F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə52/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
 
Şəkil 6.3. Transformator və düzləndiricidən ibarət qaynaq 
mənbəyi. 
Drosselin dövrəyə qoşulması ilə cərəyanın qəfləti 
artma sürəti məhdudlaşdırılır və ərimiş metalın kənara 
sıçraması azaldılır. Müasir enerji mənbələrində drossel 
mürəkkəb idarəedici sistem şəklində yığılaraq, emal 
prosesinə uyğun cərəyanı pilləsiz nizamlayır.
Əritmə texnikasında elektrik qövsü termiki alət 
kimi başa düşülə bilər. Elektrik qövsünün fiziki 
mahiyyəti ondan ibarətdir ki, o materialla əriyən və ya 
əriməyən elektrod arasında qovsü boşalma nəticəsində 
yaranır və bu qövs qaynaq mənbəyi tərəfindən təchiz 
olunan, elektrik cərəyanı təsirindən 
yaranan 
qazformalı 
cərəyankeçirici 
mühitdir. 
Elektrik 
qövsünün mərkəzində temperatur 30000K- ə qədər ola 
bilər. Qeyd etmək lazımdır ki, ərimə prosesi zamanı 
qövsün temperaturunun yüksək qiyməti deyil, 
materialın üzərinə gətirilən temperatur əhəmiyyətlidir.
Elektrik qövsü onun dinamik və statik 
xüsusiyyətləri ilə təsvir oluna bilər. Elektrik qövsünin 
Şə


Transformator 
Düzləndirci 
Drossel 
Elektrik qövsü 


110 
statik xarakteristikası, qaynaq parametrləri ilə elektrik 
qövsünün uzunluğu arasındakı asılılığı ifadə edir. 
Sabit cərəyan halında elektrik qövsünün uzunluğu 
artdıqca, gərginlik də artır. Elektrik qövsünin yanması, 
metal damcısının əmələ gəlməsi və ayrılması, xarici 
maneə amilləri kimi sürətli proseslərin təsiri 
nəticəsində, “enerji mənbəyi–elektrik qövsü” sistemi 
qarşılıqlı əks dinamik təsirdə olurlar. 
6.3. 
Qaynaq parametrlərinin 
xarakteristikası 
Elektroqövs üsulu ilə emalda tətbiq olunan enerji 
mənbələri əsasən bir-birindən asılı olmayan iki 
müxtəlif xarakteristikaya malikdirlər: 
-
müstəvi xarakterli və ya sabit gərginlikli (SG); 
-
azalan xarakterli və ya sabit cərəyanlı (SC). 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin