Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


Müassir peşə etikasının kodeksləri



Yüklə 112,74 Kb.
səhifə12/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
Peşə etikasının mühazirələri-1

7. Müassir peşə etikasının kodeksləri
Peşə etikası kodekslərinin formalaşması əsasən XI-XII əsrdə əmək münasibətlərinin meydana gəlməsinə təsadüf edir. Məhz elə həmin dövrdə əməklə əlaqədar istəklər, tələbatlar yaranmışdır. Amma həyatı əhəmiyyət kəsb edən peşələrin bir çoxu hələ qədim dövrlərdə meydana gəlmişdir.Bunlara sübut kimi babil, misir, hind, çin əlyazmalarını göstərmək olar.Bu əlyazmalarda əsl həkimə lazım olan keyfiyyətlər və xüsusiyyətləri göstərlir. Yalnız məşhur mütəfəkkir və həkim Hippokrat həkim peşəsinin mənəvi əxlaqi tərəflərini təsvir etdi. Hippokrat andı bu gündə oxunur və təmamilə müasir bir sənəd olaraq qəbul edilir. Dentalogiya və tibbi etika ilə bağlı 1969- cu ildə keçirilən Beynəlxalq konqresdə ona yeni bir cümlədə əlavə olundu: ”Bütün həyatım boyu öyrənməyə and içirəm”. Hər bir vətəndaşın etik prinsipləri davranış kodekslərinin dərk etməsidir. Etikanın kodeksləri peşəkar standartların bir hissəsi kimi mövcuddur və dövlət idarəetmə sistemində müxtəlif fəaliyyət sahələrində özünü göstərir. Bu kodekslər işgüzar münasibətlər zamanı mənəvi prinsipləri fadə edir. Etikanın kodeksləri bir insanın peşə çərçivəsində döğru davranışını göstərən norma və qaydalar toplusudur. Peşə etikası kodeksləri cəmiyyətə xidmət edir, hansı ki, keyfiyyət və düzgün məlumatı çatdırır. Kodekslər əsasən təşkilatın fəaliyyətini şəffaf şəkildə cəmiyyətə çatdırmalıdır. Kodekslərin bilinməsi və onlara riayət edilməsi etik olmayan davranışların qarşısını alır. 1837-ci ildə yaranmış Amerikanın kimyəvi şirkəti”Prokteren Qembl” 11 maddədən ibarət etik kodəkslərə malikdir. Bu kodekslərdə əsasən müştərilərə, təqaüdçülərə, sifarişçilərə, tərəfdaşlara və qulluqçulara diqqət yetirilir. KOKO-KOLA şirkətinin etik kodeksi isə 5 hissədən ibarətdir: 1-ci şirkətin mühasiblərinin fəaliyyəti və hesabatları. Üzərlərinə götürdükləri öhdəliklər. İşçilər öz hesabatlarını rəhbərliyə təqdim edirlər. O isə öz növbəsində şirkətin aksionerləri üçün, hökumət orqanları üçün, hüquqi şəxslər üçün hesabat hazırlayır; 2-ci potensial konfliktlərin baş verməsi ilə bağlıdır. Əsasən işçilər arasında maraqların toqquşması. Kodeks, qulluqçulara şirkətin təchizatçıları, rəqib və ya müştərilərinin işlərində şəxsi marağın olmasını qadağan edir; 3-cü əsas maddə şirkətin dövlət müəssisələri ilə, rəsmi şəxslərlə, müştərilərlə, təchizatçılarla qarşılıqlı fəaliyyətini təmin edir; 4-cü maddə müxtəlif partiyalarda təmsil olunan insanların siyasi görüşləri işə yansımamalıdır. 5-ci maddə peşə kodekslərinin müəyyən olunmuş məcəllənin qaydalarının tətbiqinə dair göstərişlərlə təmin olunması. Bu gün müxtəlif peşələrlə əlaqədar davranış qaydaları mövcuddur ki, bu da əsasən peşə kodekslərində öz əksini tapmışdır. Məs. hakimlərin etik davranış kodeksi hakimlik fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Hakim öz peşə vəzifələrini vicdanla idarə etməli, işlərə və materiallara vaxtında baxmalıdır. Hakim özünün peşə fəaliyyətinə heç bir şəxs o cümlədən daimi dost tanış tərəfindən hər hansı bir müdaxilə edilməsinə yol verməməlidir. Hakim ona həvalə olunmuş işlərə baxarkən öz vəzifəsini ləyaqətlə icra etməli, fəaliyyətində ədalətli qərəzsiz və dəyanətli olmalıdır. Vergi işçisinin peşə kodeksində etik davranış məsələləri barədə geniş məlumat verilmişdir. Vergi orqanı əməkdaşının üzərinə vəzifənin icrası, iş vaxtına əməl etmə, xidməti şərəfin və peşə nüfuzunun qorunması ilə bağlı məsələlər, kompyuterdən istifadə və məlumat təhlükəsizliyinin təmin edilməsi aiddir. Jurnalistin peşə kodeksi cəmiyyətdə olan problemlərin qərəzsiz və ədalətli şəkildə işıqlandırılması və onun həllinə nail olmaqdır. Peşə əxlaqı normaları sivilizasiyanın, əxlaq mədəniyyətinin, insan münasibətlərindəki humanizmin inkişafı ilə bağlı olub, əxlaqi tərəqqinin bir forması kimi nəzərdən keçirilə bilər. Peşələr mövcud olduqca tarixən formalaşmış peşə etikası normaları da yaşayacaq. Bunlar hər kəsi öz çalışdığı sahədə məsulliyyətli edir.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin