stansiyasındakı əsgərlərimlə görüĢəndə “Surət Hüseynova da qurban olum,
əsgərlərinə də” deyirdi. Hətta oradakı TANKI DA ÖPMƏK ĠSTƏYĠRDĠ, uĢaqlar
qoymadılar” (“Azadlıq”, 05.11.1998).
Nəhayət, gecə yarısı onların bağlı qapılar arxasında görüĢü baĢlandı və ertəsi gün səhər saat
8-dən davam etdirildi.
Surət Hüseynov öz məhkəməsində bunları da söyləmiĢdi: “H.Əliyev Ali Sovetin sədri
olmamıĢdı, onda mənə dedi ki, bəs Ə.ELÇĠBƏY GEDĠR. Sonradan aydınlaĢdırdım
ki, yalan danıĢır. Mən [o] Bakıya gələndən sonra da dedim ki, əgər Ə.Elçibəy
prezidentlikdən getmək istəyirsə dəvət eləyin, urvatla yola salaq. Mən Elçibəyin
özüylə söhbət etmək istəyirdim, H.Əliyev qoymadı” (“Azadlıq”, 05.11.1998).
Durumun ən böhranlı nöqtəyə çatdığını görən Əbülfəz bəy həmin gün - 14 iyunda xarici
ölkələrin (ABġ, Almaniya, Ġraq, BMT, Rusiya, Türkiyə və Çinin) diplomatik korpuslarının
nümayəndələrini qəbul etdi. Son olaylar haqqında ətraflı məlumat çatdıran prezident dedi ki,
indi Azərbaycanda baĢ verən hadisələr Milli Ordunun 709-uncu hərbi hissəsiylə bağlıdır. Bu
hərbi hissə xeyli vaxtdı ki, Müdafiə Nazirliyinə tabe olmur, əmrləri yerinə yetirmirdi. Verilən
əmrlərə cavab olaraq hissənin hərbçiləri bildirdilər ki, “bizim rəhbərimiz də, prezidentimiz də
Surət Hüseynovdur”. Belə olan Ģəraitdə Müdafiə Nazirliyi, təbii olaraq, qərara gəlmiĢdir ki, bu
hərbi hissə ya buraxılmalı, ya da əmrlərə tabe olmalıdır. Sözsüz ki, ölənlərin sayı barədə
rəqəmlər ĢiĢirdilsə də, hər halda, iki tərəfdən də həlak olanlar vardır. Guya hökumət
tanklarının hərbi hissənin kazarmaları üzərindən keçməsi barədə yayılan söz-söhbətlərsə (bu
yalanı Milli Məclisdəki çıxıĢında Ġmam Mustafayev demiĢdi) tamamilə əsassızdır.
Prezident bildirdi ki, vətəndaĢ müharibəsinin, qan tökülməsinin qarĢısının alınmasından ötrü
“qarĢıduran tərəflə danıĢıqlar aparılmıĢ və bütün qüvvələrin öz yerində hərəkətsiz qalması
barədə razılıq əldə edilmiĢdir. Təəssüf ki, onlar Ģərtləri pozmuĢ, Azərbaycanın bəzi rayonlarını
ələ keçirərək yerli rəhbərliyi iĢdən kənarlaĢdırmıĢ, son nəticə olaraq Qazıməmməd
istiqamətinədək gəlib çıxmıĢlar. Hazırda ölkədə vəziyyət son dərəcə gərginləĢib. Açıq demək
lazımdır ki, qarĢıdurma vətəndaĢ müharibəsi həddinə gəlib çıxıb. Azərbaycan dövlətinin
müstəqilliyi təhlükədədir. bir qrup hərbçi və hərb iĢi ilə heç bir əlaqəsi olmayan baĢqa bir
dəstə birləĢərək ölkədə hərbi xunta bərqərar etmək niyyətindədir”.
Əbülfəz bəy diplomatlardan xahiĢ etdi: öz dövlətinizə Azərbaycandakı vəziyyət barədə
məlumat verin.
Prezident bunu da bəyan etdi: “Yuxarı Qarabağın erməniləri doqquz dövlətin təklif etdiyi
sənədi imzalamaqdan boyun qaçırmaqla Azərbaycandakı sabitliyi də pozmuĢlar. Üç gündür ki,
erməni qüvvələri Ağdam istiqamətində hücumları davam etdirirlər. Belə çıxır ki, Yuxarı
Qarabağ erməniləri və onlara kömək göstərənlərin baĢlıca məqsədi Azərbaycandakı əmin-
amanlığı pozmaqdır”.
Almaniya səfiri Tomas Terstegenin “hazırda Gəncədə Surət Hüseynovla danıĢıqlar aparan
Heydər Əliyev kimi təmsil edir və hansı mandata malikdir?” sualına Bəy belə cavab verdi:
“Heydər Əliyev qarĢıdurmanı yoluna qoymaq üçün Gəncəyə öz təĢəbbüsü ilə könüllü
getmiĢdir. O, Surət Hüseynovla bütün hərbi qüvvələrin hərəkətlərinin dayandırılması barədə
razılıq əldə etməlidir. Hazırda onu deyə bilərəm ki, Surət Hüseynovun da müəyyən təklifləri
vardır. Mən danıĢıqların nəticəsindən asılı olaraq xalqa müraciət və ya bəyanatla çıxıĢ etmək
niyyətindəyəm”.
Əcnəbi diplomatlarla söhbətdə Bəy bir daha vurğuladı ki, mən qarĢıdurmanın olmaması, qan
tökülməməsi üçün bütün cəhdləri göstərirəm. “Dövlət hələlik susur və təmkin göstərir. Lakin
lazım gələrsə daha sərt tədbirlərə əl atılacaqdır”.
Əbülfəz bəyin diplomatlarla görüĢündə deyilənlərdən də aydın olduğu kimi, H.Əliyev Gəncəyə
gedərkən vətəndaĢ qarĢıdurmasını aradan götürməkçün əlindən gələni edəcəyinə söz
vermiĢdi, ancaq Surətlə görüĢdə söhbət tamam baĢqa Ģeylərdən getdi. Bu söhbətlərin
məzmunu artıq heç kəsə sirr deyil.
Onlar arasında qarĢılıqlı razılaĢma əldə edildi ki, S.Hüseynov prezident, H.Əliyevsə Ali Sovetin
sədri olsun. Bunu Surət “Moskovskiye novosti” qəzetinə verdiyi müsahibədə və öz
məhkəməsində də boynuna alıb:
“Nə isə, qərara gəldik ki, Elçibəy gedir. H.Əliyev dedi
PREZĠDENT SƏN OLURSAN, ALĠ SOVETĠN SƏDRĠ MƏN. Mənim razılığımdan sonra
H.Əliyev Ali Sovetin sədri oldu” (“Azadlıq”, 04.11.1998). Beləliklə, Pənah
Hüseynovun sözləriylə desək, “Tarixi anda o (H.Əliyev - Ə.T.), faktiki olaraq,
Azərbaycanın qanuni hakimiyyətini yox, nəticə etibarilə qiyamçıları dəstəklədi”
(“Yeni Müsavat”, 16.04.1999).
Özünün də siyasət meydanında guya nəsə bir çəkisinin olduğuna inandırmaqçün dəridən-
qabıqdan çıxan N.Pənahovsa bunları söyləyir:
“...Surəti razı saldım ki, onlar Əliyevə
toxunmasınlar, imkan versinlər, mən onu razı salım, o, Surətin prezidentliyini
qəbul etsin. [...] Bu məsələyə Heydər Əliyevin orada razılıq verməsi o qədər də
çətin olmadı. O, vəziyyəti düzgün qiymətləndirdi...” (“Meydan” qəzeti, 17-24.03.1999).
Azərbaycan dövlətinə qarĢı silah qaldırmıĢ qiyamçılarla sövdələĢməsindən həmin dövləti çox
yüksək vəzifədə təmsil edən H.Əliyev iki mühüm Ģey qazandı - respublika parlamentinin sədri
olmasına S.Hüseynovdan razılıq aldı və Surətin prezidentin də istefasını istəməsinə nail oldu.
H.Əliyev guya Surətdən ötrü boĢaltdırmaq istədiyi həmin prezident kürsüsündə məhz özünün
oturacağına arxayındı. Təkcə P.Qraçova və ətrafındakı əlisilahlı narkomanlar dəstəsinə
güvənən S.Hüseynov, təbii ki, belə kələyi anlayacaq səviyyədə adam deyildi və yüzlərcə onun
kimisini çaya susuz aparıb susuz gətirmiĢ “baba”nın çoxgediĢli mürəkkəb kombinasiyalarından
qətiyyən baĢ çıxara bilməzdi. Surət bu alverdə aldadıldığını yalnız bir həftə sonra baĢa düĢdü
və 21 iyunda Gəncədə keçirdiyi mətbuat konfransında “respublikada yaranmıĢ
hakimiyyət boĢluğundan narahat olduğunu bildirərək bütün səlahiyyətləri öz
üzərinə götürdüyünü” qəzəblə elan etdi və jurnalistlərin H.Əliyev amiliylə bağlı sorğusunu
belə cavablandırdı: “ĠNDĠ AZƏRBAYCANDA MƏNĠM YOLUMU KƏSƏ BĠLƏCƏK QÜVVƏ
YOXDUR”. O anlaya bilmirdi ki, artıq onun yolunu qanunverici hakimiyyətə QANUNĠ
ġƏKĠLDƏ yiyələnmiĢ H.Əliyev QANUNLA kəsəcək və kimsə buna görə onu qınaya bilməyəcək.
(Görünür, Surətin yanındakı “Zobik” ayamalı Ruslan Rzayev - müxtəlif vaxtlarda üst-üstə 19 il
iĢ almıĢ bu Ģəxsi Surət MTN Gəncə Ģöbəsinin rəisi qoymuĢdu - daha uzaqgörənmiĢ; eĢitdiyimə
görə, o, Surətə deyibmiĢ ki, H.Əliyev bizim hamımızı bir-bir udacaq, gəl onu Gəncədən sağ
buraxmayaq. Surət buna razılıq verməyibmiĢ. Bir müddət sonra Zobikin artıq Gəncə Ģəhər
icra hakimiyyətinin baĢçısı olmuĢ Hacı Vaqiflə onun kabinetində atıĢdığı və bu atıĢmada
onların hər ikisinin həlak olduğu xəbəri yayıldı…).
Nəysə, S.Hüseynovla H.Əliyevin görüĢündən sonra Gəncədə mətbuat konfransı keçiriləcəyini
gözləyən jurnalistlər umsuq oldular. S.Hüseynovla və onunla birlikdə “Gəncə Ģəhərindəki
vəziyyətə faktik nəzarət edən digər Ģəxslərlə” görüĢmüĢ H.Əliyev onlara ayaqüstü dedi:
“Surət bəylə apardığımız danıĢıqlar çox mənalı, məzmunlu olub, qarĢılıqlı anlaĢma Ģəraitində
keçib. Və güman edirəm ki, bu danıĢıqlar yalnız Gəncədəki hadisələrin yox, bütövlükdə
Azərbaycanda gedən proseslərin düzgün istiqamətə yönəlməsinə kömək edəcək”. H.Əliyev
danıĢıqların məzmununu Bakıda prezident Elçibəyə də çatdıracağını bildirdi. Bütün
hərəkətlərini rus hərbçilərinin təlimatları üzərində quran Surətsə jurnalistlər qarĢısında
söylədi: “Ġyunun 15-inə kimi prezident baĢda olmaqla hökumət istefa verməsə (görünür,
Əliyev elə spiker olduğu gündən prezident kürsüsünü boĢ görmək istəyirmiĢ - Ə.T.) xalq
Bakıya yürüĢ edəcək”.
Deməli, prezident Ə.Elçibəyin H.Əliyevin “sülh missiyası”na bəslədiyi bütün kövrək umudlar
da boĢa çıxdı!..
Xatırladım ki, Hacıqabuladək heç bir müqavimət görmədən irəliləyən Surət qoĢunları 13
iyunda Hacıqabulun baĢ tərəfində öz postlarını qurmuĢdular. 14 iyunda səhər tezdən AXC
Hacıqabul rayon Ģöbəsinin batalyonu [ümumiyyətlə, bu kitabda ara-sıra rast gəlinən “rayon
(Ģöbəsinin) batalyonu” terminini rayon icra hakimiyyətinin, yaxud AXC rayon Ģöbəsinin
təĢəbbüsüylə dövlətin müdafiəsinə qalxan könüllülər kimi baĢa düĢməliyik] və S.Hüseynovun
qoĢunu arasında ilk toqquĢma oldu. Qiyamçıların bir hissəsi dağıdıldı. Ġcra baĢçısı rayonu tərk
etdi.
