III Fəsil. Soyuq Müharibədən sonra “Yeni Yaxın şərq düzəni”.................24
3.1 Körfəz müharibəsi və ABŞ qüvvələrinin regiona müdaxiləsi.....................24
3.2 Misir ABŞ-ın Yaxın Şərq planının icraçısı kimi.........................................31
3.3 Neft ölkəsi Səudiyyə Ərəbistan və Rəsmi Vaşinqton..................................34
NƏTİCƏ................................................................................................................38
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT..............................................................40
SUMMARY...........................................................................................................44
GİRİŞ
İkinci Dünya müharibəsindən sonra bütün dünya ölkələrinin iqtisadi və siyasi durumu müxtəlif idi. Savaşın bitməsi ilə bərabər dünya dövlətləriningüc vektorları bir çox hadisələrlə yer dəyişməyə məruz qalmışdı. Müharibənin ən mühüm nəticələrindən biri də hüquqi, dünyəvi və beynəlxalq təşkilat olan BMT-nin yaradılması oldu. 1946-cı ildə başlayan Soyuq Müharibənin məqsədi İkinci Dünya Müharibəsində tamamlanmamış qütbləşməni başa çatdırmaq, təkqütblü dünya düzəni yaratmaq idi. Bu müharibədə isə dominant qüvvələr demokratik kapitalizmin mütləq hegemoniyasına sahib olmaq istəyən Amerika Birləşmiş Ştatları (ABŞ) və avtokratik sosializm əsaslı kommunizmi rəhbər ideya olaraq qəbul edən Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) idi.BMT Təhlükəsizilik Şurasının beş daimi üzvündən biri olan ABŞ prezident Trumenin 1946-cı il 23 oktyabr tarixində BMT-nin xüsusi assambleyasındaproqram layihəsi ilə çıxışında sülh və ədalət naminə hərbi gücdən istifadə ediləcəyini və bu sülhü pozmaq istəyən hərbi əməliyyatların qarşısının alınacağını bəyan etdi. Bununla da, ABŞ öz imperiyasının nüfuz dairələrini genişləndirmək üçün yeni ideoloji əsaslar axtarmağa başlayaraq, dünyanın yeganə hegemon dövlət olmasına çalışırdı. SSRİ sol yönümlüqüvvələriideoloji baxımdan nəzarətə almaq məqsədilə onlara dəstək verərək hakimiyyətə gəlmələrinə çalışırdı. ABŞ isə buna alternativ olaraq, 1948-ci ildə Marşall planı üzrə Avropa dövlətlərinə yardım edilməsi məqsədilə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatını yaratmışdı. 1949-cu ildə yaradılan Qarşılıqlı Yardım Şurası (COMECON) isə SSRİ-nin Avropa coğrafiyasındakı total sosialist avtoritariyasına xidmət etməli idi. ABŞ və SSRİ siyasi arenada söz sahibliyi legitimliyini Avropa dövlətlərinin əlindən almaq üçün ən yaxşı vasitə olaraq müxtəlif siyasi, beynəlxalq və hərbi təşkilatlar yaradırdılar. ABŞ 1947-ci il Truman Doktrinası çərçivəsində Yunanıstan və Türkiyəyə hərbi yardımlar etmiş, 1949-cu ildə Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) yaratmış, buna qarşlıq olaraq isə SSRİ Balkan regionunda və Şərqi Avropada yaradılan sosialist əsaslı rejimləri dəstəkləmiş və 1955-ci ildə Varşava Paktını (Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi) təsis etmişdi. Beləliklə,hər iki dövlət 1990-cı ilin əvvəllərinə qədər davam edən bu qütbləşmə prosesi dövründə dünyanın bir çox regionlarında, həmçinin mövzumuzla əlaqəli Yaxın Şərqdə öz maraqlarına uyğun rejimlərin meydana gəlməsinə nail oldular və bütün bunlar yeni dünya siyasətini müəyyənləşdirən əsas konseptual mənbələr idi.
Soyuq mühribə dövründə ABŞ və SSRİ-nin maraqlarının toqquşduğu ən zəngin coğrafiya Yaxın Şərq regionu idi. Sivil və maddi sərvətlərlə zəngin olan Yaxın Şərqdə uzun müddət davam edən etnik-konfessionl və ideloji zəmində gedən müharibələr ABŞ və SSRİ-nin əraziyə müdxiləsini daha da asanlaşırırdı. 1948-ci il mayın 14-də İsrail adlı dövlətin dünya siyasi xəritəsində yer alması və politik oyunun əsl iştirakçılarının arxa səhnədə çıxış etməsi ilə bu günə qədər davam edən kataklizmlərin əsası qoyulur. Artıq əsrin 70-80-ci illərdə ABŞ siyasi elitasının əsaslandığı Hans Morgentaonun“siyasi realizm” modeli politikanın əsas meyarına çevrilmişdi. SSRİ-nin dəstəyi ilə, 1960-cı ildə Suriyada, 1968-cı ildə İraqda Bəəs Hərəkatının timsalında Ərəb milliyyətçiliyinin yüksəlişi, Yəmən vətəndaş müharibəsi zamanı solçuların yardımı, Misir prezidenti Nasirin kommunistləri dəstəkləməsinə qarşılıq ABŞ başda Səudiyyə Ərəbistan olmaqla, Körfəzin zəngin ərəb dövlətləri ilə müqavilələr imzalamışdır. XX əsrin bütün 60-80-ci illəri boyunca baş verən Ərəb-İsrail müharibələri zamanı ABŞ zaman-zaman müxtəlif etnik kartlardan istifadə edərək Yaxın Şərqdə III dövlət rolunu oynamağa davam etmişdir.
Soyuq müharibənin başa çatması və sosializm sisteminin dağılması ilə ikiqütblü dünya siyasi sistemini pozulmuş, SSRİ və onun hərbi bloku kimi səciyyələndirilən Varşava Müqaviləsi Təşkilatı dağılmışdı. Bu zaman lokal münaqişələr fenomeni hələ də davam etməkdə idi, lakin beynəlxalq sülhyaratma fenomeni intensivləşdiyi üçün münaqişələrin kskinliyi azalmışdı, həmçinin formalaşmaqda olan yeni regional münasibətlər Yaxın Şərqdə də qüvvələr nisbətini dəyişdirmişdi və ABŞ xarici politikası önündə yeni perspektivlər açılmışdı. Beləliklə, ABŞ təkqütblü dünyanın gələcək sahibi kimi yeni strateji planların ərsəyə gətirilməsinə start vermiş oldu. Mövzunun aktuallığını şərtləndirən əsas səbəb bu gün hakimiyyətdə olan Vaşinqton rəsmilərinin Yaxın Şərq siyasətinin əsas ana xətlərini ötən əsrin prezident aparatının xarici siyasəti ilə müqayisəli şəkildə araşdırmaqdır.Məhz bu baxımdan tədqiqat işinin məqsədiYaxın Şərqi gerçəklərini və Soyuq Müharibə dövründə və xüsusilə, XX əsrin 90-cı illərində ABŞ-ın xarici siyasətinin təməl parametrlərini geniş olaraq tədqiq etməkdir.
Dostları ilə paylaş: |