Xidməti etika – peşə etikasının ən geniş anlayışa malik qoludur. Xidməti etika dedikdə ümumi normalara riayət edilməsi və hər hansı bir şəxsin öz iş mühitində riayət etməliı olduğu qayda və qanunlar nəzərdə tutulur. Bu normalara isə başlayan hər kəs əməl etməlidir. Adını çəkdiyimiz normalar kəmiyyətcə o qədər də çox deyil. Başqa cür ifadə etsək xidməti etika bir insanın iş mühitində əməl etməli olduğu qayda-qanunlar toplusudur. Xidməti etika əsasən XX əsrin sonlarına döğru Qərb ölkələrində, işgüzar dairələrin, ayrı-ayrı təşkilatların fəaliyyətində, sosial məsuliyyətin artırılması məqsədi ilə meydana gəlmişdir. Buna səbəb olaraq işçilər arasında etik dəyərlərə münasibətin zəifləməsi göstərilir. Məhz elə bu sada-ladıqlarımızın nəticəsidir ki, bu gün xidməti etika, biznes eti-kası anlayışı qədər aktuallaşmışdır. Xidməti etikanın bəzi funk-siyaları vardır ki, bu funksiyalar iş mühitinin sağlam formalaş-masına təsir göstərir. Bunlar aşağıdakılardır: Fərdi deyil, kollektivin mənfəəti üçün çalışmaq; - Düzgün psixoloji mühit yaratmaq; - Yüksək iş keyfiyyətini təmin etmək; - Kollektivin sosial problemlərini həll etmək. Təhlili: 1. ”Mən” duyğusu yox biz duyğusu təbii ki, hər bir insanın daxilində kollektiv şüur dediyimiz bir hiss olmalıdır. Yəni əgər müəssisənin, təşkilatın ümumi mənfəəti üçün iş görülürsə, burada şəxsi maraqlar arxa plana keçir; 2. Kollektiv daxilində, iş mühitində işçilərarası çəkişmələr, birinin dediyi sözün digərinin boğazından keçməməsi kimi hallar iş mühitində gərgin psixoloji mühit yaradır. Lakin işçilərin bir-birilərinin fikirlərinə hörmət etməsi, lazım gəldikdə güzəştə getməsi gərgin iş atmosferinin aradan qaldırılmasına yardımçı olur; 3. Təbii, sağlam iş mühiti təşkilatın məqsədinə daha effektiv, daha səmərəli çatmağa imkan verir; 4. İş mühiti bir ailədi prinsipi ilə hərəkət edərək çalışanlar birbirilərinin problemlərini bilməli, ailə və sosial həyatdakı çətinlikləri bölüşməli və problemi aradan qaldırmağa yardımçı olmalıdır. Sağlam iş mühitinin qorunub saxlanmasında işçinin davranışının jesti, mimikası çox böyük rol oynayır. Məsələn, hər bir insan iş gününə başlayanda başlanğıc motiv olaraq həmişə ev əhval-ruhiyyəsi, yəni necə istirahət etməsi, ailə münasibətləri ona təsir göstərir. Belə olduğu halda evdə baş vermiş hadisələr unudulmalı və yüksək əhval-ruhiyyə ilə iş gününə başlanmalıdır. İş gününə başladıqda əgər iş atmosferinin yaxşı olması tələb olunursa o zaman ilk olaraq təbəssüm faktorundan istifadə etmək lazımdır. Bu yolla siz qarşınızdakı insanlara pozitiv enerji verir, həmçinin iş yoldaşlarınızın sizə qarşı isti münasibət bəsləməsinə nail olursuz. Digər bir faktor isə “Laqeyd olma”başlığı altında xarakterizə oluna bilər. Yəni işçi kollektivdəki insanlara qarşı laqeyd olmamalıdır. Onların fikirlərinə hörmət etdiyni, hər zaman kömək etmək istədiyini hiss etdirməlidir. Qısa şəkildə desək ünsiyyətçil olmalıdır. Bütün bu dediklərimizi aşağıdakı başlıqlar altında qeyd etmək olar: - Həqiqətən digər insanlarla maraqlanın; - gülümsəyin ola bilər qarşılığı yoxdur, amma çox iş görür. Təbəssüm onu əldə edəni xöşbəxt edir, eyni zamanda təbəssümü hədiyyə verənlər heç vaxt bədbəxt olmurlar; yadda saxlayın ki, insanın adı onun üçün istənilən dildə ən şirin və əhəmiyyətli səsdir; - yaxşı dinləyici olun. Digər insanlara özləri haqqında danışmağa imkan verir; - qarşınızdakını maraqlandıran bir şey haqqında danışın. Xidməti etikanın bəzi qaydaları vardır ki, bunlar praktiki cəhətdən ümumi qəbul olunmuşdur: - söz vermisənsə yerinə yetir; - əmin deyilsənsə söz vermə; - bilmədən işçilərin işlərinə qarışmayın; - başqalarının düşüncəsinə hörmət edin; - hətta mənasız görünən fikirlərə qarşı ədalətli olun. Onları sərt tənqid etsəniz gələcəkdə lazımi təkliflərdən də məhrum ola bilərsiz; - yox deməyi bacarın; - başqalarının yanında işçilərdə nöqsan tutmayın; - mədəni işçi birinci özü salamlaşır. Salamlaşarkən salamlaşdığınız insanın əlini möhkəm sıxın; - təvəzökar olun bu təkcə bəzək deyil, ağıllı olmaq olar, ancaq təvəzökar olmasanız müdrik ola bilməsiniz.