European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   2   3   4   5   6   7   8   9   ...   18
keçirilən BMT-nin ətraf mühit üzrə beynəlxalq 
konfransında səsləndirildi. Konfransda Davamlı 
İnkişaf Konsepsiyası, meşələrin davamlı idarə 
olunmasının əsas prinsipləri qəbul edildi.
Avropa İttifaqının təşəbbüsü ilə 2005-ci 
ildə Sankt-Peterburq şəhərində 44 ölkənin 
nümayəndələrinin iştirakı ilə keçirilən beynəl-

10
xalq konfransda “Avropa İttifaqının qonşuluq 
siyasəti şərq ölkələrinin və Rusiyanın meşə 
sektorunda hüquq tətbiqi və idarəetmə 
sisteminin təkmilləşdirilməsi” (ENPİ FLEG) 
proq ramı qəbul edildi. Bu proqramda meşə-
lərin qanunsuz qırılmasının qarşısının alınması, 
meşə ehtiyatlarının davamlı istifadəsi və 
bərpa olunması məsələləri əsas vəzifələr 
kimi göstərildi. Azərbaycan Respublikasının 
da iştirak etdiyi bu proqram üzrə ölkəmizdə 
meşə lərin qorunması və artırılması üçün geniş 
miq yaslı tədbirlər həyata keçirilməyə başlandı.
Tarixi faktlar sübut edir ki, Azərbaycan 
qədim dövrlərdə başdan-başa meşələrlə örtülü 
olmuşdur. XIX əsrin mütəfəkkir ziyalısı, dahi 
təbiətşünas Həsən bəy Zərdabi Azərbaycan 
təbiətinin tarixinə nəzər salaraq yazırdı: “Bizim 
dağlarımız vaxtilə sıx meşələrlə örtülü olmuş, 
sonra bu meşələr qırılmış və bunun nəticəsində 
çaylarımızda olan suyun miqdarı azalmışdır”. 
Zaman ötdükcə əkinçiliyin və maldarlığın sürətli 
inkişafı nəticəsində meşələrin ərazisi insan 
tərəfindən zəbt olunmuşdur.
XX əsrin əvvəllərində ölkə ərazisində olan 
meşələr sahibkarlar arsında bölüşdürülmüşdü. 
Qiymətli ağac növləri kəsilib xaricə ixrac 
olunurdu. 20-ci illərdən başlayaraq dövlət 
mülkiyyətinə keçən meşə fonduna ciddi nəzarət 
tətbiq olundu. Keşən əsrin ortalarından etibarən 
elmi - tədqiqat institutlarının alimləri, meşəçilik 
təsərrüfatlarının mütəxəssisləri meşələrin öy-
rənil məsi və artırılması sahəsində böyük elmi 
nailiyyətlər əldə etdilər. Kənd təsərrüfatında 
əkin sahələrinin kənarlarında tarlaqoruyucu 
meşə zolaqları salınmağa başlandı. Meşə 
əkinlərinin sahəsi ildən-ilə artırıldı. 
Buna baxmayaraq meşə ehtiyatlarının 
qeyri-səmərəli istifadəsi ölkədə meşəsiz sahə-
lərin genişlənməsinə səbəb olurdu. Dağ ları-
mızın yamaclarını bəzəyən meşələrin torpaq-
qoruyucusu, su və iqlim tənzimləyici rolu 
məlum olsa da, sürətlə gedən meşəsizləşmə 
prosesi nəticəsində iqlim dəyişiklikləri zamanı 
leysan yağışlar torpağın münbit qatını yuyaraq 
çaylara axıdır, sel suları torpaqların yuyulmasına 
səbəb olurdu. Meşə ağaclarının qanunsuz 
qırılması, mal-qaranın otarılması nəticəsində 
boşalmış sahədə inkişaf edən kolluqlar torpaq 
eroziyasının qarşısını ala bilmirdi. Bitki örtüyü 
məhv olan ərazilərdə zəhərli alaq bitkilərinin 
inkişafı və yarğanların əmələ gəlməsi təbii 
landşaftın deqradasiyasına səbəb olurdu. Eyni 
zamanda əsrlər boyu formalaşmış bitki və 
heyvan növlərindən ibarət bioloji müxtəliflik 
tükənərək təbiəti yoxsullaşdırırdı.
