c) Müasir Azərbaycan antroponimikasında
müşahidə olunan qadın adları
Adıgül Anagül
Adıgün Anaxanım
Ağbəniz Aycamal
Ağabacı Ayçöhrə
Ağabanu Ayçiçək
Ağabəyim Aygün
Ağadostu Aydan
Ağqız Aydagül
Ağgül Aygül
Ağtab Ayxanım
Ağgün Aymələk
Ağxanım Aynişan
Ağca Aynur
Ağcabəniz Aynurə
Ağcaqız Aypara
Ağcagül Aysel
Ağabəyim Aysəba
Ağadost Aysimə
Algül Aysurə
Alagöz Aytac
Alma Aytən
Almaz (müştərək) Aytəkin
Anabacı Ayulduz
Anacan Bağça
Anaqız Bağdagül
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
185
Balaqız Eltac
Balaxanım Elçiçək
Bacıqız Gərəkməz
Bacıgül Gəlingül
Banıçiçək Gözəl
Baxdur Gülyetər
Ballı Gülyanaq
Bacıgül Gülgəlin
Başxanım Gülsona
Bəyim Gülay
Bəyimxanım Gülaçar
Bənzər Gülbəs
Bəslər Gülbəsdi
Bəsdi (Bəsti) Gülçiçək
Bəsdiqız Gülerkən
Bibi Gülertə
Bibixanım Gülqız
Bikə Güldərən
Bikəxanım Gülər
Bildirçin Güləkər
Çiçək Gülyaz
Çiçəknur Gülyanar
Dönə Gülxanım
Durna Gülüş
Dursun (müştərək) Gülsolmaz
Elbəzər Gültəkin
Evdəgül Günay
Eldostu Günel
Elgül Güntəkin
Elnarə Güney
Elnurə Günəş
Elnaz Günnuru
Gözəlcə Gözəlgül
Язизхан Танрыверди
186
Gözəlgəlin Qaragöz
Gözəlxanım Qarasaç
Gözəlcə Qaratel
Göyçəkgül Qaşqara
Göyçəkgəlin Qızana
Göyərçin Qızılgül
Göyçək Qızyetər
Gözəlqız Qızgəl
Humay Qızbacı
Xanım Qızbəs
Xanımana Qızbəsdi
Xanımağa Qızqayıt
Xanımbacı Qızım
Xanımbəyim Qızılgül
Xanımbikə Qızyetər
Xanımqız Qızgəl
Xanımzər Qızgül
Xatın Qızxanım
İncə Qıztamam
İncəgül Qırqovul
İncəxanım Laçın (müştərək)
İnci Laləçiçək
İnciqız Maral
İncigül Narxanım
İncixanım Nənəqız
İstəməz Nənəpiri
Kəklik Nənəxanım
Kürnaz Nuray
Kürüz Nurtəkin
Qayıt Nurxanım
Qaraqaş Oğlangərək
Qaraqız Saçlı
Qaragilə Sarıtel
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
187
Sarıgül Ulduz
Seçmə Ulduzə
Sevgili Yaxşı
Sevgiyyə Yaxşıçiçək
Sevər Yaxşıxanım
Sevil Yanargül
Sevinc Yaraşıq
Selcan Yaşılgül
Solmaz Yazbahar
Sona Yazçiçək
Sonagül Yazgül
Telnaz Yazdagül
Telli Yazşad
Telcan Yetər
Turac Zərçiçək
Turanə
Türkan
Türkanə
Türkam
ç) Arxaik titullar
Ağa Minbaşı
Aznavur Miraxurbaşı
Bağbaşı Mollabaşı
Bəy Onbaşı
Bəyim Ordubaşı
Bəglərbəyi Sübaşı
Bikə Şad
Çavuş Tarxan
Çobanbəyi Tacirbaşı
Erbaşı Tegin
Язизхан Танрыверди
188
Xan Təkur
Xanım Topçubaşı
Xaqan Yabqu
Xatun Yüzbaşı
Qorçubaşı
d) T ə x ə l l ü s l ə r
Azəroğlu (Balaş Abizadə Azəroğlu)
Anacan (Bahar Əmirəli qızı Ağalarova)
Araz (Məmməd Araz)
Aranlı (Mirzəcan Aranlı)
Araslı (Həmid Məmmədtağı oğlu Araslı)
Bakuvi (Əbdülbaqi Bakuvi)
Baxış (Mirzə Baxış Nadim)
Beyləqani (Mücirəddin Beyləqani)
1
Bozalqanlı (Hüseyn Cəfərqulu oğlu Quliyev)
Boynuburuq (M.Ə.Sabir)
Borçalı (Eyvaz Borçalı)
Coşqun (İsgəndər Coşqun)
Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov)
Dağıstanlı (Şərafət Dağıstanlı)
Divanbəyoğlu (Abdulla bəy Vəli oğlu Sübhanverdixanov)
Duyğun (Ramiz Duyğun)
Düşkün (Əlixan Bayram oğlu Abbasov)
Elsevər (Emin Mahmudov)
Əlidəftərli (Əli Nəzmi)
Əfşar (Sadıq bəy Əfşar)
Göyçəli (Musa Göyçəli)
Güzgü (Məmmədəli Manafzadə)
1
Qeyd: Eyni toponimik vahid, yaxud eyni apelyativ əsasında düzələn
təxəllüslərdən yalnız biri verilmişdir.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
189
Xaqani (Əfzələddin Xaqani)
İlkin (Qılman İsabala oğlu Musayev)
Kirpi (Əjdər Süleymanzadə, Qulam Məmmədli və b.)
Kəngərli (Bəhruz Şirəlibəy oğlu Kəngərli)
Kürçaylı (Əliağa Həsənağa oğlu Kürçaylı)
Qanacaqsız (Əli Nəzmi)
Qantəmir (Qafur Səbi oğlu Əfəndiyev)
Qarqarlı (Cahangir Gözəlov)
Qaradağlı (Həsənəli xan Qaradaği)
Qarayazı (Əlixan Ömərov)
Qaraçöp (Səməd Qaraçöp)
Qarnıyarıq (Nəsrulla Qəmbərli)
Qafqazlı (Qara Qafqazlı)
Qırxbulaqlı (Məmmədhənifə Aciz Qırxbulaqlı)
Lağlağı (Ömər Faiq Nemanzadə)
Ordubadi (Mirzə Məmməd Ordubadi)
Sancaq (C.Cabbarlı)
Sanılı (Hüseyn Sanılı)
Saraclı (Aşıq Hüseyn Saraclı)
Şəmkirli (Məmmədcəfər Miskin)
Şəkili (Hatəm Şəkili)
Şirvani (Pir Hüseyn Şirvani)
Şişqayalı (Aşıq Şişqayalı)
Təbrizi (Xətib Təbrizi)
Tikmədaşlı (Xəstə Qasım)
Türkay (İslam Əfdik oğlu Əhmədov)
Ulu Türk (Xəlil Rza)
Vurğun (Səməd Yusif oğlu Vəkilov)
Yoldan keçən (Nəsrulla Qəmbərli)
Yoldaş (Soltan Məcid oğlu Əfəndiyev)
Язизхан Танрыверди
190
e) Ləqəblər (bu sistemə yalnız apelyativi
arxaizm, arxaizm səciyyəli dialektizm və dialektizm olanlar
daxil edilmişdir)
Ağıçı Bədircahan (N.Vəzirov)
Ağçuxa Ağabala (Şamaxı)
A gədə Pirməmməd (Onomastik fond)
Alp Eltəbər (VI əsr)
Axtaxan (Ağa Məhəmməd şah Qacar - Ə.Haqverdiyev)
Boğazca Fatma (―Kitabi-Dədə Qorqud‖)
Boğaz Bayram (Borçalı)
Bəhrəm Yüzbaşı (Şamaxı)
Bordaq Məhəmməd (Erm. respub. Kalinino rayonu)
Bınbidi Güləbətin (Kalinino rayonu)
Cinqoy Kazım (Şəmkir)
Cında Hüseyn (S.Rəhman)
Carçı Əvəz (Şamaxı)
Cicişdi Sahibxan (Şamaxı)
Cöyüzsatan Məsmə (Qazax)
Cınqılı Mövsüm (Naxçıvan)
Çuğul Kərbəlayı Məhəmməd (―Qaçaq Nəbi‖)
Çarıqçı Murad (Şamaxı)
Çılı Mustafa (Naxçıvan)
Dağarcıq Ağamirzə (Oğuz)
Danqır Abbas (M.Cəlal)
Darqursaq Musa (Füzuli rayonu)
Dəli Domrul (―Kitabi-Dədə Qorqud‖)
Dəli Həsən (―Koroğlu‖)
Dəli Muxtar (Şəmkir)
Dinqidi Allahverdi (Kalinino)
Dığ-dığ Gülsüm (Bakı)
Dızqax Nəsrəddim (Şamaxı)
Dınqıl Əhməd (Oğuz)
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
191
Dınqılı Əli (Naxçıvan)
Dır-dır Dursun (Şamaxı)
Dıppılı Saday (Şamaxı)
Donqa Əhməd (Şəmkir)
Dunux Salatın (Borçalı)
Əvəçi Sənəm (Qazax)
Əysibaldır Tapdıq (Qazax)
Əliçatılı Məhəmməd (Şamaxı)
Əfçi Nərgiz (Şəmkir)
Güəzə//Gəvəzə Əhməd (Qazax)
Girdik Həsən (C.Məmmədquluzadə)
Gopçu Qasım (Tovuz)
Gop Xalıd (Şamaxı)
Gözüpiçalaqlı Anaxanım (N.Vəzirov)
Halaypozan (―Koroğlu‖)
Xaşal Qurban (Ə.Haqverdiyev)
Xırça Məcid (Şəmkir)
Yava Qurban (Kürdəmir)
Karsala Çoban (Laçın)
Keçəçi Əlabbas (Şamaxı)
Kərəntidüzəldən Bayram (Qazax)
Kirli Məhəmməd (Borçalı)
Kirimiş Cahan (Şəmkir)
Qaroy Muxtar (Borçalı)
Qart Osman (Qazax)
Qaxdağan Güləbətin (Kalinino)
Qılçıq Məhəmməd (Şamaxı)
Qısır Fatma (Borçalı)
Qısırca Yengə (―Kitabi-Dədə Qorqud‖)
Qırlı Çoban (Qazax)
Laxbaş Əli (Şəmkir)
Parax Bayram (Qazax)
Pıçqı Əsgər (Tovuz)
Язизхан Танрыверди
192
Sanlı Səməd (―Koroğlu‖)
Sırt Yusif (―Koroğlu‖)
Sırıx Əli (Qazax)
Sığırçı Məhərrəm (Yevlax)
Taytax Qurban (Şəmkir)
Tayçarıq Məhəmməd (Şamaxı)
Tosoy Tapdıq (Qazax)
Topalaq Teybə (Kalinino)
Toppulu Sənəm (Kalinino)
Toxmaqvuran (―Koroğlu‖)
Törə Osman (Şəmkir)
Tupdağıdan (―Koroğlu‖ )
Zağar Əli (Qazax)
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
193
NƏTİCƏ
Türk mənşəli Azərbaycan antroponimlərinin linqvistik ba-
xımdan araşdırılması aşağıdakı nəticələri qeyd etməyə imkan
verir:
Türk mənşəli əsl şəxs adlarının geniş etimoloji təhlili gös-
tərdi ki, antroponimik vahidlər dilin qoruyucularıdır, müasir
ədəbi dil baxımından arxaik hesab olunan bir sıra apelyativlər
məhz antroponimlərdə leksik, morfoloji semantikası donmuş
halda mühafizə olunur, bəzi antroponimlərin apelyativi və özü
arxaikləşsə də, onlar arxaizm səciyyəli dialektizm funksiyasın-
dadır: məsələn, Yağıbasan – yağı (düşmən). Bununla bərabər,
apelyativi ilə birlikdə arxaikləşən elə antroponimlər də vardır
ki, müasir ədəbi dilin lüğət tərkibində, o cümlədən antroponi-
mik vahidlər sistemində arxaik apelyativin və antroponimik va-
hidin mənasını verir (məsələn, bulmaq – Bulduq, tapmaq –
Tapdıq; sunqur – Ağ Sunqur, şahin – Şahin; uluğ – Uluğ, bö-
yük – Böyük).
