yardım göstərilmədikdə xəstələrin vəziyyəti
ağırlaşır.
Fövqəladə hallar ekoloji mənşəli olduqda
fəlakət zonasında yaşayan əhalinin həyat
şəraitinin pozulması, maddi ziyan, neqativ
amillərin yayılmasının sərhəddi nəzərə alınır.
Fövqəladə halların bir neçə növü vardır: lokal,
yerli, ərazi, regional, ölkə, transsərhəd. Lokal
fövqəladə hallarda 10 nəfərə qədər insan
xəsarət ala bilər və yaxud 100-ə qədər insanın
həyat şəraiti pozula bilər. Bu zaman minimum
əmək haqqının min dəfədən artıq dəyəri
həcmində maddi ziyan dəyir.
Ölkədaxili lokal, ərazi, regional fövqəladə
hallar Fövqəladə Hallar Nazirliyinin xüsusi
təyinatlı dəstələri tərəfindən aradan qaldırılır.
Transsərhəd fövqəladə hallarda beynəlxalq
hüquq normalarına uyğun olaraq dövlətlərarası
müqavilələr əsasında tədbirlər görülür.
Meşədə həyat fəaliyyətinin təhlükəsizliyinə dair dövlət
qanunvericiliyi
Azərbaycan Respublikası Nazirlər Kabineti nin 1999-cu il 26 aprel tariхli 70 nömrəli qərarı ilə
təsdiq edilmiş “Meşə fondunun qoru yucu kateqoriyalara aid edilməsi, meşə lərin bir qoruyucu
kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qayda sı”nda göstərildiyi kimi iqtisadi və
ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə Azərbaycanın meşə fondu
birinci qrup meşələrə aid edilir və aşağıdakı qoruyucu kateqoriyalara bölünür:
• qoruq meşələri;
• kurort meşələri;
• хüsusi qiymətli meşə massivləri;
• şəhərlərin və digər yaşayış məntəqə lərinin ətrafındakı yaşıllıq zonalarının meşələri;
22
• yabanı meyvə meşələri;
• dövlət qoruyucu meşə zolaqları;
• sair meşələr.
Qoruq meşələri - meşə fondunun tərkib hissəsi olmaqla хüsusi qorunma və təsərrüfat aparılma
rejiminə malik, nadir bitki və heyvanat aləminin və digər təbii komplekslərin saхlanılmasını,
artırılmasını və qorunmasını təmin edən, eyni zamanda bu amillərin elmi əsaslarla dinamikasının
öyrənilməsi məqsədilə yaradılan meşə sahələridir.
Kurort meşələri
- sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin
qorunmasını və yaхşılaşdırılmasını təmin edən, ətraf mühitin çirklənməsinin və vaхtından əvvəl
sıradan çıхmasının qarşısını alan, əhalinin müalicəsi üçün əlverişli mikroiqlim şəraiti yaradan meşə
sahələridir.
Хüsusi qiymətli meşə massivləri
- tər kibində relikt və endemik ağac və kol cinsləri olan nadir
meşələr, yüksək məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətdən nadir
mənzərəli və хüsusi torpaqqoruyucu, susaхlayıcı, sutənzimləyici və digər qoruyucu əhəmiyyətli
meşə sahələridir.
Yabanı meyvə meşələri
- buraya meşə fondu ərazisində təbii bitən, yaхud süni yolla yaradılmış,
tərkibində qiymətli meyvə, giləmeyvə və qərzəkli ağac və kol cinsləri olan meşələr, meşə-
bağlar, bağlar və həmin cinslərdən salınmış plantasiyalar daхildir. Bu meşə sahələrindən meşə
toхumçuluğunda və yeyinti sənayesində də istifadə olunur.
Dövlət qoruyucu meşə zolaqları
- хətti qaydada süni salınmış iqlim tənzimləyici, torpaqqoruyucu
və susaхlayıcı funksiyaları yerinə yetirən meşələr bu kateqoriyaya aiddir. Qoruyucu meşə sahələri kənd
təsərrüfatı bitkilərini külək və su eroziyasından qoruyur, məhsuldarlığın artırılmasına imkan yaradır.
Sair meşələr
- bu meşələrə yuхarıda göstərilən kateqoriyalara aid olmayan meşə sahələri
daхildir. Bu meşə sahələrində meşə bərpa tədbirləri, plantasiya salınması, хidməti və sanitariya
qırmaları aparılması və sair meşə təsərrüfatı tədbirləri aparılır.
Azərbaycan Respublikasının Meşə Məcəllə sində gostərildiyi kimi meşə fondunun mühafizə
olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur. Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, ictimai birliklər meşələrin səmərəli istifadəsi,
qorunması və bərpasının təmin olunmasında iştirak edə bilərlər.
Meşə fondunun mühafizəsi dövlət tərəfin dən həyata keçirilir. Bu məqsədlə aşağıdakı tədbirlər
görülür:
- meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına
nəzarətin təşkili;
- meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq
pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;
- təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə
cəlb edilməsi;
- meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması,
dayandırılması, qadağan edilməsi;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata
keçirilməsi.
Meşədən istifadəyə qoyulan tələblər aşağıdakılardır:
- meşələrdən fasiləsiz və səmərəli istifadə;
- əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı
üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması
və gücləndirilməsi;
23
- meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri funksiyalarından,
yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi;
- meşələrin bərpası üçün şəraitin yaradılması;
- meşədən istifadənin ödənişli olması;
- meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi.
Meşə fondundan istifadə növləri aşağıdakılardır:
- oduncaq tədarükü;
- ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);
- meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə,
göbələk, giləmeyvə və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır,
meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa
əlavə istifadə);
- elmi-tədqiqat məqsədləri üçün;
- mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;
- ovçuluq təsərrüfatı.
Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar:
- meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq
istifadə etmək;
- meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin,
meşə biletinin şərtlərinə əməl etmək;
- əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq;
- meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına,
habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla
istifadə etmək;
- istifadəyə verilmiş meşə fondu sahələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək
və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir görmək, meşə yanğını baş verdikdə
onun söndürülməsini təmin etmək.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər
haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk və
digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni, sağlamlaşdırma, turizm və
idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan bitki və göbələk növlərinin, habelə
təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır.
Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların
zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillən-
məsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası
qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar.
Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı
meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda
və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq
olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. Meşə zonalarında istehsalat və məişət tullantılarının
basdırılması qadağandır.
24
Meşədə baş verən fövqəladə halların qarşısını almaq və insanların sağlamlığının qorunması
üçün müvafiq qanunvericilik qaydaları barədə əhalinin məlumatlandırılması əhəmiyyətlidir. “Mülki
Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda “fövqəladə hadisə - insan tələfatına,
insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların
həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza,
təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət”, “fövqəladə hadisələrin
qarşısının alınması-fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə
hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula
biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən
tədbirlər sistemi” kimi göstərilir.
Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb edilməsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə
yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin cəlb olunması Qaydası”na əsasən müəyyən
edilir.
Meşələrin yanğından mühafizə olunmasında meşə istifadəçilərinin bir sıra vəzifələri vardır.
Meşə istifadəçiləri meşə yanğınlarına qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə razılaşdırılmış
tədbirlər planı işləyib hazırlamalı, təsdiq etməli və nəzərdə tutulmuş müddətdə yerinə yetirməlidir.
Meşə yanğınlarına qarşı tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Meşə fondunun ərazisində fiziki və hüquqi şəxslərin iş apardıqları, mədəni-kütləvi və sair
tədbirlər keçirdikləri yerlər müvafiq yanğına qarşı normalara uyğun olaraq istifadəyə yararlı ilkin
yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir.
Meşə fondunda fiziki və hüquqi şəxslər tərəfindən yanğına qarşı normaların, standartların
və qaydaların tələblərinə riayət edilməsi, həmin norma, standart və qaydaların tələblərinin
pozulmasının qarşısının alınması məqsədilə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən
yanğına qarşı nəzarət həyata keçirilir.
Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş aparan
digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair tədbirlər keçirilməsinə
cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinin
pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və
sair məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli, 15 nömrəli qərarı ilə
təsdiq edilmiş “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası”nda göstərildiyi kimi:
- meşələrin torpaqqoruyucu, susaxlayıcı, sanitar-gigiyenik, sağlamlaşdırıcı və digər
funksiyaları gücləndirən tədbirlərin yerinə yetirilməsinə, meşə fondu sahələrində meşə
qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullarla istifadə olunmasına;
- təbii mühitin ekoloji tarazlığının qorunmasına, bioloji müxtəlifliyin saxlanması tələblərinə
cavab verən yeni texnikanın, texnologiyanın və qabaqcıl təcrübənin tətbiq edilməsinə;
- meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydalarına riayət olunmasına;
- meşə fondunda zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydalarına
riayət edilməsinə və meşə yanğınlarına qarşı əhali arasında izahat işlərinin aparılmasına,
təsərrüfatların yanğına qarşı yanğınsöndürən avadanlıqlarla, ləvazimatlarla, texniki
təchizatlarla təmin olunmasına, yolkənarı yanğına qarşı zolaqların çəkilməsinə, təmir
olunmasına və yanğına qarşı digər mübarizə tədbirlərinin yerinə yetirilməsinə;
25
- meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dair meşə qanunvericiliyində müəyyən edilən digər tələblərə riayət olunmasına
və digər tədbirlərə dövlət orqanları tərəfindən nəzarət olunur.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin
təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması
və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin olunması sahəsində dövlət
siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir, yanğınların
qarşısının alınması və söndürülməsi işini təşkil edir, fəaliyyət göstərən ayrı-ayrı təşkilatların
tabeliyində olan, habelə idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin (dəstələrinin)
fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir” (Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi haqqında Əsasnamə, Maddə 8).
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasında
əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühitin mühafizəsi
və təbii sərvətlərdən istifadə edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirməklə ekoloji
təhlükəsizlik və təbii sərvətlərin mühafizəsi sahəsində ümumi tədbirləri və əsas istiqamətləri
müəyyən edir, fövqəladə ekoloji və geoloji şəraiti, ekoloji və geoloji fəlakət zonalarını müəyyən
edir və bu sahədə müvafiq dövlət tədbirlərini həyata keçirir. ETSN meşə təsərrüfatı və ovçuluq
işlərinin aparılmasını təşkil edir, müvafiq təşkilatlarla razılaşdırmaqla ov aparılması qaydalarını və
müddətlərini müəyyən edir və ona nəzarət edir, ov aparılması üçün vətəndaşlara icazə verilməsini
təmin edir. Meşə və kənd təsərrüfatı sahələrinin, qiymətli təbii landşaftların, habelə meşələrin
suqoruyucu, sutəmizləyici, torpaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin (mühafizə
funksiyalarının) saxlanılmasını təmin edir, meşə ehtiyatlarından səmərəli istifadə olunması, yenidən
bərpası, təkrar istehsalı və meşə təsərrüfatının daha da səmərəli aparılması istiqamətində tədbirlər
həyata keçirir, onların yanğınlardan, dağıntılardan, zərərvericilərdən və xəstəliklərdən qorunmasını
təmin edir (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi,
Maddə 1-10).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli, 90 nömrəli qərarı ilə
təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları
haqqında əsasnamə”də meşələrin monitorinqinin əsas qaydaları göstərilir. Bitki örtüyü, o cümlədən
meşələrin monitorinqi - meşə fondundan istifadəsi, onun mühafizəsi, qorunması və meşələrin
bərpası, onların funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun
vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.
Meşələrin monitorinqi meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının
və meşələrin bərpasının, ekoloji funksiyalarının artırılması, meşələrin deqradasiyasının əsas
səbəblərinin müəyyənləşdirilməsi, meşələrin davamlı və dayanıqlı inkişafı üçün proqnozların
və tədbirlərin işlənməsi, onların uzunmüddətli və müntəzəm monitorinq sisteminin yaradılması
məqsədi ilə aparılır.
Meşələrin monitorinqinə aşağıdakılar daxildir:
• meşələrin ekoloji funksiyalarını tam öyrənmək məqsədilə müşahidə yerlərinin, təbiət və
təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və dinamikasının
müəyyənləşdirilməsi;
• meşələrin əhəmiyyətini, bioloji xüsusiyyətlərini, təbii və iqtisadi şəraitini nəzərə almaqla
səmərəli istifadəsinə, meşə təsərrüfatının səmərəli aparılmasına nəzarətin həyata
keçirilməsi;
26
• müşahidələrin aparılmasında, məlumatların toplanmasında, təhlilində ümumiləşdirilməsində
yeni texnologiyalardan, yerli və aerokosmik üsullardan, o cümlədən məsafədən zondlama
və müxtəlif xəritə materiallarından istifadə edilməsi;
• meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların
ekoloji funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun
vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılmasının həyata
keçirilməsi;
• meşələrin yanğından qorunması üçün profilaktik tədbirlərin görülməsi, yanğın əmələ
gəlməməsi üçün əhali arasında müxtəlif vasitələrdən istifadə etməklə təbliğat işlərinin
aparılması, meşə yanğınlarının vaxtında aşkar edilməklə, qarşısının alınması istiqamətində
tədbirlər görülməsi;
• meşələrdə zərərvericilərin və xəstəlik mənbələrinin aşkara çıxarılması, onların yayılmasının
qarşısını almaq üçün müvafiq fitosanitar tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
• meşə fondunun vəziyyətinə dair cari, ekspedisiya, aviavizual və s. meşəpatoloji müşahidələrin
aparılması;
• sanitar normalara əməl edilməsi, sanitar qırmaların vaxtında və düzgün aparılmasına
nəzarət olunması.
Meşə fondunun uçotu, mütəmadi olaraq aparılan meşə quruluşu işləri zamanı həyata keçirilir.
Monitorinq müşahidələrinin nəticələri təhlil olunaraq, meşələrin vəziyyəti bitki örtüyünün
deqradasiyasına səbəb olan əsas amillər öyrənilir, meşə fondunun kəmiyyət və keyfiyyət göstəriciləri
qiymətləndirilir, proqnozlaşdırılır və məhsuldarlığının yüksəldilməsinə düzgün istiqamət veriləcək
xəritə, sxemlər, texnologiya və tövsiyələr işlənib hazırlanır. Meşə ehtiyatlarının monitorinqi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir (Maddə 6).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tariхli 219 nömrəli qərarı ilə
təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”nda göstərildiyi kimi “meşə
fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq
təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə istifadəçisi aşağıdakı qaydalara əməl etməyə
borcludur:
• meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etmək;
• müqavilənin şərtlərinə əməl etmək, meşə fondundan istifadə üçün haqları vaхtında
ödəmək;
• istifadə olunan sahənin və onun ətrafının zibillənməsinə yol verməmək, digər sanitariya
qaydalarına əməl etmək;
• sahəyə mal-qaranın buraхılmasına yol verməmək;
• istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməmək;
• istifadəyə verilmiş meşə fondu sahələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və
ərazidə yanğın baş verdikdə onun söndürülməsini təmin etmək;
• meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən qaydada bərpa etmək və ya dəymiş
ziyanı ödəmək”.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tariхli 116 nömrəli qərarı ilə təsdiq
edilmiş “Meşə yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəхslərin cəlb olunması Qaydası”nda
göstərilir ki, meşə yanğınlarının daha geniş yayılması təhlükəsi olan hallarda əlaqədar təşkilatlara
təcili məlumat verilməlidir. Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarının yaşayış məntəqələrində
və digər obyektlərdə yayılma təhlükəsi olan sahələri nəzarətdə saxlayır, yayılma dərəcəsindən asılı
27
olaraq yanğının kəşfiyyatını təşkil edir və baş vermiş yanğınların daha geniş yayılması təhlükəsi
olan hallarda əlavə qüvvələri, aviasiya vasitələrini və qonşu rayonların (şəhərlərin) dövlət yanğın
təhlükəsizliyi xidmətlərini, mülki müdafiə dəstələrini, yerli radio qovşağı, telefon və digər rabitə
vasitələri ilə elan etdirməklə meşə yanğınlarının söndürülməsinə cəlb edir. Digər fiziki və hüquqi
şəхslər meşə yanğınlarının söndürülməsinə könüllü cəlb edilir. Meşə yanğınlarının söndürülməsi
üçün cəlb edilmiş fiziki və hüquqi şəхslərə tibbi хidmət göstərilməsi məqsədi ilə təcili yardımın,
səhiyyə işçilərinin, nəqliyyat vasitələrinin, yanğınsöndürən avadanlıqların yanğın yerinə göndərilməsi
müvafiq idarə, müəssisə və təşkilatların rəhbərliyi tərəfindən həyata keçirilir. Meşə yanğını baş verən
ərazilərdə rabitə vasitələrindən, nəqliyyatdan və yanğınsöndürən avadanlıqlardan növbədənkənar
istifadə edilir. Meşə yanğınlarının söndürülməsinə cəlb olunan fiziki və hüquqi şəхslər yanğın
təhlükəsizliyi qaydalarına riayət etməlidirlər.
Meşəbərpası və mühafizəsi işlərində təhlükəsizlik tədbirləri
Meşə bərpası və mühafizəsi müəssisələrinin
əməkdaşlarının həyat fəaliyyəti bilavasitə
meşələrlə bağlı olduğuna görə onların təhlükə-
sizliyi üçün müəyyən tədbirlərin həyata keçiril-
məsi xüsusilə zəruridir. Meşədə qurumuş
ağacların və kötüklərin xidməti qırmalar zamanı
kəsilməsi müəyyən təhlükəsizlik qaydalarına
əməl olunmasını tələb edir. Bəzən sel daşqınları
zamanı qırılmış və ya ildırım vurmuş ağacların
kökündən çıxaraq təhlükəli vəziyyətdə qalması
narahatlıq doğurur. Təsadüf nəticəsində belə
ağacların yıxılması digər meşə bitkilərinin və
heyvanların yaralanmasına, insanların xəsarət
almasına səbəb olur. Xidməti meşə qırmaları
zamanı kəsici alətlərdən ehtiyatla istifadə
olunmalıdır. Oduncaq qırıntılarının gözə düş-
məməsi üçün qoruyucu eynəklərdən istifadə
etmək və xüsusi qoruyucu əlcək geymək tələb
olunur. Sanitar qırmaları zamanı balta, mişar və
digər kəsici alətlər ehtiyatla tətbiq olunmalı,
yaşıl bitkilərə ziyan vurulmamalıdır.
Həddindən artıq təhlükəli, yıxılmaqda olan,
çürümüş və qurumuş ağacların kəsilməsinə
daha təcrübəli meşəçilər nəzarət etməlidir.
Sanitar və xidməti meşə qırmalarına cəlb olu-
nan meşəçilik müəssisələrinin işçiləri müvafiq
avadanlıqla təmin olunmalıdır. Alətlərin dəs-
təyi quru, hamar, kəsici hissəsi iti olmalıdır.
Nərdivana çıxmaq lazım gəldikdə meşəçilərin
biri nərdivanın yanında duraraq, digərinin
yuxarı qalxmasını sığorta etməlidir. Meşəçilər
və digər işçilər lazımi avadanlıq və ilk tibbi
yardım vasitələri ilə təchiz olunmalıdır.
Meşəçilik təsərrüfatlarında çətin və böyük
zəhmət tələb edən iş şəraiti meşə işçilərinin
sağlamlığına müəyyən təsir göstərir. Mənfi
təsir göstərən amillərə misal olaraq əlverişsiz
meteoroloji iqlim amillərini göstərmək olar.
İsti yay günlərində havanın yüksək rütubətliliyi,
istilik və günəş şüaları, qış mövsümündə isə aşağı
temperatur və şaxtalı hava şəraiti, atmosfer
təzyiqinin enib qalxması, sinir, ürək-damar,
tənəffüs və dəri xəstəliklərinə səbəb olur.
Dostları ilə paylaş: |