Essel forte kapsullar essel forte tərkibi



Yüklə 134,63 Kb.
Pdf görüntüsü
tarix04.01.2017
ölçüsü134,63 Kb.
#4439

İstifadəsi üzrə təlimat 

 

 

ESSEL FORTE     kapsullar 

ESSEL FORTE 

 

 

Tərkibi 



Hər kapsulun tərkibində: 

Essensial fosfolipidlər (EPL-substansiya) 300 mq 

Tiamin mononitrat (vit. B

1



 

      6 mq 

Riboflavin (vit. B

2



 

 

      6 mq 



Piridoksin xlorid (vit. B

6

)  



 

      6 mq 

Sianokobalamin (vit. B

12



 

    6 mkq 

Nikotinamid (vit. PP, vit. B

3



 

    30 mq 

Tokoferol asetat (vit. E)  

 

      6 mq 



 

Farmakoterapevtik qrupu 

Bioloji aktiv əlavə. 



 

Farmakoloji xassələri 

Essensial fosfolipidlər - qaraciyərin hüceyrə membranlarının və hüceyrə orqanoidlərinin  əsas struktur 

elementləridir. EPL-in tərkibinə təbii mənşəli xolin fosfor turşusunun diqliseridli efiri, doymamış yağ turşuları 

ilə zəngin olan soya paxlalarının ekstraktı daxildir. Doymamış yağ turşularından linol (70%), linolen və olein 

turşuları üstünlük təşkil edir. Qaraciyərdə metabolizm mənşəli pozğunluqlarda preparat qaraciyərin yüksək 

enerjili essensial fosfolipidlər ilə təminatını həyata keçirir. Bu fosfolipidlər kimyəvi strukturuna görə endogen 

fosfolipidlərə çox yaxındır. Onlar qaraciyər hüceyrələrinə daxil olaraq hüceyrə membranlarında fəaliyyət 

göstərirlər. 

Essensial fosfolipidlər qaraciyərin funksiyasını normallaşdırır, qaraciyər hüceyrəsinin fermentativ aktivliyini 

artırır, qaraciyərin enerji israfını azaldır, regenerasiya qabiliyyətini artırır, neytral yağları və xolesterini asan 

parçalanan formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir.  



Tiamin mononitrat (vitamin B

1

)  -  orqanizmdə fosforlaşma prosesi nəticəsində bir sıra fermentativ 

proseslərin koenzimi olan kokarboksilazaya çevrilir. Karbohidrat, zülal və yağ mübadiləsində vacib rol 

oynayır. Sinapslarda sinir oyanmalarının ötürülməsində  iştirak edir. Hüceyrə membranlarını peroksid 

oksidləşmə məhsullarının təsirindən qoruyur. 



Riboflavin (vitamin B

2

- metabolik təsir göstərir. ATF-lə əlaqəyə girərək flavinproteinlərin koenzimini əmələ 

gətirir ki, bunlar da suksinatdehidrogenaza, sitoxromreduktaza, diaforaza, aminturşu oksidaza və s. kimi 

fermentlərin tərkib hissəsidir. Oksidləşmə-reduksiya reaksiyalarını  tənzimləyərək toxuma tənəffüsündə  H

ionlarının daşınmasında, karbohidrat, zülal, yağ mübadiləsində iştirak edir. Gözün normal görmə qabiliyyətini 



tənzimləyir, Hb və eritropoetin sintezində iştirak edir. Eritrositlərin tamlığının qorunmasını, triptofanın niasinə 

çevrilməsini təmin edir. Normal bağırsaq mikroflorası  tərəfindən sintez olunur və bu mikrofloranın normal 

fəaliyyəti üçün özü böyük əhəmiyyət kəsb edir. 

Piridoksin xlorid (vitamin B

6

) - mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. 

Orqanizmdə triptofan, metionin, sistein, qlütamin və başqa amin turşularının mübadiləsində  iştirak edir, 

eritrositlərin sintezini stimulə edir, bir sıra neyromediatorların (dopamin, noradrenalin və s.) biosintezində 

iştirak edir. Sianokobalamin ilə birlikdə sinir toxumasında iltihabi prosesi aradan qaldırır, regenerasiyanı 

sürətləndirir. Lipid mübadiləsini normallaşdırır. 

Sianokobalamin (vitamin B

12

) - metabolik, homopoetik təsirə malikdir. Orqanizmdə  (əsasən qaraciyərdə) 

koenzim formaya - adenozilkobalamin və ya kobamamidə çevirilir ki, bu da B

12

 vitaminin aktiv forması olaraq 



çox saylı fermentlərin, o cümlədən fol turşusunu tetrahidrofol turşusuna çevirən reduktazanın tərkibində olur. 

Eritrositlərin hemolizə qarşı müqavimətini artırır. Qanda xolesterinin miqdarını azaldır. Qaraciyərin və sinir 

sisteminin funksiyasına müsbət təsir göstərir. Toxumaların regenerasiya qabiliyyətini artırır. 

Nikotinamid (vitamin PP, vitamin B

3

) - quruluşuna görə nikotin turşusuna yaxındır. Hüceyrədə oksidləşmə-

reduksiya reaksiyalarında iştirak edən I (NAD) və II (NADF) kodehidrogenazanın  əsas komponentidir. 

Yağların, zülalların, amin turşularının, purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə iştirak 

edir. Pellaqra əleyhinə təsirə malikdir. 



Tokoferol asetat (vitamin E) - yağda həll olan vitamin olub, funksiyası sona qədər öyrənilməmişdir. Hüceyrə 

və subhüceyrə membranlarını  zədələyən peroksidlərin  əmələ  gəlməsində  iştirak edən sərbəst radikalları 

ləngitməklə antioksidant təsir göstərir ki, bu da sinir və əzələ sisteminin normal fəaliyyəti üçün çox vacibdir. 

Selen ilə birlikdə doymamış yağ turşularının oksidləşməsinin, eritrositlərin hemolizinin qarşısını alır. Bəzi 

fermentativ sistemlərin kofermentidir. 

 

 



İstifadəsinə göstərişlər 

  -  xroniki hepatit 

  -  qaraciyər sirrozu 

  -  qaraciyər hüceyrələrinin nekrozu 

  -  qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası (şəkərli diabet) 

  -  qaraciyərin toksiki zədələnmələri 

  -  hamiləlik toksikozu 

  -  hepato-biliar zonada cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı müalicə dövrü 

  -  psoriaz (köməkçi terapiya kimi) 

  -  radiasion sindrom 

  -  şiş əleyhinə kompleks terapiya 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 

 

İstifadə qaydası və dozası 

Daxilə. 2 kapsuldan gündə 2-3 dəfə, qida qəbulu zamanı. 

 

Əlavə təsirləri 

Nadir hallarda: epiqastral nahiyədə narahatlıq, diareya. 

 

Buraxılış forması 

Hər blisterdə 10 kapsul olmaqla, 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

 

Saxlanma şəraiti 

+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə 

saxlamaq lazımdır. Dondurmamaq. 

 

Yararlılıq müddəti 

3 ildir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

 

İstehsalçı 

 

 



«Nabros Pharma Pvt.Ltd.» - firması tərəfindən istehsal olunur. 

Neşnel Xayvey, 8, Kxeda - 387 411, Hindistan 

® - qeydiyyata alınmış ticarət nişanı 

 

                             Azərbaycanda rəsmi distribyutor 



                             «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

                             www.tetrada-az.com 



 

Document Outline

  •  
  • Farmakoloji xassələri 
  • Əlavə təsirləri 
  • Buraxılış forması 
    • Saxlanma şəraiti 

Yüklə 134,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin