Ətalət Qanunu



Yüklə 17,11 Kb.
səhifə2/2
tarix04.03.2023
ölçüsü17,11 Kb.
#86640
1   2
referat 849

Nyutonun birinci qanunu doğru olmayan ( ödənilməyən ) hesabat sistemini qeyri- ətalət sistemi adlandıracağıq .
Aparılan təcrübələr göstərmişdir ki , başlanğıcı Günəşdə və ya Qalaktikamızda olan ulduzlarda yerləşən hesabat sistemi ətalət hesabat sistemidir . Aparılan elementar hesablamaların köməyilə də buna inanmaq olar . Yer həm öz oxu ətrafında , həm də Günəş ətrafında (elliptik orbit üzrə ) fırlandığından Günəşə nəzərən təcillə hərəkət edir . Bu səbəbdən geosentrik (başlanğıcı Yerə bərkidilmiş ) hesabat sistemi qeyri-ətalət hesabat sistemidir . Doğrudanda şimal qütbündə uzun ipdən asılmış rəqqasa üfüqi istiqamətdə ilk təkan versək , zaman keçdikcə rəqs müstəvisinin ılmış rəqqasa üfüqi istiqamətdə ilk təkan versək , zaman keçdikcə rəqs müstəvisinin Yerə nəzərən döndüyü ( bir sutkada 2×3.14 radian qədər ) müşahidə olunur . Deməli , şaquli müstəvi üzrə rəqs edən rəqqas , onu bu vəziyyətdən çıxara biləcək real qüvvə təsir göstərmədiyinə baxmaya-yaraq , Yerə nəzərən rəqs müstəvisinin ilk vəziyyətini dəyişməz saxla-ya bilmir . Bundan fərqli olaraq , həmin rəqqas Günəş və ya ulduzlara nəzərən öz vəziyyətini ( rəqs müstəvisini ) dəyişməz saxlayır , başqa sözlə Günəş və ulduzlardan fərqli olaraq , Yer ətalət hesabat sistemi deyildir . Yerin ətalət hesabat sistemi olmamasına səbəb onun həm öz oxu , həm də Günəş ətrafında fırlanmasıdır .
Yerin Günəş ətrafında fırlanmas hesabına yaranan təcil , Yerin öz oxu ətrafında fırlanması hesabına yaranan təcildən kifayət qədər kişikdir . Deməli Yerin ətalət hesabat sistemi olmamasına əsas səbəb onun öz oxu ətrafında fırlanmamasıdır . Aparılan bir çox təcrübələr Yerin ətalət hesabat sistemi olmadığını aşkar edə bilmir . Onu aşkar etmək üçün çox dəqiq və həssas təcrübələr aparmaq lazım gəlir . Elə bu səbəblərə görə əksər hallarda Yeri praktik olaraq ətalət hesabat sistemi kimi qəbul edirlər.
Yüklə 17,11 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin