European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   2   3   4   5   6   7   8   9   ...   18
əkin sahələrindən bol məhsul əldə etməyə 
şərait yaradır. Hesablamalar göstərir ki, əkin 
sahələrinin yaxınlığında yerləşən meşə zolaqları 
öz sahəsindən 10-20 dəfə artıq ərazidə əlverişli 
iqlim şəraitinin yaranmasına kömək edir.
Meşənin qlobal əhəmiyyətini səciyyələn-
dirən digər amil planetdə yaşayan canlı 
orqanizmlərin bioloji müxtəlifliyinin qorun-
masıdır. Yer üzərində yaşayan bitki və heyvan 
növlərinin təxminən üçdən iki hissəsi məhz 
meşələrdə yaşayır. Toxunulmamış qədim tropik 
meşələrin sakinləri həyatın müxtəlifliyi və 
zənginliyinin bariz təzahürüdür. Meşə örtüyü 
müxtəlif canlı növlərin birgə yaşayışını və 
qidalanmasını təmin edir.
Əsrlər boyu insanın təbii ehtiyatlara olan 
tələbatı getdikcə artaraq, bu ehtiyatların tükən-
məsinə gətirib çıxarmışdır. Artıq bütün dünyada 
toxunulmamış meşə sahələrinin azalması və 
meşələrin sürətlə tükənməsi prosesi güclən-

16
mişdir. Meşələrin qlobal əhəmiyyətinin bəşəriy-
yət tərəfindən dərk olunması yaşıl sərvətin 
qorunması üçün təxirəsalınmaz tədbirlərin 
görülməsini tələb edir. Həyat üçün əlverişli 
ətraf mühiti itirməmək üçün meşə ehtiyatlarının 
qorunması və artırılması başlıca vəzifələrdən 
biridir.
Bir sıra dünya dövlətlərində meşələr səna-
ye əhəmiyyətli olmaqla, qiymətli oduncaq 
istehsalının inkişafına imkan yaradır. Meşədən 
500 adda məhsul alınır: kauçuk, oduncaq, tir, 
şalban, yapışqan və s. Bir çox maddi dəyərlərin 
mənbəyi olduğuna görə bir sıra ölkələrin 
iqtisadiyyatı məhz meşələrdən asılıdır. Sənaye 
meşələrində iynəyarpaqlı ağacların gövdə və 
budaqlarında əmələ gələn qətranlı maddədən 
skipidar və kanifol istehsal olunur. Həmin 
qətran ağacın gövdəsində əmələ gələn yaraların 
üzərini örtərək ağacı mikroorqanizmlərdən 
və zərərvericilərdən qoruyur. Oduncaqdan 
sellüloza və kağız alınır. Sellüloza süni ipək 
(viskoz və asetat ipək), partlayıcı maddə-
piroksilin, nitrosellüloza istehsalı üçün istifadə 
olunur.
Elektron informasiya daşıyıcılarının və 
süni tikinti materiallarının müasir dövrdə 
geniş tətbiq olunmasına baxmayaraq hələ 
ki, insanlar meşə məhsullarından tamamilə 
imtina etmək iqtidarında deyillər. Odundan 
yanacaq məqsədilə istifadə olunan yaşayış 
məntəqələrinin qazla təmin olunması meşələrin 
qırılmasının qarşısını alır. Bərpa olunmayan təbii 
ehtiyatların yandırılması nəticəsində havada 
karbon qazının miqdarı getdikcə artır. İstixana 
effektinin yaranması qlobal iqlim dəyişmələrinə 
səbəb olaraq fəlakətli ekoloji böhranı proq-
nozlaşdıran dəyişikliklər yaradır. Eyni zamanda 
yanacaq ehtiyatları sürətlə tükənir.
Müxtəlif məhsulların qablaşdırılması və 
daşın 
ması üçün keçmişdə taxta və kağız 
material lardan istifadə olunurdu. Hazırda bu 
materialların plastik qablarla əvəz olunması 
ucuz başa gəldiyinə və meşə ehtiyatlarının 
qorunmasına şərait yaratdığına baxmayaraq 
digər arzuolunmaz hallara səbəb olmuşdur. 
Təbiətdə plastik maddələrin çürüməsi mümkün 
olmadığına görə belə tullantılar torpağı, havanı 
və suyu çirkləndirərək dolayı yolla meşələrə də 
təsir göstərir.
Meşə yaxınlığında məskən salan əhalinin 
tarixi-mədəni irsi əsrlər boyu bu təbii sərvətin 
təsiri altında formalaşmışdır. Xalqımızın 
müxtəlif simli musiqi alətləri, məişət avadanlığı 
meşə bitkilərindən hazırlanmışdır. Qədim 
xalq dastan larında, əfsanələrdə və əsatirlərdə 
meşələr daim tərənnüm edilmişdir. Buna 
baxmayaraq, tarix boyu meşə insanın həyatını 
təmin edən əsas mənbə kimi qəbul edilsə də, 
digər tərəfdən yeni əkin və yaşayış sahələrini 
mənimsəmək üçün meşə əraziləri zəbt olun-
muş və yandırnmışdır. Güclü texnika və avadan-
lıqla silahlanmış insanlar meşə örtüyünün 
tükən məsinə səbəbkar olurmuşlar.
Böyük şəhərlərdə əhalinin sıxlığı və əl-
verişsiz mühit amilləri insanları daha sakit 
canlı təbiət guşələri axtarmağa məcbur edir. 
Son illər istirahət və rekreasiya məqsədilə 
meşələrə insan axınının güclənməsi müşahidə 
olunur. Əlverişli mikroiqlim şəraiti insanların 
sağlamlığının və iş qabiliyyətinin bərpa olun-
masına kömək edir. Hazırki dövrdə əhalinin 
meşə istirahətinə tələbatının artması meşənin 
iqtisadi və sosial əhəmiyyətindən daha çox 
ekoloji əhəmiyyətinin üstünlüyünü artırır. 
Beləliklə, meşələrin geniş və hərtərəfli rolunu 
nəzərə alaraq neqativ təsirlərdən qorunması 
məsələlərinin aktuallığı gündəmdə ön sırada 
durur.
Azərbaycan meşələri birinci kateqoriyalı 
qoruyucu meşələrə aid olduğuna görə meşə 
qırmaları qadağandır. Meşə məhsullarından 
meşəyə ziyan vurmadan istifadə olunmalıdır. 
Məsələn; göbələkləri toplayarkən kökündən 
çıxarmaq olmaz, onların yerüstü hissəsi 
bıçaqla kəsilməlidir. Göbələyin torpaqda qal-
mış (mitseli) köklərindən yeni göbələklər 
inkişaf edir. Meyvə və giləmeyvə bitkilərinin 
budaqlarını qırmaq, bıçaqla kəsmək, ağacların 
və kolların gövdəsini zədələmək olmaz. 
Nadir bitkilərin toplanması qəti qadağandır. 

17
Nəsli tükənməkdə olan bitkilərin toxumları 
yalnız artırılmaq məqsədilə mütəxəssislərin 
ciddi nəzarəti altında az miqdarda toplana 
bilər. Nadir çiçəklərin toplanması onların 
bər 
pa 
olunma qabiliyyətinin zəifləməsinə və 
sayının getdikcə azalmasına səbəb olur. Yadda 
saxlamaq lazımdır ki, təbiətdə bütün canlılar 
müəyyən qanunauyğunluqla inkişaf edir. Yalnız 
insanların təcavüzkar hərəkətləri və hərisliyi 
səbəbindən meşə ehtiyatlarına hədsiz dərəcədə 
zərər vurulur.
Meşə ətrafında yaşayan əhalinin saxladığı 
mal-qara sürüləri də meşələrə böyük ziyan 
vurur. Mal-qaranın özbaşına otarıldığı yer-
lərdə meşə döşənəyi tapdalanır. Tapdanıb 
bərki 
miş torpaq təbəqəsinin sıxlığı artır, 
nəticə də su və hava keçiriciliyi azalır. Bundan 
əlavə meşə döşənəyində yaşayan müxtəlif 
mikroorqanizmlər məhv olur. Torpağın üzərinə 
tökülən quru yarpaqlar, budaqlar və digər tör-
töküntünün çürüməsi, parçalanması prosesi 
pozulur. Torpağın üst təbəqəsində humus 
qatı sıradan çıxır. Münbit təbəqənin itirilməsi 
nəticəsində ağac və kolların kökləri kifayət 
qədər mineral maddələr almadığına görə 
inkişaf dan  qalır.
Mal-qara sürüsünün keçdiyi yerlərdə 
ağac və kolların budaqları qırılır, budaqların 
ucları gəmirilir. Nəticədə, meşənin bir hissə-
sində işıqlanma artır və seyrəkləşmə baş verir. 
İşıqlanma pəncərələri yaranan ərazidə meşə-
nin florasına aid olan bitkilərin tükənməsi 
və ekosistem üçün “yad olan” işıqsevən 
çəmən bitkilərinin yayılması surətlənir. Daim 
antropogen təsir altında olan meşə sahələrində 
bitki örtüyünün geri dönməyən deqradasiyası 
baş verir. Buna görə də insanın təsərrüfat 
fəaliyyətinin meşənin təhlükəsizliyinə zərərli 
təsirinin qarşısını almaq üçün ciddi tədbirlərin 
görülməsi tələb olunur.
Ətraf mühitin çirklənməsinin meşələrə təsiri
Ətraf mühitdə toplanan tullantılar təbii 
ekosistemlərin fəaliyyətinin və davamlılığının 
uzun müddət ərzində pozulmasına səbəb olur. 
Qlobal miqyasda ətraf mühitin çirklənməsi 
bütün canlılara və onların yaşadıqları təbii 
sistemlərə, o cümlədən meşələrə neqativ 
təsir göstərir. Təbii vulkan püskürmələri, toz 
burulğanları, meşə yanğınları, zəhərli qazlar 
atmosferdə müxtəlif çirkləndirici maddələrin 
toplanmasına səbəb olur. Digər tərəfdən 
yanacağın yanması, sənayenin, nəqliyyatın, neft 
emalı müəssisələrinin, elektrik stansiyalarının 
fəaliyyəti zamanı əmələ gələn antropogen 
mənşəli tullantılar daha güclü təsirə malik olub, 
havanın tərkibində zəhərli qazların və tüstünün 
artmasına gətirib çıxarır. 
Təbii mənşəli çirkləndiricilər müəyyən 
dövr ərzində filtrasiya olunub təmizlənsə də
antropogen mənşəli çirkləndiricilərin öh dəsin-
dən gələ bilməyən təbiətdə geri dön mə yən 
dəyişikliklər baş verir. Havanın hədsiz çirklən-
məsi nəticəsində toksik maddələrin həcmi 
getdikcə artır. Azot və karbon oksidlərinin 
miqdarının artması zəhərli tüstünün yayılmasına 
şərait yaradır. Kükürd və azot oksidlərindən 
ibarət tullantılar turşulu yağışları əmələ gətirir və 
meşənin bitki örtüyünə yandırıcı təsir göstərir. 
Bütün bu kimyəvi maddələrin atmosferdə 
toplanması Yerin orta illik temperaturunu artır-
maqla istixana effektinə səbəb olur. Azotlu və 
xlorlu birləşmələr atmosferin yuxarı qatlarında 
ozon qatının seyrəlməsinə və günəşin təhlükəli 
ultrabənövşəyi şüalarının maneəsiz Yer səthinə 
düşməsinə gətirib çıxarır. Bütün canlılar üçün 
təhlükəli olan bu şüaların təsiri nəticəsində 
meşələrdə arzuolunmaz dəyişikliklər baş verir.

18
Bioloji, kimyəvi və fiziki mənşəli çirklən-
diricilər su hövzələrinə də neqativ təsir gös-
tərir. Su hövzələrinin çirklənməsi flora və 
faunaya məhvedici təsir göstərib, biosferdə 
maddələr dövranını pozur. Çirklənmiş su 
mənbələri və turşulu yağışlar yaşıllığın sahəsini 
azaldır. Nəticədə oksigen istehsalı azalır və 
karbon emissiyası artır. Meşə ərazisindən 
keçən çayların, bulaqların məişət tullantıları 
ilə çirkləndirilməsi həmin su mənbələrindən 
istifadə edən bitki və heyvanların həyatını 
təhlükə altına alır.
Torpaqların ağır metallarla, karbohidratlarla, 
radioaktiv maddələr, nitratlar, fosfatlar, pes-
tisid lərlə və s. davamlı üzvü çirkləndiricilərlə 
çirklənməsi fəlakətli nəticələrə səbəb olur. Meşə 
fonduna daxil olan ərazidəki əkin sahələrində 
istifadə olunan gübrələr və pestisidlər hava, 
su, torpaq vasitəsilə yayılaraq meşə örtüyünü 
deqradasiyaya uğradır. Yaxınlıqdakı yaşayış 
məntəqələrin məişət tullantılarının torpağa 
basdırılması və yaxud da istirahət edənlərin 
meşədə atıb getdikləri tullantılar ekosistemin 
normal fəaliyyətini pozur. Əkin sahələrində 
məhsuldarlığın aşağı düşməsi, toksik maddələrin 
bitkilərdə toplanması nəticəsində antropogen 
mənşəli çirkləndiricilər meşə mühitinə sirayət 
edərək bitki növlərinin, həşəratların, quşların, 
məməlilərin tələfatı ilə nəticələnir. Çirkab suları 
və məişət tullantıları yeraltı qrunt sularının 
keyfiyyətini pisləşdirərək təbii mühitə zərərli 
təsir göstərir.
İnsan ətraf mühitdən təcrid olunmuş 
vəziyyətdə yaşaya bilməz. Təbii mühitdə baş 
verən neqativ dəyişikliklər insanın həyat fəaliy-
yətinə və sağlamlığına güclü təsir göstərir. İnsan 
sağlamlığı ətraf mühitin bir sıra göstəricilərindən 
asılıdır. Ətraf mühitlə cəmiyyət arasında gedən 
maddələr və enerji mübadiləsi həyatın əsasını 
təşkil edir. İbtidai dövrdə digər canlılar kimi ətraf 
mühitə uyğunlaşmağa və təbiətin qanunlarına 
riayət etməyə çalışan insanlar hazırda əldə 
etdikləri texniki üstünlükdən istifadə edib, 
təbiəti ram etməyə və dəyişməyə can atırlar. 
Mühit dəyişdirici amil olaraq antropogen 
təsir lər digər təbii obyektlər sırasında meşə 
ekosisteminin də dəyişməsinə səbəb olur. 
Bəşəriyyət qlobal təbii ekosistem olan 
biosferin tərkib hissəsidir. İnsan su, hava, 
torpaq və canlı orqanizmlərlə sıx qarşılıqlı 
əlaqədə yaşayır. Lakin müasir texnikanın gücü 
ilə bilavasitə və ətraf mühiti çirkləndirməklə 
isə dolayı yolla təsir göstərməklə insan öz 
yaşayış mühitini dözülməz hala salır. Statistik 
göstəricilər havanın çirklənməsi ilə yuxarı 
tənəffüs orqanları, ürək çatışmazlığı, bronxit, 
astma, ağciyər iltihabı, göz xəstəliklərinin 
artması arasında asılılığı sübut edir. Bir neçə 
gün ərzində havada zəhərli qarışıqların qatı-
lığı artdıqda tənəffüs və ürək-damar xəstə-
liklərindən vəfat edən yaşlı sakinlərin sayı artır. 
Məsələn, 1930-cu ildə Belçikada Maas çayı 
sahilində 3 gün ərzində havanın çirklənməsi 
nəticəsində yüzlərlə insan xəstələnmiş, 60 
nəfər həlak olmuşdur. 1931-ci ildə İngiltərənin 
Mançester şəhərində 9 gün ərzində tüstüdən 
592 insan həlak olmuşdur. 1956-cı ildə isə 
Londonda uzun müddət təsir göstərən zəhərli 
tüstüdən 1000 nəfər dünyasını dəyişmişdir. 
Müəyən edilmişdir ki, həlak olanların əksəriyyəti 
ürək-damar, tənəffüs xəstəliklərindən əziyyət 
çəkən insanlardır.
Havanın tərkibində dəm qazının (CO) 
miq 
darının artması insan orqanizmində 
neqa 
tiv fizioloji dəyişikliklərə səbəb olur. 
Qanda dəm qazı hemoqlobinlə birləşərək 
karboksihemoqlobin əmələ gətirir. Bu maddə 
görmə qabiliyyətini zəiflədir, beyin, ürək və 
tənəffüs fəaliyyətini pozur, baş ağrısı, yuxulama, 
spazmla müşayət olunur. Havada zəhərli 

19
tüstünün yüksək qatılığı ölümlə nəticələnir. 
Tənəffüs zamanı insan orqanizminə daxil olan 
toz və zərərli maddələr sağlamlığa mənfi təsir 
göstərir. 0,01-0,1 mkm ölçüdə olan hissəciklər 
ağ ciyərlərdə toplanaraq tənəffüs orqanlarını 
sıradan çıxarır. Toksik maddələr tənəffüs pro-
sesi ni pozur, orqanizmin hüceyrələrinə daxil 
olur. Bir çox hallarda toksik hissəciklər digər 
maddələrlə birləşərək daha ağır fəsadlara 
səbəb olur. Belə təsir daha uzun müddətli 
olması ilə fərqlənir. 
İnsanların icad etdikləri süni mənşəli ma-
terial lar və sənaye tullantıları zəhərli oldu ğuna 
görə canlıların həyatına son qoyur. Hava və su 
dövranı vasitəsilə atmosferin yuxarı qatlarına, 
okean dərinliyinə, hətta buzlaqlara qədər 
yayılan zəhərli maddələr, meşələrdən də yan 
keçmir. İnsan sağlamlığını və əmək qabiliyyətini 
bərpa etmək üçün meşələrə can atır. Çox vaxt 
meşə örtüyündə baş verən deqradasiyanın 
başlıca səbəbinin məhz insan fəaliyyətinin 
olmasının fərqinə varmırıq. Ekoloji tarazlığın 
pozulması nəticəsində acınacaqlı vəziyyətlə 
qarşılaşan insanlar bunun səbəbini təbii fəlakət-
lər və iqlimlə əlaqələndirirlər. 
Meşələrin çirklənməsi əsas üç tərkib 
hissədən ibarətdir: 
1.  çirklənmə obyekti - meşə, su, hava, 
torpaq; 
2.  çirklənmə mənbəyi - kənd təsərrüfatı, 
nəqliyyat, sənaye, məişət tullantıları;
3.  çirkləndiricilər - ağır metallar, zəhərli 
qazlar, pestisidlər, gübrələr və s.
Ətraf mühitin həddindən artıq çirklənməsi 
insan həyatını təhlükə altıına alır. Çirklənmiş 
ərazilərdə yaşayan əhalinin sağlamlığına güclü 
zərbə vurulur və xəstəliklərin sayı artır.
İnsan sağlamlığına və həyat fəaliyyətinə 
mənfi təsir göstərən amillər zərərli və təh-
lükəli olmaqla iki böyük qrupa ayrılır. Bəzi 
zərərli təsirlərin qarşısını almaq üçün müəyyən 
tədbirlər mümkün olsa da, daha təhlükəli 
amillər insan həyatına son qoya bilər. Keçən 
əsrin sonunda Çernobıl atom-elektrik stansiya-
sında baş verən qəzadan sonra Ukrayna 
meşə 
lərində radiasiyanın güclü təsiri indiyə 
qədər hiss olunur. Meşə göbələklərində və 
digər qida məhsullarında toplanan radioaktiv 
maddələr həyat üçün təhlükəli olduğuna görə 
bu məhsullardan istifadə edən insanlar yüksək 
radioaktiv şüalanmaya məruz qalırlar.
İnsan orqanizminə təsir edən amillər təbii 
və antropogen olmaqla əsas risk amillərini 
özündə birləşdirir. 
Fiziki risk amillərinə
 təbii 
(havanın temperaturu, rütubətliliyi, küləyin 
sürəti, atmosfer təzyiqi, günəş radiasiyası) 
və antropogen (havanın tozla çirklənməsi, 
elektromaqnit şüalanma, infrasəs və ultrasəs 
dalğaları, lazer şüalanması, kütləvi qırğın silah-
ları və s.) mənşəli amillər aiddir.
Kimyəvi risk amillərinə
 təbii mənşəli-hava, 
su və qida ilə orqanizmə daxil olan vitaminlər, 
amin turşuları, zülallar, yağlar və karbohidratlar, 
antropogen mənşəli - sənaye və məişət tullantı-
ları, zəhərli qaz və tüstü, kimyəvi silah, pestisid-
lər və s. aiddir.
Bioloji risk amillərinə
 təbii mənşəli-bak-
teriya lar, viruslar, göbələklər, antropogen mən-
şəli bakterioloji silah, bitkilərin bioloji mühafizə-
si vasitələri, zərdablar, vaksinlər, zülal sintezi, 
qida sənayesinin tullantıları və s. aiddir.
Psixoloji risk amillərinə
 fiziki yüklənmə, 
stres, sinir-əsəb xəstəlikləri, zehni gərginlik 
və s. aiddir. Təhlükə hissi insanların əhval-
ruhiyyəsində və sağlamlığında ciddi pozuntularla 
müşayət olunur. Təhlükə yarandıqda həm 
insan lara, həm də təbii mühitə böyük zərər 
vuru 
lur. Özünün müdafiə olunmasına əmin 
olmayan insanlarda psixoloji narahatçılıq və 
təlaş hissi oyanır. Bu halda orqanizmin ümumi 
vəziyyəti pisləşir, stress halına düşmüş insanı 
çıxılmazlıq və gücsüzlük duyğusu bürüyür. Belə 
hallarda sakitləşməklə vəziyyəti soyuqqanlılıqla 
təhlil etmək və bütün qüvvələri səfərbər 
etmək bacarığından çox şey asılıdır. Öz əhval-
ruhiyyəsinə nəzarət edə bilən insanlar ətraf 
mühitdə fövqəladə hallar baş verdikdə, şəraitə 
daha tez uyğunlaşıb çətin vəziyyətdən çıxa 
bilirlər.

20
Fövqəladə hallarda təhlükəsizlik tədbirləri
Müxtəlif təbii fəlakətlər, texnogen qəzalar, 
partlayışlar, ekoloji qəzalar, təxribatlar və digər 
hallar baş verdikdə fövqəladə vəziyət yaranır. 
Bu hadisələr həyatın normal ahəngini pozaraq 
insanların həyat fəaliyyətinə və təbii mühitə 
güclü təsir göstərir.
İnsan və ətraf mühit arasında qarşılıqlı 
əlaqələr sisteminin pozulmasına səbəb olan 
təhlükələr mənşəyinə görə təbii və antropogen 
olmaqla 2 qrupa bölünür. Biosferdə baş verən 
bir sıra təbiət hadisələri fəlakət törədə bilir ki, 
buna da təbii fəlakətlər deyilir. Təbii fəlakətin 
əsas xüsusiyyəti gözlənilmədən, qəflətən 
meydana çıxmasıdır. İnsanın texnogen fəaliyyəti 
nəticəsində antropogen təhlükələr meydana 
çıxır. Texniki avadanlıqlar, nəqliyyat yolları və s. 
antropogen təhlükənin əsas mənbəyidir.
İnsana qarşı təsirinə görə təhlükələr zərərli 
və xəsarətyetirici olmaqla iki qrupa bölünür. 
Zərərli təsirlər insanın əhval-ruhiyyəsini pis-
ləşdirir və ya xəstələnməsinə səbəb olur. 
Belə təsirlərə atmosfer havasında, suda, 
qida məhsullarında olan toksiki maddələrin 
təsiri, qida və su çatışmazlığı, havanın tem-
peraturunun kəskin qalxıb enməsi, oksigen 
çatışmazlığını göstərmək olar. Yüksək tem-
peratur 
da orqanizm həddindən artıq su, 
mineral maddə və vitaminlər itirir. Eyni zaman-
da orqanizmin müdafiə reaksiyası itirilir, ürək-
damar xəstəliklərinin sayı artır. 
Xəsarətyetirici təsirlərə insanlar daha 
çox ekstremal şəraitdə gözlənilmədən məruz 
qalırlar. Meşə yanğınları zamanı baş verən kəskin 
və xroniki zəhərlənmələr atmosfer havasında 
toksik maddələrin atrması ilə əlaqədardır. Meşə 
kənarında yağmurlu havada insanı ildırım vura 
bilər. Elektrik xəttinin qırılması nəticəsində 
də təsadüfi hallarda elektrik cərəyanının təsi-
rinə məruz qalmaq mümkündür. Qurumuş 
ağac ların qəfildən yıxılması nəticəsində insan 
xəsarət ala bilər. Meşə yaxınlığında nəqliyyat 
qəzaları, partlayış və s. hadisələr nəticəsində də 
fövqəladə vəziyyətlər yarana bilər.
Təbii fəlakətlər nəticəsində baş verən 
fövqəladə hallarda insan tələfatı və təbii mühi-
tin dağılması ilə müşayət olunur. Fövqəladə 
vəziy yətin yaranmasına səbəb olan əsas təh-
lükə mənbələrinin yerləşdiyi və təsirin yayıldığı 
ərazilər fövqəladə hallar zonası adlanır. Föv-
qəladə hallar əhalinin həyat fəaliyyətinə, təbii 
mühitə, iqtisadi və sosial sahələrə güclü təsir 
göstərir.
