Ġyunun 16-sında təxminən eyni vaxtda iki görüĢ də keçirildi. Azərbaycan
prezidenti Əbülfəz Elçibəy Türkiyə baĢ nazirinin müĢaviri Əli Naci Tuncəri və
Türkiyə xarici iĢlər nazirinin müavini Özdəm Sanberqi qəbul etdi. Bu, onun Bakıda
prezident vəzifəsində SON rəsmi qəbuluydu. Azərbaycan Ali Sovetinin sədri
Heydər Əliyevsə Rusiya səfiri Valter ġoniyanı qəbul etdi. Bu, onun Bakıda
parlament baĢçısı kimi ilk rəsmi qəbuluydu.
Bir Ģeyi də xatırladım - ölkədəki gərginlik Azərbaycan manatının məzənnəsinin kəskin Ģəkildə
enməsinə səbəb olmuĢdu - 16 iyunda artıq 11 manat 60 qəpik 1 ABġ dollarına bərabərdi.
GƏRƏK BAġ NAZĠR QĠYAMI DƏSTƏKLƏMƏSĠN…
H.Əliyevin parlamentin spikeri seçilməsindən vur-tut bir gün ötmüĢdü. Əbülfəz Elçibəyin
qayğısı daha da artmıĢdı - açıq Gəncə təzyiqlərinin üstünə gizli Bakı təzyiqləri də gəlmiĢdi.
Prezidentə indi gün kimi aydındı ki, H.Əliyev nəinki Surəti sakitləĢdirməyə çalıĢmır, əksinə,
onu hakimiyyətin üzərinə daha çox qaldırmaq istəyir. Bu istəkdə ciddi məntiq də vardı - əgər
15 iyunadək (spiker seçilənədək) Gəncəylə Bakı arasında manevr edən H.Əliyevə Surətlə
Elçibəyin ikisini də qoruyub saxlamaq zəruriydisə ĠNDĠ onlardan (xüsusən onun da arxasında
Rusiyanın dayandığı silahlı Surətdən) qurtulmaq lazımdı və Əliyev özü onlarla döyüĢəcək
qədər sadəlövh deyildi...
“Azadlıq” qəzeti 17 iyun tarixli sayında xəbər verdi ki, dövlət katibi Ə.Kərimov prezident
Elçibəyin baĢ nazir vəzifəsinə namizədlərlə danıĢıqlar apardığını bildirib. Qəzet mötəbər
mənbələrə əsaslanaraq bunu da yazırdı ki, E.Məmmədov hökumətə rəhbərlik etməyə söz
verib. (O.Qasımovun bildirdiyinə görə, E.Məmmədov baĢ nazir olmağa öncə razılıq versə də
sonra imtina edib və bunun səbəbini durumun aydın olmamasıyla izah edib).
KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev: «1992-ci ilin may hadisələri zamanı demokratik
qüvvələrin Azərbaycanda hakimiyyətə gəldiyi dönəmdə Etibar Məmmədovun baĢ nazir olması
məsələsi ilk dəfə müzakirə olunub. Bu müzakirələrdə Milli Ġstiqlal Partiyasını Nazim Ġmanov,
Fuad Ağayev və Vaqif Kərimov (bəzən Rəsul Quluyev də qatılırdı), Xalq Cəbhəsi Partiyasını
Pənah Hüseynov, mən və Qurban Məmmədov təmsil edirdik (bəzən yekun məsələlərə Ġsa
Qəmbər də qoĢulub). E.Məmmədovun nü-mayəndələri baĢ nazirə böyük səlahiyyətlər tələb
etdilər - Azərbaycanın əsas iqtisadi qurumları, güc qurumları bütövlükdə baĢ nazirə tabe
olmalıydı. Buna Əbülfəz Elçibəy razı olmadı. Mayın 16-sı, ya 17-sində parlament binasının 5-
inci mərtəbəsində Əbülfəz bəylə E.Məmmədovun təkbətək görüĢü oldu. Biz çöldə gözləyirdik.
Qapıdan birinci E.Məmmədov çıxdı və getdi. Sonra Əbülfəz bəy çıxdı və dedi ki, baĢ tutmadı.
KeçmiĢ kommunist nomenklaturası nümayəndələriylə danıĢıqlar yalnız bundan sonra
baĢlandı.
SilahdaĢlarımın dediklərindən və mətbuatdan bilirəm ki, artıq bizim hakimiyyətin
dövründə bir dəfə Surət Hüseynov, Rəhim Qazıyev, Ġsgəndər Həmidov, ġadman
Hüseynov, Etibar Məmmədov, Ġsa Qəmbər və Pənah Hüseynovun (orada,
yanılmıramsa, Tamerlan Qarayev də olub) iĢtirak etdiyi bir məclisdə (təxminən
1993-ün ilk aylarında) S.Hüseynov E.Məmmədovun baĢ nazir olmasının
məqsədəuyğunluğu barədə fikir bildirib və bu məsələyə o vaxt ciddi yanaĢılıb,
təklif olunub ki, bu heyət Əbülfəz Elçibəylə görüĢsün. Elə mənim yanımda Elçibəyə
deyilib ki, bu adamlar Sizinlə görüĢərək bəzi məsələləri, o sıradan E.Məmmədovun
baĢ nazirliyi məsələsini müzakirə etmək istəyirlər. Düzdür, sonralar R.Qazıyev
dedi ki, bu görüĢün baĢ tutmamasının səbəbkarı P.Hüseynovdur, ancaq dəqiq
bilirəm ki, Əbülfəz Elçibəy həmin görüĢün keçirilməsini istəmədi.
4 iyun hadisələrindən sonra E.Məmmədovun baĢ nazir təyin edilməsi haqqında yenidən
müzakirələr aparılıb. Prezidentinin tapĢırığıyla mən bu məqsədlə E.Məmmədovla iyunun 7-si,
ya 8-ində görüĢərək (bu vaxt baĢ nazir Pənah Hüseynov artıq istefa vermiĢdi) hakimiyyətin
Elçibəylə E.Məmmədov arasında bölünməsini ona təklif etmiĢ, məsələnin mahiyyətini,
Azərbaycan hökumətinin, prezidentin mövqeyini E.Məmmədova açıqlamıĢam. Təbii ki, bunun
əvəzində E.Məmmədovun qarĢısına Ģərtlər qoyulurdu. Ġlk və baĢlıca Ģərt buydu ki, o, Gəncədə
baĢ verən qiyamı dəstəkləməsin və bu hadisəni birmənalı Ģəkildə qiyam adlandıraraq pisləsin,
S.Hüseynova siyasi dəstək verməsin, qiyamın nəticələrini aradan qaldırmaqda itĢtirak etsin.
E.Məmmədov bu təklifləri qəbul etməmiĢdi.
Məsələ burasındadır ki, ayın 7-sində E.Məmmədov qiyamı açıq Ģəkildə dəstəkləməyə
baĢlamıĢdı və təsadüfi deyil ki, Surət Hüseynovun respublikanın ərazisinə yayılan silahlı
adamları məhz Milli Ġstiqlal Partiyasının rayonlardakı qərargahlarında yerləĢirdilər. Eyni
zamanda Etibar Məmmədov ayın 7-si, ya 8-ində artıq öz tərəfdarlarına bütün ölkə ərazisində
Azərbaycan hökumətinə qarĢı mitinqlərə baĢlamağı, dövlət rəhbərlərinin istefası tələbini irəli
sürməyi tapĢırmıĢdı. Bizdə olan dəqiq məlumata görə (düzdür, bunu istintaq hələ sübut
etməyib), Milli Ġstiqlal Partiyasından hətta göstəriĢ verilib ki, harada imkan varsa hakimiyyəti
ələ alın (Milli Ġstiqlal Partiyasının heç bir rayon Ģöbəsi bunu bacarmadı). Mitinqlər elə də uzun
müddət sürmədi və cəmisi 5-6 rayonda toplaĢa bildilər. Parlament binası qarĢısında da mitinq
keçirməyə cəhd etdilər; E.Məmmədovun azsaylı tərəfdarları Xalq Cəbhəsinin də həmin vaxt
mitinq keçirmək niyyətindən xəbər tutanda qaçıb dağılıĢdılar. Ancaq Etibar Məmmədov
Əbülfəz Elçibəyin baĢçılıq etdiyi Azərbaycan hökumətinin yıxılmasından ötrü
əlindən gələni etdi. Bütün bunlara baxmayaraq E.Məmmədovun baĢ nazirliyi
məsələsi son anadək gündəlikdən çıxmamıĢdı. Mən iyun ayının 16-sı, ya 17-sində
prezidentin stolu üstündə E.Məmmədovun baĢ nazir təyin edilməsi barədə
imzalanmamıĢ fərmanı görmüĢəm.
Əbülfəz bəylə sonralar bu barədə söhbətim oldu. O bildirdi ki, Heydər Əliyev, Rəsul Quluyev
və Etibar Məmmədov 17 iyunda onun yanında olarkən həmin fərman haqqında da müzakirə
aparılıb və Elçibəy bildirib ki, buradakı adamların hamısı Azərbaycanın eyni bölgəsindən
olduğuna görə onlardan birinin prezident, birinin parlamentin sədri, birinin baĢ nazir, birinin
də baĢ nazirin birinci müavini olması cəmiyyətdə anlaĢılmazlıq və ciddi qarĢıdurma yarada
bilər. Bununla belə, Əbülfəz bəyin mənə dediyinə görə, bu müzakirə həmin gün qapadılmayıb
və ertəsi gün (ayın 18-ində) davam etdirilməliymiĢ».
N.Pənahov sonralar bildirirdi: “Heydər Əliyev, Etibar Məmmədov və Əbülfəz Əliyev
arasında olan məxfi danıĢığın audio yazısı söhbət qurtarandan bir saat sonra
Surətin qabağında idi. Orada söhbət Surəti aldadaraq müdafiə naziri, Etibarı baĢ
nazir, Heydər Əliyevi isə MM-in sədri qoymaq, Əbülfəzi isə prezident kimi
saxlamaqdan gedirdi” (“Meydan”, 17-24.03.1999). Yeri gəlmiĢkən, N.Pənahov bunu da
xəbər verir ki, “DTK (Fəxrəddin Təhməzovun baĢçılıq etdiyi Milli Təhlükəsizlik
Nazirliyi - Ə.T.) ardıcıl və operativ Ģəkildə bütün informasiyaları Surətə çatdırırdı.
O cümlədən də Əbülfəzin H.Əliyevlə apardığı danıĢıqları” (yenə orada).
S.Hüseynov prezident istefa verməsə tabeliyindəki hərbi qüvvələrlə Bakıya gələcəyi haqqında
17 iyunda yeni ultimatum göndərdi. H.Əliyev onu “sakitləĢdirmək”çün telefonla danıĢıqlar
apardı və belə bir “güzəĢt” əldə edildi ki, Surət ultimatumun icra vaxtını bir gün də uzadır, bu
Ģərtlə ki, prezident HÖKMƏN istefa versin. Çox güman ki, H.Əliyev danıĢıqların nəticəsini
prezidentə məruzə edərkən onu istefanın LABÜDLÜYÜNƏ inandırmağa çalıĢmıĢdı.
Fikrimcə, bu günlərdə hadisələri ən operativ və obyektiv təhlil edən qəzet “Azadlıq”, ən doğru
təhlil edən müxbirsə Bahəddin Həziyevdi. Onun xüsusən “Ə.Elçibəyin də, H.Əliyevin də xeyli
problemləri var” məqaləsi (“Azadlıq”, 17 iyun) vəziyyətin incələnməsi baxımından çox
maraqlıdır. Bahədin bəy haqlı olaraq soruĢur: “Sual doğur: istər Heydər Əliyev, istərsə də
müxalifət Gəncəyə nəzarət edənlərin prezidentin istefası barədə tələbinə öz münasibətlərini
niyə bildirmədilər? Bəlkə bu, prezidentə qarĢı yaranmıĢ təzyiq mexanizmindən sonadək
faydalanmaq istəyənlərə lazımdır?”.
Prezidenti istefaya göndərməyin zorla baĢ tutmayacağı təqdirdə Bəyə qarĢı olan qüvvələrin
ĠMPĠÇMENT (prezidentin parlamentdə etimadsızlıq göstərilməklə vəzifədən kənarlaĢdırılması;
H.Əliyev əslində impiçmentə bərabər tədbirlərə əl atdı - Ə.T.), DÖVLƏT ġURASI kimi ideyalar
ortaya ata biləcəklərini söyləyən müxbir prezidentin parlamentdə manevr imkanlarını itirdiyini
bildirir, çünki, B.Həziyevin fikrincə, oradakı nəinki kommunistlər, hətta dünənki “demblok”
üzvləri olan R.Qazıyev, E.Məmmədov, M.Mütəllimov, M.Məmmədov, T.Əliyev, F.BaxĢəliyev,
S.Rüstəmxanlı və b. bütövlükdə və ya qismən hərbi müxalifəti dəstəkləyirdilər.
Prezidentin böhrandan hələ çıxa biləcəyini (axı necə?!-Ə.T.) ehtimal edən B.Həziyev belə
olarsa onun əsas diqqətini, çox güman ki, daxili siyasətə yönəldəcəyini göstərirdi.
ÜÇLÜKLƏ GÖRÜġ
Əbülfəz Elçibəy 17 iyunda - kabinetindəki sonuncu iĢ günündə saat 17 radələrində H.Əliyev-
R.Quluyev-E.Məmmədov üçlüyüylə görüĢdü. Onlar R.Cavadovun daxili iĢlər naziri qoyulmasını
istəsələr də Bəy onun və adamlarının Surətin qiyamını dəstəklədiklərinə görə buna qətiyyən
razılıq vermədi.
ARTIRMA
«-Kələkiyə getməzdən öncə Heydər Əliyev, Rəsul Quluyev və Etibar Məmmədov axĢam
yanınıza gəliblərmiĢ. Onlar Sizə nə təklif edirdilər?
-Təklif etdilər ki, daxili iĢlər naziri yoxdur, buna görə də vəziyyət xarabdır; naziri təyin et. Mən
də dedim ki, hələ öz adamımı tapmamıĢam, onun haqqında düĢünürəm. Onda Etibar
Məmmədov dedi ki, sənin adamın yoxdur, amma bizim adamımız var. Həmin adamın kim
olduğunu soruĢduğum zaman Rəsulla bir-birinə baxıb dedilər ki, bizim adamımız RövĢən
Cavadovdur. Onlarla razı olub-olmadığını Heydər Əliyevdən soruĢanda cavab verdi ki, bunlar
razıdırsa mən də razıyam. Mən dedim ki, RövĢən Cavadovun qüvvələri Gəncədə Surət
Hüseynova qoĢulub və qiyamda iĢtirak edib; bu adamı nazir qoya bilmərəm. Onda dedilər ki,
qalsın, sabah danıĢarıq. RazılaĢdım. Ancaq artıq qət etmiĢdim ki, Kələkiyə gedəcəyəm
»
.
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.84-85).
Ancaq prezidentin o gün imzaladığı fərmanlarla Abdulla Allahverdiyev daxili iĢlər naziri,
Fəxrəddin Təhməzovsa milli təhlükəsizlik naziri vəzifələrindən azad edildilər, onların
vəzifələrinin icrası uyğun olaraq RövĢən Cavadova və Namiq Abbasova həvalə edildi.
Prezidentin növbəti fərmanısa Vaqif Vəliyevin (Hacı Vaqifin) Gəncə Ģəhərinin icra
hakimiyyətinin baĢçısı təyin edilməsi haqqında oldu. (Bu fərmanlar Gəncənin tələbiylə
verilmiĢdi).
Bəy artıq duyurdu ki, onun kürsüsü uğrunda H.Əliyevlə S.Hüseynov arasında çox tezliklə
ölüm-dirim savaĢı gedəcək, ancaq bu savaĢ onun ortadan götürülməsindən sonra baĢ
verəcək.
Ölüm MəsələsĠ Heç Də Uydurma DeyĠldĠ
Əbülfəz bəy cismani ölümdən heç vaxt qorxmayıb və neçə yol ölümün üstünə göz qırpmadan
yeriyib; silahdaĢları dəfələrlə bunun canlı Ģahidi olublar. Ancaq o bilirdi ki, ELÇĠBƏY ölümü
Azərbaycanda HÖKMƏN vətəndaĢ müharibəsi yaradar və düĢmənlərin indiyədək can atdıqları,
amma gerçəkləĢdirə bilmədikləri arzuları çin olar.
Yeri gəlmiĢkən, Bəyin dəfnini təĢkil edəcək komissiyanın tərkibi də artıq
müəyyənləĢdirilmiĢ və “ağsaqqal” akademik ona sədr qoyulmuĢdu; 18 iyunda bu
komissiya iĢə baĢlamalıydı.
Prezident Elçibəyin öldürülməsinin bir neçə variantı vardı.
Birincisi, Bakıda kütləvi iğtiĢaĢlar törədiləcək və “basabasda” prezident
“qəhrəmancasına” Ģəhid olacaqdı. Bu məqsədlə Bakıda xüsusi təyinatlı hərbi
dəstələr də yerləĢdirilmiĢdi. KeçmiĢ SSRĠ məkanından gətirilmiĢ cinayətkar
ünsürlər də bu vaxt Bakıda toplanmıĢdı. Onlar iğtiĢaĢ düĢən kimi Ģəhərdə
talanlara baĢlayacaqdılar. Onlardan baĢqa, paytaxtda digər təxribatçı qüvvələr də
yerləĢdirilmiĢdi (sonralar Çeçenistanda prezident olmaq iddiasında bulunan
oğrubaĢı və quldurbaĢı, Moskvanın oyuncağı Lobazanov da onların arasındaydı).
Ancaq paytaxtda iğtiĢaĢın yaranması Ģəxsən H.Əliyevə əl vermirdi, çünki o,
hakimiyyətinin baĢlanğıcında qan düĢməsini istəmirdi, axı bu halda hadisələrin
sonrakı inkiĢafının necə nəticələnəcəyini də indidən müəyyənləĢdirmək xeyli
çətinləĢirdi.
BaĢqa variant Elçibəyi xarici ölkələrdən birinə qaçırdıb təyyarəsini Bakıdan
kənarda göydə partlatmaqdı. Bu plan, deyəsən, hərbçilərindi. Onlar 17-sindən 18-
inə keçən gecə Naxçıvana uçan Bəyin təyyarəsini, yanılmıramsa, Səngəçaldan
vurmalıydılar (sən demə, Bəyin getməsindən onlar da xəbər tutubmuĢ), ancaq,
görünür, Bəyə Allahın rəhmi gəlib - təyyarəni vurmalı olan hərbçinin qulağından
həmin an qan açılıb, o özünə gələndəsə təyyarə artıq nəzarət zonasından
uzaqlaĢıb...
Elçibəyi məhv etməyin üçüncü yolunusa S.Hüseynov açıqlayıb. O, 1998-dəki
məhkəməsində demiĢdi: “Həmin vaxt H.Əliyev yanıma adamlar göndərirdi ki,
BUNLARI məhv etmək lazımdır. Deyirdim ağzınıza gələni danıĢmayın (?!-Ə.T.).
Deyirdilər sən kömək et, Prezident Aparatının binasını [təyyarədən
bombalamaqda] YERLƏ YEKSAN ELƏ, gəlib təzəsini tikəcəyik” (“Azadlıq”,
04.11.1998). (Çox təəssüf ki, H.Əliyev bu fikrə indiyədək öz münasibətini
bildirməyib).
17 iyunda Avropa Birliyi üzvü olan ölkələrin Azərbaycandakı daxili siyasi böhranla bağlı bu
məzmunlu bəyanatı qəbul edilərək yayıldı: “Avropa Birliyi və onun üzvü olan ölkələr
demokratik yolla seçilmiĢ prezidenti konstitusiyaya zidd yollarla (öldürməklə - Ə.T.) öz
vəzifəsindən uzaqlaĢdırmaq təĢəbbüsünü pisləməkdədir”. Görünür, bu narahatlıq Bəyin
cismani məhv edilməsi təhlükəsinin gerçəkliyindən irəli gəlirdi və bəyanatı hazırlayanlar
Azərbaycanda hakimiyyətə yiyələnmək istəyən qüvvələrə xəbərdarlıq edirdilər.
Doğrudur, ĠNDĠKĠ anda Bəyin ölümü NƏZƏRĠ və MƏNTĠQĠ baxımdan Surətdən daha çox
H.Əliyevə sərf edirdi, çünki prezidentin yoxluğuyla məhz o, avtomatik olaraq prezident
səlahiyyətlərinin icraçısına çevrilirdi. Ancaq Ģəxsən mən Əliyevin Elçibəyin ölümünü
istəməsinə inanmıram. Xüsusən Avropa Birliyinin xəbərdarlığından sonra onunçün ən əlveriĢli,
ideal variant Elçibəyin istefaya çıxaraq (lap çıxmasa da olardı) xarici ölkələrdən birinə
getməsiydi. Güman ki, məhz buna nail olmaqçün Əliyev müxtəlif təĢəbbüslərdə də
bulunurdu; Elçibəyi Bakıdan qaçırtmağın üsullarını tapmağı Azərbaycanda ondan yaxĢı
bacaran kimsənin olması təəccüb doğurardı.
BAKIDA QALMAQ DAHA MÜMKÜN DEYĠL
Hadisələrin ölümsüz, dinc inkiĢafı da Bəyin Bakıda qalmasını bir neçə səbəbdən mümkünsüz
edirdi.
Birincisi, prezident Bakıda qalsaydı qiyamçılara qarĢı hökmən hərbi əməliyyatlara baĢlamağa
məcburdu, çünki 17-sindən 18-inə keçən gecə baĢlanacaq terror əməliyyatını (F.Qəzənfəroğlu
bunu öz kitabında “Heydər Əliyevin S.Hüseynovun adamları əliylə Elçibəyə qarĢı hazırladığı
sui-qəsd planı” adlandırır) yatırtmalıydı, busa VƏTƏNDAġ MÜHARĠBƏSĠ deməkdi. Bəyi ən çox
qorxudan da məhz qardaĢ qırğınıydı, çünki onun son məqsədləri Bəyə bəlliydi. Buna görə də
öz sözləriylə desək, səngəri tərk etdi ki, qarĢı tərəf də istər-istəməz vuruĢdan imtina etməli
olsun.
Ġkincisi, ultimatumu ultimatum dalınca göndərən surətçilər AXC-nin gücüylə, ya da baĢqa
vasitəylə hətta məğlub edilsəydilər (bu imkan hələ əldən verilməmiĢdi), yaxud onlarla
barıĢmaq mümkün olsaydı da (bu ehtimal sıfra yaxındı, çünki Surətin “xozeyin”ləri buna
qətiyyən imkan verməzdilər) artıq parlament sədri kürsüsündə əyləĢmiĢ H.Əliyevin
Naxçıvandan Bakıya turist gəzintisinə gəlmədiyini Bəy hamıdan yaxĢı bilirdi. H.Əliyevlə “dil
tapıb” iĢləməksə (Ġlahi, günahımdan keç!) onun Ģərtlərini tam qəbul etməklə (özü də, çox
qısa müddətə) mümkündü, busa Bəyin mənəvi ölümü demək olardı, çünki H.Əliyevin Ali
Sovetin sədri (əslində dövlətin gerçək baĢçısı), E.Məmmədovun baĢ nazir olduğu, güc
qurumlarına faktik rəhbərlikdən uzaqlaĢdırılmıĢ və öz komandası olmayan prezidentin bu
durumla razılaĢmasını onun mübarizə yoldaĢları, söz yox ki, ona heç vaxt bağıĢlamazdılar.
Surətçilərlə bacarmaq məsələsinə gəlincə, Əbülfəz bəylə jurnalist BöyükkiĢi Heydərli arasında
bununla bağlı belə söhbət gedib:
“[Ə.Elçibəy] - Əgər mən bilsəydim altı rayon əldən çıxacaq, bir milyon insanımız qaçqın taleyi
yaĢayacaq, heç vaxt hakimiyyətdən getməzdim.
[B.Heydərli] - Bəs nə edərdiniz?
[Ə.Elçibəy] - Sonradan Heydər Əliyevin ləğv etdiyi 32 batalyonun 10-nu ayırıb qiyamçıların
üstünə göndərərdim”
(“Yeni Müsavat”, 17.04.1999).
Üçüncüsü, qiyamçılarla (Əliyevgillə də) saziĢə girmədən Bakıda qalmaqçünsə o mütləq istefa
verməliydi ki, buna da qətiyyən razı ola bilməzdi. Hətta Kələkiyə gedəndən və gerçək
hakimiyyətdən tam məhrum olandan sonra da Bəy istefa vermədi və onu ürəkdən istəyən
bəzi insanlar içərisində də bu hərəkəti məntiqsizlik kimi dəyərləndirənlər oldu, ancaq Bəy
doğru qərar çıxardığına əmindi.
Maraqlıdır ki, Məmmədəmin Rəsulzadəyə pərəstiĢ edən və özünü onun yolunun davamçısı
sayan Əbülfəz Elçibəy 1920-nin 28 aprelində Cümhuriyyət parlamentinin hakimiyyəti
bolĢeviklərə rəsmən (müqaviləylə) təslim etməsinə onun razılıq verməsini tarixi yanlıĢlıq sayır,
çünki bununla Azərbaycanın müstəqilliyini Rusiyanın məhv etməsinə qanuni don geydirildi,
halbuki ictefa verməmiĢ Pribaltika dövlətləri Rusiyanın onları iĢğal etməsi haqqında aramsız
olaraq iddia qaldıraraq Qorbaçov dönəmində müstəqilliklərinin BƏRPASINA hamıdan qabaq
nail oldular və bütün dünya bu qanuni mübarizədə onları dəstəklədi. Elə bu düĢüncəyə
söykənən Əbülfəz bəy hakimiyyətdən devrilsə də istefa vermək fikrini prezidentlik müddətinin
lap sonunadək yaxına buraxmadı. (Ancaq Bəyin, məsələn, Nəcəf Nəcəfov kimi ən xeyirxah
dostlarından da bəziləri Elçibəyin istefa verməsini daha doğru hərəkət sayırdılar).
Dördüncüsü, Gəncədəki inanılmaz məğlubiyyətlər seriyasından sonra silahdaĢlarının çoxu onu
tərk etmiĢdi. Məndə olan məlumata görə, istefa verəndən sonra Prezident Aparatına Ġsa
Qəmbər də, Pənah Hüseynov da ikicə dəfə gələrək prezidentə baĢ çəkmiĢdilər. BaĢçısız
Nazirlər Kabineti Ģahsız arı pətəyinə dönmüĢdü, güc qurumları da həm Bakıda, həm də
yerlərdə hakimiyyətdən, demək olar ki, üz döndərmiĢdi, Ali Sovet tamam əldən çıxmıĢdı,
Prezident Aparatı boĢalmıĢdı - bir çox ən mühüm vəzifəli Ģəxslər iĢ yerində tapılmırdılar,
rayonlarda da hakimiyyət boĢluğu yaranmıĢdı. Xatırlatmaq istərdim ki, Rusiya prezidenti Boris
Yeltsin də həmin 1993-ün oktyabrında Əbülfəz Elçibəyin iyundakı durumuna düĢmüĢdü,
ancaq onun siyasi komandasının dünənki üzvləri, hamısı istefada olan Qaydar, Burbulis və
Poltoranin ilk andan Ağ evə gedib prezidentin yanında bulunaraq ona mənəvi-psixoloji dayaq
oldular və Yeltsin əsasən onların hazırladığı planlarla ittifaqpərəst kommunistləri darmadağın
etdi...
O zaman (elə indinin özündə də) Elçibəy iqtidarına tutulan ən böyük iradlardan biri də budur
ki, 4 iyundan sonra dövlət müĢaviri Arif Hacıyev iĢ yerində ya ümumiyyətlə olmayıb, ya da
çox az olub və bu məhz onunla iĢləyən rayon icra baĢçılarının Surətin qiyamçı qüvvələrinə
qarĢı səfərbər edilməməsiylə nəticələnib. Arif bəylə bu məsələni aydınlaĢdırdıq. Fikrimcə,
yalnız keçmiĢ dövlət müĢavirinin Ģəxsi fəaliyyətinə yox, ümumiyyətlə, qiyam çağındakı ölkəiçi
durumla bağlı bir çox faktlarla zəngin olduğuna, bəzi qaranlıq məsələlərə aydınlıq gətirdiyinə
görə dövlət müĢavirinin söylədiklərini burada geniĢliklə verməyi faydalı saydım.
«4 iyunda gündüz təxminən saat 10-11-də iĢdə olduğum vaxt Gəncə icra hakimiyyətinin
ozamankı baĢçısı Elxan Qədimov mənə zəng vurub dedi ki, Ģəhər qarnizonunda atıĢma gedir.
Mən dərhal baĢ nazir Pənah Hüseynovu axtardım. Dedilər ki, o, Daxili ĠĢlər Nazirliyindədir.
Mən DĠN-lə əlaqə yaradaraq Gəncədə nə baĢ verdiyini soruĢdum. O bildirdi ki, qiyamçı hərbi
hissəylə hökumət qüvvələri arasında atıĢma gedir. Bunadək mənim 4 iyunda Gəncədə
nəyinsə baĢ verəcəyindən həqiqətən xəbərim olmayıb.
Gəncəylə müntəzəm əlaqə saxladım. Həmin saatlarda bir neçə dəfə təhlükəsizlik nazirinin i
müavini Sülhəddin Əkbərlə, baĢ prokuror Ġxtiyar ġirinovla (onlar Gəncədəydilər) danıĢaraq
oradakı vəziyyəti öyrəndim.
4 iyunda təxminən saat 14-də özüm də Gəncəyə yola düĢdüm. Ancaq bundan qabaq Daxili
ĠĢlər Nazirliyinə getdim, orada Ali Sovetin sədri Ġsa Qəmbər, baĢ nazir Pənah Hüseynov və
daxili iĢlər naziri Abdulla Allahverdiyevlə görüĢdüm. Bildirdim ki, mən Gəncəyə gedib
prosesləri normallaĢdırmağa çalıĢacağam. Bu vaxt artıq bəlliydi ki, bəzi dövlət əhəmiyyətli
obyektlər tutulub və dövlət adamları girov götürülüb.
Dəlməmmədliyə kimi getdim, orada məni postda saxladılar. Hökumət qüvvələri bildirdilər ki,
Gəncəyə giriĢ mümkün deyil. Onu da deyim ki, mən Gəncəyə yollanmazdan öncə Tərtərin
icra hakimiyyətinin baĢçısı Sərdar Həmidovla və Goranboyun icra hakimiyyətinin baĢçısı
MaĢallah Abdullayevlə danıĢaraq onların nüfuzu altında olan batalyonların döyüĢ bölgəsində
olmayan hissələrinin bu prosesə cəlb edilməsiylə bağlı tapĢırıq vermiĢdim.
AxĢamtərəfi Dəlməmmədlidən Goranboya getdim. M.Abdullayev və S.Həmidov da
oradaydılar. Mənim qarĢımda ölkənin prezidenti və Ali BaĢ Komandanı Əbülfəz Elçibəyin
qoyduğu tapĢırığa - Gəncə qiyamının lokallaĢdırılması və onun Gəncənin hüdudlarından
kənara çıxmaması üzrə iĢə Goranboy rayon icra hakimiyyətində baĢladım. Təbii ki, mülki Ģəxs
kimi mənim bu məsələdə çətinliklərim vardı, ancaq oradakı adamlar göstəriĢlərimi yerinə
yetirirdilər.
Zazalıda - Gəncənin çıxacağında post qurmaq və Gəncədən qiyamçı qoĢunların bu tərəfə
gəlməsinin qarĢısını almaq istiqamətində verilən tapĢırıq yerinə yetirildi. Bir müddət sonra
daxili qoĢunun nümayəndələri də Goranboya gəldi və Zazalıda post quruldu.
Ġyunun 4-ündən 7-sinə kimi Goranboyda oldum və çox təəssüf ki, dəfələrlə təkid etməyimə
baxmayaraq oraya hərbi qurumların, yaxud DĠN-nin yüksək rütbəli heç bir Ģəxsi gəlmədi. Mən
bununla bağlı həm prezidentlə, həm parlamentin sədriylə, həm də baĢ nazirlə (xüsusən baĢ
nazirlə) bir neçə dəfə danıĢmıĢam ki, bu qüvvələrə nəzarət etməyə orada hərbçi lazımdır.
Ancaq, sən demə, Surət Hüseynova rəğbət bəsləyən bir sıra batalyonlar o zaman elə
Goranboyun özündə yerləĢdiyinə görə bundan çəkinən bəzi hərbi rəhbərlər ora
gəlməmiĢdilər.
Ayın 6-sında gecə parlamentin sədri Ġsa Qəmbər telefonla mənə bildirdi ki, Goranboyda sənin
həyatınçün ciddi təhlükə yaranıb və girov götürülməyinə Surət Hüseynovun qərargahında
göstəriĢ verilib. O, mənə tövsiyə etdi ki, sənə basqın olsa ya vuruĢ öl, ya da qaç, ancaq əsir
düĢmə. Bildirdim ki, mən sarıdan narahat olmayın - əsir düĢməyəcəyəm.
Həmin gün prezident göstəriĢ verdi ki, Zazalıdakı post Dəlməmmədliyə çəkilsin - təxminən
15-20 km Gəncədən aralı, Goranboya tərəf, Gəncə-Yevlax yolunda. QoĢunlar ora çəkiləndən
sonra bildirildi ki, Surət Hüseynovla danıĢıqlar gedir. Gəncəyə komissiya göndərilib,
komissiyada ağsaqqallar var. Razılıq əldə olunub və Gəncədəki girovlar buraxılacaq.
QoĢunlar Dəlməmmədliyə çəkiləndən sonra daha mənim orada qalmağıma ehtiyac yox idi.
Ancaq buradakı qoĢunlar arasında çaĢqınlıq yaranmasın deyə Goranboyda qalmıĢdım. Mənə
Bakıya qayıtmaq tapĢırıldı, ancaq bu göstəriĢə əməl etmək istəmədim, çünki xüsusilə orada
fəaliyyət göstərən batalyonların komandirləri, eləcə də həm Tərtərin, həm də Goranboyun
icra baĢçıları mənim getməyimi arzulamırdılar. Mən prezidentlə əlaqə saxladıqda o, mənə əmr
edərək bildirdi ki, Bakıya qayıtmalısan.
Mən ayın 7-si (ola bilər ki, 8-i) səhər Bakıya çatdım. Əbülfəz Elçibəylə səhər tezdən təxminən
saat 5-6-da onun iqamətgahında görüĢdüm. Vəziyyət haqqında məlumat verdim. Eyni
zamanda, əmrlə Bakıya çağırılmağımın səbəbini öyrəndim. Prezident bildirdi ki, Gəncədə
mitinqlər gedir və mitinlərində deyirlər ki, sən ora 2.000-3.000-lik qoĢun gətirmisən, buna
görə də səni öldürmək, əsir almaq lazımdır. Gördüm ki, orada olmağın S.Hüseynov və onun
adamlarında qorxu yaradır və bəlkə də sənin gəlməyinlə vəziyyət sakitləĢə bilər, eyni
zamanda sənin Ģəxsi təhlükəsizliyini də qorumaq istədim.
8-9 iyunda mən parlamentin iclaslarında iĢtirak etmiĢəm. Onu da deyim ki, bütün qiyam
dövründə Azərbaycanın dövlətçiliyini qoruyan, ona sədaqətli qalan əsas qurum məhz icra
hakimiyyətləri olub. O günlərdə istər hərbçilər, istər polis, istərsə də təhlükəsizlik orqanlarının
yerli nümayəndələri Surət Hüseynovla telefon əlaqəsi yaradaraq ona sədaqət andı içirdilər və
bu haqda bizə geniĢ məlumat gəlirdi. Bir çox yerlərdə polis icra hakimiyyətinə artıq tabe
olmamağa baĢlamıĢdı. Bununla belə, icra hakimiyyətləri (Gəncənin özü və ətrafı da daxil
olmaqla) bütün respublika ərazisində Azərbaycanın dövlətçiliyini qorumaq uğrunda çarpıĢan
və Surət Hüseynova ən azı satılmayan yeganə dövlət qurumu olaraq iĢini davam etdirirdi.
Yanılmıramsa, ayın 12-sində belə bir təĢəbbüs oldu ki, S.Hüseynovun Azərbaycanın Ģimal-
qərb rayonlarına, o sıradan ġirvan bölgəsinə basqınının qarĢısı alınsın. Bununla bağlı Əbülfəz
Elçibəylə görüĢdüm və həmin görüĢdə Fərəc Quluyev də iĢtirak edirdi. Təklif etdim ki, ġıx,
Navahı tərəfdə S.Hüseynovun qarĢısının alınması xətti götürülübsə eyni zamanda onun
Yevlaxdan qərb istiqamətdə və ġirvan rayonları istiqamətində hərəkətinin qarĢısını almaq
mümkündür və təklif etdim ki, Fərəc Quluyevlə mən həmin rayonlarda müdafiəni təĢkil
etməyə cəhd göstərək. Fərəc Quluyev bu məsələyə Ġsgəndər Həmidovun da cəlb edilməsini
irəli sürdü. Mənim təklifimlə Fərəc bəylə birlikdə Ġ.Həmidovun evinə getdik, təklifimizi ona
çatdırdıq. Ancaq bu məsələ uzandı, üstündən bir gün keçdi, getməyimiz ləngidi. Buna
baxmayaraq, ayın 12-sində mən yenə də prezidentin göstəriĢiylə həmin bölgəyə getdim və
orada müdafiənin təĢkilinə, eyni zamanda əhali arasındakı çaĢqınlığın aradan qaldırılmasına
çalıĢdım. Qəbələ, Göyçay, Ġsmayıllı, ġamaxı və baĢqa rayonlarda oldum. Ancaq bizim
sərəncamımızda silahlı qüvvələr yox idi. Ordu birləĢmələri yalnız Bakının 65 kilometrliyində
post qurmuĢdular və ondan irəli getmək niyyətlində deyildilər.
Ayın 15-də mən yenidən Bakıya qayıtdım və Heydər Əliyevin Ali Sovetin sədri seçildiyi həmin
gün parlamentin iĢində iĢtirak etmədim - Əliyevin parlamentin sədri seçilməsi razılaĢdırılmıĢdı
və razılığın olduğu halda gedib onun əleyhinə səs verməyimi düzgün saymadım.
Həmin gün Prezident Aparatı qarĢısında keçirilən mitinqin əsas təĢkilatçılarından oldum, çıxıĢ
etdim..
Ayın 16-sında ordu siyasi proseslərə qatılmamaq adı altında qərar çıxararaq əslində
prezidentə - Ali BaĢ Komandana tabelikdən imtina etdi və bundan sonra müdafiənin təĢkili
mümkünsüz oldu. Bu iĢdə Milli Ġstiqlal Partiyası və Heydər Əliyevçi qüvvələr maraqlı idilər.
Çünki iyunun 16-sında Müdafiə Nazirliyində Rəhim Qazıyev, Etibar Məmmədov, Rəsul Quluyev
və ġadman Hüseynovun iĢtirakı ilə tam qanunsuz bir hərbi Ģura keçirilmiĢdi (bu Ģəxslərdən
heç birinin orada iĢtirak etmək səlahiyyəti yoxdu) və məhz onların səyi nəticəsində ordu
əslində prezidentin nəzarətindən çıxmıĢdı.
Ayın 16-sında Prezident Aparatında gecə saat 10-dan sonra müĢavirə keçirildi. Bu, Əbülfəz
Elçibəyin prezident kimi keçirdiyi son müĢavirəydi. Bu yığıncaqda H.Əliyev artıq Ali Sovetin
sədri kimi iĢtirak edirdi. MüĢavirəyə bütün müxalifət nümayəndələri də qatılmıĢdı.
Ə.Elçibəyin sədrlik etdiyi bu məclisdə bir sıra güc nazirləri və yüksək vəzifəli məmürlar söz
deməküçün Elçibəydən yox, H.Əliyevdən icazə alırdılar, ona müraciətlə çıxıĢ edirdilər.
Elçibəyin bir yanında mən oturmuĢdum, obiri yanında H.Əliyev.
Ayın 17-sində - Elçibəyin son iĢ günündə də prezidentin yanında olaraq onun bütün
tapĢırıqlarını yerinə yetirmiĢəm, birindən baĢqa - prezident mənə tapĢırmıĢdı ki, Hacı Vaqifin
Gəncə ġəhər Ġcra Hakimiyyətinin baĢçısı təyin edilməsi haqqında fərman hazırlayım, mən bu
fərmanı hazırlamayacağımı bildirərək Bəydən xahiĢ etdim ki, onu bu vəzifəyə təyin etməsin.
Ancaq səlahiyyətim çərçivəsindəki digər bütün məsələlərə mən Prezident Aparatında rəhbərlik
etmiĢəm.
Ayın 17-sində Elçibəylə son görüĢümüzdə mən onun yanından çıxanda Heydər Əliyev, Etibar
Məmmədov, Rəsul Quluyev və RövĢən Cavadov onun qəbuluna gəlmiĢdilər. Sonra bəlli oldu
ki, RövĢən Cavadovu Bəy bu görüĢə buraxmayıb, ancaq mən onu da prezidentin qəbul
otağında görmüĢdüm.
17-sində gecəyə kimi iĢdə olaraq vəzifəmi yerinə yetirmiĢəm. Ġcra hakimiyyətləri, yerli ərazi
idarə orqanları fövqəladə vəziyyətdə iĢləyirdi - aparatın da, demək olar ki, bütün iĢçiləri gecə-
gündüz iĢ yerindəydi. Hansı rayonda hansı hadisənin baĢ verməsi haqqında operativ
məlumatlar hətta Milli Təhlükəsizlik Nazirliyindən daha çox ərazi idarəetmə orqanları ilə iĢ
müĢavirliyində toplanırdı.
Ayın 18-də mən iĢ yerimə gəldim və gördüm ki, təĢviĢli əhval-ruhiyyə var. Gecə iĢdə qalmıĢ
köməkçim Vahid Pərvizoğlu məlumat verdi ki, prezident Bakıda yoxdur və onun Türkiyəyə
getməsi haqqında məlumatlar yayılıb. Təbii ki, mən bunu Ģayiə adlandırdım və bildirdim ki,
belə Ģeylər danıĢmağa ehtiyac yoxdur. Bir neçə yerə zəng vurub məsəlini gerçəyini
öyrənməyə çalıĢdım. ĠĢlər idarəsinin müdiri Qiyas Sadıqov mənə bildirdi ki, deyilənlər
həqiqətdir - Bəy Bakıda deyil, ancaq o, Türkiyəyə yox, Naxçıvana gedib.
Mən dərhal öz təĢəbbüsümlə iĢ otağımda brifinq çağırdım və oraya əsasən beynəlxalq
jurnalistləri dəvət etdim. Artıq dəqiq öyrənmiĢdim ki, Bakıdan getmək ərəfəsində Elçibəyin
həyatına ciddi təhlükə varmıĢ və onu dəfn etmək üçün komissiya da yaradılıbmıĢ və s.
Yetərincə inandırıcı mənbələr bunu sonra da təsdiq etdi.
Bəli, Elçibəyin Bakıdan getməsi versiyası ilə bağlı ilk rəsmi məlumatı bütün dünyaının
informasiya kanalları (istər CNN, istər ĠnterFaks, istər Türkiyənin informasiya kanalları…)
məhz mənə istinadən yaydılar: Arif Hacıyevin bildirdiyinə görə, belə hadisə baĢ verib və
hadisənin mahiyyəti bundan ibarətdir ki, Elçibəyə terror edilməliydi. Ġndi Elçibəy müvəqqəti
olaraq iĢ yerində yoxdur və bir neçə gündən sonra öz səlahiyyətlərinin icrası üçün Bakıya
dönəcək.
Həmin gün günortadan sonra mən Azərbaycanın vətənpərvər jurnalistləriylə də görüĢ
keçirdim («Müxalifət» qəzetinin redaksiyasında). Orada mərhum Ağamalı Sadiq,
«Müxalifət»in baĢ redaktoru Vaqif Hacıbəyli, «Azərbaycan» qəzetinin baĢ redaktoru Mehman
Cavadoğlu və bir sıra baĢqa jurnalistlərlə birlikdə yaranmıĢ durumu müzakirə etdik, təbliğat
və ideoloji iĢlərin hazırlanmasıyla bağlı fikir mübadiləsi apardıq. Sonrakı mərhələdə
mətbuatda məsələyə düzgün qiymət verilməsində bu müzakirənin çox böyük əhəmiyyəti
oldu.
Ayın 19-21-ində Heydər Əliyev müĢavirələr keçirirdi. Bu müĢavirələrdə Elçibəy
komandasından yalnız mən və dövlət katibi Əli Kərimov iĢtirak etmiĢik. Heydər Əliyev onda
çox çaĢqın bir vəziyyətdəydi, çünki Surət Hüseynov Elçibəy Bakını tərk etdikdən sonra da
hərəkəti dayandırmamıĢdı və bu, Əliyevi çox həyəcanlandırırdı.
Parlamentin iyunun 23-ü, ya 24-ündəki iclasında mənim çıxıĢım oldu. Elçibəyin müdafiəsi,
yaranmıĢ situasiyadan çıxıĢ yolları və s. barədə danıĢdım.
Heydər Əliyev xalq tərəfindən seçilmiĢ prezidentin səlahiyətlərini mənimsədikdən sonra
fərmanlar verməyə baĢladı. Onun 1 saylı fərmanı Azərbaycan Respublikasının dövlət müĢaviri
Arif Hacıyevin vəzifəsindən azad edilməsi haqqında oldu. Səhv etmirəmsə, bu, ayın 25-
indəydi. Ancaq mənim haqqımdakı fərman qanuniydi, çünki Əbülfəz Elçibəy artıq öz
fərmanıyla daxili siyasətə aid olan bütün məsələləri, o sıradan vəzifəyə təyinetmə və
vəzifədən azadetmə səlahiyətlərini H.Əliyevə vermiĢdi. Ona görə də mən fərmana tabe
oldum…
Prezident Aparatındakı iĢ yerimdə olmadığım günlərdə də mən ya Gəncə, ya da ġamaxı-
Göyçay-AğdaĢ-Yevlax istiqamətlərində S.Hüseynovun qoĢunlarının qabağında olaraq müdafiə
iĢlriylə məĢğul olmuĢam. Hadisədən xeyli sonra bəzi adamlar hansısa müdafiə iĢlərini təĢkil
etdiklərindən danıĢsalar da onların bir çoxu Bakı Ģəhərindən qırağa çıxaraq Surətin qoĢunları
olan tərəfə getməyə çəkinirdi».
ĠKĠ MÜMKÜN YOLDAN ÜÇÜNCÜSÜ - KƏLƏKĠ
Beləliklə, prezidentin qarĢısında vur-tut bircə yol qalırdı - BAKIDAN GETMƏK! Ancaq hara
getməli?
Bakı kəndlərindən Bəyə təklif gəlmiĢdi ki, səni bir müddət çox etibarlı yerdə saxlayarıq,
münasib vaxtda yenə qayıdarsan. (Göyçaydan və baĢqa yerlərdən də belə təkliflər vardı).
Hətta belə fikirlər də eĢitmiĢəm ki, guya Bəy məhz bu məqsədlə bir Bakı kəndinə gedərkən
yolda qəflətən fikrini dəyiĢərək maĢını hava limanına sürdürüb. (Bu fikrin yanlıĢlığını bir az
sonra görəcəyik).
Ağdam, yaxud Qazax rayonlarına da getməyi beynindən keçirən Bəy düĢünmüĢdü ki, həmin
bölgələri qəsdən ermənilərə verər və bunun suçunu məhz onun üstünə yıxa bilərlər.
Əlbəttə, Bəy bilirdi ki, onun xarici ölkələrdən birinə (məsələn, Türkiyəyə) getməsi Heydər
Əliyevçün göydəndüĢmə olar, ancaq o, iki səbəbdən bununla razılaĢa bilməzdi. Birincisi, onun
Vətəndən heç yana getmək fikri yoxdu, öldürülsə belə öz torpağında dəfn olunmaq istəyirdi.
Ġkincisi, xarici ölkəyə ayaq basmasıyla Heydər Əliyevin onun səlahiyyətlərini
mənimsəyəcəyinə Ģübhə etmirdi. (H.Əliyev 18 iyunda həqiqətən belə bir təĢəbbüsdə
bulundu).
QardaĢ qırğınından yayınmağın yollarını günlərcə aramsız axtaran prezident, nəhayət, heç
kəsin ağlına gəlməyən ən doğru yolu - KƏLƏKĠNĠ tapdı! Bu zaman o, Vətəndən də,
hakimiyyətdən də (rəsmən) getmirdi. Beləliklə, ABġ təhlilçilərinin «Elçibəyin qarĢısında yalnız
iki mümkün yol var» fikrinə Bəy özünün üçüncü yoluyla düzəliĢ verdi.
Dostları ilə paylaş: |