YERĠ GƏLMĠġKƏN:
"-Əbülfəz bəy, "Avrasiya" qəzetinin bugünlərdəki üç nömrəsində
Heydər Əliyevin Türkiyənin "Hürriyyət" qəzetinin baĢ redaktoru Ərtoğrul Özkökə, həmin
qəzetin Azərbaycandakı təmsilçisi və "Avrasiya"nın baĢ redaktoru Ġrfan Sapmaza verdiyi
müsahibə dərc edilib; Sizə də orada xeyli yer ayrılıb, hətta onların birində adınız baĢlığa
çıxarılıb. Bu müsahibədə H.Əliyev ünvanınıza bir sıra sözlər söyləyib ki, onlara münasibətinizi
bilmək istərdik.
Türkiyənin keçmiĢ prezidenti rəhmətlik Turqut Özalın Sizə sevgi və inamının səbəbini H.Əliyev
belə izah edir: "…o vaxtlar rəhmətlik T.Özal da Elçibəyin haykırmağına, qıĢqırmağına və bəzi
Ģüarlarına inanmıĢdır".
-Birincisi, həmin müsahibədə Heydər Əliyev çoxlu yanlıĢlığa və təhriflərə yol verib. O, özünün
uydurmalarını qəzetçilərə həqiqət kimi təqdim etməyə çalıĢıb. Ġkincisi də, Ərtoğrul Özkökü də
Türkiyə mətbuatındakı çıxıĢlarından tanıyıram. Onun rəhmətlik Turqut Özala münasibəti
mənfi idi. Xüsusən onun Azərbaycana yönəlik siyasətinin doğru olmadığını bildirirdi.
Prezidentin sağlığında, əlbəttə, ona qarĢı bir söz deyə bilməzdi, ona görə də ölümündən 2-3 il
sonra onun bir sıra baxıĢlarının səhv olduğunu yazmıĢdı. O, Heydər Əliyevin
təbliğatçılarındandı. Ġyun çevriliĢindən sonra Türkiyə mətbuatında onun da yaxından iĢtirakı
ilə belə bir uydurma təbliğat geniĢ yayılırdı ki, H.Əliyevin baĢçılığı altında torpaqlarımız
ermənilərdən geri alınır, bu gün-sabah Kəlbəcər də qaytarılacaq və s. O zaman mən bəyanat
verdim ki, bu yalanların Azərbaycanda yayılmasını baĢa düĢürəm - bu, H.Əliyevə lazımdır,
ancaq Türkiyə mətbuatının sadəlövhlüyünü baĢa düĢmürəm. Təbii ki, Ə.Özkök uzun müddət
aldatdığı oxucuların qarĢısında bəraət qazanmaq istəyindədir və H.Əliyevin simasında
türkiyəlilərə bu ölkənin "yaxın dost"unu sevdirməyə cəhd göstərir. O, eyni zamanda, mənə
qarĢı mənfi münasibətini də bir neçə yazısında ifadə edib. Bunlara görə də mən ondan
obyektivlik gözləmirəm.
Turqut Özalla mənim münasibətlərimə gəlincə, etiraf etmək lazımdır ki, o, Azərbaycandakı
siyasi liderlər içərisində məni üstün tuturdu və H.Əliyevə o qədər də rəğbəti yoxdu - özü də
bir dəfə belə ifadə etmiĢdi ki, keçmiĢ KQB generalının demokratik hakimiyyətə, müstəqil
Azərbaycana baĢçılıq etməsi mümkün deyil, o gec-tez Moskva ilə iĢləyəcək. Bizə müstəqil
düĢünən, Azərbaycanı müstəqil idarə edən liderlər yaxın olmalıdır.
Bəli, Türkiyədə müəyyən qüvvələr (məsələn, Dəmirəl - Ə.T.) bu məsələdə Turqut bəyə qarĢı
çıxaraq ona demiĢdilər ki, sən Elçibəyi yox, H.Əliyevi müdafiə et. O isə cavab vermiĢdi ki,
Elçibəy daha gərəkli liderdir, onun Türkiyədə də yüksək nüfuzu var.
Türkiyəyə səfərlərimdə də Turqut bəy məni hər yerə Ģəxsən müĢayiət etdi və öz sevgisini
göstərdi. O, Bakıya son gəliĢində də yanındakı heyətə üz tutub dedi ki, biz indiyədək
Azərbaycanı, Elçibəyi yetərincə qiymətləndirməmiĢik. Bundan sonra Əbülfəzin dediklərinə
qulaq asaraq Azərbaycana daha yaxından kömək etməyə çalıĢmalıyıq.
Yeri gəlmiĢkən, o, Bakıdan dönərkən təyyarədə ağzından "söz qaçıraraq" jurnalistələrə
demiĢdi ki, Ermənistana bir-iki mərmi buraxsaq necə olar? Bu söz Ermənistanda dərhal böyük
çaxnaĢma yaratmıĢdı. Bununla rəhmətlik Turqut Özal Azərbaycanın iĢğal altındakı yerlərinin,
xüsusən Kəlbəcərin, ġuĢa və Laçının boĢaldılmasına hər cür yardım edəcəyini göstərmək
istəyirdi. Bu məsələyə o, çox ciddi yanaĢırdı…".
(
"Mən müxtəlif siyasi qüvvələri Azərbaycan naminə birləĢdirmək istəyirdim"
. Əbülfəz Elçibəylə
onun mətbuat katibi Ədalət Tahirzadənin söhbəti. - "Yeni Müsavat" qəzeti, 24-25 iyun 1998).
MaĢınlar Türkiyədə bozqurdçuların ən çox söz yiyəsi olduqları Kayseri Ģəhərinin Burungüz
məscidinin qarĢısında dayanınca Bəyin ayaqları altında qurbanlar kəsildi. Məsciddən
səsucaldan qurğularla Azərbaycanın dövlət baĢçısına uğurlar, uzun ömür, cansağlığı
arzuladılar. ġəhərdə neçə yerdə maĢınların qabağında qurbanlar kəsildi, Azərbaycana zəfər və
azadlıq Ģüarları yüksəldi.
../../images/Arxiv/1992_1103_Kayseri03.JPG
Erciyəz Universitetində prezidentlərlə görüĢü
öncə rektor, professor Mehmet ġahin açdı. Onun sözləri bitər-bitməz qoca bir kiĢi ayağa
qalxaraq dedi: "Mən Azərbaycandanam. Gözlərim görmür. Demokratik seçkilər əsasında
seçilmiĢ ilk Azərbaycan prezidentini öpmək istəyirəm". Müharibəyə gedib əsir düĢən və
davadan sonra Türkiyədə yaĢayan Rizvan YeniĢənlə prezidentlər səmimi görüĢdülər.
Əbülfəz Elçibəy və Turqut Özal yığıncaqda çıxıĢ etdilər.
Mərasim bitdikdən sonra prezidentlər yenə hava limanına qayıtdılar və xalq Elçibəyi necə
qarĢılamıĢdısa o cür də yola saldı.
Həmin gün - martın 3-ündə günortadan sonra prezidentlər Kayseridən Ġzmirə yola düĢdülər.
Təyyarədə Azərinformun müxbiri Mikayıl Kərimli Türkiyə sahibkarlarından bir neçəsinin
Azərbaycandakı bürokratik maneələrin iqtisadi əməkdaĢlığımıza əngəl törətməsi haqqında
fikirlərini Bəyə xatırladarkən cavabında bunları eĢitdi: "Bu, doğrudan da, belədir. Hələlik
Azərbaycanda Avropa Ģirkətlərinin müasir tələblərinə uyğun fəaliyyət göstərə bilən çevik
aparat yoxdur. Digər tərəfdən, bir sıra zəruri qanunlarımızı yarada bilməmiĢik. Əvvələn,
torpaqları və kiçik müəssisələri özləĢdirmək lazımdır. Belə olsa xüsusi müəssisələr sərbəstlik
əldə edə bilər, əlaqələr sürətlə geniĢlənər. Bütün bu iĢləri həyata keçirmək üçün yüzdən çox
qanun qəbul edilməlidir. Ġlin sonunadək bir sıra qanunlar qəbul olunacaq və özləĢdirmə iĢi
qaydaya düĢəcəkdir, sahibkarlıq haqqında qanun ön sıraya çəkiləcəkdir. Beləliklə, bürokratik
əngəllər əsasən aradan qaldırılacaqdır. Bütün bu dediklərimizin həyata keçməsi üçün gərək
qanunlarımız beynəlxalq normalara uyğun hazırlansın. O ki qaldı TÜRKĠYƏ ĠLƏ AZƏRBAYCAN
ARASINDA PUL VAHĠDĠNĠN SƏRBƏST ĠġLƏDĠLMƏSĠNƏ, bunun üçün ilk növbədə gərək
Rusiya rublu bazarımızdan çıxarılsın və Azərbaycanın milli manatı, necə deyərlər, hakimiyyəti
ələ alsın".
Ġzmirin Ədnan Menderes adına hava limanında yerə enən prezidentlər hərbi vertolyotlarla
Menderes Ģəhərinə yola düĢdülər, orada "Raks" və "Vestel" firmalarının müəssisələriylə tanıĢ
oldular. Azərbaycan və Türkiyə baĢçıları Azərbaycanda da teleradiotexnika zavodlarının
yaradılması haqqında ilkin razılığa gəldilər.
AxĢam Ġzmir Ģəhərinin valisi Əbülfəz bəyin Ģərəfinə ziyafət verdi. Bəy burada çıxıĢ etdi.
Noyabrın 4-ündə qardaĢ dövlət baĢçıları - Əbülfəz Elçibəylə Turqut Özal Ġzmirdən Bursaya
uçdular. Bursada da onları böyükdən-kiçiyə hamı coĢquyla, dərin sevgiylə qarĢıladı. Yolda
prezidentlərin maĢını dayandırıldı, onlara gül-çiçək verildi, Bəyin ayaqları altında qurbanlar
kəsildi.
Prezidentlər "TofaĢ" avtomobil zavoduna gəldilər. Sonra onlar Bursanın fəxri olan Orxan
Qaziylə Osman Qazinin türbələrini ziyarət etdilər.
Günortadan sonra prezidentlər Bursadan vertolyotla Ġstanbula yola düĢdülər. Ġstanbulda
endikdən sonra maĢın karvanı "Çırağan" otelinə hərəkət etdi. Bu otelin iki korpusu (dairəsi)
var. Elçibəyin yerləĢdiyi dairə "Bəy sarayı" adlanır.
"Çırağan" və "Dolmabağça" saraylarını nağıl və möcüzə adlandıran, onların gözəlliyindən
heyrətə gəlmiĢ polkovnik Oqtay Məmmədov öz kitabında "Dolmabağça" haqqında yazır:
"T.Özalın mühafizə rəisi Musa mənə danıĢdı ki, son on ildə bu saray ziyafət üçün ikinci
dəfədir ki, açılır. Birinci dəfə ABġ prezidenti C.BuĢun Ģərəfinə burada ziyafət verilib. Ġkinci
dəfə də saray ziyafət üçün bu gün açılıb. Musa danıĢdı ki, o zaman T.Özal C.BuĢdan kredit
istəmiĢdi və BuĢ bu sarayı görəndən sonra zarafatla demiĢdi ki, belə bir sarayı olan dövlət
dünyanın ən varlı dövlətidir və o dövlətin borc istəməyə haqqı yoxdur"
("Elçibəy ilə otuz il",
s.61).
Bəy ona ayrılmıĢ iqamətgahda məĢhur türk milyonçusu Vəhbi Qoçu və baĢqalarını qəbul etdi.
AxĢam Turqut Özal "Dolmabağça" sarayında Əbülfəz Elçibəyin Ģərəfinə ziyafət verdi. Burada
hər iki prezident çıxıĢ edərək ölkələrimizin qardaĢlığının daha da inkiĢaf etdirilməsinə
çalıĢacaqlarını bildirdi.
Həmin məclisin iĢtirakçısı, Elçibəy hökumətində Gömrük Komitəsinin sədri iĢləmiĢ Ġbrahim
Vəliyev yazır:
"Ġstanbulun
../../images/Arxiv/1992_1104_QaraDeniz.JPG
"Dolmabağça"
sarayında 600 nəfərin qatıldığı böyük ziyafətdə gördüyüm bir hadisə mənə lap çox təsir etdi.
Məclisdə musiqiçilər də iĢtirak edirdilər. MəĢhur müğənnilərdən biri (adını, təəssüf ki,
unutmuĢam) (sol təmayüllü olduğu söylənilən Ləman San - Ə.T.) Elçibəydən hansı musiqini
dinləmək istədiyini soruĢduqda o, "Çırpınırdı Qara dəniz" Ģərqisinin adını çəkdi. Müğənni
həmin Ģərqinin sözlərini unutduğunu söylədikdə (solçular bu mahnını bilsələr də oxumağı
sevmirlər - Ə.T.) ziyafət iĢtirakçılarının, xüsusilə mərhum Turqut Özalın təkidi ilə Elçibəy
musiqiçilərə xatırlatmaq üçün çox gözəl səslə həmin Ģərqini oxumağa baĢladı. Bu zaman
məclisdəki bütün adamlar, o sıradan prezident Turqut Özal da ona qoĢuldu və hamı xorla
oxumağa baĢladı. Çox təsirli səhnə idi - Elçibəyin və ziyafət iĢtirakçılarının çoxunun gözləri
yaĢarmıĢdı!
Mən ömrümdə indiyədək belə həyəcanlanmıĢ xor görməmiĢəm. Əzəmətli salonda sanki
əzəmətli insan kütləsi deyil, min illər boyunca türk azadlığı yolunda Ģəhid olmuĢ insanların
ruhu oxuyurdu!
Sonradan eĢitdiyimə görə, həmin Ģərqini məhz millətçilər oxuduğuna görə Türkiyədə onun
oxudulmasına uzun müddət, bir növ, yasaq qoyulub və müğənninin də onu "unutması"
təsadüfi deyilmiĢ. Elçibəy həmin gün "Çırpınırdı Qara dəniz"i əslində yasaqdan qurtarırdı"
.
("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.63).
Noyabrın 5-ində səhər prezidentlər maĢınla Ġstanbuldan 150 km aralı Luleburdaq rayonunda
yerləĢən "ƏczaçıbaĢı ilac" kompleksinə getdilər.
Sonra Azərbaycan prezidenti ĢüĢə fabrikində oldu, Ġstanbulun müxtəlif sənaye-ticarət
firmalarının rəhbərliyiylə, iĢ adamlarıyla görüĢdü.
Əbülfəz bəyin Türkiyəyə rəsmi səfər proqramı noyabrın 5-ində baĢa çatdı. Bu doqquz gündə
Azərbaycan prezidentiylə ən səmimi ünsiyyət yaradan və doğma qardaĢ kimi ona bağlanan
Turqut Özal Əbülfəz bəyi Ġstanbulun hava limanınadək ötürdü. Onları burada Türkiyənin ən
görkəmli adamları qarĢıladılar.
Hava limanındakı mətbuat konfransında hər iki prezident çıxıĢ etdi. Turqut Özal bunları da
söylədi ki, dövlətimiz Azərbaycana 250 milyon dollar kredit vermiĢdir... Səfər zamanı müxtəlif
Ģəhərlərimizdə olarkən Əbülfəz bəyi Türkiyənin müasir sənaye müəssisələriylə tanıĢ etdim,
çalıĢdım ki, ona ölkəmiz haqqında ətraflı məlumat verim. Əbülfəz bəyin bu səfəri zamanı
keçirilən görüĢlər Türkiyəyçün əsl bayrama çevrildi.
Əbülfəz bəysə bunları da dedi: Türkiyəylə vidalaĢmaq çox da asan deyil. Səfərim yaddaĢımda
silinməz iz buraxıb... Ġndi kim nə deyirsə desin, türk xalqları bir-birinə yaxınlaĢır, əlaqələri
geniĢləndirir və aralarında uzun müddət olmuĢ dəmir pərdəni məhv edirlər. Buna misal olaraq
demək istəyirəm ki, iki gündə Türkiyə Cümhuriyyətində dörd türk respublikasının səfirliyi
açılıb... Yəqin ki, Türkiyə dövlət aparatının prinsiplərini öyrənməkçün yaxın vaxtlarda bir çox
kadrımızı buraya göndərəcəyik.
Azərbaycan və Türkiyə bayraqlarıyla bəzədilmiĢ hava limanında fəxri qarovulun rəisi Bəyə
raport verdi. Ölkələrimizin dövlət himnlərinin sədaları altında vida yaylım atəĢləri açıldı.
Prezidentlər fəxri kürsüyə qalxdılar. Əbülfəz bəy fəxri qarovulun qarĢısından keçərək türk
əsgərini salamladı.
Əbülfəz bəyi artıq onunçün ən əziz bir insana çevrilmiĢ Turqut Özal, nazirlər, millət vəkilləri
və yüksək çinli baĢqa Ģəxslər yola saldılar.
Bəy 5 noyabrda təxminən saat 23-də Bakıya çatdı.
TÜRKĠYƏ SƏFƏRĠNƏ NAXÇIVANDAN "ƏRMƏĞAN"
Azərbaycan prezidenti Əbülfəz Elçibəyin Türkiyəyə rəsmi səfərinin hər baxımdan ən yüksək
səviyyədə keçməsi, prezident Turqut Özalın ona doğma qardaĢ kimi sevgi bəsləməsi, bütün
tədbirlərdə Ģəxsən özünün Bəyin yanında olması, indiyədək Türkiyə dövlətinin heç bir dövlət
baĢçısına etmədiyi lütfkarlığı məhz Elçibəyə göstərməsi, Türkiyə xalqının Azərbaycan
rəhbərinə hədsiz məhəbbət bəsləməsi, bu prezidentlərin "XXI əsr türk əsri olacaq!" söyləməsi
Qərbdə də, Türkiyədə də, Azərbaycanda da bir çox adamlarda əməlli-baĢlı təĢviĢ yaratdı.
Qərbin bütün türk düĢmənləri onların Ģüarının gerçəkləĢməsindən, Türkiyədə olanlar Elçibəyin
Ģəxsində türk dünyasında sözü eĢidilməyə baĢlamıĢ bir liderin siyasət səhnəsinə çıxmasından
və onun Turqut Özalla birgə Türkiyədə əsl söz sahibinə çevrilə biləcəyindən, Azərbaycanda
olanlarsa belə getsə prezidenti devirməyin mümkün olmayacağından qorxuya düĢdülər və
tezliklə də bu prezidentlərə qarĢı vahid cəbhədə birləĢdilər (7-8 aydan sonra da onları aradan
götürə bildilər)…
…Bəy hələ səfərdəykən Naxçıvanda vəziyyət yenə gərginləĢmiĢdi. Oktyabrın 30-unda Heydər
Əliyev deputat Tahir Allahyarovu Naxçıvana daxili iĢlər naziri, öz sürücüsünün oğlu Eldar
Ġbrahimovusa nazirin müavini təyin edərək bununla cəbhəçilərə "mən də mənəm" demiĢdi.
Həmin gün AXC Nehrəm dayaq dəstəsinin qərargahı dağıdıldı, Azərbaycanın dövlət bayrağı
ayaqlar altına atıldı. Nehrəm dayaq dəstəsi öz bəyanatında bunu "Azərbaycan dövlətinə qəsd"
kimi qiymətləndirdi.
Bəy Türkiyədəykən - 30 oktyabrda tutulmuĢ N.Pənahovun müdafiəsinə qalxmıĢ 70 nəfər elə o
gün Naxçıvan Ali Məclisi qarĢısında mitinq keçirdi. (Yeri gəlmiĢkən, 30 oktyabrda Vaqif
Hüseynov da həbs edilmiĢdi; onu sonralar H.Əliyev buraxdırdı).
1 noyabrda ġərurun mərkəzində YAP-ın 2.000-dən çox tərəfdarının mitinqi oldu. Sirus Təbrizli
və baĢqaları çıxıĢ edərək Heydər Əliyevi təbliğ etdi, Azərbaycan hökumətinisə gözdən
salmağa çalıĢdı. Orada belə bir fikir səsləndi ki, Azərbaycan hökuməti Qarabağ hadisələriylə
bağlı həqiqəti gizlədir - guya artıq ikinci Laçın koridoru açılıb.
3 noyabrda AXC Naxçıvan Ģöbəsinin bəyanatı çıxdı: "Son günlər cərəyan edən Naxçıvan
hadisələri ilə əlaqədar muxtar respublika Ali Məclisinin sədri H.Əliyev AXC-yə və onun ayrı-
ayrı nümayəndələrinə qarĢı cəmiyyətin müxtəlif təbəqələrini mübarizəyə qızıĢdırmıĢdır. AXC-
nin ünvanına ən təhqiramiz ifadələr iĢlədən H.Əliyev mollaları, "ağsaqqalları" və digər silahlı
qrupları Cəbhəyə qarĢı öz güclərini göstərməyə çağırmıĢdır".
TÜRK CÜMHURĠYYƏTLƏRĠ BAKIDA BĠRLƏġĠR
Yeni dövlət quruculuğu yolunda gecə-gündüz yorulmadan çalıĢan Elçibəy və onun komandası
vur-tut beĢ ay içində böyük tarixi əhəmiyyətli iĢlər görə bilsə də qarĢıda hələ həllini gözləyən
saysız problemlər dururdu. Onlardan biri də yerli sovetlərin səlahiyyətlərinin
müəyyənləĢdirilməsiydi. Belə ki, icra hakimiyyətləri yarandıqdan sonra əslində sovetlər
gərəksiz bir Ģeyə çevrilmiĢdi və dövlət həyatında ondan çox zəif yararlanılırdı. Bir sıra
rayonlarda (məsələn, ġəki, Balakən, Oğuz və b.) icra hakimiyyətləriylə sovetlər arasında
qarĢıdurma yaranmıĢdı. Rayon icra hakimiyyətləri yerlərdəki (kəndlərdəki) orqanlarıyla
münasibətləri tənzimləməkdə çətinlik çəkirdi. Gözdən qaçırmayaq ki, AXC rayon Ģöbələri də
yerlərdə müstəqil güc kimi çıxıĢ edirdi və onlarla icra hakimiyyətləri və sovetlər arasında
məqsəd birliyi yoxdu. Bu üçtirəlik rayonlarda ictimai-siyasi sabitliyin və TƏSƏRRÜFATDA
irəliləyiĢlərin qarĢısında əngələ çevrilmiĢ ən mühüm amildi. Bu məsələ artıq ciddi problem
kimi mətbuatın da geniĢ müzakirə mövzusuna çevrilmiĢdi.
10 noyabrda
"Ġctimai birliklər haqqında"
qanunun qəbul edilməsi ölkə həyatında
demokratikləĢməyə müsbət təsir göstərdi. Bu qanun vətəndaĢların hüquq və azadlıqlarını
təmin etmək məqsədi daĢıyırdı.
Dövlətin demokratik əsaslarını qüvvətləndirməyi öz fəaliyyətinin baĢlıca məqsədi sayan
prezident dünyanın demokratik dövlətləri və qurumlarıyla əlaqələri getdikcə geniĢləndirirdi.
O, Türkiyədən dönəndən az sonra qısa vaxtda çox mühüm görüĢlər keçirdi, vəzifə təyinatları
apardı. 11 noyabrda BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əs-Səidi qəbul edərkən
bildirdi ki, Azərbaycanda BMT nümayəndəliyinin açılması, sözsüz ki, respublikanın beynəlxalq
nüfuzunun artmasında böyük mənəvi və təcrübi rol oynayacaq.
Ġslam Konfransı TəĢkilatının baĢ katibi doktor Həmid əl-Cabidin baĢçılıq etdiyi nümayəndə
heyətiylə görüĢ (13 noyabr) ĠKT-nin sonralar da Azərbaycana ən isti münasibət bəsləməsiylə
sonuclandı. Elə həmin gün prezidentin "Amerika BirləĢmiĢ ġtatlarında Azərbaycan
Respublikası səfirinin təyin edilməsi və səfirliyin fəaliyyətinin təĢkili haqqında" fərmanıyla
Hafiz PaĢayevə ABġ səfirliyindən baĢqa, eyni zamanda Kanada, Meksika, Kuba və Cənubi
Amerika ölkələrində də iĢ aparmaq həvalə edildi.
../../images/Arxiv/1992_1114_Ruslan.JPG
Ramazan Abdullatipov baĢda olmaqla Rusiya Ali
Soveti nümayəndə heyətini qəbul edən (14 noyabr) Bəy bildirdi ki, Qafqazda, Zaqafqaziyada
vəziyyət ağırdır və daha da ağırlaĢa bilər. Çox yerdə müharibə gedir. Buna görə də insan
hüquqlarının qorunması çox çətinləĢir. Ayrı-ayrı məiĢət faktlarından siyasi məqsədlərçün
yararlanılır.
Azərbaycan prezidenti dövlətimizin müstəqil beynəlxalq əlaqələr qurmasından ötrü
telekommunikasiyaların rolunu nəzərə
../../images/Arxiv/1992_1114_ats93_01.JPG
alaraq
onların çağdaĢ Ģəbəkəsini yaratmağa böyük önəm verirdi. 14 noyabrda Bakı Ģəhərinin 93 və
98 saylı ATS-lərində yeni elektron tipli stansiyaların açılıĢında lenti kəsən Əbülfəz Elçibəy
buradan birbaĢa Türkiyə prezidenti Turqut Özala zəng vuraraq onunla danıĢdı. Bu vaxt
Azərbaycanın artıq dünyanın 10 ölkəsinə birbaĢa çıxıĢı vardı.
17 noyabrda iĢə baĢlayan Azərbaycan-Ġran müĢtərək komissiyaları yığıncağını iki gün öncə
təbrik edən Bəy 19 noyabrda Ġran-Azərbaycan mütəxəssislər komissiyasının sədri Qulamrza
ġafeyini, ġərqi Azərbaycanın valisi Əbdüləlizadəni, Ġran XĠN-nin idarə rəisi Mehdi MöhtəĢəmini
qəbul edərkən dedi: "Mən istərdim Ġranla Azərbaycan arasında əlaqələr yüksək səviyyədə
olsun və geniĢlənsin. Hər iki ölkə yaranmıĢ boĢ söz-söhbətlərə son qoymalı, dostluq və
əməkdaĢlıqları inkiĢaf etdirməlidir".
Ozamankı Azərbaycan - Ġran müĢtərək komissiyası elm və səhiyyə komitəsinin Azərbaycan
tərəfindən sədri kimi (Ġran tərəfdən Təbriz Tibb Universitetinin rektoru doktor Hüseyn Sadiqi
ġüca sədrdi) deyə bilərəm ki, komissiya gerçəkdən də mühüm iĢlər görməyi nəzərdə
tutmuĢdu. Məsələn, mən və qarĢıdaĢım doktor Sadiqi ġüca "Azərbaycan Respublikası ilə Ġran
Ġslam Respublikası arasında təhsil, elm və səhiyyə sahəsində əməkdaĢlıq haqqında müqavilə"
imzalamıĢdıq (19 noyabr). 18 bənddən ibarət olan həmin müqavilədə çox mühüm tədbirlərin
gerçəkləĢdirilməsi niyyətindəydik. Çox təəssüf ki, sonralar ölkələrarası münasibətlər buna
imkan vermədi.
Danimarka səfiri Niyels TilliĢ və Hollandiya səfiri Yan Varmenhoveni (18 noyabr), Almaniya
səfiri Günter Dalhofu (19 noyabr) qəbul edən prezident ölkələrimiz arasındakı əməkdaĢlığın
inkiĢaf yollarından danıĢdı.
Əbülfəz bəyin türk dünyasının inteqrasiyasıyla bağlı görüĢlərini özündə əks etdirən bir
yığıncaq - Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarında bazar iqtisadiyyatına keçid və
demokratik cəmiyyətin təĢəkkülü problemlərinə dair beynəlxalq Bakı simpoziumu qardaĢ
ölkələrin mənəvi birliyinin yaradılmasına doğru atılan mühüm addımdı.
Orta Asiyadan, Türkiyə, ABġ və Almaniyadan gəlmiĢ alimlərin, dövlət xadimlərinin və iĢ
adamlarının qatıldığı simpoziuma məktub göndərərək onu təbrik edən prezident Əbülfəz
Elçibəy bunları bildirdi:
"Ġmperiya siyasəti nəticəsində parçalanmıĢ Türk Birliyi bu gün
oyanmaqda, dirçəlməkdədir. Yeni bir mərhələyə qədəm qoymuĢ TÜRK DÜNYASI demokratik,
hüquqi cəmiyyət və bazar münasibətlərinə əsaslanan iqtisadiyyat yaratmaq istiqamətində qəti
addımlar atır.
Müstəqillik əldə etmiĢ respublikalar qədim və zəngin tarixi ənənələrə malik qardaĢlıq, dostluq,
iqtisadi və mədəni əlaqələri yeni təməl üzərində bərpa etməyə çalıĢırlar. BU BÖYÜK AMAL
yolunda, TÜRK DÜNYASININ ġƏRQĠ VƏ QƏRBĠ arasında AZƏRBAYCAN körpü rolunu oynaya
bilər. Ümidvaram ki, türk respublikalarının sıx iqtisadi birliyinin yaranması və onun dünya
iqtisadiyyatına qovuĢması hər bir respublikaya böyük fayda verəcək, ədalətin təntənəsinə,
firavanlıq yaranmasına xidmət edəcəkdir"
. Bu sözləri yazan adam 1975-də onları söyləmək
üstündə həbs edilərək daĢ karxanasında katorqa əməyinə məhkum edilmiĢ həmin Bəydi!..
18 noyabrda Bəy simpozium iĢtirakçılarından bir qrupu qəbul edərkən onları baĢladıqları nəcib
iĢə görə təbrik etdi və qarĢılarında duran vəzifələrin baĢlıca istiqamətlərindən söz açdı.
BMT-nin baĢ katibi Butros Qalinin Ģəxsi təmsilçisi Ömər Həlimi, BMT katibliyinin məsul iĢçisi
Horst Hortman və BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əs-Səidlə görüĢən (27
noyabr) Əbülfəz bəy sülh danıĢıqlarına toxunarkən açıqca bildirdi ki, bu danıĢıqların həlli
Ermənistanla Azərbaycandan daha çox Rusiyadan asılıdır.
[Hərb mövzusuna toxunmuĢkən onu da göstərək ki, Bəyin 3 noyabrda imzaladığı "Hərbi
xidmət haqqında" qanun 1 yanvar 1993-dən qüvvəyə minəcəkdi, onun "Hərbi xidmətə
çağırıĢa möhlət verilməsi haqqında" fərmanısa (14 noyabr) artıq fəaliyyətdəydi].
Əbülfəz bəy ümumtürk birliyi ideyasının köksüz romantika yox, mümkün gerçəklik olduğunu
sübuta yetirə biləcək bacarıqlı siyasətçilərdən olduğunu göstərməkdəydi. Türkiyədən
dönəndən sonra onun dövlətində noyabr ayında ikinci çox mühüm tədbir keçirildi. 30
noyabrda Filarmoniyada türk dövlətləri tarixində ilk dəfə Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Quzey Kıbrıs, Özbəkistan, Tatarıstan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin
yüksək səviyyəli görüĢü oldu. Yığıncaqda çıxıĢ edən Bəy dünya tarixində, mədəniyyət və
ədəbiyyatında mühüm rol oynamıĢ TÜRK AMĠLĠNDƏN danıĢdı, bu görüĢə böyük əhəmiyyət
verdiyini bildirdi.
Prezident Elçibəy Azərbaycanın elm, təhsil və mədəniyyətinin inkiĢafını ümumtürk tərəqqisinin
bir bölümü sayırdı. Onun birbaĢa iĢtirakı, yaxud göstəriĢləriylə bu sahədə sevindirici
nailiyyətlər qazanılmaqdaydı.
Dostları ilə paylaş: |