H.Əliyevlə görüĢüb razılaĢan gün - 14 iyunda S.Hüseynov ölkə rəhbərliyinin istefası haqqında
bir saatlıq ultimatum verdi. Ultimatum rədd edilincə günortadan sonra Hacıqabulda qiyamçı
qoĢunla dövlət hərbi qüvvələri üz-üzə durdu, atıĢma düĢdü, yaralananlar oldu. (Prezidentin
köməkçisi O.Qasımovun mənə bildirdiyinə görə, Navahıda hökumət qüvvələri surətçiləri geri
oturdan zaman H.Əliyev bir neçə dəfə Əbülfəz bəyə zəng edərək əməliyyatı dayandırmağa
çağırmıĢ, bunun Surətlə danıĢıqlara zidd olduğunu söyləmiĢdi).
YALQIZ ELÇĠBƏY ÇIXIġ YOLLARI AXTARIġINDA
14 iyunda Əbülfəz Elçibəyə qarĢı artıq üçüncü cəbhə də açıldı - iyunun 7-sində TalıĢ Xalq
Partiyasının adını dəyiĢərək Xalqların Azadlığı və Bərabərliyi Partiyası qoymuĢ, 9 iyunda polisə
və dövlətə müharibə elan edərək 20-30 nəfərlə meĢələrə çəkilmiĢ Əlikram Hümbətov iyunun
14-ündən 15-inə keçən gecə saat 12-də öz dəstəsiylə Lənkəran Ģəhərinə girərək qanuni
hakimiyyəti devirdi. (21 iyunda o, yerli televiziyayla çıxıĢında «TalıĢ Muğan Respublikası»
yarandığını elan etdi). S.Hüseynov öz məhkəməsində bunları bəyan etdi: “TMR haqqında
söz-söhbəti H.Əliyev özü ortaya atdı. Bu, NAXÇIVANDA HAZIRLANMIġ oyundu.
Mənə [baĢ nazir olandan sonra] dedilər Əlikram Hümbətovun yanına get. Getdim,
Ə.Hümbətovu onun (H.Əliyevin - Ə.T.) yanına gətirdim. Orda aydın oldu ki, tonqalı
qalayan indi onu söndürmək istəyir. Ə.Hümbətov onun üzünə nələr deyirdi, bir
kəlmə də cavab vermirdi” (“Azadlıq”, 04.11.1998).
Həmin gün Prezident Aparatının qarĢısında AXC-nin təĢəbbüsüylə mitinq keçirildi. Tağı
Xalisbəylinin açdığı bu mitinqdə AXC-nin bəyanatı oxundu: “AXC bildirir ki, bundan sonra
qiyamçılara hər hansı Ģəkildə güzəĢtə gedilməsini təslimçilik, respublikanın dövlət
müstəqilliyinə qarĢı düĢmənçilik kimi qiymətləndirəcək”.
Demək olar ki, yalqız qalmıĢ prezident olduqca ağır durumdaydı - onun iki ən yaxın
arxadaĢının əyləĢdiyi iki ən mühüm dövlət kürsüsü boĢdu, hakimiyyətin üzərinə düĢmənlər
hər yandan ayaq açmıĢdılar. Artıq sabah o kürsülərdən birini Elçibəy iqtidarının ən barıĢmaz
rəqiblərindən biri tutacaqdı və qanunverici hakimiyyət «güzəĢt» sözünü öz leksikonundan
biryolluq silib atmıĢ bir Ģəxsin əlinə keçəndən sonra nələrin baĢ verəcəyini gözəl dərk edən
Elçibəy heç olmazsa baĢ nazirin öz adamı olmasına çalıĢırdı. Buna görə də ayın 14-ündə o,
Dövlət Neft ġirkətinin prezidenti Sabit Bağırova baĢ nazir olmağı təklif etdi, ancaq vəziyyətin
yetərincə qarmaqarıĢıq olduğunu görən və belə durumda səmərəli iĢləyə biləcəyinə, təbii ki,
inana bilməyən Sabit bəy buna razılıq vermədi.
Ġyunun 15-ində də Prezident Aparatı qarĢısındakı meydanda mitinq keçirildi. Meydanda bir
neçə min adam vardı. ÇıxıĢ etməkçün həmiĢəki basabas, növbə yoxdu. Gözə dəyən bütün
«sanballı» adamları az qala yalvarıĢla çıxıĢa dəvət edirdilər. “Ədalət” qəzetinin baĢ redaktoru
Aqil Abbas Ġsgəndər Həmidovun vəzifəyə qaytarılmasını tələb edirdi. Mən də çıxıĢ edərək
(meydana elə bundan ötrü gəlmiĢdim) xalqı Elçibəyi, daha doğrusu, qanuni hakimiyyəti
müdafiə etməyə çağırdım. Dövlət adamlarının sarılığını udmasından, onların solğun üzündəki
narahatlıq və təĢviĢdən anladım ki, artıq uçurumun lap qırağındayıq.
ARTIRMA
«-…Bizi əlləri üstündə, sevinc içərisində hakimiyyətə gətirən minlərcə adam öz doğma
hakimiyyətinin məhv edilməsini soyuqqanlılıqla qarĢıladı. Məsələn, iqtidarımızın son
günlərində - iyunda həmrəylik bildirməkçün Prezident Aparatının qarĢısına çox az adam
toplaĢırdı. Bizi bir il qabaq böyük coĢquyla hakimiyyətə gətirən insanların belə laqeydliyinə,
soyuqqanlılığına əsas səbəb, sizcə, nəydi?
-Birincisi, xalq yeni hakimiyyətin mahiyyətini düzgün qiymətləndirə bilmədi. Bu, indiyə qədər
görünməmiĢ yeni bir hökumətdi. Onun mahiyyətini köhnə sovet, kommunist psixologiyasıyla
dəyərləndirmək mümkün olmayacaqdı. 70 ildən artıq sosialist təfəkkürüylə tərbiyə olunmuĢ
insanlar bazar iqtisadiyyatı qanunlarının cəmiyyətdə tətbiqini gördükcə vahiməyə düĢür,
dəhĢətə gəlirdilər. Həlledici kütləsi kasıblardan ibarət olan xalqımızda dövlətli insanlara bir
gizli kin də vardı və adamlar bəlkə də onlardan bu sərvəti necə qazandıqlarını soruĢacağımızı
gözləyirlərmiĢ; bunun əvəzində hamının dövlətli olmasına çağırmağımızı eĢidəndə və
həqiqətən də çox pullu adamların meydana çıxdığını görəndə onlar bizi "dönük" saymağa
baĢladılar. Təbii ki, bizi belə dəyərləndirmələri tam yanlıĢdır, ancaq bircə Ģeydə onlara
bütünlüklə haqq qazandırıram - biz hamının yaxĢı tanıdığı harınlamıĢ cinayətkarları vaxtında
və prinsipiallıqla cəzalandırmadıq!..
Ġkincisi, görünür, biz xalqa müstəqil dövlət quracağımızı və həm bütövlükdə dövlətin, həm də
əhalinin iqtisadi vəziyyətini köklü surətdə yaxĢılaĢdıracağımızı vəd edəndə insanlar bunun
ildırım sürətiylə - bir neçə ayın içində baĢ verəcəyini gözləyirmiĢ; bizi özününkü saydığına
görə həddən artıq Ģey uman xalq arzularının çin olmasının çox ləngidiyini görəndə bizdən
"küsdü", halbuki biz ... yetərincə sürətlə irəliləyirdik və ikicə il də hakimiyyətdə qala bilsəydik
bütün sözlərimizə əməl edəcəydik.
Üçüncüsü, Moskva kəĢfiyyatı, Ġran kəĢfiyyatı və öz içimizdə olan mafioz, xəyanətkar qruplar
hərtərəfli təbliğat apararaq xalqı yolundan azdırdılar, aldatdılar, çaĢdırdılar. Xalq da inandı ki,
"ağzıyumĢaqlar" getsə, "dəmirəllilər" gəlsə yaxĢı olacaq. Nəhayət, həmin "dəmirəllilər"
gəldilər və xalq onların nə olduğunu əyani gördü, necə böyük səhv etdiyini baĢa düĢdü.
Bundan sonra yəqin ki, xalq öz hakimiyyətini görəndə "bu, mənim hökumətimdir" deyə
müdafiə edəcək
»
.
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.68-69).
Prezident Əbülfəz Elçibəy də gəlib həmin mitinqdə çıxıĢ etdi. O dedi: “Bu yol uzun yoldur. Bu
yol azadlıq yoludur, amma Ģərəflidir...”. Hakimiyyəti dövründə Bakıdakı bu son çıxıĢında Bəy
onu prezidentlikdən uzaqlaĢdırmağın asan olmadığını, bununçün referendum keçirilməsinin
gərəkliyini bildirdi: “Məni öz vəzifəmdən heç kim kənarlaĢdıra bilməz, sizdən baĢqa.
Buraxacağam referenduma, səs verməsəniz istefaya gedəcəyəm”. (H.Əliyev çox keçmədən,
doğrudan da, referenduma əl atdı. Ancaq ona bu ideyanı Türkiyə hökuməti Türkiyə XĠN-nin
Ģöbə rəisi Candan Azərin vasitəsiylə ötürmüĢdü. Milli Məclisdəsə Tofiq Qasımov bu təklifi irəli
sürmüĢdü).
Bundan 4 il yarım keçəndən sonra aramızda belə bir söhbət oldu:
«-
…Sonradan bu hərbi qiyam siyasi qiyamla parlamentdə baĢa çatdırıldı və Heydər Əliyev
hakimiyyəti qeyri-qanuni olaraq qəsb etdi.
-Axı onu Siz dəvət etmiĢdiniz?
-Onu Ali Sovetin sədri kimi çağırmıĢdıq. Daha deməmiĢdik ki, gəlib prezident hakimiyyətini ələ
keçir. O, məni hakimiyyətdən uzaqlaĢdırmaqçün qanunsuz referendum keçirdi, halbuki
referendum hüquqi deyil, siyasi aktdır - referendumla prezident çıxarılıb prezident qoyulmaz.
-Əslində bu ideyanı da özünüz vermiĢdiniz - Kələkiyə getməzdən bir-iki gün öncə Prezident
Aparatının
qarĢısındakı
mitinqdə
bildirmiĢdiniz
ki,
prezidenti
hakimiyyətdən
kənarlaĢdırmaqçün referendum keçirilməlidir. Əliyev də referendum keçirərkən məhz həmin
sözlərinizə söykəndi...
-Referendumun bu məsələdə nə dərəcədə səlahiyyətli olub-olmaması məsələsini hələ bir
qırağa qoysaq belə, axı onun aparılması da tam qanunsuz olub, belə ki, hakimiyyətinin taleyi
həll edilən prezident, yəni mən hökmən həmin tədbirdə iĢtirak etməli, sərbəst olaraq təbliğat
aparmalıydım, ancaq buna qətiyyən imkan verilmədi. Prezident səlahiyyətlərinə yiyələnmiĢ
H.Əliyev sonra qanunsuz referendumun saxta nəticələri əsasında yenə qanunsuz olaraq yeni
prezident seçkiləri təyin etdi, öz namizədliyini irəli sürdü və çox çəkmədən az qala 100 faizli
nəticəylə özünü prezident elan etdi
».
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.72).
Özünəməxsus tərzdə gözlərini qıyaraq baxıĢlarını uzaq bir nöqtəyə zilləyən Bəy mitinqdəki
çıxıĢında dedi ki, qarĢımızda bircə dənə qaranlıq maneə var, onu da uğurla keçə bilsək
xalqımıza zaval olmayacaq. (Təəssüf ki, həmin anda Bəyin məhz nəyi nəzərdə tutduğunu
öyrənə bilmədim, sonralarsa Bəy onu xatırlaya bilmədi).
15 iyunda qiyamçılar hakimiyyəti devirməkçün Göyçay rayonuna da basqın etdilər, ancaq
müqavimətlə rastlaĢdılar. Ġcra hakimiyyəti baĢçısının müavini ĠKRAM ƏLĠ OĞLU ZEYNALOV
surətçilərin gülləsiylə qətlə yetirildi. (Ayın 17-sində onun toyu olmalıydı). Əbülfəz bəy
dövlətçiliyimiz yolunda Ģəhid olmuĢ bu qeyrətli insanın ölümüylə bağlı dedi: “Ġkram bəy öz
ölümü ilə bizə - hərəkat yoldaĢlarına dönməzlik və qətiyyət nümunəsi göstərdi”.
Qiyamçılar rayonlara yaxınlaĢarkən yalnız rayon icra hakimiyyəti baĢçıları sədaqətli çıxdılar
(içlərində dönüklər olsa da), ancaq polis, təhlükəsizlik və prokurorluq iĢçiləri, demək olar ki,
kütləvi Ģəkildə qiyamı dəstəklədilər (görünür, rüĢvət almağın çətinliyi onları iqtidara qarĢı
qəzəbləndirmiĢdi; həm də onların az qala hamısı sovet rejiminin yetirməsiydi).
KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev: «Bütün icra baĢçıları o dövrdə hakimiyyəti can-baĢla
qorudular, bu istiqamətdə əllərindən gələni etdilər - bütün icra baĢçıları. Xüsusilə Gəncəətrafı
rayonların icra baĢçıları (Goranboy, MaĢallah Abdullayev; Tərtər, Sərdar Həmidov; Yevlax,
Rafiq Hüseynov; Mingəçevir, Rafiq Ərəbov və b.), döyüĢ bölgələri rayonlarının icra
baĢçılarının hamısı, sonra bir sıra rayonların rəhbərləri (Zaqatala, Ġbadulla Qurbanov;
Balakən, Osman Qunduzov; Hacıqabulun icra baĢçısı və b.) S.Hüseynovun qoĢunlarına
bacardıqları qədər müqavimət göstərdilər, hakimiyyəti qorudular. Göyçayda icra baĢçısının
müavini, qiyamçılarla savaĢa qalxmıĢ Ġkram Zeynalov güllələndi. AğdaĢ rayonunda da
müqavimət təĢkil olunmuĢdu. ġamaxının icra baĢçısı ġirzad Əyyub kimi bir çox baĢqaları da
Surət Hüseynovun qoĢunlarının qarĢısını almaq, hakimiyyəti silahsız qorumaqçün xalq
içərisindəki tərəfdarlarını, Xalq Cəbhəsi və Müsavat qurumlarını, hələ bir çox hallarda qohum-
əqrabalarını da bu iĢə cəlb edirdilər. Bakı Ģəhərinin icra hakimiyyəti baĢçıları, ümumiyyətlə,
vahid bir qurum kimi fəaliyyət göstərərək vaxtaĢırı yığıĢır, vəziyyəti müzakirə edərək
müqavimətin təĢkil olunmasına yardım göstərirdilər. Təsadüfi deyil ki, Surətin qoĢunları hansı
rayona daxil olurdusa onun silahlı qüvvələri ilk növbədə rayon icra hakimiyyəti baĢçılarını
həbs edirdi.
Ġsaxan AĢurov Qazax rayonunun, Nəriman Yəhyayev Mingəçevir Ģəhərinin polis rəisiydi. Belə
3, ya 4 polis rəisi vardı ki, dövlət qurumlarını, dövlət binalarını qorumağı boyunlarına
götürmüĢdülər, qalanların hamısı Surət tərəfə keçmiĢdi».
HEYDƏR ƏLĠYEV HAKĠMĠYYƏTĠN ÜÇDƏ BĠRĠNƏ YĠYƏLƏNDĠ
Milli Məclisin 15 iyunda keçirilən növbəti iclasında spiker seçilməliydi. Bu yığıncağı Tamerlan
Qarayev aparırdı.
Heydər Əliyev Gəncə hadisələri haqqında danıĢdı, ancaq Surətlə söhbətlərin nəticəsindən
konkret bir söz demədi.
Ġbrahim Ġbrahimlinin sualını cavablandırarkən Əliyev bildirdi ki, mən Gəncədən qayıdan kimi
dərhal Azərbaycan prezidenti Əbülfəz Elçibəyin yanında olmuĢam, bir neçə saat bütün
məlumatları prezidentə vermiĢəm. “Əgər mən bu iĢə, bir də qeyd edirəm, öz vicdanımın
tələbi ilə, ... Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahiĢi ilə cəlb olunmuĢamsa, demək,
mən burada bu iĢlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə
heç kəsin Ģübhəsi olmasın”.
Daha sonra H.Əliyev dedi: “Mən Naxçıvandan bura özüm gəlməmiĢəm. Məni bura dəvət
eləyiblər. Məndən dəfələrlə Ġsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz
Elçibəy xahiĢ ediblər ki, gəlim, burada bir vəzifə tutum, bərabər bu məsələlərin həll
olunmasında iĢtirak edim. Mən bu vəzifədən imtina etmiĢəm. [...] Mən heç bir kreslo tutmaq
istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm”. (Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilərkən
də eyni sözləri iĢlətmiĢdi).
H.Əliyev çıxıĢının sonunda bildirdi: “Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram”.
Yığıncağa qatılan Əbülfəz bəy də çıxıĢ edərək müzakirələrə öz münasibətini bildirdi. O, indiki
məclisdə Ali Sovet sədrinin seçilməsi məsələsini ön plana çəkməyin məqsədəuyğunluğunu
göstərdi.
Heydər Əliyevin Ali Sovet sədrliyinə namizədliyi müzakirə edilərkən xüsusən Tamerlan
Qarayev ciddi müqavimət göstərdi. Bu, Heydər Əliyevi bərk qəzəbləndirdi və o, Milli Məclisi
“çıxıb getməklə” hədələdi. T.Qarayev zalı tərk edib getdi. Əliyevin sədrliyini istəməyən
deputatların müqavimətini qırmaqçün Əbülfəz bəyin özü iĢə qarıĢmalı oldu və yalnız onun
tövsiyəsindən sonra H.Əliyev Ali Sovetin sədri seçilə bildi. (Onun seçilməsi haqqında Milli
Məclisin qərarını Tamerlan Qarayev yox, Afiyəddin Cəlilov imzaladı).
4 il yarım sonra Elçibəylə mənim aramda belə bir söhbət oldu:
«-Bəy, Siz Heydər Əliyevin Ali Sovetin sədri seçilməsinə tərəfdardınız və deputatları da onu
seçməyə çağırdınız. Bu hərəkətinizi sonradan H.Əliyev hakimiyyətinin legitimləĢdirilməsinə,
dünya birliyinin onu qiyamla deyil, demokratik yolla seçilmiĢ prezident kimi tanımasına Ģərait
yaratmaq kimi qiymətləndirmirsiniz ki?
-Qətiyyən yox! Heydər Əliyev legitim prezident deyil. Biz onu Bakıya çağıranda danıĢmıĢdıq
ki, onu baĢ nazir təyin edəcəyik, sonra razılaĢdıq ki, o, Milli Məclisin sədri olacaq və bir yerdə
qiyamı yatırandan sonra Azərbaycanın dərdlərini də birgə çözəcəyik. Bu, Pənah bəylə də, Ġsa
bəylə də, baĢqalarıyla da razılaĢdırılmıĢdı. Sadəcə olaraq, H.Əliyev sədrliyi ələ keçirəndən
sonra prezidentlik uğrunda mübarizəyə baĢladı. Mənsə bunu ondan gözləmirdim.
-Bəs onun Sizi aldada biləcəyini gözləmirdiniz?
-Xeyr, gözləmirdim. Ola bilsin ki, bunun mənim tərəfimdən bağıĢlanılmaz sadəlövhlük
olduğunu deyəcəklər, ancaq onun belə edə biləcəyini həqiqətən heç cür ağlıma
sığıĢdırmırdım.
-Hər necə olsa da fakt budur ki, Sizin razılığınızla H.Əliyev gəldi və bu gün bizi istəyən də,
istəməyən də, hətta H.Əliyevin özü də deyir ki, məni siz gətirdiniz, siz seçdiniz...
-Bəli, Heydər Əliyevi mən seçdirdim. Bunu danmıram.
-Buna peĢman deyilsiniz ki?
-Hakimiyyətə gətirib seçdirənədək peĢman deyildim. Sonrakı fəaliyyətinə görəsə peĢmanam.
-Bəs niyə baĢqasını yox, məhz H.Əliyevi gətirdiniz?
-Ona görə ki, H.Əliyevin Azərbaycanda nüfuzu vardı - kütlənin bir hissəsi onu istəyirdi.
VətəndaĢ müharibəsinin qarĢısını almaqda onun gücünə inandığımıza görə onunla birləĢməyə
üstünlük verdik
».
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.70-71).
Milli Məclisin tarixi 15 iyun yığıncağı beləcə baĢa çatdı. Hadisələrin sonrakı gediĢini
prezidentin köməkçisi O.Qasımovdan öyrəndik:
Dostları ilə paylaş: |