Təbii fəlakətlər geofiziki, geoloji, hidroloji 
mənşəli olduqda əhalinin həyat fəaliyyətinin 
dayandırılması və böyük insan tələfatı ilə müşa-
yət olunur. Meşə ərazisində baş verən təbii 
fəlakətlər (zəlzələ, vulkan püskürməsi, sel və s.) 
meşə örtüyünün dağılmasına və məhv olmasına 
gətirib çıxarır. Meşə yanğınları qarşısı alınmaz 
bir fəlakətə çevrilərək böyük ərazilərdə yaşıl-
lığın və yaşayış məskənlərinin yanmasına səbəb 
ola bilər.
Meşənin ətrafında baş verən qəza hadisə-
ləri zamanı ətrafa yayılan təhlükəli kimyəvi 
maddələr bütün canlıların məhv olmasına səbəb 
olur. Ekoloji fəlakət təbii mühitdə əlverişsiz 
dəyişiklikərə səbəb olur. Suyun, havanın və 
torpaq mühitinin kimyəvi maddələrlə çirklən-
məsi meşə istifadəçilərinin sağlamlığını və hə-
yatı nı təhlükə altına alır.
Təbii mühitdə baş verən fövqəladə hallar 
əsas 3 əlamətlə səciyyələnir:
1). fövqəladə halın baş verdiyi coğrafi 
şərait;
2). fəlakətin zərər vurduğu təsərrüfat 
sahəsi;
3).  mümkün nəticələrin miqyası və nəticə-
lərin aradan qaldırılması üsulları (sərf 
olunacaq qüvvə və vəsait).
Təbii mənşəli fövqəladə hallara geoloji 
(zəlzələ, vulkan püskürməsi, sürüşmələr, sel, 
qar uçqunu), metereoloji (tufan, qasırğa, 
çovğun), hidroloji (daşqın, sel və s.), təbii 
yanğınlar (meşə və ya əkin sahələrindəki 
yanğınları), kütləvi xəstəliklər (epidemiyalar) 
aiddir. 

21
Texnogen mənşəli fövqəladə hallara - 
meşədə və ya meşə yaxınlığında baş verən 
müxtəlif (təyyarə, avtomobil və s.) qəzalar 
zamanı kimyəvi, radiaktiv maddələrin dağılması, 
partlayışlar və s. aiddir.
Ekoloji mənşəli fövqəladə hallara - coğrafi 
ərazinin vəziyyətinin dəyişməsi (torpaqların 
deqradasiyası, eroziya, səhralaşma, meşələrin 
tükənməsi), hava mühitinin dəyişməsi 
(meşə yanğınları, iqlim dəyişmələri, oksigen 
çatışmazlığı, zərərli maddələr, turşulu yağışlar, 
səs-küy, ozon qatının seyrəlməsi), yoluxucu 
xəstəliklərin yayılması (qansoran həşəratlar 
tərəfindən epidemiyaların yayılması, meşə 
heyvanları tərəfindən yoluxucu xəstəliklərin 
yayılması), su hövzələrinin çirklənməsi və 
quruması, biosferin vəziyyətinin neqativ 
dəyişməsi aiddir.
Yoluxma mənbəyi olan meşə ərazilərində 
bioloji mənşəli fövqəladə hallar yarana bilər. 
Yoluxucu xəstəliklərin əsas törədiciləri 
xəstəliktörədən mikroorqanizmlər və onların 
zəhəridir. İnsanlar arasında geniş yayılan 
yoluxucu xəstəliklər epidemiyaya çevrilə bilər. 
Öz miqyasına görə daha geniş ərazidə yayılan 
yoluxucu xəstəliklər bir sıra ölkələri əhatə edən 
epidemiyaya çevrilir.
Xəstəlik törədicisinin növünə görə virus, 
bakterial, qan xəstəlikləri və s. ayırd edilir. 
Heyvanlar arasında xəstəlik törədicilərinin 
yayılması nəticəsində baş verən epidemiyaların 
qarşısını almaq üçün profilaktik tədbirlər 
həyata keçirilir. Həmin müddətdə insanlar 
meşəyə daxil olmaqdan çəkinməli, qansoran 
həşəratlardan qorunmalıdırlar. Məsələn, 
tulya remiya epidemiyası qansoran həşəratlar 
vasitəsilə yayılır. Bu xəstəliyin ilkin əlamətləri 
qrip xəstəliyini xatırlatdığına görə vaxtında tibbi 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin