17
müzakirəsi keçirilə bilər. Tədbir ali məktəbin filologiya
tələbələri ilə keçirilir. Tədbirdə kitabxanaçının
dəyərli
məlumatlarından sonra iştirakçılar və oxucular ədibin həyat və
yaradıcılığı haqqında öz fikirlərini bildirirlər.
Azərbaycan dili ədəbi rəsmi dövlət dilidir. Azərbaycan ədəbi
dilinin belə bir yüksək hüquqa malik olması onun şifahi qolunun
qurultay, konfrans, məruzə, mühazirə dili kimi də tam halda
formalaşmasına imkan yaratmışdır. Beləliklə də müasir
Azərbaycan dili bütün üslub qolları üzrə şaxələnərək hərtərəfli
inkişaf etmiş dillərdəndir.
Müasir Azərbaycan ədəbi dili dedikdə əsasən müasir dövrdə
yüksək səviyyəli, hərtərəfli inkişaf etmiş və bütün sahələr üzrə
hər cür anlayışı ifadə etmək imkanları olan Azərbaycan ədəbi
dili nəzərdə tutulur. Azərbaycan EA-nın müxbir üzvü, filologiya
elmləri doktoru,
professor, Azərbaycan SSR Əməkdar elm
xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əbdüləzəl
Dəmirçizadənin böyük araşdırma və tədqiqatlar nəticəsində
yazdığı “Müasir Azərbaycan dili” kitabı ali məktəblərin
filologiya fakültələrinin müəllimləri
və tələbələri üçün
nəzərdə tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci
hissədə ̶ “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” bəhsində
fonetik qanunlar, vurğu, intonasiya və eləcə də hecaların növləri
haqqında geniş məlumat verilir. İkinci hissə “Müasir
Azərbaycan dilinin orfoepiyası” bəhsidir. Burada müasir
Azərbaycan dilinin orfoepiyasının əsasları, saitlərin, samitlərin
və mürəkkəb sözlərin tələffüz qaydaları izah olunur. Üçüncü
hissədə ̶ “Müasir Azərbaycan dilinin orfoepiyası” bəhsində
Azərbaycan dilinin yazısı və orfoqrafiyası haqqında qısa
məlumat verilir.
Kitabxanada
keçiriləcək
tədbirlərdən ən möhtəşəmi
ədəbi-bədii gecədir. Əbdüləzəl Dəmirçizadəyə həsr olunmuş
“Yaradıcılıq yollarında” adlı
ədəbi-bədii gecəyə Azərbaycanın
18
görkəmli ədiblərini, dilçi-alimlərini, folklorşünas və sənət-söz
adamlarını dəvət etmək olar. Tədbir iştirakçıları
kitab sərgisi ilə
tanış olduqdan sonra zalda əyləşirlər. Görkəmli elim xadimi
haqqında slayd göstərildikdən sonra tədbiri açıq elan etmək üçün
aparıcılar səhnəyə daxil olurlar.
Azərbaycan dilçilik elmində məxsusi yer tutmuş görkəmli
alim Əbdüləzəl Dəmirçizadənin anadan olmasının 110 illiyinin
yüksək səviyyədə qeyd olunması, dövlətimizin, ilk növbədə,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin
elmə və elm adamlarına verdiyi dəyərin nümunəsidir.
O, dəmirçioğlu idi. Taleyində nəslinin dəmirçi möhkəmliyi
ilə şəxsiyyətinin elmi-intelektual ucalığı qovuşmuş, bütöv
vəhdət yaratmışdı. Bədii təxəyyül zənginliyi,
elmi təfəkkür
qüdrəti ilə sonsuz zəhmətdən, fədakar, yaradıcı əməkdən
yaranmışdı. Professor Əbdüləzəl Dəmirçizadə dünyası...