Yubiley tədbirlərinin keçirilməsi
Görkəmli tədqiqatçı Əbdüləzəl Dəmirçizadənin anadan
olmasının 110 illik yubileyi ilə əlaqədar olaraq, bir sıra
tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir
müsabiqəsi, icmal, dəyirmi masa, ədəbi-bədii gecə keçirilə bilər.
Şairi sevdirmək, yaradıcılığını gənc nəslə və şagirdlərə tanıtmaq
məqsədilə kitabxanada kitab sərgisi təşkil olunmalıdır. Sərgiyə
müxtəlif başlıqlar verilə bilər: “Dilimizin ustadı –
Əbdüləzəl
Dəmirçizadə”, “Dilimizin Dəmirçizadə üslubu”, “Yaradıcılığı
min rəngə boyanan insan”,
“Onun elmi araşdırma arealı heyrət
doğuracaq genişlikdədir”,
“Tale onu dilimizin bəxtinə seçib
göndərmişdi”,
“Dilçilik azmanı”,
“Lalın dilini anası, dilin dilini
Dəmirçizadə bilər”, “Əbdüləzəl Dəmirçizadə dünyası” və s.
11
Kitabxanada keçiriləcək ənənəvi tədbir forması kimi
“Azərbaycan folkloruna can verən ustad” adlı oxucularla
söhbət keçirilə bilər. Tədbirdə kitabxanaçının dəyərli
məlumatlarından sonra iştirakçılar və oxucular ədibin həyat və
yaradıcılığı haqqında öz fikirlərini bildirirlər.
Kitabxanaçı: Azərbaycan Elmər Akademiyasının müxbir üzvü,
filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar
elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı
Əbdüləzəl Dəmirçizadə Azərbaycan dilçiliyində məktəb
yaratmış alimlərimizdən biridir.
Onu xüsusi vurğu və məmnuniyyət hissi ilə xatırlatmaq
istərdik ki, böyük alimin həyatının və elmi axtarışlarının çox
böyük hissəsi Azərbaycan ali məktəbləri arasında özünəməxsus
yerini bütün zamanlarda da qoruyub saxlamış Azərbaycan
Dövlət Pedaqoji Universiteti ilə sıx bağlı olmuşdur.
Azərbaycan dilçilik elmini şərti olaraq iki mərhələyə ayıran
professor Ağamusa Axundovun bölgüsü ilə razılaşaraq onu
deməyi zəruri hesab edirik ki, müasir dilçilik elminin
fundamental əsasları ikinci mərhələdə qoyulubdur. Həmin
əsaslar şərqşünas, tarixçi, türkşünas, Rusiya Elmlər
Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin
1839-cu ildə “Demidov” Mükafatına layiq görülən “Türk-tatar
dillərinin ümumi qrammatikası” adlı fundamental elmi
monoqrafiyası ilə yarandı. Bu əsərində Kazımbəy osmanlı,
Azərbaycan və digər türk dillərinin və ya o zaman deyildiyi
kimi, dialektlərinin fonoloji, morfoloji və sintaktik təhlil və
müqayisəsini aparırdı. Bu kitabın ən böyük uğuru isə ondan
ibarət idi ki, burada Azərbaycan dilinin tədqiqi Avropa
qrammatikalarının tələbləri səviyyəsində tədqiqata cəlb
olunurdu, başqa sözlə desək, ondan sonra gələcək tədqiqatlar
üçün istiqamət müəyyənləşdirmişdi.
12
Beləliklə, XX əsrin əvvəllərində Budaqovun “Praktiçeskoye
rukovodstvo tureçsko-azerbaydjanskoqo nareçiya”, Nəriman
Nərimanovun “Samouçitie tatarskoqo yazıka azerbaydjanskoqo
nareçiya” kitabları Mirzə Kazım bəydən başlanan axtarışların
davamı oldu. Daha sonra, ötən əsrin 20-ci illərində İsmayıl
Hikmət, Abdulla Şaiq, Seyid Mirqasımzadə, Cavad Axundzadə,
Cavad Əfəndizadə, Mustafa Tofiq və başqaları bu axtarışlara
qoşuldu.
Ötən əsrin 20-ci illərində isə Bəkir Çobanzadənin “Mirzə
Fətəli Axundov və azəri ləhcəsi”, Abdulla Tağızadənin “Türk
dilçiliyi və əski türk dilləri” və digər əsərlərlə başlanan bu iş
həmin əsrin 30-cu illərində Əbdüləzəl Dəmirçizadənin
“Azərbaycan ədəbi dil tarixi xülasələri” kitabı ilə davam
etdirildi. Onun sonradan yazaraq nəşr etdirdiyi “ “Kitabi-Dədə
Qorqud” dastanının dili” monoqrafiyası ilə davam etdirilən bu iş
böyük tədqiqatlar üçün stimul verdi.
Söhbət həmin Dəmirçizadədən gedir ki, Azərbaycan
dilçiliyində yeni bir dalğa yaradan, lakin sonradan repressiyanın
qurbanına çevrilmiş Bəkir Çobanzadə və Abdulla Tağızadənin
yarımçıq qoyduğu işləri davam etdirdi.
1936-cı ildə yazdığı “Türk dili” kitabı ilə o vaxtkı elmi
ictimaiyyətin diqqətini cəlb edən Dəmirçizadənin iki ildən sonra
çap etdirdiyi “Azərbaycan ədəbi dili tarixinin xülasələri” əsəri
onu gələcək elmi uğurlarına aparacaq yola təsadüfən
çıxmadığını göstərəcək. Təsadüfi deyil ki, bu kitabı ilə o,
Azərbaycan sərhədlərini aşaraq zəmanəsinin ən böyük
alimlərinin – türkoloq, SSRİ Elmlər Akademiyasının müxbir
üzvü Yevgeniy Bertels və şərqşünas-türkoloq, qədim türk runik
yazılarının tədqiqatçısı, SSRİ Elmlər Akademiyasının müxbir
üzvü Sergey Malovun diqqətini cəlb etdi. 1940-cı ildə filologiya
elmləri namizədi olan Dəmirçizadə cəmi dörd ildən sonra
fundamental elmi axtarışların nəticəsi olan “Azərbaycan dilinin
13
tarixi” əsərini nəşr etdirdi. Eyni mövzu üzrə doktorluq
dissertasiyası müdafiə edən alim bir ildən sonra professor
vəzifəsinə təyin edildi. Onu qeyd edək ki, Əbdüləzəl
Dəmirçizadənin bu kitabı dövrünün ən böyük alimləri, SSRİ
Elmlər Akademiyasının həqiqi üzvləri İvan Meşaninov və
Vasiliy Struvenin diqqətini cəlb etdi və nəinki Azərbaycan
dilçiliyində, ümumiyyətlə, türkologiyada hadisəyə çevrildi.
Sadalanan faktlar Əbdüləzəl Dəmirçizadənin elmə gəldiyi ilk
on ilin nəticələridir. 1943-cü ildə o zamankı Azərbaycan
Pedaqoji İnstitutunda “Azərbaycan dilçiliyi” kafedrasına
rəhbərlik etməyə başlayan və 36 il müddətində həmin kafedranın
müdiri vəzifəsində çalışan alim bu illərdə elmi axtarışlarla
intensiv şəkildə məşğul olmaqla bərabər, pedaqoji fəaliyyətinə
də ara vermədi.
1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilən
Əbdüləzəl Dəmirçizadə Azərbaycan dil tarixini fundamental
tədqiqata cəlb edərək tarixin müxtəlif mərhələlərinə məxsus dil
hadisələrini öyrənmiş, türkdilli ailəyə mənsub olan Azərbaycan
dilinin müqayisəli təhlilini apara bilmiş, özünün qazandığı elmi
nəticələrlə bərabər, yeni yetişəcək və özlərini “Dəmirçizadə
məktəbi”nin nümayəndələri hiss edən alimlər üçün yeni
tədqiqatın üfüqlərini göstərmişdir. Elmi axtarışlarını 20-dən
artıq kitabda və 200-dən artıq elmi və elmi-pedaqoji məqalədə
ümumiləşdirən Əbdüləzəl Dəmirçizadənin elmi araşdırma arealı
istənilən alimi heyrətləndirəcək genişlikdədir. Bunun üçün onun
Azərbaycan dilçiliyinin tədqiqata cəlb edilmiş sahələrinə
baxmaq kifayət edər. İstər dil tarixi, fonetika və ya orfoepiya,
istər etimologiya, yaxud üslubiyyat, hansı sahələr olursa-olsun,
Dəmirçizadə ardıcıldır və həmin ardıcıllığın bəhrini hər
məqamda görmək olur. Professor haqlı olaraq hesab edirdi ki,
dil canlı orqanizm olmaqla bərabər, özünün dərin qatlarında
mənsub olduğu xalqın tarixini yaşadan ən başlıca faktordur. Bu,
14
onun gələcəkdə də tədqiqatları zamanı sadiq qalacağı başlıca
elmi postulatlardan biri, bəlkə də birincisi idi.
Yeri gəlmişkən, Azərbaycan dilinin tarixi qrammatikasını
araşdırarkən professor Dəmirçizadənin söykəndiyi mənbə XI
əsrin ən böyük türkoloq-filoloqu, etnoqraf, ilk türk
ensiklopedisti və türkologiyanın banisi Mahmud Kaşğarinin
əsərlərindəki dil nümunələri olmuşdur. Bu, ötən əsrin 30-cu
illərində elmi axtarışlara başlayan gənc alimin, sözün birbaşa
mənasında müəllimi Bəkir Çobanzadənin başladığı, lakin Stalin
repressiyasının yarımçıq qoyduğu elmi tədqiqatların verdiyi
ilkin nəticələr idi. Alim ömrünün sonunacan həmin nəticələrin
etibarlılığı üçün çalışdı. Onun elmi-tədqiqatlarının məntiqi
yekunu olaraq ötən əsrin 60-cı illərinin sonunda nəşr etdirdiyi
“Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra
çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)”
kitabları yalnız Azərbaycan dilçiliyi üçün deyil, türkologiya
üçün də dəyər daşıdı.
Professor Dəmirçizadənin sonrakı araşdırma sahələri
sırasında üslubiyyat başlıca yer tutur. Üslub haqqında onun
gəldiyi nəticə belə idi: “Nitq üslubu danışanın (eləcə də yazanın)
dil vasitələrindən, onun fonetik, leksik və qrammatik
imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə
tərzidir, sistemidir”.
Bu, professor Əbdüləzəl Dəmirçizadənin elmi qənaətidir və
zaman keçdikcə, o qənaət daşlaşmış həqiqətə çevrildi. “Üslub
fərdidir, danışanların hər birinin özünəməxsus nitq üslubu
vardır”- bu fikir də görkəmli alimə məxsusdur. O, haqlı olaraq
hesab edirdi ki, insanlar müəyyən xüsusiyyətlərinə görə seçilib,
fərqləndiyi kimi, danışıq üslubuna görə də nə qədər eynilik olsa
belə, fərqlidirlər. Buna görə də professor birmənalı olaraq, belə
fikirləşirdi: dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu
keyfiyyətlər dilin fonetikası, leksikası və qrammatikasının
15
imkanları sayəsində yaranır, nitqə üslubi çalarlıq gətirir, onu
səlis, çevik, mənalı və kəsərli edir, estetik təsir gücünü artırır.
Dil vahidlərinin üslubi imkanlarından söhbət açan professor
Əbdüləzəl Dəmirçizadə yazırdı: “Üslub dedikdə biz sözlərin,
ifadələrin, qrammatik vasitələrin və fonetik imkanların
məqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa
düşürük”. Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi
dilin strukturu ilə bağlı olub nitqin düzgünlüyünü təmin edirsə,
üslub normaları leksik-qrammatik normaların bir növ törəməsi
olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini artırmaqla
ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan,
oxuyan və dinləyənin ən incə məqamları, mətləbləri ifadə və
dərk edə bilməsini təmin edir. Bunlar da alimin əsaslandırılmış
elmi mülahizələridir. Onu qeyd etməyi hökmən lazım bilirik ki,
dilçiliyimizdə üslubiyyatın fundamental olaraq tədqiqata cəlb
edilməsi, öyrənilməsi işində Əbdüləzəl Dəmirçizadə birincilər
cərgəsindədir. Alimin 1962-ci ildə nəşr etdirdiyi “Azərbaycan
dilinin üslubiyyatı” adlı kitabı buna görə də nəşr olunduqdan
dərhal sonra dilçiliyimizdə hadisə kimi qəbul edildi.
Professor Dəmirçizadənin ədəbi dil ilə bağlı gəldiyi elmi
mülahizələri, bu problemə yanaşmaları ibrətamiz idi. Həmin
ibrətamizlik alimin “Azərbaycan dilinin üslubiyyatı” kitabında
belə ifadə olunur: “Bəziləri ədəbi dil dedikdə ancaq yazılı dili
qəbul etmişlər, bu sıraya şifahi ədəbi dili aid etmək isə ağıllarına
gəlməyib. Buna görə də ədəbi dil və onun inkişafı dedikdə ancaq
yazılı sənədlərin, nəhayət, kitabların dilini tədqiq etməkdən
uzağa getməyiblər. Bu isə “yazısı olmayan xalqın ədəbi dili ola
bilməz” kimi yanlış anlayışı meydana çıxarmış, yaxud bu və ya
digər xalqın ədəbi dilinin başlanğıcını həmin xalqın yazıya
malik olduğu dövrdən hesab etmək kimi yanlış praktikanı
yaratmışdır”.
16
Görkəmli alim, böyük vətənpərvərin Azərbaycan xalqı və
elmi qarşısındakı xidmətləri heç vaxt unudulmur. Bakıdakı
küçələrdən biri bu gün onun adını daşıyır, vaxtilə yaşadığı
binanın fasadına isə xatirə lövhəsi vurulub.
Bu gün də Azərbaycanın ali məktəblərində təhsil alan
tələbələr Əbdüləzəl Dəmirçizadənin dərs vəsaitləri əsasında
dilin əsaslarını öyrənir, tədqiqatçılar isə professorun kitablarını
ən etibarlı mənbə kimi istifadə edirlər.
Kitabxanada keçiriləcək ənənəvi tədbir forması kimi kitab
müzakirəsi də keçirilə bilər. Oxucuların istəyini nəzərə alan
kitabxanaçı oxucularla birgə Əbdüləzəl Dəmirçizadənin
Dostları ilə paylaş: |