İnsanlar ilk dəfə bir insanı görəndə onun xarici görünüşünə diqqət yetirirlər. Geyim üzrə məsləhətçi Debra Qay Koks qeyd edir ki, “İnsanlar sizə baxarkən onların öz qarşılarında gördüklərinin 90% sizin geyimlərinizdir.” Geyim ətrafındakılara təsir edir. Təsadüfi deyilmir ki, insanda birinci onun xarici görünüşünu, sonra danışığına görə daha sonra kabinetinin interyerinə görə mühakimə edirlər. Görünüş bir qayda olaraq insa-nın daxili, mənəvi məzmununu əks etdirir. Koks deyir ki, bizim geyimimizə bir baxışla bizim kim olduğumuzu, harada yaşadığımızı müəyyənləşdirirlər. İnsanın mədəniyyəti onun geyimində əks olunur. Geyim insanın vizit kartı hesab olunur. Geyim ünsiyyət tərəfdaşlarına insan haqqında, onun zövqü, hansı sosial və peşəkar təbəqəyə aid olması haqqında məlumat verir. Zövqlə seçilmiş geyim, aksessuarlar və səliqəli görünüş onu daha inamlı edir. Təsadüfi deyil ki, Rokfeller öz biznesinə başlamaq üçün axırıncı puluna bahalı kostyum almış və qolf klubunun üzvü olmuşdur. Geyinmək bacarığı, otağa daxil olmaq və tənzim etmək qabiliyyətindən daha vacibdir. Qədimlərdə deyirdilər ki, geyim qədər heçnə gözə görükmür. Bir sahibkara ilk dəfə baxarkən dərhal özü və rifah barədə təəssürat yaranır. Geyimlərin rəngləri də böyük əhəmiyyət daşıyır. Rənglərin təsiri güçlü bir psixoloji qıcıqlandırıcıdır. Onlar sakitləşdirə bilər, tərəfdaşları müsbət emosiyalara kökləyə bilər. Müasir psixodiaqnostikada geniş tanınan rəng testinin yaradıcısı M. Lyuşerə görə hər bir rəngin öz psixoloji mənası vardır. Bu yerli psixoloqlar tərəfindən də təsdiqlənir. Geyim mütləq yerə, vaxta, tədbirin xarakterinə uyğun olmalıdır. Onu düzgün geyinmək lazımdır. Kostyum nə qədər açıq olsa onun keyfiyyəti bir o qədər yüksək olmalıdır. Geyim bir iş adamının xarici simasını əks etdirir.Bu şəxsiyyətlərarası münasibətlərdən narahat olan insanların diqqətini cəlb edir. ”Geyimin dili” kitabının müəllifi Elison Lurenin sözlərinə görə moda bir işarə dilidir, qeyri-şifahi ünsiyyət sistemidir.Sosioloqlar qeyd edirlər ki,moda işarə dili və qeyriverbal əlaqə sistemidir. Kişilərin geyimində əsas kostyumdur. Ən geniş yayılmış kişi kostyumlarından ingilis, avropa, amerika üslublarıdır. Ümumi qəbul olunmuş kostyum rəngləri göytünd göy, boz, qəhvəyi rənglərdir. Açıq rənglər minimum hökm nümayiş etdirir. Təntənəli hadisələr üçün qara rəngə üstünlük verirlər. Pencəkdə üstən tikilən yan ciblər çanağı iri göstərir. Beldən aşağı düymələnən pencəklər bədəni uzun, ayaqları gödək göstərir. Ayaqları qısa olan kişilər uzun pencəklər daşımır. Rəsmi görüşlərdə kişi pencəyi düymələnmiş olmalıdır. Kabinetə daxil olarkən, ali kürsüdə oturarkən, yığıncağa gedərkən məruzə edərkən və qəbula gedərkən teatra və s. pencək düymələnmiş olmalıdır. Buna baxmayaraq lazımi düyməni bağlamırlar, əlbəttə ki, düymə tək deyilsə. Masa arxasında səhər yeməyi, nahar, şam yeməyi zamanı, kresloda oturarkən pencəyin düymələrini açmaq olar. Qış mövsümündə müasir işgüzar kişilər köynək əvəzinə sviterlərə üstünlük verirlər. Belə halda pencəyi iş vaxtı düymələməmək olar. Əlləri cibdə saxlamaq qəbahət hesab edilmir. Belə halda kişi özünü daha rahat və işgüzar hesab edir. Müxtəlif tədbirlər üçün işgüzar kişilərin ən azı üç kostyumu, müxtəlif rənglərdən ibarət olan 12 ədəd pambıq köynəyi olmalıdır. Köynəklərdə incə zolaq və damalar qəbul ediləndir. Köynəyin qolları uzun yaxası klassik olmalıdır. Lakin qeyri-standart boynu və üz forması olan kişilərüçün yaxa seçimi vacibdir. Uzun arıq boynu olan qamətli kişilərdə ensiz və ya uzun iti uclu köynək yaxaları gizlədilməli olan cizgiləri qabardır. Onlara daha çox enli yaxalı köynəklər yaraşır. Belə köynəklər boynu daha enli göstərir. Qısa boyunlu üzü dolu kişilər ensiz yaxası olan köynəklərdə daha effektiv görünürlər. Hündür boğazlı və ilməkli köynək yaxalığı orta boyunlu kişilər üçün daha yaxşıdır. Köynək və pencəklərdə eyni zamanda idman və hərbi elementləri olan böyük ciblər qəbul edilmir. Tutaq ki, bir böyük cib. Adətən cibdə onu tikən şirkətin işarəsi və yaxuda emblemi olur. ”Uğur üçün geyim” kitabında Con Molloy yazır: “Əgər mənim yazdıqlarımı ciddi qəbul etmək niyyətindəsinizsə onda heç vaxt həyatınız boyu işgüzar görüş zamanı sadə bir kuryer və ya bir şirkətin başçısı kimi son zamanlarda işləməyinizdən asılı olmayaraq qısa qol köynək geyinməyəcəksiz.” Qısa qol geymək orta təbəqənin, aşağı sosial sinfin simvoludur və bu səbəblə psixoloji olaraq hörmət və güc hisslərini ortaya qoya bilməz. Eleqant köynəklər mütləq cibsiz olmalı, amma əgər varsa ona heçnə qoymaq olmaz. Köynəyin yaxası ucuz köynəklərdə olduğu kimi qalstuka bağlı qalmalıdır. Köynəklərin manjeti sadə olub bir və ikili (fransıca) düymələrlə bağlanılır. Belə manjetlərin genişliyi və detalları sayəsində əllər uzun görünmür. Düymələrin əvəzinə istifadə edilən aksessuarlar mümkünsə incə təbii rəngli daşlardan, qızıl və gümüşdən olmalıdır. Sünii materiallar qəbul edilə bilməz. Qalstuk kişilərin gündəlik iş geyimlərinin əsas hissəsidir. O fərdiliyi əks etdirir. Qalstuk kişi qarderobunda yeganə şeydir ki, birmənalı olaraq bəzək kimi istifadə olunur. Qalstukun eni, uzunu, forması və ölçüsü dəbə tabe olur. Rəngi, təsviri kostyumdan, yerindən, günün vaxtından asılıdır. Qışda, tünd və dəri tonlardan, yayda isə rəngli, parlaq tonlardan istifadə edirlər. Hər mövsüm öz manerasını, rəngini diktə edir. Qalstuklar mühüm məlumatları digər insanlara çatdırır. Rəng və təsvir onun sahibinin əhvalruhiyyəsindən danışır. Qalstuklar elə seçilməlidir ki,onlar gözə çarpmasın. İstirahətdə olarkən üzərində insan və heyvan təsvirləri olan qalstuklardan istifadə edilməsi müvafiqdir. Qalstuk üçün bənövşəyi, yasəmən, çəhrayı, parlaq, qırmızı tövsiyə edilmir. Qara qalstuk yas mərasimlərinə uyğun gəlir. Yalnız qalstuk deyil, ayaqqabıda kişinin ictimai statusuna və uğruna işarədir. Təbii dəridən olan şunurlu yüngül yarım çəkmələr kostyumu tamamlayır. Məs. Şunurlu qara çəkmələr, şunurlu qara dəridən olan klassik yarım çəkmələr və s. bir nömrəli təbii dəridən sadə stildə hazırlanmış makasinlərdə mümkündür. Yüksək dabanlı və laklı ayaqqabılar geyinilmir. Kostyumun rəngi qadının cazibəsini qaldıra və ya aşağı sala bilər. İş qadınlarının geyimlərinə olan tələblər prinsip etibarı ilə işgüzar kişilərin geyimlərinə olan tələblərdən fərqlənir. Bununla belə işgüzar etiket qadınlara sərt kişi standartlarından kənara çıxmağa imkan verir. İşgüzar qadın kostyumu ənənəvi rənglərdə (qırmızı, sarı, qəhvəyi, yaşıl, göy, ağ, qara) ola bilər, Təzadlı və parlaq rənglər istisna olmaqla. İşgüzar paltarların ən yaxşı rəngləri tünd göy, qəhvəyi, tünd qəhvəyi, açıq göy və s. olur. Son zamanlar işgüzar qara kostyumlar təxirə salınır. O gündəlik əmək fəaliyyətindən fərqli olaraq daha təntənəli xarakter daşıyır. Konfranslar, idarə heyətinin iclasları və digər tədbirlər üçün uyğundur. Qadınların geyimi hadisələrin xarakterinə, yerinə, vaxtına uyğun olmalıdır. Onu düzgün geyinmək lazımdır. Misal üçün gündüz vaxtlarda geçə paltarlarında qonaq qəbul etmək və ya qonaq getmək qəbul olunmur. Bu münasibətlə ətək və pencəyi çıxmaq şərtilə zərif paltar və ya paltar kostyum uyğun gəlir. Olan geyimi bir-birinə uyğunlaşdırmaq yaxşı zövq tələb edir. Dəst olaraq ona yeni ətək, şərf, yaylıq əlavə etmək olar. Dəri kəmərlə geynilən ətək kostyumun rənginə uyğun olmalıdır. Bir iş qadını ucuz sallanmış və ona yaraşmayan jaket geyinməməlidir. Sallanmış formasız çiyinlər iş zamanı əzgin və köməksiz görünür. Ona görə böyük olmayan çiyindən istifadə olunur. Bununla yanaşı yadda saxlamaq lazımdır ki, bu çiyinlər boynu dartır. Düymələnmiş jaket rahat və ölçüyə uyğun olmalıdır. Əgər qadının beli uzundursa kəmərin rəngi köynəyin rənginə, qısadırsa ətəyin rənginə görə seçilir. Beli uzun olan qadınlar uzun jaketlər, qısa aşağı olanlar üçün qısa jaket məsləhət görülür. Köynəklər sadə, eleqant və bahalı görükməlidir. Köynəklərin mürəkkəb dizaynı iş jaketi ilə harmoniya yaradır. Güpür köynəklərə xüsusi bir gözəllik verir. Şəffaf və bədənə yapışan köynəklər yalnız jaket altından geyinməyə yarayır.