Ulusun (44–35). Birinci komponenti böyük anlamlı ―ulu‖,
ikinci komponenti isə adam anlamlı arxaik ―sun‖ vahididir.
Ulusun böyük adam mənasını ifadə edir.
Ulubab (21–259). Apelyativi iki sözdən ibarətdir:‖ulu‖
və mənaca dəyişən ―bab‖ (baba) sözü. ―Baba‖ sözü ata anlamlı
olub, müasir ədəbi dilimizdə həmin mənada deyil, hər hansı bir
şəxsin atasının atası mənasında işlənir. Lakin Azərbaycan dili-
nin qərb şivələrində və Türkiyə türkcəsində ilkin mənasında
işlənməkdədir. Müasir Azərbaycan antroponimləri sistemində
―Ulubaba‖ şəklində, az da olsa, müşahidə olunur.
Uluğbəy (Əmir Teymurun nəvəsi Teymurilər sülaləsinin
başçısı Uluğbəy Məhəmməd Torağay (1394-1449) bu adın ilk
daşıyıcılarındandır) (18a–451). Apelyativi qədim türk dilində
oloğ, oloq, uluğ, ulu fonetik variantlarında böyük mənasında
işlənmişdir (121–74). ―Uluğ‖ sözünün sinonimi iri, yekə, böyük
vahidləridir. ―Ulu‖,‖uluğ‖ vahidi əsl şəxs adları sistemində
müşahidə olunmasa da, familiyalarımız sistemində, az da olsa,
işlənməkdədir. Məsələn, Uluxanov (Zaqatalada familiya kimi
işlənir). Antroponimikamızda ―ulu‖ sözünün sinonimi olan
―böyük‖ sözü əsasında da antroponimik vahidlər yaradılmışdır.
Məsələn, Böyük, Böyükbəy, Böyükkişi və s.
Xanı. Müasir Azərbaycan antroponimləri sistemində az
işlənən ―xanı‖ antroponimi ―Nəcəf və Pərzad‖ dastanında mü-
şahidə edilir (Xanı xanım). Apelyativi müasir ədəbi dilimizdə
işlənmir. ―Xanı‖ başa düşmək, anlamaq mənasını ifadə edən
―qanmaq‖ vahidi ilə bir kökdəndir. ―Qanmaq‖ felinin kökünə -
ıq sifət düzəldən şəkilçi qoşularaq ―qanıq‖ sifəti yaranmışdır.
Dilimizin tarixində q→x səs keçidini və söz sonunda ―q‖
samitinin düşməsi (qanıq-qanı, ayıq-ayı və s.) hadisəsini əsas
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
85
götürsək, ―xanı‖ ilə ―qanı‖ vahidlərinin bir söz olduğu anlaşılar.
Bu aşağıdakı sxemdə daha aydın görünür:
qan(maq) + ıq = qanıq
qanıq//xanıq=qanı//xanı
Deməli, müasir ədəbi dilimizdə arxaikləşən qanı//xanı
müsbət keyfiyyətli vahiddir və həmin xüsusiyyətinə görə də
antroponim yaradıcılığında iştirak etmişdir. Əlavə edək ki,
N.A.Baskakov türk mənşəli rus familiyaları sistemindəki ―Xa-
nıkov‖ familiyasının leksik-semantik xüsusiyyətlərini izah
edərkən ―xanıq‖ vahidinin şadlıq, sevinc mənasında olduğunu
göstərir (33-65).
Müasir Azərbaycan antroponimləri sistemində apelyativi
arxaikləşən ―Qanı‖ antroponimi (Kürdəmir rayonu) də işlən-
məkdədir. Bizcə, ―Xanı‖ antroponimi ilə bağlı verdiyimiz eti-
moloji təhlil eynilə ―Qanı‖ antroponiminə də aiddir.
Xanpərvər (N.Vəzirovun əsərlərində qadın adı kimi
işlənmişdir). Hibrid antroponimlər sisteminə daxil olan ―Xan-
pərvər‖ antroponiminin birinci komponenti türk mənşəli arxaik
―xan‖ vahidi, ikinci komponenti isə fars mənşəli, müasir dili-
mizdə yalnız sifət düzəldən şəkilçi kimi işlənən ―pərvər‖ mor-
femidir.