Azərbaycan antroponimikasındakı əsl şəxs adlarının bir
hissəsi arxaikləşmiş, bir hissəsinin apelyativi arxaikləşmiş, bir
hissəsinin isə apelyativi eynilə müasir ədəbi dildə işlənmək-
dədir.
Türk mənşəli kişi adlarının yaranmasında iştirak edən va-
hidlər, əsasən, müsbət motivli, igidlik, məğrurluq, qüdrətlilik
çalarlıdır ki, bu da türk xarakteri, türk psixologiyası ilə bağlıdır.
Türk mənşəli qadın adlarının yaranmasında iştirak edən
vahidlər, əsasən, gözəllik çalarlıdır. Bu əsasda formalaşan qa-
dın adları türk estetikasının zənginliyini göstərir.
Türk mənşəli əsl şəxs adlarının formalaşmasında türkün
maddi varlıq və mənəvi anlayışları qiymətləndirmə baxışı, icti-
mai-sosial həyata münasibəti, mifik dünyagörüşü, etnoqrafi-
yası, istək və arzusu əsas olmuşdur. Türk mənşəli əsl şəxs ad-
Язизхан Танрыверди
194
larının leksik-semantik qrupları da elə bu meyarlara görə müəy-
yənləşir.
Azərbaycan antroponimləri sistemində Laçın, Tərlan kimi
antroponimlər müştərəkdir. Bu cür müştərəkliyə səbəb həmin
varlıqların iki əsas keyfiyyətə malik olmasıdır. Əgər ―laçın‖ və
―tərlan‖dakı sürətli uçuş kişi adlarının motivləşməsi baxımın-
dan əsasdırsa, həmin varlıqlardakı zahiri gözəllik əlamətləri qa-
dın adları üçün əsasdır.
Toponimik vahidlər əsasında düzələn əsl şəxs adlarının
yaranmasında böyüklük, ucalıq, əzəmət, vüqar, coşqunluq,
həmçinin torpağa, vətənə məhəbbət və s. xüsusiyyətlər əsas gö-
türülmüşdür. Bu tip antroponimlər kişi, həm də qadın adları-
mızın tərkibində müşahidə edilir.
―Baq‖, ―qut‖ və ―tar‖ teonimləri əsasında formalaşan an-
troponimlər təkcə Azərbaycan antroponimikası baxımından
deyil, həm də türk xalqları antroponimikası baxımından xarak-
terikdir. Bu əsasda formalaşan antroponimlər müasir antroponi-
mikamızda müşahidə edilsə də, işlək adlar cərgəsində deyil.
Qeyd olunan teonimlərin türk toponimikasında da xüsusi yeri
vardır.
Təxəllüsün əsl şəxs adına çevrilməsində denotatın daha
çox tanınması, xüsusilə milliyyəti əsas götürülür. Bu cür antro-
ponimlərinn motivləşməsində yazıçı şöhrəti, yazıçı qüdrəti əsas
götürülür, apelyativin leksik semantikası isə donmuş halda olur,
yaxud nəzərə alınmır.
Qohumluq münasibəti bildirən sözlərlə əsl şəxs adlarının
yaradılması türk antroponimikasında xüsusi yer tutur. Bu tip
antroponimlərin motivləşməsində hörmət, əzizləmə, emosional
müraciət və s. xüsusiyətlər əsasdır. Antroponim yaradıcılığında
qohumluq münasibəti bildirən sözlər daha çox titullarla birlikdə
ad yaradıcılığına cəlb edilmişdir ki, bu da əksər titulların
yüksək təyinatı ilə bağlıdır.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
195
Azərbaycan antroponimikasında etnonimlər əsasında dü-
zələn qadın adları müşahidə olunmur. Buna səbəb türk mənşəli
etnonimlərin kişi adları əsasında yaranması və kişi adlarının da
əksəriyyətinin igidlik çalarlı olmasıdır. Bu da gözəllik çalarlı
türk mənşəli qadın adlarının motivləşmə xüsusiyyətlərinə uy-
ğun gəlmir. Digər tərəfdən, türk tayfa başçılarının qadın deyil,
məhz kişi olması ilə bağlıdır. Əlavə edək ki, müasir advermə
ənənəsində bu qayda, demək olar ki, gözlənilir.
Fitonimlər gözəllik motivli olduğundan daha çox qadın
adlarında müşahidə edilir. Bu təkcə türk mənşəli fitonimlər əsa-
sında düzələn qadın adlarını deyil, həm də fitonimlər əsasında
yaranan alınma apelyativli qadın adlarını əhatə edir.
Tərəflərindən biri türk mənşəli olan hibrid antroponimlər
türk təfəkkürü ilə yaradılmışdır. Elə buna görə də türk mənşəli
kişi və qadın adlarında olduğu kimi, hibrid antroponimlər də
igidlik, qüdrətlilik, böyüklük, dini-mifoloji və gözəllik məz-
munludur. Belə antroponimlər türk xalqları antroponimikasında
xüsusi yer tutur.
Mənfi emosiyalı qadın adlarının yaranması əski inamla,
konkret desək, ―qız uşağı dalbadal doğulan ailələrdə axırıncı qı-
za Qızqayıt, Oğlangərək və s. adlar verilərsə, bir daha qız uşağı
deyil, oğlan doğular‖ inamı ilə bağlıdır. Türk estetikasının zən-
ginliyindəndir ki, bəzən belə şəraitdə də mənfi emosiya müsbət
motivli adla ifadə olunmuşdur (məsələn, Gülbəsti, Gülyetər,
Bəslər və s.). Statistik hesablamalar göstərir ki, nisbətən mənfi
emosiyalı qadın adları azalmaq üzrədir.
Ata adları və familiyalar, əsasən, əsl şəxs adları əsasında
formalaşdığı üçün onların leksik-semantik qrupları da əsl şəxs
adlarının (əsasən, kişi adlarının) leksik-semantik qrupları ki-
midir.
İctimai-siyasi həyatla bağlı olan titullar (türk mənşəlilər
nəzərdə tutulur) tam arxaikləşsə də, onların bir qismi onomastik
vahidlərdə, xüsusən antroponim və toponimlərdə mühafizə
Язизхан Танрыверди
196
olunmaqdadır, həmçinin müəyyən qrup türk mənşəli titullar
titul kimi arxaikləşsə də, müasir ədəbi dilimizdə hörmət məna-
sında (bəy, xanım), bəzilərinin isə apelyativi eynilə işlənmək-
dədir (onbaşı – ―on‖ və ―baş‖, yüzbaşı – ―yüz‖ və ―baş‖ və s.).
Titulların əsl şəxs adı kimi istifadə olunmasında daha şöhrət-
lilik, daha qüdrətlilik funksiyası əsas götürülmüşdür. Təsadüfi
deyildir ki, ―bəy‖, ―yabqu‖, ―tegin‖, ―xan‖, ―çur‖, ―şad‖, ―bə-
yim‖ və s. titullar əsl şəxs adı yaradıcılığına cəlb edilsə də,
―onbaşı‖, ―çavuş‖, ―qaravaş‖ (qarabaş) və s. titullardan əsl şəxs
adı kimi istifadə olunmamışdır. Bu həmin tip titullarda daha
şöhrətlilik, daha qüdrətlilik funksiyasının olmaması və ya zəif
olması ilə bağlıdır.
Azərbaycan antroponimikasında toponimlər əsasında
düzələn təxəllüslər üstünlük təşkil edir ki, bu da, bir tərəfdən,
torpağa, vətənə məhəbbət hissi ilə bağlıdırsa, digər tərəfdən,
Azərbaycan toponimik vahidlərinin əksəriyyətinin türk mənşəli
olması ilə əlaqədardır. Türk mənşəli təxəllüslərdə daha çox
müsbət motivli apelyativlərdən istifadə olunma müşahidə edilir,
mənfi emosiyalı apelyativlərdən isə nadir hallarda təxəllüs kimi
istifadə olunmuşdur.
Şəxsin ləqəbi ilə onun keyfiyyəti, əlaməti arasında müəy-
yən yaxınlıq olduğu üçün əksər hallarda məfhumla sözün, kon-
kret desək, ləqəbin sərhədi bərabərləşir.
Azərbaycan antroponimikasında ləqəb kimi müşahidə
olunan vahidlər qırğız antroponimləri sistemində əsl şəxs adı
funksiyasındadır.
Türk mənşəli ləqəb və ayamaların böyük bir qrupunun
apelyativi arxaizm, arxaizm səciyyəli dialektizm və dialektizm-
lərdir.
Antroponim yaradıcılığında sadə, düzəltmə, qrammatik
şəkilçili, mürəkkəb quruluşlu və cümlə tipli vahidlərdən, yaxud
digər onomastik vahidlərdən, əsasən, hazır şəkildə istifadə
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
197
olunmuşdur. Sadə quruluşlu antroponimik vahidlərdə isim və
sifətlər üstünlük təşkil edir,
Düzəltmə quruluşlu antroponimlərdə leksik və qramma-
tik-leksik şəkilçilər müşahidə edilir. Qrammatik şəkilçilərə isə
söz-cümlə quruluşlu antroponimik vahidlərdə təsadüf olunur.
Bu tip antroponimik vahidlərdəki qrammatik şəkilçilər, əsasən,
predikatla birlikdə daşlaşmış vəziyyətdədir. Antroponimlərdə
müşahidə olunan bir qrup leksik şəkilçilər tarixi-etimoloji təhlil
aparmadan qavranmır (məsələn, Annax, Duxa (Dukak), Səgrək
və s.).
Mürəkkəb quruluşlu antroponimlər tabesizlik və tabelilik
əlaqələri əsasında formalaşmışdır. Burada birinci və ikinci növ
təyini söz birləşmələri, eləcə də təyini söz birləşmələrinə daxil
olmayan ismi birləşmələrin inkişafı əsasında formalaşan
antroponimlər üstünlük təşkil edir. İkinci növ təyini söz birləş-
mələri əsasında formalaşan elə mürəkkəb quruluşlu antropo-
nimlər vardır ki, onların ikinci növ təyini söz birləşmələri əsa-
sında yaranması birbaşa qavranmır (Eldost, Elxan, Elşad və s.).
Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrin in-
kişafı əsasında formalaşan elə mürəkkəb quruluşlu antroponim-
lər də vardır ki, onların hansı birləşmə əsasında yarandığı yal-
nız müqayisə üsulu ilə müəyyənləşir (məsələn, Toğanyürək –
Toğanyürəkli – Atağuzlu; Özdəmir – Özüxan və s.). Mürəkkəb
quruluşlu antroponimlərin bir hissəsi nəqli və əmr cümlələri
əsasında formalaşmışdır. Belə mürəkkəb quruluşlu antroponi-
mik vahidlər türk xalqları antroponimikası üçün də xarakte-
rikdir.
Türk mənşəli Azərbaycan antroponimləri ümumilikdə
götürdükdə türk tarixi, mifologiyası, etnoqrafiyası, psixologiya-
sı və estetikasını əks etdirir, bu keyfiyyətlə də əsrlərdən-əsrlərə
ötürülür, yaddaşlardan-yaddaşlara köçürülür.
Язизхан Танрыверди
198
Dostları ilə paylaş: |