı düĢüncələrini “Azərbaycan” qəzetinin (6 may)
oxucularıyla bölüĢdü. Fikrimcə, bitərəf bir insan olan (onun da ürəyindən baĢ nazir olmaq
istəyinin keçdiyi söylənilsə də) Y.Məmmədovun mülahizələri obyektivliyiylə seçilirdi.
Gənc sahibkar deyirdi: “Respublikamızda bütün vəsilələrdə qəribə bir süstlük, lənglik var.
Sahibkarlığın inkiĢafı haqqında ancaq söhbət gedir. ÖzəlləĢdirmə, Ģəxsi mülkiyyətə keçmə
ləngiyir. Azərbaycanda varlı adamlar çoxdur. Ancaq respublikamızda möhkəm qanunlar, ciddi
təminat olmadığı üçün onların çoxu öz var-dövlətini üzə çıxarmağa qorxur”.
Y.Məmmədovun bu fikriylə də razılaĢmamaq çətindir: “Hökm sürən CƏZASIZLIQ ġƏRAĠTĠ
demokratiyanı az qala anarxiyaya çevirib”.
Son hərbi uğursuzluqlara toxunan Yelmar bəy bildirirdi ki, Ağdərənin əksər kəndlərinin,
üstəlik Kəlbəcərin də əldən getməsi nəticəsində “xalqımız qaytarılmıĢ ĠNAMI TƏZƏDƏN
ĠTĠRDĠ”.
Məncə, Y.Məmmədov bunları deməkdə də haqlıdır: “Qəribə vəziyyət yaranıb. Bütün günahlar,
səhvlər kiminsə bir adamın, hazırkı vəziyyətdə PREZĠDENTĠN adına yazılır. Axı bütün
məsuliyyəti bir adamın üstünə yıxmaq haqsızlıqdır. Mənim prezidentlə də görüĢüm olub;
xalqını düĢünən, demokratiyaya sadiq, humanist adamdır. Ancaq onun səmərəli fəaliyyəti,
arzularını həyata keçirməsi üçün möhkəm peĢəkar komandası və dəqiq mexanizm kimi
iĢləyən hökumət strukturu olmalıdır”.
Gələcəyə nikbin baxan Y.Məmmədov bildirir ki, mən dünya ölkələrində yaĢayan imkanlı
yurddaĢlarımızın Bakıda keçiriləcək biznes-konfransına çox umud bəsləyirəm. “Prezidentlə
görüĢümdə o da bu ideyanı müdafiə edib”.
“Azərbaycan” qəzetinin ertəsi gün (7 may) çıxan sayındasa ölkəmizin iqtisadi durumunun
baĢlıca xətləri açıqlanır.
Maliyyə naziri S.Məmmədov obrazlı Ģəkildə bildirir ki, bu saat respublikamızın iqtisadiyyatında
“əsas təmir iĢləri” gedir. Nazir haqlı olaraq deyir: “Adicə biz evimizi təmir edəndə bu ağırlığı
hiss edirik. Ġçəridə toz olmalıdır, palçıq olmalıdır və s. Çox gərginliklər, çatıĢmazlıqlar
olacaqdır”.
Nazir bəyan edir ki, ölkəmizdə müharibə getməsinə baxmayaraq keçmiĢ SSRĠ-nin baĢqa
respublikalarına nisbətən bizdə islahatlar DAHA SABĠT, DAHA YAXġI gedir. Hazırkı islahatların
qarĢısında duran ən mühüm problemlərdən biri respublikanın MÜSTƏQĠL ĠQTĠSADĠYYATINI,
MÜSTƏQĠL MALĠYYƏ-KREDĠT VƏ PUL SĠYASƏTĠNĠ həyata keçirməkdən ibarətdir. Rubl
məkanında olduğumuzdan, hələ azad maliyyə və pul siyasətini gerçəkləĢdirmək asan deyil,
ona görə də YALNIZ MANATDAN ĠSTĠFADƏYƏ keçmək gərəkdir, çünki beynəlxalq-maliyyə-
kredit təĢkilatlarının heç biri rubl zonasında olduğumuza görə bizimlə normal iqtisadi
əlaqələrə girmək istəmir. Banklar və dünya maliyyə-kredit təĢkilatları kredit verməyə maraq
göstərmirlər, Ģərt qoyurlar ki, öncə rubl məkanından çıxmaq gərəkdir.
Hökumətin gördüyü tədbirlər nəticəsində qiymətlərin artım sürəti yanvarda 35%, fevralda
23%, martdasa cəmi 2-3% olmuĢdu.
Prezident Əbülfəz Elçibəy göstəriĢ verdi ki, biznesin, sahibkarlığın inkiĢafıyçün 4,5 milyard
rubl (20 milyon dollar) kredit ayrılsın, özü də, onun verilməsində güzəĢtlər edilsin. Bu zaman
əsas götürülürdü ki, özəl bölməyə qoyulan vəsait dövlət müəssisələrinə qoyulan vəsaitdən on
dəfələrcə artıq səmərə verir. Buna görə də Elçibəy iqtidarı mövcud iqtisadi böhrandan
çıxmaqçün sahibkarlığın inkiĢafını ilkin Ģərt sayırdı.
Artıq özəlləĢdirmə haqqında qanun qəbul edilmiĢ, bununla bağlı dövlət proqramı da iĢlənib
hazırlanmıĢdı. Həmin proqramın da Milli Məclisdə təsdiqlənməsindən sonra müəssisələrin
özəlləĢdirilməsinə baĢlanacaqdı.
Doğrudur, mayın əvvəlində ölkədə 125 bank vardı, ancaq çevik bank siyasəti hələ
formalaĢdırılmamıĢdı. Məsələn, kəndli emal müəssisəsinə təhvil verdiyi məhsulun pulunun
ödəniĢini 1 il gözləməli olurdu. Bir ildə 2 min faiz qüvvədən düĢən pulsa ona xeyir vermirdi.
Bu üzdən də kənd təsərrüfatında ağır durum yaranmıĢdı.
Bütün bunları nəzərə alan və əhalinin sosial rifahını yaxĢılaĢdırmaq istəyən prezident
iqtisadiyyatdakı inflyasiya Ģəraitində əhalinin əmanət banklarındakı əmanətlərinin
qiymətləndirilməsiylə bağlı olaraq “Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankında
əhalinin əmanətləri üzrə kompensasiyalar verilməsi haqqında” (6 may) və 1 aprel 1992-dən
keçmiĢ SSRĠ Xarici Ġqtisadi Bankı tərəfindən dondurulmuĢ Azərbaycan vətəndaĢlarının valyuta
hesablarını ödəmək, vətəndaĢlarımızın sosial mənafeyini qorumaqçün “Azərbaycan
Respublikası vətəndaĢlarının valyuta hesablarında olan vəsaitinin ödənilməsi haqqında” (7
may) fərmanlar verdi.
Ġqtisadiyyatla yanaĢı, baĢdan-baĢa problemlər içində olan orduda da vəziyyəti
sağlamlaĢdırmaqçün müəyyən iĢlər görülürdü. Aprelin son 10 günündə hərbi çağırıĢ planı 100
faiz yerinə yetirilmiĢ, hərbi xidmətə çağırılmıĢ gənclərçün çox qısa vaxt içində təlim mərkəzləri
istifadəyə verilmiĢ, Türkiyədən gətirilmiĢ 187 hərbi təlimatçı dərhal iĢə baĢlamıĢ və
ordumuzun 1 il ərzində Türkiyə ordusu tipinə uyğunlaĢdırılması planı hazırlanmıĢdı... Dövlət
katibi Əli Kərimovun mətbuatda xəbər verdiyinə (7 may) görə, orduda möhkəm intizam
yaratmaq məqsədiylə Ali BaĢ Komandanın əmriylə təĢkil edilmiĢ xüsusi komissiya HƏRBĠ
HĠSSƏLƏRDƏ CĠDDĠ YOXLAMALAR APARIR. Xeyli çatıĢmazlıqlar aĢkar edilib. Bundan baĢqa,
Xocalı, ġuĢa, Laçın, Zəngilan hadisələrinin təhqiqatı sürətləndirilib.
Yeri gəlmiĢkən, bu vaxt camaat arasında da ciddi söz-söhbət gəzirdi ki, hakimiyyətdə
qruplaĢmalar yaranıb. Məncə, Ə.Kərimovun «...“Yurd”çular, Ġsa Qəmbərovçular bölgüsü ciddi
deyil və səhvdir» deməsi (“Azərbaycan”, 8 may) əslində bu problemin mövcudluğunu
göstərirdi.
ELÇĠBƏY FURMANA DEDĠ: "ƏSAS TƏHLÜKƏ XARĠCDƏNDĠR"
Rusiya mətbuatı Əbülfəz Elçibəyə ən yaxĢı halda sərin münasibət bəsləyirdi. Dmitri Furmansa
Bəyə münasibətdə obyektivliyiylə seçilirdi. Bu keyfiyyəti biz onun “Bizim qəribə inqilabımız”
kitabına (Moskva-Xarkov, 1998) daxil etdiyi “Üçüncü dünyaya qayıdıĢ. Azərbaycan
demokratiyası haqqında kədərli tarixçə” məqaləsində (1993-ün iyulunda yazılıb və
“Svobodnaya mısl” dərgisinin həminilki 11-inci sayında dərc edilib) və kitabdakı baĢqa
yazılarında da görürük.
D.Furman Əbülfəz Elçibəydən aldığı müsahibəni 5 mayda “Nezavisimaya qazeta”da
«“Müharibə bir çoxları üçün özünə Ģöhrət qazandırmaq vasitəsidir”. Prezident Elçibəy belə
hesab edir ki, ermənilər, nəhayət, Qarabağda nəyə görə vuruĢduqlarını müəyyən
etməlidirlər» baĢlığı altında dərc etdirdi (tərcüməsi 11 mayda “Azərbaycan” qəzetində verilib).
Bəy öncə Furmanın müharibə mövzusundakı sorğularını cavablandırır. Kəlbəcərin iĢğalına
beynəlxalq reaksiyadan danıĢan prezident deyir: “Klintonun mənə göndərdiyi teleqramda
açıq-aydın göstərilir ki, ermənilər iĢğal etdikləri ərazilərdən çıxmalıdırlar. Ġran və Türkiyə çox
sərt mövqe tutdular”.
Əbülfəz bəy ermənilərin hərəkətlərini özünəməxsus birbaĢalıqla dəyərləndirir:
“Ermənilər
özləri üçün müəyyənləĢdirməlidirlər ki, bu müharibəni nədən ötrü aparırlar. Əgər onlar
Qarabağı Azərbaycandan almaq üçün vuruĢurlarsa Zaqafqaziyada heç vaxt sülh olmayacaq.
[...] Biz Qarabağın bizim olmadığını heç cür qəbul edə bilmərik; Qarabağın Azərbaycan ərazisi
olması hüquqi faktdır. [...] Azərbaycan dünyanı xaosa aparacaq sərhəd dəyiĢikliklərinə məruz
qalan ilk ölkə olmaq istəmir”
.
Qarabağ probleminin həlli yolunu Bəy bu cür görürdü: “Qarabağın silahsızlaĢdırılması həyata
keçirilməli, buradan qoĢun hissələri çıxarılmalı, azərbaycanlıların və ermənilərin yaĢadıqları
hər kənddə polis olmalıdır. Qarabağ erməniləri ilə Ermənistan arasında Laçın yolu ilə əlaqəyə
hansı formadasa elə nəzarət tətbiq edilməlidir ki, o həqiqətən də “humanitar” məqsədlərə
xidmət göstərsin. sülhməramlı qüvvələr lazımdır, üstəlik, yəqin ki, xarici dövlətlərin müqavilə
Ģərtlərini pozan tərəfə iqtisadi sanksiyalar nəzərdə tutan təminatı da zəruridir”.
Əslində Ermənistanla Azərbaycanın süni Ģəkildə vuruĢdurulduğunu bildirən prezident deyir:
“olduqca nüfuzlu və müxtəlif qüvvələr üçün Azərbaycan-Ermənistan müharibəsinin sona
çatması balıq tutmaq üçün əlveriĢli imkan yaradan bulanıq suların durulması deməkdir”.
Bəy Rusiyaya münasibətinin baĢlıca prinsipini açıqlayır: “Rusiya ilə mehriban qonĢu olmaq
istəyirik. Ġstədiyimiz bircə Ģey var ki, o da asılılığa düĢməməkdir”.
Müxbirin “Mən qəzetlərinizdə Ermənistana kömək etdiyi üçün Türkiyənin kəskin tənqid
edildiyinin Ģahidiyəm. Siz bu hala necə baxırsınız?” sualını Bəy belə cavablandırır: “Turqut
Özal bir dəfə məndən soruĢmuĢdu ki, Türkiyənin Ermənistana çörək verməsinə münasibətim
necədir? Mən ona cavab vermiĢdim ki, ÇÖRƏK SĠLAH DEYĠL VƏ AC ADAMA ÇÖRƏK
VERĠLMƏMƏSĠ GÜNAHDIR. Məncə, türklər gələcək tarixi perspektivi düĢünərək düzgün
hərəkət edirlər. [...] Bununla belə, Qarabağ münaqiĢəsinə münasibətdə Türkiyənin mövqeyi
olduqca sərt və birmənalıdır”.
Hökumətin yeni dövlət quruculuğu sahəsində gördüyü iĢlərdən danıĢan prezident bildirir ki,
gördüyümüz iĢlərin böyük əksəriyyəti hələ bu tezliklə bəhrə verməyəcək. Biz indi gələcək
Azərbaycanın yalnız təməlini qoyuruq. Ancaq elə indinin özündə də müəyyən uğurlarımız var.
Bundan sonra prezident həmin baĢlıca uğurları göstərir. Onların içərisində ölkədə siyasi
sabitliyin yaradılması ən önəmli yeri tutur. Bəy deyir ki, onun qorunmasının ən ağır imtahanı
olan Kəlbəcər məğlubiyyətindən çıxdıq - bu məğlubiyyət hökumət əleyhinə güclü çıxıĢlar
doğurmadı, müxalifət “Kəlbəcər məğlubiyyətindən hökuməti devirmək üçün istifadə etməyə
cəhd göstərmədi”.
Daha sonra milli münasibətlərin möhkəmliyi hakimiyyətin mühüm nailiyyəti sayılır.
Ölkədə cinayətkarlığın səviyyəsinin, məsələn, Moskvadakından çox aĢağı olmasını qeyd edən
Bəy vurğulayır ki, “müharibə aparan, qaçqınların, əllərdə toplanan silahların həddən artıq
olduğu bir ölkə üçün bu da böyük uğurdur”.
Azərbaycan ərazisində faktik olaraq rus qoĢununun qalmamasını qürurla bəyan edən
prezident deyir: “Rus ordusu problemini keçmiĢ SSRĠ respublikaları və ġərqi Avropa ölkələri
içərisində faktik olaraq hamıdan qabaq, birinci həll etmiĢik, özü də hay-küysüz, itkilərsiz, rus
hərbçilərinin hüquqlarını tapdalamadan”. Doğrudan da, bu zaman hələ, məsələn, Almaniyada
rus ordusu qalmaqdaydı və iki dövlət arasında uzun sürən danıĢıqların mövzusuna çevrilmiĢdi.
Bəy rüĢvətin qarĢısını almaqda mühüm vasitə olan test üsuluyla qəbul imtahanlarının
tətbiqinə keçilməsini, “dəhĢətli müqavimətə” baxmayaraq onun gerçəkləĢdirilməsini də
baĢlıca uğurlardan sayır.
Müxbirin “kadr siyasətiniz tənqid edilir” iradını dövlət baĢçısı belə cavablandırır: AXC
yarananda ziyalı elitası bizdən aralı gəzdi. “Onlar bizə çox inanmırdılar, biz də onlara. Bir
çoxları, sadəcə olaraq, bizimlə əməkdaĢlıq eləmək istəmirdilər. [...] Ancaq indi bu duruma
son qoyulur. Əvvəllər köhnə elitaya yaxın olmuĢ bir çox yüksək səviyyəli mütəxəssislər indi
bizə tərəf meyl edirlər. Bu proses davam edəcəkdir. “Təzə”lər arasında özlərini iĢdə doğrulda
bilməyənlər gedəcəklər”.
D.Furman ölkədə özəlləĢmənin ləng getdiyini bildirəndə prezident məsələnin mahiyyətini
açıqlayır. O izah edir ki, biz iqtisadiyyatı inkiĢaf etdirmək istəyərkən “tələsmirik, ehtiyatlı və
tədrici hərəkət edir, kəskin hərəkətlərdən qaçırıq”. Çünki Azərbaycanda xəlvəti iqtisadiyyat
nümayəndələrinin əlində toplanmıĢ olan külli miqdarda kapitalın mövcudluğu bizim əsas
problemlərimizdəndir. «Biz baĢa düĢürük ki, bunu ləğv eləyə bilmərik (yəqin heç lazım da
deyil), ancaq razı ola bilmərik ki, “xəlvəti iqtisadiyyat”çılar həyatımızın ağasına çevrilsinlər. Biz
çalıĢırıq ki, aĢağıdan “gələn” və istehsal və xidmət sahələrinə bağlı olan yeni sahibkarlıq
yaradaq və ona möhkəmlənmək imkanı verək. Buna görə də özəlləĢdirmədə xidmət
sahələrindən kiçik müəssisələrə, sonra isə kənd təsərrüfatına, ancaq bundan sonra iri
sənayeyə doğru gedəcəyik».
Bəy belə bir düĢüncəsini də ortaya qoyur ki, nəhəng neft Ģirkətləri Azərbaycanda
möhkəmlənə bilsə onların ardınca “özlərini bu Ģirkətlərin kölgəsində daha inamlı hiss eləyən
xarici kapital” da ölkəmizə axacaqdır.
Müxbirin H.Əliyevlə bağlı sualına belə cavab eĢidirik: Əliyevin partiyası köhnə
partnomenklaturanın üzvlərindən ibarətdir. «Əliyevlə bizim aramızda olduqca məhsuldar bir
görüĢ keçdi və bundan sonra o, hamını “qanuni seçilmiĢ prezidentin ətrafında” birləĢməyə
çağırmıĢdı». «...Demokratiya üçün onlar da bir təhlükə törətmirlər».
Axırıncı cümlədən sonra müxbirlə Bəy arasında gedən söhbət tarixçilərimizçün də maraqlıdır.
Müxbir soruĢur: “Bəs, Sizin fikrinizcə, Azərbaycan demokratiyası üçün əsas təhlükə haradan
gözlənilir?”. Bəy cavab verir: “Məncə, Azərbaycan cəmiyyətinin özündə belə real təhlükə
yoxdur. Kommunist ideologiyası bizdə baĢqa yerlərdəkindən daha zəifdir. Real siyasi cərəyan
kimi bizdə islam təməlçiliyi də mövcud deyil. Hətta onun üçün mənbə də yoxdur. Hərbi
diktatura təhlükəsi də gözlənilmir, çünki bizdə həqiqi ordu da yaranmayıb. [...] Bütün bunlara
görə bizdə demokratiya üçün ƏSAS TƏHLÜKƏ XARĠCDƏNDĠR. Misal üçün, əgər Rusiyada
antidemokratik, imperiyapərəst qüvvələr hakimiyyətə gələrsə Ģüurlu və məqsədyönlü surətdə
Azərbaycandakı vəziyyəti gərginləĢdirməyə çalıĢacaqlar. (Yüksək, hökumət səviyyəsində
olmasa da xəlvəti, gizli surətdə indi də bu iĢ aparılır)”. (Prezident bundan açıq daha nə deyə
bilərdi ki?!.).
Yeri gəlmiĢkən, bu günlərin əlamətdar hadisələrindən biri ABġ-ın paytaxtı VaĢinqtonda
Azərbaycan Respublikası səfirliyinin açılması oldu.
Saleh Məmmədov: "RusĠya yolu bĠzĠ uçuruma aparIr"
“Azərbaycan” qəzetinin 11 may 1993 tarixli sayında Kəlbəcərin iĢğalından sonra ölkədə
yaranmıĢ psixoloji sarsıntının artıq keçməkdə olduğunu təsdiqləyən xeyli maraqlı material
verilib. Hər Ģeydən öncə, öyrənirik ki, prezidentin ən son fərmanlarıyla Metallurgiya Dövlət
ġirkəti və AzərneftkimyamaĢ Dövlət ġirkəti yaradılıb. Ölkənin aparıcı iqtisadçıları iqtisadi
islahatlarla bağlı öz düĢüncələrini açıqlayırlar. Dövlət Əmlak Komitəsinin sədri, professor
Qüdrət Əbdülsəlimzadə özəlləĢdirmənin üç mərhələdə, həm də tədricən və dönmədən
aparılması zərurətini bildirir.
Maliyyə naziri Saleh Məmmədov islahatların maliyyə məsələləriylə bağlı 21 qanun və qərarın
əksəriyyətinin artıq qəbul edildiyini xəbər verir. (Bu iĢdə, əlbəttə, ilk növbədə Milli Məclisin
sədri Ġsa Qəmbərin əməyi xüsusi qeyd edilməlidir). Bazar iqtisadiyyatı infrastrukturlarının
yaradılması zəruriliyini bildirən nazir əlavə edir: “Ġnflyasiyanı dayandırmaq və ondan xilas
olmaq üçün öz maliyyə-pul siyasətimizi müəyyənləĢdirməliyik, yoxsa Rusiya yolu bizi uçuruma
aparır”.
BaĢ nazirin I müavini və iqtisadiyyat naziri Ə.Məsimov bəyan edir: “Azərbaycan müharibə
Ģəraitində olmasına baxmayaraq bazar iqtisadiyyatına hazırlığı dünya miqyaslı mütəxəssisləri
də müsbət mənada heyrətləndirir”.
Bəy bu günlərdə 70 illik yubileyi qeyd olunan Naxçıvan rəhbəri H.Əliyevə təbrik göndərdi:
“Sizinlə çox səmimi keçən ilk görüĢüm zamanı mən bir daha qarĢıya qoyduğumuz məqsədə
çatmaqda aramızda heç bir fikir ayrılığı olmadığının Ģahidi oldum. Sizin də böyük zəhmətlər
çəkdiyiniz bu yolda hamımıza uğurlar diləyirəm”
. Bu sənəd Əbülfəz bəyin H.Əliyevi mümkün
qədər “zərərsizləĢdirmək”, onun Azərbaycanda qarıĢıqlıqlar detonatoruna çevrilməsinin
qarĢısını almaq siyasətinin tərkib hissəsiydi.
