F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix15.04.2023
ölçüsü0,63 Mb.
#98271
1   2   3   4   5   6
Həyat və yaradıcılığı 
Əbdüləzəl Dəmirçizadə Məmmədoğlu 1909-cu ildə Şəkidə 
anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almış, 
əvvəlcə “Həqiqətül- maatif” adlanan yeni tipli məktəbdə, sonra 
isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. Şəki 
Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin 
sentyabrından 2 saylı şəhər məktəbində müəllim kimi əmək 
fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə
“Yeni Məktəb” məcmuəsində dərc edilmişdir. Dəmirçizadə 
gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra 
şeirlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha 
çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi 
təhqiqat sahəsinə istiqamətləndirmişdir. 
O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji 
fakültəsinə 
daxil 
olmuşdur. 
Burada 
B.Çobanzadə, 
Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim 
və yazıçılardan dərs almışdır. Həmin fakültəni bitirdikdən sonra 
Şəkiyə qayıdıb, böyük rəğbətlə yanaşdığı müəllimliyini davam 
etdirmişdir. 
Elmə olan həvəs heç vaxt Ə. Dəmirçizadəni rahat qoymurdu. 
O, 1933-cü ildə yenidən Bakıya gəlib, APİ-nin “Dillər” 
kafedrasına aspirat qəbul olunmuşdur. 1936-cı ildə “Türk dili” 
adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni 1938-ci 
ildə “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı 
işıq üzü görmüşdür. Dövrün görkəmli alimləri Y.E.Bertels, 
S.E.Malov və İ.K.Dmitriyev sonuncu kitabın namizədlik 
dissertasiyası kimi müdafiəyə layiq olduğunu bildirmişlər. 
1940-cı ildə Ə.Dəmirçizadəyə filologiya elmləri namizədi 
alimlik dərəcəsi verilmişdir. 
Dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirən 
təhqiqatçı 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” 



adlı əsəri müdafiə edib. 1945-ci ildə isə professor elmi adına 
layiq görülmüşdür. Ə. Dəmirçizadə 1940-cı ildən 1943-cü ilə 
qədər ADU-da, 1943-cü ildən ömrünün sonuna qədər isə
APİ-də “Azərbaycan dilçiliyi” kafedralarına rəhbərlik etmişdir. 
1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. 
Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik 
məqaləsi çap olunmuşdur. Yenilikçi alim daha çox Azərbaycan 
dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, 
etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırmışdır. Alimin 
“Azərbaycan dili tarixi xülasələri” (1938), “M.F.Axundov dil 
haqqında və Axundovun dili” (1941), “Azərbaycan dilinin 
tarixi!” (1948), “Azərbaycan ədəbi dilinin inkişaf yolları” 
(1959), ““Kitabi-Dədə Qorqud” dastanının dili” (1959), “Azəri 
ədəbi dilinin tarixi” (1967), “Azərbaycan dilinin tarixi 
qrammatikası” (1967) və ölümündən sonra çap olunmuş 
“Azərbaycan ədəbi dilinin tarixi” (II hissə) kitabları yalnız 
Azərbaycan dilçiliyinin deyil, türk aləminin xəzinəsini 
zənginləşdirmişdir. Dəmirçizadə nəzəri dilçilik məsələləri ilə 
yanaşı, təbliği dilçilik problemlərini də həll etməyə çalışmış, 
“Azərbaycan dili orfoepiyasının əsasları” (1969) kitabını ədəbi 
tələffüz, onun mənbələri, pozulma səbəbləri, fonetik, qrafik və 
qrammatik şəraitdə təfəffüz məsələlərinə həsr etmişdir. O, 
etimoloji tədqiqatlar sahəsində 
də 
xeyli iş görmüş, 
araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı 
orijinal kitab nəşr etdirmişdir. Azərbaycan dilçiliyi üzrə yüksək 
ixtisaslı elmi kadrların hazırlanmasında prof. Dəmirçizadənin 
böyük rolu olmuşdur. O, 50-dən çox elmlər namizədi və doktoru 
hazırlamışdır. 
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor, 
filologiya elmləri doktoru Dəmirçizadə 1979-cu ildə dünyasını 
dəyişdi. O, Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edildi. 
Paytaxt küçələrindən biri onun adınadır. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin