H.Əliyev Ali Sovetin sədri seçildikdən
sonra prezidentlə öz iĢ otağına qalxmıĢ və Bəy ona sədr kreslosunda əyləĢməyi
təklif edəndə H.Əliyev onun yanında buna razı olmamıĢ, bu zaman Bəy demiĢdi:
«Öz yerinizdə oturun, Heydər bəy. Doğrudur, mənimçün çox çətindir, çünki Sizə
öz dostumun (Ġsa Qəmbərin - Ə.T.) yerində əyləĢməyi təklif edirəm. Bu, tarixi
Ģəraitin diktəsidir». Cavabında H.Əliyev söyləmiĢdi: «Cənab prezident, bu stolu
mənə Siz verdiniz. Mən Sizə və dövlətə Ģərəflə xidmət edəcəyəm. Ġnanıram ki,
Sizin siyasi dühanız, mənim təcrübəm dövləti ağır vəziyyətdən xilas edəcək».
Beləliklə, H.Əliyev 1987-nin sonunda Sov.ĠKP Siyasi Bürosunda istefaya göndəriləndən bəri
Azərbaycanda hakimiyyətə qayıtmaq uğrunda apardığı çoxillik inadcıl mübarizəsində ilk ən
ciddi qələbəsini qazandı - qanunvericilik hakimiyyətinə yiyələndi və bununla dövlət
hakimiyyətinin hələlik üçdə birini əlinə keçirdi.
Heç bir qərəzi olmayan minlərcə səmimi insan həmin tarixdən bugünədək Əbülfəz Elçibəyi
məhz Əliyevi Bakıya gətirdiyinə görə qınayır və onu bağıĢlaya bilmir, neçə-neçə siyasətçi
rəqibisə xalqın məlumatsızlığından sui-istifadə edərək ona “H.Əliyevin adamı” kimi iyrənc ləkə
yaxmaqdan ləzzət alır. Bəs əslində Elçibəy H.Əliyevi və niyə məhz onu Bakıya gətirmiĢdi? Bu
sorğuya onun özü tam aydınlıq gətirir:
«Məni bir məsələyə görə çoxları ittiham edir. Bu ittihamlardan qaçmıram. Xalq qurultayında
iki məsələ haqqında danıĢmaq istəyirdim, amma burada da demək olar. H.Əliyevin
hakimiyyətə gətirilməsində ən böyük təqsirkar mən sayılıram. Amma, məni ittiham edənlər, o
zaman siz də cavab verəcəksiniz - hamımız məsuliyyəti bölüĢdürəcəyik. Mən əsas yükü öz
boynuma götürürəm, amma hamısını mənim üstümə atıb qaçmayın - yenə də haqsızlıq olar.
Hərə öz günahını boynuna alsın, sonra baxarıq. Çox Ģey olub; bütün olanlar yoxlanılmalıdır.
Mübarizə və döyüĢ gedən vaxt kütləvi mühakimə aparılmır. DöyüĢ hələ qurtarmayıb, davam
edir. Kim ki Azərbaycan xalqına xəyanət edib - cəzasını çəkir. Və bütün
xəyanətlərin baĢında duran H.Əliyev də öz cəzasını çəkəcək.
Kiçik bir izahat vermək istəyirəm. 1993-cü ildə Rusiya imperiyası Azərbaycanda vətəndaĢ
müharibəsi salmaq planlaĢdırırdı. Bu qırğının qarĢısını almaq mümkün deyildi, çünki ölkədə
qüvvələr hissələrə bölünmüĢdülər. Ġndi o qüvvələrin bir hissəsi həbsxanadadır, bir hissəsinin
də rəhbəri H.Əliyevin özüdür. Mən H.Əliyevi hakimiyyətə dəvət edəndə bunu nəzərə aldım.
Onu gətirib hakimiyyətə Ģərik edirsən ki, qan tökməsin. BaĢqa yol yoxdur.
KeçmiĢ Sovet hökumətini bərpa etmək istəyənlər belə qırğınlar hazırlamıĢdılar - Tacikistanda,
Gürcüstanda, Azərbaycanda, Qırğızıstanda, Moldovada vətəndaĢ müharibəsi salmaq, keçmiĢ
SSRĠ-də qan töküldüyünü deyərək sonradan onu bərpa etmək. BĠZ VƏTƏNDAġ
MÜHARĠBƏSĠNDƏN ÇIXMALI ĠDĠK VƏ ÇIXDIQ!»
. (Ə.Elçibəyin 3 oktyabr 1998-də
Ümumrespublika forumundakı nitqindən).
Əbülfəz bəy mənim bu haqda suallarımı da belə cavablandırdı:
«-Niyə məhz H.Əliyevlə birləĢməyə üstünlük verdiniz - baĢqalarıyla olmazdımı?
-BaĢqaları qiyamı yatırtmağı bacarmayacaqdı.
-Hökmən qan töküləcəkdi?
-Yox, söhbət qan tökülməkdən getmir. Sadəcə, baĢqaları cəmiyyətə təsir göstərə biləcək
fiqurlar deyildi. Axı onun yerində kim olaydı? Ayaz Mütəllibov gəlsəydi mütləq Rusiyanın
qoĢununu da arxasınca gətirəcəkdi. O deyirdi ki, mən 50 faiz moskvalı, 50 faiz
azərbaycanlıyam. Belə adamla necə birləĢəsən? BaĢqa kimi deyirsiniz?
-Məsələn, Surət Hüseynovu. Hər halda, onun özü prezident olmaq iddiasındaydı.
-Surət Hüseynov müdafiə nazirinin müavini olmaq istəyəndə mən onu heç ora layiq bilmədim.
Axı o, kimdi, haranın adamıydı ki, vətəndaĢ müharibəsinin qabağını alaydı? O, bir piyadaydı,
əldə oyuncaqdı
».
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.71-72).
SilahdaĢı Fazil Qəzənfəroğlu'nun “Əbülfəz Elçibəy. Tarixdən gələcəyə” kitabında da təxminən
eyni tutarqalar irəli sürülüb:
“Üsyançılar qazandıqları zəfərin daha da gücləndirəcəyi bir
vəhĢətlə böyük qırğınlara yol aça bilərdilər. Buna mane olmaq üçün özünün də üsyanın
iĢtirakçılarından olduğunu, Surət Hüseynovun hər addımda onunla məsləhətləĢdiyini çox
gözəl bildiyi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyevin Bakıya gəliĢiylə
Elçibəyi düĢündürən iki önəmli təhlükə ortadan qalxırdı: Azərbaycanda bir iç savaĢ çıxarmaq
istəyəcək Rusiyanın əlindəki ən güclü vasitə Heydər Əliyevdi. Bütün həyatını KQB əxlaqı üzrə
qurmuĢ bu insan yüksək mövqelərə gəlmək üçün hər yola əl ata bilərdi, ancaq Ģəxsən o
vəzifədə bulunması halında statusunu möhkəm qoruyacaqdı. Obiri tərəfdəsə həyatı boyunca
yun, narkotika və silah ticarətiylə məĢğul olmuĢ bir Surət Hüseynov vardı. Onun üçün
dövlətin də, dövlət vəzifəsinin də bir mənası yoxdu. Surət Hüseynovdan rahatca istifadə edə
bilən düĢmən Azərbaycanı bir yanğın yerinə çevirə bilərdi. Heydər Əliyevin gəliĢi Azərbaycan
üçün köhnə bir fəlakətin təkrarından baĢqa bir Ģey deyildi, ancaq heç olmazsa dövlətin adı
qoruna bilərdi. Gələcək nəsillərin siyasi mübarizələri üçün ciddi bir hüquqi zəmin
yaradılmasına böyük önəm verirdi. 9 iyunda Heydər Əliyev Bakıya gəldi və ölkədə qan
tökülməsinin səbəbkarı olmamaq üçün istefa vermiĢ Ġsa Qəmbərovun yerinə 15 iyunda Ali
Sovet sədrliyinə seçildi. ÇevriliĢin birinci mərhələsi tamamlanmıĢdı”
(s.220-221).
“Heydər
Əliyevin 30 iyunda Surət Hüseynovu baĢ nazirliyə gətirməsiylə çevriliĢ tamamlanmıĢ oldu”
(s.222).
“MƏN DÜZ ON GÜNDÜR QARDAġ QIRĞINININ QABAĞINI ALMAQ ÜÇÜN YOLLAR ARAYIRAM”
Əbülfəz bəy öncədən də bilirdi, ancaq Gəncədəki ağır məğlubiyyətin səbəblərini araĢdıranda
əyani Ģəkildə gördü ki, qarĢısında Surət cildinə girmiĢ qorxunc Rusiya dayanıb və onun
məqsədi nəyin bahasına olursa-olsun Azərbaycanı dibi görünməyən dəhĢətli vətəndaĢ
müharibəsi uçurumuna sürükləməkdir. Bəli, Gəncə qiyamı məhz Rusiyanın qurğusuydu.
Tacikistan və Gürcüstandan sonra vətəndaĢ müharibəsi alovu Azərbaycana, Moldovaya və
Qırğızıstana yayılmalı, müharibənin gediĢində qanuni prezidentlər devrilərək onların yerinə
Moskvaya tam sədaqətli adamlar hakimiyyətə gətirilməli, “müstəqil yaĢaya bilməyən” bu
dövlətlərin yeni “rəhbər”lərinin “xahiĢ”iylə (Əfqanıstanda və bir çox baĢqa ölkələrdə olduğu
kimi) rus qoĢunu gələrək “qayda yaratmalı” və bir qədər sonra (təxminən 1993-ün
oktyabrında - Yetsin ittifaqpərəst kommunistlərdən ibarət parlamenti topa tutan ərəfədə)
Sovet Ġttifaqı bərpa edilməliydi. Kommunistlərin heç gizlətmək də istəmədiyi bu niyyət Rusiya
mətbuatında yetərincə əksini tapıb. Əbülfəz bəy Azərbaycanı gözləyən bu fəlakətləri hamıdan
daha yaxĢı bildiyinə görə vətəndaĢ müharibəsinə yol verə bilməzdi.
QardaĢ qırğınının qarĢısını almaqçün hər Ģeyə hazır olan prezident 15 iyunda qiyamçı 709
saylı hərbi hissənin əsgər və zabitlərinə müraciət etdi. ġəxsən Əbülfəz bəyin və bütövlükdə
onun iqtidarının humanist mahiyyətini sərgiləyən ən yaxĢı sənədlərdən biri olduğuna görə
onu aĢağıda qısaltmadan verirəm.
“Əsgərlər və zabitlər!
Bu gün Azərbaycan dövləti və onun əhalisi üçün ciddi təhlükə yaranmıĢdır. Azərbaycan
Ordusunun əsgərləri əli silahlı üz-üzə dayanmıĢlar. Hər hansı təxribatdan və ya sadəcə
ehtiyatsızlıqdan qardaĢ qırğını baĢlaya bilər. Onda həmin əsgərlərin valideynləri, qohumları da
sabah üz-üzə gələcəklər. Bu da Azərbaycanda vətəndaĢ müharibəsinin baĢlanğıcı ola bilər.
VətəndaĢ müharibəsi gedən ölkədə dövlətin dayaqlarının sarsılması adi Ģeydir.
Faciə ondadır ki, Azərbaycanda vətəndaĢ qırğını salmaq istəyənlər buna məhz sizin vasitənizlə
nail olmağa çalıĢırlar. Müstəqillik yoluna qədəm qoyub öz torpaqlarımızı düĢməndən qorumaq
əzmində olduğumuz bir vaxtda bizi öz içimizdən öz əlimizlə parçalamağa cəhd göstərirlər.
Mən respublikanın prezidenti kimi qırğının qarĢısını almaqdan ötrü mümkün olan bütün
tədbirləri görürəm. Lakin sizi bu oyuna sürükləyənlər məsələnin danıĢıqlar yolu ilə həll
olunmasına yönəldilən bütün tədbirlərdən qaçır. Mən Gəncə hadisələrinin bütün iĢtirakçılarına
amnistiya elan olunması haqqında qanun imzalamıĢam. Məndə olan məlumata görə, sizin
çoxunuzun bu qanundan və dövlətin barıĢıq yolunda gördüyü baĢqa tədbirlərdən xəbəriniz
yoxdur. Çünki qəzetlər sizə çatdırılmır, televiziya və radioya qulaq asmaq imkanınız yoxdur.
Bunları nəzərə alaraq Sizə birbaĢa müraciət etmək istəyirəm. Mən düz on gündür qardaĢ
qırğınının qabağını almaq üçün yollar arayıram. Respublika əhalisi həyəcan və intizar
içindədir. Onlar da qırğının əleyhinədir. Lakin eyni zamanda məndən qəti tədbir görməyi tələb
edirlər və bu tələblərində haqlıdırlar. Çünki bu cür davam edə bilməz. Sizin sayənizdə fürsət
gözləyən düĢmənlərimizin əlinə gözəl imkan düĢüb. Ağdərəyə, Ağdama arasıkəsilməz
hücumlar, qaçqınların problemləri bir yandan, iqtisadi problemlər bir yandan, nizami ordu
quruculuğu çətinlikləri digər tərəfdən, üstəlik siz də öz sadəlövh inadkarlığınızla dikəlib ayağa
qalxmaq istəyən bu millətin baĢından basırsınız.
Azərbaycan Ordusunun əsgər və zabitləri. Sizin bu barədə fikirləĢməyə kifayət qədər vaxtınız
oldu. Ġndi qəti və düzgün qərara gəlmək vaxtıdır. Bu ölkənin prezidenti kimi mən SĠZ
VƏTƏNDAġLARDAN XAHĠġ EDĠRƏM: dövlətin və xalqın keĢiyində dayanmıĢ yaĢıdlarınızın
qanını axıtmayın. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali BaĢ Komandanı kimi ƏMR
EDĠRƏM: silahı yerə qoyun! QarĢınızdakı əsgər qardaĢlarınızla barıĢın. Orduda əmrdən boyun
qaçırmaq hərbi cinayətdir.
Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy”.
Bu müraciətin də heç bir gerçək təsiri olmadı, çünki həmin əsgər və zabitlərin Surətin
itaətindən çıxmağa cəsarəti və marağı yoxdu. (“DikbaĢ”ları Surət hədsiz sərtliklə
cəzalandırırdı; ümumənsə əsgərlər çox yüksək məbləğdə pul alırdılar. Prezidentin köməkçisi
Oqtay Qasımovdan öyrəndiyimə görə, qiyam günü Moskvadan Gəncəyə 5 MĠLYARD
RUBL göndərilmiĢdi).
Görünür, məhz bu müraciətin təsirini heçə endirməkçün qarĢı tərəf də təbliğat müharibəsinə
baĢladı. Sosial-Demokrat Partiyasının üzvü, S.Hüseynovun sağ əli Aypara Əliyev, AMĠP
sədrinin müavini ġadman Hüseynov, Müstəqil Azərbaycan Partiyasının sədri Nizami
Süleymanov, Heydər Əliyevin xidmətçisi Nemət Pənahov və baĢqaları həm Gəncə
mitinqlərində (N.Pənahov “Meydan” qəzetindəki müsahibəsində qürurla bildirir ki, Gəncədəki
dövlət əleyhinə mitinqləri ilk dəfə mən baĢladım və apardım), həm də Gəncə radio və
televiziyasında hakimiyyətə qarĢı olmazın iftiralar, böhtanlar atırdılar. Elçibəyə qarĢı
görünməmiĢ qəddarlıqla təhqirlər yağdıran Nizami Süleymanovun təkcə 16 iyunda Gəncə
radiosuyla çıxıĢı axĢamadək üç dəfə: saat 11-də, 13-də və 15-də efirdə səsləndirilmiĢdi;
özünü “akademik” adlandıran bu Ģəxs Əbülfəz Elçibəyi nəinki alimin, ümumiyyətlə, alababat
tərbiyəli adamın dilinə gətirməyi ayıb saydığı küçə söyüĢləriylə təhqir edir, bununla əhali
arasında prezidentin nüfuzunu öldürməyə çalıĢırdı.
H.Əliyevin Ali Sovetin sədri seçilməsindən daha da ruhlanmıĢ siyasi müxalifət prezidenti
tərksilah etməkçün 16 iyunda daha ciddi bir addım atdı - Rəhim Qazıyev, Rəsul Quluyev,
Etibar Məmmədov və ġadman Hüseynov Müdafiə Nazirliyində toplantı keçirdilər. Onların
təzyiqi altında Müdafiə Nazirliyinin bir qrup zabiti Müdafiə Nazirliyi adından belə bir bəyanat
qəbul etdi ki, respublikada baĢ verən hadisələr siyasi mahiyyət daĢıyır və ordu siyasi
məsələlərə qarıĢmayacaq. Ancaq bu vaxt baĢqa ordu - Surətin qoĢunları artıq siyasətə
qoĢularaq rayonlarda qanuni hakimiyyəti bir-bir devirə-devirə Bakıya yaxınlaĢırdı. Bu proses
adətən belə baĢ verirdi: bir silahlı dəstə tankın üstündə rayona gəlir, “ağsaqqallar”ı (rayonun
pullu adamlarını) yığır, onların “məsləhət bildiyi” (əvvəlcədən Gəncədə razılaĢdırdıqları) adamı
rayon sovetinin qərarına əsasən icra hakimiyyətinin baĢçısı təyin edir, köhnə baĢçınısa
qovurdu. Bu əməliyyat tam qanunsuz baĢ verirdi, çünki icra hakimiyyəti baĢçılarını təyin
etmək və iĢdən çıxarmaq səlahiyyəti yalnız prezidentdəydi. (Yeri gəlmiĢkən, məhz Müdafiə
Nazirliyindəki bu yığıncaqdan sonra bir çox hərbi qüvvələr dövlətə açıq xəyanətdə bulundular.
Məsələn, Navahıya göndərilmiĢ 4 hərbi vertolyotdan 2-si uçaraq qiyamçılar tərəfə keçdi).
KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev:
«Məsələyə bugünün ab-havasıyla yanaĢan bəzi adamlar
deyirlər ki, o vaxt Elçibəy Bakıda qalmalıydı. BaĢlıca məsələ yaddan çıxarılır ki, artıq iyunun
16-sında Azərbaycan ordusunun hərbi Ģurası rəsmi qərar çıxarmıĢdı ki, hərbçilər siyasi
proseslərə qoĢulmayacaq. Bununla da onlar Ali BaĢ Komandana tabe olmaqdan imtina etdilər
və Gəncədə baĢlayan qiyam bütövlükdə Azərbaycan silahlı qüvvələrini bürüdü. Bundan sonra
nəsə uğurlar qazanıb həm hakimiyyəti saxlamaq, həm də belə bir qarmaqarıĢıq durumda
Bakını qandan qorumaq, qarĢıdurmadan qurtulmaq üçün Elçibəyin əlində vasitələr qalmadı.
Belə bir durumda Elçibəy ya qalmalı (bu zaman hökmən qan tökülməli, Əbülfəz Elçibəyin özü
də içində olmaqla Azərbaycanın xeyli vətəndaĢı qırılmalıydı), ya da elə seçdiyi yolu seçməliydi
(Kələki yox, baĢqa yer də ola bilərdi).
BaĢlıca yanlıĢlıqlardan biri bundadır ki, hamı elə düĢünür ki, sabit bir dövrdü, dövlət qurumları
da saat kimi iĢləyirdi və birdən Elçibəy çıxıb getdi, ölkədə aləm bir-birinə dəydi. Axı belə deyil.
Yenə təkrar edirəm - artıq Əbülfəz Elçibəyə tabe olan silahlı qüvvə, demək olar ki, yox idi.
Milli Təhlükəsizlik Nazirliyində əsasən sərhəd qoĢunlarıydı, onlar da bu proseslərdə iĢtirak
etmirdi. Ordu ilə polis də Elçibəyi eĢitmirdi. Heydər Əliyevin Ali Sovetin sədri seçildiyinin ertəsi
günü ordunun prezident Elçibəyə tabe olmaması artıq hərbi çevriliĢin baĢa çatması deməkdi.
Bəli, bütün güc qurumları, xüsusən Azərbaycan ordusu prezidentin, Ali BaĢ Komandanın
əmrinə tabe olmaqdan imtina edirsə bunun baĢqa adı varmı?»
.
Ölkədəki son durumla bağlı olaraq Prezident Aparatında 16 iyunda mətbuat konfransı
keçirildi. Prezidentin mətbuat xidmətinin rəhbəri Arif Əliyev bildirdi ki, ölkədə son iki ay
müddətində hökm sürən sakitlik və sabitlik pozulub. Ermənilərin üçtərəfli təklifə qol
çəkmələriylə hücum əməliyyatına baĢlamaları bir olub.
Senzuranın bir çox materiallardan “qiyamçı” sözünü çıxarmasının nəylə bağlı olduğu haqda
suala Arif bəy belə cavab verdi ki, “qiyamçı” sözü “öz yerindədir”. Arif bəy əlavə etdi ki, elə
srağagün axĢam prezidentin xüsusi sərəncamıyla senzuranın rəhbəri dəyiĢdirilib.
Arif bəy bu faktı da nəzərə çatdırdı ki, qiyamçılarla əldə olunmuĢ ilkin razılığa əsasən hər iki
tərəf informasiyayla bağlı müəyyən məhdudiyyətləri gözləməyə söz versə də qiyamçılar bu
Ģərtləri pozub, Xanlar retranslyasiya stansiyasını ələ keçirərək güclü təbliğata baĢlayıblar.
Mətbuat xidmətinin rəhbəri indiyədək dövlətin qiyamçılara etdiyi güzəĢtləri saydı: 1)
amnistiya verilib, 2) istintaq qrupu yaradılıb, 3) Milli Məclisin deputat istintaq komissiyası
yaradılıb, 4) Heydər Əliyev Gəncədə danıĢıqlar aparıb, 5) prezident bütün silahlı qüvvələrin
manevrlərini dayandırmaq haqqında sərəncam verib və b. Bütün bu güzəĢtlərə baxmayaraq
surətçilər Bakı istiqamətində hərəkəti davam etdirirlər. Artıq Ağsu da qiyamçıların əlindədir.
S.Hüseynovun gücündən danıĢan Arif bəy bildirdi ki, elə “böyük qüvvəyə malik deyildir və bu
qüvvəni silah gücünə ləğv etmək mümkündür. Lakin prezidentin mövqeyi belədir ki, bütün
mümkün vasitə və üsullardan istifadə olunmalıdır. Söhbət öz həmvətənlərimizin qanının
axıdılmasından gedir. Yenə də təkrar edirəm ki, bu, olduqca geniĢ və hərtərəfli planlaĢdırılmıĢ
siyasi oyundur”. Sözsüz, elə bu səbəbdəndir ki, ölkənin dörd rəhbərindən ikisi istefaya getsə
də qiyamçılar cavab addımı atmaq niyyətində deyildilər.
Gəncədə dövlət adamlarının girov götürülməsinə toxunan Arif bəy məlumat verdi ki, Surət
Hüseynovun Bakıda yaĢayan qardaĢı Gəncədəki girovlara dəyiĢdirilməkçün oraya aparılıb və
ona təqdim edilib, ancaq S.Hüseynov girovları qaytarmaqdan boyun qaçırıb.
Arif bəy bunu da bildirdi: “Lənkəranda Sosial-Demokrat Partiyasının üzvü Əlikram bəy özünü
icra hakimi elan etmiĢdir. Lakin TalıĢ Respublikasının yaradılması barədə söz-söhbət
əsassızdır. Bu, həmin o böyük oyunun həlqələrindən biridir”.
S.Hüseynovun azsaylı dəstələrinin rayonları rahatlıqla ələ keçirməsini jurnalistlər yerli
hakimiyyət orqanlarının naĢılığı və zəifliyi kimi qiymətləndirdilər. Mətbuat xidmətinin rəhbəri
bu fikri təsdiqlədi.
S.Hüseynovun prezidentin də istefasını tələb etməsiylə bağlı Arif bəy dedi ki, iĢtah diĢ
altındadır. S.Hüseynov əvvəlcə “cinayət”in səbəbkarlarının cəzalandırılmasını tələb edirdi,
sonra hakimiyyətin, daha sonra Ġsa Qəmbərin istefasını istədi, ancaq, görünür ki, bu da
yetməzmiĢ. “Söhbət Azərbaycan dövlətinin taleyindən gedən məqamda prezident öz
mövqeyində qətidir və geri çəkilməyəcəkdir”.