Dövlət çevriliĢi haqqında ölkədə yenidən Ģayiələr dolaĢdığını dövlət katibi Ə.Kərimovun
dilindən eĢidirik. Bu məsələyə münasibət bildirərkən o deyir: “Unutmaq lazım deyil ki,
Azərbaycanda dövlət çevriliĢindən söhbət gedə bilməz, ancaq seçkilər yolu ilə hakimiyyət
dəyiĢikliyi ola bilər”.
Dövlət katibi təĢviĢ doğuran bir faktı da açıqlayır: bu gün əllərdə olan “qanunsuz silahlarla az
qala bir ordunu təmin etmək olar” və “indiyə qədər bu silahların yarısı belə yığılmayıb”.
(Ġyunda hakimiyyət məhz həmin silahlarla devrildi). Bu durumu nəzərə alaraq prezident 11
mayda “Azərbaycan Respublikasında odlu silahların verilməsi, saxlanılması və daĢınması ilə
bağlı məsələlərin tənzimlənməsi haqqında” sərəncam verdi.
Bu arada rayonlardan cəbhəyə könüllülər dəstəsi təĢkil edilərək göndərilirdi. Bu iĢə rayonların
icra hakimiyyətləri xüsusən yaxından yardım göstərirdilər. Məsələn, qəzetdə belə bir məlumat
oxuyuruq: “Salyanlılar rayon icra hakimiyyətinin baĢçısı Ədalət Yusubovun təĢəbbüsü və
çağırıĢı ilə təĢkil olunmuĢ həmyerlilərdən ibarət könüllülər batalyonunu təntənəli surətdə
cəbhəyə yola salmıĢlar”. Yeri gəlmiĢkən, xatırladım ki, “Salyan batalyonu” kimi ad çıxarmıĢ
həmin igid döyüĢçülər Ağdərə istiqamətində dörd kəndi azad etmiĢdilər.
Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası 12 mayda Rusiyanın Ermənistanda yerləĢən 7-
ci ordusunun Kəlbəcər rayonunun Mərcimək kəndi yaxınlığında əsir götürülmüĢ 6 hərbi
qulluqçusu haqqında qəti hökm çıxardı - onlardan 5-inə güllələnmə, 1-inə 15 il həbs cəzası
kəsildi. Rusiya prezidenti Boris Yeltsin onların Rusiyanın hüquq mühafizə orqanlarına
verilməsini Əbülfəz Elçibəydən məktubla xahiĢ etsə də (“Azərbaycan”, 15 may) Bəy bu xahiĢi
yerinə yetirmədi. (Onları sonra Heydər Əliyev bağıĢlayaraq özüylə Moskvaya apardı).
10-14 mayda Ankarada Rusiya və Türkiyənin müdafiə nazirləri Qarabağ münaqiĢəsinin
nizama salınmasına dair birgə fəaliyyət göstərməyi müzakirə etdilər. Ancaq, təəssüf ki, Rusiya
Türkiyənin bu problemin həllindən qıraqda qalmasına çalıĢdı. Bunu 12 mayda mətbuatda
çıxan Azərbaycan müdafiə nazirinin bəyanatı da təsdiqləyir. Bəyanatda deyilir ki, Rusiyanın
müdafiə naziri P.Qraçov Türkiyəyə rəsmi səfəri zamanı qonĢu dövlətlərdən guya Azərbaycana
silah göndərilməsi hallarının olması barədə əsassız ittiham irəli sürmüĢdür. “General Qraçovun
bəyanatının təhlükəliliyi ondadır ki, onun Azərbaycanın ünvanına dediyi ittihamlar uzun çəkən
hərbi münaqiĢənin sülh yolu ilə aradan qaldırılmasına dair RUSĠYA, ABġ və TÜRKĠYƏ
TƏġƏBBÜSÜNƏ tamamilə ziddir”.
Görünür, bu bəyanat təsirsiz qalmadı - 15 mayda Moskvada ABġ, Türkiyə və Rusiya
nümayəndələri Ermənistan-Azərbaycan münaqiĢəsini aradan qaldırmaqçün yenidən
görüĢdülər.