Görkəmli Azərbaycan alimi, akademik 
Həsən Əliyev ilk dəfə olaraq XX əsrdə 
meşələrin acınacaqlı vəziyyəti və təbiətin taleyi 
barədə “Həyəcan təbili” əsərini qələmə aldı. 
Vaxtı ilə Azərbaycanın meşələrlə başdan başa 
örtüldüyünü qeyd edən alimi meşə örtüyünün 
sıradan çıxması çox narahat edirdi. O göstərirdi 
ki, torpaq, su hava, yaşıllıq, canlı aləm və bütün 
bunlarla insanların təması təbiətin ahəngidir. 
Ölkəmizin hər bir vətəndaşı təbiətin ahəngini 
qorumalıdır. Dahi alim Avropa ölkələrində 
meşələrin davamlı istifadəsini misal göstərərək 
dünyada balta səsini silah səsindən, güllə 
yarasından da qorxulu hesab edirdi.
Akademik Həsən Əliyev yazırdı: “Meşə-
sərvətimiz, var-dövlətimiz, meşə-məişətimizin 
bir hissəsidir. Meşə olan yerdə məhsulu 
yığışdırmaqla qurtarmaz, xəstəlik olmaz. Yaşıllıq 
əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna 
alır, xoş əhval-ruhiyyə, qurub-yaratmaq eşqi 
güclənir. Məlum həqiqətdir ki, meşəni Yer 
kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür 
etməsək, deməli, bəşər də yoxdur. Ölçüsüz-

11
biçisiz yaşıllığa hücum insana qarşı yönəlmiş 
ən ağır, müharibədir. İnsan ağlı, insan zəhməti 
bu “müharibəni” dəf etməyə qadirdir”. Dahi 
alimin bu sözləri hər bir vətəndaş üçün örnək, 
vətənə, təbiətə böyük məhəbbətin, qayğıkeş 
münasibətin bariz təcəssümüdür. 
Azərbaycan Respublikasının Meşə Məcəl-
ləsində göstərildiyi kimi “meşə-bioloji cəhətdən 
qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə 
təsir göstərən, torpağın, suyun, ağac, kol və ot 
bitkilərinin, heyvanların, mikroorqanizmlərin 
və ətraf mühitin digər tərkib hissələrinin 
vəhdətidir. Meşə fondu sahələrinə isə meşə 
sahələri, habelə meşə bitkiləri ilə örtülü 
olmayan meşə və qeyri-meşə torpaq sahələri 
aid edilir” (Meşə Məcəlləsi, maddə 1). Meşənin 
əsas əlaməti ağaclar və digər bitki örtüyüdür. 
Meşədə ağacaltı kollar, otlar, şibyələr, mamırlar, 
həmçinin heyvanlar aləmi və bütün bunları 
əhatə edən ekoloji mühit vardır.
Azərbaycanın dövlət əhəmiyyətli meşə 
fondunun ümumi sahəsi 1213,7 min hektardır, 
o cümlədən meşə ilə örtülü sahə 1021 min 
ha, ümumi oduncaq ehtiyatı isə 148,8 min m³-
dir. Ümumiyyətlə, meşə sahəsinə və oduncaq 
ehtiyatına görə Azərbaycan meşəsi az olan 
ölkədir. Burada hər adambasına 0,14 ha meşə 
sahəsi və 18,4 m³ oduncaq düşür. Respublika 
ərazisinin 11,8%- ni meşələr təşkil edir.
Meşələrin əsas sahəsi Böyük Qafqazın 
cənub yamacları hissəsindədir - 311,1 min ha, 
Qarabağda 161 min ha, Talış dağlarında isə 139,7 
min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-
43% arasında dəyişirsə, aran rayonlarında 0,5-
2%-ə qədər azalır. Dağ yamaclarında və dağ 
çaylarının vadilərində meşələr ərazinin 95%-ni 
tutduğu halda, düzənlik sahələrin yalnız 5%-i 
meşəlikdir, Naxçıvan MR-da isə bu rəqəm 
0,4% təşkil edir.
Azərbaycanın işğal olunmuş xüsusi mühafizə 
olunan ərazilərinin sahəsi 44,3 min hektardır. Bu 
Respublikada qorunan təbii ərazilərin təxminən 
10%-ni təşkil edir. İşğal altında olan 261 min 
hektar meşə fondu sahəsinin təbii sərvətlərinə 
və bioloji müxtəlifliyinə çox ciddi ziyan vurulur. 
İşğal olunmuş Zəngilan rayonu ərazisində 
yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda 
107 ha sahədə yaşı 400-2000 il arasında olan 
şərq çinarlarının nadir təbii ağaclığı məhv edilir. 
Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin 
kəsilib aparılması biomüxtəlifliyi kritik həddə 
çatdırır.
Azərbaycan Respublikasının ərazisində 
meşələr öz funksiyalarına görə eroziyaya 
qarşı (torpaq qoruyucu), su qoruyucu (meşə 
döşənəyi), çay kənarlarındakı qoruyucu meşələr 
(tuqay meşələri), şəhər yaşıllığı (parklar və 
bağlar), yol kənarındakı qoruyucu meşələr, 
istirahət və sanitar məqsədli kurort ərazilərdəki 
meşə sahələri və s. qruplara bölünür.
Azərbaycanın florasına 125 fəsiləyə və 930 
cinsə daxil olan ali bitkilərin 4500 növü daxildir. 
Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 
450 növ ağac və kol bitkisi Respublikamızın 
meşələrində bitir. Bu isə Resublika florasındakı 
bitki növlərinin 10%-ni təşkil edir. Azərbaycan 
dendroflorasının tərkibində 70 regional endem 
növə təsadüf edilir. Bu da ümumi ağac və 
kol bitki növlərinin 16%-i deməkdir. Bioloji 
cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı 
təsir göstərən bitki və heyvanat aləminin, 
mikroorqanizmlərin vəhdətindən ibarət olan 
meşə sahələri Azərbaycanın ən qiymətli milli 
təbii sərvəti hesab olunur .
Azərbaycan meşələrinin geniş ərazisi 
Böyük Qafqaz sıra dağlarının cənub və şimal-
şərq yamaclarındadır. Bu meşələr Azərbaycan 
ərazisindən başlayaraq, Dağıstan sərhəddinə 

12
kimi uzanır. Meşələr Azərbaycanın şimal-
şərqində, əsasən Qusar, Quba, Dəvəçi, 
Siyəzən və Xızı inzibati rayonlarından cənub-
qərb istiqamətindəki ərazini əhatə edir. 
Xızı rayonundan cənub-qərb istiqamətində 
meşə massivi tədricən azalır və tam meşəsiz 
sahə ilə əvəz olunur. Böyük Qafqazın cənub 
makroyamacında Şamaxı rayonu ərazisində 
meşə massivi yenidən bərpa olunur və dağ 
yamacları ilə fasilə vermədən başdan-başa 
örtük yaratmaqla Gürcüstan Respublikasının 
sərhəddinə kimi uzanır. Burada meşələr əsasən 
İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala 
və Balakən inzibatı rayonlarının dağlıq hissəsini 
əhatə edir. Meşə massivi ara vermədən cənub 
yamacı ilə qərb istiqamətində Gürcüstan 
ərazisinə doğru uzanır. 
Respublikamızın şimal-qərbində Eldar 
düzü nün bozdar yaylasında üçüncü dövr qalığı 
olan endemik və relikt Eldar şamı meşəsi kiçik 
bir sahədə saxlanmışdır. Eldar şamı meşəliyində 
ardıc, püstə, qaratikan və 30-35 növ digər ali 
bitkilər dağ-kserofit bitki qruplaşmasını əmələ 
gətirir.
Meşələrin geniş ərazisindən biri də Kiçik 
Qafqaz sıra dağlarının yamaclarıdır. Burada 
meşələr ayrı-ayrı massivlər şəklində əsas dağ 
qollarının şimal, şimal-şərq və şərq yamaclarını 
örtür. Yalnız Cənubi Qarabağ ərazisində meşə 
massivi ara verir və İran sərhəddinə çatmır. 
Bundan əlavə meşələrə adacıq şəklində Nax-
çıvan Muxtar Respublikasında Şahbuz rayonu 
ərazisində, Küküdağ yamaclarında təsadüf 
edilir. 
Ölkəmizdə geniş meşə massivlərindən biri 
də Talış dağ yamaclarını əhatə edir. Burada 
meşələr Astara, Lənkəran, Lerik, Masallı, 
Yardımlı, Cəlilabad və qismən də Biləsuvar 
inzibati rayonlarının ərazisində yayılmışdır. 
Talış regionunda çay kənarında yalanqoz və 
qızılağac bitkiləri çox vaxt iri meşəlik cən-
gəlliyi yaradır. Qızılağacın başqa bir növü 
Talışın bataqlıq meşələri üçün səciyəvidir. 
Talış meşələrində əncirin yerli endemik növü, 
çəpər sarmaşığı, gəndalaş, cilin müxtəlif 
növləri, ürəkotu, dişə, bataqlıqlarda süsənlik 
cəngəlliyi, sarı bataqlıq süsəni, qurbağaotu və 
bataqlica xüsusi formasiyalar yaradır. Talışın 
düzən meşəliklərinin səciyəvi ağac cinslərindən 
dəmirağac və şabalıdyarpaq palıdı göstərmək 
olar. Burada Qafqaz vələsi, iki növ azat ağacı, 
qarağac, alça, qovaqdan ibarət hirkan tipli 
meşəliklərə rast gəlinir. Bu meşələrin dənizə 
baxan yamacında Lənkəran akasiysı, cökə və s. 
bitkilər xüsusi qarışıq meşəlik əmələ gətirir.
Meşələrin az hissəsi Kür və Araz çayları 
sahili boyunca uzanır və Tuqay tipli massiv 
şəklində lentvari ərazini tutur. Kür çayı boyunca 
nadir Tuqay meşələri yayılmışdır. Kürboyu 
meşələr torpaqqoruyucu, sahilbərkidici, iqlim-
tənzimləyici rol oynamaqla ətraf sahə lərdən 
fərqli ekoloji mühitin yaranmasına səbəb 
olmuş 
dur. Bu meşələrdə ağyarpaq qovaq, 
çaytikanı, sumax, sarağan, itburnu, söyüd, 
qarağac, şabalıdyarpaq palıd, göyrüş, iydə, tut, 
ağ akasiya, saqqız ağacı, Xəzər lələyi, ağcaqayın, 
kollardan yulğun, nar, ölməz kol, böyürtkən, 
qaratikan və s. bitir. Meşələrdə çaqqal, tülkü, 
canavar, porsuq, dovşan, kirpi, çöl donuzu, 
sığırçın, bayquş, sarıköynək, arı quşu, şanapipik, 
ağacdələn, qaratoyuq, alabaxta və s. yayılmışdır. 
Türyançay dövlət qoruğunun ərazisində 
saqqız ağacı, püstə, ardıc ağaclarının bitdiyi 
seyrək arid meşələrdə turac, kəklik, qırqovula 
rast gəlinir. Son 100 ildə Tuqay meşələrinin 
90%-ə qədəri məhv edilib. Meşələr təbii yolla 
özünübərpa qabiliyyətinə malik olsa da güclü 
antropogen təsir bu bərpa prosesinə mane olur. 
İllər boyu əkin sahələrinin genişləndirilməsi, 

13
odun tədarükü, mal-qaranın otarılması və s. 
tuqay meşələrinin artımına mənfi təsir gös-
tərərək meşəliklərin seyrəlməsinə və boş luq-
larla əvəz olunmasına səbəb olub.
 Quba-Xaçmaz, Qarabağ zonalarında və 
Alazan-Əyiriçay çökəkliyində lokal formalı 
düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərin 
əsasını uzunsaplaq palıd, qarağac, yemişan, 
əzgil və s. təkil edir. Alazan-Əyiriçay vadisi 
meşəliklərində yuxarıda göstərilən növlərdən 
başqa, ağcaqayın, cökə, göyrüş, qarağac, ar-
mud kimi ağac növləri sarmaşan bitkilərdən 
isə ağ əsmə, daş sarmaşığı, yabanı üzüm çox 
yayılmışdır.
Qızmar günəşli havada meşənin toranlığına 
daxil olan insan sanki sehrli bir aləmə düşür. 
Yandırıcı günəş şüalarının qarşısını alan ağac-
ların çətiri ürəyə yatan sərinlik yaradaraq 
insana xüsusi zövq verir. Meşənin dərinliyinə 
doğru getdikcə bir-birindən fərqli, gözoxşayan 
mənzərələrin rəngarəng zənginliyi ilə heyrətamiz 
təsir bağışlayır. Şəhərin tüstülü və səs-küylü 
şəraitindən birdən-birə oksigenlə zəngin meşə 
guşəsinə düşdükdə sanki insanın ruhu təzələnir 
və gözlərinə nur gəlir. Ara-sıra qarşıya çıxan 
heyvanlar, həşəratlar və kəpənəklər insanın 
meşədə tənha olmadığını xatırladır. Meşənin 
bütün nemətlərini sadalamaqla qurtarmaz. 
Planetin yaşıl örtüyü mükəmməl bir yaşıl sis tem 
olaraq maddələrin bioloji dövriyyəsində və enerji 
axınında mürəkkəb funksiyaları yerinə yetirir.
Əsasən enliyarpaqlı qarışıq meşələrdə qış 
mövsümündə yarpaqlar tökülür. Ağacın kökləri 
ilə qəbul etdiyi su və mineral maddələr yaşıl 
yarpaqlarda üzvü qida maddələrinə çevrilir. 
Artıq su isə buxarlanır. Payızda tökülən yarpaq-
lardakı mineral maddələr yenidən torpağa 
qayı dır. Əgər qışda ağacların yarpaqları tökül-
mə səydi, donmuş torpaqdan suyu sora bilmə-
yən köklər yarpaqların buxarlandırdığı su 
ehtiyatını bərpa edə bilməzdi və beləliklə, 
ağac lar məhv olardılar. Xəzandan əvvəl yarpaq 
saplağında ayırıcı hüceyrə qatı əmələ gəlir və 
saplağın birləşdiyi hissə zəifləyir. Külək asanlıqla 
yarpaqları qoparıb aparır.
Meşədə müxtəlif yaruslarda yerləşən ağac, 
kol və ot bitkiləri həyat şəraitinə uyğunlaşaraq 
mürəkkəb qarşılıqlı əlaqə yaradırlar. İşıqsevən 
palıd ağaclarının kölgəsində fıstıq, vələs və digər 
ağac növləri inkişaf edir. Ağcaqayın, cökə, göyrüş 
ağaclarının çətiri altında yabanı alma, armud, 
zoğal, yemişan bitkiləri, onlardan aşağıda fın dıq, 
qarağat, gəndalaş, moruq, mərsin kolları məs-
kunlaşır. Daha aşağı yaruslarda birillik və çoxillik 
ot bitkiləri, göbələklər, mamır və şibyələr 
inkişaf edir. Yerə tökülən yarpaqlar, ağac və 
kolların quru budaqları çürüntüyə çevrilərək 
meşə döşənəyini əmələ gətirir. Bu tör-töküntü 
əhəmiyyətli üzvü gübrə kimi torpağın üst 
qatının məhsuldarlığını artırır.
Meşədəki ot bitkiləri yay vegetasiya döv-
rünü payızda başa çatdırır və yerüstü hissəsi 
məhv olur. Erkən yazda isə bir çox kökümsovlu, 
soğanaqlı və kökyumrulu bitkilər sürətlə inkişaf 
edib, ağac və kolların çətiri formalaşana qədər 
çiçəklənməyə imkan tapırlar. İlk yaz çiçəkləri torlu 
süsən, novruzçiçəyi, zümrüdçiçəyi, meşə səhləbi 
və digər bitkilərin rəngarəng çiçək ləri meşəyə 
gələnləri valeh edərək göz oxşayır. Bu çiçəklər 
uzaqdan həşəratları cəlb edərək tozlanmanı 
təmin edir. Yayın əvvəlində efemer bitkilərin 
yerüstü hissəsi quruyur, yeraltı orqanlarında 
isə yeni bitkinin gələcək orqanlarının rüşeymi 
formalaşır və payıza qədər yeni tumurcuqlar 
əmələ gəlir.
Maraqlıdır ki, bəzi bitkilərin çiçəklərinin 
rəngi tozlanmaya qədər və sonra fərqlənərək 
aşıq-çəhrayıdan yasəməni və mavi rəngə qədər 
dəyişir. Tədqiqat göstərir ki, tozlanma zamanı 
hüceyrə şirəsinin turş reaksiyası qələviyə çevri-
lir. Həşəratlar tozlanmayan çiçəkləri rənginə 
görə seçə bilirlər.
Yazda çiçəklədikdən sonra kollar və ağaclar 
yarpaqlarla örtülür. Yayda çiçəkləyən bitkilərin 
ağ rəngli çiçəkləri yarpaqların arasından 
həşərat ları cəlb edir. Gur yaşıllığın arasında 
giləmeyvə kollarının al-qırmıızı, moruğu və 
qara rəngli meyvələri yayın gözəlliyini artırır. 
Ən aşağı yarusda otların arasında və kötüklərin 
arxasında gizlənən göbələklər təcrübəli meşə 
istifadəçilərinin diqqətindən yayınmır.

14
Payızın rəngarəng xəzan yarpaqları da 
meşəyə xüsusi gözəllik verir. Bir çox insanlar 
payız aylarında meşəyə səyahət edib, bol 
meyvə və göbələk məhsulundan bəhrələnməyə 
çalışırlar. Qızılı-sarı rəngli yarpaqlar və saralmış 
ot bitkiləri birlikdə mahir rəssamın palitrasındakı 
rənglərin qəribə çalarlarını özündə əks etdirir. 
Ağac və kolların torpağa tökülən meyvə və 
toxumları gələcək cücərtilərə həyat vermək 
üçün öz yerini tutur. Bəzi ağacların, məs; 
palıd, ağacının qozaları payızda artıq torpağa 
kök atdığına görə qışda, bəzən qarın arasındə 
cücərtiləri müşahidə etmək mümkün olur. 
Qar örtüyünün altında qışlayan tumurcuqlar 
şaxtadan və soyuqdan qorunur. Meşə döşənəyi 
isə isti yorğan sayağı toxumları və cücərtiləri 
qoynuna alaraq qida maddələri ilə təmin edir. 
Kökümsovlu və soğanaqlı bitkilərin yeraltı 
orqanları qar örtüyünün altında ehtiyat qida 
maddələri hesabına inkişaf edir. Lakin inciçiçəyi 
kimi bəzi bitkilərin kökümsovu olsa da, yalnız 
qar tam əridikdən sonra inkişaf edir. Efemer 
bitkilər enliyarpaqlı meşədə yarpaqlar inkişaf 
edənə qədər sürətlə boy atıb günəşin işığından 
istifadə edir. Efemerlər soyuq qış aylarını 
keçirmədən inkişaf edə bilmirlər.
