İstifadəsi
üzrə təlimat
ESSEL FORTE kapsullar
ESSEL FORTE
Tərkibi
Hər kapsulun tərkibində:
Essensial fosfolipidlər (EPL-substansiya) 300 mq
Tiamin mononitrat (vit. B
1
)
6 mq
Riboflavin (vit. B
2
)
6 mq
Piridoksin xlorid (vit. B
6
)
6 mq
Sianokobalamin (vit. B
12
)
6 mkq
Nikotinamid (vit. PP, vit. B
3
)
30 mq
Tokoferol asetat (vit. E)
6 mq
Farmakoterapevtik qrupu
Bioloji aktiv əlavə.
Farmakoloji xassələri
Essensial fosfolipidlər - qaraciyərin hüceyrə membranlarının və hüceyrə orqanoidlərinin əsas struktur
elementləridir. EPL-in tərkibinə təbii mənşəli xolin fosfor turşusunun diqliseridli efiri, doymamış yağ turşuları
ilə zəngin olan soya paxlalarının ekstraktı daxildir. Doymamış yağ turşularından linol (70%), linolen və olein
turşuları üstünlük təşkil edir. Qaraciyərdə metabolizm mənşəli pozğunluqlarda preparat qaraciyərin yüksək
enerjili essensial fosfolipidlər ilə təminatını həyata keçirir. Bu fosfolipidlər kimyəvi strukturuna görə endogen
fosfolipidlərə çox yaxındır. Onlar qaraciyər hüceyrələrinə daxil olaraq hüceyrə membranlarında fəaliyyət
göstərirlər.
Essensial fosfolipidlər qaraciyərin funksiyasını normallaşdırır, qaraciyər hüceyrəsinin fermentativ aktivliyini
artırır, qaraciyərin enerji israfını azaldır, regenerasiya qabiliyyətini artırır, neytral yağları və xolesterini asan
parçalanan formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir.
Tiamin mononitrat (vitamin B
1
) -
orqanizmdə fosforlaşma prosesi nəticəsində bir sıra fermentativ
proseslərin koenzimi olan kokarboksilazaya çevrilir. Karbohidrat, zülal və yağ mübadiləsində vacib rol
oynayır. Sinapslarda sinir oyanmalarının ötürülməsində iştirak edir. Hüceyrə membranlarını peroksid
oksidləşmə məhsullarının təsirindən qoruyur.
Riboflavin (vitamin B
2
) - metabolik təsir göstərir. ATF-lə əlaqəyə girərək flavinproteinlərin koenzimini əmələ
gətirir ki, bunlar da suksinatdehidrogenaza, sitoxromreduktaza, diaforaza, aminturşu oksidaza və s. kimi
fermentlərin tərkib hissəsidir. Oksidləşmə-reduksiya reaksiyalarını tənzimləyərək toxuma tənəffüsündə H
+
ionlarının daşınmasında, karbohidrat, zülal, yağ mübadiləsində iştirak edir. Gözün normal görmə qabiliyyətini
tənzimləyir, Hb və eritropoetin sintezində iştirak edir. Eritrositlərin tamlığının qorunmasını, triptofanın niasinə
çevrilməsini təmin edir. Normal bağırsaq mikroflorası tərəfindən sintez olunur və bu mikrofloranın normal
fəaliyyəti üçün özü böyük əhəmiyyət kəsb edir.
Piridoksin xlorid (vitamin B
6
) - mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.
Orqanizmdə triptofan, metionin, sistein, qlütamin və başqa amin turşularının mübadiləsində iştirak edir,
eritrositlərin sintezini stimulə edir, bir sıra neyromediatorların (dopamin, noradrenalin və s.) biosintezində
iştirak edir. Sianokobalamin ilə birlikdə sinir toxumasında iltihabi prosesi aradan qaldırır, regenerasiyanı
sürətləndirir. Lipid mübadiləsini normallaşdırır.
Sianokobalamin (vitamin B
12
) - metabolik, homopoetik təsirə malikdir. Orqanizmdə (əsasən qaraciyərdə)
koenzim formaya - adenozilkobalamin və ya kobamamidə çevirilir ki, bu da B
12
vitaminin aktiv forması olaraq
çox saylı fermentlərin, o cümlədən fol turşusunu tetrahidrofol turşusuna çevirən reduktazanın tərkibində olur.
Eritrositlərin hemolizə qarşı müqavimətini artırır. Qanda xolesterinin miqdarını azaldır. Qaraciyərin və sinir
sisteminin funksiyasına müsbət təsir göstərir. Toxumaların regenerasiya qabiliyyətini artırır.
Nikotinamid (vitamin PP, vitamin B
3
) - quruluşuna görə nikotin turşusuna yaxındır. Hüceyrədə oksidləşmə-
reduksiya reaksiyalarında iştirak edən I (NAD) və II (NADF) kodehidrogenazanın əsas komponentidir.
Yağların, zülalların, amin turşularının, purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə iştirak
edir. Pellaqra əleyhinə təsirə malikdir.
Tokoferol asetat (vitamin E) - yağda həll olan vitamin olub, funksiyası sona qədər öyrənilməmişdir. Hüceyrə
və subhüceyrə membranlarını zədələyən peroksidlərin əmələ gəlməsində iştirak edən sərbəst radikalları
ləngitməklə antioksidant təsir göstərir ki, bu da sinir və əzələ sisteminin normal fəaliyyəti üçün çox vacibdir.
Selen ilə birlikdə doymamış yağ turşularının oksidləşməsinin, eritrositlərin hemolizinin qarşısını alır. Bəzi
fermentativ sistemlərin kofermentidir.
İstifadəsinə göstərişlər
- xroniki hepatit
- qaraciyər sirrozu
- qaraciyər hüceyrələrinin nekrozu
- qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası (şəkərli diabet)
- qaraciyərin toksiki zədələnmələri
- hamiləlik toksikozu
- hepato-biliar zonada cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı müalicə dövrü
- psoriaz (köməkçi terapiya kimi)
- radiasion sindrom
- şiş əleyhinə kompleks terapiya
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
Daxilə. 2 kapsuldan gündə 2-3 dəfə, qida qəbulu zamanı.
Əlavə təsirləri
Nadir hallarda: epiqastral nahiyədə narahatlıq, diareya.
Buraxılış forması
Hər blisterdə 10 kapsul olmaqla, 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti
3 ildir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı
«Nabros Pharma Pvt.Ltd.» - firması tərəfindən istehsal olunur.
Neşnel Xayvey, 8, Kxeda - 387 411, Hindistan
® - qeydiyyata alınmış ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com