Qeyd etdiyimiz antroponimlər arxaikləşən vahidlərin ha-
mısını əhatə etmir. Bu ayrıca bir tədqiqatın mövzusudur.
Antroponim kimi arxaikləşən vahidlərin təhlili göstərdi ki,
antroponim yaradıcılığında iştirak edən apelyativlərin bir his-
səsi eynilə müasir ədəbi dilimizdə işlənməkdədir (fonetik fərq-
lər nəzərə alınmazsa). Əksəriyyəti isə arxaikləşmişdir. Dəqiq
desək, antroponim kimi arxaikləşən vahidlərin apelyativi kimi
işlənmiş alp (igid), altun (qızıl), xatın (xanım, arvad, qadın), ər
(kişi, igid), ərən (igid, qorxmaz), parax (it), bura//börü (qurd),
bars (bəbir), basan (yıxan, qalib gələn), buğra (dəvə), bulmaq
(tapmaq), börk (papaq), qut, qutluq (tale, uğur, bəxt), tur (allah
anlamlı), duxa (igid, mərd), yağı (düşmən), iş//eş (yoldaş),
Язизхан Танрыверди
86
güzəm (payız, payızda qırxılan yun), səgrək (yaxşı səkən,
sıçrayan, səyirdən), sunqur (şahin), ur (vurmaq), toğan (qartal),
uruz (xoşbəxt), xanı (başa düşən, anlayan) və s. sözlər müasir
ədəbi dilimiz baxımından arxaikləşən sözlərdir. Bu sözlərin bir
hissəsi şivələrimizdə mühafizə olunur: börk, qut, yağı, güzəm...
Ümumilikdə götürdükdə igidlik və mübarizlik, arzu və
istək, tanrıya inam və gözəllik keyfiyyətləri türk antroponimi-
kası üçün həmişə əsas olmuşdur. Təsadüfi deyildir ki, bu xü-
susiyyətlər müasir antroponimikamız baxımından arxaikləşən
antroponimlərdə də müşahidə edilir.
Maraqlıdır ki, müasir Azərbaycan antroponimikasında hə-
min arxaik antroponimlərin apelyativlərinin müasir ədəbi
dildəki sinonimləri də antroponim yaradıcılığına cəlb edilmişdir.
Məsələn:
anlaq (annax) (Annax) – aqil (Aqil)
bulmaq (Bulduq) – tapmaq (Tapdıq)
ərən (Ərən) – qorxmaz (Qorxmaz)
iş//eş (İşbak//İşbay) – yoldaş (Yoldaş)
görklü (Adı görklü) – gözəl (Adıgözəl)
yeg (Yegnək) – yaxşı (Yaxşı)
uluğ (Uluğ) – böyük (Böyük)
güz (Güzəmli) – payız (Payız)
sunqur (Ağ sunqur, Qara sunqur, Bəy sunqur) - şahin
(Şahin)
Apelyativi arxaikləşən antroponimlər
Müasir Azərbaycan antroponimləri sistemində elə antro-
ponimik vahidlər vardır ki, onların apelyativi müasir ədəbi dili-
miz baxımından arxaikləşmişdir. Həmin tip antroponimik va-
hidləri iki qrupa bölmək olar: 1. Apelyativi arxaikləşən kişi ad-
ları; 2. Apelyativi arxaikləşən qadın adları.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
87
Apelyativi arxaikləşən kişi adları
Aqşin. Bu antroponimin apelyativi barədə müxtəlif
fikirlər vardır. B.Abdullayev ―ağtəhər, ağ kimi, ağüzlü, ağ-
çöhrəli‖ mənasında olduğunu (4-10), M.Adilov və A.Paşayev
isə ―ağ‖ sözünün ―böyük‖, ―şin‖ sözünün ―qurd‖ mənasında
olduğunu göstərirlər (10-15). B.Abdullayevin izahından elə
anlaşıla bilər ki, ―Aqşin‖ antroponimi gözəllik motivi əsasında
formalaşmışdır. Məlumdur ki, bu motiv türk mənşəli kişi adları
üçün deyil, qadın adları üçün xarakterikdir. ―Aqşin‖ antroponi-
minin izahı barədə M.Adilov və A.Paşayevin fikri daha inan-
dırıcıdır. Müəlliflərə görə, ―Aqşin‖ antroponiminin ikinci kom-
ponenti olan ―şin‖ vahidi ―qurd‖ anlamlıdır. Bu da qədim türk
antroponimikasında qurd inanışı ilə bağlı motivləşən antropo-
nimik vahidlərlə bir sistem təşkil edir. Məsələn, Börü, Börütay,
Baybura və s.
Ağa. Apelyativi bəy, sahib, hakim, zadəgan, böyük qardaş
və s. mənalı arxaik tituldur. Müasir Azərbaycan antroponimik
vahidlər sistemində həm yalnız türk mənşəli (Ağa, Ağababa,
Ağaşbəy, Ağaqardaş, Ağadadaş, Ağalar, Ağası, Ağaxan, Ağaş,
Xanağa, Balaağa və s.), həm də hibrid antroponimlər (Ağabəşir,
Ağaqurban, Ağazadə, Ağazal, Ağazeynal, Ağazəki, Ağagül,
Ağamusa, Ağarza, Ağasultan, Əzizağa, Əlağa və s.) tərkibində
işlənməkdədir.
Altay. Oronimik vahidlər əsasında yaranan antroponimlər
sisteminə daxildir. ―Al‖ sözünün türk dillərində hündür, yüksək,
―tay‖ sözünün isə dağ mənasında olduğu izah edilir (127-130).
―Altay‖ oroniminin antroponimik vahid kimi formalaşmasında
da həmin məna əsas olmuşdur. Müasir ədəbi dilimizdə ―al‖ baş-
qa mənalarda, tay, tau isə ―dağ‖ fonetik variantında işlənmək-
dədir.
Язизхан Танрыверди
88
Alp. Müasir antroponimikamızda az təsadüf olunan antro-
ponimlərdəndir. Apelyativi igid, qəhrəman anlamlı arxaik
tituldur.
Araz. Etimologiyası ilə bağlı müxtəlif fikirlər vardır.
N.Nəbiyev möhtəşəm, böyük mənasında yunan mənşəli vahid
kimi izah edir (137-9). N.Əsgərov ―Araz‖ hidroniminin tarixi
mənbələrdə müxtəlif fonetik variantlarda (Aras, Araks, Arras,
Rass və s.) işlənməsini göstərməklə bərabər, ayrı-ayrı tədqi-
qatçıların, o cümlədən A.Axundovun ―Araz antroponim mən-
şəlidir‖, A.Nikonovun ―Araz su mənasını ifadə edir‖ fikirlərini
verir və ―Araz‖ hidronimi etnonim əsasında (as//az) yaranmış-
dır - qənaətinə gəlir (84-10-12). ―Araz‖ hidronimi ilə bağlı
etimoloji təhlillərə əsasən demək mümkündür ki, ―Araz‖ türk
mənşəli vahiddir və apelyativi müasir ədəbi dilimizdə işlənmir.
Aydındır ki, ―Araz‖ antroponimi hidronim əsasında yaranmış-
dır. Lakin ―Araz‖ hidroniminin antroponim kimi işlənmə səbəbi
barədə müxtəlif fikirlər vardır. Məsələn, O.Mirzəyev yazır:
―Vətənin dənizi də, dağı da, çayı da torpağı kimi əzizdir. Ona
görə biz uşaqlarımızın adını Qoşqar, Savalan, Samur qoyuruq.
Araz da bu qəbildəndir. Bu adı ilk dəfə öz qəhrəmanına Ab-
dulla Şaiq verib, ―Araz‖ povesti – uşaq ədəbiyyatımızın, şübhə-
siz ki, ən böyük xadiminin yeganə irihəcmli nəsr əsəridir.
A.Şaiq qəhrəmanı inqilaba məşəqqətli yollarla gələn gənc
fəhlədir. Doğma yurdumuzda Arazdan da böyük Kürümüz var.
Lakin Kür adında nə oğlan, nə də qıza rast gələrsiniz. Yəqin
yenə ona görə ki, azərbaycanlılar birhecalı ad qoymurlar‖ (122-
27). B.Abdullayev isə ―Araz‖ hidroniminin antroponim kimi
işlənməsini ―Araz‖ çayının coşqunluğu ilə bağlayır (4-13).
Göründüyü kimi, Araz hidroniminin antroponim kimi iş-
lənmə səbəbi müxtəlif prizmalardan izah olunmuşdur. ―Araz‖
anttoponimi ilə bağlı qeyd olunan motivlər nə qədər əsaslan-
dırılmış olsa da, məqbul sayıla bilməz. O.Mirzəyevin azərbay-
canlılar birhecalı ad qoymurlar fikri isə özünü doğrultmur.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
89
Çünki antroponimikamızda Alp, Bəy, Xan və s. kimi türk
mənşəli, eləcə də Veys, Qeys, Rza, Zal, Şah və s. kimi ərəb və
fars mənşəli birhecalı antroponimlər, az da olsa, işlənməkdədir.
Tarixin acı hökmü iki əsrə yaxındır ki, Azərbaycan türkünü iki
yerə parçalayıb, qardaşı qardaşdan ayırıb, ortada Araz çayıdır.
Azərbaycan türkü Arazın hər iki sahilində intizar, həsrət, kədər
içindədir. Nə qədər ki, vahid Azərbaycan dövləti yaranmayıb,
bu nisgil davam edəcəkdir. Azərbaycan türkü övladına rəmzi
olaraq ―Araz‖ adını verməklə sanki həsrətdən, ayrılıqdan qur-
tarıb doğma qardaşına qovuşmuş, arzusuna çatmış olur. Məhz
bu keyfiyyətlər Araz antroponiminin yaranması üçün əsas ola
bilər.
Babək. Antroponimikamızda işlək adlar cərgəsində olan
―Babək‖ antroponiminin izahı ilə bağlı müxtəlif fikirlər vardır.
O.Mirzəyev və B.Abdullayev Babək antroponiminin fars mən-
şəli söz əsasında yarandığını göstərirlər (122-38) (4-16).
M.Adilov və A.Paşayev konkret faktlarla əsaslandırır ki, ―Ba-
bək‖ antroponimi ―ba‖ – böyük, ―bək‖ – bəy sözlərindən dü-
zəlmiş, mənası ―böyük bəy‖ deməkdir (10-14). Müasir ədəbi
dilimizdə böyük anlamlı ―ba‖ arxaikləşmiş, vaxtilə titul funksi-
yasını yerinə yetirən ―bəy‖ vahidi isə məhdud dairədə işlənir.
Baxşı. Apelyativi kahin, şaman, ustad, aşıq anlamlı ―baq‖
(bax) və adam anlamlı ―şı‖ vahidləridir. ―Baq‖ teonimi müasir
dilimizdəki ―baxıcı‖ sözündə qədim şamanizmin izini yaşadır
(187-95).
―Baxşı‖ antroponimindəki ―şı‖ qədim türk dilində işlənən
adam anlamlı sın, sun, sin, si, se, sə, sı vahidləri ilə bir sistemə
daxildir. Bu vahidlər Ulusun, Ursi, Telusun kimi qədim türk
mənşəli antroponimlərin yaranmasında iştirak etdiyi kimi, türk
mənşəli teonimlərlə birlikdə antroponim yaradıcılığında da
iştirak etmişdir. Məsələn, kud//qud (Kudusun), tar//tir//dir
(Dirsə), baq//bax (Baxşı) və s.
Язизхан Танрыверди
90
―Baxşı‖ antroponimi türk xalqları antroponimikasında ge-
niş yayıldığındandır ki, rus familiyaları sisteminə də daxil ol-
muşdur. N.A.Baskakov ―Makşeev‖ familiyasının yaranmasında
kahin, şaman, aşıq anlamlı bagŞu-magŞu vahidinin əsas oldu-
ğunu göstərir (34-134).
Bəy. Qədim türk dilində hökmdar, rəhbər, knyaz mənala-
rında işlənmişdir (71-91). Müasir ədəbi dilimizdə hörmət mə-
nasında işlənir. ―Bəy‖ apelyativi həm türk mənşəli (Bəy, Bəylər,
Bəybala, Balabəy, Bəyverdi, Elbəy və s.), həm də hibrid
(Əlibəy, Əzizbəy və s.) antroponimlərin tərkibində işlənmək-
dədir.
Qambay. Müasir antroponimikamızda təsadüf olunan
mürəkkəb quruluşlu ―Qambay‖ antroponiminin hər iki kompo-
nenti müasir ədəbi dilimizdə arxaikləşmişdir. ―Qam‖ müxtəlif
türk dillərində cadugər, şaman, nağıl danışan mənalarında işlən-
məkdədir (4-18). ―Kitabi-Dədə Qorqud‖ dastanındakı Qam-qan
(Kam xan) və Qam-büre (Kam Büre) antroponimlərindəki
―qam‖ teonimi müqəddəs anlamlıdır. Qam-büre ―müqəddəs –
qurd‖ mənasındadır (187-97). ―Bay‖ titulu isə, qeyd etdiyimiz
kimi, yalnız hörmət mənasında işlənməkdədir.
Qalabəy. Titullar əsasında yaranan antroponimlər siste-
minə daxildir. Müasir ədəbi dilimizdə ―qala‖ sözü işlənir, ―bəy‖
isə mənaca daralan sözlər sırasındadır. ―Qalabəy‖ müasir ədəbi
dilimizdə titul kimi arxaikləşmişdir.
Qara. Türk dillərində ―qara‖ apelyativi güclü, qüvvətli,
qüdrətli, böyük və s. mənalarla yanaşı, rəng anlamlı vahid kimi
də işlənmişdir. Müasir ədəbi dilimizdə yalnız sonuncu mənada
işlənməkdədir. ―Qara‖ apelyativi əsasında formalaşan kişi ad-
larının yaranmasında güclü, qüdrətli, qüvvətli, böyük, qadın ad-
larında isə gözəllik məna çalarları əsas olmuşdur.
Qoçər. Müasir antroponimikamızda az işlənən antropo-
nimlərdəndir. ―Qoç‖ sözü danışıq dilində igid, qoçaq, döyüşkən
mənalarında işlənir. ―Qoçər‖ antroponimindəki ―ər‖ sözü də
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
91
igid mənasını ifadə edir. Lakin ər sözü müasir ədəbi dilimizdə
həmin mənada deyil, qadının həyat yoldaşı mənasında işlənir.
Qurxan. Müasir antroponimlərimiz sistemində az işlənən
―Qurxan‖ antroponiminin hər iki komponenti arxaikləşmişdir.
Dağ anlamlı ―qur‖ vahidi ―Qazbəy, Qazxan, Qor, Qorxan, Qır-
xan, Qurxan və s. kimi antroponimik vahidlərimizdə mühafizə
olunmuşdur (184-108). ―Xan‖ sözü müasir ədəbi dilimizdə qə-
dim türk dilindəki el başçısı, hakim, hökmdar, cənab, ağa mə-
nalarını (71-467) itirmişdir. Bu titul türk mənşəli (Xan, Xanlar,
Ataxan, Ağaxan, Qardaşxan, Elxan və s. kimi kişi adları;
Xanqızı, Xanbacı və s. kimi qadın adları) və hibrid (Əzizxan,
Əhmədxan, Muradxan və s.) antroponimlər tərkibində işlən-
məkdədir.
Domrul. ―Kitabi-Dədə Qorqud‖ dastanının antroponimi-
kasına daxil olan və antroponimikamızda 1960-cı illərdən son-
ra işlənməyə başlayan antroponimlər sırasına daxildir. Apelya-
tivi ―həyat verən, həyat başlanğıcı‖ mənasında olub (122-69),
müasir ədəbi dilimizdə arxaikləşmişdir.
Elçin. Bu antroponimin 1-ci hissəsindəki “el‖ sözü mü-
asir ədəbi dilimizin lüğət tərkibində işlənir. ―Çin‖ sözü isə
qədim türk dilində güc, qüdrət mənasında olmuş, müasir ədəbi
dilimizdə həmin mənalarda arxaikləşmiş və yalnız“çin olmaq‖,
―çin çıxmaq‖ kimi ifadələrdə yaşamaqdadır. “ Elçin‖ igidlik
motivi əsasında formalaşan antroponimlər sırasına daxildir.
Eltəkin. Bu antroponimdəki ‖el‖ sözü qədim türk dilində
tayfa birliyi, xalq, dövlət və ölkə anlamında işlənmişdir (71-
168-169). Müasir ədəbi dilimizdə ―el‖ sözü dövlət qurumu mə-
nasında işlənmir. ―Təkin//tegin‖ vahidi isə şahzadə anlamlıdır,
müasir ədəbi dilimizdə arxaikləşmişdir.
Elturan. Müasir antroponimikamızda az işlənən ―Eltu-
ran‖ antroponimindəki ―turan‖ toponimik vahidi ―tur‖ teonimi
əsasında yaranmışdır. Müasir ədəbi dilimizdə ümumi leksik
vahid kimi işlənmir. Qədimdə Orta Asiyada türklərin yaşadığı
Язизхан Танрыверди
92
yerin adı olub (4-53). Azərbaycan onomastik vahidlər
sistemində ―Turan‖ yalnız antroponimik vahid kimi işlənirsə,
türk xalqlarının onomastik vahidlər sistemində təkcə antropo-
nim kimi deyil, həm də toponim kimi işlənməkdədir. Məsələn,
Tuvada Turan çayı (Uyuk-Turan) və Turan şəhəri, türklərin
şərq qolu ilə bağlı arealda Toran, Toranqul, Tura və s. (187-
101).
Eymur. Etnonim əsasında yaranan antroponimlərdəndir.
―Eymur‖ sözü etnonim kimi F.Rəşidəddinin ―Oğuznamə‖sində
böyük ordusu və əsgəri olan (165-40) mənada izah olunmuşdur,
apelyativi arxaikləşmişdir.
Ərtoğrul. İgidlik, güclülük motivi əsasında formalaşan
―Ərtoğrul‖ antroponiminin hər iki komponenti müasir ədəbi
dilimiz baxımından arxaikləşmişdir. ―Ər‖ sözünün müasir ədəbi
dilimizdə yalnız qadının həyat yoldaşı mənasında işlənmə-
sindən bəhs etmişik. ―Toğrul‖ vahidi isə qədim türk dilində şa-
hin, qartal anlamlı zooleksem kimi işlənib, müasir ədəbi dili-
mizdə arxaikləşmişdir.
Ərol. Müasir antroponimikamızda az təsadüf olunan an-
troponimlər sırasına daxildir. Birinci söz igid anlamlı arxaik
―ər‖, ikinci söz isə müasir ədəbi dilimizdə yarımmüstəqil fel ki-
mi işlənən ―olmaq‖ felinin kök hissəsidir, felin əmr formasında
II şəxsin təkindədir. ―Ərol‖ antroponiminin semantikası ―igid
ol‖ kimi izah oluna bilər.
Yüzbaşı. Titul əsasında yaranıb, müasir antroponika-
mızda az müşahidə olunan (familiyalarda mühafizə edilmişdir.
Məsələn, Yüzbaşov) ―Yüzbaşı‖ antroponiminin apelyativi titul
kimi arxaikləşmişdirsə də, həmin titulun komponentləri olan
―yüz‖ və ―baş‖ sözləri müasir ədəbi dilimizin lüğət tərkibində
işlənməkdədir.
Yelmar. Antroponimikamızda az işlənən hibrid antropo-
nimlərdəndir. ―Yel‖ vahidi türk mənşəli ―ilan‖ zoolekseminin
qədim forması olan ―yılan‖ vahidinin dialektdə mühafizə olun-
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
93
muş variantıdır. ―Yelmar‖ sözü əksər şivələrimizdə yel-
mar//yeremal//yelemar şəklində ―ilan‖ mənasında işlənməkdə-
dir (86-55). ―Yelmar‖ antroponiminin ikinci hissəsi olan ilan
anlamlı ―mar‖ sözü isə fars mənşəlidir, ədəbi dilimiz baxımın-
dan arxaikləşmişdir. Deməli, ―Yelmar‖ antroponiminin forma-
laşmasında ilan anlamlı iki zooleksem iştirak etmişdir. Əlavə
edək ki, eyni mənanı bildirən iki leksik vahidin bir məfhum
ifadə etməsi dilimizin həm apelyativ, həm də onomastik,
konkret desək, antroponimik leksikasında (əsasən, hibrid antro-
ponimlərdə) müşahidə olunur. Məsələn, Azərbaycan antroponi-
mik vahidlər sistemindəki Yazbahar (―yaz‖ türk mənşəli,
―bahar‖ fars mənşəli), Gülçiçək (―gül‖ fars mənşəli, ―çiçək‖
türk mənşəli), Şiraslan (―şir‖ fars mənşəli, ―aslan‖ türk mənşəli)
və s. kimi əsl şəxs adları, Uzundraz Məhəmməd (―uzun‖ türk
mənşəli, ―draz-deraz‖ fars mənşəli) kimi ləqəblər bu qə-
bildəndir.
Gəray. Müasir antroponimikamızda işlək adlar cərgəsin-
də olan ―Gəray‖ adının etimologiyası barədə müxtəlif fikirlər
vardır. H.Əliyev yazır: ―Gəray‖ mənşəcə monqol sözü olub,
―əməkdar‖, ―ləyaqətli‖ deməkdir. Lakin monqollarda bu sözün
işlədilməsi faktlarına çətin təsadüf edilir. Ehtimal ki, ―gəray‖
yunan dilindən alınmış ―qerayos‖ sözündən olmuş, bu da
―şərəfli‖, ―qocaman‖ deməkdir (76-74). B.Abdullayevin fikrin-
cə, ―gəray‖ sözü bəzi türk dillərində ―şumlanmış yer, sürülmüş
sahə‖ və kotan mənasında işlədilən ―gər‖ sözündən və -ay
şəkilçisindən düzəlib, ―yer sürən, kotançı‖ mənasındadır (4-33).
O.Mirzəyev ―Gəray‖ antroponiminin izahında leksik-semantik
xüsusiyyəti əsas götürməyərək yazır: ―Gəray adının hərfi
mənası məlum deyil. Lakin tayfa adının şəxs adına çevrilməsi
üçün bunun bir o qədər də əhəmiyəti yoxdur. Burada əsas amil
Gəray adında hökmdar və sərkərdələrin şöhrətidir‖ (122-123).
M.Adilov ―Gəray‖ antroponimindəki ―gər‖ hissəsi ilə ―Koroğ-
lu‖ antroponimindəki ―kor‖ hissəsini qədim türk dilində qeyri-
Язизхан Танрыверди
94
adi dərəcədə güclü, qüvvətli mənasında işlənən ―ker‖ kökü ilə
əlaqələndirir, ―ay‖ ünsürünün isə ―adam, insan‖ mənası verdiyi-
ni göstərir (80-277). Müəllifin etimoloji təhlili inandırıcıdır. Bu
təhlili əsas götürsək, rus dilindəki ―qəhrəman‖ anlamlı ―герой‖
sözü ilə türk mənşəli ―gəray‖ sözü fonetik, həm də semantik
baxımdan eyni yuvada birləşər: fonetik baxımdan gəray –
герой (g→q, ə→e, a→o səs əvəzlənmələri mümkündür),
semantik baxımdan gəray (qeyri-adi dərəcədə güclü, qüvvətli),
герой (qəhrəman, igid). Hər iki vahidin leksik mənası igidlik
xəttində birləşir.
Qədim türk dilində igid, kişi mənasında işlənən ―ər‖
sözünün türk dillərində ―ə:r//e:r//ar//ər//er//ir//ey//e://ə//yer//
hə://rə‖ (157-322) fonetik variantlarında işlənməsini, F.Cəlilo-
vun ―ər‖ sözünü Avropaya aparan macarlar onun hersoq
(knyaz) derivatını slavyan və german dillərinə ötürmüşdür,
alman dilindəki herr (knyaz), latın dilindəki erus//herus (knyaz)
sözlərinin kökündəki er//her sözü həmin dillərə daha qədim
dövrdəki kontaktda keçmişdir fikrini (186-141) və başqa dilli
mənbələrdə, o cümlədən yunan mənbələrində ―ar‖ əsaslı vahid-
lərin qar (Qarpak), har (harpaq), ar (Arpak) (44-269) fonetik
variantlarda qeydə alınmasını nəzərə alsaq, ehtimal etmək olar
ki, ―gəray‖ və ―герой‖ sözlərinin ilk hissəsi türk mənşəli
―ar//ər‖ vahidinin derivatlarıdır. ―Gəray‖ sözü müasir ədəbi
dilimizdə apelyativ kimi arxaikləşmişdir.
Dostları ilə paylaş: |