16 iyunda prezidentin mətbuat xidmətinin məlumatı da yayıldı. Burada deyilirdi ki,
“qiyamçıların son məqsədi aydın olmuĢdur: respublikada hərbi çevriliĢ etmək”.
Məlumatda bildirilirdi ki, qiyamçılar “respublika əhalisini silaha sarılmağa, qanuni dövlət
strukturlarını devirməyə, respublika rəhbərliyinə, o cümlədən prezidentə divan tutmağa
çağırmıĢlar, silah gücünə ələ keçirilmiĢ rayonlarda eyni məzmunlu vərəqələr yaymıĢlar”.
Mətbuat xidməti respublika əhalisini qanuni, demokratik yolla seçilmiĢ prezidentin ətrafında
sıx birləĢməyə səsləyirdi.
NƏCƏF NƏCƏFOVUN MƏSLƏHƏTĠ
Qiyamçıların çevriliĢ etmək cəhdi göz qabağındaydı. Ayın 11-ində onlar Dəllər aeroportunu ələ
keçirdilər, həmin gün Yevlaxa girdilər və 12-sində Yevlax icra baĢçısını tutub Gəncəyə
apardılar, Mingəçeviri nəzarətə götürdülər. 15-ində səhər tezdən AXC Nəsimi rayon Ģöbəsinin
qərargahı partladıldı, 16-sında Kürdəmirin icra baĢçısı Gəncəyə aparıldı, qiyamçılar heç bir
maneəyə rast gəlmədən ġamaxı rayonuna girdilər, Lənkəranda icra baĢçısı vəzifəsindən
kənarlaĢdırılaraq Əlikram Hümbətov baĢçı oldu. Surətçi qoĢunlar baĢqa rayonlara da gedərək
“kəĢfiyyat” aparırdılar. Unutmayaq ki, bu sadalananlar həmin günlər baĢ verənlərin cüzi bir
hissəsidir.
Əbülfəz bəylə yaxın dostu - Azərbaycanda demokratik mühitin yaradılmasında müstəsna
xidmətləri olmuĢ Nəcəf Nəcəfov arasında 14 iyundakı söhbət hadisələrin sonrakı gediĢinə
müəyyən təsir göstərdi. Hər zaman doğru danıĢmağı sevən Nəcəf bəy H.Əliyevin Ali Sovetə
sədr seçilməsi ərəfəsində prezidentə demiĢdi ki, Bəy, ARTIQ HƏR ġEY UDUZULUB. Ġndi ikicə
Ģeyə nail olmalıyıq - birincisi, xalqımızı VƏTƏNDAġ MÜHARĠBƏSĠNDƏN QORXUTMAQ lazımdır
ki, buna getməsin, ikincisi də, DEMOKRATĠK QÜVVƏLƏRĠ MƏHV OLMAQDAN QURTARMAQ
gərəkdir. Əbülfəz bəy Nəcəf bəylə razılaĢmıĢ və bütün səylərini bu istiqamətə yönəltmiĢdi.
ARTIRMA
«-…Kələkiyə dönmək qərarını harada verdiniz - Prezident Aparatında, hava limanında, yoxsa
təyyarədə?
-BirbaĢa Prezident Aparatında.
-Deməli, hələ oradan çıxmamıĢdan bilirdiniz ki, Kələkiyə gedəcəksiniz?
-Bəli, bilirdim ki, Kələkiyə gedirəm. Artıq təyyarə hazırlanmıĢdı.
-Sizcə, Kələki ən doğru seçimdi?
-Mən onu ən doğru seçim sayıram! Bayaq bir "fenomenal" sözü iĢlətdim... Hələ dünya
tarixində olmayıb ki, inqilab, qiyam və ya çevriliĢ nəticəsində hakimiyyətdən devrilmiĢ bir
prezident öz ölkəsində qalsın, yaĢasın və yenidən siyasi həyata qayıtsın. Qətiyyəti indi kimdə
axtarırlarsa gedib axtarsınlar! Mənim yerimdə kim olsaydı ya kənddə bağrı çatlayıb öləcəkdi,
ya onu məhv edəcəkdilər, ya da məcbur olub xaricə gedəcəkdi. Mənə dəfələrlə hədələr gəldi
ki, çıx ölkədən, xaricə get, öldürüləcəksən və s. Xarici ölkələrdən neçə dəfə müraciət etdilər
ki, biz səni aparırıq, istədiyin vaxt da qaytararıq. Dedim ki, Vətənimdən heç yerə
getməyəcəyəm - oturacağam bu kənddə, kimin hünəri varsa gəlib məni buradan çıxarsın,
kimin qətiyyəti varsa göstərsin. Məndən əvvəlkilərdən hansı indi Azərbaycandadır?
-Heç biri. Nə Vəzirov, nə Mütəllibov.
-Ölkədən rus təyyarəsində getdilər. Bəs mənə parlament kürsüsündən lağ edənlər indi
haradadır? Nədənsə, onları Azərbaycanda görmürəm. Niyə bu adamların hərəsi bir xarici
ölkəyə qaçdı? Axı onlar qətiyyətdən danıĢırdılar. Rəsul Quluyev niyə Amerikaya getdi? Əli
Ömərov niyə üzə çıxmır, haradadır? Mahir Cavadov hanı? Tamerlan Qarayev Çinə getməyə
niyə razı oldu? Heç olmazsa birisi oturaydı da Azərbaycanda! Lağ etməklə deyil. Mənim
məsləkim, əqidəm var və kimin qətiyyətli olduğunu bir daha sübut edəcəyəm!
-Bakıdan Kələkiyə getməklə nəyə nail oldunuz?
-Azərbaycanda vətəndaĢ müharibəsinin qarĢısını almağa! Ən baĢlıcası budur. Bir də,
Azərbaycanın sağlam qüvvələrinin, o sıradan demokratik müxalifətin qırılmasının qarĢısını
aldım - onlar məhv ediləcəkdi!
Bir Ģeyi də demək istəyirəm. Biz yaxın adamlarımızla məsləhətləĢdik, bəzi məsələləri müzakirə
etdik (onların adını hələ çəkmək istəmirəm). Nəcəf Nəcəfov mənə dedi ki, sənin və bizim son
məqsədimiz iki Ģeyə nail olmaqdır - birincisi, Azərbaycanı vətəndaĢ müharibəsindən, ikincisi,
sağlam qüvvələri ölümdən qurtarmaq. Bu sözü Nəcəf bəy dedi, biz də bəyəndik. Bir neçə
nəfərimiz və mən onu yerinə yetirdik.
-Ancaq axı Nəcəf bəyin Sizin Kələkiyə getməyinizdən xəbəri yoxdu...
-Xeyr, yoxdu. O, bu sözü bir qədər qabaq demiĢdi - duyumu çox güclüdür. Söz deyildi və
mən də onu yerinə yetirdim. Nəcəf Nəcəfovun bir sözü də vardı ki, xalqın vətəndaĢ
müharibəsindən qorxmasına çalıĢmaq lazımdır - xalq bu müharibədən qorxmayıb ona girsə
sonra onu oradan çıxarmaq mümkün olmayacaq. Çox düzgün fikirdi. Biz xalqı qorxutduq,
vətəndaĢ müharibəsindən çəkindirdik. Xalq vətəndaĢ müharibəsindən indi də qorxur. Amma
onun içinə girsəydi çıxarmaq olmazdı - oradan çıxmaq istəmir, bu odu söndürmək olmur
».
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.83-84).
16 iyunda Rusiya XĠN-nin nümayəndəsi Azərbaycandakı hadisələrlə bağlı bəyanat yaydı.
Orada oxuyuruq: “Prezident Ə.Elçibəy xalqa müraciət edərək əhalini sakitliyə çağırmıĢ və
ümid etdiyini bildirmiĢdir ki, münaqiĢəni sülh yolu ilə aradan qaldırmaq mümkün olacaqdır.
Ümid etmək istərdik ki, prezidentin bu çağırıĢı lazımi tərzdə (?!-Ə.T.) qəbul olunacaqdır”.
Dostları ilə paylaş: |