Fındıq kollarının bozumtul-sarı rəngli sırğa 
çiçəkləri çox vaxt küləklə tozlanır. Buna görə 
də bitki yarpaq açmamış çiçəkləyib tozlanmaya 
imkan yaranır. Quşarmudu, yemişan və digər 
bitkilərin ağ rəngli çiçəkləri həşəratlar vasitəsilə 
tozlanır. 
Palıd ağacının cavan yarpaqları və çiçəkləri 
eyni vaxtda əmələ gəlir. Nəzərə çarpmayan, 
xırda erkək çiçək qrupu sırğa şəklində olub, 
küləklə yayılan tozcuq əmələ gətirir. Yaxın 
budaqlarda çiçəkləyən dişi çiçəklər bu üsulla 
tozlanır və qoza meyvəni əmələ gətirir. Erkən 
yazda palıd ağaclarının altında çoxlu miqdarda 
cücərmiş qozaları tapmaq olar. Cücərti bir neçə 
santimetr uzandıqdan sonra güclü kök sistemi 
formalaşır. Yayın ortalarında ətirli çiçəkləri olan 
cökə ağacı həşəratları cəlb edir. Ağcaqayın və 
cökənin toxumları küləklə yayıldığına görə 
xüsusi qanadcıqlara malikdir. Bu ağacların 
toxumları erkən yazda cücərməyə başlayır. 
Azərbaycan meşələrində bitən enliyarpaqlı, 
iynəyarpaqlı ağac və kollar parkların, xiyabanların 
yaşıllaşdırılmasında geniş istifadə olunur. Yerli 
şəraitə uyğunlaşmış bu növlər digər dekorativ 
bitkilərə nisbətən iqlim şəraitinə davamlılığı və 
xəstəliklərə dözümlülüyü ilə fərqlənir.
Azərbaycanın meşə fondu xalqın qiymətli 
sərvətidir. Bir zaman qədim meşələrlə örtülü 
olan torpağımız həm təbii iqlim dəyişmələri, 
həm də insanın təsərrüfat fəaliyyəti nəticəsində 
böyük ərazilərdə meşə örtüyündən məhrum 
olub. Buna görə də bu gün meşələrimizin 
dövlət tərəfindən qorunması ilə yanaşı, həm də 
hər bir vətəndaşın məsuliyyətli münasibətinə 
və qayğısına ehtiyacı vardır. 
Meşələrin istifadəsi, bərpası, artırılması, 
və mühafizəsi işlərinə dövlət nəzarəti 2001-
ci ildə yaradılmış Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin əsas vəzifələrindən biridir. Son 
illərdə meşələrin münbitliyini, məhsuldarlığını 
və sahəsini artırmaq, meşə fondu 
torpaqlarından daha səmərəli istifadə etmək, 
meşələrin ətraf mühitə müsbət təsirini və 
qoruyucu funksiyalarını yüksəltmək məqsədilə 
geniş miqyaslı meşə təsərrüfatı tədbirləri 
həyata keçirilir.
Meşənin əhəmiyyəti və təbii ehtiyatları 
Meşənin insanın və bütün canlıların həyatın-
da böyük əhəmiyyəti vardır. Bizi əhatə edən təbii 
mühitdə bir sıra proseslərin tənzimlənməsində 
və maddələr dövranında meşələrin mövqeyi 
unikal və əvəz olunmazdır. Planetdə iqlimin 
tənzimlənməsi, təmiz hava və saf suyun təminatı 
ilk növbədə meşə ekosisteminin fəaliyyətinin 
nəticəsidir. Əlbəttə, meşə həm də insanları bir 

15
çox maddi nemətlərlə təmin edir. Kağız, mebel 
istehsalı, oduncaq, qida, müalicə əhəmiyyətli 
bitkilərin istifadəsi olmadan müasir cəmiyyətin 
həyatını təsəvvür etmək mümkün deyildir.
Meşəətrafı regionlarda yaşayan əhalinin 
sosial-iqtisadi rifahı da meşə ehtiyatlarından 
asılıdır. Gündəlik tələbatların ödənilməsi 
üçün meşədən istilik, qida və sağlamlıq mən-
bəyi kimi istifadə edilir. Meşə insanları qida, 
geyim, yanacaqla təmin edir, havanı oksigenlə 
zənginləşdirir, su ehtiyatlarını artırır, iqlimi 
tənzimləyir. Digər tərəfdən əhalinin az təminat-
lı təbəqələri üçün yaşayışı təmin edəcək sənət-
karlığın və xalq yaradıcılığının inkişafı üçün 
xammal mənbəyi olmaqla sosial ehtiyacları 
ödəyir.
Meşənin sosial, iqtisadi və ekoloji əhəmiyyəti 
müasir dövrdə bütün bəşəriyyət tərəfindən 
dərk olunur. Yaşadığı yerdən asılı olmayaraq 
hər bir insanın həyatı müəyyən mənada meşə 
ekosisteminin normal fəaliyyətindən asılıdır. 
Mühit yaradıcı amil kimi su hövzələrinin qoru-
nub saxlanmasında, torpaq sürüşmələrinin 
və eroziyanın qarşısının alınmasında meşələr 
mühüm rol oynayır. Meşə mühüm sağlamlıq 
və istirahət mənbəyi olaraq insanların sosial, 
iqtisadi və ekoloji tələblərini təmin edir.
Meşə sağlam ətraf mühitin qorunmasında 
və tənzimlənməsində böyük əhəmiyyətə 
malik dir. Ölkə ərazisində kənd təsərrüfatı sahə-
lərinin, yaşayış məntəqələrinin və su hövzələ-
rinin əlverişsiz amillərdən qorunması məhz 
meşə örtüyünün bütövlüyündən asılıdır. Meşə 
ehtiyatları yerli əhali üçün gündəlik həyatı 
təmin edən resurs mənbəyi olaraq, işsizliyin və 
yoxsulluğun azaldılmasına şərait yaradır.
Qlobal iqlim dəyişmələrinin yaranmasına 
səbəb olan zəhərli qazların udulması, xüsusilə 
atmosferdə karbon emissiyasının azaldılması, 
yaşıl bitkilərdə və torpaqda karbonun üzvü 
birləşmələrin tərkibində toplanması, havanın 
oksigenlə zənginləşdirilməsi məhz planetin 
“yaşıl ciyərlər”inin fəaliyyəti nəticəsində həyata 
keçir. Sənaye və nəqliyyatın təsiri ilə atmosfer 
havasında toplanan zəhərli tozlar bitkilərin 
yarpaqları vasitəsilə tutulub saxlanılır. Meşənin 
buxarlandırdığı su havanın rütubətliliyini artıra-
raq quraqlığın qarşısını alır.
Tədqiqatlar göstərir ki, meşələr olmasaydı, 
dəniz və okean sahillərindən uzaq ərazilərdə 
quraqlıq daha da çox olardı. Meşədəki ağac-
lar güclü leysan yağışları və qar əriyən zaman 
yaranan sel sularının torpağa tədricən hop-
masına kömək edərək, daşqınların və çayların 
qurumasının qarşısını alır. Çay sahillərindəki 
tuqay meşələri sahil torpaqları eroziyadan 
qoruyur.
Tarlaqoruyucu meşə zolaqları əkin sahə-
lərini güclü küləklərdən və eroziyadan müdafiə 
edir, torpağın məhsuldarlığını təmin edir. Əl-
verişsiz iqlim şəraitində meşə və meşə zolaqları 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin