b) Azərbaycan dilçiliyində şəxs
adlarının tədqiqi tarixi
Azərbaycan antroponimlərinin təhlili ilə bağlı ilk qeydlərə
A.Bakıxanovun əsərlərində təsadüf olunur. Müəllifin yara-
dıcılığında toponim, hidronim və etnonimlərin təhlili ilə yanaşı,
antroponimlərin araşdırılması da müşahidə edilir. Bu baxımdan
onun 1843-cü ildə yazdığı ―Adlar və titullar‖ adlı əsəri antro-
ponimiyamız üçün qiymətli mənbədir. Əsərdə xan, sultan, mə-
lik, bəy, ağa, minbaşı, yüzbaşı, naib, qalabəyi, usmi, qazı, mül-
kədar, vəkil, sərkar, darğa, mirab, mizandar, kovğa, kəndxuda,
nökər, qul, bəyzadə, eşikağası, tərxan və s. titulların leksik
mənası, mənşəyi və işlənmə dairəsi izah edilir (27-136-141).
Bundan əlavə, A.Bakıxanov ―Gülüstani-İrəm‖ (1841) əsərində
Şirvanşahların ləqəbləri, nəsəbləri və tarixi şəxsiyyətlərin
tərcümeyi-halları, onların təxəllüsləri haqqında məlumatlar da
vermişdir (28).
Azərbaycan antroponimlərinin hərtərəfli şəkildə öyrənil-
məsi son 40 illə bağlıdır. Aşağıda haqqında bəhs edəcəyimiz
əsərlər bunu daha aydın şəkildə göstərir:
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
23
Ş.Sədiyev Azərbaycan antroponimlərinin təhlilinə bir sıra
məqalələr həsr etmiş və fikirlərini 1969-cu ildə çap etdirdiyi
―Adlar necə yaranmışdır? kitabında ümumiləşdirmişdir. Əsərdə
antroponimik vahidlərin funksiyası, antroponimlərin əmələ gəl-
məsi, inkişafı və təkmilləşməsi, antroponimlərin quruluşca sa-
də, düzəltmə və mürəkkəb olması, bəzi antroponimlərin leksik
mənasının izahı, antroponimlərin cəmiyyətdə rolu və onun fərq-
ləndirici xüsusiyyəti, həmçinin familiya, ləqəb, titul, təxəllüs,
ata adları və s. kimi məsələlər yığcam şəkildə öz elmi həllini
tapmışdır
1
.
Ş.Sədiyev ―Основные правила выбора имен для ново-
рожденных‖ (по азербайджанской антропонимии) adlı mə-
qaləsində antroponimik vahidlərin milli etiket funksiyası daşı-
dığını əsas götürərək advermənin prinsiplərini müəyyənləş-
dirmiş, yeni doğulan uşağın adlandırılmasında adın mənasına
diqqət yetirməyin vacibliyini xüsusi vurğulamış, tarixi və milli
adlardan istifadəyə üstünlük vermiş, adlarda çoxkomponentli-
liyi deyil, təkkomponentliliyi məqbul hesab etmişdir. Uşağı bəd
nəzərdən qorumaq inanışı və ya tabularla bağlı olan adlar qə-
dim türk antroponimləri sistemində müəyyən yer tutsa da,
müasir Azərbaycan antroponimləri sistemində, demək olar ki,
təsadüf edilmir. Bu məsələyə münasibət bildirən Ş.Sədiyev
qeyd edir ki, tabularla bağlı olan şəxs adlarının Azərbaycan
antroponimləri sistemində işlənməməsi valideynlərin daha çox
istək və arzu ifadə edən təsviri adlara üstünlük verməsi ilə bağ-
lıdır. Müəllif antroponimlər sistemindəki Şirin, Şövkət, Gözəl
və s. kimi müştərək antroponimlərin ünsiyyət prosesində çə-
tinlik yaratdığını, nöqsan və narahatlıq doğurduğunu faktlarla
1
Ş.Sədiyev. İnsan adları necə əmələ gəlmişdir? ―Sosialist Sumqayıtı‖, 12
mart, 1959; İnsan adları. ―Dil haqqında hekayələr‖, Bakı, 1959; Uşaqlara ad
seçmək haqqında. ―Azərbaycan məktəbi‖, 1964, N 14; Основные правила
выбора имен для новорожденных. Личные имена в прошлом, насто-
ящем, будущем. М., 1970, с.185-188; Adlar necə yaranmışdır? Bakı, 1969.
Язизхан Танрыверди
24
əsaslandırmış və belə adlardan istifadəni normal hesab etmə-
mişdir. Ş.Sədiyev Azərbaycan antroponimləri sistemində Allah-
verdi, Xudaqulu və s. kimi dini adlardan istifadənin azaldığını
və hətta məktəb şagirdləri arasında həmin tip antroponimlərin
olmadığını da göstərir.
A.Qurbanovun çoxsahəli elmi yaradıcılığında onomasti-
ka, o cümlədən antroponimika məsələləri xüsusi yer tutur.
Müəllifin antroponimika ilə bağlı olan məqalə və mono-
qrafiyaları
1
Azərbaycan
dilçiliyində xüsusi yer tutan
―Azərbaycan dilinin onomalogiyası‖ (Bakı, ―Maarif‖, 1988)
kitabında ümumiləşdirilmişdir. Əsərin I fəsli ―Onomalogiyanın
ümumi-nəzəri məsələləri‖ adlanır. Burada onomastika anlayışı,
onomastik leksikanın dilin lüğət tərkibində mövqeyi və sistemi,
onomalogiya və onun yarımşöbələri, onomalogiyanın növləri
geniş şəkildə şərh edilmişdir. Onomalogiyanın dilçilik şöbələri
ilə yanaşı, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya, sosiologiya,
coğrafiya, astronomiya, epiqrafika, estetika elmləri ilə əlaqəsi
nəzəri cəhətdən əsaslandırılmış, konkret desək, bu elm
sahələrinin onomastik vahidlərin tədqiqində, onların daha
1
A.Qurbanov. Ad nədir və uşağa necə ad qoymalı? ―Sovet Gürcüstanı‖, N
24, 1961; Uşağa gözəl ad vermək hər bir valideynin borcudur. ―Sovet
Ermənistanı‖, N 83, 1961; Gözəl və yaxşı ad insanın bəzəyidir. ―Mingəçevir
işçisi‖, N 23, 1961; Onomalogiya şöbəsi. ―Ümumi dilçilik‖ kitabında. Bakı,
1977; Poetik onomastika. ―Ədəbiyyat və incəsənət‖ qəzeti, 18 sentyabr
1985; Onomalogiya. ―Müasir Azərbaycan ədəbi dili‖ kitabında. Bakı,
―Maarif‖, 1985; Azərbaycan onomastikası. Bakı, 1986; Xüsusi adların
ümumi əhəmiyyəti. ―Kommunist‖ qəzeti, 28 noyabr 1986; Azərbaycan
onomalogiyası məsələləri. Bakı, 1986; Dilçi-onomoloqların vəzifələri.
―Azərbaycan müəllimi‖ qəzeti, 14 yanvar 1987; Azərbaycan dili onomas-
tikasının tədqiqi problemləri. Azərbaycan SSR EA Xəbərləri. Dil, ədəbiyyat
və incəsənət seriyası, N 4, 1987; Poetik onomastika. Bakı, 1988; Azərbay-
can onomastikasının zəruri məsələləri. ―Azərbaycan müəllimi‖ qəzeti, 16
mart 1988; Azərbaycan onomastikasının müasir vəzifələri. ―Azərbaycan
onomastikası problemləri‖, Bakı, 1988, s.3.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
25
dərindən araşdırılmasında rolu və əhəmiyyəti faktlarla
arqumentləşdirilmişdir.
A.Qurbanov onomastik mənbə, onların növləri (qədim
abidələr, yazılı ədəbiyyat, şifahi ədəbiyyat, elmi ədəbiyyat, qə-
dim və müasir lüğətlər, qədim və müasir xəritələr, dialekt və
şivələr, qohum dillər, arxiv materialları və s.) və prinsipləri ilə
yanaşı, onomastik materialın toplanmasının forma və üsulları,
onomastik lüğətlərin tərtibi və əhəmiyyəti məsələlərinə xüsusi
diqqət yetirmiş, həmin mənbə və materialların onomastika elmi
üçün zəruri olduğunu, həm də bir açar rolu oynadığını
əsaslandırmışdır.
Onomastik leksikanın dil mənsubiyyətinə görə tədqiqi ilə
daha çox məşğul olan müəllif belə qənaətə gəlir ki, Azərbaycan
antroponimlərinin 70, etnonim və hidronimlərinin isə 100 faizi
milli dil (Azərbaycan dili) vahidləri əsasında formalaşmışdır.
Bununla bərabər, Azərbaycan onomastik vahidlər sistemindəki
monqol, ərəb, fars, gürcü, erməni və rus dillərinə məxsus
onomastik vahidlərin mövqeyi və işlənmə tarixi də diqqətdən
kənarda qalmamışdır.
Kitabda adi, qeyri-adi, real və bədii antroponimlər, şəxs
adı, ata adı, familiya, ləqəb, təxəllüs və titulların leksik-seman-
tik xüsusiyyətləri, yaranma yolları zəngin faktlarla təsdiq-
lənmiş, həmçinin Azərbaycan onomastikasında ilk dəfə olaraq
antroponimlərin formalaşma və inkişaf dövrləri müəyyənləşdi-
rilmişdir. Müəllif antroponimlərin formalaşmasını 4 əsas dövrə
bölür: 1. Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əs-
rin sonuna qədər); 2. XIII-XVIII əsrlərdə Azərbaycan antro-
ponimləri; 3. XIX əsrdə Azərbaycan antroponimləri; 4. XX əsr-
də Azərbaycan antroponimləri. Hər bir dövrün xarakterik xü-
susiyyəti, eyni zamanda ictimai-siyasi şəraitin antroponimlərin
işləklik mövqeyinə təsiri məsələləri məhz dövrlər üzrə təhlil
edilir.
Язизхан Танрыверди
26
Kitabın ―Antroponimlər‖ hissəsində müxtəlif fonetik
variantlarda erməni (Beqlar, Kumuş, Temur, Aydamir, Elçibek)
və gürcü (Nodar, Temuri, Mirza, Nariman) dillərində işlənən
Azərbaycan antroponimləri də linqvistik baxımdan təhlil
edilmişdir.
―Onomastik vahidlərin poetik və üslubi xüsusiyyətləri‖
adlanan fəsildə bədii ədəbiyyatda xüsusi adların komik təbiəti,
onomastik vahidlərin obrazlılığı, bədii əsərlərdə xüsusi ad ya-
radıcılığı işıqlandırılır. Folklor nümunələrində antroponimlərin
süjetin məzmunu ilə əlaqələndirilməsi, qadın adlarının əksəriy-
yətinə hörmət ifadə edən ―xanım‖ sözünün qoşulması, şəxs ad-
larının həmqafiyə əsasında formalaşması kimi məsələlər kitab-
da sistemli şəkildə təhlil süzgəcindən keçirilmişdir. Həmin
fəsildə yazılı ədəbiyyatda işlənən ononmastik vahidlərin üslubi
xüsusiyyətləri də izah olunmuşdur. A.Qurbanov yazılı ədəbiy-
yatda onomastik vahidlərdən iki istiqamətdə istifadə edildiyini
göstərmişdir: xalq tərəfindən yaranan və rəsmi dövlət sənədlə-
rində əks olunan real onomastik vahidlər; ancaq yazıçının öz
yaradıcılığının məhsulu olan onomastik vahidlər.
Poetik onomastikanın xüsusiyyətlərindən bəhs edən müəl-
lif yazıçıların ononmastik vahidlərdən əsərin süjetinə, quru-
luşuna, ideya və məzmununa uyğun şəkildə istifadə etmələrini,
bəzən isə real adlardan satirik və yumoristik ifadə vasitəsi kimi
obrazlılıq, təsirlilik, yüksək bədii keyfiyyət yaratmaq üçün isti-
fadə etmələrini uyğun nümunələrlə əsaslandırır.
A.Qurbanov ilk dəfə olaraq yazıçı onomastikasının təhlili
məsələsinə toxunmuş və fikirlərini Ə.Haqverdiyevin əsərlərin-
dəki onomastik vahidlər, xüsusilə antroponimik vahidlərlə izah
etmişdir.
Azərbaycan onomastikasında orijinal fikirləri ilə fərqlə-
nən M.Adilov antroponimlərimizin təhlilinə onlarca məqalə və
monoqrafiya həsr etmişdir. Həmin əsərlərdən bəzisinə müna-
sibət bildirmək yerinə düşərdi. Müəllif A.Paşayevlə birlikdə
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
27
çap etdirdiyi ―Azərbaycan onomastikası‖ (Bakı, 1987) kitabının
I bölməsində ―Antroponimika‖ məsələlərindən bəhs etmişdir.
Burada Azərbaycan antroponimləri funksiyasına və antropo-
nimik sistemdə tutduqları yerə görə 2 qrupa bölünür: 1. Əsas ad
kateqoriyaları; 2. Köməkçi ad kateqoriyaları.
Əsas ad kateqoriyalarına əsl şəxs adı, ata adı və familiya-
lar, köməkçi ad kateqoriyalarına isə təxəllüs, ləqəb, titul və
fəxri adlar daxil edilmişdir.
Əsərdə antroponimlərin leksik-semantik xüsusiyyətləri,
quruluşu, ləqəblə təxəllüsün, titulla fəxri adların fərqli və oxşar
xüsusiyyətləri elmi-nəzəri cəhətdən təhlil edilmişdir.
Müəllif adqoyma zamanı 3 prinsipə (millilik, tarixilik və
müasirlik) əməl etmənin zəruriliyindən bəhs edir və hər bir
prinsipi konkret faktlarla təsdiqləyir. M.Adilov antroponimika-
mızda Kimya, Makina, Tarix, Mükafat, Traktor, Samovar,
Kombayn, Kolxoz və s. kimi adların əsl şəxs adı kimi sabitləşə
bilməməsini onların yuxarıda qeyd olunan prinsiplər əsasında
yaranmadığında görür.
Əsərdə kiçiltmə və əzizləmə adlarının motivləşmə səbəb-
ləri ilk dəfə olaraq öyrənilmiş və onlar iki qrupa ayrılmışdır: 1.
Kiçiltmə adlar; 2. Qısaltma adlar.
M.Adilov ―Antroponimlərin tarixi-müqayisəli tədqiqinə
dair (ay formantı)‖ (11-46-48) adlı məqaləsində -ay formantlı
antroponimlərin etimologiyasından bəhs edir, -ay formantının
insan, şəxs anlamında Xasay, Qaçay, Tokay, Alay, Azay və s.
kimi antroponimlərdə mühafizə olunduğunu göstərir. Bu forma-
tın geniş semantik çalara malik olması və əksər türk dilləri üçün
xarakterikliyi kimi məsələlər də məqalədə elmi həllini tap-
mışdır.
M.Çobanov Azərbaycan antroponimikasının müxtəlif cə-
hətləri ilə bağlı bir sıra tezis, məqalə və monoqrafiya çap etdir-
mişdir. Onun 1983-cü ildə çap olunan ―Azərbaycan antropo-
nimiyasının əsasları‖ kitabında antroponimlərin leksik-
Язизхан Танрыверди
28
semantik qrupları, quruluşu, adqoyma ənənələrindən bəhs edi-
lir, köməkçi ad kateqoriyalarından təxəllüs və ləqəbin leksik-
semantik xüsusiyyətləri və s. məsələlər zəngin dil faktları ilə
təsdiqlənir. Burada diqqəti cəlb edən məsələlərdən biri də müş-
tərək adlar, polinim və polindromik adlar, adların abbreviasi-
yası kimi məsələlərin geniş şəkildə tədqiqata cəlb edilməsidir.
Müəllifin ―Azərbaycan antroponimiyasının əsasları‖ kita-
bında antroponimik vahidlərə sinxronik istiqamətdən yanaşıl-
dığından istər dildaxili, istərsə də dilxarici faktorlar əsasında
yaranan antroponimlər geniş elmi həllini tapa bilməmiş və bə-
zən də qüsurlu nəticələrin alınmasına səbəb olmuşdur. Məsələn,
motivləşməsində müdriklik mənası əsas olan ―Qoca‖ antro-
poniminin yaranmasınnda yaş mənasını ifadə edən ―qoca‖ sözü
əsas götürülür (s.39); Qara, Qaraşir və s. kimi böyüklük,
qüdrətlilik, igidlik rəmzli adların rəng bildirən sözlər əsasında
yarandığı göstərilir (s.38); Antroponimikamıza yunan dilindən
fars dili vasitəsilə daxil olan ―Nərgiz‖ adı əsl Azərbaycan adı
kimi təqdim edilir (s.55); Bəsirət, Xəyalət, Səbahət və s. kimi
antroponimik vahidlər izah olunarkən -ət şəkilçisi əsl Azərbay-
can şəkilçisi kimi göstərilir (s.76); sadə cümlənin inkişafı
əsasında mürəkkəb quruluşlu antroponimə çevrilən İmamverdi,
Tanrıverdi kimi antroponimik vahidlər sözlərin birləşməsi
nəticəsində düzələn antroponimlər kimi izah edilir (s.82).
M.Çobanovun 1987-ci ildə çap etdirdiyi ―Familiya. Tə-
xəllüs‖ kitabında ilk dəfə olaraq familiya və təxəllüslər geniş
şəkildə tədqiqata cəlb olunmuşdur. Müəllif ad və ad sistemi, ata
adı məsələlərini türkoloji istiqamətdə şərh etdikdən sonra
familiyaların motivləşməsi məsələlərindən bəhs edir və
Azərbaycan familiyalarının formalaşmasında üç prinsipin əsas
olduğunu müəyyənləşdirir: kişi adı əsasında düzələn
familiyalar, qadın adı əsasında düzələn familiyalar, kökü şəxs
adı kimi işlənməyən sözlər əsasında düzələn familiyalar.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
29
Əsərdə təxəllüslərin mənşəyi, yaranma tarixi, işlənmə mə-
qamları, mənaları, areal təxəllüslər, təxəllüs və onun avtonimlə
üzvlənmə sistemi və s. kimi məsələlər izah olunmuş, 600-ə
qədər təxəllüsü əhatə edən Azərbaycan təxəllüs lüğəti tərtib
edilmişdir. Lüğətin tərtibində müsbət cəhətlərlə yanaşı, bəzi
qüsurlar da müşahidə edilir. Məsələn, lüğətdə təxəllüslə ləqəb
qarışdırılır. Dəqiq desək, Dəli, Dədə və s. kimi ləqəblər
təxəllüs kimi verilmişdir.
M.Çobanov ləqəblərin strukturu, leksik-semantik xüsusiy-
yətləri ilə yanaşı, fərdi-şəxsi ləqəb, ailəvi-nəsli ləqəb, məhəlli-
kollektiv ləqəb məsələlərinə də münasibət bildirmişdir.
M.Çobanov Azərbaycan antroponimləri ilə bağlı tədqiqatlarını
davam etdirərək 1992-ci ildə ―Azərbaycan antroponimikasının
əsasları‖ adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
H.Həsənovun ―Söz və ad‖ kitabında söz və əşya, söz və
məfhum, əşya və ad və s. məsələlər ümumi dilçilik baxımından
şərh edilmişdir. Burada antroponimika ilə bağlı bir sıra
məsələlər, o cümlədən adların tədqiqi tarixi, ad sistemi, adların
yaranması, advermə, adların taleyi, adseçmə, adların təsnifi,
adların mənşəyi və mənası, ad və familiyaların dəyişdirilməsi,
adların yazılışı, adların bədii əsərlərdə işlədilməsi və s. izah
edilmişdir. Müəllif qeyd olunan məsələlərin izahında fikri təs-
diq üçün təkcə Azərbaycan yox, həm də digər xalqların antro-
ponimlərindən istifadə etmişdir (174).
H.Həsənov Azərbaycan antroponimlərinin təhlili ilə bağlı
bir sıra məqalələr çap etdirmişdir. Bu məqalələrdə təxəllüs və
ləqəblərin xarakterik xüsusiyyəti (175), türk mənşəli Azərbay-
can antroponimlərinin Qafqaz xalqları ad sistemində mövqeyi
və işləkliyi (176), familiyanın sosial-ictimai hadisə olması
(177) və s. məsələlər elmi həllini tapmışdır.
Z.Sadıqovun 1975-ci ildə ―Azərbaycan dilində şəxs ad-
ları‖ mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası
Azərbaycan antroponimikasının tədqiqində xüsusi mövqe tutur.
Язизхан Танрыверди
30
Burada adların əmələ gəlməsi, ictimai həyatda mövqeyi, onların
fonetik, leksik-semantik və qramamtik xüsusiyyətləri geniş
şəkildə izah olunur.
Dissertasiya üç fəsildən ibarətdir: 1. Şəxs adlarının tarixi
inkişafı; 2. Köməkçi ad kateqoriyaları (ləqəblər, ata adları, fa-
miliyalar, təxəllüslər); 3. Azərbaycan antroponimiyasının fo-
netik-qrammatik xüsusiyyətləri.
Əsərdə milli antroponimlərlə yanaşı, alınma antropo-
nimlər və alınma sözlər (ərəb və fars sözləri) əsasında forma-
laşan antroponimlər də linqvistik tədqiqata cəlb olunmuşdur
(152).
Bədii əsərlərdə onomastik vahidlərin üslubi-linqvistik
xüsusiyyətləri türkologiyada, o cümlədən Azərbaycan dilçili-
yində ən az öyrənilən sahələrdəndir. Bu mənada Q.Mustafa-
yevanın ―Adların üslubi imkanları‖ adlı kitabı təqdirəlayiqdir
(Bakı, APİ-nin nəşri, 1990). Əsərin girişində antroponimik
vahidlərin – əsl şəxs adları, ləqəb, familiya və təxəllüslərin lek-
sik-semantik və qrammatik xüsusiyyətləri yığcam şəkildə
ümumiləşdirilmiş, həyatda şəxs adlarının, o cümlədən rəsmi ad-
ların mənası ilə onun daşıyıcısı arasında əlaqənin olmaması,
bədii ədəbiyyatdakı şəxs adlarının isə pesonajların təbiəti ilə
bağlılığı uyğun nümunələrlə təsdiqlənmişdir.
Bədii ədəbiyyatda janr müxtəlifliyini nəzərə alan müəllif
hər bir janra aid antroponimik vahidləri ayrıca təhlilə cəlb et-
mişdir. Belə ki, burada roman janrında şəxs adları, dram əsərin-
də şəxs adları və satirik əsərlərdə şəxs adları ayrılıqda öyrənil-
miş, roman janrında şəxs adlarının üslubi funksional imkanları
araşdırılarkən S.Rəhimov, M.İbrahimov, Ə.Vəliyev, İ.Şıxlı,
İ.Hüseynov, Ə.Əbülhəsən kimi yazıçıların əsərləri əsas götürül-
müş, hər bir obrazın daxili keyfiyyəti, onun əsərin ümumi
ruhuna uyğunolma, həmçinin obrazlılıq, ekspressivlik yaratma
keyfiyyətləri, komik təbiəti təkcə bir dilçi qələmi ilə yox, həm
də ədəbiyyatşünas, tənqidçi qələmi ilə işıqlandırılmışdır.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
31
Əsərin II fəsli ―Dram əsərlərində şəxs adlarının üslubi
xüsusiyyətləri‖ adlanır. C.Cabbarlının pyeslərindəki antropo-
nimlərın linqvistik xüsusiyyətlərini şərh edən Q.Mustafayeva
ədibin yaradıcılığının I dövrünə daxil olan əsərlərdə daha çox
ərəb mənşəli (Əbdül, Həmzə və s.), yaradıcılığının II dövrünə
aid olan əsərlərdə isə türk mənşəli adların (Atakişi, Babakişi,
Sevil, Yaşar və s.) üstünlük təşkil etdiyini faktlarla arqu-
mentləşdirmişdir. Müəllif müsbət surətlərin, əsasən, milli adlar,
mənfi surətlərin isə ərəb mənşəli adlarla verilməsini aşkarlamış
və milli adyaratmada C.Cabbarlının rolunu xüsusi qeyd etmiş-
dir.
Satirik əsərlərdəki adların üslubi xüsusiyyətlərindən bəhs
olunarkən burada fonetik cəhətdən təhrif olunmuş formalardan
istifadəetmə (Məmdəli – M.Ə.Sabir, Sıfır – Səfər – S.Rəhman),
tabu, yaxud tabu əsasında yaranmış evfemizmlərdən üslubi
vasitə kimi geniş istifadəolunma məsələlərindən də bəhs edil-
mişdir.
H.Əliyevin ―Ümumi antroponimika məsələləri‖ (Bakı,
1985) kitabı təkcə Azərbaycan dilçiliyi deyil, həm də türkolo-
giya baxımından əhəmiyyətlidir. Əsərdə onomastika dilçiliyin
bir sahəsi kimi təqdim edilmiş, antroponimikanın elmi-nəzəri
xüsusiyyətləri ümumi dilçilik istiqamətində şərh edilmişdir.
Müəllif ümumi dilçilikdə, həmçinin rus dilçiliyində şəxs
adlarının tədqiqi tarixini işıqlandırmaqla yanaşı, ilk dəfə olaraq
türkologiyada şəxs adlarının tədqiqi tarixinə münasibət bildir-
mişdir.
H.Əliyevin türkologiyada şəxs adlarının tədqiqindən bəhs
edərkən yalnız antroponimlərin tədqiqi tarixini təsvir etməklə
kifayətlənmir, həm də antroponimlərin mənşəyi, leksik-seman-
tik xüsusiyyətləri, quruluşu kimi məsələləri türkoloji istiqamət-
də izah etməyə çalışır və məqsədinə nail olur.
Müəllif əsərin sonunda bəzi qədim türk mənşəli antropo-
nimlərin siyahısını vermişdir. Həmin siyahıda qədim və orta əsr
Язизхан Танрыверди
32
türk dilində işlənən türk mənşəli antroponimlərin müasir
Azərbaycan dilindəki fonetik variantlarının verilməsi tarixi
antroponimika baxımından əhəmiyyətlidir.
H.Əliyev məqalələrində antroponimlərin çoxvariantlığın-
dan, milli amillərlə bağlı olmasından (77), antroponimik va-
riantlardan (78), ümumtürk xarakterli antroponimlərin quruluş-
ca sadə (Altay, Bars və s.), düzəltmə (Aydınlıq, Qanlı, Qutluq,
Yağıçı və s.) və mürəkkəb (Ataxan, Aydoğan, Aydoğmuş, Tan-
rıverdi və s.) olmasından bəhs etmişdir (79).
Azərbaycan antroponimlərinin müəyyən hissəsi, xüsusilə
türk mənşəlilər Qafqazda yaşayan bütün xalqların antroponi-
mik sistemində aparıcı mövqedədir. Məsələn, gürcü dilində
(Aslan, Buğa, Durmuşxani, Timuri, Buğadze və s.), erməni
dilində (Aydamir, Beqlar, Dursun, Babayan, Sınıxçiyan və s.),
udin dilində (Aqa, Baylar, Dursun, Almaxanım və s.). Bu,
Qafqazda türk dilinin geniş yayıldığını və aparıcı olduğunu təs-
diqləyən faktlardandır. Qafqaz xalqları antroponimikasındakı
Azərbaycan antroponimlərinin öyrənilməsi dilimizin tarixini
öyrənmək baxımından ən zəngin mənbədir. Bu mənada
A.A.Kuranyanın 1984-cü ildə müdafiə etdiyi ―Udin antropo-
nimik sistemindəki türk şəxs adları‖ (Bakı, 1984) adlı nami-
zədlik dissertasiyası yeniliyi və orijinallığı ilə diqqəti cəlb edir.
Əsərdə udin dilindəki antroponimik vahidlərin fonetik, leksik-
semantik və qrammatik xüsusiyyətləri diaxronik və sinxronik
istiqamətdə öyrənilmiş, türk antroponimlərinin udin ad siste-
mindəki aparıcı mövqeyi konkret faktlarla (Aslan, Baba, Dur-
sun, Tarxan, Qizlar, Çiçay və s.) təsdiqlənmişdir. Əsərdə müəy-
yən nöqsanlar da nəzərə çarpır. Belə ki, ərəb apelyativli
Reyhan, Tamam, fars apelyativli Təzəgül və s. kimi antro-
ponimik vahidlər türk köklü adlar kimi təqdim edilir (s.8-9).
A.Paşayevin ―Azərbaycan dilində ləqəblər‖ adlı namizəd-
lik dissertasiyası (Bakı, 1987) konkret bir sahəyə - ləqəblərin
tədqiqinə həsr edilmişdir. Əsərin məzmunundan aydın olur ki,
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
33
ləqəblər qədim dövrlərdə müxtəlif funksiyaları ifadə etmişdir.
Məsələn, bu gün şəxsin köməkçi adı hesab olunan ləqəblər qə-
dim dövrlərdə əsl ad funksiyasında işlənmişdir.
Xüsusi araşdırma obyektinə çevrilən ləqəblər ta qədim
zamanlardan başlayaraq digər köməkçi ad kateqoriyaları ilə o
qədər qaynayıb-qarışmışdır ki, həm orta əsr alim və şairləri,
həm də müasir yazıçılar, tarixçilər və ədəbiyyat tarixçiləri, hətta
bəzi dilçilər də çox vaxt ləqəb, titul, təxəllüs və s. terminləri
bir-biri ilə qarışdırmışlar. Elə buna görə də A.Paşayev ―Ləqəb-
lərin ad sistemində yeri‖ adlanan birinci fəsildə bu terminlərin
sərhədini, eyni zamanda onların hər birinin ad sistemində funk-
siyasını müəyyənləşdirmişdir.
Müəllif birinci fəsildə qədim türk, ərəb və müasir ad sis-
temləri haqqında da inandırıcı fikirlər söyləmiş, ərəb ad siste-
minin qədim türk ad sistemi əsasında formalaşdığını konkret dil
faktları ilə sübut etməyə çalışmışdır. Onu da əlavə edək ki,
Azərbaycan onomastikasında və ümumiyyətlə, türkologiyada
ərəb ad sisteminin qədim türk ad sistemi əsasında formalaşması
fikrini ilk dəfə olaraq A.Paşayev irəli sürmüşdür. Bu problem
onun bir sıra məqalələrində öz ümumi həllini tapsa da, əsərdə
bu haqda daha geniş fikirlər söylənmişdir.
Bütün antroponimik vahidlər kimi ləqəblər də sözlərdən
ibarətdir. Odur ki, digər sözlər kimi onlar da dilimizin leksik və
qrammatik normalarına tabe olur. Elə buna görə də A.Paşayev
―Ləqəblərin leksik-semantik və qrammatik xüsusiyyətləri‖ndən
bəhs edərkən ləqəblərin leksik-semantik, morfoloji və sintaktik
qanunauyğunluqlarını ayrılıqda izah etmişdir. Daha dəqiqi,
müəllif bu problemi geniş şərh etmiş və nümunələrlə təsdiq et-
mişdir ki, söz birləşmələrindən fərqli olaraq antroponimik bir-
ləşmələrdə tabeedici tərəf həmişə əsl adlar olur.
A.Paşayevin məqalə və monoqrafiyalarında Azərbaycan
antroponimikasının bu və ya digər problemləri, xüsusilə folk-
lorda ləqəblərin linqvistik xüsusiyyətləri, əsl ad kateqoriyaları
Язизхан Танрыверди
34
ilə köməkçi ad kateqoriyalarının fərqli xüsusiyyətləri, kiçiltmə,
əzizləmə mənalı adlar (144), ikinci ad, təxəllüs və ləqəblərin
Azərbaycan antroponimik sistemində yeri və funksiyası (145)
kimi məsələlər öz elmi həllini tapmışdır.
R.İsrafilova ―Azərbaycan dilinin onomastikası‖ (Bakı,
―Elm‖, 1987) kitabının müəlliflərindən biridir. Kitabdakı
―Azərbaycan dilinin antroponimikası‖ adlı bölmə R.İsrafilova-
ya məxsusdur. Müəllif burada antroponimlərin tədqiqi tarixi,
antroponimlərin kiçiltmə və əzizləmə formaları, ata adları və
familiyalar kimi məsələləri təkcə Azərbaycan dilçiliyi baxımın-
dan deyil, həm də ümumi dilçilik baxımından tədqiq etmişdir.
Əsərdə müsbət cəhətlərlə yanaşı, müəyyən dolaşıqlığa da yol
verilmişdir. Məsələn, türk mənşəli, Gəray və Uyğur antropo-
nimləri ərəb və fars dillərindən Azərbaycan antroponimikasına
daxil olub, məzmun və mənalarına görə azərbaycancalaşan ad-
lar sistemində izah edilir (s.35). Bircə, Bircəxanım, Böyükxa-
nım, Kiçikxanım, Böyükkişi kimi antroponimlərin say, miqdar
və həcm anlayışları ilə əlaqədar yarandığı göstərilsə də, motiv-
ləşmə meyarları müəyyənləşdirilməmişdir (s.37); Ata, Baba,
Qardaş, Dadaş və s. antroponimlərin apelyativi kişi cinsini
bildirən qohumluq termini kimi təqdim edilir (s.41) və s.
Ç.Hüseynzdə ―Orta əsr ərəbdilli mənbələrdə türk mənşə-
li antroponimlər‖ adlı namizədlik dissertasiyasında (1988)
ərəbdilli mənbələrdə türk mənşəli antroponimlərin linqvistik
xüsusiyyətlərindən bəhs edir. Müəllif nəinki Azərbaycan dilçili-
yində, həm də türkologiyada ilk dəfə olaraq başqa mənbələrdə,
o cümlədən ərəbdilli mənbələrdə türk mənşəli antroponimləri
tədqiq etmişdir. Əsərdə türk mənşəli antroponimlərin strukturu,
ərəbdilli mənbələrdə müxtəlif fonetik variantlarda verilən türk
mənşəli
antroponimlərin
leksik-semantik,
morfoloji
və
morfonoloji
xüsusiyyətləri
türkoloji
istiqamətdə
şərh
edilmişdir. Müəllif türk mənşəli titulların funksiyası və onların
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
35
əsl şəxs adlarının formalaşmasındakı mövqeyini daha geniş
şəkildə öyrənmişdir (189).
Ç.Hüseynzadə ərəbdilli mənbələrdə türk mənşəli antro-
ponimlərin təhlilinə və eləcə də Azərbaycan antroponimiyası-
nın nəzəri məsələlərinə bir neçə məqalə həsr etmişdir (63-73-
74).
R.Xalıqova məqalələrində, xüsusilə 1992-ci ildə müdafiə
etdiyi ―Müasir Azərbaycan antroponimiyasının inkişaf yolları‖
adlı namizədlik dissertasiyasında tarixi mənbələrə, o cümlədən
―Kitabi-Dədə Qorqud‖ dastanına, M.Kaşğarinin lüğətinə, A.Ba-
kıxanovun ―Gülüstani-İrəm‖ əsərinə, həmçinin VVAQ orqanla-
rındakı rəsmi sənədlərə əsaslanaraq Azərbaycan antroponimi-
yasının inkişaf yollarını sosioloji istiqamətdə araşdıran ilk
müəllifdir. R.Xalıqova antroponimlərin leksik-semantik və
qrammatik xüsusiyyətlərini tədqiq etməklə bərabər, Azərbay-
can antroponimik vahidlər sisteminə əsaslanaraq Azərbaycan
(türk) xalqının etnogenezini də müəyyənləşdirməyə çalışmışdır.
―Azərbaycan şəxs adları‖ lüğətinin hazırlanması və nəşri
80-ci illərə qədər bir problem olaraq qalırdı. Bu problem B.Ab-
dullayevin ―Azərbaycan şəxs adlarının izahlı lüğəti‖ (Bakı,
1985), O.Mirzəyevin ―Adlarımız‖ (Bakı, 1986), M.Şirəliyev,
B.Abdullayev və Ş.Sədiyevin birlikdə hazırladıqları ―Azər-
baycan şəxs adları‖ lüğətlərində qismən həll edilmişdir. Lakin
Azərbaycan şəxs adlarının (əsl şəxs adları nəzərdə tutulur)
geniş izahlı lüğətinin hazırlanması bir problem olaraq
qalmaqdadır.
Azərbaycan antroponimlərinin tədqiqi tarixindən bəhs
edərkən ―Azərbaycan onomastikası problemləri‖nə dair çap
olunmuş konfrans materiallarına da diqqət yetirmək lazımdır.
Belə ki, ―Azərbaycan onomastikası problemləri‖nə dair məc-
muənin (Bakı, 1986) ―Antroponimika‖ bölməsində 30 məqalə
verilmişdir. Məqalələrdə antroponimlərlə bağlı adət-ənənələr,
antroponimlərin çoxvariantlılığı, antroponimlərin tipoloji xüsu-
Язизхан Танрыверди
36
siyyətləri, antoponimlərin leksik-semantik xüsusiyyətlərinə gö-
rə qruplaşdırılması, bədii əsərlərdə antoponimlərin üslubi-linq-
vistik xüsusiyyətləri, bəzi antroponimlərin etimoloji təhlili
(Beyrək, Buğac, Tural) və s. məsələlərdən bəhs edilir.
Məcmuənin ―Poetik onomastika‖ bölməsindəki məqalə-
lərdə bədii ədəbiyyatda işlənən antroponimlərin üslubi xüsu-
siyyətlərinə münasibət bildirilmişdir.
1988-ci ildə nəşr edilən ―II Azərbaycan onomastikası
problemləri‖ adlı konfrans materiallarının ―Antroponimika‖
bölməsi 66 məqalə və tezisi əhatə edir. Burada mürəkkəb adlar,
Azərbaycan antoponimikasında cins kateqoriyasının əlamətləri,
müştərək adlar, publisistikada antroponimik cərgə, antroponim-
lər və söz yaradıcılığı kimi məsələlər izah olunmuşdur.
―Azərbaycan onomastikası problemləri, III‖ (Bakı, 1990)
məcmuəsinin ―Antroponimika‖ bölməsindəki məqalə və tezis-
lər (46 tezis və məqalə verilmişdir) göstərir ki, 1990-cı ilə
qədərki konfranslardan sonra Azərbaycan onomastikası orijinal
araşdırmalar əsasında daha da dərinləşmiş və zənginləşmişdir.
Belə ki, I və II konfransın materiallarındakı məqalələrdən fərqli
olaraq, burada bəzi antroponimlərin etimoloji təhlili, antropo-
nimlərin tarixi-müqayisəli tədqiqi, köməkçi ad kateqoriya-
larının sərhədinin dəqiqləşdirilməsi, antroponimlərin fonetik və
fonomorfoloji xüsusiyyətləri kimi məsələlər daha geniş planda
təhlil edilmişdir.
1993-cü ildə çap olunan ―Azərbaycan onomastikası prob-
lemləri, V‖ adlı konfrans materiallarının ―Antroponimika‖ böl-
məsində verilən məqalələrin təxminən üçdə bir hissəsindən
çoxu antroponimlərin üslubi xüsusiyyətlərinə həsr olunmuşdur.
Belə ki, ―Antroponimika‖ bölməsindəki 54 məqalədən 21-i
yalnız antroponimlərin üslubi xüsusiyyətləri ilə bağlıdır. Həmin
məqalələrdən bəziləri istisna olunarsa (M.Adilov, M.Məm-
mədov, Q.Mustafayeva və A.Paşayevin məqalələri), qalanları,
demək olar ki, faktsadalamadan ibarətdir.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
37
Məcmuədəki məqalələrdə türk antroponimləri sistemində
sinonim şəxs adları, etnoqrafik leksika və antroponimlər, ermə-
ni dilində türk mənşəli antroponimlər və s. məsələlərə müna-
sibət bildirilmişdir.
Əlavə edək ki, T.İ.Haciyev, Y.Yusifov, F.Cəlilov, V.As-
lanov, Q.Kazımov, N.Xudiyev, Ə.Cavadov, M.Həkimov, Y.Se-
yidov, F.Ağayeva, Z.Verdiyeva, Ş.Yusifli, A.Bəşirova,
T.M.Hacıyev, F.Şahbazlı, A.Hacıyev, L.Quliyeva və başqaları
Azərbaycan antroponimlərinin tədqiqinə xüsusi məqalələr həsr
etmişlər.
Azərbaycan antroponimlərinin tədqiqi tarixi ilə bağlı
araşdırmalar göstərir ki, türk mənşəli və tərəflərindən biri türk
mənşəli olan hibrid antroponimlər geniş və sistemli şəkildə
tədqiq olunmayıb, arxaik antroponimlər, apelyativi arxaikləşən,
apelyativi arxaizm səciyyəli dialektizm olan, apelyativi eynilə
müasir ədəbi dildə işlənən antroponimlər müəyyənləşdiril-
məyib, türk mənşəli antroponimlərin yaranmasında apelyativin
funksiyası və adyaratmada motivləşmə meyarları dəqiqləşdiril-
məyib, əsl şəxs adlarının geniş izahlı lüğəti hazırlanmayıb və s.
Dostları ilə paylaş: |