Azərbaycan Milli Bankı 11 mayda ilk valyuta hərracı keçirərək ölkədə “hərb və sülh”ün qoĢa
addımladığını göstərdi. 1 dolların orta məzənnəsi 1512 rubl (151 manat 20 qəpik) oldu (indisə
4600 manatdan yuxarıdır). Dolların məzənnəsinin ozamançün yüksəkliyi respublikada
valyutaya tələbatın böyüklüyü və Azərbaycanda valyuta bazarının gec yaradılmasıyla izah
edilirdi.
Ölkənin sənaye potensialıyla, iri zavod və fabriklərin durumuyla Ģəxsən tanıĢ olmaqçün Bəy
13 mayda Sumqayıta getdi. Prezident ilk növbədə Azərikimya Dövlət ġirkətinin sənaye
obyektlərini görmək, onların vəziyyətini öyrənmək istəyirdi. Öncə o, Ģəhərin ġəhidlər
xiyabanını ziyarət etdi. Sonra sözügedən Ģirkətin “Etilen-propilen” və “Polimer-120”
zavodlarını gəzdi.
Həmin gün prezident Sumqayıtda Azərikimya ġirkəti müəssisələri rəhbərlərinin müĢavirəsini
keçirdi. Yığıncaqda Bəy baĢqa məsələlərlə yanaĢı, onu da bildirdi ki, maliyyə orqanlarının, o
sıradan bank sisteminin mükəmməl olmaması uğurlu fəaliyyət göstərməyə əngəl törədir, bu
da bağlanmıĢ saziĢlərin yerinə yetirilməsinə mənfi təsir göstərir.
Ölkənin seçdiyi demokratiya kursunu yeganə düzgün yol adlandıran prezident qətiyyətlə
bildirdi ki, demokratiya durğunluğun və pozucu meyllərin doğurduğu təkcə kölə
psixologiyasını və totalitar psixologiyanı yox etməyə deyil, həm də böhrandan Ģərəflə çıxmağa
imkan verəcəkdir.
KLĠNTON AZƏRBAYCANI HƏRBĠ QĠSAS YOLLARI AXTARMAMAĞA ÇAĞIRIR
Azərbaycan prezidenti 14 mayda ABġ-ın dövlət katibinin xüsusi nümayəndəsi, ABġ Dövlət
Departamentinin yeni müstəqil dövlətlərlə əlaqələr üzrə müĢaviri Stroub Talbott baĢda
olmaqla hökumət nümayəndə heyətini qəbul etdi. Talbott prezident Klintonun Elçibəyə
məktubunu və ona Ģifahi müraciətini də yetirdi. Klinton bildirirdi ki, Azərbaycan prezidentini
müdrik rəhbər, demokrat və fəal islahatçı kimi tanıyır.
Bəyin nümayəndə heyətinin baĢçısıyla təkbətək görüĢündə Kəlbəcər rayonundan qoĢunların
çıxarılması, atəĢkəs, ATƏM-in Minsk qrupu çərçivəsində problemin sülh yoluyla çözülməsi,
eləcə də iki ölkə arasında iqtisadi əməkdaĢlıq məsələləri, o sıradan Xəzərdəki neft yataqlarının
birgə iĢlənməsiyçün saziĢlər bağlanması məsələlərinə toxunuldu.
Maraqlıdır ki, həmin gün Moskvada MDB dövlət və hökumət baĢçılarının müĢavirəsində
keçmiĢ SSRĠ ərazisində ümumi iqtisadi məkan yaradılması məsələsi də müzakirə olundu və
tədbirə müĢahidəçi kimi qatılan baĢ nazir P.Hüseynovun baĢçılıq etdiyi nümayəndə heyətinin
üzvü A.Abbasov burada bildirdi ki, ümumi iqtisadi məkan yaradılması Azərbaycanı yalnız o
halda qane edə bilər ki, onun siyasi maraqlarına toxunulmasın.
Moskvadakı həmin görüĢə toxunan keçmiĢ baĢ nazir Pənah Hüseynov bu yaxınlarda mənə
açıqladı ki, Kəlbəcər alınandan sonra Moskvada olduğumda (4-6 aprel) ruslar bizi heç
saymırdılar, ancaq Kəlbəcər zərbəsini uğurla dəf edəndən sonra bizə hörmətin nə qədər
artdığını 14-15 may sammitində gördüm - orada ən çox diqqət göstərilən nümayəndə heyəti
bizimkiydi desəm yanılmaram.
Ümumiyyətlə, Pənah bəy belə hesab edir ki, aprelin ikinci yarısı - may ayı Elçibəy iqtidarının
ən fərəhli dövrüdür və Elçibəy özünü yalnız bu müddətdə ƏSL PREZĠDENT kimi hiss edib. O
deyir ki, artıq özümüzü elə dikəldə bilmiĢdik ki, yaĢaya biləcəyimizə hədsiz inamımız
yaranmıĢdı. Surətin məsələsini də həll edə bilsəydik hər sahədə əməlli-baĢlı yeniliklər
yaradacaqdıq, Gəncədəki səyyar zona müĢavirəsindən birini də 14 iyunda Naxçıvanda
keçirəcəkdik, “dövlət quruculuğu ili” adlandırılmıĢ 1993-ü, həqiqətən də, adına layiq baĢa
vuracaqdıq.
ABġ prezidenti Uilyam C.Klintonun Azərbaycan prezidenti Əbülfəz Elçibəyə göndərdiyi məktub
rəsmi dövlət qəzetində (15 may) dərc edildi. Bəyin bir ay öncə - Turqut Özal Bakıdaykən
yazdığı məktuba göndərilmiĢ bu cavab ABġ-Azərbaycan münasibətləri tarixində maraq doğura
biləcəyinə görə onun üzərində dayanmağı məqsədəuyğun sayıram.
Klinton öncə yazır: “Sizin 14 aprel tarixli məktubunuza cavab olaraq Kəlbəcər rayonunun
sakinlərinə bir daha baĢsağlığı vermək istəyirəm”. Sonra ABġ prezidenti Azərbaycan
hökumətinə öz tövsiyələrini bildirir. Bu tövsiyələr əslində ABġ-ın münaqiĢənin həllinə yanaĢma
prinsiplərini əks etdirdiyinə və elə bu günlərdə keçirilən üçtərəfli (ABġ-Rusiya-Türkiyə)
danıĢıqlarda irəli sürüldüyünə görə məktubun həmin hissəsini qısaltmadan aĢağıda verirəm.
“Mən bununla bağlı həyəcan keçirdiyimi bildirirəm ki, bu yaxınlarda erməni etnik qüvvələri
tərəfindən Kəlbəcərin iĢğal edilməsi münaqiĢənin daha da güclənməsinə gətirib çıxaracaqdır.
ABġ hökuməti bu hücumu pisləmiĢ və qoĢunları Kəlbəcər rayonundan dərhal çıxarmağa
çağırmıĢdır. Mən Azərbaycanı hərbi qisas yolları axtarmamağa (?! - Ə.T.), əksinə, bu
münaqiĢənin ATƏM çərçivəsində, dincliklə arada qaldırılmasında bizimlə iĢləməyi davam
etdirməyə çağırıram.
Azərbaycanın demokratiya və azad bazar iqtisadiyyatı yolunda apardığı addımlar mənə yaxĢı
məlumdur. Azadlığın Müdafiəsi Aktı çərçivəsində Azərbaycana yardım göstərilməsi üzərində
məhdudiyyətdən (907-ci düzəliĢ nəzərdə tutulur - Ə.T.) Azərbaycan xalqının məyusluğunu
baĢa düĢürəm, buna baxmayaraq, ümid edirəm ki, Dağlıq Qarabağ ətrafında münaqiĢənin
dincliklə aradan qaldırılması tezliklə bu müddəanı gərəksiz bir Ģeyə çevirəcəkdir.
Sizi əmin edirəm ki, ABġ Azərbaycanla öz əlaqələrinin geniĢləndirilməsini davam etdirməyi
arzulayır. Gəlin bu münaqiĢənin qurtarması yollarının axtarıĢına və əməkdaĢlığı
geniĢləndirməyin reallığa çevrilməsi üçün bütün blokadaların götürülməsinə tərəfdar
olduğumuzu bir daha ifadə edək”.
BaĢqa sözlə, ABġ Azərbaycanı Ermənistana hərbi müqavimət göstərməməyə və bütün
blokadaları (Ermənistanın və Dağlıq Qarabağın) götürəcəyinə söz verməyə çağırır və 907-ci
düzəliĢin ləğvini əslində bu deyilənlərdən asılı olduğunu bildirir.
Rəsmi Bakının həmin gün bu müddəalara necə yanaĢdığını deyə bilmərəm, ancaq rəsmi
Naxçıvan ABġ-ın xoĢuna gələn mühüm addım atdı - Heydər Əliyev 14 may 1993-də
Ermənistan Ali Sovetinin sədri Ararksyanla Naxçıvanla Ermənistan arasında atəĢkəsin
saxlanılması haqqında niyyət protokolu imzaladı. Əliyev iqtidarında Azərbaycan Ali Sovetinin
sədri olmuĢ Rəsul Quluyev bu hadisəni sonralar belə dəyərləndirdi: “Beləliklə, misli
Dostları ilə paylaş: |