Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq


Əxlaqın əsas tipləri və mahiyyəti



Yüklə 82,88 Kb.
səhifə10/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
etika pdfler

Əxlaqın əsas tipləri və mahiyyəti
Tarixdə əxlaqın aşağıdakı əsas tipləri var ki, bunlara əxlaqın konkret-tarixi tipləri də deyilir: 1) ibtidai icma əxlaqı; 2) quldarlıq əxlaqı; 3) feodal əxlaqı; 4) burjua əxlaqı və s.
Əxlaqın inkişafında bəşər mədəniyyətinin tarixi tərəqqisini əks etdirən varislik elementlərinə də rast gəlmək olar. Əxlaq bir formadan digərinə keçərkən insanlar arasındakı münasibətlərdə humanizm ünsürləri də artır. Artıq ibtidai icma dövründə qarşılıqlı yardımın sadə formaları yaranır. Adam əti yemək adəti yox olur. Tayfa ittifaqları və dövlətin yaranması ilə qan düşmənçiliyinə son qoyulur. Feodal əxlaqı təhkimli kəndlini öldürməyə yol vermir, halbuki quldarın öz qulunu öldürməsi onun şəxsi işi idi.
Burjua əxlaqında şəxsiyyətə hörmət prinsipi təsdiqlənir. Zaman keçdikcə, cəmiyyət inkişaf etdikcə əxlaq qaydaları da dəyişir. Çox vaxt hətta zahirən əbədi görünən əxlaq qaydaları belə dəyişikliyə uğrayır, öz əvvəlki məzmununu itirir və ya onlara heç bir ehtiyac qalmır. Əxlaq – gerçəkliyi dərketmə vasitəsi olub, insanın praktik-mənəvi dünyagörüşüdür. Mürəkkəb və ictimai hadisə olan əxlaqın təbiətini öyrənmək üçün onun strukturunu aydınlaşdırmaq lazımdır. İctimai şüurun digər formaları kimi əxlaqın da strukturu ictimai münasibətlərlə müəyyənləşir. Əxlaqi münasibətlər ictimai münasibətlər sistemində mühüm yer tutur ki, bunlar da əxlaq haqqında elm olan etika tərəfindən öyrənilir.
Əxlaqın məkanı – insanlar arasındakı münasibətlərdir. İnsanın güclü və ya ağıllı olmasını müəyyən etmək üçün onu digər insanlarla münasibətdə görmək və ya müqayisə etmək vacib deyil, çünki bu, fərdin özünəxas xüsusiyyətləridir. Lakin insanın nə dərəcədə xeyirxah, əliaçıq, mehriban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün onu məhz başqaları ilə ünsiyyət prosesində görmək zəruridir.
Əxlaqın mahiyyətini daha yaxşı başa düşmək üçün onun əsas funksiyalarını da nəzərdən keçirmək lazımdır. Əxlaqın formalaşması və mədəniyyətin müstəqil sahəsinə çevrilməsi prosesində müəyyən əxlaq funksiyaları yaranıb ki, onlar bu gün də aktualdır. Əxlaqın funksiyaları içərisində ən əsasları bunlardır:

Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin