13. Vicdanlı davranış
Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünəinam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir.Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir.Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır.Təhsilalanlarla münasibətdə müəllim öz vəzifə səlahiyyətlərindən suiistifadəyə yol verməməlidir.Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində hədiyyə və ya pul tələb etməməlidir. Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir.Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.Rəhbərlik təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilir və bu qaydalarla müəyyən edilmiş tədbirlər görülür.Təhsil müəssisəsinin rəhbərliyi:yeni işə qəbul olunan müəllimləri bu qaydalarla tanış etməlidir. Müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır; öz davranışı ilə Qaydalara əməl olunmasında nümunə göstərməlidir. pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir. Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir. pedaqoji kollektivə Qaydaları izah etməli və müraciət edən hər bir müəllimə müvafiq tövsiyələr verməlidir. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə kollektivi və ictimaiyyəti məlumatlandırmalıdır. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.
Vicdan – şəxsiyyətin cəmiyyət qarşısında məsuliyyət və borcunun subyektiv dərk edilməsidir. O, şəxsiyyətin mənəvi özünənəzarət funksiyasını həyata keçirən etik kateqoriya olub, mənəvi öhdəçiliyi müstəqil dərk etməyə, onların həyata keçirilməsini özündən tələb etməyə və etdiyi hərəkətlər üçün özünə qiymət verməyə imkan yaradır. Vicdanını rəhbər tutan insan öz hərəkətlərini, onun motiv və nəticələrini özü təhlil edir. Vicdan insanın hərəkətlərinin mövcud cəmiyyətin əxlaq normaları baxımından mənəvi qiymətləndiricisi və nəzarətçisidir. Borc kimi vicdan da müəyyən hiss, təsəvvür və bilikləri özündə birləşdirir. Borc insanın öz hərəkətlərinə, fikir və arzularına tənqidi yanaşma qabiliyyəti kimi çıxış edir. Borc kimi vicdan da ətrafdakıların rəyindən, fikrindən asılı olmayıb müstəqildir. Bu baxımdan vicdan insan şüurunun digər daxili nəzarət mexanizmindən – utancaqlıqdan fərqlənir. Qeyd edək ki, vicdan və utancaqlıq arasında yaxınlıq mövcuddur. Utancaqlıq da insanın özünün və ya yaxınlarının qəbul olunmuş bəzi mövcud normalara uyğunsuzluğunun və ya günahının dərk edilməsidir. Lakin utancaqlıq bütünlüklə digər insanların rəyi iləəlaqədardır. Ətrafdakılar insanı nə qədər çox qınayarsa, insan bir o qədər çox utanar. Öz hərəkətlərini düzgün qiymətləndirmək üçün insan aydın mənəvi məsləkə, elmi dünyagörüşə malik olmalıdır.
Bəzən insan təsadüfi hadisələrə görə də utana bilər. Məsələn, onun normal saydığı hadisəni ətrafdakılar qəbul etmirsə o, bununla əlaqədar da utana bilər. Ətrafdakıların şəxs haqqında rəyi düzgün olmadıqda da utancaqlıq hissi əmələ gələ bilər. Lakin utancaqlıq vicdanın yerini tuta bilməz. Utancaqlıq şahid olarkən yaranır, lakin vicdan üçün şahid vacib deyil.İnsan öz hərəkətlərini təhlil edərkən, ona qiymət verərkən onun mənəvi məsləkləri və dünyagörüşü əsas amilə çevrilir. Öz hərəkətlərini təhlil edən insan bunun pis və ya ədalətli olub-olmamasını «öz arşını ilə ölçür». Lakin insanların düşüncə tərzi müxtəlif olduğu üçün bəzən pis iş görən insan nə utanır, nə də vicdan əzabı çəkir, o hətta öz hərəkətinə bəraət qazandırmağa çalışır. Belə insanlara elə gəlir ki, onların vicdanı təmizdir. Bəzən isə əksinə, insan səbəbsiz utancaqlıq hissi keçirir. Ədalətli hərəkət etdiyi halda ona elə gəlir ki, düz iş görmür, hamı onu qınayacaq. Öz hərəkətlərini düzgün qiymətləndirmək üçün insan aydın mənəvi məsləklərə, elmi dünyagörüşə malik olmalıdır. Öz məsləklərinə xəyanət edən insan vicdan əzabı çəkir. Bu öz əxlaqında və ya işdə yol verilən səhvlər nəticəsində də yarana bilər. Düşüncəli insan öz səhvinə görə vicdan əzabı çəkir. O, ürəyində də olsa öz kollektivi qarşısında sanki hesabat verir, səhvlərini boynuna alır, onları düzəltmək üçün yollar axtarır, gələcəkdə təkrar etməməyə çalışır. Vicdan əzabı emosional həyəcan hissi zamanı da yaranır.İnsanda vicdan hissinin formalaşması üçün müəyyən həyat təcrübəsinin olması zəruridir. Bu hissin formalaşması müəyyən yaş dövrünün yetişməsini tələb edir. Vicdan əzabı və utancaqlıq da bu qəbildəndir. Müasir dövrün insanlarından fərqli olaraq qədim dövrdə bu keyfiyyətlərin əldə edilməsi üçün kifayət qədər zaman ötüb keçib. Bu uzunmüddətli proses dəblərin, adət və ənənələrin formalaşması ilə paralel mövcud olub. Buna görə də o, bioloji deyil, ictimai köklərə malik olub, müəyyən şəraitdə və yalnız insanda olur. İnsanın mədəni həyatı zənginləşdikcə bu anlayış vaxtı keçmiş, lazımsız elementlərdən təmizlənir. Məsələn, ibtidai dövrdə istehsal qüvvələrinin aşağı səviyyədə olması, ağır həyat şəraiti qoca və xəstələrin öldürülməsi adətinin yaranmasına səbəb olmuşdu. Bunu edən ibtidai insan qətiyyən vicdan əzabı çəkmirdi. Lakin zaman keçdikcə, istehsal qüvvələrinin inkişafı nəticəsindəəmək qabiliyyəti olmayanların qayğısına qalmaq imkanı yarandı. Artıq nəinki belə hərəkətlər tənqid olundu, hətta bunu edənlər vicdan əzabı çəkməyə başladı. Vicdan əzabı insanın həyatında mühüm rol oynaya bilər. O, insanın mənəvi həyatına qəfildən daxil ola bilər, onun planlarını alt-üst edər və həyat yolunu kökündən dəyişə bilər. Qədim romalılar hesab edir ki, vicdan – on şahidə bərabərdir. Beləliklə, vicdan kateqoriyası qiymətləndirici xarakter daşıyır. İnsan dərk edəndə ki, yaxşı hərəkət edib, məmnunluq hissi keçirir, əksinə, pis iş tutanda vicdan əzabı çəkir. Vicdan aktiv və passiv xarakter daşıya bilər. Birinci halda vicdan insanı yaxşı işlər görməyə təhrik edir, ikinci halda isə yalnız pis işlər görməkdən saxlayır. Vicdanın aktiv və ya passiv olması tərbiyədən və insanın xarakterindən çox asılıdır. Vicdan əzabını həm utancaqlığın bir forması kimi, həm də şəxsiyyətin dərin emosional həyəcanları kimi nəzərdən keçirmək olar. Lakin bütünlükdə oxşarlığa baxmayaraq vicdan və utancaqlığı eyniləşdirmək olmaz. Utancaqlıq, qeyd edildiyi kimi, şahid tələb edir. Məsələn, insan dəbə uyğun geyinmədikdə də utancaqlıq hissi keçirə bilər. Halbuki o, bu geyimdə evdə sərbəst gəzə bilər, tanışlarla rastlaşmayacağına əmin olduqda da evdən belə çıxa bilər. Bəzən isə insan utancaqlıq hissi keçirdiyi halda vicdan əzabı çəkmir. Məsələn, kimsə avtobusda sizi itələdiyi üçün siz kiminsə ayağını tapdalamısınızsa, bu halda o adamdan üzr istəsəniz də vicdan əzabı çəkmirsiniz, çünki sizdə günah olmayıb. Çox vaxt vicdan bütün mənəviyyatın sinoniminə çevrilir. Ona görə də tez-tez belə ifadələrə rast gəlirik: «Sənin vicdanın yoxdur».Vicdanda qiymətləndirmə, hərəkətlər və qərar ətrafdakıların rəyi ilə deyil, borc hissi iləəlaqələndirilir. Vicdan tələb edir ki, insan heç kim görmədikdə, heç bir nəzarət olmadıqda, bu hərəkətdən heç vaxt heç kimin xəbər tutmayacağına əmin olduqda belə pis iş tutmasın. Vicdan insanın özü qarşısında məsuliyyətini tələb edir. Vicdan borcun yerinə yetirilməsinə səbəb olur. Bu halda deyirik: «mənim vicdanım sakitdir», və ya «təmizdir». Yəni insan öz öhdəsinə düşən işləri imkan dairəsində yerinə yetirir.
Etikada və ümumiyyətlə gündəlik leksikonda tez–tez işlənən ifadələrdən biri də «vicdan azadlığı»dır. Etikaya görə vicdan azad olmalı, azadlıq isə vicdanla yaşamaq kimi başa düşülməlidir. Ümumişlək mənada insanın mənəvi həyatı, daxili aləmi, məslək seçimi azad olmalıdır. Dar mənada bu, dini ayinlərə riayət etmə iləəlaqədardır.Vicdan, hər şeydən əvvəl ayrı-ayrı şəxslərə məxsusdur. Lakin «ictimai vicdan» haqqında da fikirlər mövcuddur. Kütləvi informasiya vasitələri, ictimai təşkilatlar ictimaiyyətin rəyini ifadə edir və formalaşdırır. Bu rəy adətən bitərəf və olduqca ciddi olur. Beləliklə, vicdan insanın bütün mənəvi həyatını fəallaşdırır, xeyirxahlıq və ədalətin təsdiqinin mühüm «mexanizmi» kimi çıxış edir.
«Vicdan» anlayışına Demokritin dövründə hələ rast gəlməsək də, «utancaqlıqdan» danışarkən, görünür ki, Demokrit məhz vicdanı nəzərdə tuturmuş: «Adam pis iş tutanda əvvəlcə öz-özündən utanmalıdır» söyləyən filosof, «Başqalarından utanmaqdan daha çox özündən utanmağı öyrən» tezisini irəli sürürdü (102, 196). Demokritin o fikri də məlumdur ki, yaxşı adam yalnız həmişə yaxşılıq edən adama deyil, ömründə bir dəfə də pislik haqqında fikirləşməyi bacarmayan və pis hərəkət etməyən adama deyilməlidir. Aristotel «Nikomax etikası»nda yazır ki, ağıl və vicdanı insana təbiət bəxş edib. Siseron «Allahların təbiəti» adlı traktatında bütün ümidlərini vtcdana bağlayır: «O hər hansı ilahi zəkadan asılı olmayaraq fəzilət və qəbahəti ölçüb-biçmək qabiliyyətinə malikdir. O olmasa – hər şey batar». Naturalist nəzəriyyənin nümayəndələri olan Darvin, Spenser, Leturno, Kropotkin vicdanı qeyri-ictimai, insanla bərabər heyvana da məxsus bir hadisə kimi nəzərdən keçirirdilər. Vicdanın mənbəyini ictimai instinktlərdə görürdülər.
Vicdanlı davranış əsas insani bir hərəkət , bir mənəvi keyfiyyətli doğruluğuna , prinsiplərinə riayət , sədaqət öhdəlikləri, fərz, subyektiv məhkum halda, düzgünlüyünə olan səmimiyyət başqaları qarşısında bir şəxs rəhbər tutur ki, o motivləri ilə əlaqədar özünü qarşısında borc kimi görülməlidir. Vicdanlı davranış əxlaqın ən vacib tələblərindən biridir . Vicdan sosial normalara riayət etməyə əsaslanan dürüstlüklə əlaqələndirilir və insanların bir-birlərinə olan inamının əsasını təşkil edir . Vicdanlı davranış tələbi, birgə fəaliyyətdəki hərəkətlərin qarşılıqlı əlaqələndirilməsindən və birlikdə yaşayan insanların ehtiyaclarından irəli gəlir.Etikada vicdanlı davranış anlayışı ən çox müqavilələrin bağlanması, mübadilə və əmlak münasibətləri ilə əlaqələndirilir Etika üçün faydalı bir yanaşma dürüstlüyü praktik olaraq faydalı bir keyfiyyət olaraq qiymətləndirir; Beləliklə, Benjamin Franklin “dürüstlük faydalıdır, çünki kredit gətirir” ; Max Weber " Protestant Etikası və Kapitalizmin Ruhu " adlı əsərində dürüstlüyün görünməsinin istənilən effekti əldə etdiyi bu yanaşma ilə həqiqi vicdanlı davranışı əvəz edə biləcəyini qeyd edir.İnsanlar fərqli vəziyyətlərdə bir şəxs üçün vicdanlı davranış ölçüsünün oxşar olacağına inanırlar ("dürüst insan həmişə dürüstdür" maksimumuna uyğun olaraq); eksperimental psixologiya göstərir ki, fərqli vəziyyətlərdə vicdanlı davranış arasındakı belə bir əlaqə sistematik olaraq yüksək qiymətləndirilir və əslində qərəzlidir."Daxili dürüstlük" anlayışı iki fərqli oxumaya sahibdir - öz-özünə hesabat vermə dürüstlüyü və ya aldatmağın mümkün olmadığı və vicdansızlığa görə cəzanın olmadığı şəraitdə ortaya çıxan bir hərəkətin dürüstlüyü. İkinci mənada daxili dürüstlük cəmiyyətdəki qanun və qaydalara uyğunluq səviyyəsi ilə əlaqədardır.Vicdanlı davranış həm həqiqətdən zəif bir şəkildə ayrılan bir keyfiyyət, həm də əhəmiyyətli dərəcədə fərqli bir anlayış kimi qəbul edilə bilər. Beləliklə, doğruluq yalnız məlumatların etibarlılığı ("əslini söyləmək istəyi") və dürüstlük, davranışın ümumi qiymətləndirilməsi ("əxlaqi prinsiplərə əməl etmək, vicdanlı davranış qaydalarını başa düşmək") ilə əlaqəli olaraq başa düşülə bilər; eqoist niyyətlər olmadığı təqdirdə yoldan çıxarmaq, niyyət vicdanlı davranışa zidd hesab edilə bilər. Anketlər dürüstlüyün müasir rus cəmiyyətində həqiqətdən daha çox qiymətləndirildiyini göstərir.Vəziyyəti nəzərə almadan tamamilə dürüst olmaq, nəzakətsiz hesab edilə bilər . Dürüstlükdən uzaqlaşmaq, insanın dürüstlüyünə zidd olmayan əxlaqi davranış kimi qəbul edilə bilər, bəzi hallarda dürüstlüyün həmsöhbət üçün travmatik ola biləcəyi ehtimal olunur.
Dostları ilə paylaş: |