510
Mahmud Kaşğari
R a m i z Ə S K Ə R
1954-cü ildə Amasiya rayonunun Qaraçan-
ta kəndində ziyalı ailəsində doğulmuşdur.
Orta məktəbi qızıl medalla başa vurduqdan
sonra 1978-ci ildə M.V.Lomonosov adına M osk
va Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirmişdir.
1978-83-cü illərdə «Azərbaycanın səsi»
radiosunda redaktor işləmişdir.
1983—84-cü illərdə yeddi dildə nəşr olunan
«Azərbaycan bu gün» jurnalının baş redaktoru
olmuşdur.
1 9 8 4 -9 1-ci illərdə kiril, latın və ərəb əlifba-
ları ilə çıxan və Azərbaycanda ilk milli-demo-
kratik mətbuat orqanı olan «Odlar yurdu» qəze-
tinin baş redaktoru vəzifəsində çalışmışdır.
1991-93-cü illərdə «Hürriyet» qəzetinin
(İstanbul) və Uluslararası Basın Ajansının (An
kara) Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi
müxbiri, 1993-97-ci illərdə «Yeni Forum» jurnalının (Ankara) Azərbaycan təmsilçisi
olmuşdur.
1993—94-cü illərdə Xarici Turizm Şurasının mətbuat idarəsinin rəisi işləmişdir.
1994-96-cı illərdə «XXI əsr» qəzetinin baş redaktoru oimuşdur.
1992—97-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin (AJB) katibi olmuşdur.
1997-ci ildən AJB-nin baş katibidir. Jurnalistika sahəsində
«Qızıl qələm»,
«Həsən bəy Zərdabi», «Humay»,
Türkiyənin
«Yeni Orxon»
və Küveytin
«İslama
xidmət»
mükafatlarına layiq görülmüşdür. Beynəlxalq Mətbuat İnstitutunun
(Vyana),
Beynəlxalq Jurnalistlər Birlikləri Konfederasiyası
(Moskva)
idarə heyəti-
nin, Avrasiya Jurnalistlər Konfederasiyası
(Ankara)
idarə heyətinin üzvüdür. Dəfə-
lərlə ABŞ, Almaniya, Rusiya, Türkiyə, Balkan, Qafqaz, Orta Asiya, Çin və ərəb
ölkələrində Azərbaycanı təmsil etmişdir. Azərbaycanda və xaricdə çap olunmuş
min beş yüzdən artıq məqalənin müəllifidir
Filologiya elmləri namizədidir. «Qutadğu Bilig» əsəri üzrə müdafiə etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor institutunun böyük elmi işçisidir.
Bakı Dövlət Universitetinin filologiya və jurnalistika fakültələrində «Turk mə-
dəniyyət tarixi», «Türk yazılı abidələri», «Kitabi-Dədə Qorqud», «Qutadğu Bilig»,
«Divanü lüğat-it-türk» fənləri üzrə dərs deyir. Tarixə, filologiyaya və jurnalistikaya
dair bir sıra elmi əsərlər və kitablar («İqlimdən iqlimə, təqvimdən təqvimə». Bakı,
Işıq, 1987; «Qutadğu Bilig», Bakı, Elm, 2003, 320 səh. və s.) yazmışdır.
Yusif Balasağunlunun «Qutadğu Bilik—Xoşbəxtliyə aparan elm», Faruq Sümə-
rin «Oğuzlar», Bahəddin Ögəlin «Türk mifologiyası», Erik Fixteliusun «Jurnalistika-
nın on qızıl qaydası» və digər kitabları ana dilimizə çevirmişdir.
Evlidir, Leyla və Ayla adlı iki qızı, Atilla adlı bir oğlu var.
Azərbaycan, rus, türk, alman və erməni dillərini bilir.
Divanü lüğat-it-türk
M a h m u d al-K ashgari. C o m p e n d iu m o f th e T u rk ic D ialects
(D iw an L u g a t at-T u rk ). in 4 P a rts, P a rt I.
B ak u , «O zan», 2006, 512 p.
Edited and Translation with
Introduction and Indices by
Dr. Ramiz A SK ER
Edited by
Prof.Dr. Tofik HAJİYEV
C.Member o f National Academy
o f Sciences o f Azerbaijan,
Honorary Member
o f Turkish Languages Society
Reviewed by
Prof.Dr. Nizami JAFARO V
C.Member o f National Academy
o f Sciences o f Azerbaijan
Advised by
Prof.Dr. Hüseyn İSMAfLOV
Prof.Dr. Mamedali KIPÇAK
Prof.Dr. Azizkhan TA N R IV E R D İ
Махмуд Кашгарский. Дивану лугат ит-тюрк
(Словарь тюркских языков).
В
4-х томах, том I.
Баку, «Озан», 2006, 512 стр.
Dostları ilə paylaş: