Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


İşgüzar etika və onun prinsipləri. İşgüzar ünsiyyətin strukturu və növləri



Yüklə 112,74 Kb.
səhifə15/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
Peşə etikasının mühazirələri-1

10. İşgüzar etika və onun prinsipləri. İşgüzar ünsiyyətin strukturu və növləri Bildiyimiz kimi etika insanın davranış normalarının toplusudur. Bu tərifdən şıxış edərək işgüzar etikanı insanların müxtəlif fəaliyyət sferalarındakı davranış prinsipləri kimi tərif edə bilərik. İşgüzar etika – işgüzar özünüidarəetmənin qayda və prinsipləridir. İşgüzar etika müəyyən edilmiş məqsədə çatmaq üçün idarəçi və istənilən iş insanının tabe olduğu ideallar sistemidir. İşgüzar etika maddi və mənəvi prinsiplər üzərində qurulmuşdur hansı ki, dövlət və beynəlxalq normalar tərəfindən dəstəklənir. İdarəçilər uğur əldə etmək üçün ilk növbədə danışıqlar aparmağı, vahid komanda ilə hərəkət etməyi, özünə tabe olanları idarə etməyi və konfliktsiz işləməyi bacarmalıdır. Hər idarəçi ən azından işgüzar etikanın əsaslarını bilməlidir. İşgüzar etikanın əsasını peşə etikası təşkil edir hansı ki, işçilər, tərəfdaşlar, müştərilər, rəqiblər arasındakı münasibətləri tənzimləyir. İşgüzar etika biznesin fəaliyyət sferasından asılı olmayaraq biznes qanunları çərçivəsində həyata keşirilir. Fəaliyyət növündən asılı olmayaraq işgüzar etikanın normaları və qaydaları milli, etik ənənələrə uyğun şəkildə qurulmalıdır. İşgüzar etika insanın özünün ruhi xarakterindən, mənliyindən, təhsilindən, insanları idarəetmə qabiliyyətindən və cəmiyyətdəki yerindən asılıdır. Düzgünlük, təkəbbürlülük, mehribanlıq, ədalətlilik, nəzakət bunların hamısı işgüzar etikaya daxil olan keyfiyyətlər sırasındadır. İşgüzar etikanı müxtəlif ölkələrin biznesmenlərinin ayrılmaz hissəsi hesab etmək olar. İşgüzar etika əsasən müəyyənləşdirilmiş normalardır hansı ki, iş stilini təyin edir, şirkətlərarası münasibəti tənzimləyir, biznesmenlərə fəaliyyətində yön verir. İşgüzar etika ölkələrin tarixən yaranan ənənələrinə görə formalaşır. Bu səbəblə digər ölkələrlə əlaqə quran idarəçilər ilk növbədə həmin ölkənin qayda qanunlarına uyğunlaşmalıdır. Ənənəvi işgüzar etikanı mikroetik və makroetika sahələrinə ayırırlar. Mikroetika əsasən cəmiyyətin makrosubyektləri arasındakı sosial-iqtisadi və mənəvi münasibətlərini öyrənir. Məsələn, təşkilatlar, dövlət və cəmiyyət bir bütün kimi və s. Makroetika isə əsasən təşkilat daxili münasibətləri öyrənir və tənzimləyir. Üfüqi səviyyədə müxtəlif təşkilatlar arasında eyni xarakterə malik subyektlər arasında mənəvi əlaqələr mövcudur. Mənəvi münasibətlər sistemində mütəxəssislər makrosubyektlər arasında iki səviyyəni müəyyənləşdirmişlər: üfüqi və şaquli münasibətlər. Şaquli səviyyədə isə müxtəlif xarakterli obyektlər arsındakı münasibətlər öyrənilir. Bu səviyyəyə təşkilat-dövlət, təşkilat-cəmiyyət arasındakı münasibətləri misal göstərə bilərik. İnsanların əksəriyyəti etik qərarları mikrosəviyyədə qəbul edirlər. Məsələn insanın öz davranışına cavabdehlik daşıması kimi. Hər bir insan digərlərinə təsir edə biləcək qərarlar ala bilər: Məs.öz yaxınlarının rifahına olan münasibətlər və ya həmkarına olan münasibət. Ancaq müəyyən müddət sonra insanlar makrosəviyyədə qərarlar verməyə başlayır: məs. dövlət siyasətinin formalaçmasında iştirak etmək kimi. Bu gün işgüzar etika hər bir qurumun idarə olunması mədəniyyətinin səviyyəsini müəyyənləşdirən mühüm amildir. İşgüzar etikanın kodeksi əsasən işçilərin davranış qaydaları məcmuəsi şəklində öz ifadəsini tapır. Bu gün işgüzar etika kodeksi demokratik ölkələrdəki şirkətlərin ən mühüm daxili sənədidir. İşgüzar etika həmçinin inkişaf etmiş ölkələrdə hökumət və qeyri hökmət qurumlarında işçilərin davranışını nizamlayan vacib sənəddir. Qeyd etmək lazımdır ki, işgüzar etika hər bir konkret qurum üçün fərdi planda tərtib olunur. İşgüzar etika müvafiq olaraq insanların biznesdə davranışını öyrədir. Peşəkar etika işgüzar etikanın tərkib hissəsidir və müəyyən peşələr üçün davranış normalarının təyinidir. Ən çox işlənilən və məlum olan həkimlər və vəkillərin peşəkar etik prinsipləridir. İşgüzar etikanın normaları fəaliyyət növündən asılı olaraq bir-birindən köklü surətdə fərqlənir. Bu və ya digər şirkətətin etik prinsiplərini müəyyənləşdirən sənədləri adlandırmaq üçün bir çox islahatlar mövcuddur. Adətən daha qısa sənədlər missiya, bəyannamə, ümumi prinsiplər haqqında maddələr, daha geniş sənədlər isə işgüzar etika kodeks adlanır. Yazılmış kodekslərin əksəriyyətinin məqsədi hər bir əməkdaşın şirkətin etik prinsiplərini dəqiq dərk etməsidir. Hər bir şirkətin nizamnaməsinin məqsədi nəinki əməkdaşların etik prinsiplərə uyğun rəftar etməsinə istiqamətlənib, bir qayda olaraq hər bir kodeksdə şirkətin əsas məqsədi və dəyərləri əks olunur. Onlar müvəffəqiyyətin əsası hesab olunur. Onlar istehlakçılar, ictimaiyyət, kiv, nəzarət orqanları, hökumət müəssisələri və ümumiyyətlə şirkətin uğurunun asılı olduğu qurumların hamısında etimad döğurmalıdır. Kodeksin hazırlanması biznes etikası sahəsində səriştəli olan adamlara həvalə edilə bilər. Onu hazırlayarkən aşağıdakıları icra etmək zəruridir. Sıravi işçidən tutmuş rəhbərliyə qədər şirkətin bütün əməkdaşlarına ünvanlanan və yeni kodeksə dair bütün rəy və arzuları əks etdirən uyğun suallar toplusunu hazırlamaq, yeni kodeksin layihəsini bütün işçilərlə bir neçə dəfə müzakirə etmək və onların qeydləri əsasında ən dolğun variantı hazırlamaq. Kodekslərin tərtibi: - istehlakçıları yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin edtmək; - Əməkdaşların əmək təhlükəsizliyi və sağlam mühit üçün şəraitin vaxtında təmin olunması, hər kəsə ədalətli münasibət, insanın şəxsiyyət və ləyaqətinə hörmətlə yanaşmaq ; - Rəqiblərlə şərəfsiz rəqabətdən şəkinmək və bazarların inhisarlaşmasına yol verməmək öhdəliyi. XX əsrin sonlarına doğru Qərb ölkələrində işgüzar dairələrin, ayrı-ayrı təşkilatların fəaliyyətində sosial məsuliyyət hissi ön plana çıxır. Buna səbəb etik dəyərlərə münasibətin zəifləməsi idi. Ona görədə bu problemin aradan qaldırılması zərurəti yaranır. Biznes etikası və işgüzar etika anlayışı aktuallaşır. İşgüzar ünsiyyətin dialoq forması müsahibə formasında aparılır.İşgüzar etika biznes fəaliyyətinə aiddir və hər bir təşkilat öz işini daha da qabağa aparmaq, cəmiyyətdə nüfuz qazanmaq üçün özünün proqramlarını, metod və yanaşmalarını müəyyənləşdirməyə çalışır. Fəaliyyət növündən asılı olmayaraq işgüzar etikaetik ənənələrə uyğun bir şəkildə qurulmalıdır.İşçilərin etik davranış səviyyəsinin yüksəldilməsi üşün dünyanın aparıcı şirkətlərinin qəbul etdikləri daha geniş yayılmış yanaşmalar var. Etik normaların hazırlanması, təşkilatın və müəssisənin etik normalarının ümumi dəyərləri və qaydalarına dair sistemlər müəyyənləşdirilir. məs.rüşvət, hədiyyələrin verilməsi və qəbul edilməsi, tutduğun mövqedən suiistifadə, fırıldaq, maraqların toqquşması zəminində münaqişələr, qanunun pozulması, şirkətin sirlərinin açılması, komerrsiya sirri, informasiyanın qərəzli məqsədlər üçün istifadə edilməsi, siyasi təşkilatlara qeyri-qanuni maliyyə ayrılması və. s. məsələlər diqqət mərkəzində saxlanılır. Bu addımları atan insanlara qarşı cəza tədbirləri nəzərdə tutulur. Bir qayda olaraq etik normativlər “Etik davranış kodeksi” formasında tərtib olunur. Etika komitələrinin təşkili - bu komitələrə əsasən şirkətin yüksək vəzifəli rəhbərləri, şirkətdəki pay sahibləri və digər maraqlı tərəflər daxil edilirlər. Onlar barışdırıcı hakim rolunu yerinə yetirir, mübahisəli etik məsələlərdə rəsmi mülahizələrlə şirkətin marağı nöqtey-nəzərindən çıxış edirlər.Maddi dəyərlərin yradılması mühüm bir proses kimi işgüzar etikanın 3 müddəasından biridir.Maddi dəyərlərin yaradılması işgüzar etikanın əsaslandığı müddəalardandır. İctimai yoxlamaların aparılması, sosial məsuliyyət proqramının həyata keçirilməsinin gedişi, eləcədə biznesin aparılmasının etik tərəfləri, idarəetmə çözümlərinin qəbul edilməsi, əməkdaşlararası münasibətlər və.s. bağlı hesabat hazırlanıb ictimayyətə təqdim edilir. Bir qayda olaraq bu hesabatların hazırlanmasına şirkətdən kənar nüfuzlu araşdırma qurumları cəlb edilir.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin