IX.6. Dil işarələrinin hierarxikliyi
və ikili üzvlənməsi
Dil işarələrinin daha bir əlaməti də nəzərdən keçirilməlidir. Bunu hierarxiklik kimi müəyyənləşdirə bilərik. Bunun mahiyyəti ondadır ki, aşağı səviyyənin vahidi mütləq yuxarı səviyyənin tərkibində çıxış etməlidir. Yuxarı səviyyənin vahidi isə aşağı səviyyənin ən azı bir elementindən ibarət olmalıdır. Məsələn, Azərbaycan dilində? Kim gəlir? sualına cavab olaraq biz /O/ deyə bilərik. Cavab həm fonem,həm morfem, həm leksem, həm də söyləm olur. Bu, nadir hallarda baş verir. Normal olaraq morfem ən azı iki fonemdən (şəkilçi morfemlər və birhecalı /it/, /at/ və s .kimi sözlərimiz buna misal ola bilər), ən çoxu isə bir neçə fonemdən ibarətdir. Eləcə də leksemlərimiz və söyləmlərimiz ən azı bir morfem və bir neçə morfemdən ibarət olur. Elə bu keyfiyyətini nəzərə alaraq N.Xomski yazır ki, dil sonu məlum elementlərdən düzələn sonu bəlli olmayan cümlələrdən ibarətdir.8
Dil işarələrinin daha iki əlamətini burada göstərmək istərdik. Onlardan biri təkrarlana bilməkdir, ikincisi isə ikili üzvlənməyə məruz qala bilməkdir. Dil işarələri tez –tez müxtəlif dəyişikliyə məruz qalmaqla təkrar olunsa da, öz identikliyini itirmir. Məsələn, ingilis dilində /ks/ (ox), /ksın/(oxen), /ksiz/ (oxe`s) və /ksınz/(oxen`s) sözlərində kök morfem dəyişikliyə uğramaqla dörd alloleksemdə işlənir, ancaq öz eyniliyini qoruyub saxlayır. O ki qaldı ikili üzvlənməyə, bunu hələ vaxtilə A.Martine(1908-1999) irəli sürmüşdü.9 O, birinci üzvlənmənin vahidini monem (morfem anlamına uyğun gətirir - F.V.), ikincininkini isə fonem adlandırırdı. Məsələn, /atı/ leksemində iki monem və üç fonem vardır. Digər işarələrin heç birində buna bənzər üzvlənmə yoxdur.
Beləliklə, bu kiçik şərhlər dil işarələrinin bəzi spesifik əlamətlərini açıb göstərməyə qismən də olsa imkan verdi. İndi vəzifə dilin işarəviliyini şərh edəndə başqa əlamətləri də tapmaqdan ibarətdir. Ancaq bu tamam başqa bir layihənin mövzusu ola bilər. İrəlidə bizi dil işarələrinin semantik təsviri gözləyir.
IX.7. Fəslin ədəbiyyatı və qeydlər
1 Г.Глисон. Введение в дескриптивную лингвистику. М., 2005.
2 F.de Saussure. Grundlagen der allgemeinen Sprachwissenschaft. Berlin, 1967.
3 E.Koseriu. Einführung in die allgemeine Sprachwissenschaft. Tübingen, 1996. Biz bu kitabı almancadan Azərbaycan dilinə tərcümə etmişik. Bax: E.Koseriu. Ümumi dilçiliyə giriş.Bakı, 2005, s.112.
4 Morfemlərin bölgüsü haqqında ətraflı məlumat almaq üçün bax: F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. (Morfemika , sintaqmatika) II. Bakı, 2008.
5 Frazem burada prof. M.T.Tağıyev anlamında işlənmişdir.
6 F.de Saussure.Göstərilən əsəri.
7 F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica.(Morfemika , sintaqmatika) II. Bakı, 2008.
8 F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. II, Bakı, 2008, s.274-288.
9 A.Martinet.Elements of General Linguistics.London, 1964.
X. Dil işarələrinin
semantik sahələr üzrə təhlili
X.1. Ümumi qeydlər
Biz yuxarıda qeyd etmişdik ki, dildəki sözlər mahiyyətcə ikitərəfli işarələrdir. Onların formal, substansional tərəfi semantik tərəfilə şərti olaraq bağlanır. Biz dil işarələrinin fonem, morfem və leksem baxımından öyrənilməsinə xüsusi əsərlər həsr etmişik.1 Bu fəsildə isə təbii dilin işarələrinin-sözlərin semantik təhlilini vermək istəyirik. Məlumdur ki, məna problemi semiotikanın mərkəzi problemidir. Ancaq məna ilə ifadənin qarşılıqlı əlaqəsinə keçməmişdən öncə bəzi termin məsələlələrinə aydınlıq gətirilməlidir.
Sosializm dövründə materialist fəlsəfəsini idealist terminologiyadan təmizləmək vəzifəsi irəli sürülürdü. Fəlsəfə semiotikanı öz tərkib hissəsi elan elədiyi vaxt dilçilik işarə sisteminin ümumi problemlərini araşdırmağı qarşısına məqsəd qoymuşdu.
Sözlər dildə semantik baxımdan qarşılaşmalar yaradır:
/qoca/ # /cavan/; /almaq/ # /satmaq/; /bibi/ # /əmi/.
Azərbaycan dilində /əmi/-nin qarşılığı mütləq /bibi/ olmalıdır. Ancaq alman dilində /Onkel/ həm əmi, həm də dayı deməkdir. O, alman qohumluq terminləri arasında yalnız /Tante/ (xala, bibi) sözünə qarşı qoyula bilər. Bu dldə /Neffe/ (qardaşoğlu və ya bacıoğlu) yalnız cins qarşılaşması baxımından /Nichte/ (qardaşqızı, bacıqızı) sözünə qarşı qoyulur: /kişi/ # /qadın/. Ancaq /Tante/ # /Nichte/ və /Onkel/ # /Neffe/ cütlərində cins yox, qohumluq dərəcəsi qabardılır. Qarşılaşmalarda bir-birinin əksinə (antonim): /böyük # kiçik/, istiqamət bildirən /yuxarı # aşağı/ və tamamlayıcı qarşılaşmalar /subay # evli/, /mümkün # qeyri-mümkün/ və s. növlərini fərqləndirirlər. Axırıncılarda ya-ya və ya binar prinsipi gözlənilir.
İnsan ya subay olur, ya da evli. Qarşılaşmadakı bir tərəf ikili imkandan birini ifadə edir. Dərəcə və ya müqayisə bu cür qarşılaşmalar yaratmır. Bəzən onları /daha çox/ ifadəsilə işlətmək olar. Məsələn, /Əhməd xanımından daha çox evlidir// (evcanlıdır mənasında).
Bu zaman /evli/ öz qarşılığı olan /subay/-dan fərqlənmək üçün yox, tamam yeni semantik çalarlığın ifadəsi üçün işlənir. Məna kontekstlə bağlı yeni çalar əldə edir. Komplomentar sifət qarşılaşmalarında /x- qeyri-x/ formuluna uyğun cütlər müşahidə olunur. Bu zaman birinci tərəfin inkarı ifadə olunur: /mümkün/ # /qeyri-mümkün/ və ya /mümkünsüz/. Deməli, onlar təkcə antonim deyil, həm də komplementar qarşılaşmalar yaradır. Antonimlər məntiqi cəhətdən komplementar ola bilirlər, çünki onlar binar (ikili) qütblər olmaqdan başqa cins əlaməti istisna olmaqla eyni məna bildirirlər. Müq. et: /rəfiq/ # /rəfiqə/; /katib/ # /katibə/; /kişi/ # /arvad/ və s.
Beləliklə, biz leksemlər arasında qohumluq bildirən kiçik məna sahəsini fərqləndirə bilərik (bax: şəkil 13).
Böyük
Şəkil 13. Leksemlər arasında qohumluq bildirən sözlərin ikili bölgüsü.
X.2. Dil işarələrinin semantik sahələr üzrə
bölgüsü
Ancaq heyvan, bitki, qida, paltar və s. kimi heteronimlər daha böyük söz sahələri yaradır. Burada sahənin özülünü təşkil edən iki və ya daha artıq səviyyəli hierarxik strukturdur. Zirvəsində heteronim dayanır (məsələn, heyvan, bədən, nəqliyyat vasitəsi və s.), sonra aşağıdan digər səviyyələr ona qoşulur. Məfhumlar hierarxiyasının bu cür sistemini taksonomiya adlandırırlar. Taksonomiyada alt məfhum hiponim adlanır, ondan sonrakılar isə hiponimin alt qatını bildirməklə hiponimə aid olur. Burada da incə bir məsələni fərqləndirmək lazımdır. Məsələ burasındadır ki, bütün hiponimlər bu cür səciyyələnə bilmir. Velosiped də, avtomobil də nəqliyyat vasitəsi hiponiminə daxildir, ancaq onlar /gənclər/, /uşaqlar/ hiponiminə daxil deyildir. Odur ki, onlar taksonomiya yaratmır. /Uşaq-qız-gənc (oğlan)/ kimi hiponimlər münasibətlərində referentlərə aid əlamət var (cins). Taksonomiyadakı hiponimlər isə bir sıra əlamətlərlə fərqlənirlər. Aşağıda heyvan adlarını bildirən taksonomiyanın sxemi verilir (bax: şəkil 14).
Heyvan
at inək qoyun pişik it
şişək toğlu erkək boğaz
Şəkil 14. Heyvan adlarının bölgüsü
İnsan bədəni də bir-birilə bağlı vahidlərin bütövüdür. Bədən üzvləri heç də ayrılıqda mövcud olan parçalar deyil, onlardan hər birinin də tərkib hissələrə bölünməsi aydındır. Məsələn, bədənin baş hissəsində göz, qulaq, burun və s. hissələr vardır. Aşağıdakı şəkildə bədənin sistem olduğu aydın nəzərə çarpır (bax: şəkil 15).
Bədən
baş boğaz gövdə qıç qol
qulaq üz əl bilək
göz ağız qarın döş
dodaq dil dırnaq ovuc
Şəkil 15. Bədən üzvlərinin ikili bölgüsü.
İnsan bədənindəki sözlər sisteminin konstituent tərkiblərini bildirən ifadələri göstərmək üçün meronimiya (yunanca meron-hissə) terminindən istifadə edirlər. Meronimiyaya əsaslanan sistemi merologiya adlandırırlar. Bu zaman deyirlər ki, A B-nin meronimidir, B isə A-nın holonimidir. Hissələr bütövün konstitutiv parçaları kimi çıxış edir. Məntiqi olaraq bunu belə ifadə etmək olar:
B-yə A aiddir, B-lərin A-sı var, A-lar B-yə aiddir, A-lar B-nin hissələridir. Məsələn, üzə iki göz, ağızıa isə dodaqlar aiddir. “Aiddir” və ya “vardır” başqa çalarlıqlar da ifadə edir. Məsələn, demək olar ki, şəxsin adı, ölçüsü, ünvanı var. Meronim və holonim arasındakı məna münasibətləri hissənin bütövə aidiyyətilə yanaşı, həm də hissə ilə tam arasında olan konsepsiyanın tərkib hissələridir. Məsələn, /əl/ konsepsiyası o deməkdir ki, əldə barmaqlar var və barmaqlar isə əlin müəyyən hissəsidir.
Taksonomiyada hiponimə aid alt məfhumlar tranzitivlik əlaqəsinə əsaslanır, B-nin alt məfhumunun alt məfhumu eyni zamanda B-nin alt məfhumudur. Məfhumun alt məfhumu eyni zamanda B-nin alt məfhumudur. Bu əlaqə metonimiyada məcburi deyil. Məsələn, /barmaq/ əlin konstitutiv hissəsidir, /əl/ isə qolun konstitutiv hissəsidir, ancaq bu o demək deyil ki, barmaq qolun konstitutiv hissəsidir.
Qohumluq əlaqələri bildirən sözlərin arasındakı məna münasibətlərinin təhlili ciddi maraq doğurur. Bu zaman ata tərəfin (qan) və ana tərəfin (can) qohumlarını xüsusi fərqləndirmək lazımdır. Ailə münasibətlərini belə göstərmək olar (bax: şəkil 16).
ana ata
oğul = qız
Şəkil 16. Ailədə münasibətlər:
-nı nikahı, = bərabərliyi bildirir.
Valideyn-uşaq münasibətləri özək ailədə belə olur. Burada bacı, qardaş, ər-arvad (arvad,ər) münasibətləri öz əksini tapıb. Əlbət ki, bu sxem elementar ailə əlaqələrini əks etdirir. Biz şəxsin özündən çıxış edib şəcərəni açmalı olsaq (bu şəcərədə aid şəxsi (buna propozitiv deyirlər) nəslin ortasında yerləşdirməklə belə bir dolğun şəkil ala bilərik (bax: şəkil 17).
nənə
baba
bibi
= əmi
xala
= dayı
ana
ata
əmi uşağı
bibi uşağı
əmi/bibi qızı
Arvad ər
bacı
qardaş ==
dayı/xala uşağı
dayı/xala qızı/oğlu
=
qız oğul
qardaşoğlu/qızı
bacıoğlu/qızı
qız nəvə
oğul nəvə
Şəkil 17. /Mən/ şəcərəsinin şəkli: a) ↕ ikitərəfli valideyn-uşaq münasibətləri; = bacı/qardaş; – ər-arvadlılıq münasibətləri; Bunu üç kodlu münasibət adlandırırlar.
Can qohumunun əlaqələrini də nəzərə alsaq biz belə bir şəkil əldə edərik (bax: şəkil 18).
qayınana
qayınata
bacı
qardaş
=
baldız
qayın =
baldız
qayın =
== Ego ==
baldız
qayın
=
arvad
kişi
Ego =
qız
oğul
gəlin
kürəkən
Şəkil 18. Can qohumlarının qarşılıqlı münasibətləri.
İkitərəfli qohumluq münasibətləri isə qayınana/qayınata baxımından belə olacaq (bax: şəkil 19)
Şəkil 19. Ailədə qohumluq münasibətlərinin ikili bölgüsü.
Kənarda uşağı olan şəxsin qohumluq münasibəti çox sadədir. Şəxs yalnız valideyn kimi götürülür, yəni ↑/↓ deyil, çünki evlilik münasibəti yaradır.
Bütün şəcərəni əhatə etmək istəsək, cədvəl daha mürəkkəb və çoxşaxəli alınar. Lakin burada buna ehtiyac duymuruq.2
Bircə onu qeyd edək ki, orta əsrlərdə almanlarda ananın bacısına /Muhme/, qardaşına /Oheim/, atanın qardaşına /Vetter/, bacısına isə /Base/ deyirlərmiş.3
Qohumluq bildirən sözlərin arasında polisemiya /Schwager/, (qayın), /Schwägerin/ (baldız) və hiponimiya (uşaq = qız /Tochter/, (oğul) (/Sohn/) hadisələrinə rast gəlmək olur. Cinsi bildirən leksemlər də bütün şəcərəyə aiddir = qız nəvə/ogul nəvə, bacı/qardaş, baldız/qayın və s. Bu qohumluq əlaqələrində qarşılıqlı və konvers münasibətləri də görmək olur: eqo nəvənin babasıdır, həm qızının anasıdır, həm də anasının qızıdır və s.
1. Qohumluq münasibətləri iki xəttə əsaslanır: valideyn/uşaq və nikah münasibətləri. Onlardan hansını əsas götürsək, münasibətlər bir xəttə söykənəcək. Yapon dilində isə sosial amil də nəzərə alınır.
2. Cinsi əlaqələr ancaq yaşı əsas götürür. Bizim Azərbaycan dilində ana və ata tərəfin qohumları başqa cür adlandırılır. Alman, ingilis və rus dillərində isə bu yoxdur, hərçənd ki, tarixən olub.
3. Qarşılıqlı və konvers əlaqələr mövcuddur.
4. Burdakı təsvir metodu başqa dillərə də tətbiq edilə bilər.
Əsas anlayışlar
Terminlər söz sahələri
Sinonimiya taksonomiya
Hiponimiya
Tərkiblər meronimiya
Qarşılaşmalar qohumluq münasibətləri
Antonimiya propozitius
Birbaşa qarşılaşma relasional resiprok
Semantik komplementar relatsional konvers
Heteronim məna komponentləri
Konvers, resiprok məna komponentləri
X.3. Dil işarələri cümlədə
Biz indiyə qədər dil işarələrinin ayrı-ayrı sözlərin mənası ilə və ya onların başqa sözlərə münasibətilə məşğul olmuşuq. Bundan sonra işarələrin, ayrı-ayrı sözlərin cümlənin yaranmasında nə kimi rol oynaması və birləşmələrlə yaxndan məşğul olacağıq. Görəcəyik ki, cümlə təkcə sözlərin ardıcıllığından ibarət deyildir. Cümlə elə bir təşkil olunmuş strukturdur ki, onda hər bir parçanın öz rolu və başqa parçalara bağlanmasında xüsusi üsulu vardır. İlk öncə bu onda öz təsdiqini tapır ki, sözlər (isim, fel, sifət) cümlənin bir və ya bir neçə referenti haqqında məlumat verir (xəbərçilik). Qrammatik məna burada nəzərə alınmır. Biz bu cümləyə nəzər salaq.
/Yesterday we appointed a new office manager// (Dünən biz yeni ofis menecerini təyin etdik)
Burada /we/ əvəzinə xüsusi adlar da işlənə bilərdi: /Jim and John/. Hər iki halda bunlar ismi söyləm (İS) yaradır: NP (noun phrase). Cümlənin feli söyləmini (FS) /appointed/ feli keçmiş zamanda təşkil edir. İngilis dilində mübtəda keçmiş zamanda xəbərlə heç bir formal bağlılığa malik deyildir. (Alman dilində isə mübtəda şəxsə və kəmiyyətə görə xəbərlə uzlaşır. Məs., /Klaus aß den Salat mit der Gabel/ (Klaus salatı çəngəllə yeyirdi).
Bizim cümləmizdə mübtəda /we/ əvəzliyi ilə, xəbər isə /appoint/ felinin keçmiş zamanında ifadə olunub. /A new office manager/ vasitəsiz tamamlıq olmaqla cümləni başlayır. Deməli, biz yuxarıdakı cümlənin qarşılıqlı struktur əlaqəsini belə göstərə bilərik (bax: şəkil 20).
[Yesterday] [we] [appointed] [a new office manager]]].
Adv. NP V
NP
Adv NP VP
Cümlə
Şəkil 20. Cümlənin sintaktik strukturu.
Buradakı iki İS referentlərin şərhinə yönəlib. /we/ iş icraçısını, o da fel vasitəsilə ikinci İS-i müəyyənləşdirir: /A new office manager/.
Fel hərəkətin nəyin üzərinə yönəldiyini keçmiş zamanda bildirir [v + ed].
Cümlənin tam xəbərlilik strukturunu aşağıdakı şəkil aydın göstərir:
sözlər /[Yesterday] [we appointed] [a new office manager]//.
Adv. referent referent
Göründüyü kimi, zərflik ayrıca yer tutur, fel iki referent arasında əlaqə yaradır, ona görə də fel cümlədə mərkəzi yer tutur, o referentlərlə əlaqə yaradaraq bütün cümləni idarə edir. Zərflik isə ayrılıqda cümlədə 1-ci yer tutmaqla formal funksiya yerinə yetirir.
/we/ və / a new office manager/ hərəsi bir vahiddir, bütövdür. /appointed/ isə iki vahid tələb edir. Feldən düzələn bütöv konsept-predikat, ona aid olanlar isə arqumentlər adlanır. Bir arqumentli təkyerli predikat, iki yerli və s. adlanır. Predikatlar öz arqumentləri haqqında müəyyən əlamət və ya onlar arasındakı əlaqələri xəbər verirlər. Ancaq onların özləri konkret vahid deyillər. Belə ki /appointed/ feli iki arqument haqqında xəbər verir: birincisi /we/ təyin edir, ikincisi təyin edilir: /a new office manager/.
Biz belə bir cümlə deyə bilərik:
/Jack eats the salad with the red spoon// (Cək salatı qırmızı qaşıqla yeyir)
Buradakı struktur belə olacaq:
sözlər: /[ Jack] [eats] [the salad][ with the red spoon]//.
J N P Adj. N
Burada isə 3 arqument var: yeyən, yeyilən və yemək aləti. Hər üçünü /eat/ feli idarə edir. İS-in mənaları hər bir referent haqqında xəbərdir. Bu ismi söyləmlər potensial referentdir, ancaq onlar dəqiq göstərmir ki, nə barədə məlumat verilir. Ona görə bu xüsusiyyəti açmaq üçün belə bir misala müraciət edək:
/Somebody eats anything with the red spoon // (Kimsə nəyisə qırmızı çəngəllə yeyir.)
Bu cümlədə /somebody/ göstərir ki, yeyən şəxsdir, ancaq yeyilən şəxs deyil. Başqa sözlə, bütün arqumentlər cümlədə yer alsalar da, cümlədə xəbərlərin nəyə aid olması prinsipial həll olunmur.
Deməli, xəbər, əlaqələr şəbəkəsini yaratmaqla, potensial referentlər haqqında məlumat verir (2, 3 və s.). Bu da söyləm mənası səviyyəsində, kontekstdə məlum olur. Dinləyici eşitdiyi cümlənin mənasını konkretləşdirməklə söyləmə şərh verəndə düzgün referent situasiyasını və referentləri dəqiqləşdirir. Bununla da xəbərin hansı arqumentlərə aidliyi üzə çıxır. /Cək/ əmioğlu da ola bilər, yeyən də, cümlənin mübtədası da, hər üçü haqqında xəbər məlumat verir.
Semantikada xəbər və arqument ifadələri fərqləndirilməlidir. İndiyə qədər nəzərdən keçirilən “mənalı sözlər” (adlar, fellər, sifətlər, həmçinin bəzi zərflər (məs. /she eats quickly/) xəbər ifadələridir. Deməli, bəzən xüsusi adları da xəbər ifadəsi kimi götürmək olar: /He calls Jack/. Yuxarıda gördük ki, /eat/ üç arqument tələb edir: kim yeyir, nə yeyir və nə ilə yeyir və üç referent var. Aşağıdakı şəkildə hər bir referent bir xəbər ifadəsi olmaqla üç İS kimi dəyərləndirilə bilər (bax: şəkil 21).
Xəbər ifadələri
Mübtəda (İS) vasitəsiz tamamlıq (JS) vasitəli tamamlıq
Şəkil 21. Üç arqument ifadələri
Cümlədə xəbərin hər arqumentinin öz ifadəsi olur. Onları arqument ifadələri, müəyyən xəbər ifadəsinə aid olan arqument ifadələrini komplement adlandırırlar.4 Bəzən zəruri və qeyri-zəruri arqument ifadələrini fərqləndirirlər. Birinciləri komplement, ikinciləri isə adjankt (Adjunct) adlandırırlar. Deməli, /eat/ felinin üç əlavəsi var (mübtəda, tamamlıq və sözönülü İS). Burada /Jack/, /salad/ və /spoon/ İS-in referentləridir, ona görə onlara refensial arqumentlər deyilir. /red/ sözü isə refensial arqument ola bilməz, o addan asılıdır, ona görə də onu parazit arqument adlandırırlar.5
Bir halda ki, xəbər arqumentlərin sayına işarə edir, deməli, o, gerçəklik dəyəri əldə edir. Deyə bilərik ki, xəbər müəyyən arqument üçün həqiqidir ya səhv.
Biz yuxarıdakı cümləni işlətdiyimiz kontekstdə cümlə düzdürsə, deməli, bütün arqumentlər düzdür. Başqa bir məqamda, əgər /Jək/ qırmızı qaşıqla yemirsə, deməli, orada qırmızı xəbəri düzgün olmayacaq.
Xəbərliliyin gerçək olması üçün xəbər şərtləri müəyyən edirlər ki, həmin şərtləri onların arqumentləri yerinə yetirsin. Belədə söhbət xəbər ifadələrində gerçəklik şərtlərindən gedir. Xəbərin ifadəsi xəbər və arqumentlər arasındakı əlaqələri semiotik üçbucağa əsasən belə göstərmək olar (bax: şəkil 22).
bildirir nə haqdasa
xəbər verir
Xəbər konsepsiyası
aiddir
Arqumentlər şəbəkəsi
Şəkil 22. Xəbərliliyin semiotik üçbucağı.
Xəbər ifadələrindən danışanda deyirik ki, onların arqumentləri vardır, /yemək/ felindəki kimi. Felin təsriflənən hissəsi xüsusi arqument ifadəsi kimi bütün arqumentlərlə birləşir. Referensial arqument bura aid deyil. Felin tələb etdiyi yerlərin müəyyənləşməsində biz standart konstruksiyada arqumentlərin sayından çıxış edirik. Yaxşı olar ki, bizim leksikonlarda hər bir felin tələb etdiyi arqumentlər göstərilsin.
Fellər müxtəlif olur. Təsirsiz (intranzitiv) fellər biryerli xəbər ifadələridir. Yeganə arqument bir İS-lə ifadə olunur ki, bu da adətən mübtəda olur. Buraya /ərimək/, /ağrımaq/, /işləmək/ və s. felləri aiddir.
Alman dilində /sich öffnen/ də buraya aid edilir. Müq. et:
/Pişik yatır//; /qar əriyir//, /Əhməd işləyir//, /qapı açılır// və s.
İkiyerli felləri tranzitiv (təsirli) fellər adlandırırlar. Onlarda iki komplement olur: mübtəda və vasitəsiz tamamlıq və s.
/Pişik qadının əlini yalayır//; /İt qapını aça bilmir//; /Test kağızını 60 sual doldurmuşdu//.
Üçyerli tranzitiv fellər mübtəda, vasitəsiz və vasitəli tamamlıq tələb edir:
/Əhməd bacısına bir kitab verdi//
Bir çox fellər də komplement kimi sözönülü (qoşmalı) komplement tələb edirlər. /sevinmək/, /iztirab çəkmək/. Hərəkət felləri məkan sözönülərilə işlənir. /vermək, sevmək/ və s. /bilmək, inanmaq, təsdiq etmək/ felləri tamamlıq budaq cümləsini komplement kimi tələb edir. Elə ifadələr olur ki, orada subyekt işlənmir. Məs., /qoymaq/ feli əmr cümləsində: /Açarı palazın altına qoyarsan//, ancaq təsdiq cümləsində üçyerli olur: /Sən açarı palazın altına qoy//.
Azərbaycan dilində ispan və italyan dillərində olduğu kimi, şəxs sonluğu feldə ifadə olunur, ona görə də mübtəda atılır. Məs.,
It. isp. azerb.
→ /habl-o arabe/ ↔ /yo hablo arabe/ /ərəbcə danışıram/
→ /habl-as arabe/ ↔ /tú hablas arabe/ /ərəbcə danışırsan/ və s.
Bu gün çoxları iddia edir ki, fel də referentlik edə bilər. Fellə bildirilən şəkildə /eat/ felinin referenti sadəcə olaraq yemək olan şeydir: yəni yeyərkən adam “yemək” hərəkətində bulunur. Burada hərəkət, proses və hadisələr üçün ümumi anlam kimi olay termini işlənir. Felin işarə etdiyi olay haqqında xəbər verilən olaydır, yəni arqumentlərlə və komplementlərlə və ya qrammatik vasitələrlə verilən olaydır. Felin arqumenti öncə zaman arqumentidir. Zamanı ayrılıqda xüsusi xəbər kimi götürmək olar. Məsələn, yuxarıdakı cümlədə /eat/ hərəkətin keçmişdə, yəni danışıq anından əvvəl baş verdiyini bildirməklə arqument olar. İkincisi,` referensial fel arqumentini müəyyən zərflərin arqumenti kimi götürmək olur, məs., /asta, şübhəli, ləng/ kimi tərzi-hərəkət zərflərilə arqument olur. Üçüncüsü, feldən düzələn isimlər hərəkətin adını bildirməklə başqa cür olay kimi arqument olur. Məsələn,
/Sabah Əhməd ikinci əl mağazası açır//↔
/Əhmədin ikinci əl mağazasının açılışı sabah olacaq//
/Açmaq/ felinin referensial arqumenti olduğu kimi, /Əhmədin ikinci əl mağazasının açılışı/ da onunla eyni olaraq İS kimi referent olur. Feldən düzələn isim potensial arqument kimi çıxış edir. Ancaq bu cür referensial arqumentə köməkçi fellər (haben, sein, werden) və modal fellər (mögen, dürfün, können, müssen, wollen, sollen) malik deyildirlər.
Fellərin çoxu müxtəlif konstruksiyalarda müxtəlif komplementlərə malik olur. Buradakı variativliyi belə göstərmək olar. Götürək /fahren/ (sürmək) felini:
/Ähmäd fährt Auto// (Əhməd maşın sürür); /Das Auto fährt schnell// (Maşın sürətlə gedir)
Bunların birincisində fel tranzitiv, ikincisində isə intranzitivdir. Bu fellər müxtəlif leksem kimi götürülməlidir. Aşağıdakı cümlələrdə də /yemək/ feli müxtəlif variantlarda işlənir;
/Əhməd almanı qaşıqla yeyir//
/Əhməd boşqabdan qaşıqla alma götürüb yeyir//
/Əhməd boşqabdan çörək yeyir//
/Əhməd boşqabdan yeyir//
/Əhməd yeyir//.
Birincidə fel mübtəda haqqında xəbər verir. Axırıncı cümlədən çıxış etsək deyərik ki, /yemək/ feli intranzitivdir. Ancaq obyekt arqument başqa cürdür, /yemək/ feli nəyinsə yeyilməsini ehtiva edir. Ona görə də cümlədə obyekt işlənməsə də nəyin yeyilməsi aydın olur. /Əhməd yeyir/ /Əhməd nəsə yeyir/ deməkdir. Axırıncı cümlədə /yemək/ felində nə və nə ilə yemək üçün lazımi komponentlərə ehtiyac qalmır, onları sonra əlavə etmək olar. Bu cür opsional arqumentlər yerin müəyyən edilməsində nəzərə alınmır. /Yemək/ ikiyerlidir və hətta təsirlik halında obyekt işlənməsə də tranzitivdir. Ona görə də /qırmızı qaşıqla/ əlavəsi genişlənmiş üçüncü yerə aiddir. /hazırlamaq/ feli isə ikiyerlidir, həm də qrammatik cəhətdən zəruri olaraq iki komplement tələb edir.
İsimlərin və sifətlərin də referentliyi, yəni arqumentliyi çox maraqlıdır. İsim İS-in özəyi kimi çıxış edir. Məsələn,
/İt qapını cırmaqlayır//
Bu isimlərdən hər biri bir referensial arqument bildirir. Qohumluq bildirən isimlər nisbi adlar olmaqla ikiyerli xəbər ifadələri kimi çıxış edir.
/Əmim Şirinnazın bacısı ilə evlənir//
Həm /əmimin/, həm də /Şirinnazın bacısı/-nın referenti vardır: /danışanın bacısı/ və /Şirinnazın bacısı/.Əlavə olaraq hər iki qohumluq termini “əmi” və “bacı” üçün relasional arqumentlərdir. Onları biz irəlidə propozitus adlandırmışıq. Əminin propozitusu danışandır, ona (m) şəkilçisi ilə mənsubiyyətlik verilib. “Bacı” üçün propozitus “Şirinnaz”dır. Nə danışan, nə də Şirinnaz “əmi” və “bacı” üçün referensial arqumentlər deyil. Danışan mənsubiyyətlik halında referent ola bilər. Bunu əyani olaraq belə göstərmək olar (bax: şəkil 23).
sözlər / [ Əmim] [Şirinnazın] [bacısı] ilə] [ evlənir]//.
İş İ İƏ Ə
Ə
referentlər
Şəkil 23. Sintaktik əlaqələrin (İƏ) şəbəkəsi
Propozisiya burada 3 ikiyerli predikasiyanı birləşdirir: kimsə danışanın əmisidir, bu, ikinci şəxsdir, o kəs ikinci şəxslə evlənmək istəyir, bu da Şirinnazın bacısıdır. İS r1 (danışan), ro (onun əmisi), ra (Şirinnaz) və rs (onun bacısı) üçün isimləri ehtiva edir. İkinci arqument yiyəlik əvəzliyi üçündür. /Mənim əmim/ əvəzinə /əmim/ işlənib, sonra da söz birləşməsi /Şirinnazın bacısı/ gəlib. Alman dilində burada genitiv birləşməsi də ola bilər. /Schirinnas´ Schwester/ və ya /die Schwester von Schirinnas (des Nachbarn)/ və s. Yiyəlik arqumentləri ümumi sintaktik baxımdan məcburi deyil. Ancaq buna baxmayaraq onlar da həqiqi arqumentlər kimi götürülür, çünki relasional isimlərin mənası bu arqumentlərsiz açılmır. Relasional isimlər həddindən artıq çoxdur: /Freundin (von)/ ((onun )rəfiqəsi)), /Chef/ (von) ((onun) rəisi)); abstrakt isimlər: /Höhe/ (von) ((onun) yüksəkliyi)), /Beruf/ (von) ((onun) peşəsi)), linqvistik terminlər: /Aussprache/ (von) ((onun) tələffüzü)), /Subjekt/ (von) ((onon) subyekti)) və s. Bəzən genitiv əvəzinə sözönülü söyləmlər də işlənir: /Fahrkarte/ (nach) ((Berlinə) bilet)), /Folgerung/ (aus) ((onun) nəticəsi)), /Unterschied/ (zwischen) (aralarndakı fərq) və s.
Eynilə sifətləri də biz xəbər rolunda çıxış etdiyinə görə adi dərəcədə işlənərkən müəyyən edə bilərik. Bu zaman onlar bir, müqayisə dərəcəsində isə ikiyerli olurlar. Sifətləri 3 funksiyada işlətmək olar:
Sifət
təyin zərflık
xəbər
Təyin funksiyasında sifətlər aid olduqları isimdən qabaq gəlir:
Azərb.d. alm.d. rus d. ing.d.
/qırmızı qaşıq/; /eine rote Gabel/; /красная ложка/; /a red spoon/
İS-in referenti sifətin arqumenti olur. Sifət birbaşa referensial ola bilmədiyindən o, arqumenti nə referensial, nə də əlavə komplemntlə göstərə bilir.
Predikativ funksiyada sifət adətən köməkçi fellə birləşir (alm. /sein, werden, bleiben//) və onunla birgə FS yaradır. Belə hallarda sifətlə xəbərlilik subyektin referentinə aid olur, yəni subyekt bütöv predikat ifadəsinə köməkçi feldən və sifətdən ibarət olmaqla mürəkkəb predikat ifadəsinə komplement olur:
/Die Milch wird heiß// (Süd isti olur)
Bu rolda /rosa, okay, super, schuld, zu, an, weg/ çıxış edə bilməzlər, eynilə /sehr, ganz, total/ və s., çünki onlar dəyişmirlər. /Ober, unter, recht, link/ predikativ kimi işlənə bilmirlər. Deməli, /das obere Fach/ olar, ancaq /das Fach ist ober/ olmaz, ancaq /oben, unten/ kimi zərflər işlənə bilər.
/anders als, zufrieden mit, scharf auf, reich an/ kimi ifadələrin ikinci arqumenti olur ki, bu da PP-komplementilə ifadə olunur. Bəzi köhnə formalarda (mir genehm, voll des süßen Weins) sifət genitiv və dativ komplementi tələb edir. Bu zaman onların birinci arqumentinə rəğmən ikiyerli sifət biryerli kimi çıxış edir. Sifətin birinci arqumenti sonra gələn ismin referensial arqumentilə eynilik təşkil edir. Predikativ kimi sifət birinci arqument kimi köməkçi felin subyektilə ifadə olunur. Müq. et:
/Die auf Wurst scharfen Gäste// (atrubutiv- kolbasaya diqqət verən qonaqlar)
/Die Gäste waren auf Wurst scharf// (Qonaqlar kolbasaya sərt reaksiya verdilər)
İkiyerli sifətlər müqayisə konstruksiyalarında da olur. Sifət müqayisə dərəcəsində işlənir, bu konstruksiya digər arqument kimi als-PP-nu sözönülü söyləmi müqayisə üçün tələb edir. Deməli, /groß/ biryerlidir, ancaq /größer/ ikiyerli; hətta, bəzi sifətlərdə üçyerli ola bilər.
/Ein öderes Buch habe ich nie gelesen// (belə axmaq kitabı heç vaxt oxumamışam)
/Seine Haare waren fettiger als Ulrikes// (onun saçları Ulrikeninkindən yağlıdır)
Ancaq: /Sie ist mit seiner Arbeit noch unzufriedener als du// (Qız oğlanın işindən səndən daha çox narazıdır).
Bəzi sifətlər predikativ ola bilmir: modal sözlər: /angeblich, potentiell, wirklich, eigentlich/ və s. Onlar təyin kimi işlənə bilirlər: /ein potentieller Referent/. Ancaq onlar sonra gələn ismi ifadə edənin xəbərini göstərə bilir, yəni referentə potensiyada işarə edir. Buraya zaman bildirən sifətlər də daxildir: /zeitlich, zukünftig, dortig/ və s.
İsmin keyfiyyətlərini yaxından təyin edən /väterlich/, /atomar/, /didaktisch/ kimi sifətlər həmin konstruksiyalarda keyfiyyəti açır. Deməli, sifətlər heç də hər zaman xəbərin ifadəsi ola bilmir, attrubutiv kombinasiyada ikili, ümumi predikasiyanı bildirmir.
Məlumdur ki, isimlər də predikativ kimi işlənir.
/Əhməd bir şahiddir (Schlagzeugen)//. Burada yalnız Əhməd referentdir, o /dir/ şəkilçisinə əlavədir. Semantik çəhətdən köməkçi feldən (dir, ist) arqument İS şahiddir-ə keçir. Kopula özü xəbəri ifadə edə bilmir, o sadəcə olaraq predikativlə birgə xəbəri bildirən dil vasitəsidir.
Referensial işlənmədə ad və ya sifətin digər arqumentləri eynilə öz ifadəsini tapır.
/Şirinnaz onun xalasıdır (relasional isim)//
/Şirinnaz ondan kiçikdir//.
Aşağıdakı çədvəldə xəbər ifadələrinin əsas tipləri əks olunub. İS-lər və biryerli sifətlər predikativ tətbiqdə nəzərə alınmayıb. Fel, isim və sifətlər birinci arqumentlərilə seçilir, ancaq əlavə arqumentlər üçün eyni şəkildə komplementlər əldə edirlər: İS-lər və PP-lər (sözönülü söyləmlər) . Relasional adlar üçün ikinci arqument xüsusi passiv konstruksiyalarda ifadə olunur.
növləri
|
misal
|
1-ci arqument
|
sonraki arqumentlər
|
F intranzitiv
|
/Zəng çaldı//
|
Komplement
|
------
|
F tranzitiv
|
/Qız qapını açdı//
|
Komplement
|
Komplement
|
İ biryerli
|
/Poçtalyon salam göndərdi//
|
Referensial
|
------
|
İ relasional
|
Bu sizin adınızdır?
|
Referensial
|
Possesor
|
A biryerli
|
Sizə bağlama var yaşıl kağızda
|
Referensial
|
------
|
A müqayisə
|
Axırıncıdan kiçik
|
Parazitar
|
Komplement
|
Ady. ikiyerli
|
Ağzına qədər limonla dolu
|
Parazitar
|
Komplement
|
Dostları ilə paylaş: |