II Fəsil: YAXIN ŞƏRQDƏ CƏRƏYAN EDƏN BÖHRANLAR və SÜLHÜN TƏNZİMLƏNMƏSİNDƏ ABŞ-ın BÖLGƏDƏKİ ROLU
Yaxın Şərqdə baş verən etnik-konfessional zəmində baş verən Fələstin-İsrail problemi üçüncü bir gücün bu regiona müdaxiləsini labüd edir və dolayısı ilə, bu günə qədər davam edən bu münaqişədə sülh və təhlükəsizliyin təmin edilməsini ikiqütblü dünyanın dağılması ilə özünü demokratiyanın yeganə təmsilçisi hesab edən ABŞ öz üzərinə götürmüşdür.
1895-ci ildə sionist hərəkatının “xaç atası”, jurnalist və dramaturq Teodor Hertsel öz kitabçasında Fələstində “Yəhudi dövləti”nin yaradılmasını təklif etdi. İki ildən sonra 1897-ci ildə Bazeledə keçirilən konfransda qüdsü, yəni “Müqəddəs torpağı” “Sionun torpağı”na çevirmək, Fələstində yəhudi milli ocağını, sonra isə yəhudi dövlətini yaratmaq qərara alındı. Məsələ böyükgüclərin rəhbərliyi altında 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinə çıxarıldı iqtisadi bütövlüyün qorunması şərtilə Fələstin torpaqlarının bölünməsi qərara alındı. ölkə ərazisinin 14,1 min kv. km-i, yəni 56%-i yəhudi dövlətinə (həmin vaxt o ərazidə 499 min yəhudi və 510 min ərəb yaşayırdı), 11,1 min kv km-i yəni 43%-i isə ərəb dövlətinə ayrılırdı. Xorada isə 750 min ərəb və 10 min yəhudi yaşayırdı, 106 min ərəbin və 100 min yəhudinin yaşadığı Qüds və ətrafı 1 %-lik ərazi olaraq BMT nəzarəti altında beynəlxalq statuslu zona olmalı idi. Lakin 1948-ci il mayın 14-də Təl- Əvivdə Ben Qruyonun rəhbərliyi altında yəhudi dövlətinin yaradılması elan olundu və müstəqillik Bəyannaməsi qəbul edildi. Bu hadisədən sonra etnik münqaişlərin ardı-arası kəsilmədi və bölgədə qısa aralıqlarla dövlət yarandığı ildən etibarən ərəb-yəhudi müharibələri baş verdi. 1948-1949-cu il ərəb-İsrail müharibəsindən sonra Yerusəlim iki hissəyə bölündü: şərq hissəsi İordaniyaya, qərb hissəsi İsrailə verildi. 1967-ci il ərəb-İsrail müharibəsindən sonra isə şəhərin şərq hissəsi də İsrail tərəfindən işğal edildi. Bu hadisələrdən sonra Trumenin prezidentliyi dövründən etibarən ABŞ məsələnin həll edilməsində öz iştirakını istisna etməmiş və xüsusilə də, 1973-cü il ərəb-İsrail müharibəsindən sonra diplomatik fəaliyyətini genişləndirmişdir. Həmin il ərəb dövlətləri tərəfindən ABŞ-a neft satışına dair embarqo siyasətinin yeridilməsi ilə Vaşinqton ərəblərə güzəştə getməyə qərar verdi və artıq 70-ci illərin ikinci yarısından başlayaraq ərəb-yəhudi münaqişəsinin ədalətli, sülh və təhlükəsizlik prinsipləri əsasında həllinin vacibliyini qeyd etməyə başladı. Bu mövqedə isə həm fələstinlilərin, həm də yəhudilərin qanuni hüquq balansının qorunmasına çalışırdı. Amerikalı Q.Sonders 1978-ci ilin iyununda Konqresin nümayəndələr palatasındakı çıxışında qeyd edirdi ki, “bu problemə artıq sadəcə qaçqın problemi kimi baxılmır. Bu Fələstin xalqının qanuni hüquqlarının təmin edilməsi məsələsidir. Bu fələstinlilərə gələcək müqəddəratını həll etmək imkanı verməklə, onun sabit və təhlükəsiz olmaqla İsraillə yanaşı inkişaf etməsini əsaslandıracaq”. ABŞ təşəbbüsü ilə1974- cü ildə Misir ilə İsrail arasında «101-cİ km sazişi» adı ilə tanınan sənəd, 1978-ci ilin sentyabrında isə Ərəb-İsrail münasibətlərində həlledici dönüş yaradan Kemp-Devid sazişi imzalandı.
Artıq 1980-ci illərin sonunda İsrailin işğal etmiş olduğu ərazilərdə İntifada hərəkatının başlaması, ABŞ-ın Fələstin Azadlıq Təşkilatının tanıması Yaxın Şərq sülh və münaqişənin həlli prosesində yeni mərhələnin başlanmasını səciyyələndirirdi. Bir nüansı da qeyd etmək lazımdır ki, ABŞ hər nə qədər regionda ömmaraqları çərçivəsindən çıxış etsədə burada baş verən regiondaxili və İsrailin daxili siyasi prosesləri ilə də hesablaşmaq məcburiyyətindədir və demək olar ki, münaqişənin həl edilməsi, tamamilə, dövlətlərin öz mövqeyindən asılıdır. Belə ki, 1990-1991-ci illərin əvvəllərində vasitəçilik missiyasını Avropa ölkələrindən xahiş edən Şamir hökuməti 90-cı illərin ortalarından bu mövqeni ABŞ-ın vasitəçiliyi ilə əvəz edən Peres hökuməti ilə dəyişmişdi. Digər bir misal, sülhyaratma prosesində irəliləyişlərə nail olunduğu bir zamanda İshaq Rabinə edilən qəsd sülh prosesin davam etdirilməsinə mane olmaqla bərabər, hadisələrin gedişatını da başqa məcraya yönəltmiş oldu.
1991-ci ilin oktyabrın oktyabrın 30-da Madriddə, SSRİ-nin bir dövlət kimi artıq mövcudiyyətinin son dönəmlərini yaşadığı bir zamanda Helsinki razılaşmasına uyğun olaraq, Almaniya və Fransanın təkidi ilə ABŞ və SSRİ Yaxın Şərqdə sülh prosesinə dair növbəti sammitin çağırılmasına nail oldular. Qərara gəlinmiş razılığa əsasən, ikitərəfli və çoxtərəfli- danışıqların reallaşdırılmasnın regiondakı sülh prosesi üçün labüd olduğu vurğulandı.
İkitərəfli danışıqlara əsasən, İsrail ilə Suriya, Livan, İordaniya, Fələstin arasında münqaişə məsələsində ortaq məxrəcə gəlinməli, sülh müqaviləsinin şərtləri müəyyənləşdirilməli, həmçinin, iki mərhələdən ibarət 5 il müddətinə özünüidarəçilik müddəalarının hazırlanması məsələləri müzakirə edilməli idi.
Çoxtərəfli danışıqların əsas müzakirə mövzusu regionda mövcud olan su, ətraf mühit, silahlara nəzarət, qaçqınlar və iqtisadi inkişaf məsələləri idi və buna əsasən, Yaxın Şərqdə münaqişə iştirakçıları arasında etimadın yaradılması məsələsi həll edilməli, digər dövlətlər də münaqişə tərəfləri ilə danışıqlar aparmalı idi və prosedə danışıqlarda beynəlxalq ictimaiyyət nümayəndələri də iştirak etməli idi. Körfəz böhranı zamanı Səddam Hüseyni dəstəklədiyinə görə FAT konfransın işində iştirak etmirdi. İsrail Fələstini müstəqil tərəf kimi tanımadığına görə, Fələstin danışıqlarda İordaniya - Fələstin nümayəndə heyətinin tərkibində çıxış edirdi. Madrid sammitindən sonra 1992-ci il yanvarın 28-də Görüşdə Suriya, Livan və Fələsrtindən başqa, ABŞ və Rusiya, həmsədr dövlətlər İsrail, İordaniya, Bəhreyn, Misir, Avropa Birliyi, Kanada, Qətər, Çin, Küveyt, Mavritaniya, Mərakeş, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Ukrayna və Yaponiya, müşahidəçi sifəti ilə isə Azərbaycan və Qırğızıstan nümayəndələri iştirak edirdi. Müzakirə edilənlərə əsasən, regionda çoxtərəfli danışıqların başlanmasına qərar verildi. Silahlara nəzarə, regional təhlükəsizlik, qaçqınlar, iqtisadi inkişaf, su ehtiyatlarından istifadə və ətraf mühitə dair məsələlər də müzakirə edildi.
1992-ci ilin iyunundakı parlament seçkilərində qələbə qazanan İshaq Rabininnin başçılğı altında Likud partiyası hakimiyyətə gəlməsi münaqişənin sülh yolu ilə həllini qəlizləşdirmiş oldu. Partiya İsrailin «torpaq əvəzində sülh» prinsipini qəbul etmir, Qəzzə və İordan çayının Qərb sahilini İsrail əraziləri hesab edir və fələstinlilərə məhdud xarakterli özünüidarə hüquqlarının verilməsini tələb edirdi. Vaşinqtonun qəbul etmədiyi başlıca məələ isə işğal zonası olara qəbul edilən ərazilərdə Şamir hökumətinin yeni yəhudi məskənlərinin salınması prosesini sürətləndirməsi idi və bu, ABŞ-İsrail münasibətlərinin soyuqlaşmasına, sülh prosesinin mübahisəli olaraq qalmasına səbəb olmuşdu. İshaq Rabin torpaqların bir hissəsinin Fələstinə verilməsi ilə razılaşır, yəhudi məskənlərinin tikintisinin dayandırılması mövqeyindən çıxış edirdi. Eyni zamanda o, iyunun 13-də Fələstin tərəfini knessetdəki çıxışında birbaşa danışıqlara çağırırdı, lakin danışıqların Yerusəlimdə keçirilməsini qəbul etməyən Fələstin onun öz istədikləri ərəb ölkəsində də keçirilməsinə də razılıq vermədi.
1993-cü ildə ABŞ-da hakimiyyətə gələn demokratlar partiyasının terrora qarşı mübarizəni dövlətin prioriteti elan etməsi Fələstin muxtariyyətində ərəblərə qarşı siyasət yeridilməsi kimi qiymətləndirilmişdi. Mütəxəssis V.Kazziha 90-cı illərdə Fələstinin tutduğu mövqe ilə bağlı öz fikirlərini bildirərək yazır: “İstər Avropada, istərsə Yaxın və Orta Şərqdə ən çox qabardılan məsələ İsrailin Fələstin ərazisini işğal etməsidirsə də, Təl Əvivin torpaqların geri qaytarılması istiqamətində irəli sürdüyü təkliflərin həyata keçirilməməsinin əsas səbəbkarları isə məhz fələstinlilərdir. İsrailin irəli sürdüyü təkliflərin əsasında ilk növbədə qarşılıqlı etimadın təmin edilməsi dayanır ki, buna da fələstinlilər əməl edə bilmirlər”. Artıq fələstinlilərin mübarizəsi dövlət qurmaq uğrunda deyil, İsrail dövlətinə qarşı mübarizə xarakteridaşımağa başlamşdır. Halbuki, problemin həll edilməsi üçün təklifləri təkcə Təl-Əviv deyil, fələstinlilər də irəli sürməlidirlər, lakin fələstinlilər də təklifləri qəbul etmək istəmirlər.
1993-cü il sentyabrın 13-də Vaşinqtonda ABŞ administrasiyasının təklifi ilə FAT lideri Yasir Ərafat və İsrailin baş naziri İshaq Rabinin arasında “Qərb sahilində və Qəzzə bölgəsində özünüidarənin təşkil edilməsinin prinsipləri haqqında bəyannamə” qəbul edildi. Şimon Peres və İshaq Rabin arasındaki məxfi danışıqların nəticəsi kimi 1993-cü il sentyabrın 9-da Yasir Ərafat məktub göndərərək, bəzi maddələri qəbul etdiyini bildirdi:
1) Fələstin İsraildə mövcud olan sülh və təhlükəsizlik qanunlarını tanıyır
2) BMT-nin regionda təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayan 242 və 338 saylı qətnamələrini tanıyır
3) Yaranmış münaqişəli vəziyyətlərin sülh yolu ilə həllini qəbul edir
4) Zorakılıq, terrorizm və digər analoji halların qarşısının alınması istiqamətində intensiv səylər göstərəcəyini bildirir
5) Bütünlükdə FAT-da nizam-intizam pozuntularının, onları pozanların qarşısının alınmasını və sabitliyin təmin olunması şərtlərini qəbul edir
6) FAT razılaşmanın bu bəndləri ilə İsrailin qısa müddət qüvvədə olmuş və hal-hazırda öz təsirini itirmiş bütün hüquqlarını təsdiq edir
7) Müqavilədə lazımi dəyişikliklərin formal, yaxud rəsmi bəyənilməsi üçün Fələstin Milli Şurasında müzakirəyə verilməsini öz üzərinə götürür .
Əvəzində isə İsrail sülh danışıqlarında Fələstin Azadlıq Təşkilatının nümayəndəsini tanıyırdı. Bunun ardınca 1993- cü il oktyabrın 13-də Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə İsrail baş naziri İshaq Rabin və FAT-ın rəhbəri Y.Ərafat arasında Oslo müqaviləsi imzalandı. Oslo razılaşmasının mətnində tərəflər arasında əşağıdakı müddəalar ehtiva edilmişdir:
1) Razılaşmaya əsasən, İsrail FAT-ı tanıyır.
2) İlkin mərhələdə İsrail öz hərbi qüvvələrini İyerixon və Qəzzə bölgəsindən çıxarır.
3) İsrail İordan çayının qərb sahillərindəki Fələstin şəhərlərindən öz ordularını çıxarmalı, fələstinlilərə yerli vətəndaş özünüidarəsini yaratmaq imkanı verməli idi
4) Hər iki tərəf Fələstin probleminin tam həlli üçün danışıqlar prosesinə başlamağı öhdəsinə götürür.
5) FAT və İsrail ikincinin hərbi qüvvələrini Qəzzə bölgəsi və İyerixondan çıxardıqdan sonrakı 5 il ərzində sərhədlərin bərpası və müəyyənləşməsinə nail olacaqlar.
6) FAT İsrail ilə sülh şəraitində yaşayacağını və terrorizmin bütün formalarından imtina edəcəyini öhdəsinə götürür.
7) FAT Fələstin xartiyasındakı İsrail dövlətinin ləğvinə çağırış maddəsindən imtina edəcəyini bildirirdi.
1993-cü il sentyabrın 13-də Vaşinqtonda ABŞ vasitəçiliyi ilə İsrail və İordaniya arasında mharibə vəziyyətinə son qoyuldu və İordaniya İsrail ilə sülh müqaviləsi imzalayan ikinci ərəb ölkəsi oldu. Tezliklə İshaq Rabin və Kral Hüseyn arasında imzalanan “Sülh və Əməkdaşlıq haqqında” müqaviləyə əsasən, İsrail və İordaniya arasında olan müharibə vəziyyəti birdəfəlik olaraq aradan qaldırılır, hər iki dövlət uzunmüddətli, ədalətli və müfəssəl sülh şəraitində BMT- nin 242 və 338 saylı qətnamələrini tanıyır və onun müddəaları ilə razılaşır, İsrail Yerusəlimdəki Müqəddəs Əl-Aksa məscidi üzərində İordaniyanın xüsusi rolunu təsdiqləyir və qəbul edirdi.
Bu müqavilələrin imzalanmasının İsrail üçün əhəmiyyəti ondan ibarət idi ki, İsrail yeni satış bazarları əldə edirdi və həmçinnin İran və İraqın İsrailə qarşı olan hər hansı roket hücumunun İordaniya ərazisində baş verməsi ehtimalını da aradan qaldırılmış olurdu. Ümumilikdə isə 1990-1993-cü illərdə Yaxın Şərqdə ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş naliyyətlərin bu şəkildə xülasəsini verə bilərik:
Münaqişənin həllinə dair tərəfləri razılaşdıran ümumi prinsiplər müəyyən edildi
Fələstin danışıqlarda bərabərhüquqlu tərəf kimi tanındı
Münaqişənin nizama salınmasında ərəb birliyi arasındakı ziddiyyəti üzə çıxardı ki, bu da öz təcəssümünü Misir, Suriya, Livan, İraq, Səudiyyə Ərəbistanı və İordaniyanın münaqişəyə münasibətdə tutmuş olduqları mövqedə tapmış oldu.
Fələstin muxtariyyatımn yaranması üçün iqtisadi və siyasi şərait tam reallaşdırıldı, həmçinin bunun üçün hüquqi bazanın formalaşdırılması başlandı
Münaqişə tərəfləri və münaqişədə iştirak edən tərəflərin maraqlarında şəffaflıq müəyyənləşdirildi
Fələstinin özünüidarə hüquqları müəyyənləşdirildi və beynəlxalq hüququn yeni subyektinə çevrilən Fələstin özünüidarə qurumu beynəlxalq ictimaiyyət tərəfindən tanındı
1994-cü il may ayının 4-də Qahirədə ABŞ-ın vasitəçiliyi ilə FAT və İsrail arasında imzalanmış beş illik müvəqqəti razılaşmada Fələstinin muxtariyyatı məsələsi ön plana çəkildi. Müqaviləyə əsasən, Qəzzə bölgəsi və İyerixonda Fələstinin müstəqil muxtariyyat rejimi tətbiq olunurdu və İsrail ordu hissələri üç həftə ərzində bu əraziləri tərk edirdi. Bundan əlavə, 24 nəfərdən ibarət Fələstin Şurası yaradılırdı və yerli özünüidarəetmə, fərdi yurisdiksiya məsələlərində səlahiyətli olan bu Şura keçid dövrü üçün ərazi məsələlərini həll etmək səlahiyyətinə malik idi. İctimai Asayiş qaydalarının qorunması məqsədilə yaradılan polis dəstələri də administrasiyaya tabe edilirdi. Administrasiyanın danışıqlarda Fələstini rəsmən təmsil etmək hüququ var idi və münaqişəni növbəti beş il ərzində həll etmək səlahiyyətlərini həyata keçirirdi. ABŞ-ın vasitəçiliyi ilə İlk 5 raundu 1991-ci il noyabrın 3-dən 1992-ci ilin may ayına qədər davam edən Madrid konfransında da əsas müzakirə mövzusu Yaxın Şərqdə sülhün tənzimlənməsi məsələsi, xüsusilə, İsrailin 1967-ci ildə başlanan 6 günlük müharibə zamanı işğal etdiyi Holan təpəlikləri və Suriyanın buna münasibəti idi. Hafiz Əsəd bildirirdi ki, “tam sülh” yalnız İsrail qoşunlarının 1967-ci ildə işğal olunmuş Holan təpələrindən çıdığı təqdirdə mümkü olacaq.
1995-ci il sentyabrın 28-də Vaşinqtonda İsrail və Fələstin arasında münasibətərin liberallaşması yolunda imzalanan Arahq razılaşması da ABŞ diplomatiyasının uğuru idi. Yenə də başlıca məsələ Fələstin muxtaryyatının yaradılması, seçkilər, Fələstin Milli Şurası məsələsi idi. ABŞ tərəfindən hazırlanmış təkliflər paketinə uyğun olaraq həyata keçirilən bu razılaşma və müqavilələr regionda ABŞ-ın nüfuz və təsirini 90-cı illərin əvvəllərinə nisbətdə müqayisə olunmaz dərəcədə artırmışdı.
1997-ci ildə ABŞ-ın növbəti dəfə vasitəçiliyi ilə imzalanan Xevrona dair saziş Fələstin və İsrail arasında münasibətlərin yaxşılaşması yolunda növbəti addım idi. Sazişə əsasən, Xevronun bir hissəsinin Fələstin muxtariyyatına verilməsi nəzərdə tutulmuşdu. Lakin Netanyahu hökumətinin şovinit siyasəti və Şərqi Yerusəlimdə Xar-Xoma kvartalında yəhudi məskənlərini salması sülh danışıqları məsələsini çətinləşdirirdi.
1998-ci il oktyabr ayının 13-də Fələstin və İsrail arasında imzalanan Uay-Planteyşn müqaviləsi sülh və təhlükəsizlik yönündə atılmış növbəti addımın başlanğıcı oldu və 2000-ci illərə qədər davam etdi. ABŞ-ın təklifinə əsasən, İsrail İordan çayının Qərb sahilindəki 13% ərazidən öz qoşunlarını çıxarmalı idi.
1998-ci il dekabrın 14-də ABŞ prezidenti Bili Klinton və Fələstin lideri Yasir Ərafatın birlikdə Qəzzədə hava limanının açılış lentini kəsməsi Uay- Riverdə əldə olunmuş razılaşmadan irəli gələn tələblərin həyata keçirilməsinin məntiqi nəticəsi idi. Jurnalistlərlə görüşündə dövlət katibi Madlen Olbrayt da bu fikrin təsdiqi kimi qeyd etmişdi ki, “Qəzzə sektorunda açılmış beynəlxalq hava limanı sülh danışıqlarına dair proqramı təsdiqləyir. Bu, Uay-Riverdə imzalanmış razılaşmanın nəticələrinin əyani sübutudur”. Lakin hadisələrin gedişi göstərdi ki, Fələstin tərəfinin Həməs, Hizbullah və Islami-cihad kimi təşkilatlara, terrorizmə qarşı mübarizə apara bilməməsi nəticəsində razılaşmada üzərinə götürdüyü müddəalara tam əməl edə bilmək iqtidarında olmayacaqdır.
1999-cu il sentyabrın 5-də Misir və Klinton administrasiyasınin vasitəçiliyi ilə Şarm-əş-Şeyxdə Madlen Olbrayt, İordaniya kralı Hüseyn, İsrail tərəfdən baş nazir Exud Barak, Fələstin tərəfindən Yasir Ərafat tarixə Uay-2 adı ilə daxil olan memorandum imzaladılar. Memoranduma əsasən İsrail hərbi hissələrini İordan çayının Qərb sahilindən tamamilə çıxarılmasını 2000-ci il yanvarın 20-nə kimi başa çatdırmalı idi.
1999-cu ildə Kemp-Deviddə aparılmış həmin danışıqlarda İsrail Fələstinə aşağıdakı güzəştləri edirdi:
1. Yəhudi məskənlərinin əsas hissəsi məhv edilir
2. Qəzzə bölgəsi və İordan çayının 97% ərazisində müstəqil Fələstin dövlətinin yaradılması qəbul olunur
3. Məbəd dağına aid səlahiyyətlərin bölüşdürülməsinə dair konkret təklifdə isə Məbəd dağının faktiki olaraq Fələstin nəzarətinə keçməsini əsaslandırırdı
4. Yerusəlimin birgə idarə olunması kimi ən optimal variant qəbul edilir
5. İsrail işğal etmiş olduğu ərazilərdən çıxır. Bu isə həmin ərazilərin Qəzzə
bölgəsinə və İordan çayının Qərb sahilinə birləşdirilməsinə imkan verir
6. Fələstin tərəfinin İsrailin işğal etmiş ərazilərin kompensasiyası kimi bəzi İsrail torpaqlarının Fələstinə verilməsi təklifi qəbul olunur
7. Nəhayət, 1948-ci il qaçqınlarının İsrailə qaytarılması formula ilə qaçqınların İsrailə qayıtmasına imkan verirdi.
Lakin İsrail tərəfi ilə qaçqınlar məsələsi barədə razılığa gəlmək mümkün olmadı. İsrail tərəfinin fikrincə 1949-cu ildən bu günə kimi olan üçüncü nəsil 4 milyon qaçqının İsrailə qaytarılması qeyri-mümkündür və bununla tək İsrail yox, heç bir dövlət razılaşmaz. Rəsmi Vaşinqton isə məsələyə daim təkcə ərəb-İsrail münaqişəsində mövcud olan real vəziyyət və onun həllinə yanaşmada praqmatizmdən deyil, həm də dünya təsərrüfat sistemində gedən qloballaşma və onun tələblərinin Yaxın və Orta Şərqə nisbətdə təkamülündən də çıxış edirdi.
Dostları ilə paylaş: |