Mövzunun öyrənilməsi: ABŞ-ın XX əsrin 90-cı illərində Yaxın Şərq politikasını daha ətraflı öyrənə bilmək və tədqiq etmək üçün azərbaycan, rus və ingilis dillərində çox sayda əsərlər, monoqrafiyalar və məqalələr yazılmışdır. Azərbaycan tarixşünaslığında da bu mövzuda məsələnin işıqlandırılması ilə diqqət çəkən əsərlər qələmə alınmışdır. Azərbaycanda formalaşmış bu müasir elmi məktəbin nümayəndələrindən R. İsmayılov, N. Axundova, A. Bağırova, V. Quluzadə, M. İsmayılov, E. Mehtiyev, M. Güləliyevi və başqa müəllifləri göstəmək olar. Dərs vəsaiti xarakteri daşıyan və R. İsmayılov, N, Axundova, A, Bağırova tərəfindən müştərək şəkildə yazılmış “Çağdaş Asiya və Afrika ölkələrinin müasir tarixi” adlı əsərdə (2) ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinə dair kifayət qədər geniş məlumatlara rast gəlinir. Əsərdə həmçinin müəlliflər tərəfindən, Soyuq Müharibənin başa çatması və Sovet İttifaqının dağılması ilə dəyişən dünya düzəninin Yaxın Şərqə ABŞ prizmasında təsirləri, Körfəz böhranından sonra ərəb ölkələri ilə Vaşinqton münasibətlərinin yeni müstəvidə araşdırılması ön plana keçir.
Bu səpkidə yazlmış bir digər əsər isə şərqşünas-alim Aida Bağırova tərəfindən qələmə alınan “Внешняя политика Ирака (1968—2003)” əsəridir (47). Burada İsrail-İraq münasibətlərinin regionda irəliləmə intensivliyi maraqlı faktlarla göstərilmişdir. Müəllifin qənaətinə görə, Körfəz böhranı ərəfəsində İraq hökumətinin İsrailə yönəlmiş hədələyici siyasəti İsraili öz antiərəb hərəkətlərinə bəraət qazandırmağa sövq etdi. Əsərdə qeyd edilən nüanslara misal olaraq, İraqın SKAD raketləri ilə İsrail bölgəsinə zərbə endirməsi nəticəsində, İsrail müharibəyə cəlb edilməyə və İraqa qarşı antiiraq koalisiyası yaradılmasına çalışılmışdır (47, s-460).
N.Ç. Axundova və A.R.Bağırovanın “Сирия и Ирак под властъю партии Арабсково Сочиалистическово развития Иракской нефти после кризиса в Персидском заливе” (46) adlı kitabda Körfəz böhranı zamanı İraqda baş verən daxili qarşıdurmalar və ABŞ-ın Səddam Hüseynlə bağlı mövqeyi dəgeniş təhlil olunur. Müəllifin düşüncəsinə görə, «Antiiraq koalisiyasının üzvləri olan ABŞ və onun müttəfiqləri tərəfindən İraqınməğlubiyyətə uğradılması ölkədə mərkəzdənqaçmameyllərininartmasına gətirib çıxarmışdı.1991-ci ilin fevral-mart aylarında İraqın şimalındamuxtariyyət uğrunda mübarizəyə qalxan kürdlərin, cənubunda isə şiyələrin güclü üsyanları baş verdi» (46, s-250).
Problemlə əlaqədar yazılmış digər əsərlərə türk müəlliflərin yanaşmasında nəzər salmaq mümkündür. ABŞ-ın Yaxın Şərqdə regional siyasətini uzun illər araşdırmış müəlliflərdən Tayyar Alinin əsərlərində (9), (10), (11), (12), (13) ABŞ-ın ərəb ölkələrinin timsalında Yaxın Şərq siyasətinin təməlində duran məqsədləri açıb göstərməklə, onun məğzində dominantlıq iddialarının olduğunu, İraq siyasətindəkürd kartından istifadə edildiyini, Körfəz böhranı və onun nəticələri ilə bağlı ətraflı və qərəzsiz məlumatları əldə etmək mümkündür.
Rus tarixşünaslığında ABŞ-ınYaxın Şərqlə bağlı xarici siyasəti müxtəlif aspektlərdə tədqiq edilmişdir. A.Y.Olimpiyevin əsərində (51) Yaxın Şərq regionunun dövlətdaxili və beynəlxalq ziddiyyətlər, münaqişələr və siyasi şərait obyektivlikdən uzaqşəkildə şərh edilmişdir, eyni zamanda ABŞ-ın bu münaqişələrə münasibəti və bu yolda atdığı addımlar öz əksini tapmışdır. Müəllif keçmiş ABŞ dövlət katibi K.L.Pauelə istinadən göstərir ki, guya «ABŞ-ın hərbi qüvvələrinin iştirakı bu regionda sabitliyinqorunub saxlanmasına» xidmət edir. Amerika qüvvələrinin burada iştirakı öz ərazilərinin təhlükəsizliyini müstəqil şəkildəqoruya bilməyən ərəblərin vəziyyətini yüngülləşdirdi». (51, s-179).
İngilis dilli müəlliflərin əsərlərində də Amerikanın Soyuq Müharibə dövründn başlayaraq beynəlxalq aləmə nüfuz etmə siyasəti dəqiqliklə işlənmişdir. Belə müəlliflərdən biri də Robert McMahon və onun “Cold War, A very short introduction” (36) əsəridir ki, burada müəllif İkinci Dünya Müharibəsinin bitməsi ilə başa çatan kolonizasiya hərəkatının gətirdiyi bipolyar sistem və onun dağılması, totolitarizmin əsl mahiyyəti haqqında fikirlərinə George Oruellin “1984” adlı romanından istinadlar verməklə qarşılıqlı müqayisəli təhlillər edir. Kitabda ABŞ-ın ərəb millətçiliyinə nüfuz etmə siyasəti, Avropa ölkələri arasındakı güc tarazlığının dünyanı kommunizmdən xilas etmək üçün Eyzenhauer doktrinasının Amerikanı super-dövlətə çevirdiyini geniş təhlil edilir. İkinci Dünya müharibəsindən sonra qərb dünyasında yaranan güc boşluğu Amerikaya bir daha tərk etməmək üzərə dünya politikasına təsir etmək iqtidarı tanımışdı və ona dünya ictimaiyyəti qarşısında bəlli missiyası olduğu inancını gətirmişdi. Wilson idealizmi Soyuq Müharibənin başlaması ilə yeni bir sima qazanmış və ABŞ-a qlobal meliorizm vasitəçiliyi bəxş etmişdi.
Rosen Şildmanın “Palestine intifada: Between the political reality andmilitary illusion”əsərində (38) diqqəti çəkən məqamlardan biri İshaq Rabinin hakimiyyətə gəlməsindən ilə İsrail və Fələstin Azadlıq Təşkilatı (FAT) arasında danışıqlarda münasibətlərin yeni müstəvidə davam etməsi qeyd olunur. Əsərdə İsrail və FAT-ın bir-birini tanıması müəllifin yanaşmasında müsbət hal kimi qiymətləndirilir.
Antoni Kordesmanın “The Gulf and the West. Strategic relation and military realities” adlı əsəri (16) Körfəz böhranı və Vaşinqtonunyeritdiyi siyasət barədə maraqlı məqamları diqqət mərkəzində saxlayır. Bu kitabda 1991-ci il Körfəz böhranının səbəbləri, gedişi, antiiraq koalisiyasının yaranması, müharibənin nəticələri öz ətraflı izahını tapıb.
Buraxılış işi Giriş, üç fəsil, 3 yarımfəsil, Nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Dostları ilə paylaş: |