106
6. Elektroqövs üsulu ilə əritmə texnikası
6.1.
Elektroqövs üsulunun tətbiqi potensialı
Materialın əriməsinə imkan verən kifayət qədər
temperatur əldə etmək üçün, əritmə texnikasında
müxtəlif istilik mənbələri istifadə olunur. Bunlara qaz
alovu, elektrik qövsü, Joul müqaviməti ilə qızdırma,
maqnit induksiya enerjisi, sürtünmə enerjisi,
ekzotermik kimyəvi reaksiya, lazer
süası və elektron
axını aiddir. Bu istilik mənbələri 200-dən artıq
müxtəlif material emalı üsullarında tətbiq olunur.
Qeyd olunan enerji mənbələri içərisində elektrik
qövsü ilə material əritmə özünəməxsus üstünlükləri ilə
bir çox sahələrdə, xüsusən qalın və nazik, yüksək
legirli və legirsiz materialların, qeyri-metalların
birləşdirilməsi və kəsilməsində, səthə korroziyaya və
yeyilməya qarşı davamlı örtük çəkilməsində geniş
tətbiq olunur (şək. 6.1.).
Dostları ilə paylaş: